Məhkəmə qərarları › İş №2(103)-6408/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6408/2020

13.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6408/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, İkram Sabir oğlu Şirinov və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızıznın katibliyi ilə Cavabdeh nümayəndəsi-vəkili X8 oğlunun iştirakı ilə İddiaçı X2 Cavabdeh qarşı aliment məbləğinin dəyişdirilməsi barədə iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-683/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 Cavabdeh qarşı alimentin məbləğinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi təmin edilərək, xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının və ya başqa gəlirlərinin 1/4 miqdarında alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir. Cavabdeh məhkəmənin həmin qətnaməsindən xx xxx 2020-ci il tarixdə apelyasiya şikayəti vermiş, eyni zamanda xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət edərək qətnamədən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-683/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadına əsasən Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-683/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı X1 iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Xətai Rayon Məhkəməsinin 2(011)-683/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh məhkəmənin sözügedən qətnaməsini xx xxxxxx 2020-ci il tarixdə xəbərnaməyə imza etməklə qəbul etmiş və xx.xx.2020-ci il tarixdə həmin qətnamədən verdiyi apelyasiya şikayətini Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim etmişdir. Lakin cavabdeh apelyasiya şikayətinə dövlət rüsumu haqqında qəbzi əlavə etmədiyindən, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardadın surətini cavabdehin nümayəndəsi xx.xx.2020-ci il tarixdə məhkəmə qəbzinə imza edərək qəbul etmiş, lakin apelyasiya şikayəti verilməsi üçün dövlət rüsumunu müddətin bərpası barədə ərizə ilə birlikdə verdiyi apelyasiya şikayətinə əlavə edərək, xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Cavabdeh qərardadda göstərilən nöqsanı (dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə etməməsini) aradan qaldırmaqla, apelyasiya şikayətini ən geci xx.xx.2020-ci il tarixdə verməli olduğu halda, xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim etməklə qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Cavabdeh məhkəmə qətnaməsini xx.xx.2020-ci il tarixdə almış, apelyasiya şikayətini xx.xx.2020-ci il tarixdə poçt şöbəsinə vermiş və onun apelyasiya şikayəti məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Cavabdeh apelyasiya şikayətinin geri qaytarılması barədə qərardadı əldə etmiş və bu barədə müddətin bərpası barədə ərizəsində də qeyd etmişdir. Azərbaycan Respublikası MPM-in128.2-ci maddəsinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır (MPM, 128.3-cü maddə). Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. (Mülki Prosessual Məcəlləsinin 129.2-ci maddəsi) Göründüyü kimi cavabdehin sözügedən qətnamədən qətnamədən apellyasiya şikayəti verməsi üçün kifayət qədər vaxtı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Kollegiya hesab edir ki,qətnamədən apellyasiya şikayəti verilmə müddəti üzürlü səbəbdən olmadan ötürüldüyündən, müddəti bərpa etməməklə apellyasiya şikayətinin geri qaytarılmasını qərara almaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400,405-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar