Məhkəmə qərarları › İş №2(103)-6371/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6371/2021

17.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6371/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilələrin ləğv edilməsi” dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4092/2021 saylı, 23 aprel 2021-ci il tarixli qərardadından Cavabdeh2 şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Əliyeva X1 Rasim Yusif oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2007-ci il buraxılışlı, Qara metallik rəngli, Mühərrik nömrəsi: 6G72TH2240 olan, Ban nömrəsi: JMYLRV93W8J709035 olan, dövlət qeydiyyat nişanı **-TA-*** olan, Mitsubishi Pajero minik avtomobilinin alqı-satqısı haqqında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 23.09.2019-cu il tarixli müqavilənin ləğv edilməsi və 2007-ci il buraxılışlı, Qara metallik rəngli, Mühərrik nömrəsi: 6G72TH2240 olan, Ban nömrəsi: JMYLRV93W8J709035 olan, dövlət qeydiyyat nişanı **-TA-*** olan, Mitsubishi Pajero minik avtomobilinin Cavabdeh2 alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, həmçinin iddianın təmin edilməsi barədə ərizə təqdim edərək, məhkəmədə işə mahiyyəti üzrə baxılıb qurtaranadək 2007-ci il buraxılışlı, Qara metallik rəngli, Mühərrik nömrəsi: 6G72TH2240 olan, Ban nömrəsi: JMYLRV93W8J709035 olan, dövlət qeydiyyat nişanı **-TA-*** olan, Mitsubishi Pajero minik avtomobilinin üzərinə həbs qoyulması və həmin avtomobilin saxlanılaraq (və ya olduğu yerdən götürülərək) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 müvafiq dayanacağında saxlanılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4092/2021 saylı, 23 aprel 2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, “Mitsubishi Pajero” markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Həmin qərardaddan Cavabdeh2 şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini avtomobilin vicdanlı alıcısı olduğu və avtomobilin iddiaçıya aidiyyəti olmadığı arqumenti ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin 24 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyrimümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Ona görə də, iddianı təmin tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların, mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Buna görə, iddianı təmin tədbirinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. Bu mənada nəzərə almaq lazımdır ki, hazırkı məhkəmə icraatı iddiaçının cavabdehə qarşı məhz sözügedən avtomobilin alqı-satqısına dair müqavilənin ləğv edilməsi və avtomobilin ona qayatırlması tələbi əsasında başlanmaqla, iddiaçı məhz avtomobilin ona məxsus olduğunu irəli sürdüyü həmin əmlakların özgəninkiləşdirilməsinin qadağan olunmasını, yəni həmin obyektlərin iddiasının təmini üsulu kimi (gələcəkdə lehinə çıxarılacaq qətnamənin icrasının təmini məqsədilə) qorunmasını xahiş etmişdir. Bu baxımdan kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi şikayət mövzusu qərardadı qəbul etməkdə haqlı olmuşdur. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı iddia tələbində sözügedən avtomobilə dair bağlanmış alqı-satqı müqavilələnin ləğv edilməsini edilməsini tələb edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4092/2021 saylı, 23 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar