Məhkəmə qərarları › İş №2(103)-6326/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6326/2021

05.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6326/2021 05.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi X7, ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi vəkil X9 iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı "pul tələbinə dair" ilkin və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı "artıq ödənilmiş pul məbləğinin geri qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1520/21 saylı mülki iş üzrə 26.04.2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 05.12.2009-cu il tarixli nikah müqaviləsinə əsasən 11000 manat kompensasiyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir., İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı "artıq ödənilmiş pul məbləğinin geri qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsi əsassız olduğundan və iddia müddətini tətbiq edərək təmin edilməməsi və iddiaçı Cavabdeh İddiaçı qarşı "artıq ödənilmiş pul məbləğinin geri qaytarılması tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10196,88 manat pulun alınıb ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: Cavabdeh ilə İddiaçı arasında 05.12.2009-cu il tarixdə nikah müqaviləsi bağlanmışdır. Nikah müqaviləsinin 1.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, o cümlədən Cavabdeh məxsus ünvan 2, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak- ər-arvadın hər birinin ayrıca mülkiyyətində hesab edilməlidir. Müqavilənin 3.1-ci bəndinə əsasən, nikahın pozulması halında X13 və X4 qeyd olunan mənzilə olan yaşayış və istifadə hüququ kompensasiya verilməklə itirilir. Bunun təsdiqi kimi nikahın pozulduğu gündən 10 gün ərzində X13 və X10 ümumilikdə 2000 manat məbləğində kompensasiya alır və göstərilən yaşayış sahəsini (evi) pul alınan günü tərk edirlər, həmin ünvan üzrə bir ay müddətində qeydiyyatdan çıxırlar. Nikah müqaviləsinin 4.1-ci maddəsinə əsasən, bu nikahdan həyata gəlmiş övlladların sayından asılı olaraq kompensasiya məbləği hər uşaq üçün 1000 manat məbləğində artırılır. Uşaqlardan biri ayrı cinsdən olduqda isə bunun əvəzində 1000 manat kompensasiyaya əlavə edilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən uşaqların kimlə qalmasından asılı olaraq tərəflərdən birinin qarşı tərəfə onların saxlanılması üçün 100 manat ödənilməsini üzərinə götürmüşdür (səh.17). Cavabdeh ilə İddiaçı 29.12.2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu nikahdan tərəflərin 2 övladı, 03.11.2013-cü ii təvəllüdlü X18, 15.05.2012-ci İİ təvəİlüdlü X14 anadan olmuşdur (səh.11, 12); Həmçinin Cavabdeh İddiaçı əvvəlki nikahdan olan qızı 03.07.2007-ci il təvəllüdlü X11 övladlığa götürmüşdür (səh.10); Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10172/2017 saylı, 11.12.2017-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş, 03.07.2007-ci il təvəllüdlü təvəllüdlü X8, 15.05.2012-ci il təvəllüdlü X6 və 03.09.2013- cü il təvəllüdlü X12 analarının yanında qalması və onların saxlanması üçün cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında İddiaçı xeyrinə aliment tutulması, alimentin tutulmasının 01.11.2017-ci il tarixdən X18, X14, X8 yetkinlik yaşına çatanadək müəyyən edilməsi, qətnamənin alimentin tututması hissəsində dərhal icra edilməsi qət edilmişdir (səh.9); cavabdeh Cavabdeh ilə Yasamal Rayon İcra Hakimiyyəti arasında olan 21.12.2019 evə dair razılaşmaya əsasən, ünvan 1 ünvanında yerləşən 33.85 kv.m olan yaşayış obyekti dövlət ehtiyacları üçün alınmış, alqı-satqı müqaviləsinə əsasən, 51775 manat məbləğində kompensasiya ödənilmişdir (səh.87) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1520/21 saylı mülki iş üzrə 26.04.2021-ci il tarixli qətnaməsi ilə İlkin iddia tələbi qismən təmin edilmiş, 05.12.2009-cu il tarixli nikah müqaviləsinə əsasən Cavabdeh 5100 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh X1rşı "artıq ödənilmiş pul məbləğinin geri qaytarılması tələbinə dair” qarşılıqlı iddia tələbi təmin edilməməsi, qarşılıqlı iddia tələbi təmin edilmədiyinə görə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 377, 386.1, 390, 425, 427.3, 429.1.3, 442, 443.4, 448.1, 448.2, 739.1, 739.2-ci, maddələrinə; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 38, 109; "Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1, 18, 27-ci bəndlərinə; "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14, 77, 129.3, 217, 218-ci maddələrinə istinadən qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış nikah müqaviləsinin şərtlərinə əsasən nikahın pozulması halında İddiaçı və X4 Cavabdeh məxsus mənzilə olan yaşayış və istifadə hüququnun 2000 manat məbləğində kompensasiya verilməklə itirilməsi, tərəflərin birgə nikahından anadan olmuş övlladların sayından asılı olaraq kompensasiya məbləğinin hər uşaq üçün 1000 manat məbləğində artırılması, uşaqlardan biri ayrı cinsdən olduqda isə bunun əvəzində 1000 manat kompensasiyaya əlavə edilməsi və həmin müqavilənin 4.2-ci bəndinə əsasən uşaqların kimlə qalmasından asılı olaraq tərəflərdən birinin qarşı tərəfə onların saxlanılması üçün 100 manat ödənilməsini nəzərdə tutulmasına baxmayaraq, ilkin iddia üzrə Cavabdeh tərəfindən müqavilə şərtləri yerinə yetirilməmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5100 manat məbləğində pul tutularaq, İddiaçı xeyrinə ödənilməlidir.İddia tələbi qalan hissədə təmin edilməməlidir. Artıq ödənilmiş aliment məbləğinin qaytarılmasına dair ailə qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslar mövcud olmadığına görə qarşılıqlı iddia tələb əsaslı hesab edilə bilməz və rədd olunmalıdır. Həmçinin, məhkəmə ilkin iddia üzrə Cavabdeh ilkin iddia tələbinə iddia müddətinin tətbiq olunmasına dair ərizəsini əsassız hesab edərək təmin olunmaması nəticəsinə gəlir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, Yasamal rayon məhkəməsinin 26.04.2021-ci il tarixli, 2(004)-1520/2021 saylı qətnaməsini ləğv edərək, İlkin iddia üzrə iddiaçı X2 ilkin iddia üzrə cavadeh Cavabdeh Yuriyeviçə qarşı müqavilə tələbləri üzrə “pul tələbinə” dair iddasının əsassız olması və iddia müddətinin keçməsi səbəblərindən rədd edilməsi;Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Yuriyeviçin qarşılıqlı iddia üzrə cavabdeh X1rşı qarşlıqlı iddiasının təmin edilərək qarşılıqlı iddia üzrə cavabeh İddiaçı 10196 manat 88 qəpik pulun ilk İddiaçı Anatolyevanadan tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354, 367, 373.2, 377, 427, 428, 439, 446, 1091; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3 iyun 2013-cü il tarixli Plenum Qərarına; Avropa İnsan Hüquqları Məhkəməsinin Avropa İnsan Hüquqları Konvensiyasının “ədalətli məhkəmə baxışı” (Maddə 6); Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 152.1.2, 155, 217, 357, 384; “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, ilk iddia üzrə İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, Cavabdehla 29 dekabr 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan onların 15.05.2012-ci il tarixdə X14, 03.09.2013-cü il tarixdə isə X18 adlı övladları dünyaya gəlmişdir. Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 11 dekabr 2017-ci tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah ləğv edilmiş, uşaqları: 15.05.2012-ci il təvəllüdlü X14, 03.09.2013-cü il təvəllüdlü X18 və 03.07.2007-ci il təvəllüdlü X8, anaları İddiaçı yanında qalmaları şərti ilə, saxlanılması üçün Cavabdeh uşaqların saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərin yarısı miqdarında İddiaçı xeyrinə aliment tutulmasına dair qətnamə qəbul edilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbində göstərmişdir ki, onunla Cavabdeh arasında imzalanmış “Nikah müqaviləsi”nin 3.1-ci bəndinə əsasən, aralarında olan nikah pozulduqda Cavabdeh İddiaçı birinci nikahdan olan qızı Aliyəyə mənzilə olan yaşayış və istifadə hüququnun əvəzi kimi ümumilikdə 2000 (iki min) manat kompensasiya ödəməklə sonuncu qızı ilə birlikdə yaşadıqları mənzili tərk etməlidilər. Nikahda olduqları müddətdə başqa övladları dünyaya gəldikdə isə həmin müqavilənin 4.1 -ci bəndinə əsasən kompensasiya məbləği hər uşağa görə 1000 (bir min) manat, uşaqların ayrı cinsdən olduğu halda isə əlavə olaraq 1000 (bir min) manat da kompensasiyaya əlavə olunacaqdır. Beləliklə də iddiaçı Cavabdeh ona ümumilikdə 11000 (on bir min) manat pul ödəməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin, qarşılıqlı iddia üzrə cavabdeh Şəbinə Kərimova mübahisənin predmeti olmayan ünvan 2 ünvanında yerləşən mənzildən boşanma məqsədi ilə çıxarkən “Nikah müqaviləsinin tələblərini bilərəkdən pozmuş, qeyd olunan ünvandakı mənzil sökülərkən öz razılığını vermiş və baxmayaraq ki, boşanma tarixindən 3 il keçib, yenə də “Nikah müqaviləsində göstərilənləri tələb etməmiş, bununla da qanunla müəyyən edilmiş müddəti buraxmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 11 dekabr 2017-ci tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən qarşılıqlı iddia üzrə cavabdeh Şəbinə Kərimovaya onun 2017-ci ilin yanvar- fevral ayında uşaqları ilə birlikdə yaşadıqları mənzili tərk edən vaxtdan bu günə qədər, məhkəmə qərarı olmadan mütəmadi olaraq öz üç övladma qayğı və maddi yardım etmiş, məhkəmə qərarından sonra isə alimentin ödənilməsində heç bir zaman problemlər yaratmamışdır. Baxmayaraq ki, məhkəmə ilə təyin olan alimentin tutulması 2017-ci ilin noyabr ayından müəyyən edilmişdir, ilk iddia üzrə cavabdeh, 2017-ci ilin əvvəlindən, faktiki nikah münasibətlərinə iddiaçı tərəfindən xitam verilən vaxtdan (fevral ayından) bu günə qədər üç uşağın saxlanılması üçün onlara hər ay mütəmadi olaraq pul vəsaiti çatdırılmışdır. Bundan sonra, Yasamal rayon Məhkəmə İcra və Probasiya şöbəsinin icraçısı vasitəsi ilə birdəfəlik 1000 (bir min) manat, sonralar isə iddiaçının kaıtına öz kartımdan mütəmadi olaraq, hər ay aliment və əlavə kompensasiya məbləğlərini köçürmüşdür. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 2017-ci ildən 2019-cu ilin dekabr ayınadək əmək haqqısı rəsmi 685 (altıyüz səksən beş) manat 25 (iyirmi beş) qəpik təşkil edirdi. 2020-ci ilin yanvar ayından isə 730 (yeddi yüz otuz) manat 00 qəpik təşkil edir. Məhkəmənin qərarına əsasən, ilk iddiaçı Şəbinə Kərimovaya əmək haqqının yarısı məbləğində aliment ödənilməli idi ki, bu da 2017-ci ilin noyabr və dekabr ayları üçün- 685 (altı yüz səksən beş) manat 25 qəpik, 2018ci il üçün 4111 (dörd min yüz on bir) manat 50 qəpik, 2019-cu ildə-4111 (dörd min yüz on bir) manat 50 qəpik, 2020-ci ildə isə-4380 (dörd min üç yüz səksən) manat 00 qəpik təşkil edirdi. Beləliklə ilk iddia üzrə cavabdeh, ilk İddiaçı ümumilikdə 13288 (on üç min iki yüz səksən səkkiz) manat 12 qəpik aliment ödəməli idi. Faktiki olaraq (iş materiallarında olan qəbz və çıxarışa əsasən), ilk İddiaçı 2017-ci ilin fevral ayından bu günə kimi, nəğd verilən pulu hesaba almasaq 23485 (iyirmi üç min dörd yüz səksən beş) manat pul ödənilmişdir. Beləliklə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh artıq ödənilmiş 10196 (on min yüz doxsan altı) manat 88 qəpik borcu yaranmışdır. Bu borcun dəqiq məbləği birinci instansiya məhkəməsi tərəfindən araşdırılması mümkün olsa da məhkəmə qarşı tərəfdən və ya üçüncü şəxslərdən əlavə sübutların təqdim edilməsini və ya artıq ödənilmiş aliment və kompensasiya məbləğlərini müəyyən etmək məqsədilə ekspertiza keçirilməsini həyata keçirməmişdir. Hazırda hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hesabına Cavabdeh tərəfindən köçürülən əlavə məbləğin hesablanması və geri qaytarılması tələbi ilə bağlı araşdırılma aparılması və zəruriyyət olduğu təqdirdə məhkəmə-mühasibatlıq ekspertizanın təyin edilməsini məqsədəmüvafıq hesab edirlər. Əlavə olaraq hesab edir ki, ilkin iddiaçının iddia tələbi mülki qanunvericiliklə bağlı müəyyən edilmiş müqavilə tələbləri üzrə iddia müddəti keçdiyi üçün qəbul edilməməlidir. Birgə yaşadıqları dövr ərzində, ailəni, maddi cəhətdən təmin edən, yalnız Cavabdeh olmuşdur, iddiaçı heç bir yerdə işləməmişdir. Buna baxmayaraq 2017-ci ilin təxminən yanvar-fevral ayının bir günü, əvvəlcədən hazırlanmış ssenari ilə, iddiaçı evdə süni şəkildə münaqişə yaratmış və elə həmin gün uşaqlarla birlikdə yaşadığımız mənzili tərk etmişdir. Cavabdeh dəfələrlə İddiaçı müraciət edərək evə dönməsini xahiş etsə də sonuncu bir daha həmin mənzilə qayıtmamışdır. Həmin vaxt İddiaçı “Nikah müqaviləsi”ndən irəli gələn heç bir iddia tələbi irəli sürməmişdir. Bununla da hesab edirik ki, İddiaçı məqsədli şəkildə 2017-ci ilin fevral ayında mübahisə yaradaraq birgə yaşadıqları mənzili uşaqlarla birgə tərk etdiyi üçün mənzili tərk etdiyinə görə iddia müddətinin axımı 2017-ci ilin fevral ayından başlayaraq hesablanması labüddür. Belə ki, tərəflər arasında imzalanmış 05.12.2009-cu il tarixli nikah müqaviləsinin 3.1-ci və 4.1-ci maddələrində nəzərdə tutulmuş kompensasiya məhz tərəflər nikah münasibətlərinə xitam verdiyi halda, ilk iddiaçı Şəbinə Kərimovanın uşaqlarla birgə mənzili tərk etməsi və başqa yerdə yaşaması üçün müəyyən edilmişdir. İşin hallarından görünür ki, tərəflər arasında nikah Yasamal rayon məhkəməsinin 11.12.2017-ci il tarixli, 2(004)-10172 saylı qətnaməsi ilə pozulmuşdur, lakin kompensasiya tələbi barədə iddia məhkəməyə 14.01.2020-ci il tarixində verilmiş və qeydiyyatdan keçmişdir. Görünür ki, mülki və ailə qanunvericiliklə tətbiq edilən üç illik iddia müddəti ilkin iddiaçı tərəfindən ötürülməsi səbəbindən iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qəbul edilməməli idi. Belə ki, tərəflər arasında nikah faktiki olaraq 2017-ci ilin fevral ayından, məhkəmə qətnaməsi ilə isə 2017-ci ilin dekabr ayında pozulmuşdur. İşin əhəmiyyətli halı odur ki, nikah münasibətlərinə xitam verilərkən Cavabdeh aliment məbləği və sair tələblərlə razılaşmışdır, bununla da onun birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya qaydasında şikayət verməyəcəyi iddiaçıya məlum idi. Bununla da, iddiaçının Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən mənzildən boşandıqdan sonrakı üç il ərzində, yəni 12.12.2017-ci il tarixdən başlayaraq 12.12.2020-ci il tarixinə qədər mənzilə görə kompensasiya tələb edə bilərdi ki, bunu etməmişdir. Üç il ərzində sözügedən mənzil rekvizisiya nəticəsində sökülmüş və İddiaçı da mənzilin sökülməsinə və satılmasına yazılı razılıq vermişdir. Yuxarıda göstərilənlərdən belə qənaətə gəlmək olar ki, ilkin iddiaçının nikah müqaviləsinə xitam verildiyi vaxtdan iddia ərizəsi verdiyi zamana da daxil olmaqla iddia verilən tarixədək kompensasiya məsələyə də toxunmaması, eləcə də, nikah müqaviləsinin 3-cü və 4-cü maddəsində nəzərdə tutulmuş şərtlərdən irəli gələrək hesablanmalı olan ümumi 5000 (beş min) manatdan xeyli çox kompensasiya, yəni iddia ərizəsində tələb olunan 11000 (on bir min) manat ödənişin tələb edilməsi iddiaçının müqavilədən xəbərsiz olduğunu və əsassız varlanma niyyətinin olduğunu açıq-aydın əks etdirir. Əlavə olaraq, İddiaçı Yasamal Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Yuriyeviçdən alimentin məbləğinin artırılmasını tələb etmişdir. Fikrimizcə, iddiaçının qanunvericiliklə müəyyən edilmiş heç bir səbəb olmadan alimentin artırılmasını tələb etməsi, eyni zamanda nikah münasibətlərinə xitam verilməsindən üç il sonra iddia qaldıraraq kompensasiya tələb etməsi onun əsassız varlanma niyyətinin olduğunu əks etdirir. Nikah müqaviləsinin 4.2-ci bəndinə görə, nikah müqaviləsinə xitam verildikdən sonra uşaqların kimin yanında qalmasından asılı olaraq tərəflərdən biri o biri tərəfə 100 manat kompensasiya ödəməlidir. Lakin, ilk İddiaçı cavabdehdən bu məbləği də uşaqları götürərək evdən getdikdən sonra, o cümlədən nikah məhkəmə qaydasında pozulduqdan sonrakı üç il ərzində tələb etməmişdir. Yasamal rayon məhkəməsi cavabdehdən 5100 (beş min yüz) manat məbləğində kompensasiyanın ödənilməsi, cavabdehin qarşılıqlı iddiasının qəbul edilməməsini qət edərkən işin faktiki və hüquqi hallarına diqqət yetirməməsini həm də onunla əsaslandıra bilər ki, 05.12.2009-cu il tarixli nikah müqaviləsinin 3.1-ci bəndinə görə, Kərimova (Əliyeva) Səbinə Anatolyevna və X15 qeyd edilən mənzili nikahın yozulduğu 10 gün ərzində 2000 manat məbləğində kompensasiya alır və mənzili pııl alınan gün tərk edirlər, həmin ünvan üzrə bir ay müddətində qeydiyyatdan çıxırlar. Halbuki, İddiaçı 2017-ci ilin fevral ayında qəsdən ailədə mübahisə yaratmış və nikah münasibətlərinə aydınlıq gətirilməsi məqsədilə Cavabdeh İddiaçı müraciət etməsinə baxmayaraq, iddiaçı onun münasibətlərinə cavab verməmişdir. Digər tərəfdən iddiaçının mənzili tərk etdiyi və faktiki nikah münasibətlərinə son qoyduğu 2017-ci ilin fevral ayının ortalarından keçən 10 gün ərzindən sonra, o cümlədən, nikah pozulması barədə Qətnamənin qəbul edildiyi 11.12.2017-ci il tarixdən başlayaraq üç il ərzində iddiaçının nədən kompensasiya tələb etməməsini məhkəmə araşdırmamışdır. Belə ki, həmin dövrdə iddiaçı cavabdehə qarşı soyuq münasibət göstərdiyi üçün onun telefon zənglərinə cavab verməmiş, cavabdehin uşaqların harada yaşaması barədə maraqlanmasına mənfi münasibət göstərmişdir. Bununla da, iddiaçının müqavilənin 3.1 -ci bəndinə və mülki qanunvericiliyə müvafiq olaraq, faktiki nikah pozulduğu günün ertəsi günündən başlayaraq keçən nəinki 10 gün ərzində, hətta nikahın pozulması barədə qətnamənin qəbul edildiyi 3 il ərzində belə Cavabdeh müraciətlərinə cavab verməmiş, hər cür danışıqlardan yayınmışdır. Belə ki, iddiaçının nikah müqaviləsi ilə kompensasiya tələb etmək hüququna dair iddia müddəti 12 dekabr 2020-ci il tarixində bitməsinə baxmayaraq, halbuki iddia ərizəsi Yasamal Rayon Məhkəməsinə 14.01.2021 -ci il tarixində verilmiş və məhkəmə tərəfindən iddia müddətinin tətbiqi məsələsini tam araşdırmamış və düzgün nəticəyə gəlməmişdir. Həmçinin, hesab edir ki, kompensasiya tələb etmə barədə iddiaçının hüququn pozulması barədə iddia müddətinin axımının başlanğıcı faktiki nikah münasibətlərinə son qoyulduğu tarix, yəni 2017-ci ilin fevral ayının son həftəsindən hesablanaraq başlanmalıdır. Digər tərəfdən isə nikahın pozulması barədə Qətnamə qəbul edilməzdən öncə, yəni məhkəmə prosesi getdiyi vaxt ərzində, eləcə də nikahın pozulması barədə qətnamə qəbul edildiyi tarixdən sonrakı 10 gün ərzində iddiaçı cavabdehə mənzildən köçməsi səbəbindən kompensasiya tələb etməli idi. Nikahın pozulması və işin digər halları artıq tərəflərə artıq məhkəmə qətnaməsi qəbul edilməzdən öncə məlum olmuşdur. Bundan əlavə həm də o qeyd edilməlidir ki, ilkin iddia üzrə iddiaçının nümayəndəsi bir neçə dəfə və ayrı ayrı iclaslarda öz təşəbbüsü ilə tərəfindən məhkəmə iclas zalında bildirmişdir ki, ilkin iddia üzrə Cavabdeh ona dəfələrlə bildirmişdir ki, ilk iddiaçı Şəbinə Kərimovanın bank kartına, icraçının vasitəsi ilə və özünə alimentin miqdarından artıq verdiyi miqdarda pulları nikah müqaviləsi üzrə göstərilən kompensasiyaya aid olan məbləğlərə dair pulları ödəmişdir (bu vakt eləktron məhkəmə portalında video və audio yazı ilə qeydə alınması ilə öz təsdiqini tapır). Qeyd edim ki, qarşılıqlı iddiamızın tələbində göstərilən faktların ilkin iddiaçının nümayəndəsinin məhkəmə baxışı zamanı verdiyi ifadələrdə də təsdiq edilmişdir. Bununla da, apellyasiya instansiyası tərəfindən birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməsinin maddi və prosesual hüquq normalarını pozaraq qəbul edildiyi üçün ləğv edilməsini, hazırki mübahisə üzrə ətraflı araşdırma apararaq iddiaçının iddiasının rədd edilməsini və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Yuriyeviçin qarşılıqlı iddia tələbinin qəbul edilməklə, qarşılıqlı iddia üzrə cavabeh İddiaçı 10196 (on min yüz doxsan altı) manat 88 qəpik pulun tutulmasını zəruri hesab edir. İlk iddiaçının ərizəsində göstərilən tələb iddia müddətinin ötürülməsi, öhdəliyin kreditor kimi iddiaçının kobud və etinasız davranışı nəticəsində, borclunun təqsiri olmadan icra edilmədiyi və faktiki olaraq icra edildildiyi üçün təmin edilməməlidir. Digər tərəfdən, qarşılıqlı iddia üzrə iddiaçı pul öhdəliyini məhkəmə qətnaməsi ilə müəyyən edilmiş həddən artıq ödədiyi kompensasiya məbləğinə dair ödənişin qarşılıqlı iddianın məhkəmə tərəfindən qəbul edilməsi qanunauyğundur. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı)nümayəndəsi vəkil X19 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli evin satılıb-satılmamasının araşdırılmadığını, iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyini, hakimin qətnamənin qəbul edilən vaxtdan deyil qanuni qüvvəsini aldığı vaxtdan iddia müddətini hesabladığını, yəni 11.12.2017-ci il tarixdən hesablanmalı olduğu halda, 14.01.2021-ci il tarixdən, İqorun iddiaçının hesabına aliment borcu və əlavə ödəniş olaraq - 10000 manat pul ödənildiyini, İqorun Səbinə xanıma kompensasiya məbləği ödədiyini bildirdiyini, lakin qarşı tərəfin bunu qəbul etmədiyini, ödənişlərin sadəcə aliment məbləği deyil, həm də məhkəmə iclasında X7 da kompensasiya məbləğini aldığını etiraf etdiyini, icracı tərəfindən verilmiş əmək haqqı haqqında hesabat barədə arayış üzrə artıq məbləğin ödənildiyinin göstərildiyini, həmçinin vəsatət verərək həmin arayışın əslinin təqdim edilməsi üçün vaxt verilməsini xahiş etdiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi X17 apellyasiya şikayətini qəbul etməyərək, İqordan 10000 manat məbləğində kompensasiya pulunun alındığını demədiyini, İqorun özünün aliment ya kompensasiya pulunun ödəyib-ödəməməsini bilmədiyini, İqorun özünün aliment borcuna görə əmək haqqının 50% faiz tutulmasına razı olduğunu, başqa səbəbə görə onlara ödəniş etmədiyini bildirmiş və şikayətin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31-40, 109; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 385-390, 404, 442, 560; MPM-nin 14.2, 76, 77, 80-82, 106.2, 119, 216, 217.3, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırki mübahisəli münasibətlərinə uyğun qətnamə qəbul etmiş və cavabdeh tərəfindən onun dəyişdirilməsi və ya ləğv edilməsi üçün təkzibedici mötəbər sübutlar təqdim edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, cavabdehin iddia müddətinə istinad edərək onun tədqiq edilməsində israrlı olması ilk iddia üzrə iddianın qəbul edilməsinə işarə edir, ödənişlərin geri alınması üzrə qarşılıqlı tələbin isə nikah müqaviləsi üzrə kompensasiya kimi verilməsi sübuta yetirilmir və alimentin geri alınması üzrə dispozitiv əsaslar müəyyən edilmir. İddia müddətinin hesablanması zamanı gəldikdə isə qeyd edilməlidir ki, nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır Ailə Məcəlləsinin 23.1-ci maddəsi). Qeyd edilənlərə əsasən qətnamə dəyişdirilmədən saxlanılmalı və məhkəmələrə müraciətlərlə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri isə (tələb olmadığından) tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi Vəkil tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1520/21 saylı mülki iş üzrə 26.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar