Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6254/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1427/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə mənəvi zərərə görə 1.000.000 manat kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1427/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbləri qismən təmin edilərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən vurulmuş mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində kompensasiya və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən Xətai Rayon Məhkəməsinin 2(011)-1427/2021 saylı, 18 iyun 2021-ci il tarixli məktubu daxil olmuş, həmin məktuba əsasən qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verildiyi və şikayətə mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərildiyi bildirilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili R.Bayramov qətnamədən vermiş olduqları apellyasiya şikayəti ilə bağlı həmin şikayətə münasibət bildirilməsi üçün mülki işin baxışdan çıxarılaraq Xətai Rayon Məhkəməsinə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən hazırkı məsələyə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1427/2021 saylı, 18 iyun 2021-ci il tarixli məktubu daxil olmuş, məktubda iddiaçı tərəfindən Xətai Rayon Məhkəməsinin 2(006)-1427/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verildiyi, həmin apellyasiya şikayəti mülki işə əlavə edilərək birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərildiyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinə əsasən (apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsinin hərəkətləri) birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası məktubu mülki iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddiaçının verdiyi apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1427/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilən apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılsın və Xətai Rayon Məhkəməsinə qaytarılsın. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-6254/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6254/2021
14.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver