Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6316/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-1941/2020 saylı qərardadından iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı alğı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-1941/2020 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)- 1941/2020 saylı qərardadından verilmiş şikayət məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün saydı. İddiaçı tərəf məhkəməyə ərizə göndərərək, cavabdeh tərəfindən əmlakın dəyərini tam ödənildiyi üçün, şikayətdən imtina olunaraq, geri qaytarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası şikayətdən imtina barədə ərizəni müzakirə edərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı, iddiaçı tərəfə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Göründüyü kimi, iddiaçı tərəfin apellyasiya şikayətindən imtinası qanuna zidd deyil, hər hansı bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfin Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)- 1941/2020 saylı qərardadından verilən apellyasiya şikayətindən imtinası qəbul edilsin və apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-6316/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6316/2020
12.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver