Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6559/2021 12.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və Cavabdeh2 vəkili X2 iştirakları ilə, İddiaçı cavabdehlər "Zamin Əmlak” Tikinti Şirkətinə, "Zamin Əmlak” Tikinti Şirkətinin icraçı direktoru Cavabdeh2 qarşı pul tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2338/20 saylı işi üzrə 12.06.2020-ci il tarixli qətnaməsindən cavabdeh "Zamin Əmlak” Tikinti Şirkətinin icraçı direktoru Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsinə əlavə ərizə verərək "Zamin Əmlak” Tikinti Şirkətindən və həmin şirkətin icraçı direktoru Cavabdeh2 12000 manat pulun, cavabdehləriin real imkanları nəzərə alınaraq ona dəyən 5000 manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun cavabehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2338/20 saylı, 12.06.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 10000(on min) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun "Zamin Əmlak” Tikinti Şirkətinin icraçı direktoru Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Azərbaycan Respublikası MPMnin 14, 77, 119.1, 218; Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına; Mülki Məcəllənin 385.1, 442, 752-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh "Zamin Əmlak” Tikinti Şirkətinin sahibi kimi Cavabdeh2 arasında podrat müqaviləsi bağlanmış, iddiaçı alacağı mənzildə təmir işlərinin aparılmasını Cavabdeh2 sifariş etmişdir. Müqavilə bağlandığı andan 3 ay müddətində qüvvədə olmaqla, Cavabdeh2 10000 manat ödəniş qarşılığında müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış podrat müqaviləsinə uyğun olaraq iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək razılaşdırılmış muzdu - 10000 manat pulu ödəsə də, Cavabdeh2 öhdəliyini yerinə yetirməyərək müqavilə üzrə nəzərdə tutulmuş işi icra etməmişdir. Lakin iddia tələbi 12.000 manat pulun qaytarılması hissəsində qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə 10000 manat muzdun ödənilməsi müqavilədə əks olunmuşdur. İddiaçı 2000 manat pulun sonradan Cavabdeh2 verdiyini bildirsə də, bu dəlili ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bundan başqa, podrat müqaviləsi Cavabdeh2 özü ilə bağlanmış və o, fərdi sahibkarlıq fəaliyyəti ilə məğul olmuş, "Zamin Əmlak” Tikinti Şirkəti isə hüquqi şəxs kimi qeydiyyatdan keçməmişdir. İddiaçı da 10000 manat məbləğində pulu Cavabdeh2 ödəmişdir. İddia mənəvi zərərin tələb edilməsi hissəsində də təmin edilməməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh öhdəliklərini tam icra etmədiyinə görə iddiaçı məhkəmədə iddia qaldırmaqla əlavə zərər çəkmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-2338/2020 saylı, 12.06.2020-ci il tarixli qətnaməsini ləğv edib iddianın rədd olunması haqqında ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 16, 17, 18, 50; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 217, 385, 387-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" adlı Daşınmaz Əmlak Agentlyi olaraq iddiaçıya mənzil alınmasında köməklik edilməsi istiqamətində münasibətlər qurulmuş və "xxxx" MMC, tərəfindən Yeni Günəşli “V” massivi ünvanında inşa olunan binadan ümumi sahəsi 71,6 kv.ırı olan təmirsiz mənzilin alınması təklif olunmuşdur.Alıcı olaraq İddiaçı mənzili bəyənmiş , satıcı ilə özü müqavilə bağlamış və hər kvadratı 700 manat olmaqla ümumilikdə mənzilə 50400 manat ödənilməsini qəbul etmişdir.Xanım ilk ödəniş olaraq mənzilə 38000 manat ödəniləcəyini bildirmiş qalan məbləğin isə hissə-hissə aylar ərzində ödəniləcəyinə razılşamışdır.Bundan əlavə də, həmin mənzilin təmiri üçün 10000 manat xərc tələb olunduğunu tərəfə bildirdikdə o qiymətlə razılaşmış və müqavilə imzalamışdır.Lakin sonradan alınmış mənzilin problemi yarandığından tikinti şirkəti başqa ərazidən xanıma mənzil verəcəyini bildirmiş və bu dəfə "xxxx" MTK-nın inşa etdiyi Bakı şəhəri, Telnov küçəsində yerləşən binadan yeni təmirli mənzil verilmişdir.Yeni mənzilin sahəsi 54 kv.m olsa da, təmirli olaraq alıcıya təklif olunmuş və hər kvadratı 1200 manatdan hesablanmışdır.Belə olan halda tərəfin ödəmiş olduğu 38000 manata 10000 manat pulu da əlavə edib,cəmi 48000 manat pulun hamısı mənzilin alışına sərf olunmuşdur.Tərəfın vəsaiti mənzilin alışına sərf olunmuş və aralarında heç bir öhdəlik qalmamışdır. Şirkətin və konkret olaraq onun həmin alıcıya, iş üzrə İddiaçı borcu qalmamışdır. O, heç bir məbləği özünə götürməmiş və tərəfə ziyan vurmamışdır. Aralarında razılaşma üzrə nəticə əldə olunmuşdur.İddiaçı öz tələbində və məhkəmədəki izahatlarında birtərəf informasiya verməklə əsil həqiqəti hakimdən gizlətmişdir. Məhkəmə isə işdə onun izahatı alınmadığından və faktiki hallar müəyyən olunmadığından birtərəfli qaydada araşdırmanın nəticəsi olaraq öz qətnaməsində qeyd edir ki, “Məhkəmə hesab edir ki, podrat müqaviləsi Cavabdeh2 özü ilə bağlanmış və o, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, "xxxx" Tikinti Şirkəti isə hüquqi şəxs kimi qeydiyyatdan keçməmişdir. İddiaçı da 10000 manat məbləğində pulu Cavabdeh2 ödəmişdir.” Halbuki, müqqvilədə onun məbləği alması barədə qeyd yoxdur.Orada yalnız razılaşması nəzərdə tutulmuşdur.Pul məbləği isə faktiki tərəfin özü vasitəsi ilə tikinti şirkətinə ödənmiş və işə baxılan zaman üçüncü şəxs olaraq və ya şahid qismində tikinti şirkəti dəvət olunmayaraq həqiqətin üzə çıxarılmasına çalışılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili X4 apellyasiya şikayətini müdafiə edərək, cavabdehin fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, onun sahibkar kimi qeydiyyatının qəbələdə VEÖN-nin isə Sabunçu rayonuna aid olduğunu, birinci instansiya məhkəməsində işə Mülki Prosesual Məcəllənin 35-ci maddəsinin tələblərinin pozulması ilə baxıldığını, iddiaçının təmirsiz evin alqısı üçün 36000 manat təmiri üçün isə 10000 manat ödədiyini, həmin mənzilin Yeni Günəşli “V” massivində yerləşdiyini, daha sonra Xətai rayonu Əhmədli qəsəbəsində təmirli mənzillə əvəz edildiyini, həmin mənzilin kvadratmetrinin 1000 manat məbləğində olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, 71 kv.m olan Yeni Günəşli “V” massivində yerləşən təmirsiz ev üçün 48000 manat ödədiyini, daha sonra həmin mənzilin digər bir şəxsə satılması ilə bağlı Əhmədli qəsəbəsində yerləşən təmirli evlə əvəzləndiyini, həmin evin 49 kv.m olduğunu, Yeni Günəşli “V” massivində yerləşən təmirsiz evin təmiri üçün 12000 manatın Oktay tərəfindən alındığını və ona geri qaytarılmadığını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh "Zamin Əmlak” Tikinti Şirkətinin nümayədəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsində araşdırılmış sübutlardan müəyyən edilir ki, Cavabdeh «Zamin Əmlak” Tikinti Şirkətinin sahibi kimi Cavabdeh2 arasında Bakı ş, Suraxanı r, Yeni Günəşli q, “V” massivində inşa olunan 71.6 kv.m sahəsi olan ünvanda podrat müqaviləsi bağlanmış, iddiaçı alacağı mənzildə təmir işlərinin aparılmasını Cavabdeh2 sifariş etmişdir. Müqavilə bağlandığı andan 3 ay müddətində qüvvədə olmaqla, Cavabdeh2 10000 manat ödəniş qarşılığında müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür (səh.5). Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin mübahisə edilən dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2, 324, 385-391, 404, 420, 560, 752; Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələri (öhdəliyi) üzrə mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, məhkəmənin işdə olan və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında qəbul etdiyi qərar maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara (tərəflərin qarşılıqlı münasibətlərinə) uyğun olduğundan, iddianın əsasını təşkil edən və qətnamənin qəbul edilməsinə əsas olan (öhdəlik, qüsur,borc, hesablanma və sair barədə) mötəbər sübutlar cavabdeh tərəfindən təqdim edilmədiyindən, apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli (mübahisələndirən) dəlillərinə münasibətdə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Qeyd edilməlidir ki, cavabdeh apellyasiya şikayətində ziddiyyəti dəlillər irəli sürərək alınan pulun başqa mənzilin alınmasına sərf edilməsi, habelə pulun ümumiyyətlə alınmamasını izhar etmişdir. Lakin dəlilərin əsasını təşkil edən subutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilən mülki icraat şərtlərinə əməl edilməməsi və cavabdeh tərəfindən şikayətində istinad etdiyi (müqavilənin ləğvi və sair)halları vaxtında mübahisələndirməməsi dəlillərin hazırki tələbə münasibətdə əsassız olduğunu şərtləndirir. Ərazi aidiyyatı dəlilinə dair qeyd edilməlidir ki, müqavilə Xətai rayonunda bağlandığından iddianın Xətai Rayon Məhkəməsinə verilməsində iddiaçının seçim hüququ mövcud olmuşdur. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2338/20 saylı işi üzrə 12.06.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6559/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6559/2021
12.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver