Məhkəmə qərarları › İş №2(103)-6618/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6618/2022

23.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6618/2022 23.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, iddiaçı X1 Cavabdeh qarşı “aliment tutulması barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, hazırkı iş üzrə Nərimanov RM-nin xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti iddiaçıya münasibətdə bərpa edilsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin edilə bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı tərəf qətnamədən apellyasiya şikayəti verilməsi müddətini üzrlü səbəbdən ötürüb. Belə ki, iddiaçı tərəf qətnamə ilə qət olunmuş nəticədən narazı qalmış, bu nəticəni qətnamədə yol verilmiş yanlışlıq hesab edərək yanlışlığın aradan qaldırılması üçün müraciət etmiş və qətnamədə düzəliş ediləcəyini zənn edərək apellyasiya şikayəti verməmişdir. Həmin müraciət rədd edildikdən sonra iddiaçı tərəf qətnamədən apellyasiya şikayəti vermiş, lakin artıq apellyasiya şikayəti verilməsi müddəti keçmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 133.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini qərara almışdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar