Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6673/2020 07.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh1, tərcüməçi X5 qızının iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-518/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X4, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2 və Cavabdeh2 28500 manat əsas borc, 18810 manat faiz borcu və 30 manat dövlət rüsumu olmaqla cəmi 47340 manat pulun alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2003-cü ildə RF-nın Kemerovo vilayətinin Novokuznetsk şəhərində İddiaçı2 ilə faktiki ailə qurmuş, onların birgə nikahından xx.xx.2004-cü il təvəllüdlü Günel və xx.xx.2009-cu il təvəllüdlü Ayan adlı 2 uşaqları anadan olmuşdur. xx xxxxxxxx 2011-ci ildə onlar uşaqlarla birlikdə Rusiyadan Bakıya qayıtmış və həmin vaxtdan bugünə kimi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəəsbəsi, Seyid Şuşinski küçəsi, ev 19, mənzil 44-də daimi yaşayırlar. Onlar Rusiyadan gəlməmişdən əvvəl anası və bacısı İlahə onlara təklif etmişlər ki, Rusiyadakı evi satıb onlara pul göndərsinlər və həmin pullara onlara Bakıda həyət evi və yaxud başqa təcrid edilmiş mənzil alsınlar. Bu məqsədlə onlar İddiaçı2 mülkiyyətində olan Rusiya, Kemerovo vilayəti, Novokuznetsk şəhəri, Zavodskoy rayonu, 13 Mikrorayon küçəsi, ev 8, mənzil 12 ünvanda yerləşən evi satmışlar və xx.xx.2011-ci il tarixdə SC “Kuznetskbiznesbank”ın “Zolotaya Korona-pul köçürmələri” sistemi ilə anası X3 adına 138 000(yüz otuz səkkiz min) rubl məbləğində ********* N°-li köçürülmə və 254 000(iki yüz əlli dörd min) rubl məbləğində ********* N-li köçürülmə, ümumilikdə isə 392 000 (üç yüz doqsan iki min) rubl pul köçürmələri göndərmişlər (SC “Kuznetskbiznesbank”ın xx.xx.2019 və xx.xx.2019- cu il tarixli arayışların surəti əlavə olunur). O vaxtın kursu ilə həmin məbləğ 15 000 ABŞ dollardan çox və yaxud 25 500 (iyirmi beş min beş yüz) manat dəşkil edir. Qeyd olunmalıdır ki, həmin satılan ev Rusiyanın Kemerovo vilayəti FMXİ Novikuznetsk şəhəri Sentralnıy rayonun 1 saylı şöbəsi tərəfindən həyat yoldaşı İddiaçı2 adına analıq kapitalı kimi verilən 312 162,50 (üç yüz on iki min yüz altmış iki rubl əlli qəpik) məbləğində uşaq pulların hesabına almmışdır. (X8(ailə) kapitalına dair seriya MK-İİİ ******* N°-li dövlət sertifikatın surəti əlavə olunr). Həmin uşaq pullarını anasının adına göndərib iki aydan sonra xx.xx.2011-ci il tarixdə onlar Rusiyadan Bakıya qayıdıb yeni alınacaq evin harada yerləşdiyini soruşanda, anası və bacısı İlahə onlara bildirmişlər ki, onların pulları mənzilin genişləndirilməsinə və təmirinə xərclənmiş, əlavə iki otaq tikildiyinə və onlar bir ailə olduğuna görə hamısı bir yerdə yaşayacaq və əlavə mənzilin alınmasına heç bir ehtiyac yoxdur. Həqiqətən də mənzilin hər iki tərəfdən olan balkonları artırılmış və bir otaqlı mənzil faktiki üç otaqlı mənzilə düzəldilmişdir (artırılmış balkonların və yaşayış sahəsinin şəkilləri əlavə olunur). Bu səbəbdən o vaxtdan bu günə kimi öz ailəsi ilə birlikdə ünvan 1 mənzil 44 ünvanda yerləşən mənzilin artırılmış yaşayış sahəsindən istifadə etmişlər, anası və digər bacısı isə mənzilin əsas böyük yaşayış otağından istifadə edərək və orada yaşayırlar. Eyni zamanda qeyd olunmalıdır ki, mübahisəli mənzildə yaşadıqları müddətdə evin təmirinə və alınan ev əşyalarına(televizor, paltaryuyan maşın və s.) o,əlavə olaraq 3 000 manatdan artıq pul xərcləmişdir. Bütün bunlara baxmayaraq, 2019-cu ildə cavabdehlər Sabunçu rayon məhkəməsi-nə iddia ərizəsi ilə müraciət edib onların(onun həyat yoldaşının iki azyaşlı uşağla birlikdə) həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə həmin iddia təmin edilmişdir. Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətlər nəticəsində ailəyə real zərərdən başqa (28500 manat məbləğində), eyni zamanda əlavə maddi (pul vəsaiti ödənilməsini gecikdirilməsinə görə bank uçot faiz dərəcəsi) zərər dəymişdir. Belə ki, cavabdehlər bu 8 il ərzində (2011-ci ilin avqust aından bu günə kimi) onlara məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə, onların pul vəsaitini əsassız əldə etməklə və ondan faydalandığına görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. xx.xx.2019-cu il tarixinə Azərbaycan Respubli-kasının Mərkəzi Bankın müəyyən etdiyi illik bank uçot faiz dərəcəsi 8,25 % təşkil edir. Hesab edir ki, cavabdehlərin 2011-ci ilin avqust ayından 2019cu ilin avqust ayına kimi onalra məxsus 28500 (iyirmi səkkiz min beş yüz) manatı özündə saxlamaqla və onu qaytarmaqdan boyun qaçırmaqla həmin vəsaitin 8,25 % məbləğində hər il üçün 2351,25(iki min üç yüz əlli bir man. 25 qəp.) manat, 8 il üçün isə 18810(on səkkiz min səkkiz yüz on manat - 2351,25 x 8 =18810) manat pul cavabdehlərdən tutulub onların xeyrinə ödənilməlidir. Beləliklə, bütün qeyd edilən faktlar onu göstərir ki, cavabdehlər X6 və Cavabdeh2 qanunsuz hərəkətlər nəticəsində ailələrə vurulmuş real zərər (əsas borc) - 28 500 manat, pul vəsaitini ödənilməsini gecikdirilməsinə görə bank faizinin uçot dərəcəsinin məbləği - 18 810 manat və ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə isə cavabdehlər tərəfindən ailəmizə vurulmuş zərərin məbləği - 47 340(qırx yeddi min üç yüz qırx ) manat təşkil edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-518/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər X2 və Cavabdeh2 23500 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək onun ləğvini və işin obyektiv araşdırılaraq yeni qətnamə çıxarılmasını xahiş etmişlər, şiakyətlərini onunla əsaslandırmışlar ki, İddiaçı1 həqiqətən də bank vasitəsi ilə RF-dan ona 500.000 rubl məbləğdə pul göndərmiş, o da həmin pulu yaşadıqları evin eyvanının artırılmasına xərcləmişdir. Amma oğlu RF-da olarkən telefon danışığı zamanı ona demişdir ki, göndərdiyi pula ev almaq mümkün deyildir və oğlu ilə məsləhətləşdikdən sonra pulu evin eyvanının artırılmasına xərcləmişdir. Sonra oğlu ailəsi ilə birlikdə Bakı şəhərinə qayıdaraq həmin evdə birlikdə yaşamışlar. O, həmçinin bildirmişdir ki, oğlunun ona göndərdiyi puldan 1600 ABŞ dollarını ona geri göndərmişdir ki, həmin pula o, bilet ala bilsin. O, oğlunun ona göndərdiyi puldan onda 7000 manatının olduğunu, həmin pula da oğlu ilə məsləhətləşərək evin eyvanın artırılmasına xərcləmişdir. Həmçinin digər cavabdeh İlahənin həmin puldan xəbəri olmamış, pul ona göndərilmədiyindən hazırki iş üzrə cavabdeh ola bilməz. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, o, iddiaçılardan 392000 rubl pulu köçürmə yolu ilə əldə etmiş, həmin vəsaitdən 2011-ci ildə 1000 ABŞ dollarını bilet almaq üçün iddiaçılara geri qaytarmış, qalan hissəsi isə İlahənin mənzilinin genişləndirilməsinə sərf edilmişdir ki, həmin sahədə iddiaçılar 2011-ci ildən yaşamışlar. Məhkəmə iclasında iştirak edən iddiaçılar Elxan Yusubov və İddiaçı2 isə apellyasiya şikayətini etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Əlavə olaraq bildirmişlər ki, onlar Cavabdeh1 392000 rubl pulu bank vasitəsilə göndərmişlər, həmin vəsaitdən 2011-ci ildə 1000 ABŞ dolları sonuncu tərəfindən bilet almaq üçün onlara geri qaytarılmış, qalan hissəsi isə İlahənin mənzlinin təmirinə sərf edilmişdir. Digər Cavabdeh2 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək kollegiya hesab edir ki, şikayət təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi Cavabdeh2 münasibətdə qismən təmin edilməlidir. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə İddiaçı2 xx xxxxxx 2011-ci ildə nikaha daxil olmuşlar. İşdə olan X8 (Ailə) Kapitalına dair dövlət sertifikatından görünür ki, Rusiyanın Kemerovo vilayəti FMXİ Novokuznetsk şəhəri Sentralnıy rayonunun 1 saylı şöbəsi tərəfindən xx.xx.2008-ci ildə “Uşaqlı ailələrə dövlət dəstəyinin əlavə tədbirləri haqqında” Federal Qanuna əsasən İddiaçı2 312162.50 rubl analıq kapitalı verilmişdir. İşdə olan Rusiya Federasiyası Daşınmaz Əmlaka dair Hüquqların və onunla bağlı əqdlərin vahid dövlət reyestri tərəfindən verilmiş xx xxxx 2010-cu il tarixli Hüququn Dövlət X1 görünür ki, Rusiya, Kemerovo vilayəti, Novokuznetsk şəhəri, Zavodskoy rayonu, 13-cü Mikrarayon küçəsi, ev 8, mənzil 12 İddiaçı2 mülkiyyətindədir. İşdə olan xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Sadıqov Natiq “Zolotaya Korona—pul köçürmələri” sistemi üzrə X3 adına xx.xx.2011-ci ildə 254000 rubl məbləğində ödəniş etmişdir. İşdə olan xx xxxx 2019-cu il tarixli arayışdan görünür ki, xx.xx.2009-cu ildən xx.xx.2019-cu ilədək müddət ərzində, İddiaçı2 “Zolotaya Korona” sistemi ilə xx.xx.2009-cu ildə 100 ABŞ dolları, xx.xx.2011-ci ildə 138000.00 rubl məbləğində pul X4 ödəmişdir. İşdə olan X9 notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, xx.xx.2011-ci il tarixdə onun tərəfindən “Kuzneskbiznesbank” SC ilə “Zolotaya Korona” sistemi üzrə Cavabdeh1 adına köçürmə ilə göndərilmiş 254000 rubl məbləğində pul İddiaçı1 və onun arvadı –İddiaçı2 məxsus idi və həmin pulların İddiaçı1 anası- Cavabdeh1 göndərilməsi məqsədi ilə ona verilmişdir. İşdə olan Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin xx.xx.2019-cu il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda olan Cavabdeh1 tərəfindən verilmiş izahatda barəsində göstərilənləri qismən etiraf edərək bildirmişdir ki, oğlu İddiaçı1 həqiqətən də bank vasitəsi ilə RF-dan ona 500.000 rubl məbləğdə pul göndərmiş, o da həmin pulu yaşadıqları evin eyvanının artırılmasına xərcləmişdir. Amma oğlu RF-da olarkən telefon danışığı zamanı ona demişdir ki, göndərdiyi pula ev almaq mümkün deyildir və oğlu ilə məsləhətləşdikdən sonra pulu evin eyvanının artırılmasına xərcləmişdir. Sonra oğlu ailəsi ilə birlikdə Bakı şəhərinə qayıdaraqhəmin evdə birlikdə yaşamışlar. O, həmçinin bildirmişdir ki, oğlunun ona göndərdiyi puldan 1600 ABŞ dollarını ona geri göndərmişdir ki, həmin pula o, bilet ala bilsin. O, oğlunun ona göndərdiyi puldan onda 7000 manatının olduğunu, həmin pula da oğlu ilə məsləhətləşərək evin eyvanın artırılmasına xərclədiyini bildirmişdir. İşdə olan Azərbaycan Respublikasının Mərkəzi Bnakının xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, 2011-ci ildə 1 Rusiya rublunun Azərbaycan manatına qarşı Mərkəzi Bankının orta illik məzənnəsi 0.0269 manat təşkil etmişdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; belə ki, Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; həmin Məcəllənin 1092-ci maddəsinə əsasən isə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Kollegiyanın qənaətinə görə, iddiaçılar tərəfindən pul vəsaitinin cavabdeh Vəzxanım Yuspovaya göndərildiyi işin mübahisəsiz halı olsa da, ünvan 1 mənzil 44 ünvanında yerləşən mənzil Cavabdeh2 mülkiyyətində olduğundan və məhz həmin pul vəsaiti hesabına həmin mənzilə eyvan artırıldığında hazırki iş üzrə əsassız varlanmış şəxs Cavabdeh2 qəbul edilməlidir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh1 münasibətdə qismən təmin etməkdə haqlı olmamışdır. Kollegiya cavabdehdən tutulmalı olan pulun məbləğinə münasibətdə isə qeyd edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 Bakı şəhəri Sabunçu RPİ-də verdiyi ifadəni əsas götürərək ona 500 000 (25000 manat həmin dövrün məzənnəsinə uyğun olaraq) rubl pul göndərilməsini və həmin puldan 2000 manatın yol pulu kimi İddiaçı1 qaytarıldıqdan sonra yerdə qalan 23500 manat məbləğində pulun iddiaçıların xeyrinə tutulması nəticəsinə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin pulun məbləği barədə gəldiyi nəticəni əsaslı hesab etmir, belə ki, iddiaçılar iddia ərizəsində Cavabdeh1 məhz 392 000 rubl (392 000 x 0,0269 = 10544,8 manat həmin dövrün məzənnəsinə uyğun olaraq) göndərdiklərini qeyd etmişlər. Həmçinin iş materialları ilə də müəyyən olunur ki, “Zolotaya Korona—pul köçürmələri” sistemi üzrə Cavabdeh1 adına xx.xx.2011-ci ildə 254000 rubl məbləğində, xx.xx.2009-cu ildən xx.xx.2019-cu ilədək müddət ərzində, İddiaçı2 “Zolotaya Korona” sistemi ilə xx.xx.2009-cu ildə 100 ABŞ dolları, xx.xx.2011-ci ildə 138000.00 rubl məbləğində pul X4 ödəniş edilmişdir. Kollegiyanın qənaətinə görə Cavabdeh2 iddiaçıların xeyrinə 10544,8 manatdan (392 000 rubl) Cavabdeh1 tərəfindən iddiaçılar yol pulu kimi göndərilmiş 780 manat (1000 ABŞ dolları) çıxılaraq, ümumilikdə 9764,8 manat məbləğində pul vəsaiti tutulmalıdır. İddia tələbinin “18800 manat faiz borcunun ona qaytarılması” hissəsində təmin edilməməlidir. Belə ki, iddia tələbinin həmin hissəsini sübut edən hər hansı bir sənəd iş materiallarına əlavə edilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi Cavabdeh2 münasibətdə qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-518/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 9764,8 (doqquz min yeddi yüz altmış dörd manat 8 qəpik) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. İddia tələbi qalan hissədə və Cavabdeh1 münasibətdə təmin edilməsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6673/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6673/2020
07.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver