Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6608/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Cavabdeh - ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X4 nümayəndəsi X8 iştirakı ilə İddiaçı Cavabdeh1 ASC-nin ləğvedicisi olan X2rşı “pul vəsaitinin sığortalanmış hesab edilməsi və kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3111/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən X4 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 ASC-nin ləğvedicisi olan X5 (Fond) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, depozit hesabında olan 2 539 393,08 manat məbləğində pul vəsaitinin sığortalanmış hesab edilməsi və qorunan əmanət kimi Fonddan alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onunla Cavabdeh1 ASC arasında xx.xx.2016-cı il tarixində N70260319-24 saylı və N70260319-26 saylı bank əmanət müqavilələri (Göy Əmanət) bağlanmış, müqavilələrin şərtlərinə uyğun olaraq tərəfindən 1 212 592,00 (bir milyon iki yüz on iki min beş yüz doxsan iki) manat və 1 300 000,00 (bir milyon üç yüz min) manat məbləğində pul vəsaiti illik 14% dərəcəsi ilə banka əmanət qoyulmuş, müqavilə 11 ay müddətinə bağlanılmış və müqavilənin 5.2-ci bəndinə əsasən eyni şərtlərlə eyni müddətə uzadılmış hesab edilmişdir. xx xxxx 2016-cı tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanmış hesab edilmiş, xx.xx.2017-ci i! tarixində isə X10 X6 qərarı ilə Cavabdeh1 ASCnin lisenziyası ləğv olunmuş, bankda qorunan əmanətlərin Fond tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. “Cavabdeh1" ASC-də olan tam qorunan əmanətinin əvəzləşdirilməsi ilə bağlı Fonda müvafiq qaydada müraciət etsə də, məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. xx xxxxxx 2015-ci il tarixli 157/1-A‘7k' nömrəli girov müqaviləsinə əsasən girova qoyulmuş depozitin məbləği 1 300 000,00 (bir milyon üç yüz min) manat təşkil etmiş, xx xxx 2016-cı il tarixdə girov müqaviləsinə əlavə saziş bağlanılmış və girova qoyulmuş depozitin məbləği 1 212 592,00 (bir milyon iki yüz on iki min beş yüz doxsan iki) manat təşkil etmiş, həmin məbləğlər bloklaşdırılmışdır. Hazırda kreditor tələblərinin qeydiyyatı barədə xx xxxxxx 2018-ci il tarixli qəbzə əsasən 2 539 393,08 manat kredit tələbi vardır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3111/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, İddiaçı və “Cavabdeh1" ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 70260319-24 nömrəli və 30 09.2016-cı il tarixli 70260319-26 nömrəli müqavilə üzrə cəmi 2 539 393,08 manat məbləğində pulun X3 alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. X1 Fondunun nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin işin həqiqi hallarını hərtərəfli araşdırmadığı, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi, Mülki Məcəllənin, “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun, bankların müflisləşməsini və iflas prosedurlarını tənzimləyən “Banklar haqqında” Qanunun müddəalarına əhəmiyyət vermədiyi arqumentləri ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11932/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli Qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11932/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən apellyatorun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2016-ci il tarixli əmanət müqavilələrinə əsasən iddiaçı əmanət yerləşdirmiş, eyni zamanda o, əmanəti kredit müqaviləsi üzrə təminat kimi qeydə aldırmışdır. Sözügedən əmanət öhdəliklərə təminat olduğu üçün həmin dövrdə mövcud olan qanunvericiliyə müvafiq olaraq Əmanətlərin Sığortalanması haqqında Qanunun 2.1.2.10-cu maddəsinə müvafiq olaraq qorunmayan əmanət statusuna aid edilmişdir. Çünkü həmin Qanunun 2.1.2.10-cu maddəsində göstərilmişdir ki, bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər qorunan əmanət hesab edilmirlər. İddiaçı əvvəllər də kredit borcu ilə əmanətinin əvəzləşdirilməsi barədə iddia qaldırmış, apellyasiya məhkəməsinin qərardadı ilə iş üzrə icraata xitam verilərək iddiaçıya izah olunmuşdur ki, "Cavabdeh1” ASC-nin iflas proseduruna nəzarət edən məhkəməyə müraciət etməlidir. Digər tərəfdən, x xxxxxxx 2017-ci il tarixində əmanət müqaviləsi üzrə müddət bitmiş və müqaviləyə müvafiq olaraq müddət 1 il müddətinə 16% dərəcəsi ilə uzadılmışdır. Sözügedən əmanət müqaviləsində göstərilmişdir ki, müqavilənin 5.2-ci bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonuncu gün əmanət əmanətçi tərəfindən geri götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin gün bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. x xxxx 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 3-cü maddəsinə əsasən və X4 Himayəçilik Şurası tərəfindən müəyyən edilmiş qorunan əmanətlər üzrə tətbiq edilən maksimal illik faiz dərəcəsi - milli valyuta üzrə 15%, xarici valyuta üzrə 3% həddində təsdiq edilmişdir. Sözügedən əmanət müqaviləsinə müvafiq olaraq müddət bitdiyi üçün müqavilənin müddəti uzadılmış və müqavilədə müəyyən edilmiş qaydada 4,5 % dərəcəsi təsdiq edilmişdir. Odur ki, iddiaçının əmanətləri “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun tələblərinin təsirinə düşməmiş və qorunan əmanət statusunda olmamışdır. Nəzərə alınmaılıdır ki, “Əmanətlərin tam sığortalanması haqqında” qanunun 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq X4 Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. Əmanətlərin sığortalanması haqqında qanunun 8.1.20-ci maddəsinə görə isə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini X10 orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. X4 Himayəçilik Şurasının Azərbaycan Respublikası X10 Palatası və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən etdiyi illik faiz dərəcəsi milli valyutada qorunan əmanətlər üzrə 15 %, xarici valyutada qorunan əmanətlər üzrə 3 % müəyyən edilmişdir. xx xxxx 2016-cı il tarixindən etibarən X5 üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır və tam kompensassiya olunur. “Əmanətlərin tam sığortalanması” haqqında Qanunun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri X4 Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır.Normanın mahiyyətindən də göründüyü kimi, əmanətçilərin müraciəti əsas şərt kimi göstərilir. Lakin iddiaçı tərəfindən əmanətin geri qaytarılması və ya faiz dərəcəsinin qorunan əmanətlər üçün müəyyən edilmiş faiz dərəcəsinə uyğunlaşdırılınası barədə müraciət daxil olmamışdır. Qeyd olunduğu kimi əmanətin “Əmanətlərin tam sığortalanması” haqqında Qanunun tələbləri altına düşməsi üçün müəyyənləşdirilmiş faiz dərəcələri əmanət müqaviləsindəki faiz dərəcəsi ilə uyğunluq təşkil etməli və ya əmanətçinin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrdə müvafiq dəyişiklik edilməlidir. Eyni zamanda iddiaçının tələbi “Banklar haqqında” Qanunun 77.1-ci maddəsinin tələblərinə müvafiq olaraq kreditor tələbi kimi qeydə alınmışdır, həmin normada isə göstərilmişdir ki, qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Banklar haqqında qanunvericilik ləğv olunmuş banklara münasibətdə xüsusi qaydanı nəzərdə tutur. Belə ki, ləğv olunmuş banklarla əlaqədar məhkəmə çəkişmələri ümumi məhkəmələr vasitəsilə deyil, yalnız ləğv prosesinə nəzarət edən məhkəmə tərəfindən həyata keçirilməlidir. Bu o deməkdir ki, İddiaçı tələbi kreditor tələbi kimi qeyd alınmış tələbinə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. Lakin məhkəmə qanunvericiliyin bu tələblərini nəzərə almamış, bankın, onun kreditorlarının və əmanətçilərin mənafeyinə zidd olan qanunsuz qərar çıxarmışdır. İşə baxılmasının vaxtı barəsində dəfələrlə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlmədiyindən Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasına qərar verilmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli Qərarında göstərilənləri araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunan və mübahisələndirilməyən hallarına görə iddiaçı ilə Cavabdeh1 ASC (bank) arasında xx.xx.2016-cı il tarixdə N 70260319-24 saylı və N 70260319-26 saylı “Bank əmanəti” müqavilələri (Göy Əmanət) bağlanılmış, həmin müqavilələrə əsasən iddiaçı tərəfindən banka 12 ay müddətinə 1 212 592 manat və 1 300 000 manat əmanət yerləşdirilmiş, bank əmanətləri qəbul edərək müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğlərini əmanətçiyə qaytarmağı və illik 14 faiz ödəməyi öhdəsinə götürmüş, X10 X6 xx.xx.2017-ci il tarixli qərarı ilə bankın lisenziyası ləğv olunaraq barəsində iflas proseduruna başlanılmış, X7 bankın ləğvedicisi təyin olunmuşdur. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, sözügedən əmanət məbləğləri bankdan götürülmüş kreditin təminatı olaraq girov qoyulmuş, əmanət müqavilələri üzrə 2 539 393,08 manat təşkil edən hesabda qalıq vəsaitləri kreditor tələb kimi tərəfindən qeydə alınmışdır.İddiaçı, əmanətlərinin tam qorunan əmanətlər statusunda olduğunu məbləğlərinin ona qaytarılmasını istəmiş, məhkəmə də Mülki Məcəllənin maddələrinə, habelə “Əmanətlərin sığortalanması haqqında” və “Əmanətlərin tam sığortalanması haqqında” Qanunların müddəalarına əsaslanmaqla iddianı əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən, istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini ən geci beş bank günü müddətində verməlidir; 950-ci maddəsinə görə isə, banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. “Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 2.1.2- ci və 2.1.2.6-cı maddələrinə əsasən, qorunan əmanət - sığorta hadisəsi baş verdikdə X7 tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətdir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Həmin Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət - qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya - sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Qanunun 8.1.20-ci maddəsinə görə, X11 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini X10 orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 4.1 -ci maddəsinə görə, qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri X4 Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır; 4.2-ci maddəsinə görə isə, müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb əmanətçiyə ödənilir. İş materiallarından aydın olur ki, iddiaçı “X7”na qarşı əvvəllər də iddia qaldıraraq müvafiq əmanət məbləğinin banka olan kredit öhdəliyi ilə əvəzləşdirilməsini istəmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunsa da, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə həmin qətnamə ləğv edilərək işin icraatına xitam verilmişdir.(Qərardad yeni apellyasiya baxışı zamanı 2(103)-11609/2018 saylı işə baxış keçirilərək iş materiallarına əlavə edilmişdir. Hazırkı iş üzrə iddiaçı ilə Cavabdeh1 ASC (bank) arasında xx.xx.2016-cı il tarixdə N 70260319-24 saylı və N 70260319-26 saylı “Bank əmanəti” müqavilələri (Göy Əmanət) bağlanması, həmin müqavilələrə əsasən iddiaçı tərəfindən banka 12 ay müddətinə 1 212 592 manat və 1 300 000 manat əmanət yerləşdirilməsi, bank əmanətləri qəbul edərək müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğlərini əmanətçiyə qaytarmağı və illik 14 faiz ödəməyi öhdəsinə götürməsi, X10 X6 xx.xx.2017-ci il tarixli qərarı ilə bankın lisenziyası ləğv olunaraq barəsində iflas proseduruna başlanılmış, X7 bankın ləğvedicisi təyin olunması işin mübahisə olunmayan halıdır. Həmçinin müqavilələrin 5.2-ci bəndinə əsasən müqavilə müddətinin bitdiyi sonuncu gün əmanət əmanətçi tərəfindən götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. İddiaçı müqavilənin 14 faiz dərəcəsi ilə bağlandığına və buna görə də qorunan əmanət olduğuna istinad edərək Fond tərəfindən ona kompensasiya ödənilməsini tələb edir. Fond isə müqavilə müddəti bitdikdən sonra onun eyni şərtlərlə, lakin 16 faiz dərəcəsi ilə avtoprolonqasiya olunduğunu iddia edir. Yeni Apellyasiya baxışı zamanı Kollegiyanın sorğusu əsasında təqdim olunmuş xx.xx.2020-ci il tarixli Arayış və ona əlavə olunan sənədlərdən görünür ki, müqavilə müddəti bitdikdən sonra onların eyni şərtlərlə avtoprolonqasiya olunduğu gün, yəni xx.xx.2017-ci il tarixdə qorunan əmanətlər üzrə faiz dərəcəsi 14,20 % olmuşdur. Kolleiya qeyd edir ki, xx.xx.2016-cı il tarixdə N 70260319-24 saylı və N 70260319-26 saylı “Bank əmanəti” müqavilələri (Göy Əmanət) bağlanarakən qəbul edilmiş əmanətlər “Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa və X9 Qərarına əsasən (Cəlb olunan günə X9 xx xxxxxxxx 2016-cı il tarixli Qərarına əsasən qorunan əmanətlər üçün faiz dərəcəsi milli valyutada 15% olmuşdur.) qorunan əmanətlər olduğundan, həmçinin, müqavilələrin 5.2-ci bəndinə əsasən müqavilə müddətinin bitdiyi sonuncu gün əmanət əmanətçi tərəfindən götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilməsi əvvəlcədən razılaşdırıldığından, müqavilə müddəti bitdikdən sonra onların eyni şərtlərlə avtoprolonqasiya olunduğu gün, yəni xx.xx.2017-ci il tarixdən sonra da əmanətlər qorunan əmanət statusunu itirməmişlər. Lakin Kollegiya onu da qeyd edir ki, xx xxxxxx 2015-ci il tarixli 157/1-AZN nömrəli girov müqaviləsinə əsasən girova qoyulmuş depozitin məbləği 1 300 000,00 manat təşkil etmiş, xx xxx 2016-cı il tarixdə girov müqaviləsinə əlavə saziş bağlanılmış və girova qoyulmuş depozitin məbləği 1 212 592,00 manat təşkil etmiş, həmin məbləğlər bloklaşdırılmışdır.Həmçinin Bankla bağlanan zaminlik müqaviləsinə əsasən iddiaçı depozit həcmində “xxxxxxxxxxxxx” MMC-nin kredit öhdəiliyinə zamin dayanıb.Həmin hüquqi şəxslə Bank arasında bağlanılan xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ******* manat kredit ayrılıb. xx.xx.2015-ci il tarixli girov müqaviləsi üzrə girova qoyulmuş depozitin məbləği ******* manat təşkil etmiş, başqa bir girov müqaviləsi üzrə ******* manat təşkil etmişdir. Yeni Apellyasiya baxışı zamanı Kollegiyanın sorğusu əsasında təqdim olunmuş xx.xx.2020-ci il tarixli Arayış və ona əlavə olunan sənədlərdən görünür ki, “xxxxxxxxxxxxx” MMC-nin xx.xx.2017-ci il tarixə (sığorta hadisəsi baş verən tarixə )əsas borcu:5.299,988,44 AZN, Faiz borcu:16.802,36 AZN təşkil etmiş və hazırkı iş üzrə İddiaçı zamin olduğu “xxxxxxxxxxxxx” MMC-yə öhdəlik icra edilməmişdir. İddiaçı ilə Cavabdeh1 ASC (bank) arasında bağlanmış xx.xx.2016-cı il tarixdə N 70260319-24 saylı və N 70260319-26 saylı “Bank əmanəti” müqavilələrinin (Göy Əmanət) 3.5-ci bəndinə əsasən kredit xətti və kredit üzrə əmanətçinin əmanət hesabında yerləşdirilən pul vəsaiti Bank tərəfindən girova götürülür və “ açara” qoyulur. Beləliklə, müəyyən olunmuşdur ki, hazırkı iş üzrə iddiaçı ilə Cavabdeh1 ASC (bank) arasında xx.xx.2016-cı il tarixdə N 70260319-24 saylı və N 70260319-26 saylı “Bank əmanəti” müqavilələri (Göy Əmanət) bağlanmış, həmin müqavilələrə əsasən iddiaçı tərəfindən banka 12 ay müddətinə 1 212 592 manat və 1 300 000 manat əmanət yerləşdirilmiş, bank əmanətləri qəbul edərək müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğlərini əmanətçiyə qaytarmağı və illik 14 faiz ödəməyi öhdəsinə götürmüş, həmin vaxt qeyd edilən əmanətlər qorunan əmanət statusunda olmuş, X10 X6 xx.xx.2017-ci il tarixli qərarı ilə bankın lisenziyası ləğv olunaraq barəsində iflas proseduruna başlanılmış, X7 bankın ləğvedicisi təyin olunmuş, həmçinin müqavilələrin 5.2-ci bəndinə əsasən müqavilə müddətinin bitdiyi sonuncu gün əmanət əmanətçi tərəfindən götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilməsi əvvəlcədən razılaşdırıldığından, müqavilə müddəti bitdikdən sonra onların eyni şərtlərlə avtoprolonqasiya olunduğu gün, yəni xx.xx.2017-ci il tarixdən sonra da əmanətlər qorunan əmanət statusunu itirməmişlər. Lakin girov müqaviləsinə əsasən girova qoyulmuş depozitin məbləği 1 300 000,00 manat təşkil etmiş, xx xxx 2016-cı il tarixdə girov müqaviləsinə əlavə saziş bağlanılmış və girova qoyulmuş depozitin məbləği 1 212 592,00 manat təşkil etmiş, həmin məbləğlər bloklaşdırılmışdır.Həmçinin, “xxxxxxxxxxxxx” MMC-nin xx.xx.2017-ci il tarixə (sığorta hadisəsi baş verən tarixə )əsas borcu:5.299,988,44 AZN, Faiz borcu:16.802,36 AZN təşkil etmiş və hazırkı iş üzrə İddiaçı zamin olduğu “xxxxxxxxxxxxx” MMC-yə öhdəliyi icra edilməmişdir. Odur ki, iddiaçının tələb etdiyi depozit məbləği qorunan əmanət olsa da, İddiaçı ilə Cavabdeh1 ASC (bank) arasında bağlanmış xx.xx.2016-cı il tarixdə N 70260319-24 saylı və N 70260319-26 saylı “Bank əmanəti” müqavilələrinin (Göy Əmanət) 3.5-ci bəndinə əsasən kredit xətti və kredit üzrə əmanətçinin əmanət hesabında yerləşdirilən pul vəsaiti Bank tərəfindən girova götürülərək “ açara” qoyulduğundan və iddiaçının zamin olduğu ğhdəlik isə icra edilmədiyindən iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3111/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunsun. İddia rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-6608/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6608/2020
05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver