Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6448/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1014/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.06.2009-cu il tarixdə anadan olan X1 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləği ilə hər ay 175 manat alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslındırmışdır ki, o, Cavabdeh ilə 2009-cu ildə rəsmi olaran nikaha daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikahdan bir uşaqları 22.06.2009-cu il təvəllüdlü X3 doğulmuşdur. Lakin sonradan cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən münasibətləri pozulmuş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə 2015-ci ildə nikahları pozulmuşdur. Cavabdeh uşağın saxlanmasında ona heç bir köməklik göstərmir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ondan 80 manat məbləğində alimentin tutulmasını xahiş etmiş, şikayətini işsiz olduğu və üçüncü qrup əlil olduğu arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək şikayətinin dəlillərinə uyğun izahat vermiş, daha sonra isə müəyyən olunmuş aliment məbləğinin ödənilməsinə razılığını bildirmişdir, iddiaçı isə şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən 15.04.2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı 197986 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında olan nikah ləğv edilmiş bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 15 aprel 2015-ci il tarixdə 86 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv edildikdən sonra arvada Zərbəliyeva soyadı verilmişdir. İş materiallarında olan Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 29.12.2009-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 22.06.2009cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası X2r. İş materiallarında olan Cavabdeh məhkəməyə ünvanladığı 04.03.2021-ci il tarixli məktubda X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan tutulacaq sabit pul məbləği ilə hər ay 80 manat alimentin ondan tutulmasına etirazı yoxdur. İş materiallarında olan Səhiyyə Nazirliyi Akademik M.Atopçubaşov adına X5 X8 şöbəsinin ürəyin dopler ExoKQ müayinə protokolundan görünür ki, müayinənin nəticəsi olaraq X1 plumoner arteriya qapaq çatışmamazlığı izlənildiyi aşka edilmişdir Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Həmin Məcəllənin 78.1-ci maddəsinə görə isə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutan birinci instansiya məhkəməsi İlham Cavadovdan sabit pul məbləğində hər ay hər uşaq üçün 175 manat məbləğində aliment tutulmasını haqlı olaraq ağlabatan hesab etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı uşaqların saxlanılması üçün məhz sabit pul məbləğində aliment ödənilməsini tələb etmiş və məhkəmə də cavabdehin rəsmi qazancının az olmasını, habelə uşaqlar üçün yaşayış minumumunu nəzərə alaraq alimenti sabit pul məbləğində müəyyənləşdirmişdir. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi aliment məbləği göstərilən halların məcmusu baxımından ədalətlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1014/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6448/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6448/2021
30.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver