Məhkəmə qərarları › İş №2(103)-6232/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6232/2020

12.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6232/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, hakimin köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil X1, Cavabdeh, onun vəkili Bayramov Abil Nəzir oğlunun iştirakları ilə, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı (Bakı şəhəri 46 saylı notariat kontoru 3-cü şəxs qismində cəlb edilməklə) "müqavilənin ləğv edilməsi və pulun ödənilməsi” tələbinə və ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı "mənzilin alqı-satqı müqaviləsini bağlamaq öhdəlyinin cavabdehin üzərinə qoyulması" tələbinə (ilk və qarşılıqlı iddia ərizələrinə) dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3166/2019 saylı işi üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsi ilə şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsi və Cavabdeh 45000 manat onun tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə (iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə) müraciət edərək, cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində "xxxxxxxxxxxxxxx” Mənzil- Tikinti Kooperativi tərəfindən inşa edilmiş 2 saylı binada yerləşən ümumi sahəsi 116,67 kv metr olan 3 otaqlı 44 saylı mənzilin alqı-satqısına dair əsas müqavilənin onların arasında bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki:xx.xx.2016-cı il tarixli ilkin müqaviləyə əsasən, İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmış, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsindəki 2 saylı binada 1-ci giriş, 11-ci mərtəbədə yerləşən, ümumi sahəsi 116,67 kv.metr olan 3 otaqlı 44 saylı mənzili gələcəkdə mülkiyyət hüququ haqqında sənədləri əldə etdikdən sonra Cavabdeh satmağı və buna müvafiq olaraq tərəflər öz aralarında bu barədə notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlamağı öz öhdələrinə götürmüşlər. Əsas müqavilə üzrə alqı-satqı obyektinin satış dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 81669000 (səksən bir min altı yüz altmış doqquz) manat (54446 (əlli dörd min dörd yüz qırx altı) ABŞ dolları ekvivalentində) məbləğində müəyyən edilir. Alqı-satqı obyektinin sonradan bazar qiymətinin artması və ya azalması tərəflər arasında yenidən hesablaşmaya səbəb olmur. Müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuş əsas müqavilə üzrə alqı-satqı obyektinin satış dəyərini təşkil edən 81 669 000 (səksən bir min altı yüz altmış doqquz) manat (54446 (əlli dörd min dörd yüz qırx altı) ABŞ dolları ekvivalentində) məbləğində puldan 45000 (qırx beş min) manatını (30 000 (otuz min) ABŞ dolları ekvivalentində) "ikinci tərəf" bu müqavilənin qüvvəyə mindiyi tarixdə «Birinci tərəf»ə notariusun depozit hesabı vasitəsilə ödəyir və yerdə qalan 36 669 (otuz altı min altı yüz altmış doqquz) manatını (24446 (iyirmi dörd min dörd yüz qırx altı) ABŞ dolları ekvivalentində) hissə hissə ödəməyi öhdəsinə götürür. Əsas müqavilə əmlaka dair mülkiyyət hüququ haqqında sənədlər əldə edildikdən sonra bağlanmalıdır. İddiaçı müqavilə obyekti ilə gələcəkdə yarana bilən bütün iddialarla bağlı maddi məsuliyyət daşıyır. İddiaçı ilkin müqavilə bağlandıqdan sonra əmlakla əlaqədar bütün iddialardan imtina etməli, həmin əmlakı Cavabdeh sahibliyinə və istifadəsinə verməlidir. Tərəflər arasında bu müqavilənin icrasından irəli gələn mübahisələr onların qarşılıqlı razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll edilir (səh.8); Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən, ünvan 2 giriş 1, 44 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2890 nömrəli reyestr kitabının 269687 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır (səh.7); "xxxxxxxxxxxxxxx” MTK-nın Bayıl filialının dorektoru N.Əliyev tərəfindən istintaqa təqdim edilməsi üçün tərtib edilmiş arayışa əsasən, İddiaçı MTK-dan almış olduğu 2-ci bina, 44 nömrəli mənzilə dair xx.xx.2015-ci il tarixdə ilkin ödəniş olmaqla 6000,00 manat, xx.xx.2015-ci il tarixdə aylıq ödəniş olmaqla 2843,00 manat, xx.xx.2015-ci il tarixdə aylıq ödəniş olmaqla 28402,40 manat, xx.xx.2015-ci il tarixdə cərimə ödənişi olmaqla 500 manat, xx.xx.2016-cı il tarixdə cərimə ödənişi olmaqla 771 manat, xx.xx.2016-cı il tarixdə aylıq ödəniş olmaqla 16.753,40 manat, xx.xx.2017-ci il tarixdə aylıq ödəniş olmaqla 24.681,90 manat, xx.xx.2018-ci il tarixdə aylıq ödəniş olmaqla 5100,00 manat, xx.xx.2018ci il tarixdə cərimə ödənişi olmaqla 1700,00 manat, cəmi 86751,70 manat (o cümlədən 83780,70 manat əsas borc ödənişi və 2971,00 cərimə ödənişi) məbləğində ödəniş edilmişdir (səh.51); "xxxxxxxxxxxxxxx” MTK-nın Bayıl filialının dorektoru N.Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli arayışa əsasən İddiaçı MTK-dan almış olduğu 2-ci bina, 44 nömrəli mənzilə dair xx.xx.2015-ci il tarixdə 6000 manat, xx.xx.2015ci il tarixdə 2843 manat, xx.xx.2015-ci il tarixdə 28402,40 manat, xx.xx.2015-ci il tarixdə 500 manat, xx.xx.2016-cı il tarixdə 771 manat, xx.xx.2016-cı il tarixdə 16753,40 manat, xx.xx.2017-ci il tarixdə 24681,90 manat, cəmi 79951,70 manat məbləğində ödənişləri etmişdir (səh.52); xx xxx 2016-cı il tarixli, 273284 saylı kassa mədaxil orderi və xx xxxxxx 2016-cı il tarixli, 273502 saylı kassa mədaxil orderinin qəbzinə əsasən 500,00 və 771,57 manat məbləğində cərimə ödənişi (səh.56,57); xx xxxx 2017-ci il tarixli, 050608 saylı kassa mədaxil orderinin qəbzinə əsasən, 24681,90 manat, xx xxxx 2018-ci il tarixli, 097719 saylı kassa mədaxil orderinin qəbzinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, İddiaçı tərəfindən "xxxxxxxxxxxxxxx” MTK-nın hesabına 5100,00 manat məbləğində ödənişlər edilmişdir (səh.55,58); məhkəmə baxışı iclasında şahid qismində ifadə vermiş Əliyev Anar Möhtərəm oğlu ifadəsində göstərmişdir ki, Cavabdeh onun qohumudur, həmçinin onların ailəvi yaxın münasibətləri vardır. İddiaçı o, təxminən 2 il olar ki tanıyır, lakin yaxın münasibətləri olmayıb. Təranənin sözlərindən ona məlum olmuşdur ki, o, Bilmanla danışaraq sonuncunun Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində tikilməkdə olan mənzilini almışdır. Həmin mənzil Bilmanın adına rəsmiləşdirilsə də, Təranə tərəfindən notariusda rəsmiləşdirilməklə alınmış və sonrakı ödənişlər də Cavabdeh tərəfindən həyata keçirilmişdir. Bina tikilib qurtardıqdan sonra təhvil veriləndə Cavabdeh adına rəsmiləşdirilməklə keçirilməli idi. 2017-ci ilin yay ayında Cavabdeh ona zəng edib xahiş etmişdir ki, həmin aldığı mənzil olan binaya onunla gedib orada yerləşən MTK-nin Bayıl şöbəsində pul ödənilməsində iştirak etsin, istəyir ki, yanında bir etibarlı yaxın adamı olsun. O, razılaşmış, Təranə xanımla və Bilmanla görüşərək birlikdə həmin MTK-ya getmişlər. Ödəməli olduqları 14500 ABŞ dollarını Təranə xanım ona vermişdir və Bilmanla birlikdə o, ofisə daxil olub özünü şirkətin rəhbəri kimi təqdim edən adını bilmədiyi şəxsin yanında bir daha pulu sayaraq ödəmişdir. Bilman orada olanlara onu xalası oğlu kimi təqdim etmişdir. Pulu MTK-da manatla hesablayaraq 24681,90 manatın Bilmanın adından qəbuluna dair qəbz yazılmışdır. Bilman da, bu ödəmədə iştirak etmişdir. Həmçinin, orada MTK-nın adını unutduğu rəhbəri demişdir ki, Bilmanın MTK-ya pulu vaxtında ödəməməsinə görə əlavə cərimə məbləği yaranmışdır. Bununla bağlı sözlə mübahisə də yaranmışdır. Təranə xanım cərimə məbləğini ödəməyə razı olduğunu bildirmişdir. Sonra onlar MTK-nın ofisindən çıxıb binanın həyətində İddiaçı Təranə xanıma demişdir ki, xeyirli olsun, pulu tam ödəmişlər, qalıb mənzili adınıza keçirmək. Təranə xanım maraqlananda məlum olmuşdur ki, bina tam olaraq təhvil veriləndən sonra mənzilin adına keçirilməsi mümkün olacaqdır. Bundan sonra onun bu məsələyə aidiyyəti olmayıb, lakin son vaxtlarda Təranə xanımdan maraqlananda ona məlum olmuşdur ki, Bilman Təranə xanımı aldadaraq hələ də mənzili onun adına keçirməmişdir. "xxxxxxxxxxxxxxx” MTK-nın Bayıl ofisində Təranə xanımın xahişi ilə onun verdiyi pulu o, birdə sayaraq İddiaçı yanında həmin MTK-nın 2 nəfər rəsmi işçilərinə təhvil vermişdir, həmin işçilərin adlarını xatırlamır. Pulun verilməsinə dair qəbzi yazan ofisdə olan cavan oğlan idi, kök bədən quruluşlu, 30- 35 yaşlı şəxs olardı, başqa məlumatları ona məlum deyil. Digər, təxminən 50-52 yaşında olan, orta boylu, orta bədənli bir şəxs hansının ki, başqa əlamətlərini xatırlamır, ofisin rəhbəri idi, möhür özündə idi, rəhbər kimi qəbzi imzaladı və möhürü qəbzə özü vurdu (səh.83); məhkəmə baxışı iclasında şahid qismində ifadə vermiş X9 ifadəsində göstərmişdir ki, Cavabdeh sözlərini təsdiq edir. Cavabdeh İddiaçı qeyd edilən mənzili almış və buna görə də, mənzilin pulunu ödəmişdir. Təranə xanım ilkin alqı-satqı müqaviləsini ona göstərəndə təəcüblənmiş, işlərin bu formada aparılmasının təhlükəli olduğunu demişdir. Əsas alqı-satqı müqaviləsinin bağlanmalı olduğu barədə rəsmi müraciəti yazmağı təklif etmiş, ilk öncə rəsmi müraciəti yazmaqdan Təranə imtina etmişdi. Hüseyn Cavid parkında kafedə Təranə və Bilmanla görüşmüşdü. Bilman yoldaşı ev məsələsini bilsə ondan boşanacağını demişdir. Bilman ondan vəkillik etməsini xahiş etmişdir. Demişdir ki, evin qiyməti bahalaşıb, Təranə ona verməli olduğundan daha çox pul təklif etməlidir. Bilman evi Təranəyə ucuz qiymətə satmaqla səhv etdiyini bildirmişdir. Bilman ona Təranə xanımın iştirakı olmadan görüşməyi təklif etmiş, o isə imtina etmişdir (səh.83); məhkəmə baxışı iclasında şahid qismində ifadə vermiş X14 ifadəsində göstərmişdir ki, İddiaçıla MTK-da müqavilə bağlanıldığı vaxtdan çıxarış alınana qədər bir yerdə olmuşdur. Bilman ona Təranə ilə müqavilə bağladığını, lakin buna baxmayaraq ödənişlərin onun tərəfindən edildiyini bildirmişdir. Bu proseslərin birbaşa şahidi olmamışdır. Mübahisəli evdə təmir işlərinin aparılmasına nəzarət etmiş, Bilmanın evə dair kommunal xərcləri ödədiyini bilirdi. İzahat vermək məqsədi ilə polis idarəsinə getdiyini, ondan izahat alınmadığını bildirmişdir. Dəfələrlə sözügedən evə Bilmanla birlikdə getmişdir (səh.93); Bakı şəhəri Səbail RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X4 xx xxxx 2019-cu il tarixli "cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, "qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilsin, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Səbail rayon prokuroruna göndərilsin, qərarın surəti Cavabdeh göndərilməsi və qərardan razı olmadığı halda ibtidai araşdırmaya prosessual rəhbərliy həyata keçirən Səbail rayon prokuroruna, yuxarı prokurora, yaxud məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmək, Azərbaycan Respublikasının MPM-nin 4-cü maddəsinə əsasən mülki qaydada məhkəmə orqanları qarşısında iddia qaldırmaq hüququna malik olması ona izah edilsin”. Həmin Qərarın giriş hissəsindən görünür ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 62, mənzil 35-də yaşayan Cavabdeh Səbail Rpİ-nin rəhbərliyinə ünvanladığı şikayət ərizəsində bildirmişdir ki, tanışı İddiaçı ilə razılaşaraq notarial qaydada təsdiq olunmuş müqavilə əsasında ondan Bakı şəhəri Səbail rayonu, Bibiheybət qəsəbəsi, 2 saylı binanın 44 saylı, ümumi sahəsi 116,67 kv. metr olan mənzili almasına, bundan sonra həmin mənzilə görə İddiaçı özünə və mənzili inşa edən "xxxxxxxxxxxxxxx" MTK-ya Bilmanın adından ödənişlər etməsinə baxmayaraq hazırda sonuncu onu aldadaraq qeyd edilən mənzili adına keçirməsindən imtina edərək bununla ona maddi ziyan vurulmuşdur. Sözügedən qərardan görünür ki, aparılmış araşdırma zamanı Cavabdeh həyat yoldaşı Nümayəndə oğlu material üzrə verdiyi izahatında göstərmişdir ki, İddiaçı uzun müddətdir tanıyır, lakin yaxın münasibətləri olmamışdır. Həyat yoldaşı Cavabdeh Yeni Azərbaycan Partiyasının üzvüdür və fəalıdır, sonuncu Bilmanı eyni partiyada rəhbər vəzifədə olan şəxs kimi ümumi iclaslardan və tədbirlərdən daha yaxşı tanıyır. 2015-ci ilin aprel ayında İddiaçı həyat yoldaşı Cavabdeh müraciət edərək bildirmişdi ki, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində tikilməkdə olan 2 saylı binanın 44 saylı, ümumi sahəsi 116,67 kv. metr olan mənzilini satmaq istəyir. Bilman ona demişdir ki, bina tikilməyə başlayanda 10000 manatını ödəmişdir, ayda 2200 manat ödəməlidir, lakin ödəyə bilmir, odur ki, həmin mənzili satmaq istəyir. O, həyat yoldaşı Cavabdeh ilə birlikdə Bilmanla görüşüb gedib həmin mənzilə baxmışlar, mənzili bəyənmişlər və qiymətinin münasib olmasını, Bilmanı tanıyaraq onu etibarlı adam saydıqlarını ona inandıqlarını nəzərə alaraq bu mənzili ondan almaq qərarına gəlmişlər. Mənzillə bağlı onlara məlum olmuşdur ki, binanı tikən "xxxxxxxxxxxxxxx MTK”-dır və həmin binanın 1-ci blokundakı mənzillər iqtidar nümayəndələrinə güzəştli qiymətlərlə satılmışdır. Onlar notariusa gedib mənzilin Bilmandan həyat yoldaşı Cavabdeh satılmasına dair müqavilə bağlamışlar. Notariusda mənzilin alqı-satqısının dəyəri həmin mənzilin MTK-dan Bilmana satılmasına dair sənədlərdəki qiymətinə uyğun olaraq 81669 manat kimi göstərilmişdir. Notariusda müqavilə tərtib edilərkən onların 45000 manat pulları olmuşdur, bu barədə həyat yoldaşı Cavabdeh Bilmana deyəndə, sonuncu razılaşmış və hətta sevinib demişdir ki, mənzilə görə MTK-ya 10000 manat ödəniş borcu qalıb, gedib ödəyəcəkdir. Mənzilin pulundan həyat yoldaşı Cavabdeh Bilmana 36669 manatı borclu qalmışdır, bu barədə notarius birbaşa ilkin müqavilədə qeyd etmişdir və Təranə Bilmanla razılaşmışdır ki, həmin pulu hissə-hissə bina tikilib qurtarana kimi ödəyəcəkdir. 2017-ci ilin ilk aylarında Bilman həyat yoldaşı Cavabdeh zəng edərək demişdir ki, pulun qalan hissəsini ona versin ki, MTK-ya borcunu ödəsin. Həyat yoldaşı Cavabdeh ona zəng edərək bu barədə məlumat vermiş və evdən 10000 ABŞ dollarını götürərək gətirib Səbail rayonu, İqtisad Universitetinin yanında ona verməyini xahiş etmiş, Bilman da həmin yerə gəlib pulu götürəcəyini demişdir. O, gətirib həmin pulu qeyd edilən ünvanda Cavabdeh vermişdir. Sonra Bilman da həmin yerə gəlmiş, Cavabdeh onunla görüşüb 10000 ABŞ dollarını ona vermişdir və Bilmana həmkarı kimi inanaraq pulu verəndə ondan qəbz almamışdır. Bu zaman o, etik normalara riayət edərək biraz aralıqda dayanıb həyat yoldaşı Cavabdeh Bilmana pulu verməyini müşahidə etmişdir. Daha sonra, 2017-ci ilin yayında, Bilman həyat yoldaşı Cavabdeh zəng edib demişdir ki, bina təhvil verilir, gətirib pulu tam ödəsin. Bu məqsədlə Cavabdeh qohumu Anar Əliyevlə birlikdə gedib Bilmanla görüşmüş, həmin aldıqları mənzil olan binada yerləşən MTK-nin Bayıl şöbəsində 14500 ABŞ dollarını Bilmanın adından ödəmişlər. Pulu MTK-da manatla hesablayaraq 24681,90 manatın ödənilməsinə dair Bilmanın adından qəbz yazılmışdır. Bundan sonra, Bilmanın MTK-ya pulu vaxtında ödəməməsinə görə cərimə yaranmışdır və həyat yoldaşı Cavabdeh gedib MTK-ya həmin cəriməni, həmçinin 5100 manat pulu Bilmanın adından ödəmişdir. Elə orada, yəni MTK-da İddiaçı həyat yoldaşı Cavabdeh demişdir ki, xeyirli olsun, pulu tam ödəmisiniz, mənzili adınıza keçirmək lazımdır. Onlar öyrənəndə məlum olmuşdur ki, bina tam olaraq təhvil veriləndən sonra mənzilin Bilmanın adından həyat yoldaşı Cavabdeh adına keçirilməsi mümkün olacaq. Bundan bir neçə ay sonra onlara məlum olmuşdur ki, bina təhvil verilib və mənzilin həyat yoldaşı Cavabdeh adına keçirilməsi mümkündür. Bununla bağlı Bilmana müraciət ediləndə o, başlamışdır vaxtı uzatmağa. Belə olan halda həyat yoldaşı Cavabdeh Bilmana rəsmi məktubla yazaraq ona poçtla göndərmişdir. Sonra həyat yoldaşı Cavabdeh gedib Bilmanla görüşmüşdür və Bilman ona demişdir ki, devalvasiya olub, mənzilin qiyməti bahalaşıb, niyə Təranəyə 100000 manat bağışlamalıdır. Həmçinin, Bilman demişdir ki, onların verdikləri pulu onlara qaytaracaq, mənzili isə özü satacaq və qazanc əldə edəcək. Həyat yoldaşı Cavabdeh Mən ona başa salmışdır ki, rəsmi müqavilə bağlanmışdır, onun şərtləri yerinə yetirilib və mənzilin pulu ödənilmişdir. Sonrakı günlərdə Bilman Cavabdeh ilə telefonla danışanda demişdir ki, mənzili onun adına keçirmək üçün ona halallıq, yəni əlavə pul verilməlidir. Başqa tanışlar vasitəsi ilə Bilmana xəbər göndərilmişdir ki, ona verilmiş puldan əlavə olaraq qiymətlərin artmasını nəzərə alaraq 10000 manat əlavə pul verə bilərlər ki, Bilmanın mənzildə gözü qalmasın. Lakin Bilman razılaşmamışdır və eşitdiyinə görə Bilman mənzili daha baha qiymətə satıb qazanc əldə etmək istəyir. Beləliklə İddiaçı etibardan sui-istifadə edərək aldadıb həyat yoldaşı Cavabdeh pulu alaraq mənzili öz adına saxlamışdır. Ümumilikdə Bilman mənzilə görə həyat yoldaşı Cavabdeh 93481 manat pulu hissə-hissə almışdır, bundan başqa Bilmanın əməlləri nəticəsində onlar kirayədə yaşamaqla onlara əlavə 27300 manat dəyərində ziyan vurulmuşdur. Qərara əsasən əlavə araşdırma zamanı «xxxxxxxxxxxxxxx» MTK-nın mühasibi vəzifəsində işləyən X17 izahat verərək bildirmişdir ki, o, 2016-cı ili may ayından 2018-ci ilin avqust ayınadək "xxxxxxxxxxxxxxx” MTK-nın Bayıl filialında mühasib vəzifəsində işləmiş, hazırda Qobu filialında eyni vəzifədə işləyir. Səbail rayonu Salyan şossesi 16 ünvanda MTK tərəfindən inşa olunmuş 2-ci binanın 44-cü mənzil İddiaçı kreditlə satılmışdır, mənzilin dəyəri onun tərəfindən hissə-hissə olmaqla qrafik üzrə ödənilməli idi. Sonuncu ödənişləri çox vaxtı gecikdirdiyindən MTK-a rəhbərliyi ilə onun arasında bəzən müəyyən söz söhbətlər yaranmışdır. İddiaçı həmin mənzili Təranəyə satmağı barədə onun məlumatı olmayıbdır. Lakin xatırlamışdır ki, xx.xx.2018-ci il tarixdə Təranə xanım tərəfindən MTK- aya 5100 və xx.xx.2018-ci il tarixdə 1700 manat pul ödənilmiş və bu barədə onun şəxsən özünə ödəniş qəbzi verilmişdir. Qəbzlər MTK-nın direktoru Nazim Əliyev və onun tərəfindən imzalanmışdır. Həmçinin xx.xx.2017-ci il tarixdə o, ofisdə iş başında olan zaman ofisə İddiaçı və sonradan Cavabdeh qohumu olduğunu öyrəndiyi Anar Əliyev onun xidməti otağına daxil olaraq ödəniş etmək istədiklərini bildirmişlər. Hazırda pulun kimin tərəfindən və kimə, yəni ona və ya Nazim müəllimə ödənildiyini xatırlamasa da həmin vaxtı dolların o dövrki manata olan məzənnəsi ilə 24681.90 manat pul ödənilmiş və bu barədə ödəniş qəbzi tərtib edilərək onun və MTK-nin direktor tərəfindən təsdiq edilərək qəbz verilmişdir. Lakin qəbzi kimə verilməsini xatırlamır. Həmin vaxt onun otağında çay içib söhbət edərkən Bilmanın aylıq ödənişlərində geçikməsi olduğu üçün hesablanmış cərimə məbləğinə görə Anarla Nazim müəllimin arasında mübahisə də olmuşdur. Qərardan həmçinin görünür ki, araşdırma zamanı X9 izahat verərkən Cavabdeh izahatında göstərilənləri təsdiq edərək onun İddiaçı qeyd edilən mənzili almasını və buna görə mənzilin pulunu ödəməsini təsdiq etmişdir. Sözügedən qərardan daha sonra görünür ki, material üzrə Cavabdeh və İddiaçı izahatlarında göstərilənlər arasında yaranmış ziddiyyətlərin yoxlanılması məqsədi ilə aparılmış araşdırma zamanı "xxxxxxxxxxxxxxx” MTK-nın Bayıl filialının direktoru X10 verdiyi izahatında bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində "xxxxxxxxxxxxxxx” MTK-nın tərəfindən bina tikilmişdir, 2014-cü ildən bu binada yerləşən MTK-nın Bayıl ofisi yaradılmış və o, həmin ofisin direktoru vəzifəsinə təyin edilmişdir. Tikilmiş 2-ci binanın 44-cü mənzili İddiaçı kreditlə satılmışdır, mənzilin dəyəri onun tərəfindən hissə-hissə olmaqla qrafik üzrə ödənilməli idi. Onda olan məlumata görə hazırda həmin mənzilin dəyəri İddiaçı tərəfindən ödənilmişdir və buna görə də, ona həmin mənzilə mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. İddiaçı həmin mənzilin Cavabdeh satması barədə onun məlumatı yoxdur, lakin Cavabdeh gəlib onların ofisdə dediyinə görə o, Bilmanla danışaraq müəyyən razılaşmaları olmuşdur ki, mənzilə çıxarış alındıqdan sonra qarşılıqlı razılaşmaları əsasında müəyyən şərtər daxilində alqı-satqı edilərək mənzil Təranəyə satılacaqdır. Bu sövdələşmənin onun səlahiyyətinə aid olmadığı üçün danışıqların nədən ibarət olmasından dəqiq məlumatı yoxdur. Ola bilsin ki, İddiaçı həmin mənzilə görə ödənişlər edərkən yanında Cavabdeh və ya digər başqa şəxslər də olmuşlar. Lakin ödənişlər Bilmanın öz adından həyata keçirilmişdir, odur ki, ödəniş qəbzləri də İddiaçı adına tərtib edilmişdir. Ona təqdim edilmiş 050608 nömrəli xx.xx.2017-ci il tarixli 24681,9 manat pulun ödənilməsinə dair ödəniş qəbzi ilə bağlı bildirir ki, həmin qəbz İddiaçı aldığı mənzilə görə 24681,9 manatı onların işlədiyi ofisdə ödədiyi üçün tərtib edilmişdir. Qəbzdə rəhbər qrafasında imza onun tərəfindən, baş mühasib qrafasında sabiq mühasib Emin Həsənov tərəfindən yerinə yetirilmişdir. Həmin məbləğ, yəni 24681,9 manat pul ödənilərkən İddiaçı yanında adını sonradan araşdırma zamanı öyrəndiyi Cavabdeh qohumu olan Əliyev Anar adlı şəxsin də olduğunu bildirmişdir. Həmin vaxtı Bilman demişdir ki, Anar onun qohumudur və hüquqşunasdır. Hətta Bilmanın ödənişinin ABŞ dollarının yeni, artmış məzənnəsi ilə hesablanmasına və ödənişi gec etməsinə görə üzərinə hesablanmış cəriməyə görə həmin şəxslə, yəni Anarla aralarında sözlə mübahisə də olmuşdur. Qeyd edilən məbləğ sabiq muhasibin xidməti otağında ödənildiyindən pulun kimin tərəfindən verilməsini görməmişdir, lakin ödəniş qəbzi İddiaçı adına tərtib edilmişdir. xx.xx.2018-ci il tarixli 097719 nömrəli ödəniş qəbzi ilə bağlı təsdiq edir ki, Təranə xanım Kərimova dəfələrlə onların MTK-na gəlib. Həmin 097719 nömrəli qəbzdə imza onun tərəfindən icra edildiyini, möhür onların MTK-na məxsus olduğunu qeyd etmişdir. Təqdim olunmuş 097719 nömrəli ödəniş qəbzinə baxaraq həqiqətən də Cavabdeh xx.xx.2018-ci ildə onların işlədikləri MTK-ın ofisinə gələrək İddiaçı adından mənzilə görə şəxsən özü 5100 manat pulun ödəməsini təsdiq etmişdir. "xxxxxxxxxxxxxxx” MTK-dan götürülmüş ödəniş cədvəli ilə qeyd edilən mənzilə görə ödənişlərin məbləğlərinin və ödəmə tarixlərinin Cavabdeh və Əliyev Anar Möhtərəm oğlunun izahatında göstərilənlərlə uyğunluq təşkil etməsi müəyyən edilmişdir. Qərarda göstərilmişdir ki, araşdırma zamanı Cavabdeh izahatında göstərilənlər materiala əlavə edilmiş müqavilələr, ödəniş sənədləri və digər ilkin sənədlərlə öz təsdiqini tapmışdır. Belə ki, araşdırma zamanı «xxxxxxxxxxxxxxx» MTK-nın mühasibi X8 izahatı, «xxxxxxxxxxxxxxx» Mənzil Tikinti Kooperativinin məktubu, eləcədə İddiaçı qismən təsdiqedici izahatı ilə müəyyən edilir ki, 1500 və 1700 manat məbləğlər həqiqətən Cavabdeh tərəfindən İddiaçı adına olan mənzilə ödənilmişdir. Həmçinin İddiaçı izahatında dolayı yolla, yəni 1500 və 1700 manat məbləğlər həqiqətən Cavabdeh tərəfindən adına olan mənzilə görə ödənilməsi barədə xəbəri olmadığını, MTK tərəfindən bu barədə ona məlumat verilmədiyini, bu barədə yalnız istintaq şöbəsində ona məlum olduğunu bildirməsindən, eləcədə iş materiallarında olan kifayət qədər əsaslı sübut-dəlillər və işin digər halları ilə İddiaçı qeyri səmimi ifadə irəli yürütməklə mənzili satdığı ərəfədə respublikada baş vermiş devalivasiya ilə əlaqədar ABŞ dolların manata olan məzənnəsinin yüksəlməsi ilə bağlı Cavabdeh əlavə pul əldə etmək niyyəti güdməsi nəticəsinə gəlinir. Halbuki İddiaçı mənzilə görə tərəfindən ödənilməsini iddia etdiyi 1500, 1700 və 24681,90 manat məbləğlər reallıqda onun tərəfindən deyil, həqiqətən TKərimova və onun qohumu tərəfindən İddiaçı adına olan mənzilə görə ödənilməsi xüsusatı material üzrə alınmış yuxarıda qeyd olunan Cavabdeh, onun yaxın qohumunun, eləcədə MTK-nın işçilərinin izahatlarında, o cümlədən MTK tərəfindən ödənişə dair verilmiş qəbzlərdə öz əksini tapmışdır (səh.120); hazırki iş üzrə "xxxxxxxxxxxxxxx” MTK-nın Bayıl filialının direktoru Əliyev Nazim tərəfindən müxtəlif tarixlərdə məhkəməyə ünvanlanmış ərizə və teleqramlardan görünür ki, o, məhkəmənin icraatında olan İddiaçılə Cavabdeh arasında mülki mübahisə ilə əlaqədar müstəntiq Arif Qarayeva yazmış olduğu izahatını təsdiq etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3166/2019 saylı işi üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı (Bakı şəhəri, 46 saylı notariat kontoru 3-cü şəxs qismində cəlb edilməklə "müqavilənin ləğv edilməsi və pulun ödənilməsi” tələbinə dair ilkin iddiası rədd edilmişdir. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı "mənzilin alqı-satqı müqaviləsini bağlamaq öhdəlyininin cavabdehin üzərinə qoyulması" tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, İddiaçı üzərinə onunla Cavabdeh arasında "xxxxxxxxxxxxxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən tikilmiş Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsindəki 2 saylı binada 1-ci giriş, 11 -ci mərtəbədə yerləşən ümumi sahəsi 116,67 kv metr olan 3 otaqlı 44 saylı (Çıxarışdakı ünvan: ünvan 2 giriş 1, mənzil 44) mənzilin alqı-satqısına dair müqavilənin (əsas müqavilənin) bağlanması öhdəliyi qoyulması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 14.2.1, 385, 386, 390, 402, 421; Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarına; Azərbaycan Respublikası MPM-nin 218.1 -ci maddəsinə istinadən qeyd edilmişdir ki, Səbail rayonu, Bibiheybət qəsəbəsində tikilməkdə olan 2 saylı binada 1-ci blok, 11 -ci mərtəbədə yerləşən 44 saylı 3 otaqlı mənzilə görə Cavabdeh ilə İddiaçı arasında ilkin müqavilə bağlanmışdır. İlkin müqavilənin 5-ci bəndindən görünür ki, tərəflər arasında bu müqavilənin icrasından irəli gələn mübahisələr onların qarşılıqlı razılığı ilə belə razılaşma olmadıqda isə məhkəmə qaydasında həll edilir, bu müqavilə üzrə bütün mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilir. İlkin iddia üzrə iddiaçının tələbinin əsasını o təşkil edir ki, cavabdeh xx.xx.2018-ci tarixdən çıxarış almağına baxmayaraq və ilkin müqavilənin bağlanmasından 2 il 9 ay keçməsinə baxmayaraq razılaşdırılmış pul məbləğini ödəməməklə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İlkin iddia üzrə cavabdeh isə ilkin iddia üzrə iddiaçıya borclu qaldığı pulun 10000 ABŞ dollarını İstiqlaliyyət küçəsi, ev 6-nın qarşısında, son 14500 ABŞ dollarını və 5100 manatını Səbail rayonu, Bibiheybət qəsəbəsində tikilməkdə olan 2 saylı binanın ofisində, ümumilikdə İddiaçı adına ona satdığı mənzilə görə 93481 manat pulu hissəhissə verməklə "xxxxxxxxxxxxxxx” Mənzil-Tikinti Kooperativinin Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində 2 saylı binada 1 -ci giriş, 11 -ci mərtəbədə yerləşən ümumi sahəsi 116,67 kv.metr olan üç otaqlı 44 saylı mənzilin alqı-satqısına dair aralarındakı ilkin müqavilə ilə pulun ödənilməsinə dair üzərinə götürdüyü öhdəliyi icra etdiyini ilkin iddiaya etirazının və qarşılıqlı iddianın əsası kimi göstərir. Göründüyü kimi, hər iki tərəf, (hər iki iddiaçı) ilkin müqavilənin şərtlərinin qarşı tərəfin lazımi qaydada icra etmədiyini göstərərək ilkin iddia üzrə iddiaçı sözügedən müqavilənin ləğv edilməsi ilə ödədiyi ilkin pulun qaytarılmasını, qarşılıqlı iddia üzrə iddiaçı isə ilkin müqavilə şərtlərinə əsasən əsas müqavilə bağlanmalı olmasını iddia edirlər. Hazırki mübahisənin əsas həlli ilkin müqavilə üzrə tərəflərin hansının onun şərtlərini pozmasını müəyyən etməklə bağlıdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.ilkin iddia üzrə iddiaçının ilkin iddia üzrə cavabdehin mənzilə görə borclu qaldığı pulu ödəməsinə söz verməsinə baxmayaraq pulu ödəməməsinə dair dəlilləri məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin bu halı Cavabdeh izahatı, şahid ifadələri, polis orqanının apardığı araşdırma nəticəsində qəbul etdiyi qərarın məzmunu, eləcə də, cavabdehin məhkəmə baxışında təqdim etdiyi mənzilə görə edilən aylıq ödənişlərin və bununla bağlı yaranmış cərimə məbləğlərinin ödənilməsinə dair ödəniş qəbzlərinin əsilləri ilə, pulun MTK-nın nümayəndələrinə ödənilməsində bilavasitə və ya qohumu vasitəsilə onun iştirakı ilə tam təsdiq edilir. Məhkəmə baxışı zamanı İddiaçı həmin qəbzlərin onun adına olmaqla özü tərəfindən ödənilməsini bildirsə də, həmin ödəniş qəbzlərinin əsillərinin cavabdehdə olmasının, eləcə də, pulu ödəmədiyi halda ilkin iddia üzrə cavabdehin və həyat yoldaşının İddiaçı ünvanlanmış xx.xx.2018-ci, xx.xx.2019-cu il tarixli məktublarında ondan xx.xx.2016-cı il tarixli ilkin müqavilə şərtlərinə əsasən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində tikintisi başa çatmış, 2 saylı binada 1 -ci blok, 11-ci mərtəbədə yerləşən 44 saylı 3 otaqlı mənzilin açarlarının ona təhvil verilməsi və eyni zamanda ilkin müqavilə şərtlərinə uyğun və davamı olaraq, alqı-satqı müqaviləsinin bağlanmasının tezliklə təmin edilməsini xahiş etmələrinin səbəblərini izah edə bilmədi. Məhkəmə İddiaçı Cavabdeh ərinə göstərmək üçün mənzilin pulunun ödənilməsinə dair qəbzləri ona verilməsini xahiş etdiyi üçün qəbzlərdən birinin əslini verməsinə dair dəlilinə qiymət verərək bu dəlili həm inandırıcı saymır, həm də məntiqə uyğun dəlil kimi qiymətləndirmir. Belə ki, əvvəla ilk iddiaçı bu dəlilinin həqiqət olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. İkncisi də, Cavabdeh belə bir xahişlə ilkin iddia üzrə iddiaçıya müraciət etməsinin hər hansı bir məntiqi əsası olmamışdır. Çünki işin materiallarından görünür ki, Cavabdeh təxminən 20 il olar ki tanımasını göstərmiş, eləcə də, mübahisəli evin alınması proseslərində onun həyat yoldaşı Nümayəndə iştirak etməsi iş materialları ilə öz təsdiqini tapmışdır. İlkin iddia üzrə iddiaçının mübahisəli mənzilə görə qalıq borcun özü tərəfindən ödənilməsi, o cümlədən iddia tələbinin əsası kimi istinad etdiyi hər hansı bir halın həqiqiliyi o zaman mötəbər hesab edilə bilərdi ki, irəli sürülən dəlilləri, əgər təqdim edilsəydi digər sübutlarla birlikdə tədqiq edilib əlaqəli şəkildə qiymətləndirilməklə həqiqətin müəyyən edilməsi üçün məhkəmənin bu hallar üzrə fərqli qənatə gəlməsi üçün faydalı olsun. Əksinə, məhkəmə tədqiqi zamanı ilkin iddia üzrə cavabdeh tərəfin iddia tələbinə etirazın əsası kimi istinad etdiyi hallara dair gətirdiyi dəlillər daha inandırıcı olmuşdur, bu da ilkin iddia tələblərinin əsassız sayması üçün məhkəməyə kifayət qədər hüquqi əsas verir. Cavabdeh qəbzlərdə İddiaçı adının qeyd edilməsinə baxmayaraq orada əks edilən ödənişləri özü tərəfindən həyata keçirilməsi yuxarıda qeyd edilən əsaslardan başqa, həmçinin də iş üzrə şahid ifadəsinin və polisdə aparılan araşdırma zamanı izahatları alınmış şəxslərin izahatlarının məzmunu ilə təsdiq edilir. Məhkəmə xx.xx.2016-cı il tarixli ilkin müqavilənin 1 -ci bəndində əks olunan Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində tikintisi başa çatmış, 2 saylı binada 1 -ci blok, 11 -ci mərtəbədə yerləşən 44 saylı 3 otaqlı mənzilin gələcəkdə mülkiyyət hüququ haqqında sənədləri əldə etdikdən sonra Kirimova Təranəyə satmaq və buna müvafiq olaraq notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlamaq İddiaçı üzərinə götürdüyü öhədliyi nəzərə alaraq hesab edir ki, əsas alqı-satqı müqaviləsi bağlananadək mübahisəli mənzilə dair ödənişlərin edilməsini təsdiq edən qəbzlərdə MTK ilə bağlanmış müqavilə tərəfi olduğundan məhz ilkin iddia üzrə iddiaçının adının qeyd edilməsi daha məntiqidir. tərəflər arasında bağlanmış müqaviləyə əsasən birinci tərəf adlandırılan İddiaçı sözügedən mənzilin gələcəkdə mülkiyyət hüququ haqqında sənədləri əldə etdikdən sonra ikinci tərəf adlanıdırılan Cavabdeh satmağı və bunamüvafiq olaraq tərəflərin öz aralarında bu barədə notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi (əsas müqavilə) bağlamağı öz öhdələrinə götürürlər (müqavilənin 1.1 bəndi). Müqavilənin 2.4-cü bəndinə əsasən əsas müqavilə əmlaka dair mülkiyyət hüququ haqqında sənədlərəldə edildikdən sonra bağlanmalıdır. İddiaçı mübahisəli mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənədi «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»! əldə etmişdir. İlkin müqavilə ilə razılaşdırılmış mənzilin alqı-satqısına dair məbləğin ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən tam şəkildə ödənildiyi faktı məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Tərəflər arasında müqavilə bağlamaq vəzifəsinin aralarında bağlanmış müqavilə üzrə könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hal olduğu üçünİddiaçı üzərinə onunla Cavabdeh arasında "xxxxxxxxxxxxxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən tikilmiş Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsindəki 2 saylı binada 1 -ci giriş, 11 -ci mərtəbədə yerləşən ümumi sahəsi 116,67 kv metr olan 3 otaqlı 44 saylı (məhkəmə, ilkin müqavilə bağlandıqdan sonra İddiaçı tərəfindən adına əldə edilmiş Çıxarışdakı mübahisə predmeti olan mənzilin ünvanı ünvan 2 giriş 1, mənzil 44 kimi göstərilməsini nəzərə alaraq bu mənzilin hər iki ünvanını qeyd etməyi zəruri sayır) mənzilin alqı-satqısına dair müqavilənin (əsas müqavilənin) bağlanması öhdəliyi qoyulmalıdır. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Nəsimi rayon Məhkəminin xx.xx.2016-cı il tarixli qətnaməsini ləğv edib, ilkin iddianı təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası MPM-nin 386, 390-cı maddələrinə istinadən qeyd edilmişdir ki, Onunla Cavabdeh arasında bağlanmış xx xxx 2016-cı il tarixli ilkin alqı-satqı müqaviləsinin 2.3-cü bəndinə əsasən müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuş əsas müqavilə üzrə alqı-satqı obyektinin satış dəyərini təşkil edən 81669 manat (54446 ABŞ dolları ekvivalentində) məbləğində olan puldan 45000 manatını (30000 ABŞ dolları ekvivalentində) “İkinci tərəf bu müqavilənin qüvvəyə mindiyi tarixdə “Birinci tərəf’ə notariusun depozit hesabı vasitəsilə ödəyir və yerdə qalan 36669 manatı (24446 ABŞ dolları ekvivalentində) hissə-hissə ödəməyi öhdəsinə götürür. İlkin ödəniş depozit hesabına aparılırdısa, qalan pulda depozit hesabına və ya rəsmi sənəd vasitəsi ilə verilməli idi. Məhkəmə iclası zamanı Cavabdeh bunun səbəbini soruşduqda ki, “niyə qalan pulu depozit hesabına ödəməmiş? ” sualına cavab verə bilmədi və səbəbini də izah edə bilmədi. Məhkəmənin gəldiyi nəticəyə görə şahid ifadələri və digər sübutları qiymətləndirməklə belə qərar çıxartmağı əsaslandırmışdır. X21 Möhtərəm oğlu, X9 cavabdehin yaxın adamları olmuş və bu faktı məhkəmədə təsdiq etmişlər. Belə olan halda onların ifadələrini mötəbər sübut kimi qəbul etmək qanunsuz və əsassızdır. Bakı şəhəri Səbail RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X4 xx xxxx 2019-cu il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarda göstərilir ki, hazırld iş üzrə “xxxxxxxxxxxxxxx” MTK-nın Bayıl filialının direktoru Əliyev Nazim tərəfindən müxtəlif tarixlərdə məhkəməyə ünvanlanmış ərizə və teleqramlardan görünür ki, o, məhkəmənin icraatında olan İddiaçılə Cavabdeh arasında mülki mübahisə ilə əlaqədar müstəntiq Arif Qarayeva yazmış olduğu izahatını təsdiq etmişdir. İstintaq orqanın bu qərarı sübut kimi yalnız qərarın qət etdi hissəsində cinayət işinin rədd olunması qərarı məhkəmə üçün sübut sayıla bilər. Digər tərəfdən “xxxxxxxxxxxxxxx” MTK-nın Bayıl filialının direktoru Əliyev Nazim rəsmi arayış verərək həmin mənzilə görə bütün pulların İddiaçı tərəfindən ödənildiyini göstərsə də, nəinki məhkəmə buna qiymət verməmiş, əksinə sübut olaraq məhkəmə ümumiyyətlə buna qiymət verməmişdir. İddiaçı bütün qəbzlərin yox yalnız bir qəbzin əslini Cavabdeh qalan pulların almaq, qarşı tərəf isə həyat yoldaşına göstərmək istədiyindən vermişdir. “xxxxxxxxxxxxxxx” MTK-nın Bakı filialının direktoru N.Əliyev, həmin müəsisənin mühasibi X8 Cavabdeh və ya onun qohumu tərəfindən birbaşa ödəniş edildiyini göstərsələr də məhkəmənin belə nəticəyə gəlməsi qanunsuz və əsassızdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi və sair tələbləri barədə” ilk iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli "İlkin alğı-satqı müqaviləsi” ləğv edilmiş, 45000 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsi, Cavabdeh İddiaçı qarşı "mənzilin alqı-satqı müqaviləsini bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə” qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İlkin iddia üzrə Cavabdeh və vəkili Bayramov Abil Nəzir oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2303/20 saylı qərarı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019cu il tarixli, 2(103)-13323/2019 saylı qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. Qərarda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 217, 385, 416, 418-ci maddələrinə; Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinə istinadən qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni aşağıda göstərilənlərə əsasən qanuni və əsaslı hesab etmir. İlkin iddia tələbinin dəlilinə görə ilkin müqavilə üzrə iddiaçıya 45000 manat (30000 ABŞ dolları) ödənilsə də, həmin müqavilədə göstərilən qalan məbləğ 36669 manat (24446 ABŞ dolları) cavabdeh tərəfindən müqavilə şərtlərinə zidd olaraq ödənilməmişdir. Cavabdehdən həmin pulun ödənilməsini tələb etsə də, cavabdeh həmin məbləğin "rəsmi” olmayaraq ona və başqa şəxslərə ödədiyini bildirir. Qarşılıqlı iddia tələbinin dəlilinə görə qalan məbləğ birinci dəfə 2017-ci ilin əvvəllərində Cavabdeh həyat yoldaşı X15 tərəfindən İddiaçı şəxsən özünə verilmiş, 145000 ABŞ dolları məbləğində qalan hissə isə 2017-ci ilin yayında Təranənin qohumu Əliyev Anar Möhtərəm oğlu vasitəsi ilə Bilmanın adından MTK-nın Bayıl filialının mühasibatlığına təhvil verilərək qəbz alınmışdır. Həmin qəbzin əsli Təranədədir. Bundan əlavə MTK qarşısında öhdəliyi vaxtında icra etmədiyinə görə Bilmanın adından 1700 manat və 5100 manat məbləğində cərimə də Təranə tərəfindən ödənilmişdir. Səbail Rayon Prokurorunun xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh şikayəti əsasında Səbail Rayon X7 Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş və əlavə araşdırılması üçün toplanmış material həmin İstintaq Şöbəsinə göndərilmişdir. Səbail Rayon X7 Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə aşağıdakılar müəyyən olunmuşdur: "...Vət.İddiaçı əlavə izahatında bildirmişdir ki, istintaq şöbəsində ilkin yazmış olduğu izahatını təsdiq edir və əlavə ona verilən suallara cavab olaraq bildirmişdir ki, mənzilə görə Cavabdeh müqaviləyə görə ona bank vasitəsi ilə ilk məbləği yəni 45.000 manat ödəmişdir. Bundan başqa, Cavabdeh həmin mənzilə görə nə ona, nə də MTK-ya pul ödəməmişdir.X19 və X11 tanıyır, Nazim "xxxxxxxxxxxxxxx” MTK-nin Bayıl filialının direktoru , Həsənov Emin isə həmin vaxtı MTK-nın mühasibi olmuşdur. Onlarla ədavəti və düşmənçiliyi olmamışdır. Onun 5.100 manat və 1700 manat pulların Təranə tərəfindən MTK-ya ödənilməsi barədə xəbəri olmayıbdır və bu barədə MTK-a rəhbərliyi tərəfindən ona heç bir məlumat verilməmişdir.O, Təranə tərəfindən 5100 manat və 1700 manat pulların ödənişlərin edilməsini ancaq istintaq şöbəsində bilmişdir. Həmçinin xx.xx.2019-cu il tarixdə o, həqiqətən «xxxxxxxxxxxxxxx» MTK-da olmuşdur, lakin həmin vaxtı o, ora Anar Əliyevlə deyil, məhz X14 ilə birlikdə getmiş və 24681.90 manat pulu şəxsən özü ödəmişdir.Əliyev Nazimin və X18 Nərimovanın xeyirinə izahat vermələrini anlaya bilməmişdir.Bütün pulların, yəni 79951.70 manat pulun onun tərəfindən ödənildiyi vaxtı Nazim Əliyev heç bir zaman həmin ödəmə prosesində iştirak etməmişdir, o, pulları adını xatırlamadığı mühasiblərə ödəmişdir. «xxxxxxxxxxxxxxx» Mənzil Tikinti Kooperativinin direktorunun xx.xx.2019-cu il tarixli arayışı ilə bir daha təsdiq olunur ki, xx.xx.2018-ci il tarixdə 5100 manat və xx.xx.2018-ci il tarixdə 1700 manat məbləğlər şəxsən Cavabdeh tərəfindən İddiaçı adına olan mənzilə ödənilmişdir. Bununla da aparılmış əlavə araşdırma zamanı Səbail rayon prokurorluğunun yazılı göstərişində qeyd olunmuş xüsusatlar icra olunmuşdur. Belə ki, əlavə araşdırma zamanı "xxxxxxxxxxxxxxx” MTK-nın mühasibi X8 izahatı, "xxxxxxxxxxxxxxx” MTK-nın məktubu, eləcə də İddiaçı qismən təsdiqedici izahatı ilə müəyyən edilmişdir ki, 1500 və 1700 manat məbləğlər həqiqətən Cavabdeh tərəfindən İddiaçı adına olan mənzilə ödənilmişdir. Həmçinin İddiaçı izahatında dolayı yolla, yəni 1500 və 1700 manat məbləğlər həqiqətən Cavabdeh tərəfindən adına olan mənzilə görə ödənilməsi barədə xəbəri olmadığını, MTK tərəfindən bu barədə ona məlumat verilmədiyini, bu barədə istintaq şöbəsində ona məlum olduğunu bildirməsindən, eləcə də iş materiallarında olan kifayət qədər əsaslı sübut-dəlillər və işin digər halları ilə İddiaçı qeyri-səmimi ifadə irəli yürütməklə mənzili satdığı ərəfədə respublikada baş vermiş devalivasiya ilə əlaqədar ABŞ dollarının manata olan məzənnəsinin yüksəlməsi ilə bağlı Cavabdeh əlavə pul əldə etmək niyyəti güdməsi nəticəsinə gəlinir. Halbuki İddiaçı mənzilə görə tərəfindən ödənilməsini iddia etdiyi 1500, 1700 və 24681,90 manat məbləğlər reallıqda onun tərəfindən deyil, həqiqətən Cavabdeh və onun qohumu tərəfindən İddiaçı adına olan mənzilə görə ödənilməsi xüsusatı material üzrə alınmış yuxarıda qeyd olunan Cavabdeh, onun yaxın qohumunun, eləcə də MTK-nın işçilərinin izahatlarında, o cümlədən MTK tərəfindən ödənişə dair verilmiş qəbzlərdə öz əksini tapmışdır. Habelə sözügedən mənzilin alqı-satqısına dair birinci tərəf adlandırılan İddiaçı ilə ikinci tərəf adlandırılan Cavabdeh arasında xx.xx.2018ci il tarixdə Bakı şəhəri 46 saylı Notariat Kontorunda bağlanmış və notarial qaydada təsdiq olunmuş ilkin müqavilənin 5-ci bəndindən görünür ki, tərəflər arasında bu müqavilənin icrasından irəli gələn mübahisələr onların qarşılıqlı razılığı ilə belə razılaşma olmadıqda isə məhkəmə qaydasında həll edilir, bu müqavilə üzrə bütün mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilir. Qanunun həmin tələbini rəhbər tutaraq aparılmış araşdırma zamanı toplanmış sübutlar məcmusu, o cümlədən, şahid izahatları, notariat qaydasında təsdiq edilmiş müqavilə və ilkin mühasibatlıq sənədləri, MTK tərəfindən verilmiş ödəniş qəbzləri əsasında müəyyən olunmuşdur ki, "xxxxxxxxxxxxxxx” MTK-nin Bayıl filialı tərəfindən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsinin tikilmiş 2-ci binadakı 44-cü mənzili ilkin olaraq İddiaçı adına rəsmiləşdirilmiş, sonra sonuncu öz razılığı ilə bu mənzili faktiki olaraq tanışı Cavabdeh satmış, sonuncu tərəfindən vicdanlı alıcı olaraq mənzilə görə ödənişləri tam ödəməsinə baxmayaraq, İddiaçı isə müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməyərək Cavabdeh əlavə pul tələb etməklə aralarında notarial qaydada bağlanmış müqavilənin şərtlərini pozmuşdur...”. Yuxarıda qeyd olunan 5100 manat və 1700 manat məbləğində ödənişlərin Cavabdeh tərəfindən ödənilməsi və 24681,90 manat məbləğində ödəniş edilməsinə dair qəbzin əslinin Təranədə olması işin mübahisəsiz halıdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi apelyasiya instansiyası məhkəməsi həmin maddənin tələbləri baxımından ilkin müqavilə üzrə Kərimova tərəfindən qalan öhdəliklərinin icra olunmasına Səbail Rayon X7 Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına və işin araşdırılmış digər hallarına əsasən düzgün hüquqi qiymət verməmişdir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçının nümayəndəsi vəkil X3 apellyasiya şikayətini müdafiə edərək, “xxxxxxxxxxxxxxx” MTK tərəfindən güzəştli şərtlərlə iddiaçıya mənzil verildiyini, sonra tərəflər arasında xx.xx.2016-cı il tarixdə ilkin müqavilə bağlandığını, 45000 manat Təranə tərəfindən ilkin ödəniş edildiyini, qalan hissəni isə hissə-hissə ödənməli olduğu halda etmədiyini, qalan məbləğin isə hissə-hissə ödənildiyini, məbləğ tam ödənildikdən və çıxarış alındıqdan sonra Bilmanın əsas müqavilə bağlamalı olduğunu, MTK tərəfindən Bilmana ödənişlər edilməməsi barədə məlumat verildiyini, Bilmanın özü tərəfindən ödənişlər edildiyini, qəbzlərlə Bilman tərəfindən ödənişlərin aparıldığı göstərildiyini, Bilmanın rəsmi olaraq Təranədən ödəniş etməsini ən son nə zaman tələb etdiyini bilmədiyini, müqavilə öhdəlikləri üzrə məbləğ tam ödənildikdən sonra Bilman əsas müqavilə bağlamalı olduğunu, xəbərdarlıq məktubu olsa da onun Cavabdeh çatması barədə hazırda qəbz təqdim edə bilmədiyini, məktubun işçi tərəfindən cavabdehə çatdırıldığını, İddiaçı xəstə olması səbəbindən onun iştirakını məhkəmə prosesində təmin edə bilmədiyini, bina təhvil verildikdən sonra mübahisəli mənzilə dair İddiaçı adına çıxarış verildiyini, Cavabdeh ilə İddiaçı arasında başqa mübahisə olduğunu, Bilmanın 2018-ci il tarixdə çıxarış aldığını, mənzilə dair çıxarış alınana kimi Cavabdeh tərəfindən mənzilin pulu ödənilməli olduğu MTK tərəfindən Bilmana zəng edilib narahat etdiyi üçün, Bilman Cavabdeh ödənişləri ödəməyi tələb etdiyini, lakin Cavabdeh ödənişləri etmədiyini, Səbail Rayon Polis İdarəsinin xx.xx.2019-cu il tarixli cinayət işinin rədd edilməsi qərarından şikayət etdiklərini, lakin bunu təsdiq edən sənədin təqdim edə bilmədiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, ilkin müqavilə üzrə 45000 manat depozitə köçürüldüyünü, qalan məbləğin isə hissə-hissə ödənildiyini, 2017-ci ilin mart ayında 10000 ABŞ dolları, sonra may ayında isə 14500 ABŞ dolları Bilmanla Anar adlı qohumunun gedib ödədiyini, hətta cərimə olaraq 4700 ABŞ dolları pul ödəniş etdiyini, pulu Bilmana verdiyini, onun da MTK-ya ödədiyini, sonra isə ödəniş qəbzlərini qaytardığını, devalvasiyadan sonra Bilman evin bahalaşdığını söylədiyini, Bilmana iki dəfə rəsmi xəbərdarlıq edildiyini, ilkin ödəniş sonra evi ona vermədiyini, Bilman tərəfindən bu günə kimi ona heç bir xəbərdarlıq məktubu göndərilmədiyini, lakin onlar tərəfindən 2018 və 2019-cu illərdə Bilmana xəbərdarlıq məktubları göndərildiyini, məsələnin barışıqla həll edilməsi üçün etdikləri cəhdləri nəticə vermədiyini bildirmiş və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edənCavabdeh vəkili Abil Bayramov apellyasiya şikayətini qəbul etməyərək, tərəflər arasında notarial qaydada ilkin alqı-satqı müqaviləsinin bağlandığını, mənzil dövlət qeydiyyatından keçdikdən sonra İddiaçı öhdəliyinin Cavabdeh ilə əsas müqavilə bağlaması olduğunu, Bilmanın öhdəliklərini lazımınca yerinə yetirmədiyini, müqavilədə öhdəliklərini yerinə yetirməsi tarixləri və sonrakı ödənişin forması ilə bağlı şərtlərin müəyyən edilmədiyini, Bilmanın mübahisəli mənzili Təranənin istifadəsinə və sahibliyinə vermədiyini, o vaxt çıxarış olmadığı üçün sərəncamına da verə bilmədiyini, iddiaçının vəkili tərəfindən verilən məktubun sübut qəbul edilməsinə etiraz etdiyini, iddiaçının birinci və apellyasiya məhkəməsində məktubu təqdim etməməsinin səbəbini əsaslandırmadığını bildirmiş və şikayətin rədd edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən 3-cü şəxs Bakı şəhəri 46 saylı notariat kontorunun nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsində icraat zamanı kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun Azərbaycan Respublikası DİN Bakı şəhəri Səbail Rayon Polis İdarəsindən Səbail Rayon X7 Şöbəsinin xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının və iş materiallarının tələb edilməsi barədə sorğu edilmiş və daxil olmuş iş materialları, habelə mülki iş üzrə hallarla müqayisəli şəkildə tədqiq edilən zaman hazrki iş üzrə qanuni qüvvəsini almış kassasiya instansiya məhkəməsinin mülki işin materiallarına əsasən cinayət işinin rədd edilməsi üzrə müəyyən etdiyi hallara dair prosessual hərəkətlərin və dəyişikliyin olmadığı müəyyən edilmişdir. Qeyd edilməlidir ki, ilk iddia üzrə əsas mübahisəli məqam tərəflərin bağladığı ilkin müqavilədən sonra Cavabdeh tərəfindən ödənişlərin aparılmamasıdır. Burada qeyd edilməlidir ki, əmlak üzrə məbləğlərin ödənilməsinin sübuta yetirilməsindən də önəmli və öncəlik təşkil edən ilkin müqavilə üzrə tərəflərin öhdəliklərinin qarşılıqlı yerinə yetirilməsi ardıcıllığına riayət edilməsidir. Ona görə də sübutetmə yükü bu ardıcıllığa riayət edilməsi ilə müəyyən edilməlidir ki, bu da Cavabdeh pulun ödənilməsinin sübuta yetirilməsindən öncə, qarşı tərəf olan İddiaçı tərəfindən edilməli olan və hərəkətlərin edilməsinin xronoloji ardıcıllıq üzrə mübahisələndirilməyən (pretenziya qaydasına belə riayət etmədən) ilkin müqavilə üzrə ən son addımın atılmasından imtinasının (əsas müqavilənin bağlanması öhdəliyinin yerinə yetirməməsinin) əsaslarının sonuncu tərəfindən sübuta yetirmək vəzifəsini müəyyən edir.Diqqətə çatdırılmalıdır ki, Cavabdeh tərəfindən ödənişlər etmədiyi təqdirdə ilkin müqavilə şərtlərinin yerinə yetirilməsi və müddətsiz(qarşılıqlı icra edilmə şərti ilə bağlanılan) müqavilənin ləğvi üçün İddiaçı tərəfindən xəbərdarlıq edilməsinin təsdiq edilmədiyi, sonuncudan fərqli olaraq isə Cavabdeh tərəfindən xəbərdarlığın edildiyi müəyyən edilmişdir. Bununla da, İddiaçı ilkin müqavilə üzrə tam məsuliyyət götürdüyü öhdəlikləri yerinə yetirməmiş və bu müstəvidə qarşı tərəfin müqavilə öhdəliklərinin pozuntusunu sübuta yetirə bilməmişdir (zamanında mübahisələndirməmişdir). İlkin müqavilə şərtləri məhz Cavabdeh tərəfindən ödənişlərin tam aparılmasından sonra mənzilin dövlət qeydiyyatından keçirilməsini müəyyən etdiyi halda bu şərtin İddiaçı tərəfindən zamanında mübahisələndirməyərək mənzilin dövlət qeydiyyatından keçirilməsi Cavabdeh tərəfindən müqavilə şərtlərinin yerinə yetirildiyini təsdiq edir və bunun mübahisələndirilməsini istisna edir. Beləliklə, ilkin müqavilə şərtlərinin pozuntusuna ilk iddia üzrə İddiaçı tərəfindən yol verildiyi və təbii ki, öz öhdəliklərinin pozuntusuna görə mülki məsuliyyət daşımalı, ilk iddia üzrə Cavabdeh qarşılıqlı iddiası üzrə qeyd edilən müqavilə şərtlərini yerinə yetirərək onunla əsas müqavilə bağlamaq öhdəliyini yerinə yetirmək məcburiyyətindədir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası MM-nin 139, 139-1.1.3, 139-1.1.4, 139-1.1.6, 146, 152-158, 324, 385-388, 404, 405-410, 421-441, 560; Azərbaycan Respublikası MPM-in 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 328, 372, 385, 386, 388, 390, 420-ci maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir. Apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət e t d i: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3166/2019 saylı işi üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar