Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6549/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1367/2023 saylı, 17 avqust 2023-cü il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment və əlavə xərcin tutulması tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay, hər uşağa görə 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq o - İddiaçı verilməsi, X3 və X2 3 yaşı tamam olana qədər, onun maddi tələbatlarının ödənilməsi məqsədilə Cavabdeh hər ay, 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutularaq o- İddiaçı verilməsi, mediasiya xidməti üçün ödədiyi 51 manat pul vəsaitinin Cavabdeh tutularaq o- İddiaçı ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1367/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment və xx.xx.2021-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi qərara alınmışdır. Həmin qətnamədən Cavabdeh xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verərək onun iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianın qismən təmin edilməsini xahiş etmişdir. Mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2767/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1367/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayət qeyri-mümkün hesab edilmiş və şikayət cavabdehə geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1367/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment və əlavə xərcin tutulması tələbi” tələbinə dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 06 fevral 2023cü il tarixli, 2(008)- 1367/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə verilən apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər qanunla nəzərdə tutulmuş qaydada dövlət rüsumu ödənməməsi səbəbindən geri qaytarılmışdır. Bundan sonra cavabdeh yenidən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 2(008)-1367/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin əlavə xərcin tutulması hissəsində tam, aliment tələbi ilə bağlı hissədə qismən ləğv olunması, xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay, hər uşağa görə 100 manat cəmi 200 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1367/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1367/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehin tərəfindən xx.xx.2023-cü il tarixdə verilən apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər qanunla nəzərdə tutulmuş 1 ay müddət ərzində verilmədiyindən geri qaytarılması qərar alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə şikayət ərizəsi ilə müraciət edərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının ləğv olunmasını, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1367/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-1367/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-1367/2023 saylı qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət elektron olmaması səbəbindən geri qaytarılmışdır. Qərardaddan narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə şikayət ərizəsi ilə müraciət edərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının ləğv olunmasını, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1367/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-1367/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-1367/2023 saylı qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət MPM-də təsbit edilmiş əlavə 2-də göstərilən formada tərtib edilmədiyindən geri qaytarılması qərara alınmışdır. Sonradan xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil müddətin bərpası barədə ərizə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 2(008)1367/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddəti üzürlü hesab edərək mülki işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmiş və həmin ərizəyə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1367/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət əlavə edərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının ləğv olunmasını, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1367/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-1367/2023 nömrəli mülki işi üzrə xx.xx.2023-cü il tarixdə iki qərardad qəbul etmişdir. Belə ki, sözü gedən qərardadlardan biri ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1367/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosesual müddətin üzürlü hesab edilməsinə dair ərizəsi təmin edilməmişdir. Digər eyni tarixli qərardad ilə isə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(008)-1367/2023 saylı qərardadında qanunvericliyin tələblərinə uyğun olaraq tərtib edilmiş şikayət vermiş olsada, həmin qərardadan şikayətin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə verilmiş olmadığından şikayə yenidən geri qaytarılmışdır. Sonuncu (xx.xx.2023-cü il tarixli ikinci qərardad) qərardad ilə razılaşmayan Cavabdeh xx.xx.2023-cü il tarixində şikayəti ilə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1367/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1367/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1367/2023 saylı, 17 avqust 2023-cü il l tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 267.1-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 267.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 363.1.3-cü maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin axımı qərardadın tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(008)-1367/2023 saylı qərardadı elektron sistemə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Həmçinin Elektron Məhkəmə İnformasiya sistemindən məlum olmuşdur ki, cavabdehin nümayəndəsi vəkili Vəkil elektron kabinetə əlavə edilmiş olduğundan, ona bu barədə məlumat getmişdir. Habelə mülki işin materiallarına əlavə edilmiş reyestrdən də görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(008)-1367/2023 saylı qərardadı cavabdehin ünvanına xx.xx.2023-cü il tarixdə xəbərnaməli poçt vaistəsi ilə göndərilmişdir. Bundan sonra cavabdehin nümayəndəsi və vəkili Vəkil sözügedən qərardaddan iki dəfə xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə şikayət vermiş olsa da, sözügedən şikayətlər qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş olmadığından Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24.06 2023-cü il tarixli, 2(008)-1367/2023 saylı və xx.xx.2023-cü il tarixli, 2(008)-1367/2023 saylı qərardadları ilə geri qaytarılmışdır. Sonradan xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil müddətin bərpası barədə ərizə və şikayətlə müraciət edərək Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 2(008)1367/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddəti üzürlü hesab edərək mülki işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi apelyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh nümayəndəsi və vəkili Vəkil xx.xx.2023- cü il tarixdə vermiş olduğu ərizənin təmin edilməməsi ilə bağlı qərardad qəbul etmişdir. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində şikayət verilə bilməsi imkanı nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, cavabdeh tərəf qeyd olunan qərardaddan şikayət verməmiş, qərardad qanuni qüvvəyə minmiş, odur ki prosessual müddətin ötürülməsi üzrlü hesab edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin məcəllənin 363.1.3-cü maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1367/2023 saylı, 17 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1367/2023 saylı, 17 avqust 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6549/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6549/2023
25.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver