Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6295/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı, onun vəkili X3 iştirakları ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-587/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında 9 saylı Xüsusi Notariusda xx.xx.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh ilə onun arasında xx.xx.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə görə cavabdeh ona 25.008 manat borca pul verilməli, həmin məbləği xx.xx.2020-ci il tarixinədək cavabdehə qaytarmalı idi. Əslində isə bu müqavilə formal bağlanmış müqavilə olmuşdur. Yəni cavabdeh ona həmin müqavilə üzrə heç bir pul məbləği verməyib. Həqiqət budur ki, nə o, nə də yoldaşı ilə cavabdehin arasında pul məsələsi olmayıb. Bu məsələnin kökü cavabdehin işlədiyi səhmdar cəmiyyətin sədri olan şəxsin təsisçisi olduğu şirkətin vergi borcu ilə bağlı olmuşdur. Həmin şirkətin direktoru həyat yoldaşı Atabəyli Bəhram idi. Şirkətin təsisçisinin məqsədli fəaliyyətinin nəticəsi olaraq şirkətin mənfəət vergisindən yayınması səbəbindən şirkətə qarşı vergi cinayətlərində iş açılmışdır. Lakin araşdırma getdiyindən həyat yoldaşına da xaricə çıxışına qadağa qoyulmuşdur. Həyat yoldaşı İsveç vətəndaşı olmaqla İsveçin Azərbaycanda fəxri konsuludur. Şirkətin təsisçisi bu haldan istifadə edib həyat yoldaşının ölkədən çıxışı üçün formal bu müqaviləni onunla bağlatmış və borc verən qismində öz hüquqşünasını göstərmişdir. Həmin vaxtı vergi borcunun bir qismini ödəmiş və həyat yoldaşına əgər vergi borcunun qalanını silməsə, pulun bir hissəsinin onun tərəfindən ödəniləcəyinə dair hədə gələrək bu müqaviləni bağlatmışdır. Vergi istintaqı zamanı müəyyən edilmişdir ki, Atabəyli Bəhramlıq heç bir nöqsan olmadığından və bütün vergi yayımları təsisçinin məqsədyönlü fəaliyyətinin nəticəsi olunduğundan təsisçi işə cəlb edilmiş və pulun ödənilməsi üçün vaxt verilmişdir. Lakin təsisçi həyat yoldaşının mütəmadi olaraq xaricə çıxışının vacibliyindən istifadə edib öz hüquqşünası olan Cavabdehlə bu formal müqaviləni ona imzalatmış və ona heç bir məbləğ verilməmişdir. Əslində müqavilənin mahiyyəti belə olmuşdur. Kredit müqaviləsinə diqqət yetirilsə görünür ki, 1-ci bənddə qeyd edilir ki, cavabdeh ona 25008 manat borc verməyi öhdəsinə götürür, o, isə onu qaytarmağı öhdəsinə götürmüşdür. Buna əsasən də eyni qaydada ipoteka müqaviləsi bağlanmışdır. Lakin əsas məsələ ondan ibarətdir ki, müqavilənin 1-ci bəndində göstərilən məbləğ ümumiyyətlə ona verilməyib və həmin məbləğin ona verilməsini də təsdiq edən hər hansı sənəd notariat işində də mövcud deyildir. Kredit müqaviləsindən də göründüyü kimi, 25008 manat ona verilməmiş, cavabdeh həmin məbləğin ona veriləcəyinə dair öhdəlik götürmüşdür. Belə olan halda, həmin məbləğin cavabdeh tərəfindən ona verilməsi heç nə ilə təsdiq edilmir. Cavabdeh tərəfindən ümumiyyətlə pul vəsaiti heç vaxt ona verilməmişdir. Yəni cavabdehin öhdəliyi ona borca pul verməlidirsə, onun da öhdəliyi o borcu qaytarmalı idi. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və ona müqavilədə yazılan pulu vermədiyindən, onun da cavabdehin qarşısında öhdəliyi də yaranmamışdır. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək həmçinin göstərmişdir ki, bağlanmış olan kredit müqaviləsivə guya verilən pulun təminatı olaraq ipotekanın qoyulması formal olaraq həyata keçirilmişdir.N otariusun özü də pulun onun yanında verilmədiyini təsdiq edə bilər. Müqavilə isə kreditmüqaviləsi olduğundan bu məbləğ notariusun iştirakı ilə verilməli idi. Cavabdehlə onunmünasibətinə gəldikdə isə, o cavabdehi ümumiyyətlə tanımamışdır. Belə olan halda tanımadığıbir şəxsdən borc istəməyi və cavabdehin də tanımadığı bir adama bu məbləğdə borc verməsiabsurddur. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlə 9 saylı Xüsusi notariusda xx.xx.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbuledilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində kredit müqaviləsinin bağlama tarixinin yanlış olaraq xx.xx.2019-cu il kimi göstərdiyini qeyd etmiş və bu səbəbdən məhkəmədən cavabdehlə aralarında bağlanılmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-587/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətində həmçinin qeyd olunur ki, məhkəmə göstərir ki, “kredit müqaviləsini imzalamaq üçün iddiaçının həyat yoldaşı barəsində cinayət işinin başlanması və onun respublikadan kənara çıxmasına qadağan qoyulması halı artıq 2018-ci ilin aprel ayından cinayət işinin başlanmasının rədd edilməsi qərarı ilə aradan qaldırılmışdır. Belə olan halda iddiaçı etibarsız hesab etdiyi əqdlə bağlı məhkəməyə həmin vaxtdan sonra bir il ərzində müraciət etməli idi. İş materialları ilə müəyyən edilir ki, müraciət bir il keçdikdən sonra edilmişdir”. Qeyd edir ki, məhkəmənin sorğusuna əsasən əldə edilmiş və sorğunun cavabından ona həmin qərar məlum olmuşdur. Bu qərar barədə onun həyat yoldaşının da məlumatı olmamış, qərar ona təqdim olunmamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili X5 apellyasiya şikayətini müdafiə edərək, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərə, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmiş, gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bəhram Atabəyli ifadəsində göstərmişdir ki,o, iddiaçının həyat yoldaşıdır, “ADG Motors” şirkətinin direktorudur. İşçilərin əmək haqqını ödəyəbilmədiyi üçün bir proje oldu ki, İtaliyadan maşın gətirməsi, pulu ödəməsi, razılaşmış maaşı ordançıxaq təsisçi maaşların qaytarılmasını istəyirdi. O, da əmək haqqını ödəmiş, gəlir vergisiqalmışdır. “ADG Motors” şirkətinin təsisçisi Musa Süleymanov bildirdi ki, 183.000 manat borcyaranmışdır. Axırda 2016-cı ildə 147.000 manat borc qalmışdır. Hikmət onlara bildirdi ki, “25.000manat maaşı qaytar yerdə qalan borca müqavilə bağlayaq”. O, xarici ölkə vətəndaşıdır. Onatəhdid etmişlər ki, pulu qaytarsın, başqa çıxış yolu olmadığından o, buna razı olmuşdur.O, xaricivətəndaş olduğundan yoldaşının mülki olduğundan onunla müqavilə bağlanıldı. O, borcuödəməsə onun çıxışına qadağa qoyulardı. Mənfəət vergisi ilə bağlı Səbail rayon prokurorluğundacinayət işi olub. Onu 2-3 dəfə istintaqa çağırmışlar və sonra xitam vermişlər. İş üzrə “Borc verən” qismində Cavabdeh ilə “Borc alan” qismində AtabəyliNigar Ramazan qızı ilə arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat kontorunda 3M-260reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin kserosurətindəngörünür ki, Cavabdeh İddiaçı 25008 manatməbləğində pul borc verilmişdir. İddiaçı həmin məbləği 2 il müddətinə həray 1042 manat ödəmək şərti ilə xx.xx.2020-ci il tarixədək Cavabdehqaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə “İpoteka saxlayan” qismində Cavabdeh ilə “İpoteka qoyan”qismində İddiaçı arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariatkontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinin kserosurətindən görünür ki,İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu,Mərdəkan qəsəbəsi, B-70a saylı sahə ünvanında yerləşən 0,12 ha torpaq sahəsini 3-M-260 saylıkredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə MəmmədovHikmət Malik oğlunun xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri tərəflərinrazılığına əsasən 50.000 manat məbləğində müəyyən edilmişdir. Öhdəliyin mahiyyəti illik 0 faizdərəcəsi ilə verilmiş 25008 manat məbləğində kredit müqaviləsidir. İş üzrə xx.xx.2018-ci il tarixli vergi cinayətlərin X1 İstintaqİdarəsinin müstəntiqi K.Rəhimovun qərarına əsasən “xxxxxxxxxxxx” MMC-nin direktoru AtabəyliBəhram İsmayıl oğlunun xeyli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrəAR CM-nın 213.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə icraata cinayət nəticəsindəvurulmuş ziyan tamamilə ödənildiyindən AR CPM-nin 39.1.11-ci madəsinə əsasən xitamverilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli 2(103)-13246/2019saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şiayəti qismən təmin olunmuş,İddiaçı 25008 manat borcun tutulması və həmin tutmanın ipoteka predmetinəyönəldilməsi qət edilmişdir. Kollegiya iddia tələbi və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018ci iltarixdə kredit müqaviləsi bağlanılmış və həmin kredit müqaviləsinin şərtlərinə əsasən iddiaçıcavabdeh tərəfindən ona verilmiş 25008 manat məbləğində pulu 2 il müddətinə, hər ay 1042manat ödəmək şərti ilə xx.xx.2020-ci il tarixədək qaytarılmasını öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, kredit müqaviləsi notariat orqanındabağlanılsa da, həmin müqavilə üzrə pul məbləği notariusun yanında verilməmişdir. O cavabdehitanımır və heç vaxt onunla görüşməmişdir vəbu səbəbdən də tanımadığı bir şəxsdən borc almasıvə tanımadığı bir şəxsin ona borc verməsi absurddur. Bu səbəbdən iddiaçı həminmüqavilənin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin müəyyən olunur ki, qanuni qüvvəyə minmiş məhkəməqətnaməsi ilə mübahisəli kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipotekapredmetinə yönəldilməsi barədə Cavabdeh iddiası təmin edilmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2016-cı il tarixli qərarına əsasən Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir.Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir.Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hüquq doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X2rşı” iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd edir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədi ilə yekun qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmənin səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədi deyil, məhkəmə səhvlərini ədalət mühakiməsinin düzgün aparılmasını yoluna qoymaq məqsədi ilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz. Eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Bu isə öz növbəsində qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən mübahisələrin yekunlaşmasının və hüquq sabitliyinin təmin edilməsi üçün məhkəmə qərarlarının yenidən baxılmasına əsasən apellyasiya və kassasiya məhkəmələri tərəfindən həyata keçirilməsini nəzərdə tutur. Yalnız əsaslı və qarşısı alınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə xx xxxxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “Brumaresku Rumıniyaya qarşı” xx xxxxxxx 1999-cu il tarixli qərarda X8 Məhkəməsi göstərmisdir ki, hüququn aliliyinin əsas aspektlərindən bıri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Göründüyü kimi, eyni tərəflər arasında qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli 2(103)-13246/2019saylı qətnaməsi ilə hazırda mübahisələndirilən kredit müqaviləsinə artıq qiymət verildiyindən, həmin müqavilənin etibarlılığı şübhə doğurmamalıdır. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsi növünə görəkonsesual müqavilədir və bu səbəbdən həmin müqavilə bağladığı andan tərəflər üçün hüquq vəvəzifələr yaradır. Yəni konsesual müqavilə elə müqavilədir ki, bu cür müqavilənin bağlanmış hesabedilməsi üçün müqavilənin bütün mühüm şərtləri barədə tərəflərin razılığa gəlmələri yetərlidir.Başqa sözlə desək, bu müqavilənin bağlanması üçün yalnız tərəflərin razılığı kifayətdir.Tərəflər razılıq əldə etdikləri andan onlar üçün hüquq və vəzifələr əmələ gəlir. Onların hüquq və vəzifələrinin yaranması üçün tərəflərin razılığa gəlmələri və sazişə nail olmalarından savayı, hər hansı hərəkətin edilməsi (məsələn, digər müqavilə tərəfinə əmlak verilməsi) tələb olunmur. Tərəflər arasında kredit müqaviləsi imzalanmış və notariat qaydada təsdiq olunmuşdur.Müqavilənin bütün mühüm şərtləri müqavilədə əks olunmuş və tərəflər həmin müqavilənin şərtləri ilə iradələrinə uyğun olaraq razılaşmış və onu imzalamışlar. Bu hal qanuni qüvvəyə minmişməhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Kollegiya digər tərəfdən qeyd edir ki, iddiaçı kredit müqaviləsinin etibarsız əqd olmasını və həmin əqdin etibarsızlığı ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etsə də, bu iddianı yalnıziki ilə yaxın müddət keçdikdən sonra məhkəmədə qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığınəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürüləbilər. MM-nin 354.2-ci madəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdətutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və yahədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və yabilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsirialtında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə ediləbilər. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaqhüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil,kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitamverilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibininhərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və yalazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqanvasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal MülkiMəcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququnözünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2cimaddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsicimüddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsiləbilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarınınpozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsinhüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və yaqeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılıolmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbərtutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektivanla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir.Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başadüşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının kredit müqaviləsini imzalamağa əsasgətirdiyi hal, yəni iddiaçının həyat yoldaşının barəsində cinayət işinin olması və onunrespublikadan kənara çıxmasına qadağa qoyulması halı artıq 2018-ci ilin aprel ayında cinayətişinin başlanılmasının rədd edilməsi qərarı ilə aradan qaldırılmışdır. Hətta belə olduğu halda, iddiaçıetibarsız hesab etdiyi əqdlə bağlı məhkəməyə həmin vaxtdan sonra bir il ərzində müraciət etməliidi. İş materialları ilə müəyyən edilir ki, həmin müraciət bir il keçdikdən sonra edilmişdir. Göründüyü kimi, iddiaçı əqdin etibarsızlığı ilə bağlı bir illik kəsici müddəti də keçirmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)- 587/2020saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-6295/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6295/2020
09.09.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver