Məhkəmə qərarları › İş №2(103)-6321/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6321/2020

29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6321/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncu şəxlər Azərbaycan Respublikası Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Mərkəzi Bankı, Maraqlı şəxs4, Maraqlı şəxs5 cəlb etməklə cavabdeh “xxxxxxxxxxxx” ASC-yə qarşı “sığorta ödənişi, mənəvi zərər və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 2(006)-2935/2020 saylı qərardadından İddiaçı1 şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncu şəxlər Azərbaycan Respublikası Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Mərkəzi Bankı, Maraqlı şəxs4, Maraqlı şəxs5 cəlb etməklə cavabdeh “xxxxxxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 xeyrinə 7000 manat sığorta ödənişi, 5000 manat əldən çıxmış fayda, 5000 manat mənəvi zərər, 1000 manat vəkil xərci olmaqla, ümumilikdə 18000 manat məbləğində pul vəsaitinin və İddiaçı2 xeyrinə 7000 manat sığorta ödənişi məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 2(006)- 2935/2020 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx xxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır, yönləndirmənin qanunvericilikdə nəzərdə tutulmuş müddəti haqqında qanunvericilikdə ümumiyyətlə hər hansı arqument yoxdur. ASC ilə iddiaçı arasında nə qanunla, nədəki müqavilə ilə məhkəməyə qədər nizamlama qaydası müəyyən olunmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi-vəkili şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin “xxxxxxxxxxxx” ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli imtina məktubunu təqdim edərək, qeyd etdi ki, ASC sığorta ödənişini verməkdən imtina etmiş və buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, burada hər hansı pretenziyadan söhbət getmir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər tərəflər (nümayəndə) məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli vəiddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı cavabdehin imtina məktubunu almadan və qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddəti gözləmədən müraciət etdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsassızdır. İşdən göründüyü kimi, “xxxxxxxxxxxx” ASC ilə İddiaçı1 arasında xx.xx.2019-ci ildən xx.xx.2020-ci ilədək qüvvədə olması nəzərdə tutulan «Daşınmaz əmlakın icbari sığortası» müqaviləsi bağlanmış, sığorta obyekti İddiaçı1 məxsus Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsindəki 51 saylı yaşayış evi olmuşdur. Füzuli rayon İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubda isə göstərilmişdir ki, İddiaçı1 məxsus həyətyanı yaşayış sahəsində torpaq yerdəyişməsi (sürüşməsi) baş vermişdir və nəticədə yaşayış evində çatlar əmələ gəlmiş, ev qəzalı vəziyyətə düşmüşdür. Hazırki iş üzrə iddia ərizəsində göstərilmişdir ki, “xxxxxxxxxxxx” ASC sığorta ödənişini verməkdən imtina etmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş “xxxxxxxxxxxx” ASC tərəfindən İddiaçı1 verilmiş xx.xx.2019-cu il tarixli imtina məktubunda göstərilmişdir ki, sözügedən hadisənin hansı səbəbdən baş verməsi qeyri-müəyyən olduğundan, hadisənin sığorta hadisəsi olması öz təsdiqini tapmamışdır. Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi səbəbindən “xxxxxxxxxxxx” ASC-nin bu hadisə ilə əlaqədar ortaya çıxmış zərərə görə məsuliyyəti yaranmır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbinə görə, bu Qanundan irəli gələn mübahisələr, tərəflər arasında danışıqlar yolu ilə tənzimlənməsi mümkün olmadıqda, səlahiyyətli orqanlar tərəfindən, o cümlədən məhkəmə qaydasında həll edilir. Göründüyü kimi, sığortaçı sığorta ödənişi verməkdən imtina etdiyi halda, sığorta olunan məhkəməyə müraciət edə bilər, qanunvericilikdə bununla bağlı hər hansı pretenziya qaydası nəzərdə tutulmamışdır. Kollegiya qeyd edir ki, məhkəmənin analogiya üzrə hazırki iş üzrə iddiaçıların pretenziya müddətini gözləmədən müraciət etməsi barədə qeyd etdikləri əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə yalnışdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli 2(006)-2935/2020 saylı qərardad ləğv edilsin və iddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncu şəxlər Azərbaycan Respublikası Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Mərkəzi Bankı, Maraqlı şəxs4, Maraqlı şəxs5 cəlb etməklə cavabdeh “xxxxxxxxxxxx” ASC-yə qarşı “sığorta ödənişi, mənəvi zərər və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar