Məhkəmə qərarları › İş №2(103)-6233/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6233/2025

06.08.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6233/2025 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Qarayeva (Əliyeva) Ilahə Əli qızına qarşı fərdi yaşayış evinin tikinti və təmirinə çəkilmiş xərclərin bölünməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər:əsassız varlanma, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər X9 (sədrlik edən və məruzəçi), X12 və X19 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, cavabdeh Cavabdeh və onun nümayəndəsi-vəkili vəkil1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları qətnaməni qəbul etdi, Işin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən, ümumi sahəsi 156,7 kv.m. olan ** saylı evi paylı mülkiyyət hüququ üzrə X45 (1 otaq 19,8 kv.m., ##.##.2006-cı ildən), X37 (1-ci mərtəbədə 2 otaq (36,0 kv.m.), ön giriş (7,8 kv.m.), anbar (7,8 kv.m.)– ##.##.2010-cu il tarixdən), İddiaçı (1 otaq– 19,8 kv.m., ##.##.2016-cı il tarixli) adlarına qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən, ümumi sahəsi 156,7 kv.m. olan ** saylı evi paylı mülkiyyət hüququ üzrə X45 (1 otaq 19,8 kv.m., ##.##.2006-cı ildən), X3 (1-ci mərtəbədə 2 otaq (36,0 kv.m.), ön giriş (7,8 kv.m.), anbar (7,8 kv.m.)– ##.##.2017-ci il tarixdən), X1 (1 otaq – 19,8 kv.m., ##.##.2018-ci il tarixli) adlarına qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi Idarəsi tərəfindən ##.##.2017-ci il tarixdə verilmiş texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən ** saylı fərdi yaşayış evi (Hüquqi subyekti X1 və başqaları) 2 mərtəbədən, 4 yaşayış otağından, ümumi sahəsi 156,7 kv.m., yaşayış sahəsi 75,6 kv.m., köməkçi sahəsi 81,1 kv.m.-dən ibarətdir.

4. X1 tərəfindən Səbail rayon Icra Hakimiyyətinə ünvanlanmış ##.##.2019-cu il tarixli ərizənin surətindən görünür ki, mülkiyyətində (istifadəsində) olan ünvan 5 ünvanında yerləşən sahəsi 430 kv.m., hündürlüyü 8.800 m, 3 mərtəbəli olan fərdi yaşayış evini inşa etmişdir. Nəzərə almasını xahiş etmişdir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən, ümumi sahəsi 222,9 kv.m. olan ** saylı evi paylı mülkiyyət hüququ üzrə X45 (1 otaq- 19,8 kv.m., ##.##.2006-cı ildən), X3 (1-ci mərtəbədə 2 otaq (36,0 kv.m.), ön giriş (7,8 kv.m.), anbar (7,8 kv.m.)– ##.##.2017-ci il tarixdən), X1 (qalan hissə ##.##.2021-ci il tarixli) adlarına qeydiyyata alınmışdır.

6. X1 tərəfindən Səbail rayon Icra Hakimiyyəti Başçısının səlahiyyətlərini icra edən Abit Əliyevə ünvanlanmış ##.##.2018-ci il tarixli ərizənin surətindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2018-ci il tarixli seriya RX ******* saylı çıxarışa əsasən mülkiyyətində olan ünvan 5 ünvanda təqdim etdiyi eskiz layihəsinə uyğun yenidənqurma işlərinin aparılmasına icazə verilməsini xahiş etmişdir.

7. Səbail rayon Icra Hakimiyyəti başçısının müavini Abit Əliyev tərəfindən X1, surəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X41 Agentliyinə ünvanlanmış ##.##.2018-ci il tarixli məktubun surətindən görünür ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ##.##.2018-ci il tarixli, RX ******* saylı çıxarışına əsasən ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evində yenidənqurma işlərinin aparılmasına dair məlumatlandırma icraatı qaydasında təqdim etdiyi memarlıq-planlaşdırma həlli layihəsinə (“xxxx” MMC, IN/L267/2017) baxıb onu razılaşdırırlar. Yenidənqurma işləri apararkən yanğın təhlükəsizliyi, sanitargigiyena, ekoloji və qanunvericilikdə nəzərdə tutulmuş digər tələblərə riayət olunması tapşırılır.

8. Səbail RIH-ninTəsərrüfat şöbəsinin müdiri vəkil2 tərəfindən Ilahə Əliyeva, məlumat üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış ##.##.2019-cu il tarixli məktubun surətindən görünür ki, ünvan 6 ünvanında fərdi yaşayış evinin inşasının başa çatması ilə əlaqədar Səbail rayon Icra Hakimiyyətinə ünvanlanmış ##.##.2019-cu il tarixli müraciətinə baxılmışdır. Ərizəsi ilə əlaqədar bildirirlər ki, aidiyyəti məsələyə baxılması üçün tikinti obyektlərinin mövcud layihəsinin memarlıq planlaşdırma və tikinti ərazisinin baş plan bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti Rayon Icra Hakimiyyətinə təqdim edildikdən sonra aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunacaqdır.

9. X1 əsasən “xxxx” MMC tərəfindən Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları, 49 ünvanında yerləşən fərdi yaşayış evində mövcud tikilinin eskiz layihəsi tərtib edilmişdir, ev 2 mərtəbədən ibarətdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

10. Iddiaçı İddiaçı cavabdeh Qarayeva (Əliyeva) Ilahə Əli qızına qarşı fərdi yaşayış evinin tikinti və təmirinə çəkilmiş xərclərin bölünməsi dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 49 hazırki 85 ünvanında yerləşən fərdi yaşayış evinin 281 kv.metr sahəsinin tikinti və təmirinə çəkilmiş 307.393,15 xərclərin ½ hissəsi olaraq 153.696 manat pul vəsaitinin cavabdeh Əliyeva (Qarayeva) Ilahə Əli qızından alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 3 85 ünvanında yerləşən yaşayış evi 1998-ci ildən atası Əliyev Kamil Bəylər oğlunun mülkiyyətində olmuşdur. Atası ##.##.2012-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra vərəsəlik qaydasında fərdi yaşayış evinə vərəsəlik hüququ əsasında şəhadətnamə alaraq adına çıxarış verilmişdir. Cavabdehlə nikah birgə dövründə, yəni ##.##.2017-ci il tarixli çıxarışla 19,8 kv.m 1 otaq kimi çıxarışla göstərilən fərdi yaşayış evi faktiki olaraq 149,80 kv.m. sahədən ibarət olmuşdur. Atası Əliyev Kamil Bəylər oğlunun adına Bakı şəhəri Səbail rayon Icra Hakimiyyəti tərəfindən ##.##.2010-cu il tarixli “ölçülərin dəqiqləşdirilməsi” haqqında Sərancamı ilə də öz təsdiqini tapır ki, bağışlama müqavilə bağlandığı vaxtadək evin faktiki sahəsi 149,80 kv.m təşkil etmişdir. Hal-hazırda bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi ilə bağlı iddia tələbi məhkəmə tərəfindən araşdırılır.Yəni fərdi yaşayış evinin yuxarıda qeyd edilən hissəsi ilə bağlı formal uydurma əqd nəticəsində əmlak cavabdehin adına sənədləşdirilmişdir. Lakin hazırki iddia tələbinin maddi hüquqi əsası və mahiyyəti ondan ibarətdir ki, cavabdehlə nikahda olduqları dövrdə ünvan 2 85 ünvanında yerləşən yaşayış evini bir hissəsini, yəni yuxarı mərtəbəsini öz vəsaitləri hesabına inşa etdirmişlər və fərdi yaşayış evi faktiki olaraq hazırda 430 kvadrat metr sahədən ibarətdir. Həmin evin 207.1 kv.m sahəsi qanunsuz tikilidir. Bu hal Bakı Inzibati Məhkəməsində araşdırılmalar zamanı istər hazırki cavabdeh, istər isə məhkəmə sorğusu zamanı da daxil olmuş sənədlərlə də müəyyən edilərək təsdiq edilmişdir ki, cavabdeh Bakı şəhəri Səbail rayon Məhkəməsinə ərizə ilə müraciət edərək 430 kv.m sahədən ibarət olan evin sənədləşdirilməsini tələb etmişdir. Buna baxmayaraq sonradan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı ərazi idarəsi tərəfindən qonşuların razılıq ərizələri əsasında evin 222.9 kv. m. sahəsinə çıxarış almışdır. Iddia ərizəsinə əlavə edilən “xxxx” MMC-ti tərəfindən tərtib edilmiş eskiz layihəyədə evin 430 kv.m sahədən ibarət olması təsdiq edilsə də, cavabdeh Bakı Səbail rayon Icra Hakimiyyətinə ünvanlamış məlumatlandırma ərizəsi ilə inşa etdikləri özbaşına tikilini öz mülkiyyətinə aldırmağa çalışsa da bu mümkün olmamışdır. Bağışlanma müqaviləsinin əhatə etdiyi evin sahəsi 149,80 kv.m təşkil etmişdir. Sonradan isə Daşınmaz Əmlakın Reyestr Xidmətindən öz adına 222.9 kv.m sahəyə çıxarış almışdır.Cavabdehlə birgə nikahda olduqları vaxt mübahisəli evin dəyərini xeyli artıran vəsait qoymuşlar (əsaslı təmir, yenidən quraşdırma, artırmalar və s.i) nəticədə də evin dəyərini xeyli artıran vəsait xərcləməklə mənzilin artiq bir hissəsi özbaşına tikilidir. Məlum cinayət hadisəsinə görə o, hazırda həbsdədir. Həbsə alındığı müddətə (günədək) cavabdehlə həmin evdə yaşamışlar. Həbsə alındığı gündən də özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum edilmişdir. Ona görə də mübahisəli evin bağışlama müqaviləsi əsasında cavabdehin adına rəsmiləşən 149,80 kv.m. çıxılmaqla evin 281 kv.m sahəsinə inşa etdikləri özbaşına tikiliyə çəkilən təmir və tikinti xərclərinin bölünməsini məhkəmədən xahiş edir. Nümayəndəsiin müraciəti əsasında “xxxx” MMC tərəfindən fərdi yaşayış evinin 281.kv.m. sahəsinə çəkilən təmir və tikinti xərcləri bazar dəyərinə uyğun olaraq 307393,15 manata qiymətləndirilmişdir. Həmin vəsaitin 1/2 hissəsini cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-230/2022 ##.##.2022-ci il tarixli hökmü və həmin məhkəmə iclaslarında ifadələrində göstərmişdir ki, 2019-cu ildə zərərçəkən Ilahə Əliyeva ilə rəsmi boşansalar da hadisə olan günə qədər bir evdə yaşamışlar. Döymə hadisəsi mübahisələri ev üstündə olmuşdur. Belə ki, sözü gedən ev atasından ona miras olaraq keçmişdir. Birgə nikah dövründə olduqları müddətdə evi keçmiş arvadı zərərçəkmiş Ilahə Əliyevanın adına keçirmidir. ##.##.2022ci il tarixdə zərərçəkmiş şəxsə evi satıb pulunu bölmələrini dedikdə o, qışqırmağa başlamış, axşam tərəfi evlərində səs küyü qonşular eşitməsin deyə Ilahənin boğazından tutub itələmişdir.

12. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili vəkil2 izahatında göstərmişdir ki, iddiaçı ilə cavabdehin nikahları 2019-cu ildə pozulub, lakin nikah pozulsa da onlar birgə yaşayıblar. Birgə təsərrufat aparıblar. 2020-ci ilə qədər İddiaçı özü polis orqanlarında R olub. Mənzildə artırmalar var, 2010-cu ildə İddiaçı şəxsən özü bu evin tikilməsində iştirak edib. Hazırda tikilidən məhrum olub, lakin çəkilən xərci tələb edir. İddiaçı həbsdədir. Yeni tikili 2018-ci ildə aparılıb. Tikintiyə çəkilən xərc Bəhruz tərəfindən və birgə təsərrüfat aparılan dövrdə ödənilib. Bəhruz polis olub, münasibətləri yaxşı olub, ailədə birgə yaşayıblar. Bəhruzun tikiliyə vəsait qoymasına dair şahidləri və bu barədə rəy var.

13. Məhkəmə iclasında izahatı alınmış cavabdeh Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, evi 2017-ci ildə Bəhruz ona hədiyyə etmişdir. Həmin vaxtlar münasibət normal deyildi. O, 2018-ci ildə sərəncam almışdır. 2-ci mərtəbənin tikintisi aparılmış, faktiki sahə 134 kv. metrdir. 2018-ci ildə mövcüd halda 222 kv. metr oldu. 1-ci mərtəbənin üstünü 2018-ci ildə tikmişlər, lakin həmin tikilidə təmir işləri həyata keçirilməmiş, tam təmir sonra edilmiş, 2024-cü ildə o, özü təmirə başlamışdır. Ilkin tikintiyə təxminən 105.000 manat xərci çıxmışdır. Bunun qeydiyyatını aparmışdır, bunu təsdiq edən kitabçanı məhkəməyə təqdim etmişdir. Həm tikintiyə, həm də sonra təmirə xərci özü çəkmişdir. Onun atası imkanlı adam olmuş, ondan ona vərəsə kimi pay qalmışdı, 2024-cü ildə isə 2018-ci ildə tikilmiş tikintini o, sıfırdan təmir etmişdir. O, 2019-cu ildə nikah rəsmi qaydada pozulmuş, lakin munasibətləri 2017-ci ildən pis idi, birgə təsərrüfat aparmırdılar. Təmiri isə 2024-cü ildə etmişdir və 100 min manatdan çox xərc çəkmişdir. Tikinti işləri 2018-ci ildə başlasa da və həmin vaxt nikahda olsalar da birgə yaşamamışlar. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir.

14. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili vəkil1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı İddiaçı cavabdeh Əliyeva (Qarayeva) Ilahə Əli qızı ilə ##.##.2019-ci il tarixinə qədər rəsmi nikah münasibətlərində olmuş, nikah dövründə iddiaçı mübahisəli evi ##.##.2017-ci il tarixində bağışlama müqaviləsi ilə öz həyat yoldaşı- cavabdeh Cavabdeh adına keçirmişdir. Iddiaçı cavabdeh tərəfindən evin əsaslı təmirinə çəkilmiş xərclərin bölünməsi tələbini irəli sürərkən yalnız tərəflərin birgə nikah dövründə və nikahın pozulmasından sonra eyni ünvanda yaşamaları faktına istinad edir. Məsələ burasındadır ki, ər-arvadın əmlakının qanuni rejimini müəyyən edən qanunvericilik normaları və məhkəmə təcrübəsi əmlakın və ya əmlak üzərində aparılmış yaxşılaşdırmanın məhz ər-arvadın birgə əmlakı hesab olunması üçün təkcə şəxslərin birgə nikahda olması və ya eyni ünvanda yaşaması faktı ilə kifayətlənməyərək birgə mülkiyyətin formalaşması üçün faktiki birgə təsərrüfatın aparılması və əldə olunan gəlirlərin birgə istifadəsi faktını şərləndirir. Iddiaçı cavabdehə xəsarət yetirdiyi üçün həbs edilmişdir. 2019-cu ildə tərəflər arasındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Sonrakı dövrdə isə iddiaçının qalacaq başqa yeri olmadığından həmin evdə iki yad insan kimi yaşamış, lakin tərəflər arasında hər hansı ailə-nikah, ər-arvad, hətta normal insani ünsiyyət münasibətləri də mövcud olmamış, nəticədə həmin münasibətlər də təqsirləndirilən şəxs- zərərçəkmiş şəxs münasibətləri həddinədək gərginləşmişdir. Bu baxımdan tərəflərin birgə əməyinin və ya birgə təsərrüfatının məhsulu olan hər tikinti-təmir və ya yaxşılaşdırma tədbirlərindən söhbət gedə bilməzdi. Ilkin mərhələdə tikinti işləri aparılmış və bu işlər üçün cavabdeh tərəfindən 100.000 manat vəsait xərclənmiş, ikinci mərhələdə isə, 2024-cü ildə isə cavabdehin şəxsi vəsaiti hesabına 150.000 manat pul xərclənərək xarici və daxili təmir işləri aparılmışdır. Tikintinin ilkin mərhələsində isə iddiaçı ümumiyyətlə tikintiyə şəxsi vəsaiti hesabina heç bir iş görməyib və ya ustalara xidmət haqqı odəməyib. Iddiaçı həmçinin məhkəməyə müraciət etmək üçün iddiaçı müddəti də ötürmüşdür. Tərəflər arasında nikahın 2019cu il tarixində pozulduğunu nəzərə alaraq müddətin axımı həmin vaxtdan başlamalı idi. Hazırki müddətdə bu iddianın qaldırılması isə ona dəlalət edir ki, cavabdeh müxtəlif iddialar verməklə heç bir nəticə əldə edə bilməməsi səbəbindən son ümid yeri olaraq bu iddianı qaldırmışdır. Beləliklə, iddia tələbi həm mahiyyəti üzrə həm də iddia müddətinin tətbiqi etibarılə rədd edilməlidir. Tərəflər arasında ailə münasibətləri 2019-cu ildən bitdiyindən və cinayət hadisəsi səviyyəsində münaqişə həddinə çataraq kəskinləşdiyindən tərəflərin nəinki birgə təsərrüfatından, ümumiyyətlə hər hansı ünsiyyətindən söhbət gedə bilməzdi. Belə olan halda cavabdehin sözügedən evdə apardığı əsaslı təmir tikinti işlərində iddiaçının hər hansı bir formada iştirakı mümkün deyildi. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi iddia tələbinin həm əsassız olması, həm də iddia müddəti tətbiq edilməklə rədd edilməsini məhkəmədən xahiş etmişdir.

15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 öz ifadəsində göstərmişdir ki, o, tərəflərlə üzbə-üz qonşudur, onları tanıyır. Onlar mehriban ailə olublar. Mübahisəli ev Kamilin olub. Bəhruz və bacısı orda yaşayıb. Sonra Bəhruz evlənib orada yaşayıblar. 2018-ci ildə evin üstünü də tikdilər. 2-ci mərtəbə 2018-ci ildə tikildi. Bəhruzun anasını 50 ildir tanıyıram. Bəhruz və Ilahə 2 oglu ilə orada yaşayıblar. Bəhruzun atası və anası da orada qalıb. Həmin vaxt Bəhruz Lənkəranda işləyirdi gəlib gedirdi.2-ci mərtəbəni də Bəhruz tikdirdi. 2018-ci ildə onlar birgə qalırdılar.Tikiliyə təxminən nə qədər xərc çəkilib bilmir. O, qonşudur, pulla maraqlanmadı. Bəhruz öz evində qalırdı, o, qonşudur. 2018-ci ildə 2-ci mərtəbə tikilib və xərci də Bəhruz çəkib. Onun evindən onların evi görünür. Indi mənzildə Ilahə iki oglu ilə qalır.Göyçək ilə Ilahənin evinin ara məsafəsi yaxındır, arada başqa mənzil yoxdur. Bəhruz 4 ildir həbsdədir. Həbsə qədər Bəhruz öz evində bir otaqda qalırdı. Bəhruz öz evində Ilahənin yaşadıgı evdə qalırdı. Bəhruz Lənkəranda işləyirdi, gəlib-gedirdi, salamlaşırdılar. Onun yanında ustaya pul verilməyib. Evi kişi təmir edər, Bəhruz təmir edib. Hamı deyir Bəhruz evi tikdi getdi türməyə. Bəhruz iki oğlu ilə bir otaqda olurdu. Onlar bir yerdə qalırdılar.

16. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, o, Bəhruzun anasıdır. Mübahisəli ev yoldaşından qalan mülkdür. Bəhruz 17-18 yaşda olarkən ailə qurmuşdur. Orqanda işləyirdi. Sonradan evi gəlinə bağışlamış, ev gəlinin adına keçmişdir. Evin bir hissəsini Bəhruz dostuna bağışlamış, onlar qonşu qalırlar. 2018-ci ildə evin 2-ci mərtəbəsi tikildi. Gəlin heç vaxt işləməyib, tikilini oğlu tikib. Lənkəranda işləyirdi, ustaya 1000, 2000 manat pul göndərirdi, o, da verirdi. Oğlu Lənkəranda işləyirdi, ona pul göndərirdi, o, da pulu proraba verirdi.2-ci mərtəbəyə çəkilən xərc təxminən 60-70 min olardı. Sonuncu 2000 manatı elektrik mallarına verib. 2019-cu ildə boşandılar sənəd üstündə, amma faktiki birgə yaşayırdılar. 2022-ci ildə gəlin ailə qurub getdi. Bəhruz evi 2018-ci ildə Lənkəranda işləyəndə tikib. Oğlu Lənkəran işləyəndə onlar faktiki bir yerdə yaşayırdılar. Ilahə bıçaqlana qədər birgə idilər, gedib ailə qurdu deyə ayrıldılar. Döyulmə hadisəsinə qədər birgə idilər. Oğlu Lənkəranda işləyəndə 1000 manat maaş alırdı. Ilahə 2024-cü ildə evin içini təmir edib, divar kağızı vurub. Bəhruz qapını bağlayıb həyətdən qapı açmışdır, qapını dava-dalaşdan sonra açmış, tutulmazdan 5-6 ay əvvəl. Ev tikilmişdi təmir oldu, pataloku vardı.

17. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki, o, cavabdehi də, Bəhruzu da tanıyır. Əmisi oğlu Bəhruzu tanıyırdı, işi də o danışmışdı ona. O, mühəndisdir, gedib işə baxmış, təxminən 2018-ci ilin mart ayından sonralar idi. 2-ci mərtəbənin tikilməsi ilə bağlı ustanı o, gətirmişdir. Xərci əvvəl Bəhruz verirdi ona. Ilkin smetanı tutmuş Bəhruza demişdir, işə başlamışdır. Sonra Ilahəni tanımışdır, o, orada təxminən 30-40 min manatlıq iş görmüşdür. O, orada konstruksiya işi görmüşdür. Divarı hörmüşdür. 30-40 minə qədər pulu əvvəl Bəhruz vermişdir,sonra Ilahə pul verirdi o, materialı alırdı. Onlardan sonra üstü bağlanmalı idi. Ondan sonra qapı-pəncərə və damı bağlamaq qalmışdır. 1-2 dəfə Bəhruzun anası pul verib ona. Materialın pulu qalırdı,Ilahəyə zəng edir, o verirdi. Bəhruzla Ilahənin münasibətləri təzə-təzə çox yaxşı idi. Birgə idilər. Ilahə ona demişdir “mənə şirniyyat bişirmək üçün kuxna düzəlt”, arxada otaq var idi. Arada işə fasilə vermişdir, 2018-ci ildə gəlib görmüşdür ki, həmin otaqda çarpayı var, zarafatla demişdir ki, “Bəhruzu ayırmısan”. Ilahə ona pul verib, amma bilmir nə qədər verib. Bəhruz usta Ixtiyarı çağırıb iş gördürüb, lakin pulunu verməyib, o, zəng etmiş Ilahə pulu vermişdir. Əvvəl Bəhruz Bakıda idi,sonra Lənkərana getmişdir işləməyə. Bəhruz nə qədər pul verib bilmir. Bəhruz da elə orada olurdu, görülən işlərlə maraqlanırdı. O, da hər ikisinə də məlumat verirdi.

18. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 öz ifadəsində göstərmişdir ki, o, evin təmirində 2024-cü ilin aprel ayının 26-da işləmişdir. Evin 2-ci mərtəbəsinin divarı hörülmüşdü. Evin sahəsi 130 kv.metr, mətbəxin sahəsi 27 kv.metr idi. Cəmi 134 kv. metr idi. Divar, dam örtüyü, yerdə dikt var idi, pilləkan beton idi, onlar onu daşdan yığmışlar. Evi tam işləmişlər, mətbəx qalmışdı,onu da bu yaxınlarda işləmişlər. Onlara qədər çəkilən xərc konstruksiya ilə yığılmışdı. Deyə bilmir nə qədərdir. Onunla qardaşı işləyib orada. Evin bir pəncərəsi var idi, qalan işləri onlar görmüşlər, qapı yox idi. Bütün işi o, görmüşdür. O, Namiqi orada görmüşdür. Onu Ilahə çağırıb, pulu da o verib ona. O, suvaq işi etmişdir. Divara ağ çəkilmişdi. Sement yox idi. Onun smetası yoxdur.

19. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əliyev Bəylər Bəhruz oğlu öz ifadəsində göstərmişdir ki, o, tərəflərin oğludur. 24 yaşı var. 2018-ci ildə mübahisəli evin 2-ci mərtəbəsi tikilib.1ci mərtəbədə o, anası, qardaşı və atası qalırdılar. 2-ci mərtəbə onların gələcəkləri üçün tikilmişdi. 2-ci mərtəbə tikilməyə başlayanda artıq atasına anasının münasibəti pozulmuşdu. Onlar 2019-cu ildə ayrılmışlar. O, 2019-2021-ci illərdə əsgər olmuşdur. Mərtəbənin tikilmə təklifini anası vermişdir. Usta Namiq əmi idi, anası çağırmışdır. O, birinci mərtəbədə olurdu, atası onda Bakıda idi. Atası Lənkərana nə vaxt gedib bilmir. Ustaya pulu anası verirdi. Anası qızıllarını satmışdı, həm də babasından mülk qalmışdı, anasına da pay düşmüşdür. Atası tikiliyə pul verməyib. Proraba pulu anası verirdi. Atası ilə anası 2019-cu ildə boşanmışlar, boşanmaya qədər artıq münasibətləri pis idi. 2-ci mərtəbə tikilib qurtaranda atasına bir otaq ayrılmışdı. Onun paltarını da anası alırdı. O, xidmətə getməmişdən 2 il əvvəl valideynlərin münasibəti pis idi. Birgə qalırdılar, amma münasibət pis idi. Atasının evə pul xərclədiyin görməmişdir. Bıçaqlanana qədər atası həmin evdə qalırdı.

20. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 öz ifadəsində göstərmişdir ki, o, saç ustasıdır. 2008-2009-cu ildən Bəhruzu tanıyır və onun saçını qırxır. Eyni zamanda Bəhruzla çox yaxın münasibəti olmuşdur. 4-5 dəfə saçını qırxmaq üçün Bəhruzun evinə getmiş, həbs edilməmişdən 10 gün qabaq oğlunun ad günündə iştirak etmişdir. Cavabdeh şəxsən qulluq edən görməsə də, Bəhruz demişdir ki, stolun üzərindəkini yoldaşı hazırlamış və stola Bəhruz gətirmişdir. Hətta onlar maykada olarkən Bəhruz demişdir ki, Ilahə gəlir, onlar bunu nəzərə almışlar.

21. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 öz ifadəsində göstərmişdir ki, o, Bəhruzun qohumudur. 2018-ci ildə bəhruz ondan evin təmiri üçün elektrik avadanlıqları almışdır. Nağd şəkilində buna görə 5.560 manat pul vermişdir. Bir dəfə Bəhruzgilin evndə olmuş, orada elektrik xətlərinin çəkilməsi ilə bağlı məsləhət də vermişdir.

22. Məhkəmə iclasında şahid qismində dindirilmiş X32 öz ifadəsində göstərmişdir ki,o, tərəflərin qonşuluğunda yaşayır. 25-30 ildir Ilahəni və Bəhruzun anası Göyçəyi də tanıyır. Bəhruz əvvəl işləyirdi, ailə münasibətləri yaxşı idi, sonra Bəhruz işdən çıxdı, içkiyə qurşandı, mübahisələr yarandı. O, Ilahəgilin evinə gedib-gəlirdi. Bəhruz tutulandan sonra bütün xərcləri Ilahə edib. Tutulmamışdan əvvəl isə təmirə çəkilən xərclərlə bağlı məlumatı yoxdur.

23. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 öz ifadəsində göstərmişdir ki, o, 10 ildir ki, Ilahəgildə təmizlik işlərini görür. Bəhruzun evin bir otağında qalmasını görmüşdür, evdə ustalar işləmişdir, Bəhruzun ustalara pul verməsini görməmişdir, ustalara pulu Ilahə vermiş, hətta bir neçə dəfə ustaya verilən pulu Ilahə ona vermiş və o, ustaya çatdırmışdır.

24. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

25. Məhkəmə mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, tərəflər arasında rəsmi nikah 2019-cu il tarixdə pozulsa da, tərəflər arasında ailə münasibətləri 2017-ci ildən pozulmuş, 2018-ci ildə mövcud birmərtəbəli tikilinin 2-ci mərtəbəsinin inşasına başlanılmışdır. Məhkəmə iclasında həmçinin şahid ifadələri ilə də müəyyən edilmişdir ki, 2018-ci ildə inşası başlanan tikili tam təmir olunmamış və yaşayış üçün yararlı olmayan səviyyədə 2024-cü il tarixədək olmuş, 2024-cü il tarixdə cavabdeh tərəfindən tam təmir olunmuş vəziyyətə gətirilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, mübahisəli ünvanda yerləşən evin 1-ci mərtəbəsi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyatdan keçmiş, 2017-ci ildə həmin əmlak cavabdehə bağışlanılmış, 2018-ci ildə 1-ci mərtəbənin üst hissəsində tikinti işləri həyata keçirildikdən sonra mübahisəli evin ümumi sahəsinin 222,9 kv.m. olmasına dair daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Yəni cavabdehin mülkiyyətində olan evin ümumi sahəsinin 222,9 kv.m. olmasına dair daşınmaz əmlakın dövlət reyestrində qeyd mövcuddur.

26. Iddia müddətinin tətbiqindən imtina edən məhkəmə qeyd etmişdir ki, tərəflər arasında nikah rəsmi qaydada 2019 cu ildə pozulsa da, iddiaçı həm həmin tarixədək, həm də cinayət hadisəsi törədib cəmiyyətdən təcrid olunduğu tarixədək mübahisəli evdə yaşamışdır. Iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün qanunda (Ailə Məcəlləsinin 36.9-cu maddəsində) nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülməmişdir. Bu səbəbdən məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə dəlillərini əsaslı hesab etməmişdir.

27. Məhkəmənin mövqeyinə görə evin mübahisəli 2-ci mərtəbəsinin tikintisi və evdə müvafiq təmir işlərinin aparıldığı dövrdə tərəflər arasındakı münasibətlərin xarakteri heç də Ailə Məcəlləsinin 35-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmır, həmçinin şahid ifadələri ilə də təsdiq olunmuşdur ki, həmin işlərin görülməsi zamanı tərəfər arasında ailə münasibətləri mövcud olmamış, onlar birgə təsərrüfat aparmamış və tikinti və təmir işləri cavabdehin vəsaiti hesabına həyata keçirilmişdir.

28. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9, 8 və 31-37-ci; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1, 372.2, 377.1, 213.1, 225.1, 139.1, 180.1, 225.4cü maddələri; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli Qərarı; «Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun */**** saylı, ##.##.2024-cü il tarixli Qərarı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apelyasiya şikayətinin dəlilləri

29. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, hüquqi dəyərləndirməni düzgün həyata keçirməyən hakim, qətnaməsində işin hallarına hüquqi qiymət verərkən cavabdeh tərəfindən məhkəməyə dəvət olunan şahidlərin vasitəsi ilə başqa heç bir mötəbər sübutlar məhkəməyə təqdim edə bilmədən işin faktiki hallarının yalnız şahid ifadəsi əsasında təhrif edilməsinə faktiki olaraq qiymət verməmişdir. Iddiaçı ilə cavabdeh 2018-2019-cu illərdə mübahisəli fərdi yaşayış evində təmir və tikinti aparmasına baxmayaraq və bu hallar iş üzrə obyektiv sübutlar ilə təstiq edildiyi halda, məhkəmə cavabdehin təsiri altında olan və onun mənafeyindən çıxış edən oğlu şahid Bəylər Əliyevin izahatını əsas tutaraq qanunsuz olaraq belə bir nəticəyə gəlmişdir ki, iddiaçı ilə cavabdehin ailə münasibətləri 2017-ci ildə artıq pozulmuşdur. Göründüyü kimi, Səbail rayon Məhkəməsinin hakimi Şahin Abdullayev cavabdeh tərəfin istinad etdiyi əsaslarla əslində başqa hallar məhkəmədə müəyyən edildiyi halda qanunsuz olaraq qətnaməsində qeyd etmişdir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında rəsmi nikah 2019-cu il tarixdə pozulsa da, tərəflər arasında ailə münasibətləri 2017-ci ildən pozulmuş, 2018-ci ildə mövcud birmərtəbəli tikilinin 2-ci mərtəbəsinin inşasına başlanılmışdır. Beləliklə də iddianı rədd edən məhkəmənin mövqeyi düzgün deyil. Ümumiyyətlə, işin faktiki hallarına dair irəli sürülən, başqa sözlə, mübahisələndirilən halın düzgün araşdırılmaması ədalət mühakiməsinin hamının qanun və məhkəmə qarşısında bərabərliyi, dispozitivlik, məhkəmələrdə işlərə tərəflərin çəkişməsi, eləcə də hakimlərin tərəfsizliyi kimi təməl prinsiplərə ziddir. Belə çıxır ki, iddiaçı fərdi yaşayış evində təmir və tikinti işlərinin 2017-ci ildə aparıldığını iddia etsə idi və buna dair subutlar təqdim etsə idi, məhkəmə cavabdeh tərəfin şahidləri vasitəsi ilə iddiaçı ilə cavabdehin ailə münasibətlərinin 2016-cı ildə pozulması nəticəsinə gələcəkdi?! Iş üzrə tərəflərindən təqdim edilmiş sübutlar düzgün qiymətləndirilməyib. Məhkəmə iki hazırlıq iclasının keçirilməsindən məlumatlı olan cavabdehin hazırlıq iclaslarında iştirak edərək sübutlarını təqdim etmək imkanı olduğu halda cavabdehin ## ######## 2025-ci il tarixdə baxış iclasına məhkəmədə vəsatəti müzakirə edilmədən həmin şahidləri məhkəmənin razılığı olub-olmadan bir başa məhkəməyə gətirərək dindirilməsinə şərait yaratmışdır. Cavabdeh hardan bilə-bilərdi ki, şahidləri məhkəmə dindirəcəkdir, ## ######## 2025-ci il tarixdə şahidləri bir başa məhkəməyəgətirmişdir. Məhkəmə iş üzrə müəyyənedilmiş işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayaraq əsaslandırılmışdır. Ümumiyyətlə işin müəyyən edilmiş halları qətnamədə yazılanlardan fərqli olmuşdur. Iddiaçı tərəfindən məhkəməyə dəvət olunmuş şahidin izahatını da işdə olan subutlarla yanaşı düzgün qiymətləndirməmişdir. Iddianı qəbul etməyən cavabdeh Əliyeva (Qarayeva) Ilahə Əli qızı ziddiyyətli izahatlar vermişdir. Izahatında mücərrad olaraq evin tikinti və təmirinin öz vəsaiti hesabına həyata keçirilməsini iddia edərək həmin vəsaitin mənbəyini gah atasına məxsus torpaq sahəsi və miras qalmış evi satdıqdan sonra əldə etdiyini göstərmiş, gah qızıl zinət əşyaları sataraq satışdan əldə olunan pul vəsaiti hesabına, gah özünün qazancı hesabına və təmirin İddiaçı həbsə alındığı müddətdən sonra təmir etdiyini bildirmişdir. Halbuki yuxarıda qeyd etdiyi kimi istər cavabdeh tərəfindən dəvət olumuş şahidlər, istərsə də iddiaçının şahidləri qətiyyətlə göstərmişlər ki, fərdi yaşayış evinin ikinci mərtəbəsi İddiaçı tərəfindən 2018-ci ildə tikilərək təmir olunmuş, ustalar və prorab İddiaçı tərəfindən dəvət olunaraq ona evin tikintisi və təmiri həvalə olunmuşdiur. Xərclənmiş vəsait də İddiaçı tərəfindən ödənilirdi, sonradan isə İddiaçı Lənkəranda polis orqanlarında çalışanda anası Göyçək və sonra da Ilahə Əliyeva da ustalara pul vermişdir. Halbuki məhkəmə hakimi qanusuz olaraq işin müəyyən edilmiş hallarını təhrif etməklə əsassız nəticəyə gəlməklə belə hesab etmişdir ki, evin təmir və tikintisi cavabdehin vəsaiti hesabına və iddiaçı ilə cavabdeh faktiki bir yerdə yaşamadıqları və birgə təsərrüfat apardıqları dövrdə həyata keçirilmişdir. Məhkəmə bu gəldiyi nəticəni iddiaçı ilə cavabdehin oğlu, hazırda cavabdehin təsiri altında olan Bəylər Əliyevin izahatına uyğun əsaslandırmışdır. Halbuki həmin şahid Bəylər Əliyev Sumqayıt Apellyasiya Məhkəməsində cinayət işinin araşdırlması zamanı xüsusi əhəmiyyət kəsb edən hallar ilə bağlı ifadə vermək üçün və dindirilməsi ilə bağlı vəsatəti məhkəmə kollegiyası tərəfindən təmin edilsə belə anası Ilahə Əliyevanın təsiri ilə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyasından isə onun çağırılmaması üçün və Bəylər Əliyevin psixoloji problemləri olduğunu bildirmişdir. Bu hallar hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsindən İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi tələb edilməklə dəqiqləşdirilə bilər. Diqqət yetirilsə yalnız Bəylər Əliyev, X32 və şahid X26 həqiqətlərə uyğun olmayan izahatlar vermişdir. Bu üç şahid yalan izahatlar vermişlər. Hər üç şahid cavabdeh tərəfindən həqiqətləri təhrif etməyə yönəldilmişdir və izahatlar vermişlər. Işin araşdırılmış bütün halları bu halları təkzib edir. Belə ki, məhkəmə iclasında həqiqətləri təhrif edən şahid qismində dindirilmiş Əliyev Bəylər Bəhruz oğlu öz ifadəsində göstərmişdir ki, o, tərəflərin oğludur. 24 yaşı var. 2018-ci ildə mübahisəli evin 2-ci mərtəbəsi tikilib.1-ci mərtəbədə o, anası, qardaşı və atası qalırdılar. 2-ci mərtəbə onların gələcəkləri üçün tikilmişdi. 2-ci mərtəbə tikilməyə başlayanda artıq atasına anasının münasibəti pozulmuşdu. Onlar 2019-cu ildə ayrılmışlar. O, 2019- 2021-ci illərdə əsgər olmuşdur. Mərtəbənin tikilmə təklifini anası vermişdir. Usta Namiq əmi idi, anası çağırmışdır. O, birinci mərtəbədə olurdu, atası onda Bakıda idi. Atası Lənkərana nə vaxt gedib bilmir. Ustaya pulu anası verirdi. Anası qızıllarını satmışdı, həm də babasından mülk qalmışdı, anasına da pay düşmüşdür. Atası tikiliyə pul verməyib. Proraba pulu anası verirdi. Atası ilə anası 2019-cu ildə boşanmışlar, boşanmaya qədər artıq münasibətləri pis idi. 2-ci mərtəbə tikilib qurturanda atasına bir otaq ayrılmışdı. Onun paltarını da anası alırdı. O, xidmətə getməmişdən 2 il əvvəl valideynlərin münasibəti pis idi. Birgə qalırdılar, amma münasibət pis idi. Atasının evə pul xərclədiyin görməmişdir. Bıçaqlanana qədər atası həmin evdə qalırdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki, o, cavabdehi də, Bəhruzu da tanıyır. Əmisi oğlu Bəhruzu tanıyırdı, işi də o danışmışdı ona. O, mühəndisdir, gedib işə baxmış, təxminən 2018ci ilin mart ayından sonralar idi. 2-ci mərtəbənin tikilməsi ilə bağlı ustanı o, gətirmişdir. Xərci əvvəl Bəhruz verirdi ona. Ilkin smetanı tutmuş Bəhruza demişdir, işə başlamışdır. Sonra Ilahəni tanımışdır, o, orada təxminən 30-40 min manatlıq iş görmüşdür. O, orada konstruksiya işi görmüşdür. Divarı hörmüşdür. 30-40 minə qədər pulu əvvəl Bəhruz vermişdir,sonra Ilahə pul verirdi o, materialı alırdı. Onlardan sonra üstü bağlanmalı idi. Ondan sonra qapı-pəncərə və damı bağlamaq qalmışdır. 1-2 dəfə Bəhruzun anası pul verib ona...... Onu da bildirr ki, cavabdeh mediasiya təklifini və bildirişini alaraq hazırki iddia predmeti barəsində kifayət qədər məlumatlı olsa da məhkəmənin iki hazırlıq iclasına gəlmədikdən sonra yalnız baxış iclasına gələrək şahidlərin dindirilməsi barədə vəsatəti müzakirə olunmadan hazır vəziyyətdə şahidlərini məhkəmə baxış iclasına gətirmişdir. Bu da hesab edir ki, prosessual qaydalara zidd olmuşdur. Məhkəmə hakimi işin halları ilə bağlı dürüst və dəqiq detalları bildirən şahid X18 izahatından sonra məhkəmə baxışı iclası zamanı möhkəm əsabləşmişdir. Hətta belə, onlara irad bildərməkdən çəkinməmişdir. Hakimin irad bildirdiyinə görə şahidi onlar öyrətmişlər. Çox güman ki, bu iradlar prosesin audio video qeydiyyatına alınmışdır. Sonra desələr məhkəmə iclasında şahid qismində dindirilmiş X11 2018-ci ildə Bəhruz ondan evin təmiri üçün elektrik avadanlıqları almışdır. Nağd şəkilində buna görə 5.560 manat pul vermişdir. Bir dəfə Bəhruzgilin evndə olmuş, orada elektrik xətlərinin çəkilməsi ilə bağlı məsləhət də vermişdir kimi izahatında göstərdiklərini nə üçün qəbul etmədiyini qətnaməsində əlaqə şəkildə şərh edə bilməmişdir. Məhkəmə zənnimizcə çox ziddiyyətli bir nəticəyə gəlmişdir. Bir tərəfdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülməmişdir. Bu səbəbdən məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə dəlillərini əsaslı hesab etməmişdir. Bir tərəfdən isə məhkəmə qeyd edir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında rəsmi nikah 2019-cu il tarixdə pozulsa da, tərəflər arasında ailə münasibətləri 2017-ci ildən pozulmuş, 2018-ci ildə mövcud birmərtəbəli tikilinin 2-ci mərtəbəsinin inşasına başlanılmışdır. Məhkəmə iclasında həmçinin şahid ifadələri ilə də müəyyən edilmişdir ki, 2018-ci ildə inşası başlanan tikili tam təmir olunmamış və yaşayış üçün yararlı olmayan səviyyədə 2024-cü il tarixədək olmuş, 2024-cü il tarixdə cavabdeh tərəfindən tam təmir olunmuş vəziyyətə gətirilmişdir. Maraqlıdır, qətnaməni əsaslandıran hakimə sual verərlər ki, tərəflər arasında münasibətlər 2017-ci ildə pozulmuşdursa, necə olur ki, iddiaçı İddiaçı cavabdeh Ilahə Əliyevaya 2017-ci ildə evin sənəd üzrə 19,8 kv.m., bir otağını, faktiki olaraqa isə 149,80 kv.m sahəsini bağışlayır, müqavilə rəsmiləşdirlər ? 2022-ci ilin sentyabr oktyabr aylarına kimi tərəflər arasında heç bir dava-dalaş və yaxud da məhkəmələrdə mülki mübahisələr üzrə hər hansı bir mülki tələb araşdırılmamışdır. Bü cür halları təstiq edən tərəflər arasında hər hansı bir subut müəyyən edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Bu necə məntiqdir?. Sadəcə burada bir fikir bildirmək olar ki, hazırlıq iclasında iştirak etmədən, məhkəmədə vəsatət qaldırılmadan, birdən-birə baxış iclasına peyda olan, məhkəmə hakimi tərəfindən vəsatəti müzakirə edilərək təmin edilməmiş, öyrədilərək şahidləri məhkəməyə gətirən cavabdehə qanunsuz olaraq onun marağından çıxış edərək iddianı rədd etmək üçün çıxış yolunu məhkəmə hakimi guya iddiaçı ilə cavabdeh arasında ailə münasibətlərin 2017-ci ildə tikinti və təmirə başlamaq ilindən, yəni 2017-ci il qabağa pozulması kimi səhnələşdirməkdə görmüşdür.

b)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

33. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclasında tərəflərin oğlu şahid X6 ifadəsində və ona verilən suallara cavab olaraq bildirmişdir ki, 2017-ci ildən anası və atası qeyri-rəsmi ayrılmışdılar. Atası onların evinin həyətində bir otaqlı evdə qalırdı. Atası borclarına görə içki içirdi, evdə hər gün dava-dalaş olurdu. Atasının borcu olan insanlar anasının yaxınları, qohumları idi. 2018-ci ildə evin birinci hissəsi tikilməyə başlanıldı. Həmin tikinti işləri anasının atasından ona qalmış pul vəsaiti əsasında aparılmışdı. Evin tam təmiri isə 2024-cü ildə bitmişdi. Anası işləyirdi, pul yığırdı. Anası pulu ona verirdi, o, da pulu atasına verirdi ki, ustalara versin. Sonradan xəbərləri oldu ki, pulu ustalara verməyib. Onun Lənkəranda qeydiyyata düşməyi üçün atası anasından 1500 manat pul almışdı, sonradan bilmişdir ki, qeydiyyata düşmək üçün pula ehtiyac yoxdur. Onların evində olan bütün əməklər anasına aiddir, işləyib, əziyyət çəkib. Qardaşının işə düzəltmək üçün 17000 manat pul lazım olduğunu dedi o pul da əllərindən getdi. Belə işlər görən adam necə onlar üçün ev tikə və ya təmir etdirə bilərdi. Tam təmir 2024-cü ildə başa çatıb. Atası evlərinin həyətində girişdən sağa dönəndə 1 otaqlı evləri var idi, orada yaşayırdı. Ustalara verilən pul anasının idi, işləyirdi, pulu atasına verir. Anası şəxsi bizenslə məşğul idi. Pulu ustalara birbaşa anasının verməməyinin səsəbi o idi ki, evin böyüyü atası idi, kənar şəxslər ailə problemlərini bilməsin deyə atasına verirdi. Atası evə bazarlıq etmirdi. Lənkərana getmişdilər, əsgərliyi Bakıda olsun deyə Lənkərana qeydiyyata düşmüşdür. Anası Lənkərana ona görə gedib gəlirdi. Atası çağıranda gedirdi, qalırdı. Sonra Bakıya qayıdırdı, orada qalmaq xərcləri anasına aid idi. Ilk öncə evin 2-ci mərtəbəsinin divarları təmir olunurdu, anasının atasından qalan vəsait hesabına tikilmişdi. 2024cü ildə də tam təmir edilib. Onlar atasının pulu ustalara vermədiyini öyrənəndən sonra bu işlə anası özü məşğul olmağa başladı. Atasının 40.000 manat əmisi oğlu Ceyhuna borcu var idi. Ceyhun o pulu anasına vermişdi ki, atasının borcunu bağlasın. Anasının atasını görməmişdir. Babasından qalan vəsait hesabına tikildiyini özü bilir. Anasının sözünə əsasən demir. Lənkəranda qalanda atasının onunla münasibəti yaxşı olub. Birlikdə gəzmiş, haralarasa getmişlər. 2017-ci ildən anası ilə atasının münasibətləri pozulmuşdu, dava-dalaş olurdu, atası anasını vururdu. Anası, bacısı yemək bişirib, atasına gətirirdi. Atası yemək bişirə bilmirdi. Lənkəranda 2018-ci ildə işləyib. O, məktəbə görə gedib-gəlmişdir. Atası onlara vəsait xərcləmirdi.

34. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclasında şahid X33 ifadəsində və ona verilən suallara cavab olaraq bildirmişdir ki, onlar İddiaçılə 2018-ci ildən tanışdırlar, münasibəti yaranıb. Ona dedi ki, ailəsi ilə qalacaq və ev lazımdır. Lənkəranda işlədiyi dövrdə ailəsi ilə birgə yaşayırdı, onlara da gəlib-gedirdilər. Danışdıqları 2018-2019-cu illəri əhatə edir. Bəli, bu xanımla ailəli idi. Ilahə xanımı tanıyır, o da onu tanıyır. Ailəsi olub, gəlib gediblər. Uzun müddət birlikdə yaşayıblar. İddiaçı sürücü göndərirdi, xanım Bakıdan Lənkərana gəlirdi. O, İddiaçı evinə də getmişdir. Bəli, bu şəxsi tanıyır. O, keçən məhkəmə iclasında da bildirmişdir ki, onlar faktiki olaraq 2017-ci ildən ayrılmışdır, lakin ətraflarında olan insanlara bildirməmişdir. Razılaşma oldu ki, İddiaçı Lənkəranda işləyəcəkdi, o da uşaqlarla evdə qalacaqdı. X2 balaca idi, Lənkəranda məktəbə gedirdi. Xanım oğlu ilə birlikdə də gəlirdi, ayrıca da gəlirdi. Evləri bir-birinə yaxın idi, maşınla 10 dəqiqəlik məsafədə idi.

35. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclasında şahid X7 ifadəsində və ona verilən suallara cavab olaraq bildirmişdir ki, İddiaçı 2018-ci ildən tanıyır. X16 Xidmətinin komandiri idi. Ona evlə bağlı müraciət etmişdi. Yaxşı şəraitli, geniş ev tapmağını istədi, ailəsi ilə birlikdə qalacağını bildirmişdi. 600-700 manat da kirayə pulu var idi. X27 evində görmüşdür. X14 qonşudur. Bir də 2018-2019-cu illərdə Bakıda olan evlərində görmüşdür, gecə də həmin evdə qalmışdır. Evi tapmağını istəyəndə İddiaçı demişdi ki, ailəsi, uşaqları gələcək. İddiaçılə o Lənkəranda işlədiyi dövrdə mütəmadi görüşmüşdür.

36. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclasında şahid X15 ifadəsində və ona verilən suallara cavab olaraq bildirmişdir ki, İddiaçı onun xalası oğludur. Ilahə ilə Bəhruzun həm Bakıda, həm də Lənkəranda birlikdə yaşadıqlarının şahidi olmuşdur. İddiaçı 2018-ci ilin əvvəllərində Lənkərana işləməyə getmişdi, Post patrul xidmətində V idi. 3-4 ay sonra da həyat yoldaşı və uşaqları da gəldi. İddiaçı Lənkəranda kirayə ev tutmuşdu. O, özü də Lənkəranda işləyirdi. Elə vaxt olub, onların evində də qalmışdır. Sürücü var idi. Ilahə xanımı ya Bəhruz özü, ya sürücü, bəzən də o Bakıdan Lənkərana aparıb gətirirdilər. Lənkəranda 1 həftə-10 gün qalırdılar. Ayda 1-2 dəfə Bakıya gedirdilər, 3-4 gün qalıb, Lənkərana qayıdırdılar. Bəli, evin tikintisinin şahidi olmuşdur. Elektronika, kabellərini İddiaçı özü şəxsən almışdı. İddiaçı maddi vəziyyəti çox yaxşı idi. Heç bir problemi olmayıb. Onun özünə də həmişə maddi dəstək olub.

37. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclasında şahid X8 ifadəsində və ona verilən suallara cavab olaraq bildirmişdir ki, İddiaçı onun əmisi oğludur. 2017-ci ildə Bəhruz ondan 40 min manat pul istədi, o, isə vermədi. Ilahə xanım ona zəng vurdu, dedi ki, Bəhruzu tutacaqlar, oğlu Bəylər Əliyev Polis Akademiyasına hazırlaşır. Əgər belə bir problem olsa, Bəylər üçün problem olacaq. Ilahə xanım ona dedi ki, o pulu Bəhruza versin. O, Ilahə xanımın da, Bəhruzun da xətrini çox istəmişdir. Ilahə xanıma görə pulu ona verdi. Bu günə qədər də o pul ona qaytarılmayıb. 2017-ci ildən onların münasibətləri pozulub. Iki oğlu da gecə saat 2-3-də ona zəng vururdular ki, atası ilə anası mübahisə edir. O gedirdi, xanımı xəstəxanaya aparırdı. Bir dəfə 2017-2018-ci ildə Ilahə xanımın qabırğasını da sındırıb, izahat alınıb demişdir ki, yıxılıb. Bəhruz xanımı boğmağa da cəhd edib. Dediyi hadisələr 2017-2019-cu illər arasında olub. Bundan sonra onlara gedib-gəlməmişdir. Bəhruzun əgər ev təmiri üçün imkanı olsaydı, ondan niyə borc alırdı. Bu günə qədər də həmin pul ona qaytarılmayıb. Ilahə xanımın atasının imkanı yaxşı olub, atası vəfat etdikdən sonra Ilahə xanıma əmlak və pul qalıb. Evlə bağlı əminliklə deyə bilər ki, İddiaçı o evlə bağlı heç bir xərc çəkməyib. O bildiyi qədərilə 2017-ci ildən ayrılmışdılar. Bəhruz başqa evdə yaşayırdı. 2019-cu ildən sonra ümumiyyətlə gedib-gəlməmişdir. Boğulma ilə bağlı hadisə 2017-2019-cu illər arasında olub, dəqiq xatırlamır.

38. Işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq normaları:

39. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

40.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 124.2. Iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddələr 385.1.1, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

Apelyasiya baxışının hədləri

41.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 42.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməməlidir.

44. Belə ki, iddiaçı tələbində Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 49 hazırki 85 ünvanında yerləşən fərdi yaşayış evinin 281 kv.metr sahəsinin tikinti və təmirinə çəkilmiş 307.393,15 xərclərin ½ hissəsi olaraq 153.696 manat pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmiş etmişdir.

45. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2017-ci il tarixli çıxarışla 19,8 kv.m 1 otaq kimi çıxarışla göstərilən fərdi yaşayış evi faktiki olaraq 149,80 kv.m. sahədən ibarət olmuş, həmin evi birgə nikahda oldquları dövrdə iddiaçı cavabdehə bağışlamışdır. Bundan sonra, evdə yaxılaşdırma işləri aparılmış, cavabdeh Daşınmaz Əmlakın Reyestr Xidmətindən öz adına 222.9 kv.m sahəyə çıxarış almışdır. Həmin əlavə sahənin əsaslı təmir, yenidən qurma və artırmalar edilməsinə özü tərəfindən xeyli vəsait qoyulduğundan Ailə Məcəlləsinin 35 və Mülki Məcəllənin 225.4-cü maddələrinə istinad edərək vəsaitin yarısının cavabdehdən özünün xeyrinə tutulmasını xahiş edir.

46. Iddia tələbini rədd edən birinci instansiya məhkəməsinin mövqeyinə görə mübahisəli ünvanda yerləşən evin 1-ci mərtəbəsi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyatdan keçmiş, 2017-ci ildə həmin əmlak cavabdehə bağışlanmış, 2018-ci ildə 1-ci mərtəbənin üst hissəsində tikinti işləri həyata keçirildikdən sonra mübahisəli evin ümumi sahəsinin 222,9 kv.m. olmasına dair daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Yəni cavabdehin mülkiyyətində olan evin ümumi sahəsinin 222,9 kv.m. olmasına dair daşınmaz əmlakın dövlət reyestrində qeyd mövcuddur.

47. Məhkəmənin mövqeyinə görə evin mübahisəli 2-ci mərtəbəsinin tikintisi və evdə müvafiq təmir işlərinin aparıldığı dövrdə tərəflər arasındakı münasibətlərin xarakteri heç də Ailə Məcəlləsinin 35-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmır, həmçinin şahid ifadələri ilə də təsdiq olunmuşdur ki, həmin işlərin görülməsi zamanı tərəfər arasında ailə münasibətləri mövcud olmamış, onlar birgə təsərrüfat aparmamış və tikinti və təmir işləri cavabdehin vəsaiti hesabına həyata keçirilmişdir. 48.Kollegiya hesab edir ki, işə baxan məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmiş və işin halları ilə bağlı düzgün nəticəyə gəlməmişdir.

49. Belə ki, Bakı şəhər * saylı notariat kontorunda təsdiq edilmiş və İddiaçı ilə X1 arasında bağlanılmış ##.##.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 156,7 kv.m. olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 19,8 kv.m. olan 1 otağını arvadı X1 bağışlamış, ##.##.2018-ci il tarixdə evin 1 otaq – 19,8 kv.m., sahəsi daşınmaz əmlakın dövlət reyestrdə cavabdeh Cavabdeh adına qeydiyyata alınmışdır.

50. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi Idarəsi tərəfindən ##.##.2017-ci il tarixdə verilmiş texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən ** saylı fərdi yaşayış evi (Hüquqi subyekti X1 və başqaları) 2 mərtəbədən, 4 yaşayış otağından, ümumi sahəsi 156,7 kv.m., yaşayış sahəsi 75,6 kv.m., köməkçi sahəsi 81,1 kv.m.-dən ibarətdir.

51. X1 tərəfindən Səbail rayon Icra Hakimiyyətinə ünvanlanmış ##.##.2019-cu il tarixli ərizənin surətindən görünür ki, mülkiyyətində (istifadəsində) olan ünvan 5 ünvanında yerləşən sahəsi 430 kv.m., hündürlüyü 8.800 m, 3 mərtəbəli olan fərdi yaşayış evini inşa etmişdir. Nəzərə almasını xahiş etmişdir.

52. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən, ümumi sahəsi 222,9 kv.m. olan ** saylı evi paylı mülkiyyət hüququ üzrə X45 (1 otaq- 19,8 kv.m., ##.##.2006-cı ildən), X3 (1-ci mərtəbədə 2 otaq (36,0 kv.m.), ön giriş (7,8 kv.m.), anbar (7,8 kv.m.)– ##.##.2017-ci il tarixdən), X1 (qalan hissə ##.##.2021-ci il tarixli) adlarına qeydiyyata alınmışdır.

53. Beləliklə, işin müəyyən edilmiş halı odur ki, iddiaçı 1 mərtəbədən ibarət olan evini 2017-ci ildə cavabdehə bağışlamış və cavabdehin mülkiyyət hüququ 2018-ci ildə qeydə alınmışdır. Bundan sonra, nikah dövründə 1-ci mərtəbədə müəyyən artırma olmuş və cavabdehin mülkiyyət hüququ ##.##.2021-ci il tarixdə qeydə alınmışdır. Tərəflərin izahatı və şahid ifadələri ilə müəyyən olundu ki, evin 2-ci mərtəbəsi 2018-ci ildə tikilmişdir. 2-ci mərtəbənin təmiri isə 2024-cü ildə edilmişdir.

54. O cümlədən, işin mübahisəsiz halıdır ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasındakı nikah Səbail rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra da iddiaçı həmin evdə yaşamışdır.

55. Kollegiya qeyd edir ki, cavabdeh tərəf faktiki nikah münasibətlərinin 2017-ci ildə pozulduğunu bildirsə də bu hal iş materialları ilə sübut olunmur. Cavabdeh bildirir ki, heç kim onların ayrıldığını bilməsin deyə ilk vaxtlarda bütün pulları İddiaçı verirdi ki, ustaya versin, lakin o, pulları özünə götürürdü. Yalnız bundan sonra ödənişləri özü etməyə başladı. 56.Kollegiya qeyd edir ki, tərəflərin 2018-ci ildə Lənkaranda da müəyyən müddət ərzində bir evdə yaşamaları tərəflərin izahatı və şahid ifadələri ilə təsdiq olunmuşdur. Tərəflər mübahisə predmeti olan evdə də birlikdə yaşamışlar, hətta nikah pozulduqdan sonra da həmin evdə yaşamışlar. Kollegiya hesab edir ki, cavabdeh tərəf rəsmi nikahda olduqları dövrdə faktiki nikah münasibətlərinin kəsilməsini, birgə təsərrüfat aparmadıqlarını sübut edə bilməmişdir.

57. Iddiaçı tərəfin sifarişinə əsasən “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli yaşayış evinin təmirinə və tikintisinə çəkilmiş xərcin dəyərinin müəyyən edilməsi barədə hesabatdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, ** saylı evin 281 kv.m. olan fərdi yaşayış evinin təmirinə və tikintisinə çəkilmiş xərcin dəyəri 307.393,15 manat təşkil edir.

58. Apellyasiya baxışında əldə edilmiş “xxxx” MMC-nin 18/521/26 nörməli, ##.##.2026-cı il tarixli qiymətləndirmə rəyinə əsasən: 1) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ölçü işlərinə əsasən ümumi faktiki sahəsi 418.7 kv.m təşkil edir. 1-ci mərtəbə üzrə: ümumi sahə 192.54 kv.m (yaşayış sahəsi 101.88 kv.m, artırma sahəsi 36.44 kv.m, açıq eyvan 54.22 kv.m) 2-ci mərtəbə üzrə: ümumi sahə 226.16 kv.m (yaşayış sahəsi 114.07 kv.m, artırma sahəsi 4.52 kv.m, açıq eyvan 51.88 kv.m, şirniyyat evi 25.69 kv.m) 2) Birinci mərtəbədə yerləşən tikili sahənin 222.9-156.7 kvadrat metr sahə ölçüsü çıxılmaqla 66.2 kv.m sahənin (artırılan hissənin) (otaq – 37,2 kv.m, otaq- 24,9 kv.m, giriş-6,70 kv.m) tikilməsinə və təmirinə (material, usta pulu və s.) xərc 67 360,0 (altmış yeddi min üç yüz altmış) manat vəsait sərf olunmuşdur. 3) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində inşa edilmiş tikilinin cavabdeh tərəfindən təqdim edilmiş video görüntülərdə və şəkillərdə əks olunmuş mövcud vəziyyətinədək ikinci mərtəbənin tikilməsinə (material, usta pulu və s.) xərc: 71 949,0 (yetmiş bir min doqquz yüz qırx doqquz) manat vəsait sərf olunmuşdur. 4) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dam örtüyü (çerepitsa və onun altında olan laqa(tir) taxta və reykalar, damın karkası) konstruksiyasına çəkilmiş (material, usta pulu və s.) xərc: 24 108,0 (iyirmi dörd min yüz səkkiz) manat vəsait sərf olunmuşdur. 5) Mübahisə predmeti olan evin ümumi sahəsi 156.7 kv.m olduğu vəziyyətdə bazar dəyəri 2018-ci il tarixinə: 243 000,0 (iki yüz qırx üç min) manat təşkil etmişdir. 6) 2018-2019-cu ildə edilmiş dəyişiklik nəticəsində (iş materiallarında olan video görüntüdə əks olunmuş vəziyyətdə) olan bazar dəyəri: 353 500,0 (üç yüz əlli üç min beş yüz) manat təşkil etmişdir.

59. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir, uzlaşmırsa (yaxud cavabdehin etiraz və müdafiə vasitələrinə təmin olunmalı deyilsə) rədd edilir.

60. Iddiaçı tərəf əlavə sahənin əsaslı təmir, yenidən qurma və artırmalar edilməsinə özü tərəfindən xeyli vəsait qoyulduğundan Ailə Məcəlləsinin 35 və Mülki Məcəllənin 225.4-cü maddələrinə istinad edərək vəsaitin yarısının cavabdehdən özünün xeyrinə tutulmasını xahiş etmişdir.

61. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarına əsasən 4.4.Qanunverici ər-arvadın hər birinin əmlakının onların ümumi mülkiyyəti hesab edilməsi ilə bağlı xüsusi qayda da müəyyən etmişdir. Belə ki, Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən, ərə (arvada) ayrıca məxsus olan əmlaka nikahda olduqları dövrdə onların ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına onun dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Bu məsələni tənzimləyən analoji norma Mülki Məcəllənin 225.4- cü maddəsidir. 4.5.Ərin - arvadın hər birinin əmlakına istənilən yaxşılaşdırma deyil, yalnız onun dəyərini xeyli (əhəmiyyətli dərəcədə) artıran yaxşılaşdırmanın edilməsi və bu yaxşılaşdırmanın məhz nikah dövründə onların ümumi əmlakı və ya digər tərəfin ayrıca əmlakı hesabına həyata keçirilməsi müəyyən edilərsə, bu maddənin tətbiqi mümkündür. Mübahisəli əmlakın dəyərini artıran vəsait nikah dövründə qoyulsa belə, ər-arvadın ümumi əmlakı və ya onların ayrıca əmlakı hesabına deyil, əmlakın məxsus olduğu tərəfin şəxsi vəsaiti hesabına həyata keçirildiyi müəyyən edilərsə, Ailə Məcəlləsinin 35-ci maddəsi mübahisəyə tətbiq edilə bilməz. 4.6.Mülki Məcəllənin 225.4-cü və Ailə Məcəlləsinin 35-ci maddəsinin dispozisiya şərtləri baxımından nəzərə alınmalıdır ki, ərin (arvadın) ayrıca əmlakının onların ümumi mülkiyyəti sayılması üçün əsas şərt qoyulan vəsaitin həcmi olmayıb, məhz qoyulmuş bu vəsait hesabına ərarvadın hər birinin əmlakının dəyərinin xeyli və yaxud əhəmiyyətli dərəcədə artmasıdır. Bununla yanaşı, Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, bu cür əmlakda tərəflərin payları ərin (arvadın) diqqətəlayiq mənafeyi nəzərə alınaraq, fərqli şəkildə müəyyən edilə bilər. Belə ki, həmin mübahisələrə baxan məhkəmələr ayrıca əmlakın ümumi əmlak sayılmasını tələb edən tərəfin payını ərə (arvada) ayrıca məxsus olan əmlakın dəyərini artıran vəsaitin qoyulduğu dövrdə həcmi və həmin vəsaitdə mübahisə edən tərəfin iştirak dərəcəsini nəzərə alaraq (buna mütənasib olaraq) müəyyən etməlidir. 62.Kollegiya qeyd edir ki, iddiaçının tələbi mübahisə predmeti olan evin tərəflərin birgə mülkiyyəti sayılması deyil. Iddiaçının tələbi əmlakın bağışlanmış hissəsi çıxılmaqla, yerdə qalan hissənin artırılmasında çəkilmiş xərcin yarısının ona ödənilməsidir.

63. Mülki Məcəllənin 1091-ci və 1092.1-ci maddələrinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini (və ya onların dəyərini) məhrum olanın tələbi ilə ona qaytarmalıdı.

64. Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün məhkəmə tərəfindən iş üzrə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi; həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi; əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır.

65. Baxılan işdə iddiaçının artırmada iştirakı sübut olunsa belə, bu hallar iddianın əsassız varlanma çərçivəsində təmin edilməsi üçün kifayət deyil. Bunun üçün növbəti dispozisya şərti əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud belə əsasın sonradan aradan qalxması və ya əmlak verilərkən nəzərdə tutulan məqsədin hasil olmaması (həyata keçməməsi) müəyyən edilməlidir.

66. Həmin şərt özündə onu ehtiva edir ki, əmlak qanunda nəzərdə tutulan hər hansı bir əsasla (məsələn, vərəsəliklə, vurulmuş zərərin təzminatı olaraq və s.), yaxud tərəflər arasında bağlanmış müqavilə (bağışlama, üçüncü şəxsin xeyrinə müqavilə və s.) ilə əldə edilirsə, bu cür qazanılma (varlanma) əsassız sayılmır, əsaslı hesab edilir. Əsası olan bir varlanma isə mülki hüquq sisteminin yol verdiyi - qanuni əmlak artımıdır və bu qaydada varlanmış şəxs əmlakı ona verən qarşısında əldə etdiyi predmetləri və ya onun dəyərini geri qaytarmaq öhdəliyi daşımır.

67. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.

68. Ümumi prinsip ondan ibarətdir ki, borclu olmadığını bilərək pul və ya digər əmlak verən bir kəsin bağışlama düşüncəsi ilə hərəkət etdiyi qəbul edilir (qui sciens solvit indebitum, donandi consilio id videtur fecisse).

69. Bu prezumpsiya nəzərə alındıqda, onun əksini (verilənlərin bağışlama olmadığını) iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur.

70. Baxılan işdə iddiaçı, cavabdehin ayrıca mülkiyyəti olan evin artırılmasında çəkilən vəsaiti cavabdehə bağışlama düşüncəsi ilə vermədiyinə istinad edirsə, həmin halı sübut etmək yükü iddiaçının üzərinə düşür. 71.Bununla əlaqədar iddiaçı bildirir ki, o, ancaq evin cavabdehin adına qeydiyyata alınan hissəsini bağışlamışdır. Digər artırmalarda çəkilən xərclər bərabər bölünməlidir. Yəni həmin xərcləri bağışlamadığını bildirir və iddia tələbini belə əsaslandırmışdır ki, 2019-cu ildə rəsmi boşansalar da döyülmə hadisəsinədək bir evdə yaşamışlar. Mübahisələri ev üstündə olmuşdur.

72. Işdən o da müəyyən edilir ki, iddiaçı ##.##.2022-ci il tarixdə mübahisəli evlə bağlı yaranmış narazılıq zəminində cavabdehi döydüyünə görə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ##.##.2022-ci il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.

73. Həmin hökmdən müəyyən edilir ki, məhkəmə iclasında təqsirləndirilən şəxs İddiaçı izahatında bildirmişdir ki, döymə hadisəsi mübahisələri ev üstündə olmuşdur. Belə ki, sözü gedən ev atasından ona miras olaraq keçmişdir. Birgə nikah dövründə olduqları müddətdə evi keçmiş arvadı zərərçəkmiş Ilahə Əliyevanın adına keçirmidir. ##.##.2022-ci il tarixdə zərərçəkmiş şəxsə evi satıb pulunu bölmələrini dedikdə o, qışqırmağa başlamış, axşam tərəfi evlərində səs küyü qonşular eşitməsin deyə Ilahənin boğazından tutub itələmişdir. 74.Kollegiya hesab edir ki, iddiaçı tərəf evin artırmasına çəkilən xərcləri cavabdehə bağışlamadığı, bu səbəbdən də nikah pozulduqdan sonra da həmin evdən istifadə etməsini sübut edir. Belə olan halda, hazırkı halda iddiaçının pul tələbi sonradan aradan qalxmış əsasa söykənir. Yəni iddiaçı xərclərdə iştirak etdiyinə görə mübahisə predmeti olan evi nikah pozulduqdan sonra da tərk etməmişdir. Orada yaşamağa davam etmişdir. Pulu tələb etdikdə aralarında münaqişə yaranmışdır.

75. Işdən həmçinin müəyyən olunur ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsi və vəkili vəkil1 ##.##.2025-ci il tarixdə ərizə təqdim edərək hazırki iş üzrə mübahisəyə iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. 76.Kollegiya qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. Iddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. 77.Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. Iddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.

78. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

79. Iş materiallarının (o cümlədən cinayət işi üzrə qanuni qüvvəsini almış məhkəmə hökmünün) təhlilindən aydın olur ki, tərəflər arasında təmirlə bağlı xərclərin bölünməsi və bununla əlaqədar mübahisə ##.##.2022-ci il tarixdə kəskinləşmişdir. Həmin tarixdə iddiaçı evə çəkilən xərcləri və ya evin satılaraq payının verilməsini tələb etmiş, cavabdehin imtinasından sonra tərəflər arasında insident yaşanmışdır. Deməli, iddiaçı öz hüququnun pozulduğunu (cavabdehin çəkilmiş xərcləri ödeməkdən imtina etdiyini) ən geci ##.##.2022-ci il tarixdə bilmişdir.

80. Iddiaçı isə hazırkı tələb üzrə məhkəməyə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət edərək əsassız varlanma obyektini qaytarmaq üçün qanunla müəyyən edilmiş 2 illik iddia müddətini ötürmüşdür.

81. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsi nəzərə alınmaqla hazırkı tələb üzrə iddia müdəti ötürüldüyündən iddia təmin edilməməlidir. 82.Beləliklə, kollegiya qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməmli, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir.

83. Kollegiya o cümlədən prosessual qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə qiymətləndirmə rəyinin alınmasına görə ödənilməli olan 1000 manat pul iddiaçı İddiaçı tutularaq “xxxx” MMC-nin hesabına köçürülməlidir. 84.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi təmin edilməsin. Iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Iş üzrə qiymətləndirmə rəyinin alınmasına görə ödənilməli olan 1000 (bir min) manat pul iddiaçı İddiaçı tutularaq “xxxx” MMC-nin hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən hakim: Günay Axundova Hakimlər: Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar