Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6329/2022 27.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əlavə xərclərin tutulması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2304/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Tərəflər xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9 doğulmuşdur. Hal-hazırda tərəflərin ailə münasibətləri pozulmuş və nikahları formal xarakter daşıyır. Tərəflərin birgə nikahdan doğulmuş övladları xx.xx.2017-ci il təvəllüdlü X1 yaranmış xəstəlik ilə əlaqədar onun üzərində cərrahi əməliyyat aparılmışdır. Tərəflərin izahatlarına əsasən nikahları pozulduqdan sonra hər uşaga görə 100 manat məbləğində aliment tutulması müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “əlavə xərclərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və Cavabdeh birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X6 müalicəsi ilə əlaqədar Cavabdeh əlavə xərclərə cəlb edilməklə uşağın müalicəsinə 553,22 manat məbləğində çəkilmiş xərcin yarısının, yəni 276,5 manat, övladları X6, X4 və X2 və normal inkişafı üçün alınmış dərman, vitamin və qida əlavələrinə sərf olunan 733,06 manat vəsaitin yarısı, yəni 366,53 manat, habelə hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün mediasiya prosesində iştirakla bağlı ödənilmiş dövlət rüsümunun əvəzi olaraq 50 manat, cəmi 693,03 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan üç övladı anadan olmuşdur: xx.xx.2016-cı il təvəllüdlü Nigar, xx.xx.2017-ci il təvəllüdlü Hüseyn və xx.xx.2017-ci il təvəllüdlü Kamal. Ailə münasibətləri əvvəllər normal olsa da, sonradan bu münasibətlər pisləşmişdir. Ailə münasibətlərinin pisləşməsinə səbəb Cavabdeh onu evin bir xanımı kimi saymaması, ona hörmət etməməsi, ailəsinin maddi ehtiyaclarını tam ödəməməsi, ailə büdcəsi ilə bağlı qərarlarının təkbaşına verməsi və sair hərəkətlər olmuşdur. Cavabdeh bütün bu hərəkətləri son nəticədə faktiki ayrılmağına əsas olmuşdur. Hazırda o, birgə övladları Nigar, Hüseyn və Kamal ilə birlikdə Cavabdeh ayrı yaşayırlar. Cavabdeh ilə faktiki ayrıldığı vaxtdan, övladlarının bütün maddi və mənəvi təminatı onun üzərinə düşmüşdür. Cavabdeh bu çətin dövrdə üç uşağın saxlanılmasında ona köməklik etmir və etmək niyyətində də deyil. Məhkəmə qətnaməsi ilə övldalarının saxlanılması üçün müəyyən edilmiş alimenti belə Cavabdeh vaxtı-vaxtında ödəmir. Hazırda onun 2.000 manatdan artıq aliment borcu yaranmışdır. Həmçinin qeyd edir ki, cavabdehlə birgə övladı xx.xx.2017-ci il təvəllüdlü X9 uzun müddət hərəkət etməkdə narahatçılıqları və qasıq nahiyyədə ağrıları olduğuna görə, mütamadi olaraq konservativ müalicə götürmüşdür. Lakin həmin müalicələr effekt vermədiyinə və ağrılar davam etdiyinə görə, “LANSET” Cərrahlıq Klinikasına müraciət olunmuşdur. Həmin klinikada övladına “sağ tərəfli qaşıq yırtığı, sağ toxum ciyəsinin sisti” diaqnozu qoyulmuş və əməliyyat olunmasının zəruriliyi bildirilmişdir. xx.xx.2021-ci il tarixdə övladı Kamal əməliyyat olunmuşdur. Əməliyyatdan əvvəl analizələrə görə 80 manat, əməliyyat üçün 400 manat, ƏDV olaraq 73,22 manat, cəmi isə 553,22 manat məbləğində vəsait xərcləmişdir. Hesab edir ki, həmin xərclərin yarısı Cavabdeh aid edilməlidir. “LANSET” Cərrahlıq Klinikası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 0711125№-li epikrizdən görünür ki, övladı X9 üzərində xx.xx.2021-ci il tarixdə “Sağ tərəfli Martınov üsulu ilə hernioplastika” cərrahi əməliyyatı aparılmışdır. Həmin Klinika tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 15 №-li və 59 №-li satış çeklərindən görünür ki,X6 analiz və əməliyyat xərclərinə görə cəmi 553,22 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bundan başqa, həm övladı Kamalın, həm Hüseynin, həm də Nigarın səhhəti və normal inkişaf etməsi üçün çoxsaylı dərman, vitaminlər, qida əlavələri alınmışdır. Bunlar həm həkim tərəfindən yazılmış reseptlər əsasında, həm də özünün təşəbbüsü ilə alınmışdır (özünün ali tibb təhsili vardır). Qeyd edilən Bu fakt iddia ərizəyə əlavə olunmuş reseptlər və çeklərlə təsdiq olunur. Qeyd olunan sənədlərə əsaslanaraq hesab edir ki, X6 müalicəsinə, habelə hər üç övladının səhhəti və normal inkişafı üçün alınmış dərman, vitamin və qida əlavələrinə sərf olunan həmin xərclərə Cavabdeh cəlb olunması və həmin məbləğin yarısının Cavabdeh onun xeyrinə tutulması barədə hazırki iddia tələbi əsaslıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X6 müalicəsi üçün çəkilmiş 553,22 manat xərcin yarısı, yəni 276,5 manat, xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X3 və normal inkişafı üçün alınmış dərman, vitamin və qida əlavələrinə sərf olunan 733,06 manat vəsaitin yarısı, yəni 366,53 manat pul vəsaiti və 50 manat mediasiya xərci olmaqla, cəmi 693,03 manat İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il təvəllüdlü X6 əməliyyat, analiz və müalicə xərcləri, eyni zamanda X6, X4 və X2 və normal inkişafı üçün alınmış dərman, vitamin və qida əlavələrinə sərf olunan 733,06 manat vəsait İddiaçı tərəfindən çəkilmişdir. Həmin xərclər müəyyən edilən zaman məhkəmə tərəfindən iş üzrə təqdim edilmiş ödəniş qəbzləri, çəkilmiş xərclər təqdim edilmiş sübutlar əsasında hesablanmışdır. Bundan əlavə məhkəmə hesab etmişdir ki, bu öhdəliklər bərabər olaraq valideynlərin üzərinə qoyulduğundan, ödənilmiş və ödəniləcək məbləğ də onların arasında bərabər bölünməlidir. Məhkəmə Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələblərini nəzərə alaraq, yəni valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olduqlarına görə hesablanmış xərcin yarısının Cavabdeh alınıb İddiaçı ödənilməsini ədalətli və əsaslı hesab edir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 81.1, 81.2, 81.3; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217, 220.5-ci maddələri ilə əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsində icraat: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iş üzrə araşdırılmaslı olan hallar tam olaraq aydınlaşdırılmamış, belə ki, məhkəmə müəyyən etməli idi ki, iddiaçı uşaqların qeydiyyatda olduğu klinikaya nə üçün müraciət etməyib və uşaqların səhhətində olan hər hansı bir həkim rəyi almayıb və həmin həkim rəyində uşaqın cərrahiyyə əməliyyatına möhtac olub-olmaması aydınlaşdırılmayıb və tibbi sığortadan nə üçün istifadə edilməyib. Məhkəmədə iddiaçı tərəf sübut etməli idi ki, uşaq X6 cərrahiyyə əməliyyatına ehtiyac var və bununla bağlı tibbi sığortaya müraciət edilib və tibbi sığorta tərəfindən cərrahiyyə əməliyyatının aparılmasından imtina edilmişdir. Lakin buna dair məhkəmədə heç bir sənəd təqdim edilməyib. Məhkəmə qətnaməsində qeyd edilir ki, uşağın cərahiyyə əməliyyatına və əlavə qidalara dair iddialar təmin edilir. Əlavə qidaya uşaqların ehtiyacı olması və buna dair tibbi sığortaya müraciət və tibbi sılğortanın bundan imtina etməsi barədə hər-hansı bir sənəd mülki işin sənədləri içərisində yoxdur. Çünki məhkəmə araşdırması zamanı məhkəmədə belə sənədlər müzakirə olunmamışdır. Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi: 49.1-ci maddəsinə əsasən,18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-ci maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Mülki Prosessual Məcəllə: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu mənada qeyd olunmalıdır ki, iddiaçının iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 81-ci maddəsi təşkil edir; həmin maddi hüquq normasına görə isə, “alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmamış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqlargn ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər”. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməsə də uşaqlara lazımi qayğı göstərməməsi səbəbindən uşaqların səhhətində problem olduğunu etiraf etmiş, lakin, bu problemlərin yaranmasında iddiaçını günahlandırmış, bu halı təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. İddiaçı tərəf isə əksinə uşaqlardan birinin xx.xx.2021-ci il tarixdə əməliyyat olunması ilə bağlı sənəd təqdim etmiş və həm həmin üşağın, həm də digər uşaqların səhhəti və normal inkişaf etməsi üçün çoxsaylı dərman, vitaminlər, qida əlavələri alınmasına dair həkim tərəfindən yazılmış reseptlər və ceklər təqdim etmişdir. Tərəflərin izahatlarından görünür ki, məhkəmə qətnaməsi ilə uşaqların saxlanılması üçün 100 manat məbləğində aliment müəyyən edilmişdir. Cavabdeh alimenti vaxtlıvaxtında ödəməsini göstərsə də, iddiaçı bunu təsdiq etməmiş, hazırda onun 2.000 manatdan artıq aliment borcu yaranmasını bildirmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0 və 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi bu Məcəllənin vəzifələrindən biridir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası 19 may 1998-ci il tarixli Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» BMT-nin konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur Birləşmiş Millətlər Təşkilatının «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar Apellyasiya şikayətinin məzmunundan aydın olur ki, apellyator şikayətini əsasən uşaqlarının əlavə xərclərə cəlb olunmasına dair sübutların olmaması üzərində qurmuşdur. Lakin məhkəmə kollegiyası yuxarıda istinad edilən daxili və beynəlxalq qanunvericilik normalarına əsasən hesab edir ki, cavabdeh hər bir halda bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli, onların təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqlarının tələbatını təmin etməlidir. Kollegiya xüsusi ilə vurğulayır ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcüd qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş uşaqlara yalnız aliment ödəməsi yolu ilə onların qayğı və problemlərinin tam və hərtərəfli həllinə imkan vermir. Kollegiya bu qənaətini “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanunun müddəaları ilə əsaslandırır. Belə ki, həmin Qanuna əsasən Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Qanunun 1.0.2, 1.0.3-cü maddələrinə görə yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Əhalinin əsas sosial-demoqrafik qrupları - yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlilliyi olan şəxslər, uşaqlar və s). "Azərbaycan Respublikasında 2022-cı il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-cı il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir Kollegiya qeyd edir ki, qanunverici sabit məbləğdə müəyyən edilən aliment məbləğinin uşaqlar üçün dövrün yaşayış minimumu həddində və uşağın minimum tələblatlarının tam təmin edilməsi yönəlmiş hüquqi tədbirlər müəyyən etməklə yanaşı, həmçinin valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilməsini də təsbit etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək bu dəlillərə tənqidi yanaşır və hesab edir ki, Azərbaycan Respublikasında dövlət tibb müəssisələrində tibbi xidmət pulsuz olsa da, hər kəs səhhəti ilə bağlı özünün seçiminə görə pulu xidmət göstərək özəl tibb müəəsisələrinə də müraciət etmək hüquqları vardır. Hazırki iş üzrə iddiaçının dövlət tibb müəsisəsinə deyil, özəl tibb müəssisəsinə müraciət etməsi, icbari tibbi sığortadan istifadə etməməsi iddianın əsassız olmasını təsdiq etmir. İddiaçının uşaqların saxlanması üçün tələb olunan əlavə xərcələrdə cavabdehdən iştirakına dair tələb hüququ ilk növbədə onların ümumi uşaqların mənafeyi üçündur və bu halda cavabdehin iddiaçıdan bu məqsədlə zəruri olan xərclərə dair sübutlar təqdim etməsini tələb etməsi kollegiyanın qənaətinə görə onun uşaqların saxlanmasında valideyn kimi iştirak etməkdən yayınmaq üçün hüquqlarından sui-istifadə etməsi və vasitə axtarmaqdan başqa bir şey deyildir. Halbuki, cavabdeh də bir valideyn kimi hər 3 uşağının maddi tələblatlarını ödəməyə məcburdur. Bu onun konstitusiyon vəzifəsidir. Kollegiya qeyd edir ki, uşaqların xəstəliyi ilə əlaqədar zəruri dərman preparatlarının alınması, nəqliyyat və digər əlavə xərclərin çəkilməsi labüddür və yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq, birinci instansiya məhkəməsi düzgün olaraq iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası ididaçının və uşaqların diqqətəlayiq olan digər maraqlarını nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə uyğun olaraq qəbul edilmiş və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə hesablanmışdır. Qanunvericiliyə əsasən də uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almaqla, mübahisəni tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəldiyindən apellyasiya şikayətinin dəlillərini əsassız sayır, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması nəticəsinə gəlir. Kollegiya bu qənaətə gələrkən nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Cavabdehin apellyasiya şikayəti yəmin edilməsin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Xumar Mərdanova Hakimlər Elnur Həsənov Vahid Sadıqov