Məhkəmə qərarları › İş №2(103)-6230/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6230/2024

18.12.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6230/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə) Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (açar sözlər: əmək haqqı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə) Cavabdeh MMC-yə qarşı "ödənilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə ödəncin ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-3116/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı "xxxx" MMC-in xx.xx.2023-cü il tarixli, 402/K nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş, işçinin son iş günü xx.xx.2023-cü il tarixi hesab edilmişdir. Əmrdən daha sonra müəyyən olunur ki, işçinin istifadə etmədiyi məzuniyyət günləri 2021-2022-ci il üçün 21 gün, 2022-2023-cü il üçün 18 gün təşkil etmiş, ona son-haqq hesabın ödənilməsi Maliyyə Departamentinə həvalə edilmişdir. 0160473 nömrəli əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surətinə əsasən, İddiaçı xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-də anbardar vəzifəsində işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, (öz təşəbbüsü ilə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı məxsus ABB-də olan əmək haqqı hesabından çıxarışa əsasən Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixdə əmək haqqı olaraq 276 manat, xx.xx.2023cü il tarixdə son haqq-hesab olaraq 373.49 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinin 17 aprel 2023-cü il tarixli, 3-17-5/2-14-13359/20 nömrəli məktubundan müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilmişdir. İddiaçı X2 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim etdiyi əmək haqqı bank hesabından çıxarışa əsasən ona Cavabdeh MMC tərəfindən son haqq-hesabın xx.xx.2023-cü il tarixdə ödənildiyini müəyyən edilmişdir. Bu səbəbdən, Optimal Elektronika” MMC-nin vəzifəli şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 14 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-2257/2023 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023cü il tarixli, MN ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarı ləğv edilmiş və başlanmış inzibati iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-2257/2023 nömrəli qərarı ilə müəyyən olunmuşdur ki, "xxxx" MMC-də işləmiş inzibatçı Z.A. Sifahanova və anbardar işləmiş İddiaçı xx.xx.2023-cü il tarixdə, eləcə də R.H.Qululu isə xx.xx.2023-cü il tarixdə son məzuniyyət haqqı verilmiş, buna baxmayaraq bu hal müfəttişlik tərəfindən nəzərə alınmayaraq xx.xx.2023-cü il tarixdə protokol tərtib edilmiş və inzibati xəta hadisəsi MMC tərəfindən aradan qaldırılmasına baxmayaraq xx.xx.2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək MMC-in direktoru cərimə edilmişdir. Bundan başqa, əmək müfəttişliyi tərəfindən protokol tərtib edilərkən MMC-in bank hesablarına inkasso sərəncamlarının qoyulması, yəni işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı halda işçinin əmək və məzuniyyət haqlarının ödəməməsi nəzərə alınmamışdır. Göstərilən səbəblərdən də, məhkəmə belə hesab edir ki, Cavabdeh MMC-in direktoru Nümayəndə1 tərəfindən sabiq işçilərə ödənişlər edilmişdir. Buna görə də, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və Nümayəndə1 barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1583/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)- 2257/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1583/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi apellyasiya şikayətində İddiaçı və digərlərinin müraciətləri nəticəsində aparılmış araşdırma zamanı işçilərin aylıq və digər ödənişləri qanunvericiliyin tələbləri pozularaq, İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilsə də, son haqq-hesabı gecikdirilərək xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Bakı 6 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/6-00501 nömrəli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışına əsasən mediasiyanın tətbiqi barədə təklif xx.xx.2024-cü il tarixdə göndərilmiş, mediasiya sessiyası xx.xx.2024-cü il tarixdə keçirilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə) Cavabdeh MMC-yə qarşı "ödənilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə ödəncin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən aylıq 276.50 manat olmaqla 3 ay, (2022-ci ilin dekabr ayı, 2023-cü il ilin yanvar, fevral ayları) üzrə ödənilməmiş 829.50 manat əmək haqqının, 1 il üzrə istifadə edilməmiş məzuniyyət pulunun, həmin məbləğlərin vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinə uyğun olaraq hər gecidirilmiş gün üçün 1 faizi hesablanmaqla cavabdehdən tutulmaqla iddiaçıya ödənilməsi və ilkin mediasiya sessiyasında iştirakı ilə əlaqədar ödədiyi 60 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh MMC-də anbardar vəzifəsinə işə qəbul olunmaqla əmək fəaliyyətinə başlamışdır. Həmin vəzifəyə təyin olunarkən onun barəsində xx.xx.2018-ci il tarixli 409/k nömrəli əmr verilmişdir. 28 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin "a" yarımbəndi ilə öz xahişi ilə işdən azad edilmişdir (xx.xx.2023-cü il tarixli 402/k saylı əmr ilə). Cavabdeh MMC-də anbardar vəzifəsində işlədiyi zaman əmək haqqı 300 manat olmuş, vergi, sosial sığorta haqqı və icbari ödəmələr tutulandan sonra kart hesabına aylıq olaraq 276.5 manat əmək haqqı köçürülüb (Azərbaycan Beynəlxalq Bankı tərəfindən xx.xx.2023-cü il tarixli ödəniş kartı üzə çıxarış əlavə edilir). İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə 28 fevral 2023-cü il tarixdə ona son haqq hesab ödənilərkən yalnız istifadə edilməmiş məzuniyyətə görə 2023-cü ilin yanvar və fevral ayı üzrə hesablanıb verilmişdir. 2022-ci ilin bütövlükdə istifadə edilməmiş məzuniyyət pulu və 2022-ci il üzrə dekabr ayının, 2023-cü il üzrə isə yanvar və fevral aylarının isə əmək haqqları ödənilməmişdir. Pozulmuş əmk hüququnun bərpa olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə müraciət etmiş və müfəttişlik tərtəfındən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən yuxarıda qeyd etdiyi hallar öz təsdiqini tapmış, lakin cavabdeh tərəfindən lazımi sənədlər müfəttişliyə təqdim edilmədiyindən araşdırma tam aparıla bilməmiş, istifadə etmədiyi məzuniyyət günlərinin sayı müəyyən edilə bilinməmişdir. Faktın cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələblərinin pozulması öz təsdiqini tapdığından X2 Xidməti tərəfindən cavabdehin barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra da yenə cavabdeh tərəfindən iddiaçının ödənilməmiş əmək haqqını və istifadə edilməmiş məzuniyyət haqqını ödəmədiyindən məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmək qərarına gəlmışdır. Lakin hazırda qanunvericiliyin tələbinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh təşkilat nə ona göndərdiyi təklif məktubuna cavab verməmiş, nə də mediasiya sessiyasında iştirak etmədiyindən mediasiya təşkilatı tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Belə olan halda hüquqların bərpasından ötrü hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh "xxxx" MMC iddiaya qarşı etirazını onunla əsaslandırılmışdır ki, iddiaçı Muradlı X1 Rayon Məhkəməsində iddia qaldıraraq 829,50 manat əmək haqqının, 1 il üzrə istifadə edilməmiş məzuniyyət haqqının, hər gecikdirilmış gün üçün 1% hesablamanın və 60 manat mediasiya xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Aşağıdakılara əsasən hesab edilir ki, iddia tələbi tamamilə əsassızdır və rədd edilməlidir. İddiaçı eyni məzmunlu şikayətlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət elmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər ərazi İdarəsi tərəfindən Cavabdeh MMC-nin rəhbəri Nümayəndə1 barəsində MN ******* №-li, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 1000 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Nümayəndə1 tərəfindən həmin inzibati tənbeh verilmə haqqında qərardan məhkəməyə şikayət verilmiş və Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixil 3(006)2257/2023 saylı qərarı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və başlanmış inzibati iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv olunması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvəsində saxlanması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 1583/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanmış inzibati iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Məhkəmə araşdırması zamanı tam təstiq edilmişdir ki, "xxxx" MMC-nin direktoru O.T.Əsgərov tərəfindən sabiq işçilərə ödənişlər edilmişdir. Ona görə də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinin idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və Ə.T.Əsgarovun barəsində başlanılmış inzibatı iş üzrə icraata xitam verilmişdir. Həmin Məhkəmə qərarları hazırda da qüvvədədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin qeyd hissəsinə əsasən bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Həmin qərarlar hazırda elektron Məhkəmə sisteminə də əlavə edilmişdir. Göründüyü kimi məhkəmə araşdırması zamanı iddiaçıya müəssisənin heç bir borcunun olmaması öz təstiqini tapdığından iddiaçının iddia tələbi təmin edilməməlidir. Eyni zamanda cavabdeh "xxxx" MMC iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə ödənilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə ödəncin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab olunur ki, iddia tələbinə iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Qeyd olunan iddia tələbi ilə bağlı bildirilir ki, anbardar vəzifəsindən azad edilmiş "xxxx" MMC-nin sabiq işçisi İddiaçı ilə xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək "xxxx" MMC-də "anbardar vəzifəsi üzrə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixində "tərəflərdən birinin təşəbbüsü" əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi ilə xitam verilmiş və son haqq-hesabı isə xx.xx.2023cü il tarixdə ödənilmişdir. Belə ki, İddiaçı "xxxx" MMC tərəfindən əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinə müraciət etmişdir. Anbardar vəzifəsindən azad edilmiş "xxxx" MMC-nin sabiq işçisi İddiaçı xx.xx.2023-cü il tarixində Müfəttişliyə şikayət edərək xx.xx.2023-cü il tarixində "tərəflərdən birinin təşəbbüsü" əsası ilə əmək müqaviləsinə xitam verildiyini, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi, o cümlədən, 2022-ci ilin dekabr ayı, 2023-cü ilin yanvar və fevral ayları üzrə əmək haqqı da daxil olmaqla son haqq-hesab ödənişinin verilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və məşğulluq" alt sitseminə baxış keçirilməsi və vətəndaşlar tərəfindən təqdim edilmiş əmək haqqı bank hesabından çıxarışlarının təhlili nəticəsində "xxxx" MMC-nin rəhbərliyi ilə İddiaçı Mirkamil oğlu arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi ilə xitam verildiyi, son haqqhesabının xx.xx.2023-cü il tarixdə ödənildiyi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi ilə xitam verildiyi, son haqqhesabının xx.xx.2023-cü il tarixdə ödənildiyi müyyən edilmişdir. Lakin əmək müqaviləsinə xitam verilərkən İddiaçı Mirkamil oğlununun "istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi, o cümlədən, 2022-ci ilin dekabr ayı, 2023-cü ilin yanvar və fevral ayları üzrə əmək haqqı da daxil olmaqla son haqq-hesab ödənişinin verilməməsi barədə müraciəti öz təsdiqini tapmamışdır. Göründüyü kimi, İddiaçı Mirkamil oğlunun bütün aylar üzrə məzuniyyət və əmək haqqları tam və düzgün hesablanmış ödənilmişdir. xx.xx.2024cü il tarixində İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti" mübahisə predmeli barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə ödənilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə ödəncin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, İddiaçı xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 3116/2024 nömrəli qətnaməsinə əsasən, İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə) Cavabdeh MMC-yə qarşı "ödənilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə ödəncin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, işçi İddiaçı ərizəsinə əsasən işəgötürən Cavabdeh MMC-nin 402/K nömrəli, 28 fevral 2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən aralarında bağlanmış əmək müqaviləsinə xitam verilmiş, son haqq-hesab xx.xx.2023-cü il tarixdə ödənilmişdir. İddiaçı tərəfindən mediasiyanın tətbiqi barədə təklif xx.xx.2024-cü il tarixdə göndərilmiş, mediasiya sessiyası xx.xx.2024-cü il tarixdə keçirilmiş və xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edilmişdir. Göründüyü kimi, iddiaçı pul və digər əmlak tələbləri ilə əlaqədar yaranmış əmək mübahisələrinin həlli üçün qanunvericiliklə müəyyən edilmiş 1 illik iddia müddətini ötürmüşdür. İddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsasında iddia müddətini tətbiq edərək hesab edir ki, iddiaçı tərəfindən pul və digər əmlak tələbləri ilə əlaqədar yaranmış əmək mübahisələrinin həlli üçün işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən qanunvericiliklə müəyyən edilmiş 1 illik iddia müddəti ötürüldüyündən iddia təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-4,6 hissələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 372.2, 375.1, 375.2-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə, "Mediasiya" haqqında Azərbaycan Respublikasının Qanununun 21.5, 32.4.2, 35.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cü maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 3116/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, şikayətçi İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən aylıq 276.50 manat olmaqla 3 ay, (2022-ci ilin dekabr ayı, 2023-cü ilin yanvar, fevral ayları) üzrə ödənilməmiş 829.50 manat əmək haqqının, 1 il üzrə istifadə edilməmiş məzuniyyət pulunun, həmin məbləğlərin vaxında ödənilməməsinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinə uyğun olaraq hər gecikdirilmiş gün üçün 1 faizi hesablanmaqla cavabdehdən tutulmaqla ona ödənilməsi və ilkin mediasiya sessiyasında iştirakı ilə əlaqədar olaraq ödədiyi 60 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, O, 27 aprel 2018-ci il tarixdə Optimal Elektronika MMC-də anbardar vəzifəsinə işə qəbul olunmaqla əmək fəaliyyətinə başlamışdır. Həmin vəzifəyə təyin olunarkən onun barəsində xx.xx.2018-ci il tarixli 409/k nömrəli əmr verilmişdir. 28 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndi ilə öz xahişi ilə işdən azad edilmişdir (xx.xx.2023cü il tarixli 402/k saylı əmr ilə). Cavabdeh MMC-də anbardar vəzifəsində işlədiyi zaman əmək haqqı 300 manat olmuş, vergi, sosial sığorta haqqı və icbari ödəmələr tutulandan sonra kart hesabına aylıq olaraq 276.5 manat əmək haqqı köçürülmüşdür. Onunla bağlanılmış əmək müqaviləsinə 28 fevral 2023-cü ildə ona son haqq hesab ödənilərkən yalnız istifadə edilməmiş məzuniyyətə görə 2023-cü ilin yanvar və fevral ayı üzrə hesablanıb verilmiş, 2022-ci ilin bütövlükdə istifadə edilməmiş məzuniyyət pulu və 2022-ci il üzrə dekabr ayının, 2023-cü il üzrə isə yanvar və fevral aylarının isə əmək haqqları ödənilməmişdir. Pozulmuş əmək hüququnun bərpa olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə müraciət etmiş və müfəttişlik tərtəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən yuxarıda qeyd etdiyi hallar öz təsdiqini tapmış, lakin cavabdeh tərəfindən lazımi sənədlər müfəttişliyə təqdim edilmədiyindən araşdırma tam aparıla bilməmiş, istifadə etmədiyi məzuniyyət günlərinin sayı müəyyən edilə bilinməmişdir. Lakin cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələblərinin pozulması öz təsdiqini tapdığından X2 Xidməti tərəfindən cavabdehin barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra da yenə cavabdeh tərəfindən onun ödənilməmiş əmək haqqını və istifadə edilməmiş məzuniyyət haqqını ödəmədiyindən məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmək qərarına gəlmiş, hazırda qanunvericiliyin tələbinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh təşkilat nə ona gönbdərdiyi təklif məktubuna cavab verməmiş, nə də mediasiya sessiyasında iştirak etmədiyindən mediasiya təşkilatı tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Belə olan halda hüquqlarının bərpasından ötrü aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-3116/2024 saylı qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamə maddi və prosesssual pozuntular edilməklə qəbul edildiyindən ləğv edilməli iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, mülki iş məhkəmədə araşdırılarkən tərəfindən və eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim edilən sənədlər və işin faktiki halları ilə müəyyən edilmişdir ki, işəgötürən olan Cavabdeh MMC tərəfindən onun işdən çıxarılmağsı barədə əmr xx.xx.2023-cü il tarixdə verilmiş və həmin əmr verilərkən və ondan sonra da 2022-ci ilin dekabr ayı, 2023-cü ilin yanvar, fevral ayları üzrə ödənilməmiş 829.50 manat əmək haqqının, 1 il üzrə istifadə edilməmiş məzuniyyət pulu ödənilməmişdir. Bu barədə sübut olaraq öz əmək haqqı kartından da çıxarışı birinci instansiya məhkəməsinə təqdim etmiş, lakin birinci inctansiya məhkəməsi həmin halları araşdırmamış, iddia tələbini iddia müddətinin buraxılması ilə əlaqədar olaraq rədd etmişdir. Məhkəmə özünün qətnaməsini əsaslandırarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə istinad etmiş və əmək mübahisəsi üzrə pulun tələb olunması ilə bağlı iddia müddətinin 1 təqvim ili müddətində iddia müddətinin müəyyən edilməsinə baxmayaraq məhkəmə 3 aylıq müddəti tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Belə ki, iddia tələbindən də göründüyü kimi onun cavabdehə qarşı qaldırdığı iddia tələbi işəgötürən kimi Cavabdeh MMC-dən işə bərpa olunmağı və ya işçi olaraq hüquqlarının bərpası ilə deyil, işdən azad olunarkən ona verilməli olan pul məbləğinin ödənilməsi ilə bağlı olaraq iddia müddəti Əmək Məcəlləsinin 296.2-ci maddəsi ilə deyil, Həmin Məcəllənin 296.4-cü maddəsi ilə əlaqədar olamqla iddia qaldırmaq hüququ bir təqvim ilidir. Əmək münasibətlərində mediasiya prosesi tətbiq edilməsi imperativ olduğundan o məhkəməyə müraciət etməmişdən əvvəl mediasiyaya müraciət etmiş və iddia müddəti təklifin göndərildiyi gün yəni 15 fevral 2024-cü il tarixdə dayandırılmış və 18 mart 2024-cü il tarixdə mediasiya sessiyası keçirilmişdir. Belə ki, onun son haqq hesabı xx.xx.2023-cü il tarixdə köçürülməklə hüquqlarının pozulması anı xx.xx.2023-cü il tarixi müəyyən olunmuş və xx.xx.2024-cü il tarixədək iddia müddəti olmuşdur. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək mediasiya prosesi olduğundan həmin iddia müddətinin axımı 15 fevralda dayanmış, 19 mart 2024-cü ildə axım başlanılmışdır. Belə olan halda iddia müddəti 21 aprel 2024-cü il tarixədək olmuşdur. Həmin müddəti buraxmadan o iddia tələbi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmiş və cavabdehin hüquqi ünvanı Dövlət Vergi Xidməti tərəfindən verilmiş məlumat əsasında (VÖEN axtarış sistemi vasitəsilə) cavabdehin hüquqi ünvanı Nizami rayonu olduğundan iddia tələbi ilə həmin məhkəməyə göndərilmişdir. Nizami Rayon Məhkəmə elektron məhkəmə informasiya vasitəsiylə sorğu nəticəsində cavabdehin hüquqi ünvanının Yasamal rayonu olması müəyyən edildiyindən iddia ərizəsi geri qaytarılmış və həmin qərardad ona 17 may 2024-cü il tarixdə təqdim edildikdən sonra 3 gün müddətində poçt vasitəsilə yenidən məhkəmədə iddia qaldırmış və beləliklə onun iddia müddəti 10 gündən çox qalmışdır. Belə olan halda da məhkəmə tərəfindən iddia müddətinin tətbiq edilməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh MMC-yə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh MMC-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 8.

1. Bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə — illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir.

2. Müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır.

3. İllərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir.

4. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir. Maddə 68.

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Maddə 83.

1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 110.

1. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

2. Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır.

3. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Maddə 113.

1. Əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.

2. Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər.

3. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrıayrılıqda istifadə edə bilər. Maddə 135.

1. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.

2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Maddə 172.

5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 296

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.1. iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda; 379.1.2. iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda; 379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə; 379.1.4. fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda; 379.1.5. müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda; 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə. Maddə 379.3. İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin. Maddə 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 3 iyun 2013-cü il tarixli qərarında göstərmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair 11 aprel 2023-cü il tarixli qərarına əsasən əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edilmədiyindən və qətnamə apellyasiya şikayətinə əsasən iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı aylıq əmək haqqı 276.50 manat olmaqla 2022-ci ilin dekabr ayı, 2023-cü ilin yanvar, fevral ayları üzrə ödənilməmiş cəmi 829.50 manat əmək haqqının, 1 il üzrə istifadə edilməmiş məzuniyyət pulunun, həmin məbləğlərin vaxında ödənilməməsinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinə uyğun olaraq hər gecikdirilmiş gün üçün 1 faizi hesablanmaqla müəyyən olunan pul məbləğinin cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə şıxarılmasını xahiş edir. Mülki iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilən iddiaçı iddia ərizəsində qeyd olunan tələblər üzrə pozulmuş hüquqlarının müdafiəsi üçün xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinə müraciət etmiş, araşdırma nəticəsində iddiaçıya son haqq-hesabının xx.xx.2023cü il tarixdə ödənilməsi müəyyən edildiyi üçün işəgötürənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunmuşdur. Daha sonra, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)- 2257/2023 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarı ləğv edilmiş və başlanmış inzibati iş üzrə icraata xitam verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1583/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən, isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-2257/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İstinad olunan məhkəmə aktlarından müəyyən olunur ki, İddiaçı son haqq-hesabının gec verilməsinin səbəbi işəgötürənin bank hesabının üzərinə inkasso sərəncamlarının qoyulması olmuşdur. Daha sonra iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi özünə məxsus ABB-də olan əmək haqqı hesabından çıxarışdan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixdə əmək haqqı olaraq 276 manat, xx.xx.2023-cü il tarixdə son haqq-hesab olaraq 373.49 manat ödənilmiş, işəgötürən tərəfindən xx.xx.2023cü il tarixli, 402/K nömrəli əmri qəbul edərkən işçinin istifadə etmədiyi məzuniyyət günlərini nəzərə alınmış, iddiaçı isə birinci instansiya məhkəməsində verdiyi izahatında əmrdə qeyd olunan məzuniyyət günlərinə görə hesablanan vəsaiti almasını bildirmişdir. (iş.v.88) Kollegiya qeyd edir ki, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Beləliklə tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçıya, 2023-cü ilin yanvar ayına görə əmək haqqı, 2023-cü ilin fevral ayına görə əmək haqqı, istifadə etmədiyi məzuniyyət günlərinə görə hesablanan kompensasiya da daxil olmaqla son haqq-hesabı ödənilmiş, əmək haqqının verilməsinin gecikdirilməsi isə işəgötürənin təqsiri üzündən baş verməmişdir. Kollegiya iddiaçının 2022-ci ilin dekabr ayına görə əmək haqqı və bu əmək haqqına görə faiz tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən iddiaçının xx.xx.2023cü il tarixli müraciəti əsasında araşdırma aparılarkən bu tələb üzrə əmək haqqı borcunun olması müəyyən olunmasa da, bu tələb üzrə hüququnun pozulmasını artıq 2023-cü ilin yanvar ayının əvvəllərində bilən iddiaçı, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il sonra, yəni 2024-cü ilin yanvar ayından sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Kollegiya qeyd edir ki, iddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanını təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq olunur. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan, məsuliyyət daşımaqdan azad olsun. Başqa sözlə, iddia müddətinin keçməsi tələb hüququnun özünü deyil, onun məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır. Bu baxımdan iddia müddəti qanunla cavabdehə verilən özünümüdafiə vasitəsidir. İddia müddətinin axımının başlanması və başa çatması anının düzgün müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İstinad olunanlara əsasən, kollegiya iddia tələblərini təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 3116/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar