Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6218/2025 08.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı X9, onun vəkili https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3683397Vəkil iştirakı ilə, İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və Cavabdeh2 MMC-yə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi " tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, 2(009)-2041/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2678/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsi ilə iddiaçının xeyrinə pul tutulmuşdur. Məhkəmə qətnaməsinin icra olunmaması, həmçinin 2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə müvafiq orqan tərəfindən obyektiv araşdırma aparılmaması ilə bağlı narazı qalmış iddiaçı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət hazırlamış və xx.xx.2023-cü il tarixdə Abşeron rayon Poçt Filialının 1 saylı poçt şöbəsinə təqdim etmişdir. Cavabdeh2 MMC tərəfindən iddiaçıdan qəbul edilmiş RR009786329AZ nömrəli poçt göndərişi təyinatı üzrə Fransa dövlətinə göndərilmiş, xx.xx.2024-cü il tarixdə təyinat ölkəsində qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə Fransadan Sloveniyaya, xx.xx.2024-cü il tarixdə isə Sloveniyadan Niderlanda göndərilmiş, xx.xx.2024-cü il tarixdə isə zərfin üzərində alıcının ünvanı Azərbaycan dilində yazılması səbəbi ilə Azərbaycana geri qaytarılmışdır. Hazırda iddiaçı cavabdehlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Cavabdeh2 tərəfindən onun Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdiyi şikayətin həmin məhkəməyə çatdırılmasının təmin edilməməsi nəticəsində ona dəymiş mənəvi zərərin ödənilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və Cavabdeh2 MMC-yə qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş mənəvi zərərə görə 50.000 manat, iddia ərizəsi verilməsi üçün ödənilmiş 240 manat dövlət rüsumu olmaqla, cəmi 50.240 manat məbləğində pulun cavabdehlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Cavabdeh2ndən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-2678/2021 saylı qətnaməsi ilə onun cavabdehlər X3 və digərlərinə qarşı “pul” tələbinə dair iddia tələbi qismən təmin edilmiş, cavabdeh İ.Cəbrayılovdan 31.270 manat borc və 30 manat dövlət rüsumu tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq qətnamənin icrası təmin edilməmişdir. Həmçinin 2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə müvafiq orqan tərəfindən obyektiv araşdırma aparılmadığına görə dəfələrlə müraciət etsə də, müraciətlərinə müsbət cavab verilməmişdir. Buna görə də o, qeyd olunan işlər üzrə Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının hərəkətlərindən narazı qaldığına görə Avropa İnsan Hüquqları Məhkəməsinə ünvanlanmış şikayət hazırlamış və xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən cavabdehlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Cavabdeh2 tabeçiliyində olan X10 1 saylı Poçt Şöbəsinə təqdim etmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, cavabdehlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Cavabdeh2 tərəfindən onun Avropa İnsan Hüquqları Məhkəməsinə ünvanlanmış şikayət həmin məhkəməyə çatdırılmamış və geri qaytarılmışdır. Buna görə də o, xx.xx.2024-cü il tarixdə cavabdehlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Cavabdeh2nə müraciət edərək onun tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinə ünvanlanmış şikayətin həmin məhkəməyə çatdırılmaması və geri qaytarılmasının səbəbləri barədə məlumat verilməsini istəmişdir. Həmin müraciətlərə cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh2 MMC tərəfindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublarla cavab verilmişdir. xx.xx.2024-cü il tarixli məktubda onun beynəlxalq məktubun çatmaması ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, eyni zamanda Cavabdeh2nə ünvanladığı müraciətə aidiyyəti üzrə baxıldığı, müraciətinə əsasən məktubunun hansı səbəbdən geri qaytarılmasına aydınlıq gətirərkən zərfin üzərində alıcının ünvanının Azərbaycan dilində yazıldığının məlum olduğu, “Poçt Rabitə Xidmətlərinin Göstərilməsi Qaydaları”nın 6.21-ci bəndinə əsasən “Alıcı və göndəricinin poçt ünvanının dəqiqləşdirilməsinin poçt rabitəsi operatorunun öhdəliyinə daxil olmadığı”, göstərilən Qaydanın 6.10-cu bəndinə əsasən “Beynəlxalq poçt göndərişlərinin üzərində alıcının adı, soyadı və onun ünvanının latın hərfləri və ərəb rəqəmləri ilə yazıldığı, alıcının ünvanının dəqiq və tam olmalı olduğu, poçt ünvanı təyinat ölkəsinin dilində yazıldıqda, onun altında yaşayış məntəqəsinin və təyinat ölkəsinin adının Azərbaycan dilində (baş hərflərlə) təkrar olunduğu, onun göndərişinin xx.xx.2023-cü il tarixdə təyinatı üzrə Fransa dövlətinə göndərildiyi, xx.xx.2024-cü il tarixdə təyinat ölkəsinə qəbul edildiyi, lakin onlara məlum olmayan səbəbdən xx.xx.2024-cü il tarixdə Fransadan Sloveniyaya, xx.xx.2024-cü il tarixdə isə Sloveniyadan Niderlanda göndərildiyi, xx.xx.2024-cü il tarixdə isə Azərbaycana geri qaytarıldığı göstərilmişdir. xx.xx.2024-cü il tarixli məktubda isə onun beynəlxalq məktubun çatmaması ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, eyni zamanda Cavabdeh2nə ünvanladığı müraciətə aidiyyəti üzrə baxıldığı, onun məktubunun xx.xx.2023-cü il tarixdə təyinatı üzrə Fransa dövlətinə göndərildiyi, xx.xx.2024-cü il tarixdə təyinat ölkəsində qəbul edildiyi, lakin onlara məlum olmayan səbəbdən xx.xx.2024-cü il tarixdə Fransadan Sloveniyaya, xx.xx.2024-cü il tarixdə isə Sloveniyadan Niderlanda göndərildiyi, xx.xx.2024-cü il tarixdə isə Azərbaycana geri qaytarıldığı məlum olmuş, məktubunun hansı səbəbdən geri qaytarılmasına aydınlıq gətirilərkən zərfin üzərində alıcının ünvanının Azərbaycan dilində yazıldığının məlum olduğu, “Poçt Rabitə Xidmətlərinin Göstərilməsi Qaydaları”nın müddəalarına əsasən “Poçt göndərişlərinin üzərində, bağlamaların müşaiyət sənədlərində, çatdırma haqqında xəbərnamə blanklarında və pul köçürmələrinin blanklarında göndərici və ünvan sahibinin ünvanlarının göndərici tərəfindən yazıldığı, beynəlxalq poçt göndərişlərinin üzərində alıcının adı, soyadı və onun poçt ünvanının latın hərfləri və ərəb rəqəmləri ilə yazıldığı, alıcının ünvanının dəqiq və tam olmalı olduğu, poçt ünvanı təyinat ölkəsinin dilində yazıldıqda, onun altında yaşayış məntəqəsinin və təyinat ölkəsinin adının Azərbaycan dilində (baş hərflərlə) təkrar olunduğu, eyni zamanda alıcı və göndəricinin poçt ünvanının dəqiqləşdirilməsinin poçt rabitəsi operatorunun öhdəliyinə daxil olmadığı göstərilmişdir. Göründüyü cavabdehlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Cavabdeh2 tərəfindən onun Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdiyi şikayətin həmin məhkəməyə çatdırılması təmin edilmədiyinə görə şikayətə baxılmamış, şikayət baxılmadan cavabdehlər tərəfindən geri qaytarılmış və nəticədə onun hüquqları kobud şəkildə pozulmuşdur. Nəticədə o, mənəvi iztirablar keçirməklə onda dərin psixoloji stress yaranmışdır. Bu hadisələrin nəticəsində o, əsəb gərginliyindən və yuxusuzluqdan əziyyət çəkir, tibbi və psixoloji müalicəyə ehtiyacı vardır. Cavabdehlərin qanunsuz hərəkətləri yəni onun Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdiyi şikayətin həmin məhkəməyə çatdırılmasının təmin edilməməsi onun psixoloji sıxıntılar keçirməyinə, iztirab çəkməyinə və mənəvi sarsıntı keçirməyinə səbəb olmuşdur. Bunun nəticəsində ona mənəvi zərər vurulmuşdur. O, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərəri 50.000 manat məbləğində qiymətləndirir. Cavabdehlər ona vurulmuş mənəvi zərəri ödəməkdən imtina edirlər. Ona görə də hazırda cavabdehlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Cavabdeh2 tərəfindən onun Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdiyi şikayətin həmin məhkəməyə çatdırılmasının təmin edilməməsi nəticəsində ona dəymiş mənəvi zərəri könüllü olaraq ödəmədiklərindən onlara qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, 2(009)- 2041/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə nəticəyə gələrkən qeyd etmişdir ki, Cavabdeh2 MMC müstəqil hüquqi şəxs olduğundan və poçt göndərişlərinin həyata keçirilməsinə məsul olduğundan, hazırkı tələb üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi cavabdehlik daşıyan şəxs kimi qəbul edilə bilməz. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 MMC qanunun tələblərinə riayət edərək poçt göndərişini təyinatı üzrə göndərsə də və göndərilən ölkə həmin göndərişi qəbul etsə də, zərfin üzərində alıcının ünvanı Azərbaycan dilində yazılması səbəbi ilə geri qaytarılmışdır. Yəni poçt göndərişinin geri qayıtma səbəbi Cavabdeh2 MMC-nin əməkdaşlarının etdikləri hərəkətlə bağlı olmamışdır. Həmçinin poçt göndərişlərinin ünvana çatmaması və itməsi ilə bağlı Cavabdeh2 MMC mənəvi məsuliyyət daşımır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdeh ”Azərpoçt” MMC tərəfindən poçt göndərişin təyinat məntəqəsinə çatdırılması təmin edildiyindən, iddiaçının özünün poçt ünvanının Azərbaycan dilində yazması poçt göndərişinin geri qaytarılmasına səbəb olduğundan, bununla da cavabdeh tərəfindən qanunvericiliyin normalarının tələblərinə düzgün riayət edilməsi müəyyən edildiyindən, qaldırılan iddia əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehlərin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, həmçinin yuxarıda qeyd edildiyi kimi baş verən hadisədə cavabdehin hər hansı təqsiri olması müəyyən edilməmişdir Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Poçt rabitəsi Xidmətlərinin Göstərilməsi” Qaydalarının 6.21-ci bəndində göstərilmişdir ki, “Alıcı və göndəricinin poçt ünvanının dəqiqləşdirilməsi poçt rabitəsi operatorunun öhdəliyinə daxil deyildir.” Lakin ünvanın dəqiqləşdirilməsi və ünvanın qaydalara uyğun qeyd edilməsi eyni anlayış deyildir. Ünvanın dəqiqləşdirilməsinin nə demək olduğunu müəyyən etmək üçün həmin qaydaların 1.4.6.-cı bəndində nəzər saldıqda, məlum olur ki, poçt ünvanı poçt göndərişinin üzərində xüsusi olaraq nəzərdə tutulmuş yerdə göstərilən göndərici və alıcının ünvanı. Göndərişin üzərində göndərici və alıcının poçt ünvanları, habelə ad və soyadlarının göstərilməsi poçt göndərişinin əsas əlamətidir. Göründüyü kimi, 6.21-ci bənddə ünvanın dəqiqləşdirilməsi qeyd edilmiş, ünvan isə alıcının ünvanıın doğru olubolmaması ilə bağlıdır, onun qeyd edilməsi qaydası ilə bağlı deyildir. Bundan başqa, qaydaların adından da göründüyü kimi, qaydalarda “poçt xidmətinin göstərilməsi şərtləri” göstərilmişdir, lakin buna baxmayaraq, qaydalara uyğun olmayan göndəriş təhvil alınmış, poçt xidmətinin göstərilməsi üçün ödəniş alınmış, bununla belə göndəriş təyinatı üzrə göndərilməmişdir. Nəticədə göndərici ödənişi verdiyi üçün göndərişin qəbul edildiyini düşünmüş, ünvanına çatmasını gözləmiş, göndəriş isə ödəniş alındığı təqdirdə ünvana çatdırılmamış, belə olan halda məsuliyyət göndəricidə deyil, poçt rabitəsi operatorundadır. Belə ki, qaydalara uyğun olmayan göndərişi icraata qəbul etmiş, ünvana çatdırılması üçün ödəniş almışdır. “Poçt rabitəsi Xidmətlərinin Göstərilməsi” Qaydalarının 7.4, 7.5-ci bəndlərində deyilir ki, “Ünvan tərəfində rəsmiləşdirmə üçün nəzərdə tutulandan kənar yazı və işarələr olan, həmçinin qablaşdırılması səliqəsiz olan və lazımi qaydalara cavab verməyən poçt göndərişləri göndərilmə üçün qəbul olunmur və göndəriciyə qaytarılır. Poçt qutularından çıxarılmış bu cür göndərişlər, habelə dəyəri ödənilməmiş və ya qismən ödənilmiş poçt göndərişləri ilk mərhələdən geri ünvana qaytarılır. Bu göndərişlərə əlavə olunmuş arayışda qaytarılmanın səbəbi göstərilir və arayış poçt işçisinin imzası və təqvim ştempeli ilə təsdiqlənir. Göndəricinin ünvanı olmadıqda bu göndərişlər paylanmayan poçt göndərişlərinə aid edilməklə müvəqqəti olaraq poçt rabitəsi operatorunda saxlanılır... ünvanlanma qaydası bu qaydalarla müəyyən olunmuş tələblərə cavab verməyən poçt göndərişləri göndərilmə üçün qəbul edilmir.” Göründüyü kimi, qaydalara riayət edilmə göndəricinin öhdəliyi olması, həmin qaydalara riayət etməyən göndərişi qəbul etməmək də poçt rabitəsinin öhdəliyidir. Buna baxmayaraq, poçt rabitəsi qaydalara uyğun olmayan göndərişi qəbul etmişdi, nəticədə isə ilkin mərhələdə daha qısa zamanda qaydalara uyğunlaşma mükün olduğu halda, uzun müddət sonra məktub daxili deyil, xarici poçt rabitəsi tərəfindən qaytarılmışdır (halbuki xidmətin göstərilməsi üçün ödəniş alınmışdır). Qətnamədə qeyd edilmişdir ki, “...poçt göndərişinin geri qayıtma səbəbi Cavabdeh2 MMC-nin əməkdaşlarının etdikləri hərəkətlə bağlı olmamışdır”, halbuki qaydalar həm göndəriciyə, həm də poçt rabitəsi operatoruna aiddir, əgər göndərişi qaydalara uyğun “etmək” göndəricinin vəzifəsi olmuşdursa, buna nəzarət etmək də poçt rabitəsi operatorunun vəzifəsi olmuşdur, daxili poçt rabitəsi operatoru göndərişin qaydalara uyğun olub-olmadığını yoxladıqdan sonra onu ünvan üzrə göndərməli idi, həmin halda göndərici bu qədər müddət göndərişin çatdırılması intizarında olmazdı. Qətnamədə qeyd edilmişdir ki, “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 17.4.3-cü maddəsinə əsasən poçt rabitəsi operatorları poçt göndərişinin və ya onun içərisindəkilərinin bir hissəsinin itirilməsi, oğurlanması, zədələnməsi, xarab olması, poçt göndərişinin gecikdirilməsi hallarında əldə olunmayan gəlirə, dolayı dəymiş ziyana və mənəvi zərərə görə istifadəçilər qarşısında məsuliyyət daşımırlar. Halbuki iddia gecikdirilmə və s. ilə əlaqəli deyil, iddia “icraata” (poçt xidmətinin göstərilməsi üçün) qəbul edilən göndərişin qaytarılması ilə bağlıdır. Əgər göndəriş qaydalara uyğun deyildirsə, o ilkin mərhələdə, yəni icraata (poçt xidmətinin göstərilməsi üçün) qəbul edilmədən, xidmətin göstərilməsi üçün ödəniş alınmadan qaytarılmalı idi, lakin hazırki işdə göndəriş icraata qəbul edilmiş, ödəniş alınmış, sonradan icra edilmədən (poçt xidməti göstərilmədən) geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər qaydalara uyğun olmadığı təqdirdə, poçt rabitəsi operatorunun göndərişi qəbul etməsi, ödənişi almasının qanunauyğunluğu, qaydalara uyğun olmadığı təqdirdə, poçt rabitəsi operatorunun göndərişi alıcıya göndərməsinin qanunauyğunluğu, göndərişin poçt xidmətinin göstərilməsi üçün qəbul edilməsi, xidmətin göstərilməsi üçün ödənişin alınması, eyni zamanda göndərişin çatdırılmadan, ödənişin qaytarılmadan, göndərişin qaytarılması arasında səbəbli əlaqənin poçt rabitəsi operatorunun hərəkətlərində deyil, göndəricinin hərəkətlərində müəyyən olunmasının qanunauyğunluğu. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər qaydalara riayət edilmə həm göndəricinin, həm də poçt rabitəsi operatorunun öhdəliyi olmuşdur, qaydalara uyğun olmayan göndəriş poçt xidmətinin göstərilməsi üçün icraata qəbul edilmiş, ödəniş alınmışdır, göndəriş geri qaytarıldıqdan sonra poçt rabitəsi operatorunun özünün nəzarət funksiyasını yerinə yetirmədiyinə görə göndəriciyə “üzrxahlıq” məktubu ünvanlamamış, ödənişi geri qaytarmamışdır. Cavabdeh2 MMC apellyasiya şikayətinə qarşı etiraz ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmadıqda, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2016-cı il tarixli, 0001 nömrəli Qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın: 6.10-cu bəndinə əsasən beynəlxalq poçt göndərişinin üzərində alıcının adı, soyadı və onun poçt ünvanı latın hərfləri və ərəb rəqəmləri ilə yazılır. Alıcının ünvanı dəqiq və tam olmalıdır. Poçt ünvanı təyinat ölkəsinin dilində yazıldıqda, onun altında yaşayış məntəqəsinin və təyinat ölkəsinin adı Azərbaycan dilində (baş hərflərlə) təkrar olunur. 6.21-ci bəndinə əsasən alıcı və göndəricinin poçt ünvanının dəqiqləşdirilməsi poçt rabitəsi operatorunun öhdəliyinə daxil deyildir. 12.1-ci maddəsinə əsasən poçt rabitəsi xidmətlərinin göstərilməsi üzrə öhdəliklər icra olunmadıqda və ya qismən icra olunduqda poçt rabitəsi xidmətlərinin istifadəçisi məhkəmədə iddia irəli sürülənədək poçt rabitəsi operatoruna qarşı pretenziya vermək (o cümlədən dəymiş zərərin ödənilməsi tələbi ilə) hüququna malikdir. 12.2-ci maddəsinə əsasən daxili poçt göndərişlərinin çatdırılmaması, vaxtında çatdırılmaması, zədələnməsi və itirilməsi, habelə pul köçürmələrinin ödənilməməsi və vaxtında ödənilməməsi ilə bağlı şikayətlər poçt göndərişinin, pul köçürməsinin qəbul günündən sonrakı altı ay müddətində irəli sürülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarı. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 2678/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X1 31.270 manat borcu və 30 manat dövlət rüsumu tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İddiaçı qətnamənin icrası təmin edilməməməsinə və 2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə müvafiq orqan tərəfindən obyektiv araşdırma aparılmadığına görə dəfələrlə müraciət etsə də, müraciətlərinə müsbət cavab verilməməsi səbəbindən qeyd olunan işlər üzrə Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının hərəkətlərindən narazı qaldığına görə o, Avropa İnsan Hüquqları Məhkəməsinə ünvanlanmış şikayət hazırlamış və xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən cavabdehlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Cavabdeh2 tabeçiliyində olan X10 1 saylı Poçt Şöbəsinə təqdim etmişdir İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X9 tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinə ünvanlanmış məktubu poçt tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş və bu barədə müvafiq qəbz tərtib etmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh2 MMC tərəfindən X7 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Azər Kərimlinin beynəlxalq məktubun çatmaması ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, eyni zamanda Cavabdeh2 MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli müraciətə aidiyyatı üzrə baxılmışdır. Müraciətinə əsasən məktubunun hansı səbəbdən geri qaytarılmasına aydınlıq gətirərkən məlum olmuşdur ki, zərfin üzərində alıcının ünvanı Azərbaycan dilində yazılmışdır. Bildirirlər ki, “Poçt Rabitə Xidmətlərinin Göstərilməsi Qaydaları”nın qaydanın 6.21 bəndinə əsasən “Alıcı və göndəricinin poçt ünvanının dəqiqləşdirilməsi poçt rabitəsi operatorunun öhdəliyinə daxil deyil”. Göstərilən qaydaların 6.10 bəndinə istinadən qeyd edirlər ki, “Beynəlxalq poçt göndərişlərinin üzərində alıcının adı, soyadı və onun poçt ünvanı latın hərfləri və ərəb rəqəmləri ilə yazılır. Alıcının ünvanı dəqiq və tam olmalıdır. Poçt ünvanı təyinat ölkəsinin dilində yazıldıqda, onun altında yaşayış məntəqəsinin və təyinat ölkəsinin adı Azərbaycan dilində (baş hərflərlə) təkrar olunur”. A.Kərimlinin göndərişinin xx.xx.2023cü il tarixdə təyinatı üzrə Fransa dövlətinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə təyinat ölkəsinə qəbul edilmiş, lakin onlara məlum olmayan səbəbdən xx.xx.2024-cü il tarixdə Fransadan Sloveniyaya, xx.xx.2024-cü il tarixdə isə Sloveniyadan Niderlanda göndərilmişdir. xx.xx.2024-cü il tarixdə isə Azərbaycana geri qaytarılmışdır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh2 MMC tərəfindən X7 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, beynəlxalq məktubun çatmaması ilə bağlı A.X4 və Nəqliyyat Nazirliyinə, eyni zamanda Cavabdeh2 MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciətə aidiyyatı üzrə baxılmışdır. Məlum olmuşdur ki, məktub xx.xx.2023-cü il tarixdə təyinatı üzrə Fransa dövlətinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə təyinat ölkəsinə qəbul edilmiş, lakin onlara məlum olmayan səbəbdən xx.xx.2024-cü il tarixdə Fransadan Sloveniyaya, xx.xx.2024-cü il tarixdə isə Sloveniyadan Niderlanda göndərilmişdir. xx.xx.2024-cü il tarixdə isə Azərbaycana geri qaytarılmışdır. Sözügedən məktubun hansı səbəbdən geri qaytarılmasına aydınlıq gətirilərkən məlum olmuşdur ki, zərfin üzərində alıcının ünvanı Azərbaycan dilində yazılmışdır. Bildirirlər ki, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın müddəalarına əsasən “Poçt göndərişlərinin üzərində, bağlamaların müşayiət sənədlərində, çatdırma haqqında xəbərnamə balnklarında və pul köçürmələrinin blanklarında göndərici və ünvan sahibinin ünvanları göndərici tərəfindən yazılır”. “Beynəlxalq poçt göndərişlərinin üzərində alıcının adı, soyadı və onun poçt ünvanı latın hərfləri və ərəb rəqəmləri ilə yazılır. Alıcının ünvanı dəqiq və tam olmalıdır. Poçt ünvanı təyinat ölkəsinin dilində yazıldıqda, onun altında yaşayış məntəqəsinin və təyinat ölkəsinin adı Azərbaycan dilində (baş hərflərlə) təkrar olunur”. Eyni zamanda “alıcı və göndəricinin poçt ünvanının dəqiqləşdirilməsi poçt rabitəsi operatorunun öhdəliyinə daxil deyil”. Hazırda iddiaçı apellyasiya şikayətində "Poçt rabitəsi xidmətlərinin göstərilməsi" Qaydalarının 6.21-ci bəndinə istinad edərək bildirir ki, bu bənddə "alıcı və göndəricinin ünvanının dəqiqləşdirilməsi" operatorun öhdəliyinə aid olmasa da, həmin qaydaların 1.4.6-cı bəndinə uyğun olaraq "ünvanın dəqiqləşdirilməsi" ilə "ünvanın qaydalara uyğun qeyd edilməsi" eyni anlayış deyil. Göndərişin üzərində ünvan və ad-soyadın düzgün göstərilməsi poçt göndərişinin əsas tələblərindən biridir. İddiaçı bildirir ki, operator ödəniş alaraq qaydalara uyğun olmayan göndərişi qəbul edib, lakin xidmət göstərməyib və göndəriş təyinatına çatdırılmayıb, nəticədə məsuliyyət göndəricidə deyil, poçt operatorunda olmalıdır. Halbuki, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 06 fevral 2016-cı il tarixli, №0001 saylı qərarı ilə təsdiq edilmiş "Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları"nın 6.21-ci bəndində poçt operatorunun öhdəliyinə alıcı və göndəricinin ünvanının dəqiqləşdirilməsinin daxil olmadığı açıq şəkildə göstərilir. Yəni operator yalnız göndərişdə göstərilən ünvan əsasında hərəkət edir və ünvanın düzgünlüyünü yoxlamaq onun öhdəliyinə aid deyil. İddiaçının arqumentinin qanuni əsası yoxdur və nə "ünvanın düzgün qeyd edilməsi" nə də "ünvanın dəqiqləşdirilməsi" poçt operatorunun vəzifəsi kimi qanunvericilikdə birbaşa təsbit olunmamışdır. Belə ki, ünvan iddiaçının özü tərəfindən qeyd edilmişdir və cavabdehin ünvanın düzgün qeyd edilməməsi ilə bağlı operatorun məsuliyyəti mövcud deyil, iddiaçı da öz növbəsində cavabdehin konkret olaraq həmin vəzifəsinin təsbit olunduğu hüquqi əsası nə özünün iddia ərizəsində, nə də apellyasiya şikayətində göstərməmişdir. Beləliklə göndərişin üzərində ünvanın və ad-soyadın düzgün göstərilməməsi göndəricinin (iddiaçının) məsuliyyətidir və operator yalnız təqdim edilmiş məlumat əsasında xidmət göstərir. Göründüyü kimi operator qanun və qaydalar çərçivəsində hərəkət etmişdir və göndərişin ünvanının düzgün olmamasına görə məsuliyyət daşımır, bu məsuliyyət göndəriciyə aiddir. İddiaçı apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, "Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydalarının 7.4 və 7.5-ci bəndlərinə əsasən, üzərində tələblərə uyğun olmayan yazılar və işarələr olan, qablaşdırılması səliqəsiz və qaydalara cavab verməyən, həmçinin dəyəri tam ödənilməmiş poçt göndərişləri qəbul edilmir və göndəriciyə geri qaytarılır, qaytarılma səbəbi isə arayışla rəsmiləşdirilir, göndəricinin ünvanı olmadıqda bu cür göndərişlər müvəqqəti saxlanılır və ümumiyyətlə, ünvanlanma tələblərinə cavab verməyən göndərişlərin qəbuluna yol verilmir. İddiaçı qeyd etmişdir ki, qaydalara riayət etmək göndəricinin öhdəliyi olsa da, uyğun olmayan göndərişin qəbul edilməməsi operatorun vəzifəsidir və operatorun belə göndərişi qəbul etməsi nəticəsində məktubun daha son mərhələdə, xarici poçt xidməti tərəfindən geri qaytarılması operatorun düzgün hərəkət etməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə Kollegiyası qeyd edir ki, istinad edilən normalardan görünür ki, poçt operatorunun funksiyası göndərişin üzərindəki məlumatların ünvan, göndərici, alıcı və digər rekvizitlərin forma üzrə düzgün yerlərə və tələb olunan qaydada yazılıbyazılmamasını yoxlamaqdan ibarətdir, operatorun öhdəliyinə həmin məlumatların düzgünlüyünü, dəqiqliyini və real ünvan uyğunluğunu müəyyən etmək daxil deyil. Ünvanın tam, dəqiq və qaydalara uyğun şəkildə göstərilməsi birbaşa göndəricinin məsuliyyətidir. İş materiallarından da görünür ki, iddiaçı poçt zərfində konkret ünvan, alıcını və digər rekvizitləri Azərbaycan dilində göstərmişdir ki, bu operator tərəfindən də uyğun olmayan üzərində tələblərə uyğun olmayan yazılar və işarələr olan göndərişin qəbul edilməməsi kimi qiymətləndirilə bilməz. Poçt rabitəsi xidmətlərinin göstərilməsi qaydalarına əsasən müəyyən edilir ki, ünvanlanma tələblərinə əməl etmək göndəricinin öhdəliyidir, operatorun öhdəliyi isə yalnız məlumatların forma üzrə düzgün yerlərdə və texniki tələblərə uyğun qeyd olunmasını yoxlamaqdan ibarətdir. Buna görə də iddiaçının təqdim etdiyi kimi göndərişin operator tərəfindən qaydalara zidd qəbul edilməsi iddiası əsassızdır, çünki göndəriş təqdim edilərkən forma tələbləri çərçivəsində düzgün doldurulmuş və bu səbəbdən operator tərəfindən qəbul edilərək göndərilmiş, sonradan xarici poçt operatoru tərəfindən qaytarılması və ya hər hansı bir uyğunsuzluq göndəricinin məsuliyyət dairəsinə daxildir. Göründüyü kimi Cavabdeh2 MMC poçt göndərişini təyinatı üzrə göndərsə də və göndərilən ölkə həmin göndərişi qəbul etsə də, zərfin üzərində alıcının ünvanı Azərbaycan dilində yazılması səbəbi ilə geri qaytarılmışdır. Yəni poçt göndərişinin geri qayıtma səbəbi Cavabdeh2 MMC-nin əməkdaşlarının etdikləri hərəkətlə bağlı olmamışdır. Həmçinin poçt göndərişlərinin ünvana çatmaması və itməsi ilə bağlı Cavabdeh2 MMC mənəvi məsuliyyət daşımır. Belə ki, “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 17.4.3-cü maddəsinə əsasən poçt rabitəsi operatorları poçt göndərişinin və ya onun içərisindəkilərinin bir hissəsinin itirilməsi, oğurlanması, zədələnməsi, xarab olması, poçt göndərişinin gecikdirilməsi hallarında əldə olunmayan gəlirə, dolayı dəymiş ziyana və mənəvi zərərə görə istifadəçilər qarşısında məsuliyyət daşımırlar. Kollegiya apellyatorun şikayətinin bu hissəsi ilə, yəni ididanın qeyd edilən normada göstərilənlərlə bağlı olmamasına dair hissəsi ilə razılaşaraq, başqa sözlə, bu normanın hazırki mübahisəyə aid olmamasını qeyd edərək hesab edir ki, bu halın mövcudluğu məhkəmə tərəfindən mahiyyəti üzrə düzgün olmayan qətnamə qəbul edilməsi və buna görə də onun ləğv edilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, digər hissələrdə maddi hüquq normaları düzgün tətbiq olunaraq iddiaya da həmin normaların tələbləri baxımından düzgün qiymət verilmişdir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh ”Azərpoçt” MMC tərəfindən poçt göndərişin təyinat məntəqəsinə çatdırılması təmin edildiyindən, iddiaçının özünün poçt ünvanının Azərbaycan dilində yazması poçt göndərişinin geri qaytarılmasına səbəb olduğundan, bununla da cavabdeh tərəfindən qanunvericiliyin yuxarıda göstərilən normalarının tələblərinə düzgün riayət edilməsi müəyyən edildiyindən, qaldırılan iddia əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Cavabdeh2 MMC müstəqil hüquqi şəxs olduğundan və poçt göndərişlərinin həyata keçirilməsinə məsul olduğundan, hazırkı tələb üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi cavabdehlik daşıyan şəxs kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2016-cı il tarixli, 0001 nömrəli Qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 12.1-ci maddəsinə əsasən poçt rabitəsi xidmətlərinin göstərilməsi üzrə öhdəliklər icra olunmadıqda və ya qismən icra olunduqda poçt rabitəsi xidmətlərinin istifadəçisi məhkəmədə iddia irəli sürülənədək poçt rabitəsi operatoruna qarşı pretenziya vermək (o cümlədən dəymiş zərərin ödənilməsi tələbi ilə) hüququna malikdir. Bu kontekstdə Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə Kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Bu baxımdan Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Çünki iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
İddiaçı X9 tərəfindən verilmmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, 2(009)- 2041/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.