Məhkəmə qərarları › İş №2(103)-6451/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6451/2020

28.07.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6451/2020 28.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə Kərimova Aytən Nadir qızının katibliyi ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı əmək haqqının ödənilməsi və qanunsuz alınmış pulun qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2367/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh QSC tərəfindən verilmiş şikayətin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı Cavabdeh QSC qarşı əmək haqqının ödənilməsi və qanunsuz alınmış pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə məhkəmədə baxılan zaman cavabdehin nümayəndəsi vəsatət təqdim edərək, İddiaçı Cavabdeh QSC qarşı əmək haqqının ödənilməsi və qanunsuz alınmış pulun qaytarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2367/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə Cavabdeh QSC-nin iş üzrə icraata xitam verilməsi barədə vəsatəti təmin edilməmişdir. Cavabdeh QSC Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2367/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın tam ləğv edilməsi, iddia ərizəsi üzrə məhkəmə işinin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, şikayət verilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2376/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı iş materiallarında mövcud deyildir. İş materiallarının 86-88-ci səhifələrində olan şikayətdən görünür ki, Cavabdeh QSC tərəfindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin mövud olmayan 2(004)-2376/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadından şikayət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 269.1-ci maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə görə: 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər; 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır; 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldi: Bakı şəhəri Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2367/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh QSC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar