Məhkəmə qərarları › İş №2(103)-6197/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6197/2022

07.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6197/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: cehiz əmlaklarının qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1724/22 saylı iş üzrə 29 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 21 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı Muradlı (Əliyeva) Aysel Zabit qızı ilə Cavabdeh arasında 14 mart 2009-cu il tarixdə nikah bağlanmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 21 dekabr 2009-cu il təvəllüldlü Muradxan və 12 dekabr 2015-ci il təvəllüdlü Fərhad analarının himayəsinə verilmiş, cavabdehdən hər ay əmək haqqının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsinin qəbul edilməsindən və qanuni qüvvəsini almasına baxmayaraq hazırkı günə qədər cavabdeh tərəfindən könüllü şəkildə cehiz əşyaları iddiaçıya qaytarılmamış, habelə həmin cehiz əşyalarına baxış keçirilməsi üçün iddiaçı tərəfindən cavabdehə lazımı şərait yaradılmamışdır. Halubki “əmlak bölgüsünə dair ayrıca mülki iş üzrə” Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)- 995/2020 saylı qərardadı ilə cehiz əşyalarının və digər əşyaların üzərinə həbs qoyulmuş, həmin əşyalar siyahıya alınmış, buna dair müvafiq qaydada akt tərtib edilmişdir. Eyni zamanda tərtib edilmiş həmin aktda bir çox cehiz əşyasının olmaması faktı müəyyən edilmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçı bəzi cehiz əşyalarının qaytarılmasını tələb etməklə bərabər, digər cehiz əşyalarının, habelə faktiki mövcud olmuş, lakin sonradan sıradan çıxarılmış, bundan əlavə məhkəmə qərardadi ilə üzərinə həbs qoyulmuş, lakin aktlaşdırma zamanı müəyyən edilməmiş əşyaların, habelə məhkəmə qərardadında müəyyən edilməmiş lakin faktiki mövcud olmuş əşyaların dəyərini cavabdehdən tələb edir. Nikah münasibətlərinin pozulması ilə bağlı məhkəmə mübahisəsinin davam etdiyi müddətdə, habelə sonraki tarixlərdə cavabdeh və onun ailə üzvləri tərəfindən həmin yaşayış sahəsinə buraxılmamışdır.

4. Cavabdeh iddia ərizəsində qeyd olunan Milanor mebel mağazasından alınmış qonaq otağına aid olan mebel dəstinin, divan dəstinin, italyan isteshalı olan vazanın, italyan isehsalı olan ağ vazanın, 2 ədəd sarı rəngdə olan çex istehsalı olan meyvə vazasının, sarı çex istehsalı olan güldanın, qəhvəyi rəngli cex isteshalı güldanın, çex isteshalı səbət iri xrustalın, çex istehsalı büllur meyvə qabının, çex istehsalı olan çay dəstinin, çex istehsalı olan kompot dəstinin, çex istehsalı olan bakalların, qaşlı sininin, nazik güldanın, sari qaşlı qabın, alman istehsalı olan 6 ədəd figerin, balaca qəhvəyi guldanın, yapon istehsalı olan, sari rəngli kofe dəstinin, çex isteshalı iri güldanın, çex istehsalı rumkaların, italyan istehsalı, sari rəngli zərli bakalların, qara rumkaların, 6 ədəd martini bakalların, 10 ədəd süfrənin, 24 dəstli arşa qaşıq-bıçaq dəstinin, 24 dəstli gümüş qaşıq-bıçaq dəstinin 18 yemək, 18 desert, 6 bıçaq, gümüş çay qaşığının, gümüş bulud qaşıqlarının, 6 dəstli luminarkın, ingiltərə istehsalı olan 4 ədəd orta boylu balıq qulağı boşqabların, 2 ədəd nikel duz qabının, 6 ədəd kiçik ağ tort boşqabların, ingiltərə istehsalı olan 4 kiçik kasanın, 3 ədəd qızıl sininin, 2 ədəd nikel bəzəkli sininin, 2 ədəd dəmir gümüşü sininin, 2 ədəd italyan istehsalı iri qənd qabının, 2 ədəd Moskva istehsalı yumru ağızlı qənd qabının, 2 ədəd orta boylu, çex istehsalı olan qənd qabının, 1 ədəd fil başlıqlı qənd qabının, orta boylu qəmir meyvə qabının, 2 ədəd nikel bəzəkli, qolu olan yumru meyvə qabının, 1 ədəd uzunsov meyvə qabının, ingiltərə istehsalı olan ağ rəngli iri buludun, qara rəngli, çex istehsalı olan madonna qənd qabının, 12 ədəd Madonna dərin boşqabının, dəst boşqabların, 12 ədəd su boşqabının, 6 ədəd, qara rəngli madonna boşqabının, 6 ədəd qara güllü tort boşqabının, sari rəngli, 12 ədəd romaşka güllü boşqabın, 5 ədəd kasanın, qızıl güllü, qara rəngli 20 ədəd bulud boşqabının, 4 ədəd qara rəngli iri buludun, ağ rəngli, 12 ədəd iri boşqabın, 6 ədəd dərin boşqabın, qara rəngli zərli kasanın, 12 ədəd qara kasanın, 12 ədəd kasa qaşıqlarının, 1 ədəd bənövşəyi ləpə qabının, 3 ədəd, qara rəngli qızılgüllü ləpə qabının, 3 ədəd salfetka qabının, 24 ədəd, qara rəngli qızıl güllü boşqabların, 24 ədəd aş boşqabının, 24-lü boşqab dəstinin, 2 ədəd qovurma qabının, 2 ədəd, orta həcmli bulud boşqab dəstinin, polşa istehsalı yemək dəstinin, 2 ədəd gümüş bəzəkli şamdanın, şüşəli çörək qabının, duxovka üçün 2 ədəd şüşə qabın, 2 ədəd eyni çilçırağın dəyəri, ayaqüstü kəfgirli saatın, kamenin üstündəki qadın heykəlinin, qonaq otağında 3 ədəd çilçırağın, 3 ədəd stolun (1 stol, 2 jurnalnıy masa), 1 ədəd Samsung televizorunun, alman istehsalı gümüş qazan dəstinin, 4 bucaqlı qazan dəstinin, tas, oxlov və vedrələrin, paltar asanın, qazan dəstinin, plastmas qabların, italiya istehsalı olan tavaların( lakin italiya yox çin istehsalıdır), elektrik çaydan dəstinin, setkalı vedrənin, çirkli paltarlar saxlamaq üçün qabın, samovarın, çaynik dəstinin, dəm çaynikinin, qırmızı rəngli 12 ədəd kasanın, 12 ədəd ağ boşqabların, 2 ədəd sininin, nikel səhər yeməyi dəstinin, nikel saxlama qablarının, mətbəx stol-stulunun, plastmas çörək qabının, 2 ədəd dəst stol-stulun (mebelinə daxildir), 3 ədəd kurejavalı süfrələrin, ikinci mərtəbədə yerləşən mətbəx mebelinin, birinci mərtəbədə yerləşən mətbəx mebelinin, soyuducunun, paltaryuyanın, qabyuyanın, mikrovalnovkanın, buxarlı ütünün, ət çəkən maşının, tozsoranın, blenderin, şirəçəkənin, elektrikli çaydanın, multibişiricinin, birinci və ikinci mərtəbədə yerləşən pərdələrin, mətbəxin regent stəkanları, saç feninin, toster aparatının, yataq örtüklərinin, 1 ədəd ortopedik döşəyin və xalçaların, iri qırmızı çamadanın onda olduğunu etiraf etmişdir.

5. Həmçinin cavabdeh iddia ərizəsində qeyd olunan bəzi əşyaların ümumiyyətlə olmadığını, bəzilərinin təkrar yazıldığını və ya istifadə zamanı sındığını qeyd etmişdir.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-1724/22 saylı iş üzrə 29 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Emin Məmmədli) iddia qismən edilmişdir.

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin etiraz ərizəsində qeyd etdiyi əşyaların onda olduğunu etiraf etdiyindən, qeyd olunan cehiz əşyaları cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, həmin əşyaların naturada qaytarılması mümkün olmadıqda isə onların dəyəri cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə cavabdehin qeyd etdiyi iddiaçı tərəfindən tələb edilən alman istehsalı olan mətbəx dəstinin, dəst boşqabların, 12 ədəd su boşqabının, 2 ədəd plastmas karuşkalı kəsanın, dəhliz sonundakı çılçırağın, nikel zibil qabının, yuxa yayan dəstinin, biçaq dəstinin, italiya istehsalı ağ rəngli stəkan dəstinin, italiya istehsalı boşqab dəstinin, qaşıqbıçaq dəstinin, 4 ədəd klonka süfrələrinin, iri boylu qabların, şəkil çərçivələrinin, elektrklə işləyən termosun, mikserin, qaşıqlı kəfkir, bıçaq çay qaşığı dəstinin iddiaçı tərəfindən cehiz əşyası kimi gətirilmədiyini, hamam xalatının iddiaçıya qaytarıldığını, termosun,nikel çörək qabının istifadə zamanı sındığını bildirməsini, iddiaçı isə həmin əşyaların mövcüdluğunu, cavabdehin mülkiyyətində olmasını və hazırda onun qanunsuz sahibliyində olmasını subut edə bilmədiyini nəzərə alaraq, iddianın həmin hissədə təmin edilməməsi barədə nəticəyə gəlmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 225.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunduğu hissədə ləğv edilməsi, iddia tələbinin cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş iddiaya etiraza uyğun (cehiz əşyalarının dəyəri göstərilmədən) təmin olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qeyd olunan normaların tələbini pozmuş, iddia tələbində göstərilən əşyaların dəyəri ilə bağlı məhkəmə proseslərində hər hansı bir araşdırma aparmadığı və iş materiallarında həmin əşyaların dəyəri ilə bağlı hər hansı bir sübut olmadığı halda iddia tələbini qismən təmin edərkən iddiaçıya verilməsi qət olunan əşyaların dəyərini də qeyd etmişdir. Lakin qətnamənin əsaslandırıcı hissəsində həmin məbləğlərin hansı formada müəyyən olunması ilə bağlı hər hansı bir qeyd yoxdur. Bundan əlavə nə iddiaçının dəqiqləşdirilmələrdən sonrakı iddia tələbində, nə də cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş iddiaya etirazda da əşyaların dəyəri ilə bağlı hər hansı bir qeyd olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiyası

14. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

15. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

16. Maddə152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 191.3 Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır .

19. Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia qismən təmin edildiyindən qətnamə iddianın təmin olunmuş hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəməsi cehiz əmlaklarının iddiaçıya qaytarılmasını müəyyən etsə də, həmin əmlakların dəyərini iddia ərizəsində göstərilən qiymətlərlə müəyyən etmişdir. Cavabdeh əşyaların qətnamədə göstərilən həmin dəyərini mübahisələndirmişdir.

23. Apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini təmin etmək məqsədilə apellyasiya baxışı zamanı tələb olunan əşyaların dəyəri ilə bağlı müvafiq sahədə ixtisaslaşmış qiymətləndiricinin - "xxxx" MMC-nin mütəxəssislərinin rəyi alınmışdır. xx.xx.2018-ci il tarixli, 134 saylı rəylə əşyaların dəyəri aşağıdakı kimi müəyyən edilmişdir:

24. Dəyəri 6500 manat olan qonaq otağına aid olan mebel dəsti (Milanor mebel mağazasından alınıb), dəyəri 600 manat olan uqlavoy divan dəsti, dəyəri 150 manat olan italyan isteshalı olan vaza, dəyəri 100 manat olan italyan istehsalı olan ağ vaza, dəyəri 60 manat olan 2 ədəd sarı rəngdə olan çex istehsalı olan meyvə vazası, dəyəri 50 manat olan sarı çex istehsalı olan güldan, dəyəri 40 manat olan qəhvəyi rəngli cex isteshalı güldan, dəyəri 80 manat olan çex isteshalı səbət iri xrustal, dəyəri 50 manat çex istehsalı bullur meyvə qabı,dəyəri 50 manat olan çex istehsalı olan çay dəsti, dəyəri 50 manat olan çex istehsalı olan kompot dəsti, dəyəri 40 manat olan çex istehsalı olan bakallar, dəyəri 50 manat olan qaşlı sini, dəyəri 40 manat olan nazik guldan, dəyəri 30 manat olan sarı qaşlı qab, dəyəri 80 manat olan alman istehsalı olan 6 ədəd fujer, dəyəri 40 manat olan balaca qəhvəyi guldan, dəyəri 200 manat olan yapon istehsalı olan sarı rəngli kofe dəsti, dəyəri 100 manat olan çex isteshalı iri güldan, dəyəri 60 manat olan çex istehsalı rumka, dəyəri 300 manat olan italyan istehsalı sari rəngli zərli bakallar, dəyəri 60 manat olan qara rumka, dəyəri 70 manat olan 6 ədəd martini bakallar, dəyəri 525 manat olan 10 ədəd sufrə, dəyəri 100 manat olan 24 dəstli arşa qaşıq-bıçaq dəsti, dəyəri 150 manat olmaqla 24 dəstli gümüş qaşıq-bıçaq dəstinin 18 yemək, 18 desert, 6 bıçaq, dəyəri 100 manat olan 24 ədəd gümüş çay qaşığı, dəyəri 120 manat olan gümüş bulud qaşıqları, dəyəri 300 manat olan 6 dəstli luminarkın, dəyəri 30 manat olan, ingiltərə istehsalı olan 4 ədəd orta boylu balıq qulağı boşqablar, dəyəri 10 manat olan 2 ədəd nikel duz qabı, dəyəri 30 manat olan 6 ədəd kiçik ağ tort boşqablar, dəyəri 25 manat olan ingiltərə istehsalı olan 4 kiçik kasa, dəyəri 50 manat olan 3 ədəd qızıl sini, dəyəri 30 manat olan 2 ədəd nikel bəzəkli sini, dəyəri 40 manat olan 2 ədəd dəmir gümüşü sini, dəyəri 60 manat olan 2 ədəd italyan istehsalı iri qənd qabı, dəyəri 40 manat olan, 2 ədəd Moskva istehsalı yumru ağızlı qənd qabı, dəyəri 40 manat olan 2 ədəd orta boylu, çex istehsalı olan qənd qabı, dəyəri 30 manat olan 1 ədəd fil başlıqlı qənd qabı, dəyəri 30 manat olan orta boylu qəmir meyvə qabı, dəyəri 40 manat olan 2 ədəd nikel bəzəkli, qolu olan yumru meyvə qabı, dəyəri 30 manat olan, 1 ədəd uzunsov meyvə qabı, dəyəri 20 manat olan ingiltərə istehsalı olan ağ rəngli iri bulud, dəyəri 20 manat olan, dəyəri 40 manat olan qara rəngli, çex istehsalı olan madonna qənd qabı, dəyəri 40 manat olan, 12 ədəd Madonna dərin boşqabı, dəyəri 40 manat olan 6 ədəd, qara rəngli madonna boşqabı, dəyəri 60 manat olan 6 ədəd qara gullu tort boşqabı, dəyəri 40 manat olan, sari rəngli, 12 ədəd ramaşka güllu boşqab, dəyəri 50 manat olan 5 ədəd kasa, dəyəri 150 manat olan, qızıl güllü, qara rəngli 20 ədəd bulud boşqab, dəyəri 60 manat olan, 4 ədəd qara rəngli iri bulud, dəyəri 60 manat olan, ağ rəngli, 12 ədəd iri boşqab, dəyəri 30 manat olan, 6 ədəd dərin boşqabı, dəyəri 20 manat olan 6 ədəd, qara rəngli zərli kasa, dəyəri 100 manat olan 12 ədəd qara kasa, dəyəri 80 manat olan 12 ədəd kasa qaşıqlar, dəyəri 5 manat olan 1 ədəd bənovşəyi ləpə qabı, dəyəri 30 manat olan, 3 ədəd, qara rəngli qızılgullu ləpə qabı, dəyəri 15 manat olan 3 ədəd salfetka qabı, dəyəri 50 manat olan, 24 ədəd, qara rəngli qızıl gullu boşqabları, dəyəri 80 manat olan 24 ədəd aş boşqabı, dəyəri 200 manat olan 24-lu boşqab dəsti, dəyəri 40 mant olan 2 ədəd qovurma qabı, dəyəri 40 manat olan 2 ədəd, orta həcmli bulud boşqab dəsti, dəyəri 300 manat olan, polşa istehsalı yemək dəsti, dəyəri 100 manat olan, 2 ədəd gümüş bəzəkli şamdan, dəyəri 20 manat olan şuşəli çorək qabı, dəyəri 30 manat olan duxovka uçün 2 ədəd şuşə qabı, dəyəri 300 manat olan qonaq otağındakı 2 ədəd çilçıraqlar, dəyəri 400 manat olan ayaqusdu kəfgirli saat, dəyəri 50 manat olan kaminin üstündəki qadın heykəli, dəyəri 700 manat olan qonaq otağında 3 ədəd çilçıraq, dəyəri 240 manat olan 3 ədəd stol, dəyəri 300 manat olan 1 ədəd Samsung televizoru, dəyəri 400 manat olan, alman istehsalı gumuş qazan dəsti, dəyəri 200 manat olan və bənovşəyi rəngdə olan, 4 bucaqlı qazan dəsti, dəyəri 120 manat olan tas, oxlov və vedrələr, dəyəri 20 manat olan paltar asan, dəyəri 60 manat olan qazan dəstin, dəyəri 50 manat olan plastmas qablar, dəyəri 200 manat olan və italiya istehsalı olan tavalar, dəyəri 80 manat olan elektrik çaydanın dəsti, dəyəri 10 manat olan setkalı vedrə, dəyəri 15 manat olan çirkli paltarlar saxlamaq üçün qab, dəyəri 30 manat olan samovar, dəyəri 30 manat olan çaynik dəsti, dəyəri 60 manat olan dəm çayniki, dəyəri 60 manat olan, qırmızı rəngli 12 ədəd kasa, dəyəri 100 manat olan, 12 ədəd ağ boşqablar, dəyəri 50 manat olan 2 ədəd sini, dəyəri 30 manat olan nikel səhər yeməyi dəsti, dəyəri 150 manat olan nikel saxlama qabları, dəyəri 400 manat olan mətbəxt stol-stulu, dəyəri 10 manat olan plastmas çörək qabı, dəyəri 300 manat olan 2 ədəd dəst stol-stul (mebelə daxildir), dəyəri 240 manat olan 3 ədəd kurjuvalı süfrələr, dəyəri 1000 manat olan və ikinci mərtəbədə yerləşən kuxna mebeli, dəyəri 800 manat olan və birinci mərtəbədə yerləşən kuxna mebeli, dəyəri 500 manat olan soyuducu, dəyəri 300 manat olan paltaryuyan, dəyəri 300 manat olan qabyuyan, dəyəri 300 manat olan mikrovalnovka, dəyəri 150 manat olan buxarlı ütü, dəyəri 150 manat olan ət çəkən maşın, dəyəri 200 manat olan tozsoran, dəyəri 100 manat olan blendr, dəyəri 150 manat olan şirəçəkən , dəyəri 80 manat "olan elektrikli çaydan, dəyəri 100 manat olan mültibişirici, dəyəri 1200 manat olan və birinci və ikinci mərtəbədə yerləşən pərdələr, dəyəri 20 manat olan mətbəxin regent stəkanları, dəyəri 40 manat olan saç feni, dəyəri 60 manat olan toster aparatı, dəyəri 250 manat olan yataq örtükləri, dəyəri 200 manat olan 1 ədəd ortopedik döşək, dəyəri 400 manat olan xalçalar, dəyəri 50 manat olan iri qırmızı çamadan, cəmi 23285 manat dəyərində əşyalar.

25. Rəy kifayət qədər əsaslandırılmışdır, onun məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur, həmçinin tərəflər də rəyin mötəbərliyini mübahisələndirməmiş, işə baxan məhkəməyə bununla bağlı əlavə sübutlar, o cümlədən təkrar qiymətləndirmə barədə vəsatət təqdim etməmişlər.

26. Ona görə də Kollegiya əmlakların qiymətlərinin "xxxx" MMC-nin rəyinə uyğun müəyyən olunmasını əsaslı hesab edir.

27. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərini sübut olunmadığından əsassız sayır.

29. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 29 iyun 2022-ci il tarixli qətnaməsi əmlakların dəyərinin müəyyən olunması hissəsində dəyişdirilsin. Dəyəri 6500 manat olan qonaq otağına aid olan mebel dəsti (Milanor mebel mağazasından alınıb), dəyəri 600 manat olan künc divan dəsti, dəyəri 150 manat olan italyan isteshalı olan vaza, dəyəri 100 manat olan italyan istehsalı olan ağ vaza, dəyəri 60 manat olan 2 ədəd sarı rəngdə olan çex istehsalı olan meyvə vazası, dəyəri 50 manat olan sarı çex istehsalı olan güldan, dəyəri 40 manat olan qəhvəyi rəngli cex isteshalı güldan, dəyəri 80 manat olan çex isteshalı səbət iri xrustal, dəyəri 50 manat çex istehsalı bullur meyvə qabı,dəyəri 50 manat olan çex istehsalı olan çay dəsti, dəyəri 50 manat olan çex istehsalı olan kompot dəsti, dəyəri 40 manat olan çex istehsalı olan bakallar, dəyəri 50 manat olan qaşlı sini, dəyəri 40 manat olan nazik guldan, dəyəri 30 manat olan sarı qaşlı qab, dəyəri 80 manat olan alman istehsalı olan 6 ədəd fujer, dəyəri 40 manat olan balaca qəhvəyi guldan, dəyəri 200 manat olan yapon istehsalı olan sarı rəngli kofe dəsti, dəyəri 100 manat olan çex isteshalı iri güldan, dəyəri 60 manat olan çex istehsalı rumka, dəyəri 300 manat olan italyan istehsalı sari rəngli zərli bakallar, dəyəri 60 manat olan qara rumka, dəyəri 70 manat olan 6 ədəd martini bakallar, dəyəri 525 manat olan 10 ədəd sufrə, dəyəri 100 manat olan 24 dəstli arşa qaşıq-bıçaq dəsti, dəyəri 150 manat olmaqla 24 dəstli gümüş qaşıq-bıçaq dəstinin 18 yemək, 18 desert, 6 bıçaq, dəyəri 100 manat olan 24 ədəd gümüş çay qaşığı, dəyəri 120 manat olan gümüş bulud qaşıqları, dəyəri 300 manat olan 6 dəstli luminarkın, dəyəri 30 manat olan İngiltərə istehsalı 4 ədəd orta boylu balıq qulağı boşqablar, dəyəri 10 manat olan 2 ədəd nikel duz qabı, dəyəri 30 manat olan 6 ədəd kiçik ağ tort boşqablar, dəyəri 25 manat olan ingiltərə istehsalı olan 4 kiçik kasa, dəyəri 50 manat olan 3 ədəd qızıl sini, dəyəri 30 manat olan 2 ədəd nikel bəzəkli sini, dəyəri 40 manat olan 2 ədəd dəmir gümüşü sini, dəyəri 60 manat olan 2 ədəd italyan istehsalı iri qənd qabı, dəyəri 40 manat olan, 2 ədəd Moskva istehsalı yumru ağızlı qənd qabı, dəyəri 40 manat olan 2 ədəd orta boylu, çex istehsalı olan qənd qabı, dəyəri 30 manat olan 1 ədəd fil başlıqlı qənd qabı, dəyəri 30 manat olan orta boylu qəmir meyvə qabı, dəyəri 40 manat olan 2 ədəd nikel bəzəkli, qolu olan yumru meyvə qabı, dəyəri 30 manat olan, 1 ədəd uzunsov meyvə qabı, dəyəri 20 manat olan ingiltərə istehsalı olan ağ rəngli iri bulud, dəyəri 20 manat olan, dəyəri 40 manat olan qara rəngli, çex istehsalı olan madonna qənd qabı, dəyəri 40 manat olan, 12 ədəd Madonna dərin boşqabı, dəyəri 40 manat olan 6 ədəd, qara rəngli madonna boşqabı, dəyəri 60 manat olan 6 ədəd qara gullu tort boşqabı, dəyəri 40 manat olan, sari rəngli, 12 ədəd ramaşka güllu boşqab, dəyəri 50 manat olan 5 ədəd kasa, dəyəri 150 manat olan, qızıl güllü, qara rəngli 20 ədəd bulud boşqab, dəyəri 60 manat olan, 4 ədəd qara rəngli iri bulud, dəyəri 60 manat olan, ağ rəngli, 12 ədəd iri boşqab, dəyəri 30 manat olan, 6 ədəd dərin boşqabı, dəyəri 20 manat olan 6 ədəd, qara rəngli zərli kasa, dəyəri 100 manat olan 12 ədəd qara kasa, dəyəri 80 manat olan 12 ədəd kasa qaşıqlar, dəyəri 5 manat olan 1 ədəd bənovşəyi ləpə qabı, dəyəri 30 manat olan, 3 ədəd, qara rəngli qızılgullu ləpə qabı, dəyəri 15 manat olan 3 ədəd salfetka qabı, dəyəri 50 manat olan, 24 ədəd, qara rəngli qızıl gullu boşqabları, dəyəri 80 manat olan 24 ədəd aş boşqabı, dəyəri 200 manat olan 24-lu boşqab dəsti, dəyəri 40 mant olan 2 ədəd qovurma qabı, dəyəri 40 manat olan 2 ədəd, orta həcmli bulud boşqab dəsti, dəyəri 300 manat olan, polşa istehsalı yemək dəsti, dəyəri 100 manat olan, 2 ədəd gümüş bəzəkli şamdan, dəyəri 20 manat olan şuşəli çorək qabı, dəyəri 30 manat olan duxovka uçün 2 ədəd şuşə qabı, dəyəri 300 manat olan 2 ədəd çilçıraqlar, dəyəri 400 manat olan ayaqusdu kəfgirli saat, dəyəri 50 manat olan kaminin üstündəki qadın heykəli, dəyəri 700 manat olan qonaq otağında 3 ədəd çilçıraq, dəyəri 240 manat olan 3 ədəd stol, dəyəri 300 manat olan 1 ədəd Samsung televizoru, dəyəri 400 manat olan, alman istehsalı gumuş qazan dəsti, dəyəri 200 manat olan və bənovşəyi rəngdə olan, 4 bucaqlı qazan dəsti, dəyəri 120 manat olan tas, oxlov və vedrələr, dəyəri 20 manat olan paltar asan, dəyəri 60 manat olan qazan dəstin, dəyəri 50 manat olan plastmas qablar, dəyəri 200 manat olan və italiya istehsalı olan tavalar, dəyəri 80 manat olan elektrik çaydanın dəsti, dəyəri 10 manat olan setkalı vedrə, dəyəri 15 manat olan çirkli paltarlar saxlamaq üçün qab, dəyəri 30 manat olan samovar, dəyəri 30 manat olan çaynik dəsti, dəyəri 60 manat olan dəm çayniki, dəyəri 60 manat olan, qırmızı rəngli 12 ədəd kasa, dəyəri 100 manat olan, 12 ədəd ağ boşqablar, dəyəri 50 manat olan 2 ədəd sini, dəyəri 30 manat olan nikel səhər yeməyi dəsti, dəyəri 150 manat olan nikel saxlama qabları, dəyəri 400 manat olan mətbəxt stol-stulu, dəyəri 10 manat olan plastmas çörək qabı, dəyəri 300 manat olan 2 ədəd dəst stol-stul (mebelə daxildir), dəyəri 240 manat olan 3 ədəd kurjuvalı süfrələr, dəyəri 1000 manat olan və ikinci mərtəbədə yerləşən kuxna mebeli, dəyəri 800 manat olan və birinci mərtəbədə yerləşən kuxna mebeli, dəyəri 500 manat olan soyuducu, dəyəri 300 manat olan paltaryuyan, dəyəri 300 manat olan qabyuyan, dəyəri 300 manat olan mikrodalğalı soba, dəyəri 150 manat olan buxarlı ütü, dəyəri 150 manat olan ət çəkən maşın, dəyəri 200 manat olan tozsoran, dəyəri 100 manat olan blendr, dəyəri 150 manat olan şirəçəkən, dəyəri 80 manat olan elektrikli çaydan, dəyəri 100 manat olan mültibişirici, dəyəri 1200 manat olan birinci və ikinci mərtəbədə yerləşən pərdələr, dəyəri 20 manat olan mətbəxin regent stəkanları, dəyəri 40 manat olan saç feni, dəyəri 60 manat olan toster aparatı, dəyəri 250 manat olan yataq örtükləri, dəyəri 200 manat olan 1 ədəd ortopedik döşək, dəyəri 400 manat olan xalçalar, dəyəri 50 manat olan iri qırmızı çamadan, cəmi 23285 manat dəyərində əşyalar cavabdehdən alınaraq iddiaçıya qaytarılsın, həmin əşyaların naturada qaytarılması mümkün olmadıqda isə onların dəyəri cavabdehdən alınaraq İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar