Məhkəmə qərarları › İş №2(103)-6268/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6268/2020

05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6268/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi X7, Cavabdeh LPO “xxxxxxxxxxxxx” KB QSC-nin ləğvedicisi X1 nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdehlər LPO “xxxxxxxxxxxxx” KB QSC-nin ləğvedicisi X2, LPO “xxxxxxxxxxxxx” KB QSC-yə, “X5 Mərkəzi” MMC-yə, Cavabdeh4nə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-1636/2020 saylı qərardadından cavabdeh LPO “xxxxxxxxxxxxx” KB QSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1636/2020 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, LPO “xxxxxxxxxxxxx” KB QSC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 1xx/xx/2952/13 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi,xx xxxxxx 2013-cü il tarixli 1xx/xx/2952/13 saylı ipoteka müqaviləsi üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində olan 0,12 ha torpaq sahəsində yerləşən 1533 saylı və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində olan 0,12 ha torpaq sahəsində yerləşən 1533 “A” saylı bağ evləri ipoteka yüklülüyündən azad edilməsi, bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi və ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh LPO “xxxxxxxxxxxxx” KB QSC-nin ləğvedicisi X4 həmin qətnamədən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə vermişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-1636/2020 saylı qərardadı ilə müddət bərpa olunmamış, apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh LPO “xxxxxxxxxxxxx” KB QSC-nin ləğvedicisi X4 tərəfindən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-1636/2020 saylı qərardadından verilmiş şikayət məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş, mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh şikayətdə qeyd edir ki, Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1636 saylı qətnaməsi LPO “xxxxxxxxxxxxx” KB-nin ləğvedicisi X3 nümayəndəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə imza edilməklə götürülmüşdür. Bu isə o deməkdir ki, qətnamədən apellyasiya şikayəti vermək müddəti 30 (otuz) gün nəzərə alınsa o halda xx xxxx 2020-ci il tarixinə təsadüf edir. Lakin Azərbaycanda xx xxxx 2020-ci il tarixindən Novruz bayramı ilə əlaqədar qeyri iş günləri bundan başqa Azərbaycan Respublikası Nazirlər X9 Qərargah tərəfindən xx xxxx 2020-ci il tarixindən ölkədə xüsusi karantin rejimi elan edilmişdir. Xüsusi karantin rejimi uzadılaraq xx xxx 2020-ci il tarixinədək dəvam etmişdir. Yalnız xx xxxx 2020-ci il tarixindən xüsusi karantin rejimində müəyyən yumşalma baş vermiş və LPO QSC “xxxxxxxxxxxxx” КВ-də iş rejimi bərpa edilmişdir. LPO QSC “xxxxxxxxxxxxx” KB məlum qətnamədən xx xxxx 2020-ci il tarixində şikayət vermişdir. Bundan başqa şikayətə bank apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş müddətin üzürlü səbəbdən ötürüldüyünə görə müddətin bərpasına dair ərizə qoşmuşdur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi bankın ərizəsini təmin etməmiş, şikayəti Banka geri qaytarılması barədə qərardad qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh LPO “xxxxxxxxxxxxx” KB QSC-nin ləğvedicisi X1 nümayəndəsi X8 şikayəti müdafiə edərək, onun təmin edilməsini və iş üzrə qəbul edilmiş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-1636/2020 saylı qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun vəkili və nümayəndəsi X10 şikayəti qəbul etməyərək, onun təmin edilməməsini və iş üzrə qəbul edilmiş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Məhkəmə kollegiyası tərəfləri və vəkili dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Azərbaycan Respublikasında koronovirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli 05 saylı, xx xxxxx 2020-ci il tarixli 06 saylı qərarlarının 3-cü bəndindən, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 2020-ci il tarixli məlumatının 1.6-cı bəndindən görünür ki, fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrini o cümlədən apelyasiya və kassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərilmələri tövsiyyə edilmişdir. İş materillarında olan poçt göndərişlərinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1636/2020 saylı qətnaməsi LPO “xxxxxxxxxxxxx” KB QSC-nin ləğvedicisi X1 nümayəndəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə imza edilməklə götürülmüşdür. İş materillarında olan apelyasiya şikayətindən görünür ki, cavabdeh LPO “xxxxxxxxxxxxx” KB QSC-nin ləğvedicisi X4 tərəfindən apelyasiya şikayəti xx.xx.2020-ci il tarixdə Poçt Rabitə Xidmətinə təqdim edilmiş və xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə daxil olmuşdur. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1636/2020 saylı qətnaməsindən cavabdeh LPO “xxxxxxxxxxxxx” KB QSC-nin ləğvedicisi X4 tərəfindən prosessual qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülməklə verildiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbindən görünür ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh LPO “xxxxxxxxxxxxx” KB QSC-nin şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)- 1636/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar