Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6606/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1136/2021 saylı 06 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MTK-nın Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı MTK arasında bağlanılmış 25.04.2008-ci il tarixli, 86-saylı müqavilənin ləğv edilməsi, cavabdehin ünvan 1 ünvanında yerləşən və İddiaçı MTK.-ya məxsus binanın 1 nömrəli blokdakı ümumi sahəsi 106,0 m2 olan (3 otaq), 13 saylı mənzildən çıxarılması, həmin mənzil sahəsinin boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməsi, sahədən boşaldılmış əmlakların saxlanc şirkətinin saxlancma verilməsi, həmin sahədən istifadəyə dair yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1136/2021 saylı 06 aprel 2021ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı MTK ilə Cavabdeh arasında mənzilin alqı-satqısına dair bağlanmış 25.04.2008-ci il tarixli, 86 saylı müqavilənin ləğv edilməsi, Cavabdeh Bakı şəhərində, Nərimanov rayonu İ.Hidayətzadə küçəsi, 1911-ci məhəllədə inşa edilən 1-ci blok blok, 13 saylı, ümumi sahəsi 106.0 kv.metr, yaşayış sahəsi 61.6 kv.m, qeyri-yaşayış sahəsi 44.4 kv.m olan mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və İddiaçı MTK-ya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edlməsini xahiş etmişdir. Cavabdeh məhkəmə kollegiyasına vəsatətlə müraciət edərək, hazırda İddiaçı MTK ilə aralarında 09.07.2021-ci il tarixində Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş 3M-1335 reyestr nömrəli barışıq sazişi bağlandığından, həmin barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barışıq sazişinin şərtlərinə görə, Bakı Apellyasiya Məhkəməsinin icraatında iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair, 2(103)- 6606/2021 saylı mülki iş vardır və tərəflər xoş niyyət nümayiş etdirərək yaranmış mübahisəni barışıq sazişi bağlamaq yolu ilə həll edilməsini arzu edərək, aşağıdakılar barədə hazırkı "Barışıq sazişi”ni imzalayırlar: - İddiaçı MTK Cavabdeh ünvan 2 ünvanında yerləşən və "Səadət” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının 1-ci girişindəki, ümumi sahəsi 106,0 kv.metr olan (3 otaq), 13 saylı mənzil üzrə (MTK-nın etdiyi yeni dəyişikliyə əsasən 4-cü giriş, 135-ci mənzil) öhdəliklərini, ona güzəştə gedərək bu barışıq sazişinin imzalanması barədə razılığa gəldi. - “Səadət" MTK təminat verir ki, bu Sazişdə göstərilən ünvan 2 ünvanında yerləşən və İddiaçı MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının 1-ci girişi, ümumi sahəsi 106,0 kv.metr olan (3 otaq), 13 saylı mənzil üzrə (MTK-nın etdiyi yeni dəyişikliyə əsasən 4-cü giriş, 135-ci mənzil) Cavabdeh qarşı bu mübahisə predmeti ilə bağlı olan tələbləri güzəştə gedir. - İddiaçı MTK ünvan 2 ünvanında yerləşən və Səadət" MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının 1-ci girişi, ümumi sahəsi 106,0 kv.metr olan (3 otaq), 13 saylı mənzil üzrə (MTK-nın etdiyi yeni dəyişikliyə əsasən 4-cü giriş, 135ci mənzil) Cavabdeh xüsusi mülkiyyətinə verməyi, bununla bağlı müvafiq sənədləri imzalamağı və s. hərəkətləri etməyi öhdəsinə götürür. - Tərəflər razılığa gəldilər ki, bu Saziş ilə Bakı Apellyasiya Məhkəməsinin icraatında iddiaçı "Səadət” Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair, 2(103)-6606/2021 saylı mülki iş üzrə mübahisə həllini tapmış hesab olunur. - Cavabdeh, bu Saziş imzalandıqdan sonra, gələcəkdə "xxxx" Mənzil Tikinti Kooperativi və onun rəhbərliyinə qarşı ünvan 2 ünvanında yerləşən və “Səadət" MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının 1-ci girişi, ümumi sahəsi 106,0 kv.metr olan (3 otaq), 13 saylı mənzil üzrə (MTK-nın etdiyi yeni dəyişikliyə əsasən 4-cü giriş, 135-ci mənzil) üzrə heç bir iddia və tələbinin olmayacağını öz üzərinə götürür. - Tərəflər qəbul edirlər ki. aralarında yaranmış mübahisəni, fikir ayrılığını və digər məsələləri hazırkı Saziş ilə həll etdilər. - Tərəflər qəbul edirlər ki, hazırkı Sazişin bağlanmasının hüquqi nəticələri onlara tam aydındır və hazırkı Saziş tərəflərin könüllü iradə ifadəsini əks etdirir. - Hazırkı Saziş real hüquqi nəticələr doğurmaq üçün imzalanmışdır, həmçinin imzalandığı andan qüvvəyə minir və tərəflərin saziş üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir. - Bu “Barışıq sazişi” Azərbaycan dilində 4(dörd) nüsxədən ibarət hazırlanıb və tərəflərin hər birində bir nüsxə, məhkəmədə isə bir nüsxə saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı barışıq sazişi təsdiq edilməklə, hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1136/2021 saylı 06 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.4, 370, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Səadət” MTK və Cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: - İddiaçı MTK Cavabdeh ünvan 2 ünvanında yerləşən və "Səadət” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının 1-ci girişindəki, ümumi sahəsi 106,0 kv.metr olan (3 otaq), 13 saylı mənzil üzrə (MTK-nın etdiyi yeni dəyişikliyə əsasən 4-cü giriş, 135-ci mənzil) öhdəliklərini, ona güzəştə gedərək bu barışıq sazişinin imzalanması barədə razılığa gəldi. - “Səadət" MTK təminat verir ki, bu Sazişdə göstərilən ünvan 2 ünvanında yerləşən və İddiaçı MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının 1-ci girişi, ümumi sahəsi 106,0 kv.metr olan (3 otaq), 13 saylı mənzil üzrə (MTK-nın etdiyi yeni dəyişikliyə əsasən 4-cü giriş, 135-ci mənzil) Cavabdeh qarşı bu mübahisə predmeti ilə bağlı olan tələbləri güzəştə gedir. - İddiaçı MTK ünvan 2 ünvanında yerləşən və Səadət" MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının 1-ci girişi, ümumi sahəsi 106,0 kv.metr olan (3 otaq), 13 saylı mənzil üzrə (MTK-nın etdiyi yeni dəyişikliyə əsasən 4-cü giriş, 135ci mənzil) Cavabdeh xüsusi mülkiyyətinə verməyi, bununla bağlı müvafiq sənədləri imzalamağı və s. hərəkətləri etməyi öhdəsinə götürür. - Tərəflər razılığa gəldilər ki, bu Saziş ilə Bakı Apellyasiya Məhkəməsinin icraatında iddiaçı "Səadət” Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair, 2(103)-6606/2021 saylı mülki iş üzrə mübahisə həllini tapmış hesab olunur. - Cavabdeh, bu Saziş imzalandıqdan sonra, gələcəkdə "xxxx" Mənzil Tikinti Kooperativi və onun rəhbərliyinə qarşı ünvan 2 ünvanında yerləşən və “Səadət" MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının 1-ci girişi, ümumi sahəsi 106,0 kv.metr olan (3 otaq), 13 saylı mənzil üzrə (MTK-nın etdiyi yeni dəyişikliyə əsasən 4-cü giriş, 135-ci mənzil) üzrə heç bir iddia və tələbinin olmayacağını öz üzərinə götürür. - Tərəflər qəbul edirlər ki. aralarında yaranmış mübahisəni, fikir ayrılığını və digər məsələləri hazırkı Saziş ilə həll etdilər. - Tərəflər qəbul edirlər ki, hazırkı Sazişin bağlanmasının hüquqi nəticələri onlara tam aydındır və hazırkı Saziş tərəflərin könüllü iradə ifadəsini əks etdirir. - Hazırkı Saziş real hüquqi nəticələr doğurmaq üçün imzalanmışdır, həmçinin imzalandığı andan qüvvəyə minir və tərəflərin saziş üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir. - Bu “Barışıq sazişi” Azərbaycan dilində 4(dörd) nüsxədən ibarət hazırlanıb və tərəflərin hər birində bir nüsxə, məhkəmədə isə bir nüsxə saxlanılır. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1136/2021 saylı 06 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-6606/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6606/2021
17.08.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver