Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-645/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: qızıl-zinət və cehiz əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X2 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət və cehiz əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli 2(001)-1579/2022 saylı qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə 15 fevral 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 arasında olan nikah xx.xx.2021-ci il pozulmuş, birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X1 doğulmuşdur.
2. Hazırki mübahisə iddiaçıya nişan mərasimində və toyda hədiyyə olunmuş qızıl-zinət əşyaları, şəxsi geyim əşyaları və bəzi cehiz əşyaları ilə bağlıdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdə olan, ona məxsus, adları aşağıdakı siyahıda göstərilən əmlakların ona qaytarılması və ya onların dəyəri kimi 13942 manat məbləğində pul vəsaitinin, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 82 manat, mediasiya xərci kimi 50 manatın cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir: - 1 ədəd ağ rəngli, İtaliya istehsalı olan, 750 əyarlı, 1 ədəd iri sirkon qaş və xeyli sayda xırda qaşı olan, 1000 manat dəyərində nişan üzüyü; - “Cartier” markalı, 750 əyarlı, İtaliya istehsalı olan, hər birinin üzərində 2 ədəd yaşıl qaş və xeyli sayda xırda ağ qaşları olan 1 ədəd 5 qram çəkidə olan üzük, 6 qram çəkidə olan 1 cüt sırğa, 8 qram çəkidə olan qolbaqdan ibarət, ümumi çəkisi 19 qram, dəyəri 3500 manat olan nişan komplekti; - 1 ədəd ağ rəngli, İtaliya istehsalı olan, 750 əyarlı, üzərində xeyli sayda ağ sirkon qaşları olan 10 qram çəkidə kolye, 1 ədəd 750 əyarlı, İtaliya istehsalı olan, üzərində xeyli sayda ağ sirkon qaşları olan 7 qram çəkidə qolbaq, 1 ədəd üzərində xeyli sayda ağ sirkon qaşları olan, 750 əyarlı, İteliya istehsallı 3 qram üzük və 750 əyarlı, İtaliya istehsalı olan, üzərində xeyli sayda ağ xırda sirkon qaşları olan 1 cür sırğadan ibarət, ümumi çəkisi 25 qram, dəyəri 4580 manat olan gəlinlik komplekti; - 1 ədəd “Tiffany” markalı, 6 qram çəkidə, 585 əyarlı, dəyəri 480 manat olan qaşsız qadın sırğası; - 1 ədəd Rusiya istehsalı olan, sarı rəngli, 585 əyarlı, 6 qram çəkili, dəyəri 350 manat olan qaşsız sadə qadın üzüyü; - 1 ədəd, dəyəri 200 manat olan çəhrayı rəngli uzun ətəkli mərasim donu; - 75 manat dəyərində 1 cüt qızılı rəngli dikdaban qadın ayaqqabısı; - 50 manat dəyərində 1 cüt açıq-qəhvəyi rəngli stiletto qadın ayaqqabısı; - 78 manat dəyərində 1 cüt göy rəngli “Dolce Gabbana” markalı qadın ayaqqabısı; - 84 manat dəyərində 1ədəd göy rəngli “Dolce Gabbana” markalı əl çantası; - 100 manat dəyərində 1 ədəd çəhrayı rəngli, qolu uzun, ayağı enli olan mərasim donu; - 40 manat dəyərində 1 ədəd ağ rəngli “Chanel” markalı qadın üçün əl çantası; - 45 manat dəyərində 1 ədəd qara rəngli, üzərində qaşları olan “Dior” markalı qadın çantası; - 35 manat dəyərində 1 ədəd açıq-qəhvəyi rəngli əl çantası; - 48 manat dəyərində 1 cüt “Dior” markalı, muncuqla-qaşla olan altı düz, ağ rəngdə qadın ayaqqabısı; - 47 manat dəyərində 1 ədəd nabuk materialdan qara rəngli dabanı olan qadın çəkməsi; - 67 manat dəyərində 1 cüt dikdaban, üzərində qaşlar olan qırmızı rəngli ayaqqabı; - 35 manat dəyərində 1 cüt qara və açıq-əhvəyi rəngdə, üzərində muncuqlar olan altı düz qadın ayaqqabısı; - 60 manat dəyərində 1 cüt qara rəngli parlaq dəri dabanı hündür olan qadın çəkməsi; - 34 manat dəyərində 1 cüt qara nabuk materialdan olan, üzəri ipli qara və altı qırmızı rəngdə olan altı düz qadın ayaqqabısı; - 45 manat dəyərində 1 cüt qara rəngli, “Versage” markalı altı düz qadın ayaqqabısı; - 25 manat dəyərində 1 cüt qırmızı rəngdə dəri materialı olan altı düz qadın ayaqqabısı; - 25 manat dəyərində 1 ədəd “Gucci” markalı, göy rəngli cins parçadan olan qadın şalvarı; - 32 manat dəyərində 1 ədəd tünd-qəhvəyi rəngdə kəmərli klassik şalvar; - 30 manat dəyərində 1 ədəd gümüşü rəngdə panço; - 30 manat dəyərində 1 ədəd tünd-qəhvəyi rəngdə uzun qollu köynək; - 30 manat dəyərində 1 ədəd qara rəngli qolu uzun olan qadın koftası; - 40 manat dəyərində 1 ədəd qara rəngli “Chanel” markalı qolu uzun olan qadın koftası; - 35 manat dəyərində 1 ədəd sarı rəngli qısa qollu kəmərli köynək; - 75 manat dəyərində 1 ədəd sarı rəngli, üzərində muncuqları olan qısa ətakli don; - 65 manat dəyərində 1 ədəd qırmızı rəngli klassik şalvar və köynək dəsti; - 68 manat dəyərində 1 ədəd “Versage” markalı şalvar və qolu uzun olan köynək dəsti; - 45 manat dəyərində 1 ədəd qara rəngli qızılı ətəkli, ayağı enli don; - 100 manat dəyərində 1 ədəd qara rəngli qısa ətəkli olan, ayağı enli mərasim donu; - 35 manat dəyərində 1 ədəd uzun ətəkli dəri materialdan olan ətək və uzunboğaz kofta dəsti; - 38 manat dəyərində 1 ədəd qara rəngli, ayağı enli olan kombinzon şalvar; - 50 manat dəyərində 1 ədəd qara rəngli dəri materialdan olan gödəkçə; - 40 manat dəyərində 1 ədəd qırmızı-ağ rəngli qısa ətəkli sadə don; - 160 manat dəyərində 1 ədəd yun materialdan olan 3-lü şalvar-kofta-platye dəsti; - 70 manat dəyərində 1 ədəd üzəri yazılı şalvar-kofta dəsti; - 48 manat dəyərində 1 ədəd açıq-qəhvəyi rəngli parça gödəkçə; - 700 manat dəyərində 1 ədəd tünd-qəhvəyi rəngli şuba və çanta; - 70 manat dəyərində 1 ədəd qara rəngli qadın saatı; - 380 manat dəyərində kosmetika dəsti; - 100 manat dəyərində 1 ədəd qadın üçün olan hamam xalatı dəsti; - 25 manat dəyərində 6 ədədli bıçaq dəsti; - 35 manat dəyərində, içərisində 12 ədəd olan rəngli qaşıq dəsti; - 30 manat dəyərində 12 ədədli xrustal şüşədən olan mürəbbə qabı; - 50 manat dəyərində 2 ədədli Galaxy firmasından olan tava dəsti; - 65 manat dəyərində 12 ədəd rəngbərəng əl-üz dəsmalı; - 300 manat dəyərində, çantada hər birindən 12 ədəd olan çəngəl-bıçaq-qaşıq dəsti; - 50 manat dəyərində 5 ədədli hamam üçün paltar sütkası dəsti; - 100 manat dəyərində 2 ədəd bədən qətibəsi dəsti; - 35 manat dəyərində 1 ədəd qızılı rəngli, üzəri qaşlarla bəzədilmiş üzərlik qabı; - 8 manat dəyərində 1 ədəd mətbəx taxtası.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdeh X3 ilə 05 dekabr 2019-cu il tarixdə el adəti ilə toy etməklə evlənmiş, cavabdehlərin yaşadığı evə gəlin köçmüşdür. Bundan bir neçə ay sonra nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 23 yanvar 2021-ci il təvəllüdlü Zəhra adlı uşaqları vardır. Sonradan məhkəmə qətnaməsi ilə Cavabdeh1la aralarındakı nikah pozulmuş, uşağın onun yanında saxlanması qərara alınmışdır. Cehiz əşyalarının bir hissəsi və qızıl-zinət əşyaları cavabdehlərdə qalmışdır. Belə ki, o, Cavabdeh1la 10 avqust 2019-cu il tarixdə nişanlanmış, nişan mərasimi zamanı ona qızıl üzük və qızıl komlekt hədiyyə edilmiş, bundan əlavə, qız və oğlan toylarında adları ərizədə göstərilən qızıl-zinət əşyaları hədiyyə edilmiş, digər tərəfdən, cavabdehlərin yaşadığı evə gəlin köçərkən adları ərizədə göstərilən cehiz əşyaları verilmişdir. O, 2019-cu ilin dekabr ayında cavabdehlərin yaşadığı evə gəlin köçmüş, həmin vaxt özünə məxsus qızıl-zinət və cehiz əşyalarını özü ilə həmin evə aparmışdır. Cavabdehlərlə bir müddət mehriban yaşasalar da, hamilə olduğundan 2020-ci ilin iyul ayında Orxan onu öz məsləhəti və onun istəyi ilə atasıgilin yaşadığı Tovuz rayonunun Düz Cırdaxan kəndinə müvəqqəti gətirmişdir. Hamiləlik dövründə səhhəti ilə əlaqədar atasıgilin evinə müvəqqəti gəlmiş, orada olduğu müddətdə əri ilə münasibəti normal olmuş, müxtəlif vaxtlarda əri həmin evə gəlmiş, onlara baş çəkmişdir. 11 yanvar 2021-ci il tarixdə Orxan onun yanına gəlmiş və uşağın doğumunun Bakı şəhərində həyata keçirilməli olduğunu demişdir. Lakin, o, səhhəti ilə əlaqədar yola çıxa bilməmişdir. Belə olduqda Orxan əsaslı səbəb göstərmədən evi tərk edərək Bakı şəhərinə qayıtmış, 17 yanvar 2021-ci il tarixdə ona məxsus əşyalardan bir hissəsini göndərmişdir. Bundan sonra o, Orxanla münasibətlərinin bərpası üçün bir neçə dəfə cəhd etsə də, bu cəhdlər nəticə verməmiş, nəticədə aralarındakı nikah pozulmuşdur. İddia ərizəsində adları çəkilən əşyalar isə cavabdehlərdə qalmışdır.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli (001)-1579/2022 saylı saylı qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia təmin edilmiş, aşağıda göstərilən qızıl-zinət və cehiz əşyaları: - 1 ədəd ağ rəngli, İtaliya istehsalı olan, 750 əyarlı, 1 ədəd iri sirkon qaş və xeyli sayda xırda qaşı olan, 1000 manat dəyərində nişan üzüyü; - “Cartier” markalı, 750 əyarlı, İtaliya istehsalı olan, hər birinin üzərində 2 ədəd yaşıl qaş və xeyli sayda xırda ağ qaşları olan 1 ədəd 5 qram çəkidə olan üzük, 6 qram çəkidə olan 1 cüt sırğa, 8 qram çəkidə olan qolbaqdan ibarət, ümumi çəkisi 19 qram, dəyəri 3500 manat olan nişan komplekti; - 1 ədəd ağ rəngli, İtaliya istehsalı olan, 750 əyarlı, üzərində xeyli sayda ağ sirkon qaşları olan 10 qram çəkidə kolye, 1 ədəd 750 əyarlı, İtaliya istehsalı olan, üzərində xeyli sayda ağ sirkon qaşları olan 7 qram çəkidə qolbaq, 1 ədəd, üzərində xeyli sayda ağ sirkon qaşları olan, 750 əyarlı, İteliya istehsallı 3 qram üzük və 750 əyarlı, İtaliya istehsalı olan, üzərində xeyli sayda ağ xırda sirkon qaşları olan 1 cür sırğadan ibarət, ümumi çəkisi 25 qram, dəyəri 4580 manat olan gəlinlik komplekti; - 1 ədəd “Tiffany” markalı, 6 qram çəkidə, 585 əyarlı, dəyəri 480 manat olan qaşsız qadın sırğası; - 1 ədəd Rusiya istehsalı olan, sarı rəngli, 585 əyarlı, 6 qram çəkili, dəyəri 350 manat olan qaşsız sadə qadın üzüyü; - 1 ədəd, dəyəri 200 manat olan çəhrayı rəngli uzun ətəkli mərasim donu; - 75 manat dəyərində 1 cüt qızılı rəngli dikdaban qadın ayaqqabısı; - 50 manat dəyərində 1 cüt açıq-qəhvəyi rəngli stiletto qadın ayaqqabısı; - 78 manat dəyərində 1 cüt göy rəngli “Dolce Gabbana” markalı qadın ayaqqabısı; - 84 manat dəyərində 1ədəd göy rəngli “Dolce Gabbana” markalı əl çantası; - 100 manat dəyərində 1 ədəd çəhrayı rəngli, qolu uzun, ayağı enli olan mərasim donu; - 40 manat dəyərində 1 ədəd ağ rəngli “Chanel” markalı qadın üçün əl çantası; - 45 manat dəyərində 1 ədəd qara rəngli, üzərində qaşları olan “Dior” markalı qadın çantası; - 35 manat dəyərində 1 ədəd açıq-qəhvəyi rəngli əl çantası - 48 manat dəyərində 1 cüt “Dior” markalı, muncuqla-qaşla olan altı düz, ağ rəngdə qadın ayaqqabısı; - 47 manat dəyərində 1 ədəd nabuk materialdan qara rəngli dabanı olan qadın çəkməsi; - 67 manat dəyərində 1 cüt dikdaban, üzərində qaşlar olan qırmızı rəngli ayaqqabı; - 35 manat dəyərində 1 cüt qara və açıq-əhvəyi rəngdə, üzərində muncuqlar olan altı düz qadın ayaqqabısı; - 60 manat dəyərində 1 cüt qara rəngli parlaq dəri dabanı hündür olan qadın çəkməsi; - 34 manat dəyərində 1 cüt qara nabuk materialdan olan, üzəri ipli qara və altı qırmızı rəngdə olan altı düz qadın ayaqqabısı; - 45 manat dəyərində 1 cüt qara rəngli, “Versage” markalı altı düz qadın ayaqqabısı; - 25 manat dəyərində 1 cüt qırmızı rəngdə dəri materialı olan altı düz qadın ayaqqabısı; - 25 manat dəyərində 1 ədəd “Gucci” markalı, göy rəngli cinş parçadan olan qadın şalvarı; - 32 manat dəyərində 1 ədəd tünd-qəhvəyi rəngdə kəmərli klassik şalvar; - 30 manat dəyərində 1 ədəd gümüşü rəngdə panço; - 30 manat dəyərində 1 ədəd tündqəhvəyi rəngdə uzun qollu köynək; - 30 manat dəyərində 1 ədəd qara rəngli qolu uzun olan qadın koftası; - 40 manat dəyərində 1 ədəd qara rəngli “Chanel” markalı qolu uzun olan qadın koftası; - 35 manat dəyərində 1 ədəd sarı rəngli qısa qollu kəmərli köynək; - 75 manat dəyərində 1 ədəd sarı rəngli, üzərində muncuqları olan qısa ətakli don; - 65 manat dəyərində 1 ədəd qırmızı rəngli klassik şalvar və köynək dəsti; - 68 manat dəyərində 1 ədəd “Versage” markalı şalvar və qolu uzun olan köynək dəsti; - 45 manat dəyərində 1 ədəd qara rəngli qızılı ətəkli, ayağı enli don; - 100 manat dəyərində 1 ədəd qara rəngli qısa ətəkli olan, ayağı enli mərasim donu; - 35 manat dəyərində 1 ədəd uzun ətəkli dəri materialdan olan ətək və uzunboğaz kofta dəsti; - 38 manat dəyərində 1 ədəd qara rəngli, ayağı enli olan kombinzon şalvar; - 50 manat dəyərində 1 ədəd qara rəngli dəri materialdan olan gödəkçə; - 40 manat dəyərində 1 ədəd qırmızı-ağ rəngli qısa ətəkli sadə don; - 160 manat dəyərində 1 ədəd yun materialdan olan 3-lü şalvar-kofta-platye dəsti; - 70 manat dəyərində 1 ədəd üzəri yazılı şalvar-kofta dəsti; - 48 manat dəyərində 1 ədəd açıq-qəhvəyi rəngli parça gödəkçə; - 700 manat dəyərində 1 ədəd tünd-qəhvəyi rəngli şuba və çanta; - 70 manat dəyərində 1 ədəd qara rəngli qadın saatı; - 380 manat dəyərində kosmetika dəsti; - 100 manat dəyərində 1 ədəd qadın üçün olan hamam xalatı dəsti; - 25 manat dəyərində 6 ədədli bıçaq dəsti; - 35 manat dəyərində, içərisində 12 ədəd olan rəngli qaşıq dəsti; - 30 manat dəyərində 12 ədədli xrustal şüşədən olan mürəbbə qabı; - 50 manat dəyərində 2 ədədli Galaxy firmasından olan tava dəsti; - 65 manat dəyərində 12 ədəd rəngbərəng əl-üz dəsmalı; - 300 manat dəyərində, çantada hər birindən 12 ədəd olan çəngəl-bıçaq-qaşıq dəsti; - 50 manat dəyərində 5 ədədli hamam üçün paltar sütkası dəsti; - 100 manat dəyərində 2 ədəd bədən qətibəsi dəsti; - 35 manat dəyərində 1 ədəd qızılı rəngli, üzəri qaşlarla bəzədilmiş üzərlik qabı; - 8 manat dəyərində 1 ədəd mətbəx taxtasının cavabdehlərdən alınaraq iddiaçıya verilməsi və ya bu əşyaların pulla əvəzi kimi 13942 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 82 manat, mediasiya xərci kimi 50 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında hər iki cavabdeh izahatlarında iddia ərizəsində göstərilən əşyaların iddiaçıya cehiz və hədiyyə şəklində verildiyini inkar etməmiş, cavabdehlərdən Cavabdeh1 əşyaların bir hissəsini iddiaçının özü ilə apardığını, qalanını isə onun iddiaçıya göndərdiyini bildirmiş, digər Cavabdeh2 isə iddiaçıya qızıl-zinət əşyalarını qaytarmağı təklif etdiyini, qalan əşyaların iddiaçı tərəfindən götürüldüyünü bildirmişdir. Cavabdehlər iddianı qəbul etməmələrinin əsası kimi istinad etdiyi halları, yəni əşyalardan bir qismini iddiaçının özü ilə aparmasını, qalanını isə Cavabdeh1 yük maşını ilə iddiaçıya göndərdiyini sübuta yetirə bilməsələr də, iddiaçı təqdim etdiyi sənədlərlə iddia ərizəsində göstərilən əmlakların cavabdehlərin yaşadıqları, onun gəlin köçdüyü evə aparılmasını sübuta yetirə bilmişdir. İddia ərizəsində qeyd olunan əşyalar ilə bağlı iddiaçı tərəfindən məhkəməyə sübut kimi Tovuz rayon Koperativ Cəmiyyətləri İttifaqı RKC tərəfindən verilmiş rəy təqdim olunmuşdur. Həmin rəydə qızıl-zinət əşyalarının çəkisi, əyarı, xüsisuyyətləri, zahiri görkəmi, istehsal olunduqları ölkənin adı, habelə, cehiz əşyaların zahiri xüsusiyyətləri qeyd olunmuş və buna uyğun olaraq da qiymətlər müəyyən olunmuşdur.
7. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 34.1, Mülki Məcəllənin 225, MPM-nin 14.2, 77.1, 217.4, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
8. Qətnamədən cavabdehlər tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayəti verilmiş, hər iki apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir.
9. Apelyasiya şikayətləri eyni dəlillərlə əsaslandırılmaqla göstərilmişdir ki, iddia ərizəsində qeyd olunan əşyalardan hazırda guya onlarda olması iddia edilən aşağıda adları qeyd olunan əşyalar - "Cartier" markalı, 750 əyarlı, İtaliya istehsalı olan, hər birinin üzərində 2 ədǝd yaşıl qaş və xeyli sayda xırda ağ qaşları olan 1 ədəd 5 qram çəkidə olan üzük, 6 gram çəkidə olan 1 cüt sırğa, 8 qram çəkidə olan qolbaqdan ibarət, ümumi çəkisi 19 gram, dəyəri 3500 manat olan nişan komplekti və 1 ədəd ağ rəngli, İtaliya istehsalı olan, 750 əyarlı, üzərində xeyli sayda ağ sirkon qaşları olan 10 qram çəkidə kolye, 1 ədəd 750 əyarlı, İtaliya istehsalı olan, üzərində xeyli sayda ağ sirkon qaşları olan 7 qram çəkidə qolbağ, 1 ədəd üzərində xeyli sayda ağ sirkon qaşları olan, 750 əyarlı, İtaliya istehsallı 3 qram üzük va 750 əyarlı, İtaliya istehsalı olan, üzərində xeyli sayda ağ xırda sirkon qaşları olan 1 cür sırğadan ibarət, ümumi çəkisi 25 qram, dəyəri 4580 manat olan gəlinlik komplekti əslində yüksək keyfiyyətli bijuteria məmulatlarıdır və bacısı tərəfindən alınaraq iddiaçıya hədiyyə edilmişdir. Onların ümumi dəyəri isə cəmi 250-300 manatdan artıq deyil. Məhkəmə çəkişməsi zamanı bu məmulatların iddiaçının üstünə geyilmiş vəziyyətdə olan zaman çəkilmiş şəkillərini təqdim etsələr də, məhkəmə bu əsaslı sübuta əsla əhəmiyyət verməmişdir. Cehizləri qaytaran zaman adları yuxarıda qeyd olunan həmin bu əşyaları iddiaçıya təklif etmişlər, lakin iddiaçı onları qəbul etməkdən imtina etmişdir. Həmin əşyaları istənilən zaman iddiaçıya qaytarmağa hazırdılar. İddiada qeyd olunan - 1 ədəd ağ rəngli, İtaliya istehsalı olan, 750 əyarlı, 1 ədəd iri sirkon qaş və xeyli sayda xırda qaşı olan, 1000 manat dəyərində nişan üzüyü hər zaman iddiaçının özündə olub, sonradan Tovuza, anasının evinə gedərkən o, bu üzüyü özü ilə aparıb və bu üzük onların yaşadığı mənzildə qalmayıb. Ümumiyyətlə, adları yuxarıda qeyd olunan bijuteriya məmulatlarından başqa, iddiaçının cehiz kimi gətirdiyi və ona hədiyyə kimi verilən qızıl-zinət əşyalarını, iddiaçı anasının evinə gedərkən özü ilə götürüb, yerdə qalan cehizlik mebellər isə yük maşını ilə sonradan onun anasının yaşadığı Tovuzdakı evinə göndərilmişdir. Bundan başqa, iddiada qeyd olunan “700 manat dəyərində 1 ədəd tünd-qəhvəyi rəngli şuba” isə tamamilə absurddur, çünki belə bir şuba nə tərəfindən alınmış, nə də iddiaçı tərəfindən cehiz kimi yaşadıqları mənzilə gətirilib.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlmədiklərindən onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
12. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətinin təmin edilməsini xahiş edərək göstərmişdir ki, iddiaçı qızıl-zinət əşyaları və cehiz əşyalarını aparmışdır, iddia tələbində göstərilən paltarların da bir hissəsini özü gedəndə aparmış, rayonda olduğu müddətdə də müxtəlif vaxtlarda paltarının göndərilməsini istəmiş, oğlu isə göndərmişdir.
13. Cavabdeh2 həmçinin qeyd etdi ki, o, birinci instansiya məhkəməsində iddiaçının hər hansı qızıl-zinət əşyasının onlarda qalmasını bildirməmişdir. Onun nəzərdə tutduğu və iddiaçının da iddia ərizəsində «Cartier» dəsti kimi göstərdiyi bəzək əşyası qızıl yox, adi bijuteriya olmaqla qızına məxsus olmuşdur. Nişan mərasimində iddiaçının paltarına düşdüyü üçün qızı həmin dəsti iddiaçıya kirayə vermiş, nişandan sonra isə geri götürmüşdür. Digər dəst də bijuteriya olmuşdur. Həm onu, həm də digər qızıl zinət əşyalarını iddiaçı özü ilə aparmışdır.
14. Cavabdeh2 «Cartier» dəstini baxış keçirmək üçün məhkəmə kollegiyasına təqdim etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi
15. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır).
Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər.
17. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi birgə mülkiyyətidir.
18. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apelyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
26. İddiaçı cavabdehlərdən hədiyyə şəklində ona alınmış qeyd etdiyi qızıl-zinət əşyalarını və cehiz əşyalarının özlərini və ya onların ümumi dəyəri olan 13942 manat pulu tələb etmişdir.
27. Cavabdeh tərəf isə iddia tələbi razılaşmayaraq iddiaçının tələb etdiyi qızıl-zinət əşyaları və cehiz əşyalarının hamısını apardığını qeyd etmişdir.
28. Cavabdeh2 apelyasiya baxışı zamanı iddia ərizəsində qızıl kimi qeyd edilən "Cartier" markalı komplektin qızıl olmadığını, bijuteriya olduğunu və həmin komplektin qızına məxsus olduğunu qeyt etmiş və bildirmişdir ki, yalnız nişanda iddiaçının paltarına uyğun olduğu üçün qızı bir günlük taxmağa vermiş, səhəri gün isə geri qaytarmışdır.
29. Kollegiya tərəfindən Cavabdeh2 tərəfindən təqdim edilmiş komplektin iş materiallarının 34-cü vərəqində olan fotoşəkildə iddiaçının üzərində olan komplekt olub-olmaması, təqdim edilən kompektin tərkibi və dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə keçirilmiş və "xxxx" MMC tərəfindən verilmiş MB-16/0182 saylı xx.xx.2023-cü il qiymətləndirmə hesabatına əsasən müəyyən edilmişdir ki, iş materiallarının 34-cü səhifəsindəki şəkildə iddiaçının üzərində olan bəzək əşyaları (sırğa, qolbaq və üzükdən ibarət dəst) cavabdehin məhkəməyə təqdim etdiyi dəstlə görünüşcə eynilik təşkil edir, lakin şəkilə əsasən şəkildəki dəstlə eyni tərkibli olmasını müəyyən etmək mümkün sayılmır. Təqdim edilmiş qızıl dəsti sahil ticarət mərkəzində yoxladılmış, üzərində əyar aşkarlanmamışdır, yəni dəst bijuteriyadır. Eyni zamanda sahil ticarət mərkəzindən dəstin dəyəri barədə məlumat araşdırılmış, dəstin bazar dəyəri 120 manat müəyyən edilmişdir.
30. Göründüyü kimi iddiaçı tələbində dəyəri 3500 manat olan “Cartier” markalı nişan komplekti tələb etmiş, cavabdeh həmin komplektin qızıl deyil, bijuteriya olduğunu və həmin komplektin qızına məxsus olduğunu qeyd etmiş və bildirmişdir ki, yalnız nişanda iddiaçının paltarına uyğun olduğu üçün qızı bir günlük taxmağa vermişdir.
31. Qiymətləndirmə hesabatı ilə də dəstin bijuteriya olduğu və 120 manat dəyərinin olduğu müəyyən edilmişdir.
32. Kollegiya cavabdehin həmin bəzək dəstinin qızına aid olması və iddiaçıya nişanda bir günlük taxılması üçün verilməsi barədə qeyd etdiklərini inandırıcı hesab etmir və belə qənaətə gəlir ki, həmin bəzək dəsti nişanda iddiaçıya hədiyyə edilmişdir. Ona görə də həmin bəzək dəstinin özü, özü olmadıqda isə dəyəri olan 120 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
33. Kollegiya işin müəyyən edilmiş hallarına, tərəflərin gətirdikləri arqumentlərə qiymət verərək hesab edir ki, iddia digər hissələrdə kifayət qədər əsaslandırılmamış, sübuta yetirilməmişdir.
34. Qanunun mənasına görə əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi barədə iddianı təmin etmək üçün aşağıdakı şərtlər tələb olunur: iddiaçının mülkiyyət hüququnun olması, əşya üzərindən faktiki sahibliyinin itirilməsi, tələb edilən əşyanın digər eyni cinsli əşyalardan fərdi-müəyyən əlamətlərlə konkretləşdirilməsi və əşyanın faktiki olaraq cavabdehin qanunsuz sahibliyində olması.
35. Həmçinin nəzərə alınmalıdır ki, müvafiq iddianı sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı, qaytarılmasını tələb etdiyi cehiz və qızıl-zinət əşyalarının iddia ərizəsində göstərdiyi sayda olduğunu, həmin əşyaların onun mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir.
36. Tələb olunan digər cehiz və qızıl-zinət əşyalarının isə mövcudluğunu və cavabdehdə olmasını iddiaçı sübuta yetirə bilməmişdir. Ona görə də həmin hissələrdə iddia tələbi rədd edilməlidir.
37. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyasının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
38. Hazırki qətnamə ilə cavabdehlərdən tutulmalı məbləğ ümumilikdə 5000 manatdan az olduğu üçün, cavabdehlərin hazırki qətnamədən kassasiya şikayəti vermək hüququ yoxdur.
39. Həmçinin Kollegiya hesab edir ki, dövlət rüsumları tərəflərin özlərinə, qiymətləndirmə xərci isə cavabdehlərə aid edilməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1579/2022 saylı iş 29 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, yeni qətnamə çıxarılsın və iddia tələbi qismən təmin edilsin. Dəyəri 120 manat olan sırğa, qolbaq və üzükdən ibarət “Cartier” markalı nişan dəsti (bijuteriya), naturada olmadıqda isə dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Aparılmış tədqiqatın dəyərini təşkil edən 300 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən iddiaçı tərəfindən qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.