Məhkəmə qərarları › İş №2(103)-6509/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6509/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6509/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili X6, Cavabdeh2 ASC-nin nümayəndəsi X1, Cavabdeh LPO “xxxx” QSC-nin nümayəndəsi X3, 3-cü şəxs 48 saylı Notariat Kontorunun nümayəndəsi və vəkili X2 iştirakları, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(009)-47/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabehlər Cavabdeh1 və “xxxx” ACS-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 ASC arasında bağlanmış 06 iyul 2012-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evinin girovdan azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsinə əlavə verərək, Cavabdeh1 ilə Cavabdeh2 ASC arasında bağlanmış 06 iyul 2012-ci il tarixli ipoteka müqaviləsinin, həmçinin Cavabdeh1 ilə “xxxx” QSC arasında bağlanmış 22 aprel 2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinin və 18 mart 2016-cı il tarixli, 06 yanvar 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə 01 saylı əlavə sazişin etibarsız hesab olunması və əmlakın girovdan azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(009)-47/2021 saylı qərardadı ilə İddiaçı-cavabehlər Cavabdeh1, “xxxx” ASC, LPO “xxxx” QSC və Abşeron rayon 2 saylı Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” QSC-yə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair hissədə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət məhkəmənin 31 may 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayət olunan qəradaddda məhkəmənin istinad etdiyi Azəraycan Respublikası Ali Məhkəməsinin 08.04.2019-cu il tarixli, 2(102)-2506-2019 saylı məhkəmə qərarı iddiaçının Cavabdeh1, “xxxx” КВ-na və Abşeron rayonu 2 saylı Notariat Kontoruna qarşı birgə nikah dövründə əldə edilmiş bağ evinə dair 06 yanvar 2015-ci il tarixli, 170-02-3031- 13170-02-3502-14 saylı ipoteka müqaviləsinin etibarsız hesab olunması və bağ evində payların müəyyən olunmasına dair iddiası üzrədir. Hazırda qaldırdığı iddia ilə həmin iddia tələbinin həcmi və əsası eyni deyil. Hazırda iddiaçı,“ xxxx” KB ilə Cavabdeh1 arasında 22 aprel 2014-cü il tarixli, 3M- 636 saylı sonrakı ipoteka müaviləsi,18 mart 2016-cı il tarixli 06.01.2015-ci il tarixli ipoteka müqaviləsinə 01 saylı əlavə sazişi də mübaisələdirmişdir. Bu tələblərə isə məhkəmənin istinad etdiyi qanuni qüvvəsini almış məhkəmə qərarı ilə baxılmamışdır və mübahisə predmeti olmamışdır. Bundan əlavə hazırda iddiaçı həmin müqavilələrin bağlanması üçün onun adından saxta razılıq ərizəsi tərtib olunması ilə qanuni mənafeyinə ciddi ziyan vurulmasına, yəni Cavabdeh1 hüquqa zidd əməllərinə istinad etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X10 şikayəti müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi X4 şikayətin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh LPO “xxxx” QSC-nin nümayəndəsi X7 şikayəti qəbul etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxs 48 saylı Notariat Kontorunun nümayəndəsi və vəkili X5 şikayəti qəbul etmədiyini bildirdi. Məhkəmə kollegiyası tərəfəri dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıdakılara əsasən şikayət qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qərardadı ləğv edilməli, iddia tələbinin Cavabdeh1 ilə Cavabdeh2 ASC arasında bağlanmış 06 iyul 2012-ci il tarixli ipoteka müqaviləsinin, həmçinin Cavabdeh1 ilə “xxxx” QSC arasında bağlanmış 22 aprel 2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinin və 18 mart 2016-cı il tarixli, 06 yanvar 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə 01 saylı əlavə sazişin etibarsız hesab olunması hissəsinə yenidən baxılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən qeyd etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” QSC-yə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair iddia ərizəsi üzrə iddia tələbi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.04.2019-cu il tarixli, 2(102)-2506/2019 saylı qərarı mövcud olduğundan, MPM-nin 261.0.2-ci maddəsi əsasında İddiaçı hazırki iddia tələbinin cavabdehlər Cavabdeh1 və “xxxx” QSC-yə qarşı “ipoteka müqaviləsinin etibarsızlığı” hissəsi üzrə icraata xitam verilməlidir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.04.2019-cu il tarixli, 2(102)-2506/2019 saylı qərarından görünür ki, həmin iş İddiaçı cavabdehlər Cavabdeh1, “xxxx” КВ-na və Abşeron rayonu 2 saylı Notariat Kontoruna qarşı birgə nikah dövründə əldə edilmiş bağ evinə dair 06 yanvar 2015-ci il tarixli, 170-02-3031-13170-02-3502-14 saylı ipoteka müqaviləsinin etibarsız hesab olunması və bağ evində payların müəyyən olunmasına dair iddiası üzrədir. Hazırda iddiaçının iddia tələbinin həcmi və əsası eyni deyil. Hazırda iddiaçı, “xxxx” KB ilə Cavabdeh1 arasında 22 aprel 2014-cü il tarixli, 3M-636 saylı sonrakı ipoteka müaviləsi,18 mart 2016-cı il tarixli 06.01.2015-ci il tarixli ipoteka müqaviləsinə 01 saylı əlavə sazişi də mübahisələndirmişdir. Birinci intansiya məhkəməsi qeyd olunan məsələyə qiymət vermədən, iş üzrə icraata xitam vermişdir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, qeyd olunan qərardad qəbul edilərkən, Mülki Prosessual Qanunvericiliyin tələbləri pozulmuşdur. Kollegiya hesab edir ki, prosessual hüquq normasının tələblərinə düzgün riayət edilmədiyindən, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(009)-47/2021 saylı qərardadı ləğv edilməli, iddia tələbinin Cavabdeh1 ilə Cavabdeh2 ASC arasında bağlanmış 06 iyul 2012-ci il tarixli ipoteka müqaviləsinin, həmçinin Cavabdeh1 ilə “xxxx” QSC arasında bağlanmış 22 aprel 2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinin və 18 mart 2016-cı il tarixli, 06 yanvar 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə 01 saylı əlavə sazişin etibarsız hesab olunması hissəsinə yenidən baxılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. İşə yenidən baxarkən məhkəmə yuxarıda göstərilən nöqsanları aradan qaldırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin olunsun. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(009)-47/2021 saylı qərardadı ləğv edilsin, iddia tələbinin Cavabdeh1 ilə Cavabdeh2 ASC arasında bağlanmış 06 iyul 2012-ci il tarixli ipoteka müqaviləsinin, həmçinin Cavabdeh1 ilə “xxxx” QSC arasında bağlanmış 22 aprel 2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinin və 18 mart 2016-cı il tarixli, 06 yanvar 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə 01 saylı əlavə sazişin etibarsız hesab olunması hissəsinə yenidən baxılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar