Məhkəmə qərarları › İş №2(103)-6512/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6512/2022

09.09.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6512/2022 09.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(006)-625/2022 saylı qətnaməsindən Cavabdeh MMC və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X3 və İddiaçı6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cəlb olunmaqla Cavabdehnə qarşı «əmək funksiyalarının yerinə yetirilməsinə dair qanunsuz törədilən maneələrin, qadağaların götürülməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıların əmək funksiyalarının yerinə yetirməylərinə dair törədilən maneələrin, qanunsuzluqların ona qadağan edilməsi, əmək funksiyalarının yerinə yetirilməsi üçün şərait yaradılması, məcburi buraxdıqları iş günlərinə görə verilməli olan (bütün əlavələr daxil) əmək haqqı hesablanaraq iddiaçılara ödənilməsi, cavabdehin qərəzli, qanunsuz hərəkətlər (hərəkətsizlik) nəticəsində iddiaçılara vurulmuş maddi ziyana görə hər biri üçün 2500 manat, mənəvi ziyana görə isə hər biri üçün 1500 manat, həmçinin hər birinin mediasiya xərci qismində ödədiyləri 50 manat pul cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli, 364 nömrəli, xx.xx.2021-ci il tarixli, 379 nömrəli, xx.xx.2021-ci il tarixli, 380 nömrəli, xx.xx.2021-ci il tarixli, 368 nömrəli, xx.xx.20201-ci il tarixli, 366 nömrəli və xx.xx.2021-ci il tarixli, 363 nömrəli Əmrlərin ləğv olunaraq işə bərpa olunmaları, məcburi buraxdıqları (işləmədiyləri) dövr üçün əmək haqqı (əlavələr daxil) hesablanaraq cavabdehdən tutularaq iddiaçılara verilməsi, cavabdeh tərəfindən iddiaçıların əmək funksiyalarının yerinə yetirməylərinə dair törədilən maneələrin, qanunsuzluqların ona qadağan edilməsi, əmək funksiyalarının yerinə yetirilməsi üçün şərait yaradılması, məcburi buraxdıqları iş günlərə görə verilməli olan (bütün əlavələr daxil) əmək haqqı hesablanaraq iddiaçılara ödənilməsi, eləcə də cavabdehin qərəzli, qanunsuz hərəkətlər (hərəkətsizlik) nəticəsində iddiaçılara vurulmuş maddi ziyana görə hər biri üçün 2500 manat, mənəvi ziyana görə isə hər biri üçün 1500 manat, həmçinin hər birinin mediasiya xərci qismində ödədiyləri 50 manat pul cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(006)-625/2022 saylı qətnaməsi ilə İddia tələbi qismən təmin edilərək, Cavabdeh, İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli 364 saylı əmrinin ləğv edilməsi, xx.xx.2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı1 əvvəlki işinə - operator vəzifəsinə bərpa edilməsi, Cavabdeh, İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli 363 saylı əmrin ləğv edilməsi, xx.xx.2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı2 əvvəlki işinə - avtomatika, qazanxana və nasosxana üzrə mütəxəssisi vəzifəsinə bərpa edilməsi, Cavabdeh, İddiaçı3 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli 366 saylı əmrin ləğv edilməsi, xx.xx.2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı3 əvvəlki işinə - operator vəzifəsinə bərpa edilməsi, Cavabdeh, İddiaçı6 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli 368 saylı əmri ləğv edilməsi, xx.xx.2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı6 əvvəlki işinə - operator (avtoklav) vəzifəsinə bərpa edilməsi, Cavabdeh, İddiaçı4 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli 380 saylı saylı əmrin ləğv edilməsi, xx.xx.2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı4 əvvəlki işinə - mexanik vəzifəsinə bərpa edilməsi, Cavabdeh, İddiaçı5 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli 379 saylı əmrin ləğv edilməsi, xx.xx.2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı5 əvvəlki işinə - operator vəzifəsinə bərpa edilməsi, Cavabdeh tərəfindən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X1 və İddiaçı6 əmək funksiyalarının yerinə yetirməylərinə dair törədilən maneələr, qanunsuzluqlar Cavabdehnə qadağan edilməsi, əmək funksiyalarının yerinə yetirilməsi üçün şərait yaradılması, mediasiya xərci qismində ödənilmiş ümumilikdə 300 manat pul Cavabdehndən tutularaq İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2 və İddiaçı6 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh MMC və İddiaçı2 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə apellyasiya şikayəti Cavabdeh MMC-yə münasibətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün, qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Cavabdeh tərəf isə apellyasiya şikayətini qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) əməl etmədən vermişdir. Belə ki, cavabdeh Əlavə 2-də nəzərdə tutulmuş qrafalara uyğun tərtib etməmiş və əsaslandırmamışdır. Misal üçün qeyd etmək olar ki, Əlavə 2-də 6-cı bənddə maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində qeyd olunmuşdur ki, bu hissədə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Cavabdeh bu hissədə Əlavə 2-nin 6-cı bəndinə əməl etməmişdir. Eyni qaydada əlavənin digər bəndlərinin tələblərinə əməl olunmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda Azərbaycan Respublikası MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş həmin şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357- 358, 366, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(006)-625/2022 saylı qətnaməsindən Cavabdeh MMC və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya Cavabdeh MMC-yə münasibətdə qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Cavabdeh MMC-yə izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla, ağlabatan müddətdə yenidən apellyasiya şikayəti ilə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar