Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6485/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: aliment ödəməkdən azad edilməsinə və aliment borcunun silinməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment ödəməkdən azad edilməsinə və aliment borcunun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3888/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 19 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İ 363880 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında qeydə alınmış nikah Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə pozulmuş və bu barədə akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 123 nömrə ilə qeyd edilmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5540/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi təmin edilərək Binəqədi Rayon Məhkəməsinin 2(001)-3755/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq İddiaçı uşağı xx.xx.2009-cu il təvəllüdlü X2 üçün hər ay 103 manat sabit pul məbləğində alimentin xx.xx.2014-cü il tarixdən etibarən uşaq yetkinlik yaşına çatanadək tutulub Cavabdeh verilməsi qət edilmişdir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-739/2021 saylı xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsindən müəyyən olunur ki, iddia tələbi təmin edilərək xx.xx.1983-cü il təvəllüdlü İddiaçı xx.xx.2009-cu il X3 atası olmaması müəyyən edilərək, xx.xx.2009-cu il təvəllüdlü X3 doğum akt qeydində atası qrafasında X6 qeydinin ləğv edilməsi qət edilmişdir.
4. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-739/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi xx.xx.2021-ci il tarixdə icra olunmuş, X3 xx.xx.2011-ci il tarixli 876 akt qeydində ata qrafasında İddiaçı barəsində akt qeydi ləğv edilmişdir.
5. Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli 1085 saylı məktubundan müəyyən olunur ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(001)-3755 saylı icra sənədinə əsasən İddiaçı aliment borcu tam ödənilmiş və iş üzrə icraata xitam verilmişdir. Həmin Məhkəmənin xx.xx.2014-cü il tarixli 2(001)-5540 saylı icra sənədi üzrə borclu İddiaçı bu günə 7863 manat ödənilməmiş aliment borcu vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Binəqədi Rayon Məhkəməsinin 2(001)-3755/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimenti ödəməkdən azad edilməsinə və bu günədək hesablanmış aliment borcunun silinməsinə dair qətnamə qəbul ediməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında qeydə alınmış nikah Binəqədi Rayon Məhkəməsinin 2(001)-3755/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə pozulmuş və bu barədə akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 123 nömrə ilə qeyd edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3755/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X2 üçün İddiaçı hər ay 76 manat alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-5540/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçıdan hər ay tutulan alimentin məbləği artırılaraq 103 manat müəyyən edilmişdir. Buna baxmayaraq iddiaçı uşağın bialoji atası deyil, belə ki, atalıq testinə əsasən onun X3 atası olması istisna edilmişdir. İddiaçı bu barədə 2016-cı ilə xəbər tutmuş və bu səbəbdən də iddiaçı atalığın mübahisə olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin dövrdən aliment ödənilməsini dayandırmışdır. Hal-hazırda iddiaçının təxminən 5000-6000 manat aliment borcu yığılmışdır. İddia ərizəsinin verilməsi üçün bu məbləğə uyğun və hətta daha artıq dövlət rüsumu ödənilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-739/2021 saylı xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ilə xx.xx.1983-cü il təvəllüdlü İddiaçı xx.xx.2009-cu il X3 atası olmaması müəyyən edilmiş və xx.xx.2009-cu il təvəllüdlü X3 doğum akt qeydində atası qrafasında İddiaçı qeydi ləğv edilmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3888/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, İddiaçı xx.xx.2021-ci il tarixdən etibarən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5540/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən, xx.xx.2009-cu il təvəllüdlü X2 üçün təyin olunan alimenti ödəməkdən azad edilməsi və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2009-cu il təvəllüdlü X3 2016-cı ildə bioloji valideyni olmadığını bilən iddiaçı, yalnız 2021-ci ildə məhkəməyə müraciət edərək yetkinlik yaşına çatmayana münasibətdə atalığının ləğv edilməsini xahiş etdiyindən, yəni Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-739/2021 saylı xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi qəbul edilənədək iddiaçı xx.xx.2009-cu il təvəllüdlü X4 münasibətdə valideynlik hüquq və vəzifələrini daşıdığından iddia ərizəsi qismən təmin edilərək İddiaçı xx.xx.2021-ci il tarixdən etibaran xx.xx.2009-cu il təvəllüdlü X4 təyin olunan alimenti ödəməkdən azad edilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43-cü, 107.1-ci, 107.2-ci maddələrinə eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin aliment borcunun silinməsinə dair hissədə tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir.
12. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçı 2016-cı ildə X3 bioloji atası olmadığını bildikdən sonra bioloji atası olmadığı X2 üçün aliment ödənilməsini dayandırmış və bu günədək hesablanmış 7863 manat aliment borcu üzürlü səbəblərə görə əmələ gəlmişdir, bu baxımdan yaranmış aliment borcu qismən yox tam silinməlidir. Lakin Binəqədi Rayon Məhkəməsialiment borcunun silinməsi hissəsində iddia tələbinə düzgün hüquqi qiymət verməmiş, işin faktiki hallarını nəzərə almamış və bu hissədə düzgün olmayan qətnamə qəbul etmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı uzun illər Rusiya Federasiyasında yaşadığından, yalnız 2020-ci ildə Azərbaycana gəlmək imkanı olmuş və həmin dövrdə xx.xx.2020-ci ildə atalığın mübahisələndirilməsi və ləğv edilməsi üçün məhkəməyə müraciətedə bilmişdir. Uşağın bioloji atası olmaması faktı müəyyən edildikdən sonra, aliment borcunun silinməsi üçün məhkəməyə müraciət olunmuşdur. Göründüyü kimialiment borcu üzürlü səbəbdən yaranmışdır. Lakin məhkəmə iddiaçının 2016-cı ildən uşağın bioloji valideyni olmadığını bildiyi halda, yalnız 2021-ci ildə məhkəməyə müraciət etməsi səbəbindən iddia tələbini qismən təmin etmiş, iddiaçının həmin dövrədək X4 münasibətdə valideynlik hüquq və vəzifələrini daşıdığını hesab etməklə səhv nəticəyə gəlmişdir. Belə ki iddiaçı bioloji atası olmadığı uşağın saxlanılması üçün aliment ödəməyə məcbur edilə bilməz və məhkəməyə gec müraciət olunmasısəbəbindən aliment ödəmək öhdəliyimüəyyən edilə bilməz.
b) Apelyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
13. Apelyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi eyni zamanda vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2009-cu il təvəllüdlü X3 bioloji atası olmadığını nəzərə almamış, iddiaçının Rusiya Federasiyasında yaşamasını, yalnız xx.xx.2020-ci ildə atalığın mübahisələndirilməsi və ləğv edilməsi üçün məhkəməyə müraciət edə bilmək imkanının olmasını, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 739/2021saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin xx.xx.2021-ci il tarixdə icra olunması, X3 xx.xx.2011-ci il tarixli 876 akt qeydində ata qrafasında İddiaçı barəsində akt qeydinin ləğv edilməsi kimi mübahisənin düzgün həlli üçün əhəmiyyətli olan halları araşdırmamışdır. Hesab edir ki, qətnamə ləğv edilməklə iddia tələbləri tam təmin edilməlidir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq norması
16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır.
17. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər.
18. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.
Apelyasiya baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin aliment borcunun silinməsinə dair hissədə tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir, cavabdeh isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə yoxlanılır.
21. Bununla belə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir.
23. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflərin nikahı pozulduqdan sonra xx.xx.2009-cu il təvəllüdlü X6 cavabdehin himayəsində saxlanılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5540/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3755/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq İddiaçı uşağı xx.xx.2009-cu il təvəllüdlü X2 üçün hər ay 103 manat sabit pul məbləğində alimentin tutulması qət edilmiş, iddiaçı xx.xx.2009-cu il təvəllüdlü X3 bioloji valideyni olmamasını 2016-cı ildə bilmiş, 2021-ci ildə atalığın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, yetkinlik yaşına çatmayana münasibətdə iddiaçının atalığının ləğv ediməsinə dair məhkəmə aktı xx.xx.2021-ci il tarixdə icra edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5540/2014 saylı xx.xx.2014cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə borclu İddiaçı 7863 manat ödənilməmiş aliment borcu vardır.
24. Hazırda İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Binəqədi Rayon Məhkəməsinin 2(001)-3755/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimenti ödəməkdən azad edilməsinə və bu günədək hesablanmış aliment borcunun silinməsinə dair qətnamə qəbul ediməsini xahiş etmişdir.
25. Birinci instansiya məhkəməsi isə iddia tələbini qismən xx.xx.2021-ci il tarixdən etibarən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5540/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən, xx.xx.2009-cu il təvəllüdlü X2 üçün təyin olunan alimenti ödəməkdən azad edilməsi hissəsində təmin etmişdir.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
27. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, iddiaçı xx.xx.2009-cu il təvəllüdlü X3 bioloji atası deyildir. Bununla belə iddiaçı uzun illər ərzində uşağı öz övladı hesab etməklə, aliment ödəmişdir.
28. Halbuki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
29. Birinci instansiya məhkəməsi isə yanlış olaraq - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-739/2021 saylı xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi qəbul edilənədək iddiaçının xx.xx.2009-cu il təvəllüdlü X4 münasibətdə valideynlik hüquq və vəzifələrini daşıdığı qənaətinə gəlmişdir, çünki iddiaçının xx.xx.2009-cu il təvəllüdlü X3 bioloji atasının olmaması, atalıq qeydinin ləğv edilməsi barədə iddiasının təmin edilməsi barədə qətnamə qəbul edildiyi vaxtdan deyil, uşağın anadan olması anından artıq iddiaçının həmin uşağın atası olmaması müəyyən edilmişdir.
30. Göründüyü kimi iddiaçı xx.xx.2009-cu il təvəllüdlü X3 bioloji atası olmaması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və həmin halın mövcudluğu, qətnamənin qəbul edildiyi, qanuni qüvvəsini aldığı tarixdən deyil, məhz uşağın anadan olduğu vaxtdan etibarən olduğundan, iddiaçının xx.xx.2009-cu il təvəllüdlü X1 üçün təyin edilmiş alimentə görə yaranmış borcun silinməsi barədə tələbi əsaslı olmuşdur.
31. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin iddiaçının xx.xx.2021-ci il tarixdən etibarən xx.xx.2009-cu il təvəllüdlü X2 üçün təyin olunan alimenti ödəməkdən azad edilməsi barədə gəldiyi nəticə də yanlış olmuşdur.
32. Belə ki, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı xx.xx.2009-cu il X3 atası olmaması müəyyən edilərək, xx.xx.2009-cu il təvəllüdlü X3 doğum akt qeydində atası qrafasında X6 qeydinin ləğv edilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi 18 iyun 2021-ci il tarixdə deyil, 09 iyun 2021-ci il tarixdə qəbul edilmişdir.
33. Həmçinin iddiaçının hər hansı bir tarixdən etibarən xx.xx.2009-cu il təvəllüdlü X2 üçün təyin olunan alimenti ödəməkdən azad edilməsi barədə nəticəyə gəlmək işin faktiki halları baxımından düzgün hesab edilə bilməz, çünki qəbul edilmiş qətnamə ilə iddiaçının xx.xx.2009-cu il təvəllüdlü X3 atası olmaması faktı hər hansı tarixlə şərtləşdirilmədən müəyyən edilmişdir.
34. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
36. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməli və iddiaçı Abasov X5 Rayon Məhkəməsinin 2(001)- 3755/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimenti ödəməkdən azad edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5540/2014 saylı xx.xx.2014-cü il tarixli icra sənədi üzrə ödənilməmiş aliment borcu silinməlidir.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
40. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3888/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. İddiaçı Abasov X5 Rayon Məhkəməsinin 2(001)-3755/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimenti ödəməkdən azad edilsin. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5540/2014 saylı xx.xx.2014cü il tarixli icra sənədi üzrə ödənilməmiş aliment borcu silinsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov