Məhkəmə qərarları › İş №2(103)-6221/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6221/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6221/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi, Cavabdeh ləğv prosesində olan QSC «xxxx» Kommersiya Bankının nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər ləğv prosesində olan QSC «xxxx» Kommersiya Bankına və ləğv prosesində olan QSC «xxxx» Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «daşınmaz əmlakların ipotekasına xitam verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(009)-1352/2021 saylı qərardadından cavabdeh ləğv prosesində olan QSC «xxxx» Kommersiya Bankı tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər ləğv prosesində olan QSC «xxxx» Kommersiya Bankına və ləğv prosesində olan QSC «xxxx» Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «daşınmaz əmlakların ipotekasına xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bununla yanaşı, iddiaçılar iddianın təmin etmə tədbiri barədə ərizə verərək, işə məhkəmədə mahiyyəti üzrə baxılıb qurtaranadək, mübahisə predmeti - Abşeron rayonu, Saray qəsəbəsi, Villa Badam yaşayış kompleksində yerləşən 1. A/4 saylı fərdi yaşayış evi;

2. A/3 saylı fərdi yaşayış evi; 3. A/10 saylı fərdi yaşayış evi; 4.A/11 saylı fərdi yaşayış evi;

5. A/21 saylı fərdi yaşayış evi; 6. A/24 saylı fərdi yaşayış evi; 7. A/27 saylı fərdi yaşayış evi; 8. A/37 saylı fərdi yaşayış evi; 9. A/40 saylı fərdi yaşayış evi; 10. A/47 saylı fərdi yaşayış evi; 11. A/64 saylı fərdi yaşayış evi; 12. A/65 saylı fərdi yaşayış evi; 13. A/71 saylı fərdi yaşayış evi; 14. A/72 saylı fərdi yaşayış evi; 15. A/78 saylı fərdi yaşayış evi; 16. A/80 saylı fərdi yaşayış evi; 17. B/08 saylı fərdi yaşayış evi; 18. B/15 saylı fərdi yaşayış evi; 19. B/30 saylı fərdi yaşayış evi; 20. B/31 saylı fərdi yaşayış evi; 21. B/40 saylı fərdi yaşayış evi; 22. B/41 saylı fərdi yaşayış evi; 23. B/12 saylı fərdi yaşayış evi; 24. B/48 saylı fərdi yaşayış evi; 25. C/16 saylı fərdi yaşayış evi; 26. C/37 saylı fərdi yaşayış evi; 27.C/39 saylı fərdi yaşayış evi; 28. C/44 saylı fərdi yaşayış evi; 29. A/5 saylı fərdi yaşayış evi; 30. A/22 saylı fərdi yaşayış evi; 31. A/25 saylı fərdi yaşayış evi; 32. A/29 saylı fərdi yaşayış evi; 33. A/31 saylı fərdi yaşayış evi; 34. A/36 saylı fərdi yaşayış evi; 35. A/45 saylı fərdi yaşayış evi; 36. A/51 saylı fərdi yaşayış evi; 37. A/66 saylı fərdi yaşayış evi; 38. A/75 saylı fərdi yaşayış evi; 39. B/04 saylı fərdi yaşayış evi; 40. B/07 saylı fərdi yaşayış evi; 41.B/11 saylı fərdi yaşayış evi.; 42. B/13 saylı fərdi yaşayış evi; 43. B/44 saylı fərdi yaşayış evi; 44. B/49 saylı fərdi yaşayış evi; 45. B/53 saylı fərdi yaşayış evi; 46. B/58 saylı fərdi yaşayış evi; 47. C/7 saylı fərdi yaşayış evi; 48. C/36 saylı fərdi yaşayış evi; 49. B/09 saylı fərdi yaşayış evi;

50. A/13 saylı fərdi yaşayış evi; 51. B/21 saylı fərdi yaşayış evlərinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsi və həmin qərardadı icra olunmaq üçün «xxxx» MMC-yə, Abşeron rayon İcra və probasiya şöbəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(009)- 1352/2021 saylı qərardadı ilə (hakim Mədinə Bağırova) ərizə təmin edilmişdir. Cavabdeh QSC «xxxx» Kommersiya Bankı qərardaddan şikayət vermiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə görə birinci instansiya məhkəməsinin qərardadı əsassızdır. Belə ki, məhkəmə tərəfindən ərizə təmin edilsə də, qərardadda bununla bağlı hər-hansı əsas göstərilməmişdir. Digər tərəfdən, mübahisə predmeti əmlaklara tutmanın yönəldilməsi barədə müvafiq məhkəmə qətnaməsi vardır. Hazırki qərardad isə həmin qətnamənin icra edilməsinə məhdudiyyət yaradır. Qeyd edilənlərə əsasən məhkəmədən qərardadın ləğv olunması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh ləğv prosesində olan QSC «xxxx» Kommersiya Bankının nümayəndəsi şikayətə uyğun izahat verərək, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv olunmalı, mülki iş ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 157.1 və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Göründüyü kimi, mülki prosessual qanunvericilik qəbul ediləcək məhkəmə aktlarının gələcəkdə icrasını təmin edən müvafiq tədbirlərin görülməsinin mümkünlüyünü nəzərdə tutur. Belə tədbirlər sırasında iddianı təmin etmə tədbirləri xüsusi yer tutur. İddianın təmin edilməsi institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm elementlərindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış etməklə, qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər («Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarı). İlk növbədə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi mübahisə predmeti əmlakların özgəninkiləşdirilməsini, həmçinin «xxxx» MMC-yə qadağan etmişdir ki, sonuncunun da hazırki işə prosessual aidiyyəti müəyyən edilmir. Eyni zamanda işdən görünür ki, mübahisə predmeti əmlaklar tərəflər arasında olmuş digər mübahisənin predmeti olmuşdur. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 aprel 2016-cı il tarixli qətnaməsinə əsasən iddiaçı QSC «xxxx» Kommersiya Bankının cavabdehlər İddiaçı1, İddiaçı2 və başqalarına qarşı kredit borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair iddiası təmin edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi iddianın təmini tədbirinin qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına maneə təşkil edib-etməməsini yoxlamamış, bu hala hüquqi qiymət verməmişdir (zərurət yarandığı halda, qətnamənin icra vəziyyəti barədə məlumatlar icra orqanı ilə dəqiqləşdirilə bilər). Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından və həmin pozuntular düzgün olmayan qərardadın çıxarılması ilə nəticələndiyindən, şikayət qismən təmin edilməli, qərardad ləğv olunmalı, mülki iş ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər ləğv prosesində olan QSC «xxxx» Kommersiya Bankına və ləğv prosesində olan QSC «xxxx» Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «daşınmaz əmlakların ipotekasına xitam verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(009)-1352/2021 saylı qərardadından cavabdeh ləğv prosesində olan QSC «xxxx» Kommersiya Bankı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(009)- 1352/2021 saylı qərardadı ləğv edilsin, mülki iş iddianın təmini tədbiri barədə ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar