Məhkəmə qərarları › İş №2(103)-6533/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6533/2023

13.12.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6533/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh9 MMC, Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh3 MMC, Cavabdeh8 MMC, Cavabdeh7 MMC və Cavabdeh6 MMC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6533/2023 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil1, cavabdehlər Cavabdeh9 MMC, Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh3 MMC, Cavabdeh8 MMC, Cavabdeh6 MMC nümayəndə-vəkili Vəkil3 və Cavabdeh5 MMCnin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh9 MMC, Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh3 MMC, Cavabdeh8 MMC, Cavabdeh7 MMC və Cavabdeh6 MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti cəlb edilməklə) «əmək haqqına əlavələrin ödənilməsi» tələbinə dair mülki iş üzrə üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-588/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh9 MMC, Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh3 MMC, Cavabdeh8 MMC, Cavabdeh6 MMC tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 13 dekabr 2023-cü il tarixində Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh9 MMC, Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh3 MMC, Cavabdeh8 MMC, Cavabdeh7 MMC və Cavabdeh6 MMC-yə «əmək haqqına əlavələrin ödənilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada ümumilikdə 47.957,34 manat pul vəsaitinin və 50 manat mediasiya xərcinin tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh5 MMC arasında xx.xx.2018-ci il tarixində əmək müqaviləsi bağlanaraq, o, sözügedən hüquqi şəxsə “əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis” vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2022-ci il tarixində əmək müqaviləsinə AR ƏM 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Müqavilənin şərtlərinə əsasən aylıq əmək haqqı 940.34 manat təşkil etmiş və əmək münasibətləri dövründə dəyişməz olaraq qalmışdır. Həmin müqavilənin 1 saylı əlavəsinə (vəzifə təlimatına) uyğun olaraq, şirkətin mağaza və anbarlarında əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində əmək qanunvericiliyinə, beynəlxalq təhlükəsizlik standartların tələblərinə əsasən təhlükəsizlik qayda və normalarına riayət olunmasına nəzarət etmək, mağaza və anbarlarda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində əmək xəsarəti almış işçilərə dəymiş zərərin ödənilməsi üçün sənədlərin hazırlanması və onların səbəblərinin və vəziyyətlərinin təhlil edilməsi onun vəzifə öhdəliklərinə (funksiyalarına) aid edilmişdir. Buna baxmayaraq, işlədiyi dövrdə şirkət tərəfindən sadalanan vəzifə funksiyalarından kənar işlərə cəlb edilmişdir. Belə ki, şirkət rəhbərliyi əməyin mühafizəsi və texniki təhlükəsizlik işlərindən savayı onu mülki müdafiə üzrə işlərin icrasına cəlb etmiş, bu məsələlərin icrasına bilavasitə ona həvalə etmişdir. Eyni zamanda qeyd edir ki, 2018-2022-ci illər üzrə mülki müdafiə tədbirlər planları onun tərəfindən hazırlanıb, şirkət rəhbəri və FHN tərəfindən təsdiq edilib, o, mülki müdafiə üzrə qərargah rəisi təyin edilmişdir. Bu hallar nəinki işlədiyi Cavabdeh5 MMC hətta hüquqi cəhətdən hər hansı əlaqəsi olmayan Cavabdeh4 MMC və digər sadalanan şirkətlərdə aydın şəkildə müşahidə edilir və müvafiq sənədlərdə öz əksini tapır. Beləliklə sadalan epizodlar onun işlədiyi müəssisədə vəzifə funksiyalarından kənar işlərə cəlb edilməyi ilə yanaşı, işləmədiyi və hər hansı əlaqəsi olmayan hüquqi şəxslərdə məcburi qaydada istismar edildiyinin nümunəsidir. Nəticə etibarı ilə işəgötürən əmək müqaviləsi bağlamadan onu özünün idarə etdiyi digər hüquqi şəxslərdə işə cəlb etməklə, inzibati xəta törətməklə yanaşı onun işçi kimi hüquqlarını pozmuşdur. Azərbaycan Respublikasının qüvvədə olan inzibati xətalara dair qanunvericiliyinə görə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati məsuliyyətin yaranmasına səbəb olur. Bununla yanaşı işlədiyi dövrdə şirkət rəhbərliyi tərəfindən Cavabdeh9 MMC, Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh3 MMC, Cavabdeh7 MMC, Cavabdeh8 MMC, Cavabdeh6 MMC və əmək müqaviləsi üzrə işlədiyi Cavabdeh5 MMC-də yanğın təhlükəsizliyinin təşkili işinə cəlb edilmişdir. Belə ki, “X10” MMC tərəfindən sadalanan şirkətlərə göstərilən bütün xidmətlər onun tərəfindən təşkil edilib və xidmətlər aktlara əsasən təhvil alınıb. Bütün bunlardan əlavə olaraq, 2018ci ildən etibarən sadalan bütün 9 şirkətin əməkdaşlarına yanğın təhlükəsizliyi qaydaları üzrə giriş təlimatı onun tərəfindən aparılıb və hal müvafiq qeydiyyat jurnallarında öz əksini tapır. Yuxarıda sadalanan hallar onun əmək münasibətləri dövründə bilavasitə vəzifə funksiyalarına aid olmayan işlərin icrasına cəlb edildiyini və bu funksiyaların nəinki işlədiyi hətta əmək münasibətlərində olmadığı digər 8 müəssisədə icra etdiyini sübuta yetirir. Beləliklə də hesab edir ki, hüququn anologiyası tətbiq olunaraq, işlədiyi 51 ay üzrə vəzifə maaşının 50% miqdarında, yəni ümumilikdə 47,957.34 manat məbləğində əlavə əmək haqqının ödənilməsi tələb olunur.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-588/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh9 MMC, Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh3 MMC, Cavabdeh8 MMC və Cavabdeh6 MMC-dən müştərək qaydada İddiaçı xeyrinə 47,957.34 manat məbləğində pul vəsaitinin tutulması, 50 manat mediasiya xərcinin 25 manat hissəsinin Cavabdeh9 MMC, Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh3 MMC, Cavabdeh8 MMC və Cavabdeh6 MMC-dən müştərək qaydada tutulub iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 50 manat hissəsinin İddiaçı, 50 manat hissəsinin isə cavabdehlər Cavabdeh9 MMC, Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh3 MMC, Cavabdeh8 MMC və Cavabdeh6 MMC-dən müştərək qaydada tutulub dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndi, 9-cu maddəsinin “ə” bəndi, 154-cü maddəsinin 1-ci bəndi, 157, 195, 196, 223.1, 223.4, 296.4-cü maddələrinə, Mülki Məcəllənin 375-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən cavabdehlər Cavabdeh9 MMC, Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh3 MMC, Cavabdeh8 MMC və Cavabdeh6 MMC birgə qaydada apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının məbləğin bütün cavabdehlərdən “birgə qaydada” tutmaq arzusu və qətnamədə də onun “müştərək qaydada” tutulmasının təsbit edilməsi yanlışdır. Hətta fərz edilsə ki, iddia tələbi əsaslıdır, həmin məbləğ bu qaydada tutula bilməz. Çünki cavabdehlər birgə borclular deyil. Mülki Məcəllənin 2.3-cü maddəsinə əsasən əmək münasibətləri, əgər əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Mülki Məcəllənin 500-ci maddəsinə (“Birgə borclular və birgə öhdəliklər”) görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Buna görə də hər bir cavabdehin İddiaçı qarşısındakı pul öhdəliyi (əgər varsa) fərdiləşdirilməliidir. Məhz bu fərdiləşdirmənin olmaması ona gətirib ki, məhkəmə, Cavabdeh7 MMC-yə qarşı iddia tələbini təmin etməsə də, iddiaçının tələb etdiyi məbləğ qətnamənin nəticə hissəsində dəyişməz olaraq qalıb. Axı bu necə ola bilər? Cavabdehlərdən birinə qarşı iddia tələbi təmin edilməyibsə, tələb olunan cəmi məbləğ niyə azaldılmayıb? Məhkəmə açıq-aşkar qərəz nümayiş etdirib! ƏMnin 296-cı maddəsinin 4-cü bəndinə görə “Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciətedə bilər.” İddiaçı Məhkəməyə 2023-cü ilin fevral ayında, mediatora isə 2022-ci ilin dekabr ayında müraciət etmişdir. “Mediasiya haqqında” Qanunun 35.1-ci maddəsinə uyğun olaraq mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Deməli, iddiaçı yalnız 2021-ciilin dekabr ayından başlayaraq yaranmış pul tələbləri ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə açıq-aşkar qərəzli şəkildə iddiaçının 2018-ci ilin mart ayının 1-dən (yəni cavabdehlə əmək müqaviləsi bağladığı gündən) başlayan dövr üzrə pul tələbi ilə çıxış etməsinə belə haqq qazandırır:“ İddiaçı işlədiyi dövr ərzində əmək müqaviləsində nəzərdə tutulmuş vəzifələrdən başqa işlərə cəlb edildiyini bilmişdir. Lakin o, həmin işlərə cəlb edilərkən, işin sonunda həmin müəssisələr tərəfindən əməyinin ödəniləcəyini nəzərində tutmuşdur. Lakin 2022-ci ilin iyun ayında işdən azad edildikdən sonra onunla haqq-hesab aparılarkən ona məlum olmuşdur ki, Cavabdeh5MMC ilə əmək münasibətlərində olduğu dövr ərzində cəlb edildiyi əlavə işlərə görə onun əməyi ödənilməmişdir. Və bundan sonra hüquqi xidmət göstərilməsi üçün vəkilə müraciət etmişdir. Burdan da görünür ki, iddiaçı məhz 2022-ci ilin iyun ayında işdən azad edilərkən onun əməyinin ödənilmədiyini bilmiş və 2023-cü ilin fevral ayında hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı qanunla müəyyən edilmiş 1 illik iddia müddətini ötürməmişdir.” Görəsən iddiaçı nəyə əsasən “həmin işlərə cəlb edilərkən, işin sonunda həmin müəssisələr tərəfindən əməyinin ödəniləcəyini nəzərində tutmuşdur”? Axı iddiaçı 2018-ci ilə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi sahəsində dövlət qulluğunda çalışıb, buna görə də həm qanunvericiliyi, həm də təcrübəni bilir! Bilməsə də belə, bu, üzrlü səbəb deyil. Qanunu hamı bilməlidir! ƏM-nin 172-ci maddəsinin1-ci bəndində deyilir: “Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.” Deməli, iddiaçıya tələb etdiyi əmək haqqı ödənilməli idisə, bu, hər ay başverməli idi. Cavabdehlər ödəniş etmədiyi andan iddiaçı “hüququnun pozulduğunu” aşkar etməli, bilməli və 1 il ərzində tələb etməli idi. Həmdə əmək müqaviləsinin 4.6-cı bəndində birbaşa göstərilib ki, cavabdeh tərəfindən iddiaçıya əmək haqqı hər ayın 5-də ödənilməlidir. İddiaçının işlədiyi dövrdə cavabdeh hər ay ona əmək haqqı ödəyib. İddiaçı nəyə əsasən düşünüb ki, ona guya ödənilməli olan qalan əmək haqqı işdən çıxdıqda ödəniləcək? Digər tərəfdən, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi 1 mart 2018-ci il tarixdə 3 ay müddətinə bağlanılmışdır. ƏM-nin 73-cü maddəsinin 1-ci bəndində deyilir: “müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur”. Deməli, həmin əmək müqaviləsi ildə dörd dəfə (hər ilin 1 mart, 1 iyun, 1 sentyabr və 1 dekabr tarixlərində) uzadılmışdır. Deməli, iddiaçı “həmin işlərə cəlb edilərkən, işin sonunda həmin müəssisələr tərəfindən əməyinin ödəniləcəyini nəzərində tutmuşdur”sa belə, müvafiq məbləğlər ona hər üç aydan bir ödənilməli idi. Çünki “işin sonu” məhz müqavilə müddətinin bitməsidir, əmək müqaviləsinə xitam günü yox. Qanunda harada yazılıb ki, işçiyə əlavə işinə görə əmək haqqı onunla son haqq-hesab aparılarkən ödənilməlidir? Qanun buna ümumiyyətlə yol vermir! Beləliklə, iddiaçı yalnız 2021-ci ilin dekabrın 1-dən başlayaraq yaranmış pul tələbləri ilə çıxış edə bilər. Çünki mediasiya prosesinə 2022-ci ilin dekabr ayında başlanılıb. İddiaçı ilə də həmin tarixdən 1 il əvvəl əmək müqaviləsinin uzadılması məhz 1 dekabr 2021-ci ilə təsadüf edir. İşin ən müəmmalı məqamlarından biri də hesablanmış əlavə əmək haqqının məbləğidir. Hətta fərz etsək ki, cavabdehlər iddiaçıya nəsə ödəməlidir, bu hesablamanın metodikası bəlli deyil. İddia ərizəsində iddiaçıi işlədiyi 51 ay üzrə vəzifə maaşının 50% miqdarında, “yəni ümumilikdə 47,957.34 manat məbləğində əlavə əmək haqqı”nın ödənilməsini istəyir. Halbuki, vəzifə maaşı 940,34 manat olduğu halda onun yarısı 470,17 manat təşkil edir. Bu rəqəmi 51-ə vuranda isə 23978,67 manat edir. Bəs onda iddiaçı 47,957.34 manatı haradan götürüb (Məhkəmə də iddiatələbini həmin məbləğdə təmin edib)? Ümumiyyətlə, axı niyə iddiaçıya məhz vəzifə maaşının 50%-i ödənilməlidir? Tutaq ki, lap iddiaçının pul tələbinin əsası var! Məbləğ nəyə əsasən hesablanıb? İddiaçının “gördüyü” əlavə iş nəyə əsasən bu məbləğlə ölçülür? ƏM-nin 61-cimaddəsinin 2-ci bəndi ilə? Orada deyilir: “Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həmdə əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir.” Yəni işçinin öz vəzifə maaşının yarısı yox, boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının yarısı. Bu, tamam fərqli şeylərdir. Cavabdehlərin ştatında elə boş vəzifə yoxdur və təbii onun üçün heç bir vəzifə maaşı da nəzərdə tutulmayıb. Bu azmış kimi, Məhkəmə Ekspertiza Mərkəzi rəyində 51 aya 940,34 manatın yarısı olan 470,17 manatı deyil, 940,34 və 470,17 manatın cəmini vurub. Niyə? Axı 940,34 manatı cavabdeh hər ay iddiaçıya ödəyib. Bu, heç mübahisə də olunmur. Nəticədə ekspert ümumiyyətlə belə nəticəyə gəlib ki, guya cavabdehlər iddiaçıya 65944,31 manat ödəməlidirlər. Qətnamədə bu əcaib fakt vurğulansa da, ona heç bir münasibət bildirilməyibİ İddiaçı öz tələbini, yəni guya əlavə işlər gördüyünü bəzi sənədlərlə əsaslandırmağa çalışır. Əvvəla, həmin sənədlər mötəbər deyil, onların həqiqi olubolmaması məhkəmə tərəfindən araşdırılmayıb. Digər tərəfdən, hətta fərz etsək ki, onlar doğrundan da etibarlı sənədlərdir, onların hər birinə ayrı-ayrılıqda qiymət verilməlidir. Hansısa tarixdə bir sənədin mövcudluğu uzaqbaşı yalnız həmin tarixdə iddiaçı tərəfindən hansısa əlavə işləri gördüyünə dəlalət edə bilər, 51 ay ərzində yox! Bəzi sənədlər üzərində nümunə kimi qətnaməyə istinadən konkret dayanaq: 1) Qətnamədə deyilir: “Yanğın Təhlükəsizliyi qaydaları üzrə giriş təlimatının keçirilməsi haqqında Qeydiyyat vərəqələrinin surətlərindən görünür ki, təlim keçirən məsul şəxs İddiaçı olmuşdur.” İş materiallarında bu adlı üç sənəd var. Üçünün də tarixi 6 may 2022-ci ildir. Hansı cavabdehlərə aid olduqları belə məlum deyil. Heç belə sənəd də mötəbər ola bilər? 2) Qətnamədə deyilir: “X7” MMC ilə “X10” MMC arasında bağlanmış 01 avqust 2021-ci il tarixli müqaviləyə əsasən, “X10” MMC (İcraçı) “X7” MMC-nin (Sifarişçi) mağazalarında əvvəlcədən quraşdırılmış yanğın xəbərvermə siqnalizasiya sisteminə hər kvartalda bir dəfə servis xidmətləri göstərməyi, Sifarişçi isə öz növbəsində Müqaviləilə nəzərdə tutulmuş miqdarda və qaydada göstərilmiş xidmətləri ödəməyi öhdəsinə götürmüşdür.” Bu müqavilənin iddiaçıya nə aidiyyəti var? 3) Cavabdeh2 MMC, Cavabdeh9 MMC, Cavabdeh3 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh8 MMC, Cavabdeh5 MMC-nin aktlarının surətlərindən görünür ki, İddiaçı müxtəlif tarixlərdə mağazalarda yanğın xəbərverici siqnalizasiya sistemində olan nasazlıqların aradan qaldırılmasında iştirak etmiş və işi təhvil almışdır”. İş materiallarında aşağıdakı aktlar (xüsusilə vurğulayırıq – mötəbərliyin özü başqa məsələdir və açıq sualdır) 2022-ci ilin yanvarın ayının müxtəlif günləri tarixi ilə 21 belə akt mövcuddur. Hamısında “2022” ili 2021-in üstündən yazılaraq əllə düzəldilib. Aydındır ki, bu, 2021-ci ildə olubsa, 1 illik iddia irəli sürmə müddəti buraxılıb. Buna görə də 2022-ci ilə düzəldilib? Tutaq ki, lap 2022-ci ilin yanvar ayıdır. Bu, uzaqbaşı məhz 2022-ci ilin yanvar ayının bəzi günlərində əlavə işin görülməsi deməkdir. Vəssalam! Bütün iş dövrünə nə aidiyyəti var? 4) Qətnamədə deyilir: “"xxxx" MMC, Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Cavabdeh5 MMC, Cavabdeh3 MMC, Cavabdeh8 MMC və Cavabdeh6 MMC-nin direktoru tərəfindən təsdiq edilmiş 05 mart 2018-ci il tarixli Təhlükəsizlik texnikası üzrə Giriş Təlimatlarının surətlərindən görünür ki, təlimatın hazırlanmasında İddiaçı iştirak etmiş və təlimat onunla razılaşdırılmışdır.” İş materiallarında olan həmin sənədlər 5 mart 2018-ci il tarixlidir. Mötəbərliyi özü sualdır. Amma hətta mötəbərdirsə, uzaqbaşı o deməkdir ki, 2018-ciilin 5 mart tarixində əlavə iş görülüb. Vəssalam! Bütün bütün iş dövrünə nə aidiyyəti var? Həmin iş üzrə iddia tələbi müddəti də çoxdan bitib. Qətnamədə deyilir: “iddiaçı 2018-2022-ci illər ərzində mülki müdafiə üzrə işlərin icrasına cəlb edilmiş və qərargah rəisi kimi fəaliyyət göstərmişdir.” İş materiallarında iddiaçının qərargah rəisi kimi göstərildiyi 5 yanvar 2022-ci il tarixli iki mötəbərliyi şübhə doğuran sənəd var. Tutaq ki, mötəbərdir. Bu, uzaqbaşı məhz 2022-ci ilin yanvar ayının 5-də əlavə işin görülməsi deməkdir. Vəssalam! Bütün iş dövrünə nə aidiyyəti var? İddiaçı 51 ay ərzində əlavə iş görüdüyünü sübut etməyib. Onun üçün ən yaxşı halda bir-iki ay ərzində guya əlavə iş gördüyünə dair dolayı “sübut” təqdim edib. Onların da çoxu üzrə tələb müddəti ötüb. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

8. Məhkəmə iclasında iştirak edən cavabdehlərdən Cavabdeh7 MMC istisna olmaqla digər cavabdehlərin nümayəndə-vəkili Vəkil3 və Cavabdeh5 MMC-nin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

9. Cavabdehlərdən Cavabdeh7 MMC istisna olmaqla digər cavabdehlərin nümayəndə-vəkili Vəkil3 bildirdi ki, iddiaçı Cavabdeh5 MMC-də 2018-ci ildə 3 aylıq əmək müqaviləsi ilə (hər dəfə 3 aylıq əmək müqaviləsinin müddətinin uzadılmasıyla 4 il müddətində) çalışmışdır. 2022-ci ildə əmək müqaviləsinə xitam verlldikdən sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh şirkətlər bir-birindən asılı olmayan şirkətlərdir. Cavabdeh5 MMC istisna olmaqla cavabdehin digər şirkətlərlə əmək müqaviləsi də yoxdur. İddia tələbində 9 şirkətdən söhbət gedir, iddia tələbində göstərilən əmək haqqnın məbləği həmin şirkətlərin sayına uyğun olaraq müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində isə 8 şirkətə münasibətdə iddia tələbində nəzərdə tutulan məbləğ müəyyən edilmişdir. AR Əmək Məcəlləsinə əsasən işçinin əgər hüquqları pozulubsa və s. bu kimi hallarda 1 il ərzində müvafiq aidiyatı orqanlarına müraciət edə bilər. Təxmini 2022-ci ilin dekabr ayında mediasiya prosesi başlamışdır, iddiaçı həmin müddətdən bir il əvvəlki müddət üçün pulları tələb edə bilər. İddiaçının təqdim etdiyi sənədlər qeyri-mötəbər olan sübutlardır. Qətnamədə qeyd edilir ki, cavabdehlərdən hansısa biri ilə giriş təlimatının keçirilməsi haqqında qeydiyyat vərəqələrinin surətlərindən görünür ki, təlim keçirən məsul şəxs iddiaçı olmuşdur. Həmin sənədə nəzər yetirilsə, heç bir şirkətinin adının olmadığını görünür. Eləcə də iş materiallarında müxtəlif tarixlərdə iddiaçınin mağazalarda yanğınxəbərverici siqnalizasiya sistemində olan nasazlıqların aradan qaldırılmasında iştirak etdiyini və işi təhvil aldığını əks etdirən sənədlar var, həmin sənədlərin də necə ortaya çıxdığı bilinmir, onlara nəzər yetirilsə, həmin sənədlərin tarixinin belə əllə dəyişildiyi görünür. Hətta, bu aktlar əsas götürülsə belə bunlar bir neçə gün təşkil edir, 4 il iddiaçının digər cavabdeh şirkətlərdə işlədiyi necə müəyyən edilib o da sual altındadır. Bu da çox gülüncdür ki, iddiaçı işlədiyi 8 saat ərzində eyni iş yerində digər şirkətlərin də işlərini gördüyünü iddia edir, heç iş vaxtından əlavə işlədiyini də bildirmir. Biri-birilə bağlı olan şirkətlərdə bəzən müqavilə bağlanır ki, bir-birilərinin müəyyən işləri də görülsün, işçi də onu eyni iş saatında görür, bu əlavə iş deyildir, təbii ki, deyilənlənləri hazırki iş üçün nəzərdə tutmur. AR Əmək Məcəlləsinə əsasən aylıq əmək haqqı hər ayın sonunda verilir. İddiaçı Cavabdeh5 MMC-dən hər ay əmək haqqı almışdır. Əgər iddiaçı digər cavabdehlərdən də əmək haqqının almalı olduğunu düşünürdüsə, niyə işin sonunu gözləyirdi. Onun yanaşmasına əsasən əmək haqqısı hər ay ödənilməli idi, Hesab edir ki, bu sadəcə iddia müddətiylə əlaqədar üçün belə bir bəhanə uydurmuşdurlar. İddiaçı daha öncə ƏƏSMN-də işləmiş şəxsdir, qanunu da bilir. İddiaçıyla yalnız bir əmək müqaviləsi bağlanmışdır. AR Əmək Məcəlləsinə əsasən işçiyə əvəzçiliyə görə vəzifə üçün nəzərdə tutulan maaşın yarısı verilməlidir. İddia ərizəsində göstərilmiş məbləğin də necə müəyyən edildiyi bilinmir. Həmçinin təsdiq edir ki, təmsil etdiyi bütün hüquqi şəxslər eyni ünvanda qeydiyyatdadır və fəaliyyət göstərir və təmsil etdiyi bütün hüquqi şəxslər eyni şəxs tərəfindən idarə olunur və həmin şəxs etibarnamə verir. İddiaçı yalnız Cavabdeh5 MMC-də çalışmışdır, digər şirkətlərlə heç bir əmək münasibətləri olmamışdır.

10. Cavabdeh5 MMC-nin nümayəndəsi X6 bildirmişdir ki, iddiaçı AR Əmək Məcəlləsinin 61.2-ci maddəsinə əsasən istinad etmişdir, hazırki vəziyyətdə vakant vəzifədən söz gedə bilməz. Yanğın Təhlükəsizliyi və Mülki Müdafiə məsələləri ilə bağlı kimi bir vakant vəzifə olmamışdır. İddiaçı təmsil etdiyi şirkətdə işləmişdir və əmək müqaviləsinin müddətinin bitməsiylə əlaqədar əmək münasibətlərinə xitam verilmişdir. Ümumiyyətlə, əmək münasibətlərinin formalaşması üçün hüquqi fakt yaradan əmək müqaviləsidir. Digər tərəfdən AR Əmək Məcəlləsinin 61.2-ci maddəsinə əsasən boş vəzifə üzrə əmək funksiyasının icrasına işə götürənin əmri və işçinin razılığı olmalıdır. Hər hansı bir əmr, razılıq, əmək müqaviləsi yoxdur. Hansısa 3-5 akt hüquqi fakt yarada bilməz. Yanğın təhlükəsizliyi ilə əlaqədar yoxlanışdan keçməyə dair akta münasibətdə isə bildirir ki, Ədliyyə Nazirliyi və ƏƏSMN tərəfindən təsdiqlənmiş Vahid Tarif X8nda əməyin mühafizəsinin komponentlərindən biri də yanğın təhlükəsizliyi məsələrinə baxmasıdır, iddiaçı da Cavabdeh5 MMC üzrə bu funksiyanı həyata keçirmişdir. Əmək Məcəlləsin 154cü maddəsinə əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Müvəqqəti əvəzetməyə görə verilən əlavələr də əmək haqqının bir hissəsidir. Əmək müqaviləsində razılaşdırılmış formada hər ayın sonu əmək haqqı ödənilməlidir. İşdən çıxarılanda əmək haqqının ödənilməsi prinsipinin bura aidiyyatı yoxdur. Əmək mühafizəsi üzrə funskiyalar mövcuddur ki, oraya yanğın təhlukəsizliyi məsələləri də aiddir. İddiaçının vəzifə təlimatlarında mülki müdafiə ilə bağlı hər hansı funksiyaların yerinə yetirilməsi nəzərdə tutulmamışdır və icra da etməmişdir. Təmsil etdiyi hüquqi şəxs digər cavabdeh MMC-lərlə eyni şəxs tərəfindən idarə olunur. İş materiallarında olan aktlar 61.2-ci maddədə nəzərdə tutulan hal üçün hüquqi fakt yaratmır. Əmək Məcəlləsinin 154-cü maddəsində əmək haqqının anlaıyışı verilmişdir . Əmək Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan ödənilməli olan məbləğ elə əmək haqqının özüdür. Son haqq-hesab anlayışı tamam fərqlidir. İşçiylə işəgötürən arasında əmək müqaviləsi olmadığı təqdirdə və əlavə əmək haqqının hesablanmasına görə Əmək Müfəttişliyinə müraciət olunan zaman 7 iş gün ərzində əlavə işlər görülmüşdürsə bununla əlaqədar müvafiq əmr, razılıq tələb olunur və daha sonra müvafiq qərar verilir.Əgər bunlar yoxdursa, analoji halın tətbiq olunması hələ praktikada olmamışdlr.

11. İddiaçının nümayəndə-vəkili Vəkil1 bildirmişdir ki, işin mübahisəsiz halıdır ki, iddiaçıyla bir əmək müqaviləsi bağlanmış, digərlər cavabdeh şirkətlərlə əmək müqaviləsi olmamışdır, amma iddiaçı işlədiyi müddət ərzində həmin şirkətlərin də müəyyən funksiyalarını həyata keçirmişdir, bu işdə olan aktlar, müqavilələr, qərargah rəisi təyin edilməsiylə əlaqədar əmrlər, FHN tərəfindən təsdiq edilmiş sənədlərlə təsdiq olunur. İddiaçını müştərək qaydada istismar edən şəxslər eyni şəxs tərəfindən idarə olunur və eyni yerdə yerləşir, onlar birrgə məsuliyyət daşıyır. İddiaçının ƏƏSMN-da əvvəl işləmiş olması və buna görə də qanunu yaxşı bilməsi kimi irəli sürülən fikirlər arqument kimi çıxış edə bilməz, bu cəfəndgiyyatdır. İddiaçı əməyin mühafizəsi üzrə mühəndis işləmişdir. Bu manasibətlər davam edən münasibətlər olmuşdur. Belə ki, iddiaçının işə başladığı müddətdən əmək müqaviləsinə xitam verilməsinə kimi istismar prosesi davam etmişdir. Davam edən münasibətlərin axımının kəsimi məhz 2022-ci ildə əmək müqaviləsinə xitam verilən anda baş vermişdir və iddia müddəti də həmin andan hesablanmalıdır. Digər tərəfdən iddiaçıyla bir əmək müqaviləsi bağlanmış 2018-ci ilin 1 iyun tarixindən müqavilənin müddətini dəyişib 1 il 3 aylıq etmişdirlər. Münasibətlər 4 il 3 ay olmuşdur. İddiaçı öz əmək funksiyalarıyla yanaşı, yanğının təhlükəsizliyi funksiyalarına, həm mülki müdafiə işlərinə cəlb edilmişdir. İddiaçı istismar edilmişdir. Hesab edirik ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır və qətnamə qüvvədə qalmalıdır. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. İddiaçıya deyilib ki, bunlar sənin işindir və yerinə yetirməlisən. İş materiallarında müəyyən müqavilələr var ki, onlar davamlı xarakteri daşıyır. İddiaçı mülki mühafizə üzrə qərargah rəisi təyin olunub, yəni iddiaçı əmək müqaviləsi bağlamadığı bir şirkətdə qərargah rəisi təyin edilmişdir, bu müvəqqəti xarakterli iş deyildir. Hətta qanunvericiliyin tələbinə əsasən əməyin mühafizəsi üzrə mühəndisin digər işlərə cəlb edilməsi qadağandır. Onu da qeyd edir ki, mülki müdafiə əməyin mühafizəsinin tərkib hissəsi deyildir. İddiaçının vəzifə öhdəliklərində mülki müdafiə öhdəliyi yoxdur. Onun rəsmi işəgötürən şəxs belə iddiaçını mülki müdafiə üzrə qərargah rəisi təyin edə bilməz, bu, qanun pozuntusudur. Həmçinin, iş materiallarına digər şirkətklərdə qərargah rəisi təyin edilməsini sübut edəcək müvafiq sənədlər əlavə etmişik. İddiaçı həm mülki mühafizə işini, həm əməyin mühafizəsini, həm də yanğının təhlükəsizliyi funksiyalarını icra etmişdir. İddiaçının işlərini gördüyü yer cavabdeh şirkətlərin yerləşdiyi bina olub.

12. Məhkəmə iclasında iştirak edən iddiaçı bildirmişdir ki, cavabdeh şirkətlər eyni ofisdə yerləşir, eyni şəxs tərəfindən idarə olunur. Həmçinin, o, cavabdeh şirkətlərə öz ixtisasından təlim də keçmişdir. Gecə saatlarında yanğın təhlükəsizliyi servisiylə bir yerdə işləri qəbul etmişdir. Bunlar onun əmək funksiyası olmamışdır. Yəni, işəgötürənin şifahi qaydada göstərişinə əsasən bu işləri icra etmişdir. Sonda isə bildirmişdir ki, o, əlavə işlərin görülməsinə məcbur edilmişdir.

13. Mülki iş apellyasiya icraatında olarkən kollegiya tərəfindən 3-cü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi əvvəlki iclasda izahatında göstərmişdir ki, mövcud qanunvericiliyə əsasən işçi digər şirkətlərin işlərini görməyə cəlb edildiyi təqdirdə gördüyü işlərin əvəzində öz maaşının 50 faizindən aşağı olmamaq şərtilə haqq rəsmi işlədiyi şirkətdən tutulmalıdır. Həmçinin, iş materiallarındakı müvafiq ekspert rəyinə əsasən, 47 min manat civarında ödənilməli olan məbləğ müəyyənləşdirilmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsinin qərarında da iddiaçının sifariş əsasında işləri yerinə yetirməsi qeyd edilmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh7 MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası prosesə gəlməyən cavadehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

15. Maddə 2. 3-cü hissə. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi və əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

16. Maddə 3. Bənd 9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu.

17. Maddə 3. Bənd 10. Əməyin mühafizəsi — işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir.

18. Maddə 7. Bənd 2. Əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır.

19. Maddə 9. Bənd “ə”. İşçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmə hüququ vardır.

20. Maddə 61. 2. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir.

21. Maddə 154. Bənd 1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfındən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

22. Maddə 157. İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

23. Maddə 195. Bənd «d» İşçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır.

24. Maddə 196. Bənd 1. Bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfındən aşkar edilərək müəyyən olunduqda, habelə müvafıq səlahiyyətli vəzifəli şəxsin (orqanın) - müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafıq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir.

25. Maddə 3.1. Əməyin mühafizəsi işinin təşkili və əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi üçün iqtisadiyyatın bütün sahələrinin müəssisələrində işçilərin sayı əlli nəfərdən çox olduqda əməyin mühafizəsi xidmətləri yaradılmalıdır.

26. Maddə 223.4. Əməyin mühafizəsi xidmətinin rəhbərləri və mütəxəssisləri öz vəzifələrinə aid olmayan işlərin yerinə yetirilməsinə cəlb edilə bilməzlər və vəzifə borclarını düzgün və keyfiyyətli yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Cavabdehlər (Cavabdeh7 MMC istisna olmaqla) tərəfindən qətnamə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iddia həmin hissədə təmin edilməməlidir.

36. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli İddiaçı ilə “X7” MMC arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsinə işə qəbul edilmişdir.

37. “X7” MMC-nin 23 aprel 2020-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən 01 mart 2018-ci il tarixdən bu günə qədər MMC-nin Baş ofisində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsində çalışır.

38. “X7” MMC-nin 25 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən 01 mart 2018-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər MMC-nin Baş ofisində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsində çalışmişdır.

39. Yanğın Təhlükəsizliyi qaydaları üzrə giriş təlimatının keçirilməsi haqqında Qeydiyyat vərəqələrinin surətlərindən görünür ki, təlim keçirən məsul şəxs İddiaçı olmuşdur.

40. “X7” MMC ilə “X10” MMC arasında bağlanmış 01 avqust 2021-ci il tarixli müqaviləyə əsasən, “X10” MMC (İcraçı) “X7” MMC-nin (Sifarişçi) mağazalarında əvvəlcədən quraşdırılmış yanğın xəbərvermə siqnalizasiya sisteminə hər kvartalda bir dəfə servis xidmətləri göstərməyi, Sifarişçi isə öz növbəsində Müqavilə ilə nəzərdə tutulmuş miqdarda və qaydada göstərilmiş xidmətləri ödəməyi öhdəsinə götürmüşdür.

41. Cavabdeh2 MMC, Cavabdeh9 MMC, Cavabdeh3 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh8 MMC və Cavabdeh5 MMC-nin aktlarının surətlərindən görünür ki, İddiaçı müxtəlif tarixlərdə mağazalarda yanğın xəbərverici siqnalizasiya sistemində olan nasazlıqların aradan qaldırılmasında iştirak etmiş və işi təhvil almışdır.

42. Cavabdeh9 MMC, Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Cavabdeh5 MMC, Cavabdeh3 MMC, Cavabdeh8 MMC və Cavabdeh6 MMC-nin direktoru tərəfindən təsdiq edilmiş 05 mart 2018-ci il tarixli Təhlükəsizlik texnikası üzrə Giriş Təlimatlarının surətlərindən görünür ki, təlimatın hazırlanmasında İddiaçı iştirak etmiş və təlimat onunla razılaşdırılmışdır.

43. Birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə keçirilmiş ekspertiza əsasında əldə olunan Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2023-cü il tarixli rəyinə əsasən İddiaçı vəzifə maaşının yarısı miqdarında əlavə əmək haqqı ödənildiyi halda ona 51 ay üzrə ödənilməli məbləğin cəmi 65944,31 manat məbləğində müəyyən edilmişdir

44. Hazırki işin mübahisə olunmayan hallarına görə İddiaçı Cavabdeh5 MMC ilə bağlamış olduğu əmək müqaviləsinə əsasən MMC-də “əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis” vəzifəsinə işə qəbul edilmişdir. İddiaçının Cavabdeh5 MMC ilə əmək münasibətlərində olduğu müddət xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi (51 ay) davam etmiş, vəzifəsinə görə razılaşdırılmış əmək haqqı 940,34 manat olmuş və ödənilmişdir.

45. İddia tələbindən görünür ki, İddiaçı Cavabdeh5 MMC-də sözügedən vəzifədə işlədiyi dövr, yəni 2018-2022-ci illər ərzində həmin müəssisə tərəfindən özünün və digər MMC-lərin yanğın təhlükəsizliyini təşkil etmək məqsədilə texniki işlərə, həmçinin mülki müdafiə üzrə işlərin icrasına cəlb edildiyini və qərargah rəisi kimi fəaliyyət göstərdiyini bildirir və icra etdiyi həmin vəzifələrin onun əmək müqaviləsi üzrə əmək funksiyasına daxil olmadığı üçün bu xidmətlərin müqabilində işlədiyi 51 aya görə əmək haqqının yarısı miqdarında əlavə haqq almaq hüququnun olduğunu iddia edir.

46. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

47. Beləliklə, məhkəmə mübahisəsində hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

48. Bu zaman həm də nəzərə alınmalıdır ki, mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

49. Başqa sözlə, əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

50. İddiaçı hazırki tələbini AR Əmək Məcəlləsinin 61.2-ci maddəsinə əsaslanaraq (hətta analogiya üzrə) irəli sürsə də, kollegiya hesab edir ki, işin faktiki halları qeyd edilən normanın dispozisiya şərtləri ilə heç bir halda uzlaşmır.

51. Belə ki, həmin normada qeyd edilir ki, boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Lakin işin araşdırılması nəticəsində tərəflər arasında qeyd olunan razılığın olması müəyyən olunmur. Digər tərəfdən araşdırılma nəticəsində müəyyən olunmuşdur ki, (Cavabdeh5 MMC tərəfindən təqdim edilmiş arayışda qeyd olunur) xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək “Mülki müdafiə və yanğından mühafizə üzrə vəzifə (ştat) mövcud olmamış və bu dövr ərzində həmin işlərin icrası üçün hər hansı bir şəxslə nə əmək müqavilə bağlanmış, nə də ki, hər hansı bir işçiyə qanunvericiliyiə əsasən işəgötürənin əmrilə həvalə olunmuşdur. Həmçinin, digər cavabdeh MMC-lər tərəfindən təqdim olunmuş eyni formalı arayışlarda göstərilmişdir ki, xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək “Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis, eyni zamanda mülki müdafiə və yanğından mühafizə üzrə vəzifə (ştat) mövcud olmamış və bu dövr ərzində həmin işlərin icrası üçün hər hansı bir şəxslə nə əmək müqavilə bağlanmış, nə də ki, hər hansı bir işçiyə qanunvericiliyə əsasən işəgötürənin əmrilə həvalə olunmuşdur. Belə olan halda, iddiaçının hər hansı boş vəzifə üzrə cavabdeh müəssisələrdə işlər görməsi müəyyən olunmadığından hazırki işə qeyd olunan normanın tətbiqi də əsassız olur. Həmçinin, həmin normada işçinin eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirdiyi halda, ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqının ödənilməli olması təsbit edilmişdir ki, hazırki halda iddiaçının yerinə yetirdiyi işlərin “boş vəzifə” üzrə icra edildiyi müəyyən olunmadığından, onun tələb etdiyi əmək haqqına əlavələrin hansı əmək haqqı əsasında hesabladığı da açıq qalır.

52. Digər tərəfdən Kollegiya qeyd edir ki, iddiaçının “X7” MMC-də tutduğu vəzifənin adından da bəlli olur ki, həmin hüqiqi şəxsdə əməyin mühafizəsini təşkil etmək, bədbəxt hadisələrin, peşə xəstəliklərinin baş verməsinin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi və s. onun əmək vəzifələrinə aid olmuşdur. Hər hansı bir müəssisədə baş verə biləcək bədbəxt hadisələrdən biri də yanğındır ki, onun qarşısının alınması məqsədilə texniki təhlükəsizlik xidmətləri göstərmək, yanğınxəbərverici siqnalizasiya sistemlərinin sazlığını yoxlamaq, işçiləri yanğın baş verən zamanı lazımi davranış qaydaları barədə təlimatlandırmaq əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsinə təyin olunmuş şəxsin görə biləcəyi işlərdir. Azərbaycan Respublikası-nın ƏƏSMN-nin 15" noyabr 2005-ci il tarixli 24-2 №-li qərarı ilə təsdiq edilmiş “bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X1”nda da göstəriilmişdir ki, mühəndis vəzifəsinə təyin olunmuş şəxs işlədiyi sahəyə aid olan hökumətin qərar və qətnamələrini, yuxarı təşkilatların qərar, göstəriş, əmr və digər rəhbər və normativ sənədlərini, müəssisənin ixtisas və spesifik xüsusiyyətlərini, sahə və müəssisənin iqtisadi, texniki və sosial perspektivlərini, məhsul istehsalının texnologiyasını, təsərrüfatçılıq və idarəetmə metodlarını; təsərrüfat müqavilələrinin bağlanması və icra edilməsi qaydalarını; qabaqcıl təcrübələri, elm və texnikanın nailiyyətlərini; istehsalın və idarəetmənin əsaslarını, əməyin, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir. İddiaçı əmək müqaviləsinə əlavə edilən vəzifə təlimatında isə onun əmək qanunvericiliyi sahəsində mövcud olan bütün hüquqi aktlara riayət etməli olması öz əksini tapmışdır. Belə olan təqdirdə, kollegiya hesab edir ki, iddiaçının gördüyü işlər əmək müqaviləsi üzrə üzərinə düşdüyü vəzifələr olmuşdur ki, bunun üçün də ona əmək haqqından əlavə olaraq başqa məbləğin ödənilməsi əsassızdır.

53. Bundan başqa kollegiyanın iddianın əsassız olduğuna dair qənaətini formalaşdıran məqamlardan biri də odur ki, iddiaçı tələbində “əlavə işlərin” hansı müddətdə yerinə yetirməsi, həcmi və hansı pul məbləği müqabilində razılaşdırılması da qeyrimüəyyəndir və bununla bağlı sübutlar da təqdim edilməmişdir. Təqdim olunmuş “sənədlərin” surətlərindən isə qeyd olunan halları müəyyən etmək mümkün olmur.

54. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərildiyi kimi işlədiyi bütün müddət ərzində, yəni 51 ay ona ödəniş edilmədiyi halda, “əlavə işlərin” davam etdirməsi, həmin müddət ərzində razılaşdırılmış haqqı cavabdehlərdən tələb etməməsi, onun (iddiaçının) özü bildirdiyi kimi “əlavə işlərin” görülməsinə məcbur edilməsi də ağlabatan deyil və işin halları ilə sübut olunmur.

55. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, brinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquq normaları barəsində səhv nəticəyə gəlmişdir. Bu səbəbdən qətnamə mübahisələndirilən hissəsə ləğv edilərək, iddia həmin hissədə rədd edilməlidir.

56. Kollegiya birinci instansiya məhkəməsində əldə edilmiş ekspert rəyinə münasibətdə isə bildirir ki, o, hazırki işin halları baxımından iddianın əsaslı olduğunu təsdiq edən sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.

57. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2023-cü il tarixli rəyinə əsasən İddiaçı vəzifə maaşının yarısı miqdarında əlavə əmək haqqı ödənildiyi halda ona 51 ay üzrə məbləğin cəmi 65944,31 manat məbləğində müəyyən edilmişdir. Ümumiyyətlə, Məhkəmə Ekspertiza Mərkəzi rəyində 51 aya 940,34 manatın yarısı olan 470,17 manatı deyil, 940,34 və 470,17 manatın cəmini vurmuşdur. Halbuki 940,34 manat əmək haqqını cavabdeh “X7” MMC hər ay iddiaçıya ödəmiş və bu fakt mübahisə olunmamışdır. Həmçinin, kollegiyanın qənaətinə görə iddia tələbi əsassız olduğundan iddiaçıya ödəniləcək əmək haqqına əlavələrin həcminin hesablanmasının da artıq iş üçün əhəmiyyəti və zərurəti yoxdur.

58. Kollegiya apellyasiya icraatı zamanı 3-cü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsinin izahatını da iddianın əsaslı olmasına dəlalət edən hal və sübut kimi qəbul etmir. Belə ki, nümayəndə verdiyi izahatda göstərmişdir ki, işçi əlavə işlərə cəlb olunduğu təqdirdə ona əlavə haqq ödənilməlidir. Məhkəmə kollegiyası isə iddiaçının razılaşma əsasında «əlavə işlərə» cəlb olunma və ya onun bu «işlərin» görülməsinə məcbur edilməsi halını müəyyən etmir. Bu isə işçiyə əlavə əmək haqqının ödənilməsi üçün hər hansı hüquqi əsasın yaranmadığı anlamına gəlir.

59. İddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibətdə isə kollegiya bildirir ki, iddia əsssız olduğu üçün həmin ərizə üzrə araşdırılmasının aparılmasına və tətbiqinə zərurət yoxdur.

60. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

61. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

62. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

63. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-588/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, yəni mübahisələndirilən hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh9 MMC, Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh3 MMC, Cavabdeh8 MMC və Cavabdeh6 MMC-yə qarşı «əmək haqqına əlavələrin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar