Məhkəmə qərarları › İş №2(103)-6305/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6305/2020

18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6305/2020 18.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Fərəh Qulam qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı «ipoteka müqavilələrinin etibarsız hesab edilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1728/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı «ipoteka müqavilələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı iddiaçı X4 qarşı “xxxxxxxxxxxxxxxxxx" ASC ilə Mərkəzi Bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli, KBQ13-1510, xx.xx.2013-cü il tarixli KBQİ3-İ518 və xx.xx.2013-cü il tarixli KBQ13-1527 nömrəli üç müqavilə üzrə iddiaçının xeyrinə tutulmalı olan 50.000.000 manat əsas borc və 5.144.923 manat faiz olmaqla, cəmi 55.144.923 manat borcun, iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 9619,5 kv.m. olan 7 mərtəbəli qeyri-yaşayış sahəsinə (mehmanxanaya) yönəldilməsi tələbi ilə çıxış edərək, iddiaçının bank qarşısında öhdəliyi olduğunu iddia edir. Cavabdeh tələbinin əsası kimi onu göstərir ki, “xxxxxxxxxxxxxxxxxx” ASC ilə Mərkəzi Bank arasında bağlanmış üç kredit müqaviləsi əsasında ASC-nə verilmiş cəmi 50.000.000 manat məbləğində kreditin təminatı üçün iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 9.619,5 kv.m. olan 7 mərtəbəli qeyri-yaşayış binasının girov edildiyi barədə guya iddiaçı ilə Mərkəzi Bank arasında xx xxxxx 2013-cü il tarixli, İBQ13- 1510 saylı ipoteka, xx.xx.2013- cü il tarixli İBQ13-1518 saylı və xx.xx.2013-cü il tarixli İBQ13-1527/2 nömrəli sonrakı ipoteka müqavilələri bağlanmışdır. Halbuki, iddiaçı Məmmədova (Kərimova) Yeqanə Sabir qızı ilə əmlakının ipoteka ilə girov edilməsi ilə bağlı nə Azərbaycan Respublikası Mərkəzi Bankı, nə də kreditin verildiyi “xxxxxxxxxxxxxxxxxx” ASC ilə hər hansı müqavilə münasibətində olmamış və bununla bağlı hər hansı razılaşma da olmamışdır. Adıçəkilən ipoteka müqavilələrindən və həmçinin qeyd olunan kreditlərdən iddiaçının heç bir xəbəri və məlumatı olmamışdır. İddiaçıya aid ünvan 2 ünvanda yerləşən, 7 mərtəbəli qeyri-yaşayış binasının kreditin təminatı üçün girov edildiyi barədə iddiaçı ilə Mərkəzi Bank arasında 2013-cü ilin 16 aprel, 03 iyun və 02 iyul tarixlərində bağlandığı qeyd edilən, müvafiq olaraq İBQ13- 1510 saylı ipoteka, İBQ13-1518 və İBQ13-1527/2 saylı sonrakı ipoteka müqavilələrini heç bir zaman görməmiş, iddiaçıya təqdim edilməmişdir və belə bir müqaviləyə tərəfindən imza edilməmişdir. İddiaçının əmlakına dair icra işi olduğu barədə ona ilk dəfə Nərimanov rayon İcra şöbəsindən 2019-cu ilin iyun ayında məlumat verilmişdir. Daha sonra da icra sənədinin aid olduğu qətnaməni əldə etməsi üçün Səbail Rayon Məhkəməsinə müraciəti nəzərə alınıb, qətnamə və adıçəkilən ipoteka müqavilələrin kserosurətləri məhkəmə tərəfindən xx.xx.2019-cu il tarixdə iddiaçıya təqdim edilmişdir. İddiaçı qeyd olunan ipoteka müqavilələrini ilk dəfə olaraq xx.xx.2019-cu il tarixdə mülki işin materiallarında görmüş və ilk dəfə də həmin gün bu barədə ona məlum olmuşdur. Həmin ipoteka müqavilələrini və həmçinin onların təminatı kimi qeyd edildiyi kredit müqavilələrini iddiaçı əvvəllər heç görməmiş, Mərkəzi Bankla aralarında belə bir müqavilə mövcud olmamışdır və həmin müqavilədə qeyd olunmuş iddiaçının adı, soyadının qarşısında imza ona məxsus deyildir. Kreditlə bağlı da bankla iddiaçı arasında hər hansı münasibət və razılaşma mövcud olmamışdır və indiyə kimi də kredit barəsində iddiaçıya heç nə deyilməmiş, ödənişlərin edilməməsi ilə bağlı da irad bildirilməmişdir. İddiaçı cavabdehdən müqavilələrin əsllərini və onunla əlaqəli sənədlərin ona verilməsini tələb etsə də, indiyə kimi təqdim edilməmişdir. İddiaçı ilə Mərkəzi Bank arasında 2013-cü ilin 16 aprel, 03 iyun və 02 iyul tarixlərində bağlandığı qeyd edilən, müvafiq olaraq İBQ13- 1510 saylı ipoteka, İBQ13-1518 və İBQ13- 1527/2 saylı sonrakı ipoteka müqavilələrində ipoteka qoyanın qrafasında qeyd olunan ad və soyadının qarşısında imzalar birində “Məməg”, digərində “Məməos” o birində isə “Məməq” sözü yazılmaqla icra olunmuşdur ki, bu iddiaçıya aid olan imza deyil və tərəfindən də icra olunmamışdır. Ümumiyyətlə iddiaçının imzası “Məməq” və ya “Məməd” söz yazılışı kimi deyil, qız soyadı Kərimovanın baş hərfi olan “K” hərfi ilə başlayır, sonradan isə hərflər deyil, cizgilərlə davam etdirilən şəkildədir. “Məməd” sözü imzanın əvəzində, həyatında bir dəfə xx.xx.2001-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində qeyd edilmişdir. Buna da səbəb vəsiqənin almasına özü getməmiş, yoldaşının köməkçilərindən birini göndərmişdi. Ər soyadının Məmmədov olduğu baxımından, imzamın əvəzində sadəcə “Məmə” sözünü yazmış, sonunu “sonlu işarəsi” ilə bitirmişdir. Həmin ipoteka müqavilələrinə iddiaçının adına verilmiş xx.xx.2001ci il tarixli şəxsiyyət vəsiqəsinin ksero surəti əlavə edilmişdir. Görünür mübahisələndirilən ipoteka müqavilələrinə həmin şəxsiyyət vəsiqəsinə baxıb, oradakı imzaya oxşatmaq istəmişlər və burada da sonunda “q, g, os və ya kirillə d” hərfi yazmaqla səhfə yol vermişlər. Göründüyü kimi mübahisələndirilən iddiaçı ilə Mərkəzi Bank arasında 2013-cü ilin 16 aprel, 03 iyun və 02 iyul tarixlərində bağlandığı qeyd edilən, müvafiq olaraq İBQ13- 1510 saylı ipoteka, İBQ13- 1518 və İBQ13-1527/2 saylı sonrakı ipoteka müqavilələri iddiaçıya münasibətdə aşkar şəkildə həqiqəti əks etdirməyən, məzmununa yanlış məlumatlar daxil edilməklə, imzanı saxtalaşdırmaqla təsdiqlənib bağlanmışdır. Həmin müqavilələrin hansı məqsədlə və kimin marağından tərtib edildiyi və imzalandığı, eləcə də qeyd olunan kredit məbləğinin hansı istiqamətə yönəldiyi iddiaçıya məlum deyildir. Hər bir halda həmin müqavilələrin tərtib edilməsi və iddiaçı əvəzindən imzanı saxtalaşdırmaqla qeyd edilməsi, müqavilənin tərtibinə səlahiyyəti olan şəxsin ona aid olan hakimiyyətdən (vəzifəsindən) sui-istifadə etməsi aşkar haldır. Mübahisələndirilən ipoteka müqavilələri, mülki münasibətlərin tənzimlənməsi təsbit olunmuş Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtlərin pozulması ilə bağlanmış əqd olduğundan, bağlandığı andan etibarsızdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankla iddiaçı Kərimova (Məmmədova) Yeqanə Sabir qızı arasında 2013-cü ilin 16 aprel, 03 iyun və 02 iyul tarixlərində bağlandığı göstərilmiş, müvafiq olaraq İBQ 13-1510 saylı ipoteka, İBQ13- 1518 və İBQ 13-1527/2 saylı sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1728/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1728/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı Məmmədova (Kərimova) Yeganə Sabir qızı adı çəkilən Azərbaycan Respublikası Mərkəzi Bankla hər hansı müqavilə münasibətində olmadığı, ona məxsus əmlakı heç vaxtı ipoteka etməmiş və bu barədə ümumiyyətlə hər hansı düşüncəsi belə olmamışdır. Mübahisələndirilən müqavilələrin surətini ilk dəfə məhkəmədən götürəndə görmüşdür. İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı həmin müqavilələri məhkəməyə təqdim edərək, həmin müqavilələrlə iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 9.619,5 kv.m. olan 7 mərtəbəli qeyri-yaşayış binasının girov edildiyi, həmin girovun da “xxxxxxxxxxxxxxxxxxx” ASC ilə Mərkəzi Bank arasında bağlanmış üç kredit müqaviləsi əsasında ASC-nə verilmiş cəmi 50.000.000 manat məbləğində kreditin təminatı olduğunu, bu baxımdan da qeyd olunan kredit borcunun adı çəkilən əmlaka yönəldilməsi barədə qətnamə əldə etmişdir. İddiaçının adı çəkilən ipoteka müqavilələrindən və həmçinin qeyd olunan kreditlərdən heç bir xəbəri və məlumatı olmamışdır. Əmlakına dair icra işi olduğu barədə ona ilk dəfə Nərimanov rayon icra şöbəsindən 2019-cu ilin iyun ayında məlumat verilmişdir. Daha sonra da icra sənədinin aid olduğu qətnaməni əldə etməsi üçün Səbail rayon məhkəməsinə müraciəti nəzərə alınıb, qətnamə və adı çəkilən ipoteka müqavilələrin ksero surətləri məhkəmə tərəfindən xx.xx.2019-cu il tarixdə ona təqdim edilmişdir. Qeyd olunan ipoteka müqavilələrini ilk dəfə olaraq xx.xx.2019-cu il tarixdə mülki işin materiallarında görmüşdür. Həmin ipoteka müqavilələrini və həmçinin onların təminat kimi qeyd edildiyi kredit müqavilələrini əvəllər heç görməmiş, Mərkəzi Bankla belə bir müqaviləsi mövcud olmamışdır və həmin müqavilədə qeyd olunmuş adsoyadı qarşısında imza ona məxsus deyildir. Kreditlə bağlı da bankla hər hansı razılaşması mövcud olmamışdır və indiyə kimi də kredit və ya girovla bağlı ona heç nə deyilməmiş, ödənişlərin edilməməsi ilə bağlı da irad bildirilməmişdir. Cavabdehdən müqavilələrin əsillərini və onunla əlaqəli sənədlərin ona verilməsini tələb etsə də ona təqdim edilməmişdir. Bu baxımdan da məhkəmə mübahisələndirilən müqavilələrin əsillərini tələb etmiş, cavabdeh tərəf müqavilənin əslini, məhkəmədə olduğunu bildirmiş, müqavilələrin əsilləri, bir nüsxəsinin saxlanıldığı notariat konturundan məhkəməyə təqdim edilmişdir. Mübahisənin obyektiv araşdırılması məqsədi ilə mübahisələndirilən müqavilələrdə icra edilmiş imzanın məsubiyyətinin müəyyən edilməsi üçün müqavilələrin əsilləri tələb edilmişdir ki, bununla bağlı ekspertiza keçirilsin. Lakin məhkəmə mübahisəli məsələləri araşdırmasım təmin etmədən, növbəti məhkəmə iclasmda iddianın rədd edilməsi barədə qətnaməni elan etmişdir. Mübahisələndirilən müqavilələrdə iddaçının adı-soyadı qarşısında icra edilmiş imzanın kimə məxsusluğunun müəyyən edilməsi, hüquqi məsələdən kənar və xüsusi sahəvi biliyə malik mütəxəssilərin cəlbi ilə müəyyən edilir. Məhz bu baxımdan məhkəmə mübahisələndirilən müqavilələrin asillərinin məhkəməyə təqdim edilməsini təmin etmişdir. Lakin bununla bağlı ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir. Bu da işin nəticəsi üçün əhəmiyyətli olan halın aydmlaşdmlmasmı həyata keçirməmişdir. Bundan başqa məhkəməyə məlum idi ki, mübahisələndirilən 3 (üç) müqavilənin imzalandığı tarixlərin birində iddiaçı ümumiyyətlə ölkədən kənarda olmuşdur. Belə olan halda ən azından müqavilələrin birinin onun tərəfindən imza edilmədiyi aşkar vəziyyət olmaqla, həlli mübahisəsiz halda hüquqi məsəldir. Lakin məhkəmə bu hala ümumiyyətlə hüquqi qiymət verməmişdir. İddiaçı Məmmədova (Kərimova) Yeganə Sabir qızı tərəfindən H.Məmmədova əmlakları barədə etibarnamənin verilməsi, hazırkı iş üzrə mübahisələndirilən ipoteka müqavilələrinə aidiyyəti yoxdur, çünki mübahisələndirilən müqavilələrin məzmununda kiminsə tərəfindən deyil, məhz iddiaçının özü tərəfindən imzalandığı qeyd edilmişdir. İddianın rədd edilməsinin əsaslarından bir kimi məhkəmənin “mübahisələndirilən müqavilələrlə bağlı halların müəyyən edilməsi barədə artıq qanuni qüvvəsində olan məhkəmə qərarının mövcud olduğu” barədə istinad etdiyi halın özü də yanlışdır. Ona görə ki, hazırkı mübahisəyə baxılan zaman Azərbaycan Respublikası Mərkəzi Bankı hazırda mübahisələndirilən müqavilələri təqdim etməklə, “xxxxxxxxxxxxxxxxxx” ASC ilə Mərkəzi Bank arasında bağlanmış üç kredit müqaviləsi əsasında ASC-nə verilmiş cəmi 50.000.000 manat məbləğində kredit borcunun iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 7 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi barədə əldə edilmiş qətamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti artıq məhkəmənin icraatına qəbul edilmişdir. Bu baxımdan da məhkəmənin istinad etdiyi qətnamə iddiaçıya nisbətdə qanuni qüvvəsinə minmiş hesab edilə bilməzdi. Digər tərəfdən məhkəmənin istinad etdiyi məhkəmə aktlarında hazırkı iş üzrə adı çəkilən ipoteka müqavilələrinin mübahisələndirilməsi məsələsinə baxılmamışdır. Onlarda icra edilmiş imzalarla bağlı mübahisələrə baxılmamış və imzaların doğruluğu barədə məhkəmə tərəfindən müəyyən edilmiş hallar mövcud deyildir. Ona görə də məhkəmənin bununla bağlı hüquqi baxımı da düzgün olmamışdır. İşin dəlillərinə diqqət etdikdə isə tam tərsinə. İddiaçı müqavilə bağlandığı müddətdə ölkədən kənarda olduğu dəlillini təqdim etməklə, ipoteka müqaviləsinin onun tərəfindən imzalanmasının mümkünsüzlüyünü sübut etmişdir. Belə olan halda ən azında məhkəmə üç müqavilədə mövcud imzanın eyin şəxs tərəfindən icra edilib-edilmədiyi vəziyyətini müəyyən etməyə borclu idi. Bunun üçün də xətşünaslıq ekspertiza təyin etməli idi. Lakin məhkəmə bununla bağlı tərəfin əsaslı vəsatətini təmin etməmişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili R.Sərdarov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin eidlməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və kollegiya iclasının növbəti tarixə təxirə salınmasına dair məktubla məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin materiallarında olan Naxçıvan şəhəri VVADQ şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İ № 100747 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə İddiaçı nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1987-ci il tarixdə 278 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli etibarnamənin surətindən görünür ki, X1 Hafiz Məcid oğluna harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, onun bütün əmlakını idarə etməyi, onun adına olan yaşayış və qeyri-yaşayış sahələrini ipotekaya və təkrar ipotekaya qoymağı, buna dair müqavilə imzalamağı, buna dair zəruri sənədləri toplamağı, təqdim etməyi, DƏDRX-də, notariat kontorunda, bankda onu təmsil etməyi, ona çatası sənədləri, pulu almağı, aldığına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar olan bütün hərəkətləri etməyi 10 il müddətinə etibar edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, 76 ünvanında yerləşən qeyri-yaşayış binası (mehmanxana) İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan X5 notarial qaydada təsdiq edilmiş xx.xx.2013-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, arvadı X3 məxsus olan ünvan 2 ünvanında yerləşən 7 mərtəbəli 9619,5 kv.m-lik qeyri-yaşayış binasını (mehmanxana) ipotekaya (girova) qoyulmasına, ipoteka ilə yüklü edilməsinə etiraz etmir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə “xxxxxxxxxxxxxxxxxx” ASC və X6 arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli, İBQ13-1510 saylıipoteka müqaviləsinin surətindən görünür ki, eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, X6 ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, 76-nı banka ipoteka kimi təqdim etmişdir. İpoteka predmeti 50.000.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə “xxxxxxxxxxxxxxxxxx” ASC və X6 arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, İBQ13- 1518 saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, X6 ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, 76-nı banka ipoteka kimi təqdim etmişdir. İpoteka predmeti 50.000.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə “xxxxxxxxxxxxxxxxxx” ASC və X6 arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, İBQ13- 1527/2 saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, X6 ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, 76-nı banka ipoteka kimi təqdim etmişdir. İpoteka predmeti 50.000.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan X5 notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, o, arvadı X3 məxsus olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təkrar ipoteka qoyulmasına etiraz etmir. Qeyd olunan qeyri-yaşayış sahəsinə tutma yönələrsə və ya satılarsa, həmin qeyri-yaşayış sahəsinə dair heç bir iddia və tələbi olmayacaqdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3996/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Mərkəzi Bankı ilə "xxxxxxxxxxxxxxxxxx" ASC arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli, KBQ13-1510 nömrəli kredit müqaviləsi üzrə yaranmış 20.000.000 (iyirmi milyon) manat əsas, 2.040.916,64 (iki milyon qırx min doqquz yüz on altı manat altmış dörd qəpik) manat faiz olmaqla, ümumilikdə 22.040.916,64 (iyirmi iki milyon qırx min doqquz yüz on altı manat altmış dörd qəpik) manat kredit borcu xx.xx.2013-cü il tarixli, İBQ13- 1510 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, 76 ünvanında yerləşən ümumi sahəsi 9619,5 kv.m olan 7 mərtəbəli qeyri-yaşayış binasına (mehmanxanaya) yönəldilməsi, həmin qeyri-yaşayış binasının satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi və tutmanın yönəldilməsi ilə bağlı çəkilmiş bütün xərclər məbləğində Azərbaycan Respublikası Mərkəzi Bankına ödənilməsi, Azərbaycan Respublikası Mərkəzi Bankı ilə "xxxxxxxxxxxxxxxxxx" ASC arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, KBQ13-1518 nömrəli kredit müqaviləsi üzrə 10.000.000 (on milyon) manat əsas, 1.020.458,3 (bir milyon iyirmi min dörd yüz əlli səkkiz manat otuz qəpik) manat faiz olmaqla, ümumilikdə 11.020.458,3 (on bir milyon iyirmi min dörd yüz əlli səkkiz manat otuz qəpik) manat kredit borcu xx.xx.2013-cü il tarixli, İBQ13-1518 saylı və xx.xx.2013-cü il tarixli İBQ13-1518/2 saylı sonrakı ipoteka müqavilələrinə uyğun olaraq ipoteka ilə yüklü edilmiş, X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, 76 ünvanında yerləşən ümumi sahəsi 9619,5 kv.m olan 7 mərtəbəli qeyri-yaşayış binasına (mehmanxanaya) və "xxxxxxxxxxxxxxx" MMC-yə məxsus, Quba şəhəri, Quba-Bakı magistral yolunun 4-cü km-liyi ünvanında 9,9 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 15721,9 kv.m olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin 7 mərtəbəli qeyri-yaşayış binası (mehmanxana) və əmlak kompleksi kimi müəssisənin satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi və tutmanın yönəldilməsi ilə bağlı çəkilmiş bütün xərclər məbləğində Azərbaycan Respublikası Mərkəzi Bankına ödənilməsi, Azərbaycan Respublikası Mərkəzi Bankı ilə "xxxxxxxxxxxxxxxxxx" ASC arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, KBQ13-1527 nömrəli kredit müqaviləsi üzrə 20.000.000 (iyirmi milyon) manat əsas, 2.083.548,2 (iki milyon şəksən üç min beş yüz qırx səkkiz manat, iyirmi qəpik) manat faiz olmaqla, ümumilikdə 22.083.548,2 (iyirmi iki milyon səksən üç min beş yüz qırx səkkiz manat,iyirmi qəpik) AZN kredit borcu xx.xx.2013-cü il tarixli İ BQ 13- 1527/1 saylı və xx.xx.2014-cü il tarixli İBQ 13-1527/3 saylı ipoteka müqavilələrinə, həmçinin xx.xx.2013-cü il tarixli İBQ13-1527/2 saylı sonrakı ipoteka müqavilələrinə uyğun olaraq ipoteka ilə yüklü edilmiş X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, 76 ünvanında yerləşən ümumi sahəsi 9619,5 kv.m olan 7 mərtəbəli qeyri-yaşayış binasına (mehmanxanaya), "xxxxxxxxxxxx" MMC-yə məxsus, Bakı şəhəri, Nəsimi rayonu, 302- ci məhəllə, Şamil Əzizbəyov küçəsi, 88b ünvanında yerləşən ümumi sahəsi 3001 kv.m olan qeyri-yaşayış sahəsinə, X8 məxsus ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 462,3 kv.m olan 4 mərtəbəli fərdi yaşayış evinə və X8 məxsus, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 320,36 kv.m olan 3 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi və tutmanın yönəldilməsi ilə bağlı çəkilmiş bütün xərclər məbləğində Azərbaycan Respublikası Mərkəzi Bankına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-4317/2018 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(009)-3996/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-2096/2019 saylı qərarı ilə cavabdeh “xxxxxxxxxxxx” MMC-nin kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli, 2(103)-4317/2018 nömrəli qətnaməsinin yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə görə, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.5-ci maddəsinə görə, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə görə, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3 və 59.3.2-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Kollegiya işin hallarına əsasən müəyyən edir ki, tərəflər arasında xx xxxxx 2013-cü il tarixli, İBQ13-1510 saylı ipoteka müqaviləsi (i.v. 44), xx xxxx 2013-cü il tarixli, İBQ13- 1518 saylı sonrakı ipoteka müqaviləsi (i.v. 11), xx xxxx 2013-cü il tarixli, İBQ13-1527/2 saylı sonrakı ipoteka müqaviləsi (i.v. 13) xx.xx.2007-ci il tarixli X2 X7 verdiyi və xx.xx.2017-ci il tarixinədək qüvvədə olan etibarnamə (i.v. 42) əsasında bağlanmışdır. Göründüyü kimi, qeyd olunan ipoteka müqavilələri etibarnamə əsasında təmsilçi vasitəsilə bağlanmış və mülki qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilmədiyindən həmin müqavilələrin etibarsız hesab edilməsi üçün əsas mövcud deyildir. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Etibarnamədə olan imzanın iddiaçıya aid olmamasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin hal hər hansı sübutla təsdiq edilmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Müqavilələrdən birinin imzalanması tarixində iddiaçının ölkə xaicində olması və bu səbəbdən də həmin müqavilənin onun tərəfindən imzalanmasının mümkünsüzlüyünə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, müqavilə etibarnamə əsasında təmsilçi tərəfindən bağlandığından iddiaçının ölkə xaricində olması və müqavilənin şəxsən özünün imzalamaması həmin müqavilənin etibarsızlığına əsas deyildir. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, müqavilələr iddiaçı tərəfindən deyil, onun etibarnamə üzrə təmsilçisi Hafiz Məmmədov tərəfindən imzalanmışdır. Kollegiya borcun tutulması və tutmanın ipoteka müqaviləsinin predmeti olan əmlaka yönəldilməsi, onun açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin hesabına borcun ödənilməsi barəsində 2(009)-3996/2020 saylı, xx.xx.2017-ci il tarixli Bakı şəhəri Səbail rayon Məhkəməsinin Qətnaməsinin mövcudluğuna əsasən hazırki iddia tələbinin əsassız olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Həmin qətnamə Ali Məhkəmənin 2(102)-2096/2019 saylı, xx.xx.2019-cu il tarixli Qərarı ilə qanuni qüvvəyə minmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1728/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar