Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6486/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X2rşı “ödənilməmiş əmək haqqının, məzuniyyət və mükafat pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qərardadından cavabdehin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X4 (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, 30 mart 2020-ci il tarixdən 22 dekabr 2022-ci il tarixədək ödənilməmiş 11 732 manat əmək haqqının, məzuniyyət və mükafat pulu ödənişlərinin, mediasiya üçün ödənilmiş 60 manat rüsumun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin 18 avqust 2023-cü il tarixli qərardadı əsasında icraata götürülmüş və iş üzrə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin olunmuşdur. 21 avqust 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayan cavabdehin nümayəndəsi işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş, ərizəsini belə əsaslandırmışdır ki, cavabdehin faktiki ünvanı 1065, Bakı şəhəri, Yasamal rayonu, X5 Naxçıvani, ev 25A-dır, qurum həmin ünvanda daimi fəaliyyət göstərir və onun inzibati binası da məhz həmin ünvanda yerləşir. Müvafiq reyestrdə qurumun hüquqi ünvanı AZ1108, ünvan 3 ünvanda fəaliyyət göstərmir, sözügedən ünvan təsisçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olan sərbəstləşmiş binadır. Sadəcə olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin yaradılması haqqında” 2020-ci il 17 mart tarixli, 95 nömrəli Qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin dövlət qeydiyyatına alınmasının "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təmin edilməsi həvalə edildiyindən həmin Nazirlik bununla bağlı sənədləşmə işlərinin aparılması zamanı yeni yaradılan qurumun hüquqi ünvanı kimi özünün balansında olan daşınmaz əmlakı göstərmiş, qurum ilkin mərhələdə həmin ünvanda fəaliyyətə başlasa da, 3 ildən artıqdır ki, Yasamal rayonunun inzibati ərazisində yerləşən ünvanda fəaliyyət göstərir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin nümayəndəsinin ərizəsi təmin olunmamış, həmin qərardaddan verilən şikayət də təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda qurumun hüquqi ünvanının dövlət reyestrinə daxil edilən məlumatlar sırasına daxil olunmuş, Dövlət qeydiyyatının ərazi aidiyyətinin hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının hüquqi ünvanı əsasında müəyyən edilməsi təsbit olunmuşdur (12.10-cu və 14.1.2-ci maddələri). Göründüyü kimi qanunverici hüquqi şəxsin faktiki fəaliyyət göstərdiyi yerin deyil, yalnız hüquqi ünvanının dövlət qeydiyyatına alınmalı olduğunu nəzərdə tutmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, məhkəmə haqlı olaraq cavabdehin nümayəndəsinin “publik hüquqi şəxsin 3 ildən artıq Bakı şəhəri, Yasamal rayonunun inzibati ərazisində yerləşən ünvanda fəaliyyət göstərdiyini və buna görə də işə ərazi aidiyyəti üzrə həmin rayonun məhkəməsində baxılmalı olması” dəlilni əsassız saymışdır və şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5396/2023 saylı mülki iş üzrə 13 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-6486/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6486/2023
24.10.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver