Məhkəmə qərarları › İş №2(103)-6306/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6306/2021

18.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6306/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X1, cavabdeh Cavabdeh1 və onun vəkili Nümayəndə1 Şəmsəddin oğlunun iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı “cehiz əşyalarının qaytarılması, yaxud dəyərlərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə nikahının Yasamal Rayon Məhkəməsinin 28.01.2020-ci il tarixli qətnaməsi əsasında pozulduğunu, lakin ümumi dəyəri 52 511 manat olan əşyalarının və cehizlərinin cavabdehin evində qaldığını, həmin əşyaları dəfələrlə tələb etsə də cavabdehin onları qaytarmadığını bildirmiş, buna görə də əşyalarının - yataq mebeli - (dəyəri) 8000 manat, televizor - Samsunq qara - (dəyəri) 500 manat, yorğan- döşək - (dəyəri) 300 manat, 2 ədəd yastıq - (dəyəri) 150 manat, Sintfon (silikon) yorğan - (dəyəri) 250 manat, pərdələr, jalüz (2 otaq, mətbəx) - (dəyəri) 1500 manat, yataq otağı üçün lyustra - (dəyəri) 100 manat, nişan paltarı -(dəyəri) 160 manat, 3 ədəd don (ziyafət) - (dəyəri) 160 manat, şuba uzun qolsuz - (dəyəri) 450 manat, şuba uzunqol - (dəyəri) 1300 manat, iri balonka - (dəyəri) 100 manat, liyanın donu - (dəyəri) 101 manat, 1 ağ kulok yay paltarları - (dəyəri) 300 manat, sumkalar (qadın çantaları)-(dəyəri) 300 manat,dikdaban ayaqqabılar (Kabluklar) - (dəyəri) 120 manat, şalvarlar, köynəklər - (dəyəri) 300 manat, qəhvəyi rəngdə kostyum - şalvar - (dəyəri) 160 manat, sapojki (2 ədəd) - (dəyəri) 150 manat, botinka (qəhvəyi rəngdə) -(dəyəri) 60 manat, yaz-yay ayaqqabıları - (dəyəri) 160 manat, uşaq paltarları (yaz-yay-qış üçün) - (dəyəri) 300 manat, kurtka Liyanın (zərli,cins) - (dəyəri) 50 manat, balonka qara qolsuz - (dəyəri) 30 manat, əl-üz dəsmalları - (dəyəri) 500 manat, yorğan, postel, süfrələr - (dəyəri) 1500 manat, divar saatı - (dəyəri) 80 manat 28.4 qablı şam - (dəyəri) 40 manat, qəhvəyi rəngdə pokrıval (yataq örtüyü)+ ağ pokrıval (yataq örtüyü) - (dəyəri) 200 manat, jiletlər - (dəyəri) 200 manat, fen + ətirlər + zakolkalar - {dəyəri) 300 manat, ev paltarları (alt paltarları) -(dəyəri) 150 manat, kitab -1 ədəd, stol, stul, servant -(dəyəri) 4500 manat, qırmızı tozsoran - (dəyəri) 100 manat, mətbəx mebel dəsti - (dəyəri) 3000 manat, soyuducu -(dəyəri) 1500 manat, divan - (dəyəri) 800 manat, qaz aspiratoru - rakovina (mətbəq çanağı) - (dəyəri) 4000 manat, mətbəx stolu - (dəyəri) 50 manat, bir ədəd mətbəx servisi (18 nəfərlik) -(dəyəri) 500 manat, qonaq üçün 12 nəfərlik yemək və çay dəsti - (dəyəri) 3000 manat, balaca güllü (çay-yemək) dəsti - (dəyəri) 3000 manat, qəhvəyi güllü yemək dəsti - (dəyəri) 2000 manat, çəhrayı rəngli çay dəsti - (dəyəri) 1800 manat, sultan (markalı) xrustal böyük - (dəyəri) 200 manat, sultan (markalı) xrustal kiçik - (dəyəri) 180 manat, bir qutu qızıl suyuna batırılmış (içərisində) 12 bıçaq, 12 kofe, 12 çay, 12 desert qaşıq dəsti, - (dəyəri) 1300 manat, bir çemodan qaşıq 12 ədəd - (dəyəri) 250 manat, 2 ədəd xrustal, 12 ədəd armudu stəkan -(dəyəri) 500 manat, nəlbəki armudu + (nəlbəki) adi - (dəyəri) 300 manat, limon qabı böyük + limon qabı balaca + rozetka - (dəyəri) 250 manat, çərəz qabları -2 ədəd -(dəyəri) 180 manat, kuvşin (qrafın) 6 stəkanlıq - (dəyəri) 80 manat, bokallar (3 cür tək) -(dəyəri) 1000 manat, yenə meyvə qabı - 230 manat + 2 balaca ( 200 manat) - (dəyəri) 430 manat, podnos (məcməyi) - 3 ədəd - (dəyəri) 70 manat, ləpə (çərəz) qabları -(dəyəri) 200 manat, tefal tava - 4 ədəd - (dəyəri) 400 manat, ət maşını + şirəçəkən maşın - (dəyəri) 400 manat, tefal çaydan - (dəyəri) 50 manat, elektrik sobası - (dəyəri) 150 manat, mətbəx dəsti - (dəyəri) 150 manat, çaydan, plastik ləyənlər, aşsüzən - (dəyəri) 400 manat, 2 cür qazan dəsti - (dəyəri) 300 manat, çay dəsmalları - (dəyəri) 100 manat, toster + kofemolka (kofe üyüdən) + çörəkqabı - (dəyəri) 200 manat, ədviyyat qabları, taxta qaşıqlar, dəmir qaşıqlar - (dəyəri) 200 manat, bütün xrustal qablar (stəkan+mürəbbə qabları+çərəz qabları+stəkanlar+rumkalar - (dəyəri) 2500 manat, balıq qabları + xırdavatlar (dəyəri) 500 manat - Cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, yataq mebelinin, yorğan-döşəyin, 2 ədəd yastığın, sintfon (silikon) yorğanın, pərdələrin, jalüzün (2 otaq, mətbəx), yataq otağı üçün lyustranın, şubanın (uzunqol), iri balonkanın, dikdaban ayaqqabıların (kabluklar), balonkanın (qara qolsuz), əl-üz dəsmallarının, yorğanın, postelin, süfrələrin, divar saatının, 4 qablı şamın, jiletlərin, fen + ətirlər + zakolkaların, kitabın -1 ədəd, stolun, stulun, servantın, qırmızı tozsoranın, mətbəx mebel dəstinin, soyuducunun, qaz aspiratorunun, rakovinanın (mətbəq çanağı), mətbəx stolunun, bir ədəd mətbəx servisinin, çəhrayı rəngli çay dəstinin, bir qutu qızıl suyuna batırılmış (içərisində) 12 bıçaq, 12 kofe, 12 çay, 12 desert qaşıq dəstinin, bir çemodan qaşığın (12 ədəd), 2 ədəd xrustalın, 12 ədəd armudu stəkanın, nəlbəkinin (armudu) + nəlbəkinin (adi), limon qabının böyük + limon qabı balaca + rozetka, çərəz qablarının - 2 ədəd, bokalların (3 cür tək), podnosun (məcməyi) - 3 ədəd, ləpə (çərəz) qablarının, tefal çaydanın, elektrik sobasının, çaydanın, plastik ləyənlərin, aşsüzənin, çay dəsmallarının, toster + çörəkqabının, bütün xrustal qabların (stəkan+mürəbbə qabları+çərəz qabları+stəkanlar+rumkalar), balıq qablarının+xırdavatların Cavabdeh1 alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmiş, şikayətini, məhkəmənin işin faktiki hallarını tam araşdırmadığı, yalnız icra məmurunun aktına istinad edərək evdə aşkar edilmiş bütün əşyaların iddiaçıya məxsus olduğu qənaətinə gəldiyi, həmin əmlakların kimin vəsaiti hesabına alındığını araşdırmadığı, əmlakların qiymətlərini müəyyənləşdirmədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun vəkili apellyasiya şikayətini müdafiə etməklə yanaşı, iddiaçının iddiasının təmin olunduğu hissədə yalnız soyuducunun ona verilməsindən və əmlaklara qiymət qoyulmamasından narazı olduqlarını, əşyaların hamısının evdə olduğunu və iddiaçının istədiyi vaxt onları götürə biləcəyini bildirmiş, iddiaçının nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin olunan hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı şikayət verməmiş, cavabdeh isə qətnamənin məhz qeyd olunan hissəsinin qismən ləğvini, habelə həmin hissədə əmlaklara qiymət qoyulmasını istəmişdir. Başqa sözlə, qətnamənin iddia tələbinin təmin olunmaması ilə bağlı hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya qaytarılmalı olan əşyaların qiymətləri hissəsində dəyişdirilməli, soyuducunun qaytarılması hissəsində ləğv olunmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər 31.01.2016-cı il il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, nikahdan sonra İddiaçı cavabdehin yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə köçərək cehiz əşyalarını həmin evə yerləşdirmiş, sonradan münasibətləri pisləşdiyindən iddiaçı bərabər yaşadıqları evi tərk edib getmiş, 28 yanvar 2020-ci il tarixdə nikahları pozulmuşdur. İddiaçının iddiasına görə evdən gedərkən cehiz əşyaları gəlin köçdüyü evdə qalmış, tələb etməsinə baxmayaraq həmin əşyalar ona qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. İddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların iddia etdiyi ədəddə və qiymətdə, eləcə də onların özünün mülkiyyətində olduğunun sübut edilməsidir. Cavabdehin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, o, iddiaçının tələb etdiyi əşyaların cehiz əmlak olmadığını sübut etməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə kollegiyası hesab edir ki, yataq mebelinin, yorğan-döşəyin, 2 ədəd yastığın, sintfon (silikon) yorğanın, pərdələrin, jalüzün (2 otaq, mətbəx), yataq otağı üçün lyustranın, şubanın (uzunqol), iri balonkanın, dikdaban ayaqqabıların (kabluklar), balonkanın (qara qolsuz), əl-üz dəsmallarının, yorğanın, postelin, süfrələrin, divar saatının, 4 qablı şamın, jiletlərin, fen + ətirlər + zakolkaların, kitabın -1 ədəd, stolun, stulun, servantın, qırmızı tozsoranın, mətbəx mebel dəstinin, qaz aspiratorunun, rakovinanın (mətbəq çanağı), mətbəx stolunun, bir ədəd mətbəx servisinin, çəhrayı rəngli çay dəstinin, bir qutu qızıl suyuna batırılmış (içərisində) 12 bıçaq, 12 kofe, 12 çay, 12 desert qaşıq dəstinin, bir çemodan qaşığın (12 ədəd), 2 ədəd xrustalın, 12 ədəd armudu stəkanın, nəlbəkinin (armudu) + nəlbəkinin (adi), limon qabının böyük + limon qabı balaca + rozetka, çərəz qablarının - 2 ədəd, bokalların (3 cür tək), podnosun (məcməyi) - 3 ədəd, ləpə (çərəz) qablarının, tefal çaydanın, elektrik sobasının, çaydanın, plastik ləyənlərin, aşsüzənin, çay dəsmallarının, toster + çörəkqabının, bütün xrustal qabların (stəkan+mürəbbə qabları+çərəz qabları+stəkanlar+rumkalar), balıq qablarının+xırdavatların iddiaçının cehiz əşyaları olduğunun və evdən gedərkən onları aparmadığının iddiaçı tərəfindən sübut edilməsinə ehtiyac yoxdur; çünkü bu fakt cavabdeh tərəfindən apellyasiya baxışı zamanı etiraf olunmuşdur. Bununla belə kollegiyanın qənaətinə görə, iddiaçı 900 manat məbləğində dəyərləndirilən soyuducunun özünə məxsus olduğunu sübuta yetirə bilməmiş, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, bu səbəblə də birinci instansiya məhkəməsinin həmin əmlakla əlaqədar gəldiyi nəticə əsassız olmuşdur. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi əşyaların qiymətlərini müəyyənləşdirməməklə qətnamənin icrası zamanı problemlərin ortaya çıxmasına yol açmışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini ... qətnamənin nəticə hissəsində göstərməlidir. Apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndirmə ekspertizası əsasında "xxxx" MMC-nin eksperti qiymətləndirmə apararaq müəyyən etmişdir ki, yataq mebelinin dəyəri 3800 manat, yorğan-döşəyin dəyəri 300 manat, 2 ədəd yastığın qiyməti 80 manat, sintfon (silikon) yorğanın qiyməti 230 manat, pərdələr və jalüzün (2 otaq, mətbəx) dəyəri 1200 manat, yataq otağı üçün lyustranın dəyəri 60 manat, şubanın (uzunqol) dəyəri 1100 manat, iri balonkanın dəyəri 80 manat, dikdaban ayaqqabıların (kabluklar) dəyəri 90 manat, balonkanın (qara qolsuz) dəyəri 30 manat, əl-üz dəsmallarının dəyəri 420 manat, yorğan, postel, süfrələrin dəyəri 1350 manat, divar saatının dəyəri 65 manat, 4 qablı şamın dəyəri 40 manat, jiletlərin dəyəri 160 manat, fen + ətirlər + zakolkaların dəyəri 280 manat, kitabın (1 ədəd) qiyməti 20 manat, stol, stul, servantın dəyəri 2500 manat, qırmızı tozsoranın dəyəri 40 manat, mətbəx mebel dəstinin dəyəri 1600 manat, qaz aspiratoru, rakovinanın (mətbəq çanağı) dəyəri 700 manat, mətbəx stolunun dəyəri 40 manat, bir ədəd mətbəx servisinin dəyəri 400 manat, çəhrayı rəngli çay dəstinin dəyəri 1200 manat, bir qutu qızıl suyuna batırılmış 12 bıçaq, 12 kofe, 12 çay, 12 desert qaşıq dəstinin dəyəri 900 manat, bir çemodan qaşıq (12 ədəd) dəstinin dəyəri 200 manat, 2 ədəd xrustal, 12 ədəd armudu stəkanın dəyəri 380 manat, nəlbəki (armudu) + nəlbəki (adi) – dəyəri 45 manat, limon qabı böyük + limon qabı balaca + rozetka – dəyəri 200 manat, çərəz qablarının (2 ədəd) dəyəri 160 manat, bokalların (3 cür tək) dəyəri 300 manat, podnosun (məcməyi) (3 ədəd) dəyəri 35 manat, ləpə (çərəz) qablarının dəyəri 140 manat, tefal çaydanın dəyəri 15 manat, elektrik sobasının dəyəri 140 manat, çaydan, plastik ləyənlər, aşsüzənin dəyəri 280 manat, çay dəsmallarının dəyəri 40 manat, toster + çörəkqabının dəyəri 40 manat, xrustal qabların (stəkan+mürəbbə qabları+çərəz qabları+stəkanlar+rumkalar) dəyəri 2000 manat, balıq qablarının (xırdavatlar) dəyəri 450 manat təşkil edir və bu əşyaların hamısı cavabdehə məxsus evdə mövcuddur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz; 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-176/2021 saylı iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsi soyuducunun Cavabdeh1 alınıb iddiaçıya verilməsi hissəsində ləğv olunsun. İddia tələbi əmin hissədə təmin olunmasın. Qətnamə cavabdehdən alınıb iddiaçıya qaytarılmalı olan əşyaların qiymətləri hissəsində dəyişdirilsin. Yataq mebelinin dəyəri 3800 (üç min səkkiz yüz) manat, yorğan-döşəyin dəyəri 300 (üç yüz) manat, 2 ədəd yastığın qiyməti 80 (səksən) manat, sintfon (silikon) yorğanın qiyməti 230 (iki yüz otuz) manat, pərdələr və jalüzün (2 otaq, mətbəx) dəyəri 1200 (min iki yüz) manat, yataq otağı üçün lyustranın dəyəri 60 (altmış) manat, şubanın (uzunqol) dəyəri 1100 (min yüz) manat, iri balonkanın dəyəri 80 (səksən) manat, dikdaban ayaqqabıların (kabluklar) dəyəri 90 (doxsan) manat, balonkanın (qara qolsuz) dəyəri 30 (otuz) manat, əl-üz dəsmallarının dəyəri 420 (dörd yüz) manat, yorğan, postel, süfrələrin dəyəri 1350 (min üç yüz əlli) manat, divar saatının dəyəri 65 (altmış beş) manat, 4 qablı şamın dəyəri 40 (qırx) manat, jiletlərin dəyəri 160 (yüz altmış) manat, fen + ətirlər + zakolkaların dəyəri 280 (iki yüz səksən) manat, kitabın (1 ədəd) qiyməti 20 (iyirmi) manat, stol, stul, servantın dəyəri 2500 (iki min beş yüz) manat, qırmızı tozsoranın dəyəri 40 (qırx) manat, mətbəx mebel dəstinin dəyəri 1600 (min altı yüz) manat, qaz aspiratoru, rakovinanın (mətbəq çanağı) dəyəri 700 (yeddi yüz) manat, mətbəx stolunun dəyəri 40 (qırx) manat, bir ədəd mətbəx servisinin dəyəri 400 (dörd yüz) manat, çəhrayı rəngli çay dəstinin dəyəri 1200 (min iki yüz) manat, bir qutu qızıl suyuna batırılmış 12 bıçaq, 12 kofe, 12 çay, 12 desert qaşıq dəstinin dəyəri 900 (doqquz yüz) manat, bir çemodan qaşıq (12 ədəd) dəstinin dəyəri 200 (iki yüz) manat, 2 ədəd xrustal, 12 ədəd armudu stəkanın dəyəri 380 manat, nəlbəki (armudu) + nəlbəki (adi) – dəyəri 45 (qırx beş) manat, limon qabı böyük + limon qabı balaca + rozetka – dəyəri 200 (iki yüz) manat, çərəz qablarının (2 ədəd) dəyəri 160 (yüz altmış) manat, bokalların (3 cür tək) dəyəri 300 (üç yüz) manat, podnosun (məcməyi) (3 ədəd) dəyəri 35 (otuz beş) manat, ləpə (çərəz) qablarının dəyəri 140 (yüz qırx) manat, tefal çaydanın dəyəri 15 (on beş) manat, elektrik sobasının dəyəri 140 (yüz qırx) manat, çaydan, plastik ləyənlər, aşsüzənin dəyəri 280 (iki yüz səksən) manat, çay dəsmallarının dəyəri 40 (qırx) manat, toster + çörəkqabının dəyəri 40 (qırx) manat, xrustal qabların (stəkan+mürəbbə qabları+çərəz qabları+stəkanlar+rumkalar) dəyəri 2000 (iki min) manat, balıq qablarının (xırdavatlar) dəyəri 450 (dörd yüz əlli) manat müəyyənləşdirilsin və həmin əmlaklar qətnamə icra olunan vaxt mövcud olmazsa onların göstərilən dəyərlərinə uyğun pul məbləğləri Cavabdeh1 alınaraq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid olunsun, iş üzrə keçirilmiş ekspertizanın xərci qismində 250 (iki yüz əlli) manat isə ondan tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, hesab№: AZ30GUNA********************, Bank: "xxxx"ASC,VÖEN:**********,Müxbir hesab:AZ25NABZ**********000004794, KOD: 505594, SWİFT: GUNAAZ22) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar