Məhkəmə qərarları › İş №2(103)-6423/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6423/2025

06.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6423/2025 06.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X12 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, e-2(004)-5089/2025 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ayrı – ayrılıqda verilmiş apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı qardaşı - Cavabdeh QSC-də mexanik köməkçisi işləmiş X18 16 fevral 2023-cü il tarixdə, saat 13 radələrində təmir işləri davam etdirilən zaman X6 birlikdə təmir etdikləri “NEW HOLLAND TD 95HC” markalı, 11- K-455 dövlət qeydiyyat nişanlı traktorun sürətlər qutusunu çəngəlağız yükləyici vasitəsilə traktorun yanına daşıyaraq üzərinə bağladıqdan sonra “bartavoy” adlanan digər ehtiyat hissəsini traktorun yanına daşımaq məqsədilə yükləyicini Rəşid Əliyevin kəməri “bartavoy”a bağladığı divarın yanına sürüb, həmin vaxt onun idarə etdiyi çəngəlağız yükləyici ilə divar arasında dayanmış X11 bir tərəfini “bartavoy” adlanan ehtiyat hissəsinə bağladığı kəmərin digər tərəfini çəngəlağız yükləyicinin çəngəllərinə bağlaması üçün çəngəlağız yükləyicini dayandırmış, müvafiq təlimatların tələblərini pozaraq X11 çəngəlağız yükləyici ilə divar arasında olmasına görə sonuncunun çəngəlağız yükləyici ilə divar arasında sıxılıb qalaraq xəsarətlər ala biləcəyi və aldığı xəsarətlərdən ölə biləcəyi, “bartavoy” deyilən ehtiyat hissəsinin bağlandığı kəmərin qırılıb X11 üzərinə düşə biləcəyi və digər ağır nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda cinayətkarcasına etinasızlıq edərək onları görməyib idarə etdiyi çəngəlağız yükləyicinin çəngəllərini özünün gözləri səviyyəsində yuxarı qaldırdığı üçün hərəkəti məhdudlaşdıran divarla çəngəlağız yükləyicinin arasında olan X13 görməməsinə baxmayaraq avtoyükləyicini sonuncuya tərəf sürüb X11 başını və bədənini çəngəlağız yükləyicinin ön tərəfində olan yükləyici mexanizmin çəngəli ilə divara sıxaraq X2 tağı, kəllə əsası və üz skelet sümüklərinin çoxsaylı, qəlpələnmiş, fraqmentləri yerini dəyişmiş, açıq və xətti sınıqları, baş beyin toxumasının əzilməsi, sol bazu sümüyünün yuxarı üçdə-birinin fraqmentləri yerinidəyişmiş qapalı sınığı, sol bazu oynağı nahiyəsinin qançırı, daxili üzvlərin venoz azqanlılığı xarakterli, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik, kəllə tağı və kəllə əsası sümüklərinin sınıqları, baş beyin toxumasının əzilməsi nəticəsində onun ölümünə səbəb olmuş xəsarətlər yetirərək X13 ehtiyatsızlıqdan öldürmüşdür.

2. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(020)-57/2023 saylı hökmünə əsasən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qazancının 20%-i dövlət nəfinə tutulmaqla, 2 il müddətə islah işləri cəzasına məhkum edilmişdir.

3. X8 Bakı şəhəri 35 saylı Notariat ofisi tərəfindən notarial qaydada təsdiqlənmiş xx.xx.2023-cü il tarixli ərizəsində qeyd olunmuşdur ki, X11 hüquqi varisi kimi ona və ailəsinə dəyən ziyan ödənilmişdir. Bu səbəbdən X3 və Cavabdeh QSC-yə qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaq.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-dən İddiaçı xeyrinə 50000 manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 manat, ümumilikdə 50125 manat pulun və ödənilmiş 240 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, X6 texniki xidmət göstərilməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 10 mart 2021-ci il tarixli, 00029Ag/21 nömrəli müqavilənin şərtlərinə uyğun olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin MKT-Beyləqan filialının 09 iyun 2022-ci il tarixli müraciəti əsasında Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin işçiləri tərəfindən həmin filialın texnika parkında təmir edilməsi üçün sökülmüş, lakin zəruri ehtiyat hissələri olmadığından həmin vaxt təmir edilməmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Baş X19 Müfəttişliyi tərəfindən verilmiş 06 fevral 2018-ci il tarixli, TH seriyalı, 034452 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində olan “NEW HOLLAND TD 95HC” markalı, 11-K-455 dövlət qeydiyyat nişanlı traktorun təmir edilməsi üçün Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 13 fevral 2023-cü il tarixli, 41 və 42 nömrəli ezamiyyət vəsiqələri əsasında Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin Texniki xidmət şöbəsində mexanik köməkçisi işləmiş X18 ilə birlikdə Beyləqan rayonuna ezam olunduqları üçün 13 fevral 2023-cü il tarixdə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus “İVECO” markalı, **- JO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Rəşid Əliyevlə birlikdə Beyləqan rayonu, Birinci Şahsevən kəndinin inzibati ərazisində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin MKT-Beyləqan filialına gələrək elə həmin gün filialın texnika parkında “NEW HOLLAND TD 95HC” markalı, 11-K-455 dövlət qeydiyyat nişanlı traktorun təmirinə başlamış, 16 fevral 2023-cü il tarixdə, saat 13 radələrində təmir işləri davam etdirilən zaman o, «Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydaları»nın (NPAOP 63.12-1.05-79) 5.9 bəndinin “səhiyyə nazirliyinin tələblərinə uyğun tibbi müayinədən keçmədən, nəqliyyat vasitəsinin köməkçi avadanlığının idarə olunmasının xüsusi proqramını keçmədən, yol hərəkəti qaydaları üzrə təlim keçmədən, müəssisə üzrə təyin edilmiş kvalifikasiya komissiyasından attestasiya keçmədən avtoyükləyicinin idarə edilməsinə icazə verilməməsi” barədə tələblərini, “№ 3 Çilingər və onun şagirdi üçün əməyin təhlükəsizliyi haqqında” Təlimatın 27-ci bəndinin “iş günü prosesi ərzində ona aidiyyəti olmayan kənar işləri yerinə yetirməyin qadağan edilməsi” barədə tələblərini pozaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Beyləqan X23 Mərkəzi tərəfindən verilmiş AZ seriyalı, 021594 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin MKTBeyləqan filialında 16 fevral 2023-cü il tarixli təhvil aktına əsasən X9 təhvil verilmiş “JUNGHEİNRİCH DFG-425” markalı, 11-AB160 dövlət qeydiyyat nişanlı çəngəlağız yükləyicinin açarının üzərində olmasından istifadə edib, traktorun təmiri üçün lazım olan ehtiyat hissələrini qaldırmaq və daşımaq məqsədilə filialın texnika parkında saxlanılmış həmin avtokyükləyiciyə əyləşib mühərriki işə salaraq onu hərəkətə gətirib idarə edərək X18 ilə birlikdə təmir etdikləri “NEW HOLLAND TD 95HC” markalı, 11- K-455 dövlət qeydiyyat nişanlı traktorun sürətlər qutusunu həmin çəngəlağız yükləyici vasitəsilə traktorun yanına daşıyaraq üzərinə bağladıqdan sonra “bartavoy” adlanan digər ehtiyat hissəsini traktorun yanına daşımaq məqsədilə yükləyicini Rəşid Əliyevin kəməri “bartavoy”a bağladığı divarın yanına sürüb, həmin vaxt onun idarə etdiyi çəngəlağız yükləyici ilə divar arasında dayanmış X11 bir tərəfini “bartavoy” adlanan ehtiyat hissəsinə bağladığı kəmərin digər tərəfini çəngəlağız yükləyicinin çəngəllərinə bağlaması üçün çəngəlağız yükləyicini dayandırmış, “Əks yüklü çəngəlli yükləyicilərin istismarı və texniki xidmətinə dair” Təlimatın (texniki pasportun) 8, 12 və 14- cü bəndlərinin “yükləyicinin əlavə fərdi cihazlarla təchiz edilməsi onun geniş tətbiq olunmasına imkan verə bilsə də, effektiv yüklənməni və tarazlığı azaltması səbəbindən xüsusi və əlavə cihazlar başqa məqsədlər üçün istifadə edilməməli, avtoyükləyici ciddi şəkildə tələblərə uyğun istifadə edilməli, yükləmə işləri zamanı çəngəllər aşağı vəziyyətdə olmalı, yükləmə və boşaltma zamanı avtoyükləyicinin qülləsi vertikal vəziyyətdə olmalı, yükləyicinin özü isə əyləc vəziyyətinə qoyulmalı” kimi tələblərini, “JUNGHEİNRİCH DFG425” markalı avtoyükləyicinin istismarına dair” Təlimatın 4.10, 4.11 və 4.12-ci bəndlərinin “avtoyükləyicinin hərəkət funksiyaları zamanı insanların təhlükə altına düşmə ehtimalı olan sahədən, yəni təhlükəli zonadan kənar şəxslər kənarlaşdırılmalı, bu mümkün olmadıqda qaldırıcı mexanizmin işi dərhal dayandırılmalı, yüklər yalnız xüsusi nəzərdə tutulmuş yerlərdə yüklənilməli, operator hərəkət istiqamətinə baxmalı və həmişə yolu kifayət qədər görməli və yolun görünüşü kifayət qədər olmalı, görüntü məhdudlaşdıran yükləri apararkən avtoyükləyici əks istiqamətdə hərəkət etdirilməli, bu mümkün olmadıqda qaldırıcı yükləyici vasitənin qabağı ilə müşayiətedici şəxsin köməyi ilə hərəkət etməli, müşayiətedici şəxslə operator arasında görüntü əlaqəsi itən an dərhal maşın dayandırılmalı” kimi tələblərini pozaraq X11 çəngəlağız yükləyici ilə divar arasında olmasına görə sonuncunun çəngəlağız yükləyici ilə divar arasında sıxılıb qalaraq xəsarətlər ala biləcəyi və aldığı xəsarətlərdən ölə biləcəyi, “bartavoy” deyilən ehtiyat hissəsinin bağlandığı kəmərin qırılıb X11 üzərinə düşə biləcəyi və digər ağır nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda cinayətkarcasına etinasızlıq edərək onları görməyib idarə etdiyi çəngəlağız yükləyicinin çəngəllərini özünün gözləri səviyyəsində yuxarı qaldırdığı üçün hərəkəti məhdudlaşdıran divarla çəngəlağız yükləyicinin arasında olan X13 görməməsinə baxmayaraq avtoyükləyicini sonuncuya tərəf sürüb X11 başını və bədənini çəngəlağız yükləyicinin ön tərəfində olan yükləyici mexanizmin çəngəli ilə divara sıxaraq X2 tağı, kəllə əsası və üz skelet sümüklərinin çoxsaylı, qəlpələnmiş, fraqmentləri yerini dəyişmiş, açıq və xətti sınıqları, baş beyin toxumasının əzilməsi, sol bazu sümüyünün yuxarı üçdə-birinin fraqmentləri yerinidəyişmiş qapalı sınığı, sol bazu oynağı nahiyəsinin qançırı, daxili üzvlərin venoz azqanlılığı xarakterli, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik, kəllə tağı və kəllə əsası sümüklərinin sınıqları, baş beyin toxumasının əzilməsi nəticəsində onun ölümünə səbəb olmuş xəsarətlər yetirərək X13 ehtiyatsızlıqdan öldürmüşdür. Hadisə nəticəsində həyatını itirmiş X18 İddiaçı qardaşıdır. Hadisə barəsində qəbul edilən qərar: Beyləqan Rayon Məhkəməsinin 1(020)-57/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən X6 Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qazancının 20 %-i dövlət nəfinə tutulmaqla, 2 il müddətə islah işləri cəzasına məhkum edilib. İddiaçı hesab edir ki, hadisə nəticəsində ona 50000 manat mənəvi ziyan dəymişdir. Hadisə nəticəsində həyatını itirmiş X18 İddiaçı qardaşıdır. Qeyd etmişdir ki, İddiaçı mərhum qardaşının faciəvi şəkildə ölümündən sonra hələ də özünə gələ bilmir və bu ölüm ona mənəvi iztirablar verir. X11 faciəvi şəkildə ölümü həyatının sonuna qədər iddiaçının qəlbində sağalmayacaq dərin izlər buraxmışdır. X11 ölüm səbəbi Cavabdeh QSC-nin texniki xidmət şöbəsində çilingər işləyən X1 məsuliyyətsizliyi və ehtiyatsızlığıdır. Ona görə də, bu ziyan Cavabdeh QSC tərəfindən ödənilməlidir. Bu ziyan nə qədər ödənsə də, X13 heç vaxt geri qaytara bilməyəcək. Lakin hesab edir ki, aidiyyəti şəxslər işinə məsuliyyətlə yanaşsa idi mərhum hal-hazırda həyatda olardı və iddiaçı mənəvi istirab çəkməyəcəkdi. İddianın verilməsi üçün vəkilin göstərdiyi hüquqi yardıma görə müqavilə bağlanması üçün 125 manat pul ödəmişdir. İşdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh QSC-nin texniki xidmət şöbəsində çilingər işləyən X6 təhlükəsizlik qaydalarını pozaraq X11 ölümünə səbəb olmuşdur. Hal-hazırda iddiaçılar baş vermiş cinayət hadisəsi nəticəsində X11 ölməsi, buna görədə iddiaçının mənəvi sarsıntı keçirməsinə əsaslanaraq, bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşadığı streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edir. Hesab edir ki, X11 faciəvi şəkildə həlak olması, bunun nəticəsində ailənin natamam qalması, onun yaşadığı ruhi sarsıntılar iddiaçılara mənəvi zərərin yetirilməsinə dəlalət edir. İşdə olan sübutlarla təsdiq edilir ki, sözügedən mənəvi zərər Cavabdeh QSC-nin işçisinin məsuliyyətsizliyi nəticəsində yetirilmişdir. Hesab edir ki, dəyən mənəvi zərərin əvəzində Cavabdeh QSC-dən 50000 manat pul məbləğinin tələb edilməsi qanuni və əsaslıdır.

6. Cavabdeh QSC-nin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, baş vermiş hadisədə şirkətin heç bir təqsiri yoxdur. Hadisə 16 fevral 2023-cü il tarixində "xxxx" MMCnin Beyləqan filialında texniki xidmət zamanı baş vermiş, işçi X6 təhlükəsizlik qaydalarını pozaraq ehtiyatsızlıq göstərmiş və digər işçi X18 dünyasını dəyişmişdir. Göründüyü kimi bu hadisə məhz X1 şəxsi ehtiyatsızlığı nəticəsində baş vermişdir. Hadisə nəticəsində Beyləqan Rayon Məhkəməsinin 1(020)-57/2023 saylı xx.xx.2023-cü il tarixli hökmünə əsasən X6 Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qazancının 20 %-i dövlət nəfinə tutulmaqla, 2 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. (Hökmdə şirkətin məsuliyyəti barədə heç bir qeyd yoxdur və müəssisənin bu hadisədə hər hansı bir təqsiri və ya qanunsuz hərəkəti müəyyən edilməmişdir. İddiaçı öz ərizəsini Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına istinad etməklə əsaslandırmağa çalışmışdır. Həmin Qərarda göstərilmişdir ki, mənəvi zərərin ödənilməsi üçün şəxsin mənəvi sarsıntı və ya iztirab keçirməsi vacib şərtdir. Lakin qeyd olunan Qərara əsasən mənəvi sarsıntı anlayışı yalnız şəxsə qarşı törədilmiş qanunsuz hərəkət və ya hərəkətsizlik nəticəsində yaranmış mənfi psixi reaksiyanı ifadə edir. İztirab anlayışı isə şəxsin sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi ilə bağlıdır. İddiaçı sağlamlığı pozulmamış və heç bir fiziki əzaba məruz qalmamışdır. İddia ərizəsindən də göründüyü kimi, iddiaçı yalnız mənəvi sarsıntı keçirdiyini iddia etməklə kifayətlənmişdir. Lakin iddiaçının belə bir vəziyyətə məruz qalmasını təsdiq edən heç bir tibbi sənəd və ya hər hansı digər sübut iş materiallarına əlavə edilməmişdir. Eləcə də bildirmişdir ki, müvafiq Plenum Qərara əsasən, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Lakin hazırki iş üzrə vəziyyətə baxdıqda, İddiaçı qarşı yuxarıda qeyd olunan hallardan heç biri baş verməmişdir; onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına hər hansı xəsarət yetirilməsi kimi halların heç biri mövcud deyil. Yekun olaraq qeyd etmişdir ki, iddiaçıya münasibətdə Cavabdeh QSC heç bir delikt törətmədiyi və iddiaçıya qarşı heç bir ziyan vurmadığı halda, iddiaçının mənəvi zərərin ödənilməsi ilə bağlı tələbi cavabdeh qismində müəssisələrinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, e-2(004)- 5089/2025 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh QSC-dən vurulmuş mənəvi zərərin əvəzi olaraq 20000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 96 manat hissəsinin Cavabdeh QSC-dən tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumunun qalan hissədə iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.

8. Qətnamənin əsaslarına görə, hazırki mülki işin hallarından göründüyü kimi, iddiaçının ərinin ölümünə səbəb olmuş hadisənin baş verməsində təqsirkar hesab edilən X15 Cavabdeh QSC-də əmək müqaviləsi üzrə çalışmaqla cavabdehlə əmək münasibətlərində olmuşdur. Məhz qeyd edilən hadisə də X1 qulluq vəzifələrini icrası zamanı baş vermişdir. Belə ki, qeyd edilən hadisə törədildiyi zaman X1 Cavabdeh QSC ilə əmək münasibətlərində olması, onun tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına nəzarəti altında fəaliyyət göstərməli olan zaman qanunsuz əmələ təqsirli olaraq yol verməsi halı X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Beyləqan Rayon Məhkəməsinin 1(020)-57/2023 saylı xx.xx.2023-cü il tarixli ittiham hökmü ilə müəyyən edilmişdir. Həmin hökmlə müəyyən edilmiş bu faktlar isə hazırki mülki iş üçün preyudisial əhəmiyyətə malikdir və mülki icraat qaydasında işə baxan məhkəmənin araşdırma predmeti ola bilməz. İddiaçının hökmlə müəyyən edilmiş hərəkətlər nəticəsində mərhumun qardaşı olaraq mənəvi sarsıntı keçirməsi şübhəsizdir. Odur ki, onun məruz qaldığı mənəvi ziyanın əvəzinin tutulmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə cavabdehin mərhumun anasının notarial qaydada yazılmış ərizəsinə istinad etməklə iddiaçının iddia tələbinin hazırki halda əsassız olmasına dair dəlili ilə razılaşmır. Belə ki, mərhumun anası hüquqi varis kimi tanınaraq təqsirləndirilən şəxs və cavabdeh qurumla razılaşaraq mənəvi təzminat tələbinin olmamasına dair şəxs öz adınnan qeyd olunan məzmunlu ərizəni tərtib edə bilərdi. Çünki mənəvi zərərin əsası olan psixoloji sarsıntı və iztirab şəxsin keçirdiyi özünəməxsus hal və mənəvi zərərə görə pul tələbi isə subyektiv xarakter daşıyan qeyri-əmlak tələbidir. İddiaçı mərhumun qardaşıdır və hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malikdir. Qanunvericiliyin müddəalarından da məlum olduğu kimi, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. Göründüyü kimi, B.Əliyev Cavabdeh QSC-nin işçisi olmaqla sonuncu tərəfindən hadisə törədildiyindən Cavabdeh QSC öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. Hazırki halda iddiaçı Cavabdeh QSC-yə qarşı iddia tələbi irəli sürməkdə haqlı olmuşdur. Zərər ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə bağlı vurulmuş olsa belə, əgər zərərvuran əmək müqaviləsi əsasında və ya mülki hüquqi müqavilə üzrə hüquqi və ya fiziki şəxsin tapşırığı ilə fəaliyyət göstərirsə, bu zaman işəgötürən və ya tapşırığı verən məsuliyyət daşımalıdır. Bu halda işəgötürən təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Bu səbəbdən məhkəmə cavabdeh tərəfin bu arqumentlərini əsassız hesab edir. Məhkəmə o halı da xüsusilə vurğulayır ki, cavabdeh işçisinin törətdiyi təqsirli əmələ görə ondan tutulan məbləğ həddində delikt törətmiş işçisinə reqress qaydada iddia qaldırmaq hüququnu özündə saxlayır və bu tələblə cavabdeh sonradan delikt törətmiş işçisinə qarşı məhkəmədə iddia qaldıra bilər. Məhkəmə mənəvi zərərə görə tutulmuş məbləğə münasibətdə qeyd edir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Bu konteksdən çıxış edərək məhkəmə iddiaçının mənəvi zərərin məbləği ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, baş vermiş hadisədən artıq 2 ildən çox müddətin keçməsi belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni deyil və ola da bilməz. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı ötən dövr ərzində məhkəməyə müraciət etməmişdir. Halbuki, bu sahəni tənzimləyən və mənəvi təzminatın tutulması üçün hüquqi imkanlar müəyyən edən qanunvericilik mövcud olmuşdur. Məhkəmə yuxarıda sərgilədiyi mövqeyin yekunu olaraq bildirir ki, iddiaçının qardaşının ölümü nəticəsində keçirdiyi iztirabın və sarsıntının dərəcəsinin hansısa pul vəsaiti ilə azaldılması və ya onun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə tutulmalı məbləğ hissəsində 20 000 manat (iyirmi min) ədalətli və ağlabatandır.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097, 1099, 1108-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008- ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddianın tam həcmdə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçının apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi mənəvi ziyanın miqdarını təyin edərkən mövcud vəziyyəti nəzərə almayaraq, iddiaçının mənafeyinə zidd olaraq iddia tələbini tam deyil, qismən təmin etmişdir. Bildirilir ki, bir qardaş üçün qardaşının ölməsi ürəkdağlayan emosional itkidir. Qardaş itkisi eləcə də ata əvəzi olan bir qardaşın xüsusilə də faciəvi şəkildə ölməsi, hər hansı bir şəxsin təqsiri ucbtından baş vermiş hadisə nəticəsində ölməsi qardaşda güclü haqsızlıq və etimadın sarsılması hissi yaradır. Qardaş ölümü qardaşda mənəvi boşluq və həyatdan zövq ala bilməmə kimi nəticələrə gətirib çıxardır. Bir qardaşın faciəvi şəkildə ölümü bir qardaş üçün həm şəxsi həm də ictimai ədalət hissinə ağır zərbədir. Bu cür hallar mənıvi zərərin ən yüksən dərəcələrindən biri kimi hesab olunur. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. İş yerində baş vermiş hadisə nəticəsində qardaşının vəfat etməsi iddiaçı üçün dərin və sağalması çətin olan mənəvi iztirablara səbəb olmuşdur. Hadisə qəfil və faciəvi şəkildə baş verdiyindən bu itki onun həyatında ciddi sarsıntı yaratmışdır. Qardaşının ölümü ilə o, həm qardaş qayğısından həm də ata qayğısından, həm də mənəvi dayağından məhrum olmuşdur. Onun gedişi ailəsində böyük boşluq yaradıb. Hər gün onun yoxluğunu dərin kədər və ağrı ilə hiss edir. Qardaşının iddiaçıya göstərdiyi sevgi, diqqət və himayədən məhrum qalmaq onun üçün böyük psixoloji zərbədir. Hadisənin iş prosesində təhlükəsizlik qaydalarına əməl edilməməsi nəticəsində baş verməsi onun üçün xüsusilə ağırdır. O, bu itki ilə barışa bilmir və hər dəfə bu hadisəni düşündükcə ədalətsizlik, qəzəb və iztirab hissi keçirir. Qardaşının ölümü ilə nəticələnən bu hadisə onun üçün daimi psixoloji travmaya çevrilmişdir. Hadisədən sonra yuxusuzluq, daimi narahatlıq, stres və ümidsizlik hissləri onu müşayiət edir. Onun həyat keyfiyyəti azalmış, gündəlik fəaliyyətinə və sosial münasibətlərinə mənfi təsir göstərmişdir. Qardaşının itkisi onun gələcək həyatında da mənəvi baxımdan dərin izlər buraxmışdır. İddiaçı bu faciənin ona vurduğu mənəvi ziyanın ömür boyu hiss olunacağını düşünür. Lakin birinci instansiya məhkəməsi iddiaçıya vurulan mənəvi ziyanı yetərincə qiymətləndirə bilməmişdir. Bütün faktorlar nəzərə alınmamış və ədalətsiz məbləğ müəyyən edilmişdir.

12. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsinin qətnaməsi işin faktiki hallarına uyğun olmadığından və bir sıra hüquq normalarını pozmaqla qəbul edildiyindən ləğv edilməlidir. Sözügedən qətnamə tamamilə əsassızdır, çünki məhkəmə öz qətnaməsində iddiaçının mövqeyinin qanuna müvafiqliyini əsaslandırmadan və mənəvi zərərin hansı hallarda, hansı şəxslərə, hansı həcmdə müəyyən edilməsi ilə bağlı normaları düzgün tətbiq etmədən qəbul etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, X6 Cavabdeh QSC-nin texniki xidmət şöbəsinin mexanik köməkçisi X18 ilə birlikdə "xxxx" MMC-nin Beyləqan filialında traktorun təmirinə ezam olunmuşdur. Təhlükəsizlik qaydalarını pozaraq avtoyükləyicini idarə edən X6 həmin əməliyyat zamanı ehtiyatsızlıq nəticəsində mexanik köməkçisi X11 ölümünə səbəb olmuşdur. Bundan sonra Beyləqan Rayon Məhkəməsinin 1(020)-57/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qazancının 20 %-i dövlət nəfinə tutulmaqla, 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Müvafiq hökmdə şirkətin məsuliyyəti barədə heç bir qeyd yoxdur və müəssisənin bu hadisədə hər hansı bir təqsiri və ya qanunsuz hərəkəti müəyyən edilməmişdir. Müvafiq ölüm hadisəsindən sonra müəssisə mərhum X11 ailə vəziyyəti ilə maraqlanmış, mərhumun dəfn xərcləri müəssisə tərəfindən qarşılanmış, mərhumun ailəsinə sığorta ödənişinin alınmasında yardım göstərilmiş və digər bütün mümkün yardımlar müəssisə tərəfindən edilmişdir. Bütün bunlardan sonra mərhumun anası notarial qaydada təsdiqlənmiş ərizə ilə ona dəymiş ziyanın ödənildiyini və müəssisəyə qarşı heç bir tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Bunun əksinə məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, iddiaçının hökmlə müəyyən edilmiş hərəkətlər nəticəsində mərhumun qardaşı olaraq mənəvi sarsıntı keçirməsi şübhəsizdir. Halbuki məhkəmənin bu mövqeyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı ilə ziddiyyət təşkil edir. Belə ki, müvafiq Qərara əsasən nəzərə alınmalıdır ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Belə ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Bu ifadə onun göstəricisidir ki, məhkəmə iddiaçının ölən şəxslə ölümdən əvvəl emosional yaxınlığı olubolmadığı, şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçiribkeçirmədiyini aşkar etməlidir. Əgər məhkəmə bu halı aşkar etmədən sadəcə, bu sarsıntının keçirilməsini öz qətnaməsində qeyd edirsə, məhkəmə müvafiq plenum qərarını birmənalı olaraq pozmuş olur. İşin içərisində heç bir material və ya sübut yoxdur ki, sözügedən halları sübut etsin. Məhkəmənin yol verdiyi digər bir pozuntu isə müvafiq qətnamədə 7-ci səhifənin 5-ci abzasında iddiaçının subyektiv hüququnun mövcud olduğunu bildirməsidir: “Məhkəmə cavabdehin mərhumun anasının notarial qaydada yazılmış ərizəsinə istinad etməklə iddiaçının iddia tələbinin hazırki halda əsassız olmasına dair dəlili ilə razılaşmır. Belə ki, mərhumun anası hüquqi varis kimi tanınaraq təqsirləndirilən şəxs və cavabdeh qurumla razılaşaraq mənəvi təzminat tələbinin olmamasına dair şəxs öz adınnan qeyd olunan məzmunlu ərizəni tərtib edə bilərdi. Çünki mənəvi zərərin əsası olan psixoloji sarsıntı və iztirab şəxsin keçirdiyi özünəməxsus hal və mənəvi zərərə görə pul tələbi isə subyektiv xarakter daşıyan qeyri əmlak tələbidir. İddiaçı mərhumun qardaşıdır və hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malikdir. Məhkəmənin bu mövqeyi də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda sözügedən qərarı ilə ziddiyyət təşkil edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarına görə, mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə, onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. İddiaçı ilə ölən şəxs arasında heç bir təsəsrrüfat işi olmamış, şəxsin ölümündən sonra iddiaçının heç bir həyat şəraiti dəyişməmişdir. Məhkəmə işin gedişatında sözügedən məsələyə heç bir münasibət bildirməmişdir. Əgər iddiaçının həyat şəraiti həqiqətən dəyişsə idi və tərəflər arasında birgə təsərrüfat, yaşayış münasibəti pozulsa idi iddiaçı qardaşının ölümündən 2 il sonra məhkəməyə müraciət etməz, birgə təsərrüfatı və yaşayışı sübut edən sənədlər təqdim edərdi. Lakin iş materiallarında və iddiaçının nümayəndəsinin çıxışında bununla bağlı heç bir izahat yoxdur. Bundan əlavə məhkəmə qətnaməsinin 7-ci səhifəsinin 2-ci abzasında və 11-ci səhifəsinin 1-ci abzasında qeyd edilənlər məhkəmənin işə səthi yanaşdığını, işi ümumiyyətlə araşdırmadığını və əsaslandırılmamış qətnamə çıxardığını bir daha təsdiq edir. Belə ki, Məhkəmənin qəbul etdiyi qətnamənin 7-ci səhifəsinin 2-ci abzasında, mülki işə münasibət bildirilərək aşağıdakı ifadə qeyd edilmişdir: “Hazırki mülki işin hallarından göründüyü kimi, iddiaçının ərinin ölümünə səbəb olmuş hadisənin baş verməsində təqsirkar hesab edilən X15 Cavabdeh QSC-də əmək müqaviləsi üzrə çalışmaqla cavabdehlə əmək münasibətlərində olmuşdur. Məhz qeyd edilən hadisə də X1 qulluq vəzifələrini icrası zamanı baş vermişdir. Məhkəmənin yuxarıdakı ifadəsi ümumiyyətlə işin halları ilə heç bir uyğunluq təşkil etmir. Nə hazırkı işdə, nə də hökmdə X15 adlı şəxsin adı keçmişdir və bu şəxsin hazırkı işlə əlaqəsi var. Bu şəxsi iddiaçı olaraq tanımırıq. Məhkəmənin qətnaməsinin 7-ci səhifəsinin 3-cü abzasında, məhkəmə təkidlə cavadeh təşkilatın, yəni Cavabdeh QSC-nin işçisi kimi X10 qeyd etmişdir. Halbuki müəssisəmizin heç vaxt belə bir işçisi olmamışdır. Məhkəmə qətnaməsinin 11-ci səhifəsinin 1-ci abzasında mülki işə münasibətdə aşağıdakılar qeyd edilmişdir: “Bu konteksdən çıxış edərək məhkəmə iddiaçının mənəvi zərərin məbləği ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, baş vermiş hadisədən artıq 2 ildən çox müddətin keçməsi belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni deyil və ola da bilməz. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı ötən dövr ərzində məhkəməyə müraciət etməmişdir. Halbuki, bu sahəni tənzimləyən və mənəvi təzminatın tutulması üçün hüquqi imkanlar müəyyən edən qanunvericilik mövcud olmuşdur.” Qeyd edək ki, iş üzrə heç bir apellyasiya şikayəti yoxdur. Lakin məhkəmə hansısa qeyri-müəyyən apellyasiya şikayətinə münasibət bildirmişdir. Bundan başqa, bir daha məhkəmənin diqqətinə çatdırılır ki, iş materiallarından aydın olur ki, bədbəxt hadisədən sonra zərərçəkmişin anası – ailə üzvü statusunda şəxs – notariat qaydasında təsdiqlənmiş ərizəsi ilə mənəvi təzminat tələbinin olmadığını bildirmişdir. Bu ərizədə də ona qarşı edilən bütün ziyanın ödənildiyini ifadə etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına görə, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Hadisədən 2 il keçdikdən sonra iddiaçı tərəfindən mənəvi təzminat tələbinin irəli sürülməsi isə məntiqi əsaslardan məhrumdur. Əgər iddiaçı bu müddət ərzində yaşama sevincinin azalması və mənəvi sarsıntı vəziyyətində olduğunu iddia edirsə, bunun obyektiv sübutlarını məhkəməyə təqdim etməli idi. Lakin iddiaçı yalnız subyektiv bəyanatlarla kifayətlənmişdir ki, bu da Qərarın mahiyyətinə ziddir. Konstitusiya Məhkəməsinin sözügedən Qərarına görə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və sair məhkəmə qarşısında sübut etməlidir. Qərara əsasən, mənəvi təzminatın məbləği müəyyən edilərkən iddiaçı ilə zərərçəkmiş arasındakı mənəvi bağlılığın möhkəmliyi, keçirilmiş iztirabın dərəcəsi, birgə və ya ayrı yaşamaları, ailə münasibətləri və digər halların dəyərləndirilməsi zəruridir. Lakin məhkəmənin hazırlıq iclası mərhələsində iddiaçı tərəfindən bu bağlılığı təsdiqləyən heç bir sübut təqdim edilməmişdir. Halbuki bu münasibətlərin möhkəmliyi məhkəmə tərəfindən psixoloji amillərin qiymətləndirilməsində əsaslı rol oynayır. Bundan əlavə, Qərara görə, qardaş və bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və emosional bağlılığın intensivliyi, mütəmadi ünsiyyətin olub-olmaması da nəzərə alınmalıdır. İddiaçı isə bu kontekstdə hər hansı faktiki sübut təqdim etməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli Qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Avropa İnsan Hüquqları Məhkəməsi də “Maksimov Rusiyaya qarşı” (18 mart 2010-cu il) işində qeyd etmişdir ki, mənəvi zərərin kompensasiya olunması mürəkkəb prosesdir və ağrı, əzab, mənəvi iztirab kimi halların pul ilə ölçülməsi üçün universal standart mövcud deyil. Ona görə də məhkəmələr kompensasiyanın məbləğini müəyyən edərkən qərarlarını yetərli dərəcədə əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması isə pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə zidd olur. Mövcud işdə isə iddiaçının təqdim etdiyi sadə ərizə mənəvi təzminat tələbinin hüquqi əsaslarla təsdiqi üçün yetərli deyildir. Qərarda vurğulandığı kimi, bu növ iddialarda şəxs məhkəmə qarşısında mənəvi aləmində baş vermiş mənfi halları, sarsıntıları, yaşama eşqinin azalmasını və digər psixoloji təsirləri sübut etməlidir. Nəticə etibarilə, cavabdeh tərəf hesab edir ki, məhkəmənin sosial, psixoloji və iqtisadi meyarlar əsasında mütənasib və ədalətli qiymətləndirmə aparması üçün zəruri faktiki və hüquqi əsaslar mövcud deyildir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdehin nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddiaçının apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

18. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarı:

“Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 aprel 2021-ci il tarixli Qərarı:

“Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir”.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarı: “Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Nəzərə alınmalıdır ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Belə ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olubolmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir”.

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarı: “İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür”.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarı: “2. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir;

4. şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir;

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər;

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur;

10. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işinsair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır”.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

24. İddiaçının apellyasiya şikayəti ilə qətnamə iddianın təmin olunmadığı, cavabdehin apellyasiya şikayəti ilə iddianın təmin olunduğu hissələrdə mübahisələndirildiyindən məhkəmə aktı apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

26. Məhkəmə kollegiyası ilkin olaraq iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərin əvəzi olaraq tutulmalı olan pul vəsaitinin məbləği müəyyən olunarkən iddiaçının mərhumun qardaşı kimi keçirdiyi mənəvi iztirab, sarsıntı, həmçinin, cinayət işi üzrə icraat zamanı anası tərəfindən verilmiş ərizəni və işin digər hallarını nəzərə alaraq düzgün nəticəyə gəlmişdir.

27. Mənəvi zərərin məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və buna görə də birinci instansiya məhkəməsinin qardaşının ölümü ilə əlaqədar mənəvi zərərə görə müəyyənləşdirdiyi 20000 manat kompensasiya məbləği qeyd olunan meyarlara cavab verir. İddiaçının qardaşının ölümü nəticəsində keçirdiyi iztirabın və sarsıntının dərəcəsinin hansısa pul vəsaiti ilə azaldılması və ya onun həyata qaytarılması mümkün olmasa da, birinci instansiya məhkəməsinin mövcud şəraitdə müəyyən etdiyi mənəvi zərərin 20000 manat məbləği ağlabatan və ədalətlidir.

28. Cavabdehin apellyasiya şikayətinin qətnamədən digər ad və soyadların göstərilməsi, “apellyasiya şikayətinin dəlilləri” ifadəsinin işlənməsi barədə dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunanlar texniki səhvdir və gəlinən nəticəyə təsir etmir, texniki səhv qətnamənin ləğvinə və ya dəyişdirilməsinə deyil, düzəlişə əsas verir.

29. Cavabdeh apellyasiya şikayətinin digər dəlili kimi ona istinad edir ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Bu ifadə onun göstəricisidir ki, məhkəmə iddiaçının ölən şəxslə ölümdən əvvəl emosional yaxınlığı olub-olmadığı, şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirib-keçirmədiyini aşkar etməlidir. Əgər məhkəmə bu halı aşkar etmədən sadəcə, bu sarsıntının keçirilməsini öz qətnaməsində qeyd edirsə, məhkəmə müvafiq plenum qərarını birmənalı olaraq pozmuş olur. İşin içərisində heç bir material və ya sübut yoxdur ki, sözügedən halları sübut etsin.

30. Məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını və digər hallar sübut etməlidir. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında bununla bağlı qeyd olunmuşdur ki, məhkəmədən mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir.

31. Hazırkı işin halları ilə müəyyən olunur ki, iddiaçının qardaşı X11 ölümü iş yerində, faciəvi şəkildə baş vermişdir. Belə ki, cavabdehin işçisi ehtiyatsızlıq nəticəsində X11 başını və bədənini çəngəlağız yükləyicinin ön tərəfində olan yükləyici mexanizmin çəngəli ilə divara sıxaraq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik, kəllə tağı və kəllə əsası sümüklərinin sınıqları, baş beyin toxumasının əzilməsi nəticəsində onun ölümünə səbəb olmuş xəsarətlər yetirmişdir. R.N.Əliyevin ölümünün iş yerində və bu formada baş verməsi nəticəsində onun doğma qardaşının heç bir sarsıntı və iztirab keçirməməsi ağlabatan deyildir.

32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mərhumun anası tərəfindən cinayət işi üzrə icraat zamanı şikayət və tələbinin olmaması ğarədə ərizənin verilməsi hazırkı iddianın rəddi üçün əsas ola bilməz. Məhkəmə təcrübəsində hətta bu barədə ərizə vermiş şəxsin sonradan mənəvi zərərin ödənilməsi barədə tələblərinin təmin olunması ilə bağlı kifayət qədər işlər mövcuddur. Kompensasiyanın məbləğinin qiymətləndirərkən məhkəmə kollegiyası həmçinin onu da nəzərə alır ki, hazırkı vaxta qədər mərhumun ölümü ilə bağlı digər şəxs tərəfindən eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət olunmamışdır.

33. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

34. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, e-2(004)- 5089/2025 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ayrı – ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, e-2(004)- 5089/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar