Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6470/2020 03.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X29 oğlunun katibliyi ilə, iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxs X8 nümayəndəsi və vəkili X12, cavabdehin nümayəndəsi X13 iştirakları ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan “Cavabdeh1" X23 və X1rşı (üçüncü şəxs Xətai rayon İcra və probasiya şöbəsi olmaqla) “ipoteka və girov müqavilələrinə xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X8 cavabdehlər ləğv prosesində olan “Cavabdeh1" X23 və X1rşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan “Cavabdeh1" X23 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 ASC-yə, ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X1rşı X6 Cavabdeh1 ASC ilə bağladığı 02AVF20 nömrəli xx.xx.2010-cu il tarixli və 20AV/F20 nömrəli xx.xx.2010-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin edən xx.xx.2010-cu il tarixli 02İP/F20-10 nömrəli Girov müqaviləsi, xx.xx.2010-cu il tarixli 20/F20-10 nömrəli İpoteka müqaviləsi, xx.xx.2010-cu il tarixli 20İP/F20-10 nömrəli Girov müqaviləsinə xitam verilməsi və Şassi KL5UK42HEAU000213, mühərrik DE08TİS 905129BQ, buraxılış ili 2009-cu il, Şassi KL5UK42HEAU000214, mühərrik DE08TİS904132BQ, buraxılış ili 2009-cu il, Şassi KL5UK42HEAU000157, mühərrik DE08TİS904813BQ, buraxılış ili 2009-cu il, Şassi KL5UK42HEAU000172, mühərrik DE08TİS904930BQ, buraxılış ili 2009-cu il, Şassi KL5UK42HEAU000176, mühərrik DE08TİS904925BQ, buraxılış ili 2009-cu il, Şassi KL5UK42HEAU000179, mühərrik DE08TİS 904931BQ, buraxılış ili 2009-cu il, Şassi KL5UK42HEAU003214, mühərrik DE08TİS 905668BQ, buraxılış ili 2009-cu il, Şassi KL5UK42HEAU003172, mühərrik DE08TİS 905669BQ, buraxılış ili 2009-cu il olan 8 ədəd avtobusun, həmçinin Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 29 saylı evin 7 saylı mənzilinin ipotekasının dövlət qeydiyyatının ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəllər Bakı şəhəri, Xətai rayon məhkəməsində baxılmış və icra sənədi verilmiş mülki iş üzrə iddiaçı qismində iştirak etmiş Cavabdeh1 ASC cavabdeh qismində iştirak etmiş iddiaçının həyat yoldaşı X9, X14, X10 və X15 qarşı iddia tələbi ilə Xətai rayon məhkəməsinə müraciət edərək “xx xxxxxx 2010cu il tarixli, 20AV/F20 nömrəli kredit müqaviləsi üzrə 102.318,97 manat əsas, 74.690,81 manat faiz, 53.842,95 manat cərimə, cəmi 230.852,73 manat borcun tutulması, tutmanın xx xxxxxx 2010-cu il tarixli, 20/F20-10 nömrəli ipoteka müqaviləsinə əsasən X7 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 29 saylı evin 7 saylı mənzilə, xx xxxxxx 2010-cu il tarixli, 20İP/F20-10 nömrəli girov müqaviləsi əsasında Şassi KL5UK42HEAU000213, mühərrik DE08TİS 905129BQ, buraxılış ili 2009-cu il Şassi KL5UK42HEAU000214, mühərrik DE08TİS 904132BQ, buraxılış ili 2009-cu il DAEWOO BS090 markalı 2 ədəd avtobusa yönəldilməsini, xx xxx 2010-cu il tarixli, 02AVF20 nömrəli kredit müqaviləsi üzrə 110.922,83 manat əsas, 27.065,64 manat faiz. 27.065,64 , manat cərimə, cəmi 165.054,11 manat borcun tutulmasını, tutmanın xx xxx 2010-cu il tarixli, 02İP/F20-10 nömrəli girov müqaviləsinə əsasən Şassi KL5UK42HEAU000157, mühərrik DE08TİS904813BQ, buraxılış ili 2009-cu il, Şassi KL5UK42HEAU000172, mühərrik DE08TİS904930BQ, buraxılış ili 2009-cu il, Şassi KL5UK42HEAU000176, mühərrik DE08TİS904925BQ, buraxılış ili 2009-cu il, Şassi KL5UK42HEAU000179, mühərrik DE08TİS 904931BQ, buraxılış ili 2009-cu il, Şassi KL5UK42HEAU003214, mühərrik DE08TİS 905668BQ, buraxılış ili 2009-cu il, Şassi KL5UK42HEAU003172, mühərrik DE08TİS 905669BQ, buraxılış ili 2009-cu il olan 6 ədəd avtobusa yönəldilməsini xahiş etmişdir. Bakı şəhəri, Xətai rayon məhkəməsinin 2(011)-95/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə ləğv prosesində olan "Cavabdeh1” ASC-nin iddia tələbi qismən təmin edilərək X5 xx.xx.2010-cu il tarixli, 20AV/F2Q saylı kredit müqaviləsi üzrə 100.862,99 manat əsas, 21.745,97 manat faiz borcu, 5000 manat cərimə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 30 manat və 1 manat bank xidmətinin haqqı, cəmi 127.639,96 manat alınaraq ləğv prosesində olan Cavabdeh1 ASC-yə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş şassi X9 məxsus olan Şassi KL5UK42HEAU003214, mühərrik DE08TİS 905668BQ, Buraxılış ili 2009-cu il Şassi KE5UK42HEAU003172, mühərrik DE08TİS 905669BQ, Buraxılış ili 2009-cu il olan 2 ədəd ədəd DAEWOO BS090 markalı avtobuslara, Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 29 saylı evin 7 saylı mənzilinə yönəldilməsi qət edilmiş və iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5299/2018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-95/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3144/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5299/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai rayon məhkəməsində mülki işin baxışı zamanı müəyyən edilmişdir ki, Şassi KL5UK42HEAU000157, mühərrik DE08TİS904813BQ, buraxılış ili 2009-cu il, Şassi KL5UK42HEAU000172, mühərrik DE08TİS904930BQ, buraxılış ili 2009- cu il, Şassi KL5UK42HEAU000176, mühərrik DE08TİS904925BQ, buraxılış ili 2009-cu il, Şassi KL5UK42HEAU000179, mühərrik DE08TİS 904931BQ, buraxılış ili 2009-cu il, Şassi KL5UK42HEAU003214, mühərrik DE08TİS 905668BQ, buraxılış ili 2009-cu il, Şassi KL5UK42HEAU003172, mühərrik DE08TİS 905669BQ, buraxılış ili 2009-cu il olan 6 ədəd avtobusun ipotekası ilə təmin edilmiş xx xxx 2010-cu il tarixli, 02İP/F20-10 nömrəli kredit müqaviləsi üzrə borc mərhum həyat yoldaşı X16 tərəfindən tam ödənilmişdir. Bununla yanaşı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qət edilmiş 127.639,96 manat borc məbləği onun tərəfindən tam ödənildiyindən, Bakı şəhəri Xətai rayonu İcra və Probasiya şöbəsinin İcra məmuru G.Sadıqovun “İcraata xitam verilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarı ilə icra işi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, mərhum həyat yoldaşı X6 "Cavabdeh1” ASC ilə bağladığı xx xxx 2010-cu il tarixli, 02AVF20 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyi mərhum Z.Abbasov məhkəmədən kənar, xx xxxxxx 2010-cu il tarixli, 02AVF20 nömrəli müqavilədən irəli gələn öhdəliyi isə onun özü məhkəmə qərarının icrası qaydasında tam icra etmişdir. Mərhum həyat yoldaşı X6 "Cavabdeh1" ASC qarşısında götürdüyü öhdəliklərin tam icra olunduğunu və həmin öhdəliklərə xitam verilmiş hesab olunduğunu nəzərə alaraq, ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X3 xx xxxxxx 2010-cu il tarixli, 20/F20-10 nömrəli və 20İP/F20-10 nömrəli, eləcə də xx xxx 2010-cu il tarixli, 02İPF20-6 nömrəli ipoteka müqavilələrinin ləğv edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi üçün məktubla müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X32 müraciət etməsi üçün həyat yoldaşının vərəsəsi qismində tərəfindən rəsmi ərizə ilə müraciət edilmişdir. Lakin ‘"Cavabdeh1” ASC-nin ləğvedicisi olan X4 müraciətinə cavab olaraq göndərdiyi xx xxxxxx 2019-cu il tarixli məktubda yuxarıda sadalanan məhkəmə aktlarına istinad edərək həmin məhkəmə aktları ilə onun üzərinə bununla bağlı hər hansı bir öhdəlik qoyulmadığını əsas gətirib qanunsuz olaraq ipoteka müqavilələrinin ləğv edilməsindən, eləcə də ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi üçün müvafiq orqanlara müraciət edilməsindən imtina etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X18 Cavabdeh1 ASC-yə, ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X1rşı X6 Cavabdeh1 ASC ilə bağladığı xx.xx.2010-cu il tarixli 20AV/F20 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin edən xx.xx.2010-cu il tarixli 20/F20-10 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 29 saylı evin 7 saylı mənzilin ipotekasının dövlət qeydiyyatının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X16, X17 və Cavabdeh1 ASC arasında imzalanmış 20/F20-10 nömrəli, xx.xx.2010-cu il tarixli “İpoteka müqaviləsi”-nə xitam verilməsi, X16 ilə Cavabdeh1 ASC arasında imzalanmış 02 İP/F20-10 nömrəli, xx.xx.2010-cu il tarixli “Girov müqaviləsi”-nə və 20 İP/F20-10 saylı, xx.xx.2010-cu il tarixli “Girov müqaviləsi”-nə xitam verilməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X33 aparılmış xx.xx.2010-cu il tarixli AB357252 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikin nömrəsi DE08TİS904930BQ və buraxılış ili 2009 olan DAEWOO BS 090 avtobus markalı 90HM252 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, xx.xx.2010-cu il tarixli AB357282 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikin nömrəsi DE08TİS904931BQ və buraxılış ili 2009 olan DAEWOO BS 090 avtobus markalı 90HM282 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, xx.xx.2010-cu il tarixli AB3925612 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikin nömrəsi DE08TİS905668BQ və buraxılış ili 2009 olan DAEWOO BS 090 avtobus markalı 90KD561 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, xx.xx.2010-cu il tarixli AB357366 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikin nömrəsi DE08TİS905132BQ və buraxılış ili 2009 olan DAEWOO BS 090 avtobus markalı 90HM366 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, xx.xx.2010-cu il tarixli AB357188 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikin nömrəsi DE08TİS904813BQ və buraxılış ili 2009 olan DAEWOO BS 090 avtobus markalı 90HM188 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, xx.xx.2010-cu il tarixli AB357363 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikin nömrəsi DE08TİS904925BQ və buraxılış ili 2009 olan DAEWOO BS 090 avtobus markalı 90HM363 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, xx.xx.2010-cu il tarixli AB357181 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikin nömrəsi DE08TİS905129BQ və buraxılış ili 2009 olan DAEWOO BS 090 avtobus markalı 90HM181 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, xx.xx.2010-cu il tarixli AB392562 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikin nömrəsi DE08TİS905669BQ və buraxılış ili 2009 olan DAEWOO BS 090 avtobus markalı 90KD562 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ipoteka qeydinin ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestrində ünvan 1 ünvanında yerləşən mənzilin ipoteka qeydinin ləğv edilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X4 apelyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-1248/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən LPO Cavabdeh1 ASC-yə olan borc məbləğinin qətnamə üzrə tam ödənildiyi qeyd olunsa da, LPO Cavabdeh1 ASC üzrə iddiaçının borc məbləği tam olaraq ödənilməmişdir və sistemdə hələ də iddiaçı tərəfindən ödənilməmiş borc məbləği mövcuddur. Məhkəmə qətnamə qəbul edərkən bu halların heç birini nəzərə almamış və araşdırmamışdır. Bununla da, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla əsassız qətnamə qəbul etmişdir.Xətai Rayon Məhkəməsi sadəcə olaraq iddiaçının nümayəndəsinin vermiş olduğu izahatına və təqdim etdiyi sübutlara qiymət verərək iddia tələbini təmin etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X20 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxs X8 nümayəndəsi və vəkili X21 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 95/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdeh X5 xx.xx.2010-cu il tarixli 20AV/F20 saylı kredit müqaviləsi üzrə 100.862,99 manat əsas, 21.745,97 manal faiz borcu, 5000 manat cərimə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 30 manat və 1 manat bank xidmət haqqı, cəmi 127.639,96 manat alınaraq iddiaçı ləğv prosesində olan Cavabdeh1 X22 ödənilməsi, tələbin cavabdeh Abbasov Əhməd oğluna məxsus olan, ipoteka ilə yüklü edilmiş şassi: KL5UK42HEAU003214, mühərrik: DE08TİS 9905668BQ, buraxılış ili: 2009-cu il və şassi KL5UK42HEAU003172, mühərrik: DE08TİS 905669BQ, buraxılış ili 2009-cu il olan 2 ədəd DAEWOO BS090 markalı avtobuslara yönəldilməsi və həmin nəqliyyat vasitələri açıq hərracdan satılması, tələbin həmçinin Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 29 saylı evin 7 saylı mənzilə yönəldilməsi və ilkin satış qiyməti 140.000 (bir yüz qırx min) manat olmaqla açıq hərracdan satılması, İpoteka predmetlərinin satışından əldə olunan vəsait hesabına cavabdeh X6 iddiaçı ləğv prosesində olan Cavabdeh1 X11 borcu ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5299/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3144/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5299/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Ləğv prosesində olan Cavabdeh1 ASC-yə edilmiş xx.xx.2019-cu il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 127639,96 manat məbləğində qətnamə üzrə kreditin tam ödənilməsi üzrə ödəniş edilmişdir. Bakı şəhəri Xətai Rayonu İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarına ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 95/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Cavabdeh1 ASC-nin 20 saylı filialı ilə X16 (borc alan) X17 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2010-cu il tarixli 20/F20-10 nömrəli İpoteka müqaviləsi üzrə xx.xx.2010cu il tarixli 20AV/F20-10 saylı kredit müqaviləsinin təminatı kimi ipoteka qoyan X10 məxsus bazar qiyməti 100 000 manat, likvid dəyəri 80000 manat olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 29 saylı evin, 7 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 7.1-ci bəndində tərəflər razılaşmışlar ki, “ipoteka qoyan” tərəfindən kredit müqaviləsi üzrə bütün öhdəliklər tamamilə ödənildiyi halda, bu “Müqavilə”yə vaxtından əvvəl xitam verilir. 02 İP/F20-10 saylı, xx.xx.2010-cu il tarixli girov müqaviləsindən görünür ki, Cavabdeh1 ASC-nin 20 saylı filialı ilə X16 arasında bağlanmış 02AV/F20-10 saylı, xx.xx.2010-cu il tarixli kredit müqaviləsinin təminatı kimi girov qoyan X9 məxsus dəyəri 450.000 manat olan şassi: KL5UK42HEAU000214, mühərrik: DE08TİS 904132BQ, buraxılış ili 2009-cu il, şassi: KL5UK42HEAU000157, mühərrik; DE08TİS 904813BQ, buraxılış ili 2009-cu il, şassi: KL5UK42HEAU000172, mühərik DE08TİS 904930BQ, buraxılış ili 2009-cu il, şassi: KL5UK42HEAU000176, mühərrik DE08TİS 904925BQ, buraxılış ili 2009-cu il, şassi: KL5UK42HEAU000179, mühərrik DEO8TİS 904931BQ, buraxılış ili 2009-cu il olan 6 ədəd DAEWOO BS090 markalı avtobuslar ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 7.1-ci bəndində tərəflər razılaşmışlar ki, “girov qoyan” tərəfindən kredit müqaviləsi üzrə bütün öhdəliklər tamamilə ödənildiyi halda bu “Müqavilə”yə vaxtından əvvəl xitam verilir. 20 İP/F20-10 saylı, xx.xx.2010-cu il tarixli girov müqaviləsindən görünür ki, Cavabdeh1 ASC-nin 20 saylı filialı ilə X16 arasında bağlanmış 20AV/F20-10 saylı, xx.xx.2010-cu il tarixli kredit müqaviləsinin təminatı kimi girov qoyan X9 məxsus dəyəri 156000 manat olan Şassi KL5UK42HEAU003214, mühərrik DE08TİS 905668BQ, buraxılış ili 2009-cu il, Şassi KL5UK42HEAU003172, mühərrik DE08TİS 905669BQ, buraxılış ili 2009-cu il olan 2 ədəd DAEWOO BS090 markalı avtobuslar ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 7.1-ci bəndində tərəflər razılaşmışlar ki, “girov qoyan” tərəfindən kredit müqaviləsi üzrə bütün öhdəliklər tamamilə ödənildiyi halda bu “Müqavilə”yə vaxtından əvvəl xitam verilir. Ləğv prosesində olan Cavabdeh1 ASC-nin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-95/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə X4 üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. “Ölüm haqqında şəhadətnamə”-nin (AZ-İ seriyalı 893974 nömrəli) surətindən görünür ki, X17 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 29, 7 saylı mənzil X7 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən mənzil “xxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2018-ci il tarixli şəhadətnamələrə əsasən xx.xx.2018-ci il tarixdə ölmüş X6 vərəsəsi İddiaçıdır və o mirasdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miraslar: - xx.xx.2010-cu il tarixli AB357282 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikin nömrəsi DE08TİS904931BQ və buraxılış ili 2009 olan DAEWOO BS 090 avtobus markalı 90HM282 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi; - xx.xx.2010-cu il tarixli AB357252 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikin nömrəsi DE08TİS904930BQ və buraxılış ili 2009 olan DAEWOO BS 090 avtobus markalı 90HM252 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi; - xx.xx.2010-cu il tarixli AB3925612 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikin nömrəsi DE08TİS905668BQ və buraxılış ili 2009 olan DAEWOO BS 090 avtobus markalı 90KD561 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi; - xx.xx.2010-cu il tarixli AB357366 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikin nömrəsi DE08TİS905132BQ və buraxılış ili 2009 olan DAEWOO BS 090 avtobus markalı 90HM366 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi; - xx.xx.2010-cu il tarixli AB357188 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikin nömrəsi DE08TİS904813BQ və buraxılış ili 2009 olan DAEWOO BS 090 avtobus markalı 90HM188 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi; - xx.xx.2010-cu il tarixli AB357363 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikin nömrəsi DE08TİS904925BQ və buraxılış ili 2009 olan DAEWOO BS 090 avtobus markalı 90HM363 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi; - xx.xx.2010-cu il tarixli AB357181nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikin nömrəsi DE08TİS905129BQ və buraxılış ili 2009 olan DAEWOO BS 090 avtobus markalı 90HM181 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi; - xx.xx.2010-cu il tarixli AB392562 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mühərrikin nömrəsi DE08TİS905669BQ və buraxılış ili 2009 olan DAEWOO BS 090 avtobus markalı 90KD562 dövlət nömrə nişanlı nəqliyyat vasitəsidir. xx.xx.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən xx.xx.2018-ci il tarixdə ölmüş X6 vərəsəsi İddiaçıdır. O cümlədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-95/2017 saylı qətnaməsindən görünür ki, X18, X19 və X28 xx.xx.2017-ci il tarixdə vəfat etmiş X10 aid mirası faktiki olaraq qəbul etmişlər və onun vərəsələridirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-95/2018 saylı qətnaməsi ilə cavabdeh X5 xx.xx.2010-cu il tarixli 20AV/F20 saylı kredit müqaviləsi üzrə 100.862,99 manat əsas, 21.745,97 manal faiz borcu, 5000 manat cərimə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 30 manat və 1 manat bank xidmət haqqı, cəmi 127.639,96 manat alınaraq iddiaçı ləğv prosesində olan Cavabdeh1 X22 ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş borc məbləği tam ödənildiyinə görə Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli Qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-95/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin xx.xx.2010-cu il tarixli 02AVF20 nömrəli və xx.xx.2010-cu il tarixli 20AV/F20 nömrəli kredit müqavilələrindən irəli gələn öhdəliklərə xitam verildiyinə baxmayaraq, ipoteka saxlayan ləğv prosessində olan Cavabdeh1 ASC tərəfindən həmin öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2010cu il tarixli 02İP/F20-10 nömrəli girov müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş şassi: KL5UK42HEAU000214, mühərrik: DE08TİS 904132BQ, buraxılış ili 2009-cu il, şassi: KL5UK42HEAU000157, mühərrik; DE08TİS 904813BQ, buraxılış ili 2009-cu il, şassi: KL5UK42HEAU000172, mühərik DE08TİS 904930BQ, buraxılış ili 2009-cu il, şassi: KL5UK42HEAU000176, mühərrik DE08TİS 904925BQ, buraxılış ili 2009-cu il, şassi: KL5UK42HEAU000179, mühərrik DEO8TİS 904931BQ, buraxılış ili 2009-cu il olan 6 ədəd DAEWOO BS090 markalı avtobusların, 20 İP/F20-10 saylı, xx.xx.2010-cu il tarixli girov müqaviləsinə girov müqaviləsinə əsasən ipotekaya qoyulmuş Şassi KL5UK42HEAU003214, mühərrik DE08TİS 905668BQ, buraxılış ili 2009-cu il, Şassi KL5UK42HEAU003172, mühərrik DE08TİS 905669BQ, buraxılış ili 2009-cu il olan 2 ədəd DAEWOO BS090 markalı avtobusların, xx.xx.2010-cu il tarixli 20/F20-10 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 29 saylı evin 7 saylı mənzilinə dair ipoteka qeydlərinin ləğv edilməsi üçün müvafiq orqanlara müraciət etməkdən imtina edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, X16 ilə Cavabdeh1 ASC arasında bağlanmış kredit müqavilələrindən irəli gələn öhdəliklərə xitam verildiyindən, həmin kredit müqaviləsinin təmin olunduğu ipoteka müqavilələrinə də xitam verildiyindən, həmin ipoteka predmeti olan nəqliyyat vasitələrinin ipotekası və mənzilin ipotekasının qeydi ləğv edilməlidir. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası onları əsaslı hesab etmir. Kollegiya qeyd edir ki, kredit müqaviləsi üzrə əsas borclunun ölməsi səbəbindən kredit öhdəliyi icra edilmədiyindən müqavilə münasibətləri pozulmuş, ona görə də hazırki iş üzrə cavabdehin iddia ərizəsi əsasında işə baxmış əvvəlki məhkəmə tərəfindən əsas borcdan əlavə hesablanmış faiz borcu və dəbbə pulunun ödənilməsi qət edilmiş, həmin qətnamə üzrə müəyyən edilmiş ümumi borc məbləği isə borclunun hüquqi varisi tərəfindən tam ödənilmişdir. Bundan sonra, cavabdehin öz daxili sistemi ilə hazırkı iddiaçıların guya əlavə borcu olduğunu müəyyən etməsi və həmin borcun ödənilməməsi səbəbindən iddiaçıların tələbini icra etməməsi əsassız və qanunsuzdur. Göründüyü kimi, cavabdeh iddiaçı tərəfindən borc məbləğinin tam olaraq ödənilmədiyini və sistemdə hələ də iddiaçı tərəfindən ödənilməmiş borc məbləğinin mövcud olduğunu qeyd etsə də, bunu sübut edən halları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin müəyyən edilmiş halları üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X2 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)- 1248/2020 saylı qətnaməsi verilmiş apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-6470/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6470/2020
03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver