Məhkəmə qərarları › İş №2(103)-6460/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6460/2025

04.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6460/2025 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə HakimAbbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər X2 Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli, e-2(008)-4815/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ:

1. İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)7586/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə və onunla bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(008)- 263/2025 saylı qərardadı ilə alimentin sabit pul məbləğində tutulmasında üsul dəyişdirərək, İddiaçı üç uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əmək haqqının (qazancının) 1/8 hissəsi miqdarında aliment tutulmasının müəyyən edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə ailə münasibətləri pozulduğundan Ağsu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(016)-421/2019 saylı qətnaməsi ilə nikahı pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar ananın himayəsində qalaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sabit pul məbləğində hər ay bir uşağa 100 manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində alimentin İddiaçı alınaraq cavabdehə verilməsi qət edilmişdir. Bundan sonra, X9 alimentin artırılması barədə iddia tələbi ilə Bakı şəhəri Sabunçu Rayon məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-7586/2021 saylı qətnaməsi ilə aliment məbləği artırılaraq sabit pul məbləğində hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində alimentin İddiaçı tutulması qət edilmişdir. Həmin qətnamə qüvvəsini almışdır və icra edilməsi üçün icra şöbəsinə göndərilmişdir. Daha sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(008)-263/2025 saylı qərardadına əsasən X3 ərizəsi qismən təmin edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli, e-2(008)4815/2025 saylı qətnaməsi ilə nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan aliment məbləği xx.xx.2025-ci il tarixdən etibarən xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli həddində indeksasiya edilməsi" müəyyən edilmişdir. Qeyd etmişdir ki, o stabil əmək haqqı alır. Onun əmək haqqısı 572 manat təşkil edir. Hər ay onun əmək haqqından 430 manat bu aydan tutulur.142 manat pul qalır. Əmək haqqının 70% tutulması onu ağır duruma salır. Aliment borcu 1309 manat təşkil edir. İkinci nikahdan olan azyaşlı övladı, arvadını və onu dolanışıqdan məhrum etmə deməkdir. Onun yeni nikahdan yoldaşı uşağa baxır. Onlar kirayə qalırlar. Bunları nəzərə almaq lazımdır. Belə ki, keçən müddətdə onun ailə vəziyyətində dəyişiklik olmuş, yeni ailə həyatı qurmuşdur və bu nikahdan 12 aylıq bir uşağı vardır. Həyat yoldaşı işləmir və qazancı yoxdur. Hazırda ailənin yeganə gəlir yeri onun müqavilə ilə işlədiyi iş yerindən aldığı 572 manat əmək haqqıdır. 2024-cü ilin avqust ayından İİ qrup əlilliyə görə aldığı 220 manat sosial müavinət dayandırılmış, həmin müavinətin bərpası barədə müraciətinə imtina verilmişdir. Hazırda ailənin qazancı 220 manat azalmışdır. Digər mənbələrdən heç bir qazancı yoxdur. Üç nəfərlik ailə üzvlərinin adambaşına düşən qazancın məbləği 47 manat təşkil edir. Həmçinin müalicə üçün qəbul etdiyi dərmanlara hər ay 165 manat xərc çəkir. Yeni nikahdan olan uşağı faktiki olaraq atasından maddi yardım almaqdan məhrum edilmişdir. Cavabdeh uşaq bağçasında müəllimə işləyir və 700-800 manat əmək haqqı alır, əlil uşağa baxdığına görə 200 manat əlavə müavinət və iki uşağa görə təyin olunmuş 500 manat pensiya alır. Ümumilikdə cavabdehin aylıq gəliri 1700 manat təşkil edir ki, 4 nəfər adambaşına düşən pulun miqdarı 430 manat təşkil edir. Onunla müqayisədə cavabdehin adambaşına düşən gəliri 7 dəfədən çoxdur.

2. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli, e- 2(008)-4815/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının ailə vəziyyətində dəyişiklik olmuş, o cümlədən yenidən ailə həyatı qurmuş, bu nikahdan da başqa uşağı doğulmuşdur. Lakin ondan cavabdehin xeyrinə tutulması qət edilmiş alimentin məbləği 2025-ci il üçün uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumundan xeyli azdır. Belə ki, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Bu baxımdan məhkəmə iddiaçının maddi cəhətdən çətinlik çəkməsi barədə dəlillərinə qiymət verərək hesab etmişdir ki, göstərilən səbəb valideyni öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.1, 76.2, 112.1, MPM-nin 14.2 və 77.1 maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZİN DƏLİLLƏRİ

5. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır.

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. 8.İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

9. Qurbanov X5 Shakhsanam ilə xx.xx.2007-ci il tarixdə nikah bağlamışlar. Onların birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2017-ci il təvəllüdlü X14 doğulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7586/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1993/2021 saylı iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsinin alimentin məbləği hissəsində dəyişdirməsi və İddiaçı xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində alınacaq alimentin məbləğinin hər ay, hər uşaq üçün 140 manat, cəmi 420 (dörd yüz iyirmi) manat müəyyən edilməsi qət edilmişdir.

10. AZ-İİ seriyalı 601181 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X15 xx.xx.2024-cü il tarixdə nikah bağlamışlar, nikah bağlandıqdan sonra arvada Qurbanova soyadı verilmişdir. 11.AZ-V seriyalı 010685 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2024-cü il tarixdə doğulmuşdur, atası İddiaçı, anası X11r. 12.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3639/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi (azaldılması)” tələbinə dair iddiası rədd edilmişdir.

13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2985/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Qurbanova Shakhsanama qarşı “uşaqla ünsiyyət hüququnun verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

14. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-263/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7586/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan aliment məbləği xx.xx.2025-ci il tarixdən etibarən xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli həddində indeksassiya edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-134/2025nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 8(008)- 263/2025 nömrəli qərardadından borclu İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 8(008)- 263/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərardad icra edilməsi üçün icra şöbəsinə göndərilmişdir.

16. Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı X23 Təhsil İdarəsində idman üzrə məşqçi-idmançı vəzifəsində işləyir və aylıq əmək haqqısı 1254 manat təşkil edir, həmçinin, 2-ci qrup əlilliyə görə 220 manat pensiya alır.

17. X23 Təhsil İdarəsi tərəfindən verilmiş 41 nömrəli xx.xx.2025-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən də Kürdəmir şəhər X24 Şahmat məktəbində məşqçi müəllim işləyir. 2025-ci ilin may ayı üçün onun karta köçən əmək haqqı 572 manat manatdır və əmək haqqından 70% (430 manat) aliment tutulur.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddianın əsasını təşkil edən “alimentin miqdarının azaldılması” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə artıq qiymət verildiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir.

19. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: -261.0.2-ci maddəsinin tələblərinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. -262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. - 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. -384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir.

20. Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər.

21. İşin mübahisəli halları kontekstində nəzərə alınmalıdır ki, MPM-nin 261.0.2-ci maddəsi iş üzrə icraata xitam verilməsi üçün eyni tərəflər arasında, eyni tələb deyil, məhz eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını yetərli hesab edir.

22. Məlum olduğu kimi, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir.

23. İddianın əsasını isə irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir.

24. Yuxarıda sadalanları konkretləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, ayrıayrı iddia tələblərinin və ya əsasının fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli və əsaslı olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri, iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar baxımından kompleks şəkildə qiymət verilməlidir.

25. Beləliklə, iş materiallarına əsasən Qurbanov X5 Shakhsanam ilə xx.xx.2007-ci il tarixdə nikah bağlamışlar. Onların birgə nikahdan 3 uşağı var. İddiaçının daha əvvəl Cavabdeh qarşı “alimentin dəyişdirilməsi (azaldılması)” tələbinə dair iddiası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3639/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamədə İddiaçı aylıq əmək haqqısı 631 manat təşkil etdiyi qeyd edilmişdir. Hazırda isə iddiaçının əmək haqqısı 1254 manat təşkil edir və işin bu halı iddiaçının maddi durumunun daha da ağır vəziyyətə düşməsinə dəlalət etmir. Əksinə bu müddət ərzində iddiaçının maddi rifahı yaxşılığa doğru dəyişmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ilk dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə baxıldıqda məhkəmənin iddia tələbini qismən təmin etmək imkanı var idi, yəni bu o deməkdir ki, məhkəmə hələ o zaman işin bütün hallarına hərtərəfli araşdırmaqla və qiymət verməklə iddia tələbini təmin etməmişdir. Qeyd olunmalıdır ki, iddiaçı hüququndan suiistifadə etməklə hər dəfə “alimentin miqdarının azaldılması” tələbinə dair məhkəməyə müraciət etməklə yalnız alimentin məbləğinin (1/2, 1/8 və s. miqdarda) azaldılmasına dair müraciət etməsi İddiaçı yeni bir iddia tələbi ilə məhkəməyə müraciət etməsi kimi qiymətləndirilə bilməz. Bununla belə, iddiaçı “alimentin miqdarının azaldılmasını” eyni əsaslarla və dəlillərlə artıq bir dəfə məhkəmə qaydasında mübahisələndirmiş və həmin mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Bu da öz növbəsində hazırki iş üzrə icraata xitam verilməsini şərtləndirir. Göründüyü kimi iddiaçı qanuni qüvvəsini almış məhkəmə aktına əsasən öz həllini tapmış məsələni məhkəməyə yenidən müraciət etməklə mübahisələndirir. Halbuki, mahiyyəti üzrə araşdırılmış və barəsində yekun məhkəmə aktı qəbul edilmiş halların, o cümlədən həmin hallara əsasən məhkəmənin gəldiyi nəticənin bu cür prosessual qaydada mübahisələndirilməsi yolverilməzdir, bu da həmin nəticənin qanuni və əsaslı olması prezumpsiyasından irəli gəlir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmiş, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini nəzərə almamış, iş üzrə icraata xitam verməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli, e-2(008)- 4815/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski MəmmədMəmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar