Məhkəmə qərarları › İş №2(103)-6535/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6535/2021

09.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6535/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, X12 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5, nümayəndəsi X4 qızı və cavabdehlərin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-803/2021 saylı, 30.03.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd olunan 11545 manat dəyərində cehiz əmlaklarının və 14000 manat dəyərində qızıl-zinət əşyalarının cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Məhkəmə baxışı zamanı iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, dəyəri 3332 manat olan yataq otağı üçün nəzərdə tutulan "Elegance" adlı ağ mebel dəstinin (şifoner, taxt ,iki tumbo,trumo); dəyəri 289 manat olan Samsung markalı tozsoranın; dəyəri 229 manat olan Tefal markalı buxarlı ütünün; dəyəri 102 manat olan GARMENT STEAMER markalı buxarlı ütünün; dəyəri 120 manat olan Türkiyə istehsalı Elif markalı duxovkanın (tok peçi); dəyəri 267 manat olan TEFAL markalı blender naborunun; dəyəri 69 manat olan mikserin (tort); dəyəri 379 manat olan MOULİNEXX HV 10 markalı ətçəkən maşının; dəyəri 110 manat olan ütü stolunun (açıq mavi rəngində); dəyəri 110 manat olan Qızıl gül naxışlı obednıy servizin (mətbəx); dəyəri 90 manat olan 12 ədəd xrustal böyük stəkanın; dəyəri 70 manat olan 12 ədəd xrustal armudu stəkanın; dəyəri 19 manat olan 6 ədəd göy rəngli fujer bakalın; dəyəri 16 manat olan 6 ədəd su bakalının; dəyəri 15 manat olan 6 ədəd kofe bakalının; dəyəri 30 manat olan 2 ədəd şüşə qənd qabının; dəyəri 98 manat olan 12 ədəd böyük nəlbəkinin (qızılı); dəyəri 70 manat olan 12 ədəd armudu nəlbəkinin (qızılı); dəyəri 35 manat olan 12 ədəd mürəbbə qabı nəlbəkinin (qızılı); dəyəri 7 manat olan 6 ədəd şüşə mürəbbə nəlbəkinin; dəyəri 400 manat olan 18 ədəd xörək qaşığı, 18 ədəd çəngəl, 18 ədəd bıçaq bıçaq, 18 ədəd çay qaşığı, 4 ədəd aş qaşığı, 3 ədəd lapatka salat üçün, 6 ədəd mürəbbə qaşığı, 4 ədəd dolma qaşığı, 4 ədəd iti bıçaqlar, 3 ədəd plasmas, 1 ədəd taxta maşa, taxta qaşıqlar, çömçələr, limon vilkası, sarımsaqəzən, tort lapatka və bıçağı, bıçaq itiləyən, ət döyən, qənd doğrayan, göyərti taxtalarının; dəyəri 100 manat olan 4 ədəd balaca qazanın; dəyəri 95 manat olan 2 ədəd tavanın (içi ağ); dəyəri 45 manat olan 1 ədəd qazanın (içi ağ); dəyəri 18 manat olan 6 ədəd şüşə limon qabının; dəyəri 210 manat olan 2 ədəd ipək xalçanın (İran istehsalı); dəyəri 205 manat olan 3 ədəd süfrənin (tül); dəyəri 120 manat olan 4 ədəd hamam qətvəsinin; dəyəri 50 manat olan əl-üz dəsmallarının; dəyəri 160 manat olan ağ atlas; dəyəri 210 manat olan Blu marin (şhanpan rəngində); dəyəri 250 olan qızılı dəst; dəyəri 180 manat olan qırmızı dəst; dəyəri 180 manat olan yasəməni rəng dəst; dəyəri 70 manat olan boz dəst; dəyəri 70 manat olan sarı yaşıllı dəst pastel dəstlərinin; dəyəri 280 manat olan ağ üstü mirvari dəst; dəyəri 140 manat olan 3D qəhvəyi güllü dəst; dəyəri 100 manat olan boz rəngində yun dəst; dəyəri 180 manat olan ağ (Blu Marin) dəst; dəyəri 100 manat olan Vilur (açıq qəhvəyi) yataq örtüklərinin; dəyəri 280 manat olan decor tül günlük pərdə dəstinin; dəyəri 170 manat olan 3 ədəd yastığın; dəyəri 60 manat olan 1 ədəd yorğanın; dəyəri 85 manat olan çaynikin (ana bala); dəyəri 15 manat olan 1 ədəd dəm çaynikinin; dəyəri 200 manat olan əl sumkasının (üstü mexli qara); dəyəri 80 manat olan qırmızı əl sumkasının; dəyəri 300 manat olan uzun qara rəngində toy qiyafətinin; dəyəri 1000 manat olan uzun qırmızı-qəhvəyi rəngində toy qiyafətinin; dəyəri 700 manat olan uzun ağ-boz qarışıq rəngində uzun toy qiyafətinin; dəyəri 75 manat olan 2 ədəd şüşə duxovka qabının; dəyəri 5 manat olan orta boy, dəyəri 6 manat olan 2 ədəd balaca, dəyəri 5 manat olan 1 ədəd yığılan tort bişirən qabların; dəyəri 50 manat olan çay dəsmallarının; dəyəri 6 manat olan 2 ədəd şüşə çərəz qabının; dəyəri 7 manat olan 1 ədəd şüşə tort qabının; dəyəri 5 manat olan 1 ədəd şüşə tort qabının; dəyəri 10 manat olan 1 ədəd blinçik tavasının; dəyəri 180 manat olan şamlı şüşə qazan tavanın; dəyəri 30 manat olan 4 ədəd domaşnikin; dəyəri 80 manat olan 1 ədəd nabuk (boz yaşıl) çəkmənin; dəyəri 55 manat olan mətbəx üçün elektron tərəzinin (açıq yaşıl rəngində); dəyəri 250 manat olan 2 ədəd ləpə qabının; dəyəri 300 manat olan 2 ədəd iki mərtəbəli şirniyyat qabının; dəyəri 200 manat olan 2 ədəd ayaqlı şirniyyat qabının; dəyəri 150 manat olan 2 ədəd iç-içə 3 dənəli çərəz qabının; dəyəri 100 manat olan 1 ədəd meyvə qabının; cəmi 13024 manat dəyərində cehiz əmlaklarının və dəyəri 14000 manat olan De Grisoqono markalı İtalyan istehsalı olan 50 qramlıq, 750 problu ağ qızıl briliant (sırğa, sep klonuyla, üzük, qolbaq) dəstin, ümumilikdə 27024 manat dəyərində cehiz əmlakları və qızıl-zinət əşyalarının cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə 11 mart 2020-ci il tarixdə rəsmı nikaha daxil olaraq anası X2 ilə birgə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, N.ünvan 1 ünvana gəlin köçmüşdür. Birgə nikahlarından uşaqları olmamışdır. İlk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan pozulmuşdur. Hazırda valideynlərinin yanında yaşayır. Birgə yaşamaqları mümkün olmadığından nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Cehiz və qızılzinət əşyaları cavabdehlərdə qalsa da onları tələb etməyinə baxmayaraq vermirlər. Cavabdehlərin hərəkətlərini qanunsuz hesab elədiyindən məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehlərdə olan cehiz əmlakları və qızıl-zinət əşyaları aşağıdakılardan ibarətdir: dəyəri 3332 manat olan yataq otağı üçün mebel dəsti; dəyəri 289 manat olan Samsung markalı tozsoran; dəyəri 229 manat olan Tefal markalı buxarlı ütü; dəyəri 102 manat olan buxarlı ütü; dəyəri 120 manat olan duxovka (tok peçi); dəyəri 267 manat olan TEFAL markalı blender; dəyəri 69 manat olan mikser; dəyəri 379 manat olan MOULİNEXX HV 10 markalı ətçəkən maşın; dəyəri 110 manat olan ütü stolu; dəyəri 110 manat olan obednıy servizin (mətbəx); dəyəri 90 manat olan 12 ədəd xrustal böyük stəkan; dəyəri 70 manat olan 12 ədəd xrustal armudu stəkan; dəyəri 19 manat olan 6 ədəd fujer bakal; dəyəri 16 manat olan 6 ədəd su bakalı; dəyəri 15 olan 6 ədəd kofe bakalı; dəyəri 30 manat olan 2 ədəd şüşə qənd qabı; dəyəri 98 manat olan 12 ədəd böyük nəlbəki (qızılı); dəyəri 70 manat olan 12 ədəd armudu nəlbəki (qızılı); dəyəri 35 manat olan 12 ədəd mürəbbə qabı nəlbəki (qızılı); dəyəri 7 manat olan 6 ədəd şüşə mürəbbə nəlbəki; xörək qaşığı, çəngəl, bıçaq, çay qaşığı, aş qaşığı, lapatka salat üçün, mürəbbə qaşığı, dolma qaşığı, iti bıçaqlar, maşa, taxta qaşıqlar, çömçələr, limon vilkası, sarımsaqəzən, tort lapatka və bıçağı, bıçaq itiləyən, ət döyən, qənd doğrayan, göyərti taxtaları; dəyəri 100 manat olan 4 ədəd balaca qazan; dəyəri 95 manat olan 2 ədəd tava (içi ağ); dəyəri 45 manat olan 1 ədəd qazan (içi ağ); dəyəri 18 manat olan 6 ədəd şüşə limon qabı; dəyəri 210 manat olan 2 ədəd xalça; dəyəri 205 manat olan 3 ədəd süfrə (tül); dəyəri 120 manat olan 4 ədəd hamam qətvəsi; dəyəri 50 manat olan əl-üz dəsmalları; dəyəri 480 manat olan 10 ədəd pastellər (ağ mirvari dəst, ağ dəst); dəyəri 946 manat olan dəst-şampan rəngli, blu marin, qızılı dəst, qırmızı dəst, yasəmən dəst, sarı dəst, boz dəst; dəyəri 140 manat olan 3 ədəd pakrıval; dəyəri 170 manat olan 3 ədəd yastıq; dəyəri 60 manat olan 1 ədəd yorğan; dəyəri 280 manat olan pərdələr dəst; dəyəri 85 manat olan çaynik (ana bala); dəyəri 15 manat olan 1 ədəd dəm çayniki; dəyəri 280 manat olan 2 ədəd əl sumkasının (üstü mexli və qırmızı); dəyəri 2000 manat olan 3 ədəd toy qiyafətləri; dəyəri 75 manat olan 2 ədəd şüşə duxovka qabı; dəyəri 31 manat olan 5 ədəd tort bişirən qablar (balaca, orta, açılıb bağlanan); dəyəri 50 manat olan çay dəsmalları; dəyəri 6 manat olan 2 ədəd şüşə çərəz qabı; dəyəri 7 manat olan 1 ədəd şüşə tort qabı; dəyəri 10 manat olan 1 ədəd blinçik tavası; dəyəri 180 manat olan şamlı şüşə qazan tava; dəyəri 30 manat olan 4 ədəd domaşnik; dəyəri 80 manat olan 1 ədəd çəkmə və dəyəri 14000 manat olan ağ qızıl dəst.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-803/2021 saylı, 30.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ağ rəngli yataq mebel dəsti (şifoner, taxt, iki tumbo, trumo); 1 ədəd ütü stolu; 1 ədəd dəst pərdə (dekor, tül, günlük); 6 ədəd kofe stəkanı; 6 ədəd su bakalı; 3 ədəd yastıq, 1 ədəd sarı yaşıllı postel dəsti; 1 ədəd natamam qırmızı postel dəsti; 1 ədəd boz rəngli yun (billura oxşayan) odeal; 1 ədəd içi ağ qazan; 1 ədəd içi ağ tava; 3 ədəd kiçik şüşə qapaqlı qazan; 1 ədəd çaynik 1 ədəd dəmliklə birlikdə (anabala- 1 ədəd çaynik və 1 ədəd dəmlik); 3 ədəd tort bişirən qab (2 balaca, 1 böyük); 2 ədəd doğrama taxtası (plastmas və taxta); 2 ədəd bıçaq; 1 ədəd tort kəsən və lapatası; 2 ədəd kiçik şüşə çərəz qabı; 2 ədəd şüşə qənd qabı; 1 ədəd Elif markalı soba; 3 ədəd əl-üz dəsmalı və 5 ədəd çay dəsmalından ibarət cehiz əmlakının alınaraq İddiaçı verilməsi, iddia qalan hissədə təmin edilməməsi qət ediımişdir (sədrlik edən: Toğrul Axundov).

5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-803/2021 saylı, 30.03.2021-ci il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və dəyəri 289 manat olan Samsung markalı tozsoranın; dəyəri 229 manat olan Tefal markalı buxarlı ütünün; dəyəri 102 manat olan GARMENT STEAMER markalı buxarlı ütünün; dəyəri 289 manat olan Samsung markalı tozsoranın; dəyəri 229 manat olan Tefal markalı buxarlı ütünün; dəyəri 102 manat olan GARMENT STEAMER markalı buxarlı ütünün; dəyəri 267 manat olan TEFAL markalı blender naborunun; dəyəri 69 manat olan mikserin (tort); dəyəri 379 manat olan MOULİNEXX HV 10 markalı ətçəkən maşının; dəyəri 110 manat olan Qızıl gül naxışlı obednıy servizin (mətbəx); dəyəri 90 manat olan 12 ədəd xrustal böyük stəkanın; dəyəri 70 manat olan 12 ədəd xrustal armudu stəkanın; dəyəri 19 manat olan 6 ədəd göy rəngli fujer bakalın; dəyəri 98 manat olan 12 ədəd böyük nəlbəkinin (qızılı); dəyəri 70 manat olan 12 ədəd armudu nəlbəkinin (qızılı); dəyəri 35 manat olan 12 ədəd mürəbbə qabı nəlbəkinin (qızılı); dəyəri 7 manat olan 6 ədəd şüşə mürəbbə nəlbəkinin; dəyəri 400 manat olan 18 ədəd xörək qaşığı, 18 ədəd çəngəl, 18 ədəd bıçaq bıçaq, 18 ədəd çay qaşığı, 4 ədəd aş qaşığı, 3 ədəd lapatka salat üçün, 6 ədəd mürəbbə qaşığı, 4 ədəd dolma qaşığı, 4 ədəd iti bıçaqlar, 3 ədəd plasmas, 1 ədəd taxta maşa, taxta qaşıqlar, çömçələr, limon vilkası, sarımsaqəzən, tort lapatka və bıçağı, bıçaq itiləyən, ət döyən, qənd doğrayan, göyərti taxtalarının; dəyəri 100 manat olan 4 ədəd balaca qazanın, dəyəri 18 manat olan 6 ədəd şüşə limon qabının; dəyəri 210 manat olan 2 ədəd ipək xalçanın (İran istehsalı); dəyəri 205 manat olan 3 ədəd süfrənin (tül); dəyəri 120 manat olan 4 ədəd hamam qətvəsinin; dəyəri 50 manat olan əl-üz dəsmallarının; dəyəri 160 manat olan ağ atlas; dəyəri 210 manat olan Blu marin (şhanpan rəngində); dəyəri 250 olan qızılı dəst; dəyəri 180 manat olan yasəməni rəng dəst; dəyəri 70 manat olan boz dəstdəyəri 280 manat olan ağ üstü mirvari dəst; dəyəri 140 manat olan 3D qəhvəyi güllü dəst; dəyəri 100 manat olan boz rəngində yun dəst; dəyəri 180 manat olan ağ (Blu Marin) dəst; dəyəri 100 manat olan Vilur (açıq qəhvəyi) yataq örtüklərinin; dəyəri 280 manat olan decor tül günlük pərdə dəstinin; dəyəri 170 manat olan 3 ədəd yastığın; dəyəri 60 manat olan 1 ədəd yorğanın; dəyəri 200 manat olan əl sumkasının (üstü mexli qara); dəyəri 80 manat olan qırmızı əl sumkasının; dəyəri 300 manat olan uzun qara rəngində toy qiyafətinin; dəyəri 1000 manat olan uzun qırmızıqəhvəyi rəngində toy qiyafətinin; dəyəri 700 manat olan uzun ağ-boz qarışıq rəngində uzun toy qiyafətinin; dəyəri 75 manat olan 2 ədəd şüşə duxovka qabının; dəyəri 5 manat olan orta boydəyəri 10 manat olan 1 ədəd blinçik tavasının; dəyəri 180 manat olan şamlı şüşə qazan tavanın; dəyəri 30 manat olan 4 ədəd domaşnikin; dəyəri 80 manat olan 1 ədəd nabuk (boz yaşıl) çəkmənin; dəyəri 55 manat olan mətbəx üçün elektron tərəzinin (açıq yaşıl rəngində); dəyəri 250 manat olan 2 ədəd ləpə qabının; dəyəri 300 manat olan 2 ədəd iki mərtəbəli şirniyyat qabının; dəyəri 200 manat olan 2 ədəd ayaqlı şirniyyat qabının, dəyəri 100 manat olan 1 ədəd meyvə qabının dəyəri 14000 manat olan De Grisoqono markalı İtalyan istehsalı olan 50 qramlıq, 750 problu ağ qızıl briliant (sırğa, sep klonuyla, üzük, qolbaq) dəstin, onlar olmadıqda cehiz əmlaklarının ümumi dəyəri olaraq 8182 (səkkiz min yüz səksən iki) manat və qızıl-zinət əşyalarının dəyəri olaraq 14000 manat pul vəsaitinin, cəmi 22182 (iyirmi iki min yüz səksən iki) manat pul məbləğinin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin iddia tələbinin rədd edilməsi barədə əsaslandırıcı hissəsində işin faktiki hallarına qiymət verilməyib, iddiaçının dəlillərinə münasibət bildirilməyib, sübutetmə barədə qanunvericiliyin tələbləri pozulub. Qızıl zinət əşyalarının qaytarılması üçün göstarilən 3 hal sübut olunmalıdır: 1) əşyaların mövcud olması; 2) əşyaların iddiaçıya məxsus olması; 3) əşyaların cavabdehin sahibliyində olması. Hazırkı işdə l-ci və 2-ci hal mübahisə predmeti deyil, cavabdeh etiraf edir ki, həmin əşyalar mövcuddur və iddiaçıya məxsusdur. Mübahisə 3-cü halla bağlıdır. Belə ki, iddiaçı bildirir ki, əşyalar cavabdehin sahibliyindədir, cavabdeh isə bildirir ki, iddiaçı evdən gedərkən əşyaları özü ilə aparmışdır. Cavabdehin mübahisə predmeti olan qızıl-zinat əşyalarını aparması barədə subyektiv mülahizəsi aşağıda göstərilənlərlə təkzib edilir. İşin faktiki hallarına əsasən cavabdehdan alınması tələb edilən əşyaların, o cümlədən qızıl-zinət əşyalarının mövcud olması, sayı, çeşidi, dəyəri mübahisəsizdir. Cavabdeh tərəf həmin adda va çeşiddə qızıl-zinət əşyalarının mövcudluğunu təkzib etmir. Cavabdeh tərəf bildirir ki, iddia ərizəsində göstərilən adda və dəyərdə qızıl-zinət əşyaları mövcud olub, lakin iddiaçı cavabdehdən ayrılarkən, yəni onun yaşadığı mənzili tərk edərkən qızıl-zinət əşyalarını özü ilə aparıb. Birinci instansiya məhkəməsi qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aparılmadığını, yəni həmin qızıl-zinət əşyalarının cavabdehdə qalmasını sübut etmək vəzifəsinin iddaçının üzərinə düşməsi və iddiaçının bunu sübut edə bilməməsi nəticəsinə gəlmişdir. Məhkəmənin gəldiyi nəticə səhvdir və sübutetmə prinsiplərinə ziddir. Belə ki, iddiaçı tərəf tələb etdiyi qızıl-zinət əşyalarının mövcud olmasını, cavabdeh tərəf isə həmin qızıl zinət əşyalarının iddiaçı tərəfindən aparılmasını sübut etmək vəzifəsini daşıyır. Bundan başqa məhkəmənin iddiaçı tərəfindən təqdim olunmuş şahid ifadələrinə tənqidi münasibətini başa düşmək olmur. İddiaçını məhkəmə iclasında təmsil edən anasının izahatı qətnamədə təhrif olunmuşdur. Tərəflərin izahatları:

7. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili A.Nurməmmədov və nümayəndəsi X4 qızı şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdilər.

8. Kollegiya iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili X3 iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:

10. İş materiallarında olan Səadət Sarayı tərəfindən verilmiş nikahın bağlanması haqqında 23.09.2020ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 ilə X8 qızı arasında 11.03.2020-ci il tarixdə Səadət Sarayında nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 227 nömrə ilə qeyd edilmişdir.

11. İş materiallarında olan Zəmanət talonundan görünür ki, X11 oğlu tərəfindən 10.12.2017-ci il tarixdə alınmış satış qiyməti 229 manat olan 1 ədəd Tefal buxarlı ütü və satış qiyməti 379 manat olan Moulinexx ət çəkən üçün 2 illik zəmanət verilmişdir.

12. İş materiallarında olan Zəmanət talonundan görünür ki, X11 oğlu tərəfindən 16.03.2020-ci il tarixdə alınmış satış qiyməti 289 manat olan 1 ədəd Samsung tozsoran üçün 1 illik zəmanət verilmişdir.

13. İş materiallarında olan Saloğlu MMC-nin 26.02.2020-ci il tarixli sifariş formundan görünür ki, NəcadX10 dəyəri 3044 manat olan 1 ədəd Elegance elit çarpayı və dəyəri 288 manat olan Rio matrasını sifariş verərək, ümumilikdə 3332 manat məbləğində ödəniş etmişdir.

14. İş materiallarında olan Bakı şəhəri Yasamal rayonu İcra şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş 05.02.2021-ci il tarixli aktdan görünür ki, cavabdehlərə məxsus mənzildə məhkəmə qərardadında qeyd edilmiş iddiaçıya məxsus Samsung markalı tozsoran, Tefal markalı buxarlı ütü, dəyəri 102 manat olan GARMENT STEAMER markalı buxarlı ütü, Türkiyə istehsalı Elif markalı duxovka (tok peçi), TEFAL markalı blender naboru, mikser (tort), MOULİNEXX HV 10 markalı ətçəkən maşın, Qızıl gül naxışlı obednıy serviz (mətbəx ), 12 ədəd xrustal böyük stəkan, 12 ədəd xrustal armudu stəkanı, 6 ədəd göy rəngli fujer bakal, 6 ədəd kofe bakalı, 12 ədəd böyük nəlbəki (qızılı), 12 ədəd armudu nəlbəki (qızılı), 12 ədəd mürəbbə qabı nəlbəki (qızılı), 6 ədəd şüşə mürəbbə nəlbəki, 18 ədəd xörək qaşığı, 18 ədəd çəngəl, 18 ədəd bıçaq, 18 ədəd çay qaşığı, 4 ədəd aş qaşığı, 3 ədəd lapatka salat üçün, 6 ədəd mürəbbə qaşığı, 4 ədəd dolma qaşığı, 4 ədəd iti bıçaqlar, 3 ədəd plasmas, 1 ədəd taxta maşa, taxta qaşıqlar, çömçələr, limon vilkası, sarımsaqəzən, tort lapatka və bıçağı, bıçaq itiləyən, ət döyən, qənd doğrayan, göyərti taxtaları, 1 ədəd yorğan, dəyəri 15 manat olan 1 ədəd dəm çayniki, dəyəri 200 manat olan əl sumkası ( üstü mexli qara ), dəyəri 1000 manat olan uzun qırmızı-qəhvəyi rəngində toy qiyafəti, dəyəri 700 manat olan uzun ağboz qarışıq rəngində uzun toy qiyafəti, dəyəri 75 manat olan 2 ədəd şüşə duxovka qabı, dəyəri 6 manat olan 2 ədəd şüşə çərəz qabı, dəyəri 7 manat olan 1 ədəd şüşə tort qabı, dəyəri 5 manat olan 1 ədəd şüşə tort qabı, dəyəri 10 manat olan 1 ədəd blinçik tavası, dəyəri 180 manat olan şamlı şüşə qazan tava, dəyəri 30 manat olan 2 ədəd domaşnik, dəyəri 80 manat olan 1 ədəd nabuk (boz yaşıl) çəkmə, dəyəri 55 manat olan mətbəx üçün elektron tərəzi (açıq yaşıl rəngində), dəyəri 250 manat olan 2 ədəd ləpə qabı, dəyəri 300 manat olan 2 ədəd iki mərtəbəli şirniyyat qabı, dəyəri 200 manat olan 2 ədəd ayaqlı şirniyyat qabı, dəyəri 150 manat olan 2 ədəd iç-içə 3 dənəli çərəz qabı, dəyəri 100 manat olan 1 ədəd meyvə qabı, dəyəri 14000 manat olan De Grisoqono markalı İtalyan istehsalı olan 50 qramlıq, 750 problu ağ qızıl briliant (sırğa, sep klonuyla, üzük, qolbaq) dəsti aşkar edilməmişdir. Hüquqi dəyərləndirmə:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

20. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

21. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

23. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

24. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

25. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Apellyasiya şikayətində qətnamənin tam deyil, iddianın təmin olunmayan hissəsində ləğv edilməsi xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni mübahisələndirilən hissədə yoxlayır.

27. Kollegiya qeyd edir ki, iddia tələbinin təmin olunmayan hissəsində birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə qismən təmin edərkən, Bakı şəhəri Yasamal rayonu İcra şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş 05.02.2021-ci il tarixli aktı da, nəzərə almışdır. Belə ki, sözü gedən mənzildə iddiaçıya məxsus iddia ərizəsində qeyd edilmiş və müvafiq məhkəmə qərardadında göstərilmiş əmlakların aşkar edilməməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iclasında cavabdehlərin nümayəndəsi 05.02.2021-ci il tarixli aktı ilə müəyyənləşən (akta daxil olmayan) ağ mebel dəsti; ütü stolu; pərdə; 6 kofe stəkanı; 6 su bakalı; 3 yastıq; 2 ədəd natamam postel; boz rəngdə billura oxşayan odeal; 1 ədəd içi ağ qazan; 1 ədəd içi ağ tava; 3 ədəd kiçik şüşə qapaqlı qazan; 1 ədəd çaynik 1 ədəd dəmliklə birlikdə; 3 ədəd (2 balaca, 1 böyük) tort bişirən qab; 2 ədəd doğrama taxtası; 2 ədəd bıçaq; tort kəsən və lapatası; 2 ədəd kiçik şüşə çərəz qabı; 2 ədəd şüşə qənd qabı; qapağı işləməyə soba; 3 ədəd əl-üz dəsmalı və 5 ədəd çay dəsmalı iddiaçı tərəfindən cavabdehin yaşayış yerini tərk edən zaman götürülməməsini etiraf etmiş və sadalanan əşyaların hazırda da, cavabdehə məxsus mənzildə olduğunu bildirmiş, iddiaçı tərəflər isə bunun əksini sübut edə bilməmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin dəyəri 14000 manat olan De Grisoqono markalı İtalyan istehsalı olan 50 qramlıq, 750 problu ağ qızıl briliant (sırğa, sep klonuyla, üzük, qolbaq) dəstin cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması hissəsinə dair iddia tələbinin əsassız olduğundan təmin edilməməsi ilə bağlı mövqeyi əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edir ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehlərə məxsus mənzili ailə-məişət münaqişəsi zəminində evi ani olaraq tərk etmədiyindən, sonuncu qeyd olunan şəraitdə qızıl-zinyət əşyalarının götürməsi imkanına malik olmuşdur. Məhkəmə iclasında tərəflərin etirafedici izahatları ilə müəyyən edilmişdir ki, tərəflərin aralarında olan münasibətlər pisləşdiyinə görə, iddiaçı cavabdehlərin evdə olmadığı vaxt öz valideynlərini zəng edərək, onun gəlib götürmələrini xahiş etmiş və valideynləri ilə birlikdə onlara məxsus mənzilə geri qayıtmışdır.

28. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı apelyasiya şikayətində qətnamənin iddia tələbinin rədd edilməsi barədə əsaslandırıcı hissəsində işin faktiki hallarına qiymət verilmədiyini, iddiaçının dəlillərinə münasibət bildirilmədiyini, sübutetmə barədə qanunvericiliyin tələblərinin pozulduğunu bildirsə də, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə hər bir tərəfin təqdim etdiyi sübutlara hüquqi qiymət verilmişdir. İddiaçın apleyasiya şikayətində əsaslandığı hallarla bağlı sübutlar məhkəməyə təqdim edilməmiş və iş materialları ilə belə sübutlar aşkar edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, apelyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır və qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz.

29. Sadalanan hallara və hüquq normalarının tələblərinə əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslı olduğundan, iddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-803/2021 saylı, 30.03.2021ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar