Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6217/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: paylı mülkiyyətin naturada bölünməsi və s.) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «paylı mülkiyyətin naturada bölünməsi və s.» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-89/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 28 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-2839/2019 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı xx.xx.2002-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir.
2. Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-761/2019 saylı qətnaməsinin surətindən görünür ki, ilkin iddia ərizəsinin qismən təmin olunması, İddiaçı adına qeydiyyatdan keçən Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi, 2 saylı evin 72 saylı mənzilinin və Bakı şəhəri, S.Rəhimov küçəsi, 129 saylı evin 27 saylı mənzilinin İddiaçı adına qeydiyyatdan keçən 1 yaşayış otağının üzərində ½ hissədə ilk iddia üzrə iddiaçı Cavabdeh və ½ hissədə ilk iddia üzrə cavabdeh İddiaçı paylarının müəyyən edilməsi, ilkin iddia üzrə iddiaçı Cavabdeh övladları xx.xx.1997-ci il təvəllüdlü X4, 06.12. 2002-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri,Yasamal rayonu, Bünyadzadə küçəsi, 2 saylı evin 72 saylı mənzilinə köçürülməsi, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 5 manat hissəsinin cavabdeh İddiaçı alınıb iddiaçı Cavabdeh verilməsi, ilkin iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, Cavabdeh adında qeydiyyatda olan «Nissan X- Trail» markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində ½ hissədə qarşılıqlı iddia üzrə İddiaçı və ½ hissədə qarşılıqlı iddia üzrə Cavabdeh paylarının müəyyən edilməsi, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir.
3. Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3054/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh Fyodrovna arasında xx.xx.1998ci il tarixdə bağlanmış və Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1998-ci il tarixdə 93 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2002-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 anaları Cavabdeh yanında qalmaları müəyyən edilməsi, xx.xx.2002-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2019cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh verilməsi, qətnamənin «alimentin tutulması» hissəsində dərhal icra edilməsi qət edilmişdir.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaş Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 129 saylı evin 27 saylı mənzili paylı mülkiyyət hüququ üzrə İddiaçı (1 otaqdan ½ hissədə), X5 (2 otaq), Cavabdeh (1 otaqdan ½ hissədə) adlarına daşınmaz əmlakın dövlət ryestrində qeydiyyata alınmışdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 2 saylı evin 72 saylı mənzili paylı mülkiyyət hüququ üzrə İddiaçı (½ hissədə), Cavabdeh (½ hissədə) adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
6. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış paylı mülkiyyətdə payın satılması barədə bildirişindən görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-761/2019 saylı qətnaməsi ilə onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi, 2 saylı evin 72 saylı mənzilinin və Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 129 saylı evin 27 saylı mənzilinin 1 yaşayış otağının üzərində ½ hissədə Cavabdeh və ½ hissədə onun payı müəyyən edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə Cavabdeh adında qeydiyyatda olan «Nissan XTrail» markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində ½ hissədə onun və ½ hissədə Cavabdeh payları müəyyən edilmişdir. Lakin buna baxmayaraq ailə münasibətlərinin pozulması nəticəsində onun Cavabdeh ilə eyni mənzildə yaşaması mümkün deyil. Göstərilənlərə əsasən Bakı şəhəri, Yasamal rayonu, S.Rəhimov küçəsi, 129 saylı evin 27 saylı mənzilinin və «Nissan X-Trail» markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşılıqlı razılıq əsasında bazar qiymətinə uyğun olaraq satılmasını və satışdan əldə edilmiş pul vəsaitinin tərəflər arasında bərabər bölünməsini təklif edir. Əks halda Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 2 saylı evin 72 saylı mənzil, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi 129 saylı evin 27 saylı mənzilin və «Nissan X-Trail» markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin naturada bölünməsi, bu mümkün olmadıqda Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 2 saylı evin 72 saylı mənzil, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 129 saylı evin 27 saylı mənzil və «Nissan X- Trail» markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılaraq satışdan əldə olunan pul vəsaitinin bölünməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəkdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 2 saylı evin 72 saylı mənzilinin, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 129 saylı evin 27 saylı mənzilinin və «Nissan X-Trail» markalı, 90-UC574 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində payların naturada bölünməsi, bu mümkün olmadıqda Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 2 saylı evin 72 saylı mənzilinin, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 129 saylı evin 27 saylı mənzilinin və «Nissan X-Trail» markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin açıq hərracda satılaraq əldə olunan pulun tərəflər arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh adında qeydiyyatda olan «Nissan XTrail» markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində ½ hissədə onun və ½ hissədə Cavabdeh payları müəyyən edilmişdir. Məhkəmənin tərəflər arasında payların müəyyən etməsinə baxmayaraq ailə münasibətlərinin pozulması nəticəsində tərəflərin həmin mənzillərdə yaşaması mümkün deyil. Odur ki, iddiaçının nümayəndəsi vasitəsi ilə Cavabdeh paylı mülkiyyətdə payın satılması barədə bildiriş göndərərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218 və 220-ci maddələrinin tələblərinə uyğun olaraq Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi, 2 saylı evin 72 saylı mənzilinin, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 129 saylı evin 27 saylı mənzilinin və «NissaBn X-Trail» markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşılıqlı razılıq əsasında bazar qiymətinə uyğun olaraq satılmasını və satışdan əldə edilmiş pul vəsaitinin tərəflər arasınla bərabər bölünməsini, əks halda Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 2 saylı evin 72 saylı mənzil, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 129 saylı evin 27 saylı mənzilin və «Nissan X-Trail» markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin naturada bölünməsi, bu mümkün olmadıqda həmin əmlakların açıq hərracda satılaraq satışdan əldə olunan pul vəsaitinin bölünməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi cavabdehin diqqətinə çatdırılıb. Cavabdeh tərəfindən payın satılması barədə bildirişə ərizə ilə cavab verilsə də, əmlakların qarşılıqlı razılıq əsasında satılması mümkün olmamışdır. İşin faktiki hallarından göründüyü kimi, tərəflərin birgə nikah dövründə əldə etdikləri mənzillər məhkəmənin qeyd edilən qətnaməsi ilə müvafiq olaraq ½ hissədə paylara bölünüb. Lakin tərəflərin mübahisəli mənzillərdə yaşaması mümkün deyil. Belə ki, cavabdeh münaqişəyə meyilli şəxsdir, eyni zamanda tərəflər arasında nikah pozulub. Bundan başqa, iddiaçı mənzillərin, o cümlədən nəqliyyat vasitəsinin ona aid hissəsini satmaq istəyir. Bununla əlaqədar olaraq cavabdehə bildiriş ünvanlayaraq əmlakların qarşılıqlı razılıq əsasında satılaraq satışdan əldə edilən pulun tərəflər arasında bərabər bölünməsini təklif etmişdir. Lakin, cavabdeh təklifinə müsbət reaksiya verməmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-89/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 2, mənzil 72, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, ev 129, mənzil 27 və «Nissan X-Trail» markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan satılsın və satışdan əldə olunmuş pul vəsaiti əmlakların paylı mülkiyyətçilər İddiaçı və Cavabdeh arasında ½ paya münasibətdə bərabər bölünməsi və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə tərəfindən iddiaçı və cavabdehin bərabər paylı mülkiyyətində olan əmlakların naturada ayrılmasının mümkün olub-olmaması ilə əlaqədar ekspertiza təyin edilmiş və məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə mübahisəli mənzillərin naturada təcrid şəklində ayrılmasının texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisə predmeti olan avtomobil paylı mülkiyyət olsa da onun naturada bölünməsi faktiki olaraq mümkün deyildir. Qanunvericiliyin tələblərinə əsasən paylı mülkiyyətçi ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasını o halda tələb edə bilər ki, onun paylı mülkiyyətdə olan payının naturada ayrılması mümkün olmasın. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Belə ki, ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1. ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2. pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Beləliklə əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə payına uyğun olaraq pul kompensasiyasının ödənilməsi təklif olunsa da, cavabdeh təklif olunan pul vəsaitinə malik olmamasını və kompensasiya ödəmək imkanında olmamasını bildirərək kompensasiya ödənilməsi barədə iddiaçının təklifindən imtina etmişdir. Belə olan halda məhkəmə qeyd etmişdir ki, ümumi paylı mülkiyyətdə olan əmlakların açıq hərracdan satılması mümkün hesab edilməlidir. Beləliklə məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan daşınar və daşınmaz əmlakların naturada bölgüsü mümkün olmadığından, bununla da ümumi əmlakların bölünməsi və ya onlardan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadığından, cavabdeh iddiaçının payına uyğun tələb olunan kompensasiyanı vermək iqtidarında olmadığından, həmin əmlaklar açıq hərracda satılmalı və əldə olunacaq məbləğlər tərəflərin payına mütənasib şəkildə bölünməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 36.3, 36.8, 37.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 157.1, 215.1, 220, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə iş üzrə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
13. Apelyasiya şikayətində göstərilmişdir ki, İddiaçı, hazırki iddianı irəli sürməzdən əvvəl, digər paylı mülkiyyətçi Cavabdeh hər ikisinin paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi, 2 saylı evin 72 saylı mənzilinin, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 129 saylı evin 27 saylı mənzilinin 1 yaşayış otağının və “Nissan XTrail” markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilin, özünə aid hissədə alınmasını rəsmi qaydada təklif etməli idi. Birinci instansiyası məhkəməsinin qəbul etdiyi qətnamədə yuxarıda qeyd olunan məzmunda bildirişin Cavabdeh göndərilməsi barədə qeyd olunmuşdur. Lakin bu həqiqətə uyğun deyil. Cavabdeh İddiaçı belə bir bildiriş almamışdır. Lakin birinci instansiyası məhkəməsi işin araşdırılması zamanı bildirişin alınıbalınmamasını yoxlamamışdır. Cavabdeh belə bir bildirişi almadığı halda, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və əmlakların naturada bölünməsinin qeyri-mümkün olması barədə rəy almışdır. Birinci instansiyası məhkəməsi payın alınmasının digər paylı mülkiyyətçiyə təklif etmədən, əmlakın naturada bölünməsi və sair tələblərə baxması və iş üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsi Mülki Məcəllənin 220-ci maddəsinin tələblərinin pozulmasıdır. Göründüyü kimi işə baxmış Nəsimi Rayon Məhkəməsi işin bu hallarını nəzərə almamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir.
b) Apelyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
14. Apelyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, iddia tələbinin əsaslarına uyğun izahat verməklə, apellyasiya şikayətinin təmin edilmədən və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bununla belə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, üzrlü səbəbdən səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etsə də cavabdeh məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq norması
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci, 215.2-ci və 215.4-cü maddələrinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.
18. Həmin Məcəllənin 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
Apelyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə iş üzrə qətnamə qəbul edilməsi xahiş edildiyindən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin bütövlükdə yoxlanılması təşkil edir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir.
23. Mübahisə predmeti olan daşınar və daşınmaz əmlakları tərəflərin birgə nikah dövründə əldə edilmişdir. Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi, 2 saylı evin 72 saylı mənzilinin və Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 129 saylı evin 27 saylı mənzilinin 1 yaşayış otağının, həmçinin Cavabdeh adında qeydiyyatda olan «Nissan X-Trail» markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh payları müəyyən edilmişdir.
24. Hazırda iddiaçı tərəflərin paylı mülkiyyətində olan daşınar və daşınmaz əmlakların naturada bölünməsi, bu mümkün olmadıqda həmin əmlakların açıq hərracda satılaraq əldə olunan pulun tərəflər arasında bərabər bölünməsini xahiş etmişdir.
25. Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçı və cavabdehin bərabər paylı mülkiyyətində olan əmlakların naturada ayrılmasının mümkün olub-olmaması ilə əlaqədar ekspertiza təyin edilmiş və məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə mübahisəli mənzillərin naturada təcrid şəklində ayrılmasının texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
27. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
28. Həmin qərarda eyni zamanda göstərilmişdir ki, «Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
30. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
31. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən isə görünür ki, İddiaçı cavabdehə əmlakların qarşılıqlı razılıq əsasında bazar qiymətinə uyğun olaraq satılmasını və satışdan əldə edilmiş pul vəsaitinin tərəflər arasında bərabər bölünməsini təklif etmişdir.
32. Halbuki istinad edilən maddi hüquq normalarına əsasən iddiaçı əmlakların naturada bölünməsi, bu mümkün olmadıqda açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini tələb etməkdən öncə ilk növbədə cavabdehə payına uyğun olaraq pul kompensasiyasının ödənilməsi təklif etməli idi.
33. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış bildirişin cavabdehə çatdırılıb-çatdırılmaması iş materialları ilə müəyyən edilməmişdir.
34. Göründüyü kimi iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllığa əməl edilməmişdir.
35. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarına düzgün qiymət vermədən, əmlakların açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitin tərəflər arasında ½ paya münasibətdə bərabər bölünməsi barədə nəticəyə gəlmişdir.
36. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə maddi eləcə də prosessual normaların tələblərini pozmuşdur. Bu baxımdan cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur.
37. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
39. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
42. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği eləcə də birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri iddiaçıya aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği isə cavabdehin özünə aid edilməlidir.
44. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-89/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 2 saylı evin 72 saylı mənzilinin, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 129 saylı evin 27 saylı mənzilinin və «Nissan X-Trail» markalı, 90-UC574 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində payların naturada bölünməsi, bu mümkün olmadıqda Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 2 saylı evin 72 saylı mənzilinin, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 129 saylı evin 27 saylı mənzilinin və «Nissan X-Trail» markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin açıq hərracda satılaraq əldə olunan pulun tərəflər arasında bərabər bölünməsi” barədə iddia tələbi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid edilsin. Birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov