Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6460/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(005)-722/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-956/2019 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 01 iyun 2005ci il tarixli 371 №-li akt qeydinə əsasən bağlanılmış nikah pozulması, xx.xx.2006-cı il təvəllüdlü X6 və 11.01.200-cu il təvəllüdlü X1 və tərbiyə edilmələri üçün İddiaçı yanında qalması, xx.xx.2006-cı il təvəllüdlü X6 və 11.01.200-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 13 dekabr 2018-ci il tarixdən başlayaraq hər ay Cavabdeh hər uşaq üçün 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
2. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-243/2020 saylı qətnaməsi ilə ilkin iddia ərizəsi qismən təmin edilərək, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsindəki 119 nömrəli evin 121 nömrəli mənzilə İddiaçı ½ hissədə payının müəyyən olunması və mülkiyyət hüquqlarının tanınması, qalan hissədə ilkin iddia ərizəsinin təmin edilməməsi, iddiaçı Cavabdeh İddiaçı qıına qarşı fərdi yaşayış evinə paylarının müəyyən edilməsi və həmin evə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)- 101/2021 saylı qətnaməsi ilə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-243/2020 saylı qətnaməsinin mübahisələndirilən – ilkin iddia tələbinin təmin edilmiş və qarşılıqlı iddia tələbinə aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
4. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.
5. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ 27-ci Polis Bölməsi tərəfindən İddiaçı ərizəsi əsasında tərtib edilmiş arayışın surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanında yaşayan şəxslərin şəxsiyyətini müəyyən olunması, həmin mənzildən istifadəsinin hüquqi əsasını müəyyənləşdirilməsini və həmin mənzilin ümumi sahəsinin ½ hissəsindən çıxarılması ilə qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Araşdırma dövründə məlum olmuşdur ki, həmin mənzildə X5 və onun 4 nəfər ailə üzvü yaşayır. Həsənov Şahin izahat verərək bildirmişdir ki, qeyd olunan mənzildə təqribən 9 ilə yaxın müddətdir ki, Cavabdeh kirayə haqqı ödəməklə yaşayır.
6. İş materiallarına əlavə edilmiş X3 Bakı şəhəri Yasamal RPİ 27-ci Polis Bölməsinə verdiyi xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, o, 9 ilə yaxın müddətdir ki, kirayə götürdüyü həmin mənzilə görə Cavabdeh aylıq 350 manat kirayə haqqı ödəyir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi 119 saylı evin, 121 saylı mənzilini kirayəyə verməsi müqabilində əldə etmiş olduğu 11880 manat gəlirindən 5900 manat məbləğində pul vəsaitini (1/2 hissədə) onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsinə əsasən tərəflərin nikah münasibətlərinə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. Cavabdeh qarşı "birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair" iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi 119 nömrəli evin, 121 nömrəli mənzilinin yetkinlik yaşına çatmayan uşaqların mənafeyi nəzərə alınmaqla və "Nissan Tiida" markalı **-DE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin bölünməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-243/2020 nömrəli qətnaməsi ilə ilkin iddia ərizəsinin qismən, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi 119 nömrəli evin 121 nömrəli mənzilə İddiaçı ½ hissədə payının müəyyən olunması və mülkiyyət hüquqlarının tanınması, qalan hissədə ilkin iddia ərizəsinin təmin edilməməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı "fərdi yaşayış evinə payların müəyyən edilməsi və həmin evə köçürülmə tələbinə dair " qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia tələbi üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. Sonradan hər iki tərəf birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-1019/2021 nömrəli qətnaməsi ilə hər iki apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-243/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən - ilkin iddia tələbinin təmin edilmiş və qarşılıqlı iddia tələbinə aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh birgə nikah dövründə əldə olunmuş əmlakı 2019-cu ilin fevral ayından etibarən aylıq 360 manat kirayəyə vermiş və aylıq kirayə haqqından əldə olunmuş pul vəsaitini öz şəxsi ehtiyacına sərf etmişdir. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmə tarixinə qədər olan bu müddət 33 ay təşkil edir, ödənilən aylıq kirayə haqqının 360 manat olması və nəticə etibarı ilə birgə nikah dövründə əldə olunmuş əmlakın kirayə verilməsindən cavabdeh tərəfindən 11880 manat məbləğində gəlir əldə edilməsi aşkardır və mənzilin kirayə verilməsinə onun notarial qaydada razılıq ərizəsi verməyəcəyini qabaqcadan bilərək, qəsdlə və bilərəkdən həmin yaşayış sahəsini kirayəyə vermiş və əldə olunmuş gəliri (pulu) qanunla müəyyən edilmiş qaydada bölməkdən yayınmış və nəticə etibarı ilə onun qanunla qorunan hüquqlarının pozulmasına, maddi və mənəvi zərər vurmasına səbəb olmuşdur. Paylı mülkiyyət hüququ ilə (1/2 hissədə) ona məxsus mənzilinə baxış zamanı həmin mənzildə həqiqətəndə Şahin adlı şəxsin öz ailə üzvləri ilə birlikdə yaşaması aşkar olunmuşdur. Bununla əlaqədar olaraq tərəfindən Bakı şəhəri Yasamal rayon Polis İdarıəsinin 27-ci Polis Bölməsinə ona məxsus fərdi yaşayış evində yaşayan, şəxsiyyəti ona məlum olmayan və ona məxsus cehiz əşyalarından istifadə edən şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və eyni zamanda fərdi yaşayış evindən hansı hüquqi əsasla yaşamalarının araşdırılması, bu fakta hüquqi qiymət verilməsi barədə ərizə ilə müraciət etmişdir. Hüquq mühafizə orqanın aparmış olduğu araşdırma nəticəsində həqiqətəndə həmin ünvanda kirayəçinin ailə üzvləri ilə birlikdə yaşamaları müəyyən edilmiş, aylıq 360 manat kirayə haqqını cavabdehə ödədiklərini bildirmişlər. Lakin Yasamal RPİ-nin 27-ci PB-nin xx.xx.2021-ci il tarixli cavab məktubu ilə ərizədə göstərilən xüsusatların mülki xarakterli olması səbəbi ilə mülki iddia qaldırmaq hüququnun olduğu izah edilmiş və toplanmış materialların şəxsi xarakterli olması səbəbi ilə surətlərinin ona verilməsindən imtina edilmişdir.
9. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(005)- 722/2022 saylı (hakim Kəmalə Əmirxanova) qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 448.2, 215.1, 215.2, 215.3, 215.3.1, 215.3.2, 215.4, 215.5, 215.6, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1, 33.2, 33.3, 33.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.
12. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə göndərilən məhkəmə bildirişləri “müvəqqəti yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Cavabdeh xaricdə yaşadığı üçün məhkəmə iclasında şahid X3 mobil telefonu vasitəsi ilə cavabdehlə əlaqə saxlanılmış, cavabdeh hazırki mənzilin Şahin Həsənova aylıq 350 manat məbləğində kirayəyə verdiyini bildirmiş, Rusiya Federasiyasında yaşadığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
17. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
18. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.
19. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.
20. Həmin Məcəllənin 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir.
21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
22. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, apellyasiya baxışı zamanı qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi qismən təmin olunmalıdır.
30. Belə ki, işin halları ilə müəyyən edilir ki, Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanılmış nikah pozulmuş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsindəki 119 nömrəli evin 121 nömrəli mənzilə İddiaçı ½ hissədə payı müəyyən olunmuşdur. İddiaçı həmin mənzilin keçmiş həyat yoldaşı tərəfindən 360 manata kirayəyə verildiyini iddia edir və 2019-cu ilin fevral ayından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxtadək keçən 33 ay ərzində cəmi 11880 manat kirayə haqqının yarısı olan 5900 manatın cavabdehdən alınaraq ona verilməsini xahiş edir.
31. Bakı şəhəri Yasamal RPİ 27-ci Polis Bölməsində İddiaçı ərizəsi əsasında aparılmış araşdırma zamanı X5 xx.xx.2021-ci il tarixdə verdiyi izahatında bildirmişdir ki, 9 ilə yaxın müddətdir ki, kirayə götürdüyü Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsindəki 119 nömrəli evin 121 nömrəli mənzilə görə Cavabdeh aylıq 350 manat kirayə haqqı ödəyir.
32. Apellyasiya baxışı zamanı şahid qismində dindirilən Şahin Həsənov verdiyi ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsindəki 119 nömrəli evin 121 nömrəli mənzilində 9 ildir ki, ailə üzvləri ilə birgə kirayədə qalır, hər ay 350 manat məbləğində kirayə haqqını evin sahibi Cavabdeh ödəyir. Cavabdeh Rusiya Federasiyasında yaşadığı üçün kirayə pulunu onun dediyi adamlar vasitəsi ilə ödəyir. xx.xx.2022-ci il tarixdən isə İddiaçı ilə həmin yaşayış sahəsinin kirayəsi haqqında müqavilə bağlayaraq kirayə haqqının yarısını 175 manatı İddiaçı, qalan yarısını isə Cavabdeh ödəyir.
33. Göründüyü kimi iddiaçı iddia ərizəsində mənzilin 360 manata kirayəyə verdiyini qeyd etsə də iş üzrə dindirilmiş şahidin ifadəsi, həmçinin məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli yaşayış sahəsinin kirayəsi haqqında müqavilə ilə həmin mənzilin Şahin Həsənova 350 manata kirayəyə verilməsi öz təsdiqini tapır.
34. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı ilə cavabdeh arasında nikah münasibətlərinə xitam verildiyi xx.xx.2019-cu il tarixdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət edildiyi xx.xx.2021-ci il tarixinə qədər keçən 33 ay üçün ayda 350 manat olmaqla ödənilmiş 11550 manatın yarı məbləğini təşkil edən 5775 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulduğu üçün iddia tələbi qismən təmin edilməlidir.
35. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 5775 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(005)- 722/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin olunsun. Cavabdeh İddiaçı xeyrinə 5775 (beş min yeddi yüz yetmiş beş) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.