Məhkəmə qərarları › İş №2(103)-6306/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6306/2022

24.08.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6306/2022 24.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X2 və Bakı şəhəri 53 saylı notariat ofisi işə cəlb edilməklə) Cavabdeh qarşı “aldatma yolu ilə bağlanmış yalançı əqdlərin etibarsız hesab edilərək ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-425/2020 saylı qərardadından iş üzrə Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsinin, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 72.3 kv.m olan fərdi yaşayış evinin, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 69.9 kv.m olan fərdi yaşayış evinin və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Sahə 126 D ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin onun adına ½ hissəsini hədiyyə olaraq aldatma yolu ilə bağlanmış yalançı əqdlərin etibarsız hesab edilərək ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizəsinə iddianı təmin etmə tədbirinə dair ərizə də əlavə edərək, mübahisə predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsinin, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 72.3 kv.m olan fərdi yaşayış evinin, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 69.9 kv.m olan fərdi yaşayış evinin və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Sahə 126 D ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsində yerləşən mənzilin üzərinə həbs qoyulması və həmin mənzillə bağlı müəyyən hərəkətlərin edilməsi Cavabdeh və başqa şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3585/2019 saylı, xx.xx.2019-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsinin, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 72.3 kv.m olan fərdi yaşayış evinin, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 69.9 kv.m olan fərdi yaşayış evinin və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Sahə 126 D ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsində yerləşən mənzilin üzərinə həbs qoyulmuş və həmin daşınmaz əmlaklarla bağlı müəyyən hərəkətlərin edilməsi Cavabdeh və başqa şəxslərə qadağan edilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Səbail Rayon Məhkəməsinin 2(009)-3585/2019 saylı, xx.xx.2019-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsinin, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 72.3 kv.m olan fərdi yaşayış evinin, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 69.9 kv.m olan fərdi yaşayış evinin və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Sahə 126 D ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsində yerləşən mənzilin üzərinə qoyulmuş həbsin və qadağanın götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-425/2020 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsinin, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 72.3 kv.m olan fərdi yaşayış evinin və ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 69.9 kv.m olan fərdi yaşayış evinin üzərinə qoyulmuş həbsin və məhdudiyyətlərin götürülməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 şikayət verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-425/2020 saylı qərardadının ləğv edib ərizənin rədd edilməsi, əks təqdirdə 7 gün müddətində işlə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-425/2020 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, MPM-nin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Hazırki şikayət isə MPM-ə əlavə olunmuş 2 saylı Əlavənin normalarının tələblərinə cavab vermir. MPM-ə 2 saylı Əlavəsinə əsasən apellyasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Lakin, apellyator tərəfindən verilmiş şikayətin dəlilləri, yəni maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər sıralanmaqla göstərilməmişdir. Belə olduğu təqdirdə isə, şikayət mülki prosessual məcəllənin normalarının tələblərinə cavab vermədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar müəyyən edilmir və o, qəbul olunmamış hesab edilir. Belə olan halda, MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 366.1-ci və 366.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən, şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-425/2020 saylı qərardadından iş üzrə Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilsin və mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar