Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6618/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Bakı şəhəri 40 saylı notariat kontoru üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli 2(004)-4160/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Bakı şəhəri 40 saylı notariat kontorunun maraqlı şəxs qismində cəlb edildiyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,ilə Cavabdeh1 ilə arasında Bakı şəhəri 40 saylı notariat ofisində bağlanmış 26 may 2021-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və əldə edilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli 2(004)- 4160/2023 nömrəli qərardadı ilə müki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçı şikayət vermiş, məhkəmənin 14 sentyabr 2023-cü il tarixli 2(004)-4160/2023 nömrəli qərardadı ilə şikayət ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4160/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı qismən, “İddiaçı Bakı şəhəri 40 saylı notariat kontorunun maraqlı şəxs qismində cəlb edildiyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı çıxarışın ləğv edilməsi” hissəsinə münasibətdə icrata xitam verilməsi hissəsində ləğv edilmiş, İddiaçı Bakı şəhəri 40 saylı notariat kontorunun maraqlı şəxs qismində cəlb edildiyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı çıxarışın ləğv edilməsi hissədində iddia tələbi (2(004)-4160/2023 saylı mülki iş üzrə) məhkəmənin icraatına qəbul edilərək, iş üzrə məhkəmə hazırlıq iclası təyin edilməsi, İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4160/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qərardadından verilmiş şikayət ərizəsi digər hissədə, İddiaçı Bakı şəhəri 40 saylı notariat kontorunun maraqlı şəxs qismində cəlb edildiyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə təmin edilməməsi, həmin hissədə baxılması üçün mülki işin məhkəmənin icraatından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə Kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 (Bakı şəhəri 40 saylı notariat kontoru üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-406/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Daha sonra İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı müqavilənin ləğv edilməsi və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3524/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Müvafiq qətnamə ilə İddiaçı ilə Cavabdeh1 arasında tərəflərin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr ünvanında yerləşən 0,014 ha torpaq sahəsinə icarə hüququnun alqısatqısına dair müqavilənin bağlanması və torpaq sahəsinin satış qiymətinin 200000 manat məbləğində müəyyənləşdirilməsi, həmin məbləğin alıcı Cavabdeh1 tərəfindən ödənilməsi, həmçinin iddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış müqavilənin tərəflərin iradə ifadəsi ilə, qarşılıqlı razılıq əsasında imzalanaraq rəsmiləşdirilməsi, alqı-satqı müqaviləsinin təsdiq edilərkən qanunvericiliyin tələblərinə əməl edilməsi, qanun pozuntusuna yol verilməməsi, iddiaçının müqaviləni bağlasa da ona heç bir məbləğ verilmədiyini iddia etsə də, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməməsi, iş materialları ilə həmin halların müəyyən edilməməsi müəyyən edilmişdir. Həmin qətnamə ilə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış və satışı olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 0,014 ha torpaq sahəsinin alqı-satqısına dair 25 may 2021-ci il tarixli müqavilə mübahisələndirilmişdir. Lakin məlum olmuşdur ki, tərəfin özünün də dediyi kimi, bu texniki səhv olaraq yalnışlıqla göstərilmişdir və əsas niyyəti məhz xx.xx.2021-ci il tarixli müqaviləni mübahisələndirmək olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1138/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3524/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən görünür ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya baxışında ərizə təqdim edərək qeyd etmişdir ki, iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizədə texniki səhvə yol verilmiş, “25 may 2021-ci il” tarixli alqı-satqı müqaviləsinin ləğvi tələbini irəli sürmüşdür. Alqı-satqı müqaviləsinin tarixi “26 may 2021-ci il” tarixi əvəzinə “25 may 2021-ci il” kimi göstərilib. Tələb “26 may 2021-ci il” tarixli müqavilənin ləğvi ilə bağlıdır. Xahiş etmişdir ki, bunun texniki səhv olaraq qəbul edilərək, “26 may 2021-ci il” tarixi kimi qəbul edilsin. Göründüyü kimi qüvvədə olan məhkəmə qərarları ilə artıq hazırki iddia tələbində mübahisələndirilən alqı-satqı müqaviləsi yoxlanılmış və ona qiymət verilmişdir. Ona görə də məhkəmə haqlı olaraq göstərmişdir ki, hazırki iddia predmeti ilə həmin işdəki iddia predmeti, yəni alqı-satqı müqaviləsinin predmeti olan əmlak və tərəflər eynidir, həmin hissədə mülki iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli 2(004)- 4160/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6618/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6618/2023
24.10.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver