Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-66/2019 02.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi, ilkin iddia üzrə İddiaçı, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X2, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müffəttişliyi Xidməti 5 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin nümayəndəsi X1 iştirakları ilə İlkin iddia üzrə İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müffəttişliyi Xidməti 5 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin “əmrin etibarsız hesab edilməsi, işə bərpa və s.” barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “işgüzar nüfuzun müdafiəsi, vurulmuş maddi və mənəvi zərərin tutulması” barədə qarşılıqlı iddia tələblərinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4859/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh" MMC-nin xx.xx.2018-ci il tarixli, 108 nömrəli əmrinin etibarsız hesab edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə auditor vəzifəsinə işə bərpa edilməyi; ödənilməmiş əmək haqqı məbləği, 2013-2018-ci illər ərzində istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya; mənəvi zərərin əvəzi olaraq 50.000 (əlli min) manat pulun cavabdehdən tutularaq, ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixdən 54 saylı Əmr ilə "Cavabdeh" MMC tərəfindən işə qəbul olunmuş və auditor vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə heç bir xəbərdarlıq, töhmət almamış, bir dəfə də olsun intizam məsuliyyətinə cəlb olunmamış, heç bir vaxt əmək və icra intizamını pozmamış, eləcə də məsul olduğu vəzifənin öhdəsindən tam gəlmişdir. "Cavabdeh" MMC-nin direktoru L.Q.Bayramovanın işləri düzgün planlaşdırmaması və əmək haqqını ödəmədiyi üçün xx.xx.2018-ci il tarixli ərizə ilə müəssisənin direktoruna müraciət edərək (eyni zamanda şirkətin rəsmi email adresi vastəsi ilə də müraciət etmiş) xx.xx.2018-ci il tarixdən tutduğu vəzifədən azad edilməyi, əmək kitabçasının və auditor sertifikatının ona qaytarılması barədə əmr verilməsini xahiş etmişdir. Lakin müəssisə rəhbərliyi qeyd edilən ərizəsinə rəsmi münasibət bildirməmişdir. Onun maddi vəziyyəti pisləşmiş, ailəsini dolandırmaqda çətinliklə üzləşmişdi. Bu səbəbdən də yazılı və şifahi olaraq, Azərbaycan Respubliaksının Auditorlar Palatasına, eyni zamanda Dövlət Əmək Müfəttişliyinə şikayətlə müraciət etdi və əmək münasibətləri ilə bağlı müəssisədə baş verilənlərə müdaxilə etməklərini xahiş etdi. Qeyd edilən şikayətlərdən sonra xx.xx.2018-ci il tarixdə "Cavabdeh" MMC-nin direktoru L.Q.Bayramovanın 108 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndi ilə onu işdən azad etdilər. Əmrin surətini və əmək kitabçasını xx.xx.2018-ci il tarixdə sürücüsü zəng edərək yolda ona təqdim etdi. İşəgötürən təşkilat onu işdən azad edərkən, heç bir əsas göstərməmiş və həmkarlar orqanında heç bir müvafiq araşdırılma aparılmadan hüquqları pozulmaqla əmək münasibətlərinə xitam vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən onun işdən azad olunmağı qanunsuzdur. Belə ki, əmrdə qeyd edilmişdir ki, guya ki, o, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməmiş, əmək vəzifələrini kobud şəkildə pozmuş, yəni, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir. Halbuki, o, intizamlı işçi olmaqla daima iş verində olmuş, əmək funksiyalarımı icra etmişdir. Əmrdən onun konkret olaraq hansı tarixdə işdə olmamağı öz əksini tapmadığından, ona da aydın deyildir ki, bu hansı günü əhatə etmişdir. Əksinə müəssisə rəhbərliyinin özü qeyd edilən dövrdə, yəni onun barəsində əmr verdiyi dövrdə (mart ayı bütöv-aprel ayının birinci ongünlüyü) Azərbaycan Respublikası ərazisində olmamış, iş yerində olmamışdır. Təbii ki, onun iş vaxtında işdə olmağı ilə bağlı müvafiq sənədlər (tabel, cədvəl və s.) təqdim edilsə oradan aydın olacaqdır ki, o, bütün iş günləri ərzində işdə olmuşdur. Eyni zamanda müəssisənin yeganə auditoru olduğundan işdən azad olduğu dövr də daxil olmaqla müəssisənin müqavilə əsasında xidmət etdiyi müştərilərə onlarla auditor rəyləri vermişdir. Bu səbəbdən də xx.xx.2018-ci il tarixli, 108 nömrəli əmr tam qanunsuzdur, cavabdeh tərəfindən onun hüquqlarını tələb etməyilə əlaqədar əmək fəaliyyətini ləkələmək, onu nüfuzdan salmaq məqsədilə qəsdən qəbul edilmişdir. Barəsində qəbul edilmiş xx.xx.2018ci il tarixli, 108 nömrəli əmr konkret olaraq əsaslandırılmadığından, əmək vəzifələrinin pozulması halının nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş olması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsinin nədən ibarət olması məlum deyildir. Ümumiyyətlə, onun hansı hərəkətimin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə uyğun olması aydın deyil. İş saatlarının uçotu vəzifəsi qanunla işəgötürənin üzərinə qoyulduğundan işçinin iş vaxtı və iş vaxtından artıq işlənmiş saatları ilə bağlı məlumatları təqdim etmək, eləcə də işçinin iş vaxtı işdə olmadığını sübuta yetirmək vəzifəsini işəgötürən daşıyır. Lakin əmrdə heç bir sübuta istinad edilməmiş, onun konkret olaraq hansı tarixdə, neçə saat işdə olmamağı qeyd edilməmişdir. Cavabdeh tərəfindən onun əmək hüquqlarının kobud şəkildə pozulması onu qanuni işindən və gəlirindən məhrum etməsi, əmək haqqını və məzuniyyət təminatlarımı realizə etməməsi ciddi qanun pozuntusu olmaqla, ona maddi və mənəvi zərər vurulmasına gətirib çıxarmışdır. Buna görə də cavabdehdən həm də ona ödənilməmiş əmək haqqı, həm istifadə edilməmiş 5 illik əmək məzuniyyətinə görə kompensasiya, həmçinin ona vurulmuş mənəvi zərərin əvəzi də alınmalıdır. Onun bu formada, yəni əsassız olaraq "yararsız işçi" damğası ilə işdən şüurlu şəkildə azad olunmağı, əmək kitabçanın, ümumiyyətlə əmək fəaliyyətimin qəsdən ləkələnməsi Konstitusiya Məhkəməsinin Plenumunun Qərarmdakı halları meydana çıxarmış, ona mənəvi zərər vurmuşdur. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə Azərbaycan Respublikasının Auditorlar Palatası, Azərbaycan Koka- Kola Bottlers LimitedxxxxAtəşgah Həyat Sığorta Şirkəti ASC, Atəşgah Sığorta Şirkəti ASC, Kartaş LTD, Libraxxxxxxxxxxxxxxxx QSC, xxxx MMC-yə göndərməklə, xxxx MMC haqqında yazdıqlarını təkzib etmək, yazılı formada qarşılıqlı iddiaçıdan üzr istəmək vəzifəsinin qoyulması, “xxxx” MMC tərəfindən alınmış lisenziya əsasında göstərdiyi fəaliyyətə görə "Cavabdeh” MMC-nin çəkdiyi xərcləri və "Cavabdeh" MMC-yə vurulmuş zərərin əvəzi olaraq, 1400 (bir min dörd yüz) manat məbləğində vəsaitin və işəgötürənə vurduğu mənəvi ziyana görə 50.000 manat və MMC-nin işgüzar nüfuzuna vurduğu zərər üçün 50.000 manat məbləğində pulun İddiaçı tutularaq, "xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı auditor fəaliyyəti ilə məşğul olması üçün lisenziyanın müddəti 2016-cı ildə bitdikdən sonra onun auditor adı alması və imtahanda iştirak üçün xərclər "Cavabdeh" MMC tərəfindən çəkilib. Bu xərclər "Cavabdeh" MMC tərəfindən ona görə çəkilmişdi ki, İddiaçılə razılıq əldə edilmişdi ki, o, ən azı daha 5 il müddətinə "Cavabdeh" MMC-də çalışacaqdır və buna görə də onunla müqavilə müddətsiz olaraq, bağlanmışdı. İddiaçı "Cavabdeh" MMC üçün çalışdığı müddətdə MMC tərəfindən onun Auditorlar Palatasına üzvlük haqqı üçün illik 100 AZN ödənilib. Əgər İddiaçı fərdi olaraq çalışsaydı, bu aylıq haqqı 2700 AZN təşkil etmiş olacaqdı. İddiaçı başqa müəssisələrlə gizli sövdələşməyə girərək, onlar üçün çalışdığından "xxxx" MMC-də get-gedə işə gəlməyib və bu səbəbdən yol verdiyi kobud səhvə görə işdən azad edilib. O, "Cavabdeh" MMC-nin işçisi olduğu halda, işə gəlməyərək başqa şirkətlər üçün işləyərək gəlir əldə edib və “xxxx" MMC-nin işlərini görməyərək, MMC-yə zərər vurub. Belə ki, auditorun olmaması səbəbindən, "Cavabdeh" MMC bəzi müştərilərlə müqavilə bağlaya bilməyib. Bu gün İddiaçı onun "Cavabdeh" MMC tərəfindən onun üçün alınmış lisenziya hesabına kredit.gov.az saytından əldə edilmiş məlumata əsasən, "X3" MMC üçün çalışır. Odur ki, İddiaçı "Cavabdeh" MMC tərəfindən alınmış lisenziya əsasında göstərdiyi fəaliyyətə görə "Cavabdeh" MMC-nin çəkdiyi xərcləri və "Cavabdeh" MMCyə vurulmuş zərərin əvəzini “Cavabdeh" MMC-yə ödəməlidir. Bu xərclər aşağıdakılardan ibarətdir: 1. Auditor adının alınması və imtahanda iştirak üçün edilmiş ödəniş - 250 AZN; 2. Kursa getmək üçün ödənilmiş vəsait - 850 AZN; 3. 2016-cı ildən ödənilmiş üzvlük haqqı - 300 AZN olaraq, cəmi 1400 manat məbləğində pul təşkil edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4859/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, qarşılıqlı idda tələbi isə təmin edilməmiş, ödənilməmiş əmək haqqı olaraq, 2612,86 manat məbləğində pul və istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi olaraq 1021.03 manat məbləğində pul olmaqla, cəmi 3633,89 manat məbləğində pulun cavabdeh “Cavabdeh" MMC-dən tutularaq, İddiaçı Aydın oğluna ödənilməsi qət edilmişdir. "Cavabdeh" MMC qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi, ilkin iddia tələblərinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı indiyədək əmək haqqını tam şəkildə və vaxtı-vaxtında alsa da, “əmək haqqı cədvəlini” imzalamaqdan imtina edib və sonradan əmək haqqı cədvəlində olmadığına əsaslanaraq əmək haqqı almadığını iddia edib. Bundan əlavə o, şirktətin direktoruna öz əli ilə qeydlər yazaraq mart və aprel ayı üçün olan əmək haqqının ödənilməsini tələb edib. Bu yazılar onun iddia ərizəsində qeyd etdiklərini təkzib edir. Bundan başqa şahid qismində ifadə vermiş şirkətin mühasibi olan Nərgiz Məmmədova da ifadəsində İddiaçı işlədiyi dövr ərzində aylıq əmək haqqı aldığı təsdiqləmişdir. Həmçinin Dövlət Əmək Müfəttişliyinin məktubunda İddiaçı əmək haqqı almadığını qəti şəkildə müəyyən edən qərar və ya digər hər hansı sənəd olmayıb. Lakin birinci instansiya məhkəməsi bunların heç birinə qiymət verməmişdir. Qarşılıqlı iddianı təmin etməyərkən birinci instansiya məhkəməsi iş materiallarında olan məktublarda İddiaçı imzası olmadığına əsaslanmışdır. Məhkəmə onun həmin məktubları yazmasını etiraf etdiyini nəzərə almamışdır. Həmçinin maddi zərərlə bağlı da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmırlar. Belə ki, şirkət tərəfindən iddiaçının auditor lisensiyası alması üçün xərclər çəkilmiş və iddiaçı ilə razılıq əldə edilmişdir ki, o daha 5 il şirkətdə çalışacaqdır. Lakin o, əmək funksiyalarını kobud şəkildə pozduğu için işdən azad edilmiş və bununla da şirkətə maddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən “xxxx” MMC-nin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, sözügedən müraciəti həqiqətən də özü tərtib etmiş və müraciətdə qeyd olunan ünvanlara imzalayaraq göndərmişdir. Lakin iş materiallarına həmin müraciətin imzasız nüsxəsi əlavə edlimişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müffəttişliyi Xidməti 5 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin nümayəndəsi izahatında mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyası izahatları apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayətində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan aydın olur ki, MMC qətnamənin yalnız ilkin iddia tələbinin təmin edilmiş və qarşılıqlı iddia tələbinin təmin edilməmiş hissələrini mübahisələndirmişdir. Ona görə də kollegiya qeyd edir ki, qətnamənin ilkin iddia tələbinin təmin edilməmiş hissəsi hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır. İş materiallarında olan xx xxxxx 2018-ci il tarixli əmrdən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. Əsas kimi auditorun üzürsüz səbəbdən işə çıxmamağı göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 5 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən verilmiş 294a saylı, xx xxxx 2018-ci il tarixli sorğuya cavab məktubunda bildirilir ki, əmək haqqı alması barədə sənədə imza atmadığından "xxxx" MMC-nin vətəndaş İddiaçı yanvar 2017-ci ildən dekabr 2017-ci il tarixə kimi (2017-ci ilin iyul və avqust aylarının əmək haqqı alması barədə sənədə imza atılıb) 1999 (bir min doqquz yüz doksan doqquz) manat və yanvar 2018-ci ildən aprel 2018-ci il tarixə kimi 613.86 (altı yüz on üç manat səksən altı qəpik) manat əmək haqqı borcu yaranmışdır. İş materiallarında olan 5 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən verilmiş 303a saylı, xx xxxx 2018-ci il tarixli sorğuya cavab məktubunda bildirilir ki, İddiaçı məzuniyyətdə olmasını təsdiq edən təqdim edilsə də, onun məzuniyyətə çıxması barədə ərizələri 5 saylı üzrə Dövlət Əmək Müfəttişliyinə təqdim edilməmişdir. Bu səbəbdən də, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı Əmək Məcəlləsinin 140-cı maddəsinin 1ci hissəsinə (Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir) uyğun olaraq müəssisə tərəfindən əvvəlki 12 ayının orta əmək haqqısına əsasən hesablanıb ödənilməlidir. Belə ki, həmin Məcəllənin 140-cı maddəsinin 3-cü və 4-cü hissəsinə əsasən istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi 1021.03 (bir min iyirmi bir manat 3 qəpik) manat borc yaranmışdır. İş materiallarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Auditorlar Palatası, Azərbaycan Koka-Kola Bottlers LimitedxxxxAtəşgah Həyat Sığorta Şirkəti ASC, Atəşgah Sığorta Şirkəti ASC, Kartaş LTD, Libraxxxxxxxxxxxxxxxx QSC, xxxx MMC-yə xx.xx.2018-ci il tarixli məktub ünvanlayaraq “xxxx” MMC tərəfindən 2017-ci il dövrü üzrə təqdim olunmuş Audit Rəylərini etibarsız hesab edilməsini xahiş etmiş, məktubun məzmunu aşağıdakı kimidir: “Hörmətli Vahid müəllim, mən İddiaçı 1995-ci ildən əmək fəaliyyətinə başlamışam. Bu günədək işlədiyim müəssisələrdə nümunəvi işçi kimi çalışaraq heç bir xəbərdarlıq və töhmət almamışam. Lakin xx.xx.2013-cü il tarixdən Azərbaycan Respublikasının Auditorlar Palatasının Aparatın rəhbəri X4 xahişi ilə onun qızı Hamiyə Bayramovaya məxsus "xxxx” MMC-yə auditor vəzifəsinə təyin olunmuşam. Təyin olunduğum tarixdən “xxxx” MMC-nin tək Auditor mən olmuşam. Audit və maliyyə sahəsindən heç bir anlayışı olmayan Lamiyə Bayramovaya dəfələrlə atasının yanında işləri düzgün planlaşdırmadığı və əmək haqqım barədə öz iradlarımı bildirmişəm. Lakin heç bir nəticə çıxarmayan Lamiyə Bayramovaya 27.02,2018-ci il tarixdə ərizə yazaraq 01 .03.2018-ci il tarixdən işdən azad olunmağımı xahiş etdim (ərizənin surətini məktuba əlavə edirəm) və xx.xx.2018-ci il tarixə həm email həm də əlbə-əl ərizəmi ona təqdim etdim. Mart ayını və aprel ayının birinci on günlüyünü Türkiyə Respublikasında səfərdə olan Lamiyə Bayramova (bu Hava Limanında giriş-çıxış bileti ilə dəqiq öz əksini tapır) işə qayıtdıqda bir daha əmək kitabçamı, mənə məxsus Palata tərəfindən verilmiş “İcazə” vərəqimi və əmək haqqımı tələb etdim. Lakin xx.xx.2018-ci il tarixdə Lamiyə Bayramovanın sürücüsü zəng edərək yolda əmək kitabçamı və əmrimi mənə təqdim elədi. Əmrə və əmək kitabçama baxdıqda məni Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç”bəndi ilə (işçi özünün əmək, funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) işdən azad edib. (Əmrin və əmək kitabçasının surəti məktuba əlavə edilir), Mənim heç bir nöqsana yol vermədiyim halda, özü müəssisələrdən qopartdığı pullar hesabına uzun müddət Türkiyə respublikasında istirahətdə olduğu halda bu maddə ilə məni işdən azad etməsi, 23 illik əmək fəaliyyətimi məhv etməsi mənə heç cür aydın deyil. Hörmətli Vahid müəllim və Hörmətli müəssisə rəhbərləri bu məsələni sizin diqqətinizə çatdırmaqda əsas məqsədim ondan ibarətdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə məni işdən azad edən “xxxx” MMC-nin direktoru Lamiyə Bayramova birinci növbədə bu maddənin ağırlığını anlamır və o başa düşmür ki, 2018-ci il ərzində 2017-ci il dövrü üzrə məktubun sürətini ünvanladığım müəssisələrə mənim imzamla Audit rəyi təqdim edib. Belə hesab etmək olar ki həmin audit rəyləri etibarsız hesab olunmalıdır. Azərbaycan Auditorlar Palatasının Aparatının rəhbəri Qəşəm Bayramova və onun qızı Lamiyə Bayramovaya məxsus “xxxx” MMC-nin uzun illərdir eyni müəssisələrdə tələm-tələsik audit apararaq, heç bir maliyyəaudit savadı olmadığı halda küllü miqdarda pullar qopardaraq müəssisələrə xeyli miqdarda ziyan vurur. Mənim 23 illik, əmək fəaliyyətimi ləkələyən, mənim hissiyatımla oynayan Lamiyə Bayramova haqda İddia ərizəsi ilə (əmrin etibarsız hesab edilməsi və işə bərpa tələbinə dair) Məhkəməyə müraciət etmişəm”. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinin tələblərinə görə hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsində isə təsbit olunmuşdur ki, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 195-ci maddəsinin “d” bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 196-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) — müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. Birinci instansiya məhkəməsi ödənilməmiş əmək haqqının və istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın M.Allehverdiyeva ödənilməsi nəticəsinə gəlməklə haqlı olmuş, bununla belə istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın məbləğini təyin edərkən yanlışlığa yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 5 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən məhkəməyə ünvanlanan məktublarda İddiaçı yanvar 2017-ci ildən dekabr 2017-ci il tarixə kimi (2017-ci ilin iyul və avqust aylarının əmək haqqı alması barədə sənədə imza atılıb) əmək haqqı almadığı və məzuniyyət ərizələrinin olmamasını təsdiq etmişdir. Məhkəmədə düzgün olaraq həmin məktublara əsaslanaraq iddia tələbini həmin hissələrdə təmin etmişdir. Lakin apellyasiya baxışı zamanı məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli rəyində göstərilmişdir ki, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı nəzərə alınmaqla İddiaçı istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi 828,85 manat təşkil edir; 2017-ci ilin yanvar ayından 2017-ci ilin dekabr ayınadək İddiaçı ödənilməli olan əmək haqqı 2623,75 manat təşkil edir. Buna görə də kollegiya hesab edir ki, İddiaçı istifadə edilməmiş məzuniyyətə görə ödənilməli olan kompensasiya məbləği ekspert rəyinə uyğun müəyyən edilməlidir. Kollegiya apellyatorun İddiaçı məzuniyyətə çıxdığı, məzuniyyət haqqını və əmək haqqını aldığı arqumentlərini əsassız hesab edir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin ekspertiza təyin edilməsi barədə qərardadında ekspert qarşısında “Mülki işin 64-cü vərəqində olan məzuniyyət haqqının hesablanması cədvəlindəki, həmçinin, işin 267 və 268-ci vərəqlərində olan 2017-ci ilin iyul və avqust ayları üzrə ödəniş cədvəllərindəki İddiaçı adından olan imzalar həmin şəxs tərəfindən icra olunmuşdurmu?” məzmununda sual qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli rəyindən qeyd edilmişdir ki, ekspert qarşısına qoyulmuş sualda qeyd olunan iş vərəqlərindəki sənədlərin əslinin ekspertə təqdim edilməsi barədə vəsatət verilsə də, həmin sənədlərin əsli təqdim edilməmiş və buna görə də həmin hissələrdə eskpertizanın aparılması mümkün olmamışdır. Rəyin nəticə hissəsində qeyd edilmişdir ki, mülki işin 345-ci vərəqəsində İddiaçı adına olan xx.xx.2015-ci il tarixli Məzuniyyət Haqqının hesablanması cədvəlində “Məbləği aldım” qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Kollegiya ilk növbədə qeyd edir ki, ekspert rəyinin nəticə hissəsində göstərilən mülki işin 345-ci vərəqəsindəki Məzuniyyət Haqqının hesablanması cədvəli 2015-ci il tarixə olan məzuniyyət haqqının alınması barədədir və həmin sənədin hazırki mübahisənin həllinə heç bir təsiri yoxdur. Kollegiya həmçinin bildirir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti irəli sürüyü arqumentləri sübut etmək üçün yuxarıda qeyd olunan sənədlərin əslini təqdim etməli olduğu halda onları təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qarşılıqlı iddiaya dair kollegiya aşıdakıları qeyd edir. Mülki Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Həmin Məcəllənin 23.3-cü maddəsinə əsaən kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 23.5-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı “işgüzar nüfuzun müdafiəsi” hissəsində təmin etməyərkən iddiaçı “xxxx” MMC cavabdeh tərəfindən onun işgüzar nüfuzuna zərər vuran məlumatların yayılmasının sübutu kimi məhkəməyə cavabdehin digər hüquqi şəxslərə ünvanlanmış yazılı müraciətini təqdim etsə də, həmin müraciətin imzalanmamasına əsaslanmışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni əsassız hesab edir. Belə ki, iş materiallarında olan yazılı müraciət imzalanmış olmasa belə İddiaçı həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində izahatında sözügedən müraciətləri yazdığını, özünün imzaladığını və müraciətdə göstərilən təşkilatların ünvanlarına göndərdiyini etiraf etmişdir. Buna görə də kollegiya hesab edir ki, qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməli və sözügedən müraciətdə göstərilən həqiqətə uyğun olmayan məlumatların təkzib olunması vəzifəsi İddiaçı üzərinə qoyulmalıdır. Kollegiya qeyd edir ki, həqiqətə uyğun olmayan məlumatların təkzib etmə qaydası məhkəmə tərəfindən müəyyən olunur. Barəsində kütləvi informasiya vasitəsində hüquqlarını və qanunla qorunan maraqlarını pozan məlumat yayımlanmış vətəndaşın cavabını həmin kütləvi informasiya vasitəsində dərc etdirmək hüququ var. Ümumilikdə ləkələyici məlumatı təkzib etmə üsulu həmin məlumatın yayımlanma üsuluna uyğun olmalıdır. Təkzibin özünün mahiyyəti bundan ibarətdir: -birincisi, təkzibi bilavasitə həqiqətə uyğun olmayan ləkələyici məlumatı yaymış şəxs verməlidir; -ikincisi, təkzibdə həqiqətə uyğun olmayan ləkələyici məlumatın inkarı əks olunmalıdır; -üçüncüsü, məlumat zərərçəkmişin pozulmuş hüquqlarının bərpasını maksimum təmin edəcək qaydada təkzib olunmalıdır. Məsələn, ləkələyici məlumat KİV-də yayımlanıb, yəni məlumat çoxlu sayda şəxsə gedib çatıb. Deməli, bu halda pozulmuş hüquqların ən səmərəli bərpa edilməsi üsulu həmin məlumatı elə həmin formada həmin KİV-də təkzib etməkdir. Ləkələyici məlumatlar hər hansı kollektivin təmsilçiləri arasında yayılıbsa, ən məqsədəuyğun yol cəmiyyət qarşısında üzr istəməkdir. Lakin qeyd etmək lazımdır ki, tətbiqi yalnız təqsirli şəxsin könüllü razılığı ilə və ya tərəflərin barışıq razılaşması bağlaması – mübahisənin məhkəmə icraatı gedişində sülh yolu ilə tənzimlənməsi və buna uyğun olaraq iş üzrə mülki prosesə xitam verildiyi halda mümkün olan bu cür təkzib tipi qanunvericilikdə yoxdur. Müxtəlif sənədlərdə əks olunmuş ləkələyici məlumat yayılması halında belə məlumatlar müvafiq təkzib mətninin əks olunduğu analoji sənədlərin tərtib edilməsi yolu ilə təkzib olunmalıdır. Əlbəttə ki, bu halda ləkələyici məlumatın KİV-də dərc edilməsi məqsədəuyğun deyil, çünki həmin məlumat yalnız müəyyən şəxslər qrupuna məlum olmuşdur, təkzib mətninin KİV-də dərc edilməsi halında isə bu məlumat daha böyük sayda insanlar üçün açıqlanmış olacaq. Yuxarıda göstərilən üsullarla ləkələyici informasiyanın təkzib edilməsi zərərçəkmişin əlavə təkzib vasitəsi kimi onun iddia tələbini təmin etmiş məhkəmə qərarının surətini müvafiq müəssisələrə göndərməsinə əngəl ola bilməz. Barəsində həqiqətə uyğun olmayan ləkələyici məlumatlar yayımlanmış şəxs (fiziki və ya hüquqi) belə məlumatları təkzib etməklə yanaşı həmin məlumatların yayılması nəticəsində yaranmış itkilərin və vurulmuş mənəvi ziyanın əvəzinin pul formasında təzminat şəklində ödənməsini tələb etmək hüququna malikdir. Qanunvericilik vurulmuş mənəvi ziyana görə təzminatın və itkinin əvəzinin ödənməsini mülki hüquqların müstəqil müdafiə üsulları olaraq nəzərdə tutur. Vurulmuş mənəvi ziyana görə təzminat ödənməsi kimi mülki hüquqların bu cür müdafiə üsulu, ilk növbədə, qeyri-maddi nemətlərin müdafiə olunması, o cümlədən başqasının şərəf və ləyaqət toxunulmazlığını müdafiə etmək imkanı nəzərdə tutur. Hazırkı iş üzrə İddiaçı, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barədə həqiqəti əks etdirməyən məlumatları özündə əks etdirən müariciət ilə KİV-lərə deyil, müxtəlif dövlət orqanlarına və müxtəlif şirkətlərə müraciət etmişdir. Buna görə də kollegiya hesab edir ki, təkzib etmə qaydasıda eyni formada olmaqla İddiaçı üzərinə həmin orqan və şirkətlərə məktub ünvanlayaraq həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi vəzifəsi qoyulmalıdır. Həmçinin məktubun yuxarıda göstərilən məzmunundan görünür ki, məktub “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin audit xidmətləri göstərə biləcəyi müəssisələrə ünvanlanmış və məktubda qeyd olunanlar MMC-nin nüfuzunu zədələməklə həmin müəssisələrlə xidmət müqaviləsi bağlamaqda çətinliklər yarada bilər. Buna görə də İddiaçı şirkətin nüfuzuna vurulmuş ziyanın əvəzi olaraq 3000 manat məbləğində pul tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Kollegiya qarşılıqlı iddia tələbinin Cavabdeh" MMC-yə vurulmuş zərərin əvəzi olaraq, 1400 (bir min dörd yüz) manat məbləğində vəsaitin tutulması və mənəvi ziyanın tələbinə dair hissədə təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni isə əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Kollegiyanın qənaətinə görə, iddiaçının iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin delikt hüququ ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);1097.1-ci maddəsinə görə isə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation(sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, “xxxx” MMC həmin vəsaitləri həqiqətən xərclədiyini biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmiş, birinci instansiya məhkəməsi isə haqlı olaraq iddia tələbini “maddi ziyanın tutulması” hissəsində təmin etməmişdir. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, “mənəvi ziyanın tutulması” tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də əsaslı hesab edir və bununla bağlı geniş əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır; çünkü, “maddi ziyanın ödənilməsi” tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələbin dispozitiv şərtlərini də istisna edir. Kollegiya xüsusilə vurğulayır ki, hüquqi şəxsin hər hansı bir şəkildə mənəvi ziyana uğraması mümkün deyildir. Yuxarıda göstərilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi istifadə edilməmiş məzuniyyətə görə pulun cavabdeh “Cavabdeh" MMC-dən tutularaq, İddiaçı Aydın oğluna ödənilməsi hissəsində dəyişdirilməli, qətnamə qarşılıqlı iddia tələbinin “işgüzar nüfuzun müdafiəsi”nə dair təmin edilməyən hissəsində ləğv edilməli, qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə müvafiq olaraq, iddia tələbləri qismən təmin edildiyindən, ekspertiza tədqiqatlarının dəyərlərinin isə 50%-i İddiaçı, 50%-i isə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq dövlət büd ödənilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4859/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi “istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi olaraq 1021.03 manat məbləğində pulun cavabdeh “Cavabdeh" MMC-dən tutularaq, İddiaçı Aydın oğluna ödənilməsi” hissəsində dəyişdirilsin. İddiaçı Aydın oğluna istifadə edilməmiş məzuniyyətə görə ödənilməli olan kompensasiyanın məbləği 828,85 manat müəyyən edilsin. Birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbinin “cavabdehin üzərinə Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Auditorlar Palatası,Azərbaycan Koka-Kola Bottlers LimitedxxxxAtəşgah Həyat Sığorta Şirkəti ASC, Atəşgah Sığorta Şirkəti ASC, Kartas LTD, Libraxxxx“xxxx”xxxx“xxxx” QSC, “xxxx” MMC-yə göndərməklə, xxxx MMC haqqında yazdıqlarını təkzib etmək, yazılı formada qarşılıqlı iddiaçıdan üzr istəmək vəzifəsinin qoyulması və MMC-nin işgüzar nüfuzuna vurduğu zərər üçün 50.000 manat məbləğində pulun İddiaçı tutularaq, "xxxx” MMC-yə ödənilməsi” hissəsində ləğv edilsin. Həmin hissələrdə qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı Aydın oğlu tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Auditorlar Palatası, Azərbaycan Koka-Kola Bottlers LimitedxxxxAtəşgah Həyat Sığorta Şirkəti ASC, Atəşgah Sığorta Şirkəti ASC, Kartas LTD, Libraxxxx“xxxx”xxxx“xxxx” QSC, “xxxx” MMC-yə ünvanlanmış xx xxx 2018-ci il tarixli məktubda göstərilənlərin həqiqətə uyğun olmamasına dair eyni şriftlə yazılmış təkzib məktubunun hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən 10 gün müddətində göndərilməsi öhdəliyi İddiaçı Aydın oğlunun üzərinə qoyulsun. İddiaçı Aydın oğlunun üzərinə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən 10 gün müddətində yazılı qaydada üzr istəmək öhdəliyi qoyulsun. İşgüzar nüfuza vurulmuş ziyanın əvəzi kimi 3000 manat məbləğində pul vəsaiti İddiaçı Aydın oğlundan tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 285 manatın 50%-i, yəni 142,5 manatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən, 50%-i isə, yəni 142,5 manatı isə İddiaçı Aydın oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Məmməd Məmmədov Elşad Şamayev Əsli ilə düzdür: Hakim: Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-66/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-66/2019
02.12.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver