Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6323/2022 10.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı və Cavabdeh2 İddiaçı qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul tələbi, avtomobilin özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “avtomobilin özgənin qanunsuz sahibliyindən geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə qəbul edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(005)-1509/2022 saylı qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. **-HP-*** dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı nəqliyyat vasitəsi ilkin iddia üzrə cavabdehlərdən Cavabdeh2 mülkiyyətindədir.
2. İlkin iddia üzrə digər Cavabdeh1 Cavabdeh2 atasıdır.
3. Cavabdeh1 xx.xx.2017-ci il tarixli ƏN-Vİİ seriyalı 946382 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə ilə Cavabdeh2 mülkiyyətində olan **-HP-*** dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı avtomobil 1 il müddətinə İddiaçı istifadəsinə və sahibliyinə vermişdir. Etibarnamə üzrə İddiaçı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək və s. səlahiyyətlər verimişdir. Etibarnamənin qüvvədə olma müddəti 1 il müəyyən edilmişdir və bu müddət xx.xx.2018-ci ildə başa çatmışdır.
4. Həmçinin, Cavabdeh2 mülkiyyətində olan **-HP-*** dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı avtomobilə dair onun nümayəndəsi Cavabdeh1 tərəfindən X2 nəqliyyat vasitəsindən istifadə edilməsi ilə bağlı xx.xx.2017-ci il tarixli ƏN-Vİİ seriyalı 205320 nömrəli etibarnamə verilmişdir. Həmin etibarnamənin qüvvədə olma müddəti 8 il 4 ay 4 gün müəyyən edilmişdir. Qeyd olunan etibarnamə Cavabdeh2 tərəfindən xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **-HP-*** dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı minik avtomobilinin satın alınmasına görə ödənilmiş 16000 (on altı min) manat, həmin nəqliyyat vasitəsinin təmiri üçün xərclənmiş 8000 (səkkiz min) manat olmaqla, cəmi 24000 (iyirmi dörd min) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 21 sentyabr 2017-ci il tarixdə İddiaçı **- HP-*** dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı minik avtomobilini Cavabdeh1 16000 (on altı min) manat pul ödəməklə satın almışdır. Cavabdeh1 digər Cavabdeh2 atasıdır, onun qeyd olunan nəqliyyat vasitəsinə sərəncam verməklə bağlı etibarnaməsi olmuşdur. Cavabdeh1 iddiaçının tanışı olduğu üçün onu inandırmışdır ki, alqı-satqını rəsmiləşdirmək üçün X10 getməyə ehtiyac yoxdur. Buna görə də təklif etmişdir ki, İddiaçı nəqliyyat vasitəsinə sərəncam verməklə bağlı etibarnamə versin və sonra İddiaçı özü nəqliyyat vasitəsini özəlləşdirər. Buna görə də Cavabdeh1 21 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri 17 saylı notariat ofisində **-HP-*** dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı avtomobilə dair İddiaçı sərəncam verməklə bağlı 1 illik, iddiaçının həyat yoldaşı X2 isə nəqliyyat vasitəsini idarə etməklə bağlı 8 il 4 ay 4 gün müddətinə etibarnamə vermişdir. Qeyd olunan etibarnamələr Bakı şəhəri 17 saylı notariat ofisində reyestrdə qeydiyyata alınmışdır. Cavabdeh1 nəqliyyat vasitəsini satarkən İddiaçı əmin etmişdir ki, avtomobil tam yaxşı vəziyyətdədir və heç bir ciddi problemi mövcud deyil. Lakin İddiaçı avtomobili aldıqdan 1 gün sonra təkərləri boşalmağa başlamışdır və məlum olmuşdur ki, təkərlər tam yararsız vəziyyətdədir. Buna görə də iddiaçı 1200 (min iki yüz) manata 4 ədəd yeni təkər almaq məcburiyyətində qalmışdır. Nəqliyyat vasitəsi satın alındıqdan 3-4 gün sonra isə avtomobilin mühərrikində problem yaranmış, nəqliyyat vasitəsi idarə edilməsi mümkün olmayan yararsız vəziyyətə düşmüşdür. Buna görə də iddiaçı nəqliyyat vasitəsinin mühərrikini və digər hissələrini təmir etdirmək məcburiyyətində qalmışdır. Bu işlərə iddiaçı 8000 (səkkiz min) manat pul xərcləmişdir. Bu faktı nəqliyyat vasitəsini təmir edən ustalar təsdiq edə bilər. Bundan başqa nəqliyyat vasitəsi satılarkən İddiaçı və Cavabdeh1 arasında razılıq olmuşdur ki, pulun 4000 (dörd min) manatı əvvəlcədən, qalan 12000 (on iki min) manatı isə 3 ay müddətinə hər ay 4000 (dörd min) manat olmaqla iddiaçı tərəfindən ödəniləcəkdir. İlkin 4000 (dörd min) manat pulu iddiaçı avtomobili satın aldığı gün, yəni 21 sentyabr 2017-ci il tarixdə Cavabdeh1 ödəmişdir. Avtomobil satıldıqdan bir neçə gün sonra Cavabdeh1 zəng edərək, mərhum həyat yoldaşının qəbirüstü abidəsinin düzəldilməsi üçün təcili pul lazım olduğunu bildirmişdir. Buna görə də, qalan 12.000 (on iki min) manat pulu iddiaçı dərhal Cavabdeh1 vermişdir. Cavabdeh1 ilə münasibəti yaxşı olduğu üçün və iddiaçının həyat yoldaşının adına nəqliyyat vasitəsini idarə etməklə bağlı etibarnaməsi olduğu üçün iddiaçı nəqliyyat vasitəsinin mülkiyyətçisinin dəyişməsinə tələsməmiş və düşünmüşdür ki, istədiyi zaman cavabdehdən xahiş etsə, yeni etibarnamə verəcəkdir. Buna görə də iddiaçı 1 illik etibarnamə qüvvədə olduğu müddətdə nəqliyyat vasitəsini özəlləşdirməmişdir. Lakin 2021-ci ilin sonlarında iddiaçı nəqliyyat vasitəsini öz həyat yoldaşının adına rəsmiləşdirmək üçün yeni etibarnamə verilməsini Cavabdeh1 xahiş etdikdə, o, bundan imtina etmiş və bildirmişdir ki, guya nəqliyyat vasitəsini çox ucuz qiymətə satıb, əgər ona əlavə 4000-5000 manat pul verilsə, yeni etibarnamə verəcəkdir. Cavabdeh1 nəqliyyat vasitəsinin özəlləşdirilmədiyini bildikdə, həmçinin iddiaçının həyat yoldaşına nəqliyyat vasitəsinin idarə edilməsi üçün verdiyi etibarnaməni də ləğv etmişdir. Cavabdeh bu hərəkəti iddiaçıdan qanunsuz və əsassız olaraq əlavə pul almaq üçün təzyiq vasitəsi kimi istifadə edir. Göründüyü kimi, Cavabdeh1 nəqliyyat vasitəsini iddiaçıya satsa da, lakin hazırda mülki hüquqlarından sui istifadə edərək, əsassız və qanunsuz olaraq əlavə pul tələb edir. Bundan başqa Cavabdeh1 iddiaçını aldadaraq, pis keyfiyyətli və xarab nəqliyyat vasitəsi satmaqla onun təmirə 8000 (səkkiz min) manat pul xərcləməsinə, ona maddi ziyan vurulmasına səbəb olmuşdur. Hazırda cavabdehlər Cavabdeh1 satdığı nəqliyyat vasitəsinə dair mülkiyyət hüququnun verilməsindən imtina etdiyi üçün və iddiaçını aldadaraq, pis keyfiyyətli və xarab nəqliyyat vasitəsi satmaqla, iddiaçının nəqliyyat vasitəsinin təmirinə 8000 (səkkiz min) manat pul xərcləməsinə və ona maddi ziyan vurulmasına səbəb olduğu üçün nəqliyyat vasitəsinin satışı və təmiri üçün iddiaçı tərəfindən ödənilmiş pulun cavabdehlər tərəfindən ona qaytarılması zəruridir.
7. Cavabdeh2 İddiaçı qarşı “avtomobilin özgənin qanunsuz sahibliyindən geri qaytarılması” tələbinə dair xx.xx.2022-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **-HP-*** dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı nəqliyyat vasitəsinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, **-HP-*** dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı nəqliyyat vasitəsi onun mülkiyyətindədir və hüquqları rəsmən dövlət tərəfindən tanınmışdır. Nəqliyyat vasitəsini X11a etibar etmişdir və onun da nəqliyyat vasitəsini idarə etməsinə etiraz etməmişdir. İş üzrə ilk iddiaçı olan şəxs onların ailəsinin yaxınıdır və atasına daim qulluq etmişdir. X11 yaşlı adamdır və Buzovnada bağ sahəsində yaşayır. Onun maddi tələbatlarını və ev təsərrüfatının idarə olunmasında çətinliklərini nəzərə alaraq bu şəxsə həmin işlərdə köməklik etməyə etiraz etməmişlər. Bu məqsədlə də mülkiyyətində olan nəqliyyat vasitəsini İddiaçı Zülfuqar oğluna etibar etmişlər ki, yaxşı insandır və təmənnasız onlara diqqət göstərir, bağa gəlib-gedir, işlərində əziyyət çəkməsin. Əslində onun tərəflərin arasında baş verən razılaşmadan həmin vaxt xəbəri olmamışdır. Lakin sonra atasının dediklərindən onunla razılaşmış və nəqliyyat vasitəsinin həmin şəxs tərəfindən idarə olunmasına etiraz etməmişdir. Lakin avtomaşının satılması barədə heç bir söhbət olmamışdır və iddiada qeyd edilənlər həqiqəti əks etdirmir.
9. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1509/2022 saylı qətnaməsi ilə (hakim S.Ədilova) ilkin iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi təmin edilmişdir.
10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə İddiaçı tələb olunan pula dair hər hansı bir sübut təqdim etmədiyindən, tələb olunan məbləğin cavabdehlərdən tutulması ilə bağlı iddia tələbinin dəlilləri məhkəmə araşdırması zamanı sübuta yetmədiyindən təmin edilə bilməz. İlkin iddia üzrə iddiaçının qeyd etdikləri ilə bağlı sübutetmə yükü onun üzərinə düşür. Belə olan halda isə ilkin iddia üzrə iddiaçının izahatlara istinad edərək, cavabdehlər tərəfindən mübahisəli avtomobilin alqı-satqısı üçün pul ödədiyini, həmçinin də təmiri ilə əlaqədar pul xərclədiyini qeyd etsə də, bu dəlillər açıqaşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir mötəbər sübut isə ilk iddia üzrə iddiaçı tərəfindən təqdim edilməmişdir.
11. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi əsaslıdır, bu səbəbdən də qarşılıqlı iddia tələbi təmin edilməli, **-HP-*** dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı avtomobil cavabdeh İddiaçı qanunsuz hesab edilən sahibliyindən alınaraq geri qaytarılmalıdır. Belə ki, təqdim edilmiş sübutlarla mübahisəsiz qaydada təsdiq olunur ki, **- HP-*** dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı avtomobil ilk iddia üzrə iddiaçı Cavabdeh2 mülkiyyətindədir. Həmin avtomobilə dair verilmiş etibarnamələr ləğv edilmişdir.
12. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 14.2, 14.2.7, 386.1, 439.4, 1091.1, 1091.2, 1092.1, 16, 139.1, 139.2, 152.1, 152.8, 157.2, 181.4, 362.1, 362.2, 365-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
13. İlkin iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-1509/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və ilkin iddia üzrə İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti ilkin iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülki hüquqlarından sui istifadə edərək İddiaçı maddi ziyan vurmuşlar. Hətta İddiaçı iddia ərizəsinə etirazda Cavabdeh2 Ağası qızı etiraf edir ki, onun icazəsi olmadan atası Cavabdeh1 avtomobili satmışdır. Halbuki, onun özü atası Cavabdeh1 nəqliyyat vasitəsinə sərəncam verməyə dair etibarnamə vermişdir, yəni atasına nəqliyyat vasitəsini satmağa icazə vermişdir. Əgər belə niyyəti yox idisə, yalnız nəqliyyat vasitəsinin idarə edilməsinə dair etibarnamə verə bilərdi. Bu isə Cavabdeh2 Ağası qızı məhkəməyə yalan məlumat verməsinin, öz mülki hüquqlarından sui istifadə etməsinin göstəricisidir. Ümumi məlum olan faktdır ki, Azərbaycan Respublikasında nəqliyyat vasitələrinin əksəriyyətinin satışı sırf sərəncam vermə ilə bağlı etibarnamə yolu ilə həyata keçirilir. İlkin iddia üzrə Cavabdeh1 İddiaçı aldadaraq xarab nəqliyyat vasitəsi satmış, sonradan özünü məsuliyyətdən yayındırmaq üçün etibarnamənin ləğv edilməsi kimi qanunsuz hərəkətlərə yol vermişdir. Məhkəmə dindirilmiş şahidlərin ifadələrinə münasibətdə əsassız olaraq bildirmişdir ki, iş üzrə şahid ifadələri birbaşa sübut olmamaqla yanaşı, ilkin iddia üzrə İddiaçı iddia etdiyi hallar şahid ifadələri ilə müəyyən edilməmişdir. Halbuki, nəzərə alınmalıdır ki, kim özünə məxsus olmayan avtomobilə bu qədər xeyli miqdarda pul xərcləyər. Məhz avtomobil İddiaçı tərəfindən satın alındığı üçün təmirə xeyli miqdarda pul xərclənmişdir. Bu halları da şahidlər təsdiq etmişdir. Lakin məhkəmə qanunsuz və əsasız olaraq bu halları, şahid ifadələrini nəzərə almamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
18. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər ilkin iddia üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilsə də, yalnız İddiaçı iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsi mübahisələndirilmiş, şikayətin dəlilləri də yalnız ilk iddianın rədd edilən hissəsi ilə bağlı olmuş, qarşılıqlı iddianın təmin edilməsinə dair hissədə qətnamə mübahisələndirilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin ilk iddianın təmin edilməyən hissədə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
23. 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
24. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. 139.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
26. 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.
27. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.
29. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
30. 181.4-cü maddəsinin tələbinə görə mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər.
31. 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi yazılı vəkalət etibarnamə sayılır.
32. 362.2-ci maddəsinin tələbinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
33. 365-ci maddəsinə əsasən etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində xitam verilir.
34. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
35. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
36. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
AR Mülki Prosessual Məcəlləsi
37. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
41. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
42. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
43. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsasını təşkil edən halları sübut etməlidir. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallra mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
44. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 mülkiyyətində olan **- HP-*** dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı avtomobil onun etibarnamə üzrə nümayəndəsi olan Cavabdeh1 tərəfindən nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında xx.xx.2017-ci il tarixli ƏN-Vİİ seriyalı 946382 nömrəli etibarnamə əsasında İddiaçı verilmişdir. Həmin etibarnamə 1 illik müddətə vermişdir. Həmçinin, eyni tarixdə Cavabdeh1 tərəfindən X2 həmin nəqliyyat vasitəsinin idarə edilməsinə dair ƏN-Vİİ seriyalı 205320 nömrəli etibarnamə verilmişdir. Etibarnamə 8 il 4 ay 4 gün müddətinə verilməklə, etibarlılıq müddəti xx.xx.2026-cı il tarixədək müəyyən edilmişdir. Həmin tarixdən halhazıradək avtomobil ilk iddiaçının sahibliyində və istifadəsində olmuşdur. X2 verilmiş ƏN- Vİİ seriyalı 205320 nömrəli etibarnamə Cavabdeh2 tərəfindən xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir.
45. Hazırda İddiaçı iddia edir ki, **-HP-*** dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı dovlət qeydiyyat nişanlı avtomobili əslində 16.000 manat ödəməklə Cavabdeh1 satın almışdır, həmçinin nəqliyyat vasitəsi yaxşı vəziyyətdə olmamış və nəqliyyat vasitəsini aldıqdan 3-4 gün sonra nəqliyyat vasitəsinin mühərrikini və digər hissələrini təmir etdirmək üçün 8.000 manat pul xərcləmişdir.
46. Birinci instansiya məhkəməsi ilkin iddianı rədd etmişdir.
47. Kollegiya məhkəmənin gəldiyi bu nəticəni işin hallarına uyğun hesab edir və qeyd edir ki, ilkin iddia üzrə iddiaçı mübahisəli avtomobilin alqı-satqısı üçün cavabdehlərə pul ödədiyini, həmçinin avtomobilin təmiri ilə əlaqədar pul xərclədiyini qeyd etsə də, bu dəlilləri əsassız olmuşdur.
48. İlk iddiaçı öz iddiasının əsaslı olmasını təsdiq etmək üçün şahid ifadələrinə istinad etmiş, lakin birinci instansiya məhkəməsi həmin sübutları iddianı təsdiq etmək üçün mötəbər hesab etməmişdir.
49. İlk iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin həmin sübutları nəzərə almamasının qanunsuz və əsassız olmasına istinad etmişdir.
50. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:
51. X1 birinci instansiya məhkəməsində verdiyi ifadəsində avtomobili təmir etdiyini və zəhmət haqqı olaraq 1000 manat aldığını və bu barədə qəbz verildiyini bildirsə də, iddiaçı tərəfindən belə bir qəbz məhkəməyə təqdim edilməmişdir. Habelə, şahid Z.Qurbanov avtomobilin ümumi təmirinə 6000 manat xərc çəkildiyini bildirmiş, lakin bu məbləğin hansı qaydada hesablandığını, hansı ehtiyat hissələrinin, hansı qiymətə və hansı satış nöqtəsindən alındığını, ümumiyyətlə bu ehtiyat hissələrinin alınmasında onun iştirak edibetmədiyini dəqiqləşdirməmişdir.
52. İddiaçının arvadı olan X3 birinci instansiya məhkəməsində şahid qismində ifadə verərək mübahisəli avtomobili cavabdehdən aldıqlarını və pulun 3-4 aya hissə-hissə veriləcəyi barədə razılıq olduğunu bildirsə də, cavabdehə 16.000 manat pulun verilməsi məsələsinə ümumiyyətlə münasibət bildirməmişdir. Halbuki, ilk iddia verilmiş pulun və təmirə çəkilmiş xərcin cavabdehdən geri alınması barədədir.
53. Digər şahid X5 isə ifadəsində ilk iddiaçı tərəfindən avtomobilə görə pulun verilməsində şəxsən iştirak etdiyini, ilk dəfə Maştağa qəsəbəsində notariat kontorunun qarşısında 8000 manat pulun verildiyini, bundan başqa iddiaçının yoldaşı ilə hər ay 2000 manat aparıb cavabdehin qapısında ona verdiklərini, daha sonra cavabdeh zəng edib pul istədiyinə görə daha 4000 manat pulu aparıb verdiklərini bildirmişdir.
54. Halbuki, ilk iddiaçı həm məhkəməyə verdiyi izahatında, həm də iddia ərizəsində pulun 4000 manat hissəsini avtomobilə dair etibarnamə verildiyi gün, qalan 12.000 manatı isə bundan 3-4 gün sonra cavabdeh zəng edib təcili pul lazım olduğunu bildirdiyinə görə dərhal aparıb verdiyini bildirmişdir.
55. Göründüyü kimi, iddiaçının izahatı ilə şahidin ifadəsində pulun verilməsinə dair məlumatlar bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Belə ki, iddiaçı pulun 4.000 manat və 12.000 manat olmaqla, iki dəfəyə verildiyini bildirdiyi halda, iddiaçının şəxsi sürücüsü işlədiyini bildirən şahid İ.Məlikov pulun 8000 manat, 2000 manat (iki dəfə) və 4000 manat olmaqla, bir neçə ay ərzində verildiyini göstərmişdir.
56. Qeyd edilənlərdən belə qənaətə gəlmək olur ki, iş üzrə şahidlərin verdiyi ifadələr daxilən ziddiyyətli olmaqla, iddia tələbində istinad olunan hallara uyğun deyildir, bu səbəbdən həmin şahid ifadələri ilk iddianın əsaslı olmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz.
57. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
58. Bu mənada kollegiya hesab edir ki, ilk iddiaçının avtomobili cavabdehdən 16.000 manata alması və 8.000 manata təmir etməsinə dair izahatları onun sübut kimi istinad etdiyi şahid ifadələri ilə təsdiq edilmir.
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “AR Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin AR mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18.03.19-cu il tarixli qərarında müəyyən edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
60. Yuxarıda göstərilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, ilk iddia üzrə İddiaçı pul tələbi məhkəmə iclasında sübuta yetməmişdir.
61. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, ilk iddianın təmin edilməməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmuşdur.
62. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin müəyyən edilən halları əsasında hüquqi cəhətdən qiymətləndirərək onları əsassız hesab edir.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 1509/2022 qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.