Məhkəmə qərarları › İş №2(103)-6680/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6680/2025

03.06.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6680/2025 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: xxxxnin ləğv edilməsi və əmlak bölgüsü) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, Cavabdehin nümayəndəsi-vəkili vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “xxxxnin ləğv edilməsi və əmlak bölgüsü” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı xxxxnin qismən ləğv edilməsi və əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Cavabdeh ilə ##.##.2009-cu il tarixdə nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan ##.##.2010-cu il təvəllüdlü Soltanlı Fatimə, ##.##.2013-cü il təvəllüdlü Soltanlı Suada və ##.##.2016-cı il təvəllüdlü Soltanlı Üzeyir adlı uşaqları anadan olmuşdur. Birgə nikaha daxil olduğu müddətdə əvvəlcə atasına məxsus mənzildə ayrıca yaşamışlar. Sonradan atasının mənzilini ipotekaya qoymaqla Bankdan götürdüyü kredit hesabına və bir hissəsi nəğdi ödənilməklə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, 53, M11 ünvanda 2 otaqlı mənzil aldıqdan sonra təmir edib orada yaşamışlar. Bir müddətdən sonra ailədə uşaqların sayı artdığından 2 otaqlı mənzil azlıq etdiyindən hazırda faktiki olaraq yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, 53, M11, mənzil 1-in sahibi ilə razılıq əldə edərək 2 otaqlı mənzili və əlavə pul verməklə 4 otaqlı bu mənzili əldə etmişlər. Lakin 2 otaqlı mənzili alarkən götürdüyü kredit öhdəliyin müddətinin sonuna hazırda 5 ilə yaxın qaldığından atasına mülkiyyət hüququ ilə məxsus olmuş Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 61, mənzil 30 ipotekada qalmaqla hazırda da aylıq kredit ödəmələrini aparır. Həyat yoldaşı ilə mehriban yaşamışlar. Rəsmi olaraq onun təşəbbüsü ilə ayrılsalar da, hazırda da bir mənzildə yaşayırlar və uşaqları ilə əvvəlkindən fərqli olmayan münasibətdədir. Onları həmişəki kimi səhərlər məktəbə aparır, gündəlik qayğılarına qalır, hətta yeni 2025-ci ili ailəlikdə bir maşınla gedərək Qusar rayonunda oteldə bir neçə gün birlikdə keçirmişlər. Həyat yoldaşı Cavabdeh 2024-cü ilin sentyabr ayında onunla heç bir mübahisəsi və xəbəri olmadan özünə vəkil tutaraq onun adına olan daşınar və daşınmaz əmlaklar barəsində bank hesabları barəsində məlumatları əldə etdikdən sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə adına olan daşınar və daşınmaz əmlakların və bank hesablarının üzərinə həbs qoyulması ilə əlaqədar “müvəqqəti təminat tədbiri” barədə ərizə vermiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-16(004)- ***/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 53, mənzil 1 (Yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, 53, M11, mənzil 1), mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən bağ evinin, mülkiyyətində olan “Toyota Corolla” markalı, buraxılış ili 2014-cü il, ban 5YFBURHENoEP090811 olan minik markalı avtomobilin, mülkiyyətində olan “Lexus RX300” markalı, buraxılış ili 2018-ci il, mühərrik W******, Ban JTJBAMCA302053455 avtomobilin, “Hyundai 140” minik markalı, 1999-cu il buraxılışlı, ** FF *** dövlət qeydiyyat nişanlı və “Ford Transit” yük markalı, **FF*** dövlət qeydiyyat nişanlı və “Hyundai Elantra” minik markalı, **FF*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Faktiki olaraq işlədiyi şirkətin təsisçisinə məxsus olan “Hyundai 140” minik markalı, 1999-cu il buraxılışlı, **FF*** dövlət qeydiyyat nişanlı və “Ford Transit” yük markalı **FF*** dövlət qeydiyyat nişanlı və “Hyundai Elantra” minik markalı, **FF*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə ona iş yerindən məlumat verildikdən sonra məlum olmuşdur ki, həyat yoldaşı onunla nikahın pozulması ilə və əmlak bölgüsü ilə əlaqədar mediasiya təşkilatına müraciət etmişdir. Bununla əlaqədar həyat yoldaşı ilə yaranmış vəziyyəti müzakirə etmiş və ona faktiki məxsus olmayan maşınların üzərinə həbsin qoyulmasının onun işlədiyi şirkətin rəhbərliyi tərəfindən narazılıqla qarşılandığını bildirmiş və iş yerini itirməməsi üçün yoldaşından həmin maşınların üzərindən həbsin götürülməsi üçün məhkəməyə ərizə ilə müraciət etməsini bildirmişdir. Həmin vaxtı Ruxsarə yaranmış şəraitdən sui-istifadə edərək yalnız onun mediasiya təşkilatına gedərək vəkili tərəfindən hazırlanmış xxxxnə imza etdikdən sonra məhkəməyə belə bir ərizənin verəcəyini bildirmişdir. Həmin vaxtı xxxxnin məzmunun nədən ibarət olmasını bildirməmiş, lakin Ruxsarə bildirmişdir ki, xxxx vəkili tərəfindən hazırlanmışdır və onunla Mediasiya Təşkilatında tanış olacaqdır. O, da iş yerini itirməməsi və Ruxsarənin nikahın pozulması fikrindən daşınması üçün onun təklifi ilə razılaşmağa məcbur olmuş, ##.##.2024-cü il tarixdə * saylı Mediasiya Təşkilatından ona telefon zəng olmuş və təcili ora gəlməsi bildirilmişdir. O, da gedərkən Ruxsarənin deyil, vəkilinin orada olduğunu görmüş və mediator tərəfindən heç bir sorğu-sual olmadan, xxxxnin qanuni uyğun olması bildirilmədən əvvəlcədən hazırlanmış xxxxnə imza etdirmişdir. Bundan sonra Ruxsarə vəkili vasitəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verərək məhkəmənin müvəqqəti təminatı tədbiri olaraq qəbul etdiyi e-**(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərardadını ləğv edilməsini xahiş etmiş və məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək”müvəqqəti təminatı tədbiri” qoyulmuş bütün əmlaklar üzərindən həbs götürülmüşdür. Mediasiya Təşkilatında təsdiq edilmiş ##.##.2024-cü il tarixli xxxxnin hazırda mübahisələndirdiyi şərtləri aşağıdakılardır: “4. Tərəflər razılığa gəldilər ki, İddiaçı ##.##.2024-cü il tarixə qədər mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən bağ evini övladı X4 adına notarial bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırsın. 5. Tərəflər razılığa gəldilər ki, İddiaçı ##.##.2024cü il tarixə qədər mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 53, mənzil 1, Yeni qaydalarla ünvan 5 ünvanında yerləşən mənzili X5 notariat bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırsın”. Mediasiyada bağlanmış “xxxxnin təsdiq edilməsinə” dair müqavilə qanun pozuntusu ilə bağlandığından və daşınmaz əmlaklarla münasibətdə onun tam iradə ifadəsi olmadığından bağlanmış xxxxnin 4cü və 5-ci bəndləri ləğv edilməli və həmin xxxxnin 5-ci bəndində göstərilən daşınmaz əmlak ərarvadın birgə nikah dövründə əldə edilmiş əmlakı kimi bölgüsünü məhkəmə qaydasında mübahiləndirir. Mediasiyada bağlanmış “xxxxnin təsdiq edilməsinə” dair müqavilə daşınmaz əmlaklara münasibətdə onun tam ifadəsi olmaması onunla sübut olunur ki, tərəflər arasında nikahın pozulmasına dair fikir ayrılığı olmamışdır əvvəl, sentyabr 2024-cü ildə Cavabdeh rəsmi sorğu ilə həyat yoldaşının adında olan daşınmaz əmlaklar barədə məlumatlar əldə edərək Yasamal rayon Məhkəməsinə 2024-cü ilin oktyabr ayının əvvəlində “müvəqqəti təminat tədbiri”nin tətbiqinə dair ərizə ilə müraciət etmiş və məhkəmənin 16(004)- ***/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə xxxxndə göstərilən əmlaklardan əlavə, İddiaçı adında olan, lakin faktiki olaraq işlədiyi şirkətin təsisçisinə məxsus olan “Hyundai 140” minik markalı, 1999cu il buraxılışlı, **FF*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı, **FF*** dövlət qeydiyyat nişanlı və “Ford Tranzit” yük markalı **FF*** dövlət qeydiyyat nişanlı avtomobillərin özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. Həmin qərardadın icrası zamanı yaranmış problemlərlə əlaqədar onun icraçı direktoru işlədiyi şirkətin təsisçisi ilə işdə yaranmış gərginliyin tez bir zamanda aradan qaldırılması və işini itirməməsi üçün o, Cavabdeh qanunsuz tələbləri ilə razılaşmağa məcbur olmuşdur. ##.##.2024-cü il tarixdə Mediasiyada “xxxxnin təsdiq edilməsinə” dair müqaviləni ona məcburi imzalatdırdıqdan sonra Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təkrar ərizə verərək məhkəmənin 16(004)- ***/**** saylı ##.##.2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmiş və məhkəmənin ##.##.2024cü il tarixli qərardadı ilə onun adında olan bütün daşınar və daşınmaz əmlaklara qoyulmuş həbs götürülmüşdür. Buna görə də Cavabdeh “xxxxnin təsdiq edilməsinə” dair müqavilə hazırlayarkən “Hyundai 140” minik markalı **FF*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı, **FF*** dövlət qeydiyyat nişanlı və “Ford Transit” yük markalı **FF*** dövlət qeydiyyat nişanlı avtomobillərin birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölgüsünü qoymamışdır. ##.##.2024-cü il tarixdə mediator onu təcili şəkildə mediasiya təşkilatına çağıraraq sazişin imzalamasını bildirmiş, şirkət rəhbəri olduğundan faktiki şirkətə məxsus, lakin onun adında olan avtomobillərin üzərinə ərizəçinin tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərardadı ilə qoyulmuş həbsin götürülməsi və bu barədə hər hansı bir məlumatın yayılmaması üçün xxxxni imzalamışdır. O, hesab edir ki, “xxxx” daşınmaz əmlaklara münasibətdə əsassız və qanunsuz olmuşdur. Mediasiyada bağlanmış xxxx ona görə qanunsuzdur ki, mediator ilk növbədə tərəflərlə birgə nikah dövründə əldə olunmuş əmlakların dairəsini və hüquqi vəziyyətini araşdırmalı, əmlak birgə nikah dövründə bağışlama müqaviləsi, vərəsəlik qaydasında və ya birgə nikah döründə əldə edilsə də, nikahdan əvvəl tərəflərdən birinə məxsus əmlakın satılmasında əldə edilmiş vəsait hesabına mübahisələndirilən əmlakın əldə edilib-edilməməsini müəyyən etməli, həmçinin mediasiya qaydasında yalnız birgə nikah dövründə əldə etdikləri əmlakın tərəflər arasında bölgüsünə dair saziş bağlanmasının nəzərdə tutulmasını tərəflərə izah etməli idi. Mediasiya qaydasında tərəflər öz aralarında əmlak bölgüsünə dair razılıq əldə etdikdən və əmlaka dair adlarına çıxarış aldıqdan sonra həmin əmlaklarda olan payları üzərində sərbəst sərəncam vermək hüququndan istifadə edə bilərlər. Mediasiya haqqında qanunda tərəflər arasında əmlak bölgüsü zamanı tərəflərdən birinin payının üçüncü şəxsin xeyrinə imtina etməsi və bağışlaması nəzərdə tutulmamışdır. Lakin mediasiyada tərəflər arasında “barışıq təsdiq edilməsinə” dair müqavilə bağlanarkən qeyd edilən hallar nəzərə alınmamışdır. Onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, 53, M11, mənzil 1 onların birgə nikah dövründə və qazancları hesabına əldə edilməsi mübahisəsizdir və tərəflər arasında əmlak bölgüsünün predmeti ola bilər. Lakin onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən bağ evi birgə nikah dövründə əldə edilsə də, nikahdan əvvəl onun anası İradə Soltanova tərəfindən ona bağışlanmış bağ evinin satılmasından əldə edilmiş pul vəsaiti hesabına əldə edildiyindən, birgə nikah dövründə əldə edilmiş əmlakların siyahısına dair ola bilməz və Cavabdeh tərəfindən həmin bağ evinə dair tələb irəli sürülə bilməzdi. Belə ki, onun anası İradə İslam qızı Soltanovanın Mərdəkan qəsəbəsində Bakı şəhər İcra Hakimiyyəti ilə bağladığı ##.##.1997-ci il tarixli ***** saylı bağın icarəyə verilməsinə dair müqavilə ilə ona Mərdəkan qəsəbəsində 0,09 ha bağ torpaq sahəsi icarəyə verilmişdir. 350 “a” saylı həmin torpaq sahəsində tikilmiş sahəsi 15,99 kv.m. olan bir otaqlı evə dair Soltanova İradə İslam qızının ##.##.2005-ci ildə MN seriyalı ******* saylı çıxarışla mülkiyyət hüququ tanınmış və ##.##.2009-cu ildə Soltanova İradə İslam qızının razılığı ilə həmin əmlak üzərində bütün ailə üzvlərinin, yəni Soltanova İradə İslam qızının, həyat yoldaşı X8, oğlu İddiaçı və qızı X9 mülkiyyət hüquqları tanınmışdır. Bundan sonra Soltanova İradə İslam qızı, həyat yoldaşı X8 və qızı X9 ##.##.2009-cu il tarixdə Bakı şəhəri ** saylı Notariat Kontorunda həmin əmlakda olan paylarını İddiaçı bağışlama müqaviləsi ilə bağışlamışlar. Cavabdeh onunla nişanlı olarkən həmin bağda dəfələrlə valideynləri ilə qonaq qismində olmuşlar, onlar ailə qurduqları müddətdən əvvəl həmin bağ evi onun və onun ailə üzvlərinin mülkiyyətində olmuş, ailə qurduqları ##.##.2009-cu il tarixdən 3 il müddətində Cavabdeh da həmin bağdan istifadə etmişdir. Son, yəni ##.##.2012-ci il tarixdə isə həmin bağ evi satılmış və 2013-cü ildə ünvan 2 onun adına alınaraq bütün ailə üzvlərinin, o cümlədən onun valideynlərinin istifadəsindədir və onunla İradə Soltanova həmin bağ evində pasport qeydiyyatındadırlar. Mediator Cavabdeh vəkili tərəfindən hazırlanmış barışı sazişi imzalanarkən “xxxxnin 4-cü və 5-ci bəndlərinin ər və arvadın birgə nikah dövründə əldə edilmiş əmlakı kimi bu qaydada bölgüsünün qanuna uyğun olub-olmamasını, onun hüquqi nəticələrini izah etmədən İddiaçı mediasiya zamanı sazişin şərtlərini nə üçün qəbul etməsinə hüquqi qiymət verməmiş, yalnız Cavabdeh üstün mənafeyini əsas götürmüşdür”. xxxxndə hər iki tərəfin deyil, yalnız onun birgə nikah dövründə əldə edilmiş əmlak payının uşaqlarına bağışlaması qeyd edilmişdir, lakin Cavabdeh həmin əmlaklarda payı olmaması barədə heç bir qeyd yoxdur. Onunla Cavabdeh arasında olan nikah pozulduqdan sonra uşaqlar anasının yanında saxlanılmışdır. Bu isə o deməkdir ki, tərəflər arasında bağlanmış daşınmaz əmlak məsələlərinə dair hissədə xxxx mübahisələndirilmədiyi halda məhkəmə qərarı qüvvəyə mindikdən sonra Cavabdeh həmin əmlaklar üzərində müstəqil sərəncam vermək hüququna malik olacaqdır. Bundan başqa, ər və arvad arasında əmlak bölgüsünə dair mübahisə olduğu halda tərəflər işin mediasiya qaydasında həlli ilə əlaqədar mediasiya təşkilatına müraciət edə bilərlər. Göründüyü kimi, tərəflərin istifadələrində olan minik avtomaşınları ilə bağlı onlar arasında mübahisə olmamış və hazırda da yoxdur. O, “Toyota Corolla” markalı avtomaşının məhkəmədən kənar Cavabdeh adına rəsmiləşdirilməsinə etiraz etməmişdir. Eyni zamanda ərizəçi Cavabdeh nikahın pozulmasından sonra birgə nikah dövründə əldə edilmiş əmlakdan özü üçün pay istəmirdisə, o, da həmin əmlakların uşaqlarının adına bağışlama müqaviləsi ilə rəsmiləşdirməyə razı idisə və həmin əmlaklardan yenə də birgə istifadə edəcəkdirlərsə, onda mediasiya və məhkəmə qaydasında əmlak bölgüsünə nə ehtiyac var idi? Göründüyü kimi xxxx Cavabdeh tərəfindən hazırlanmış, sazişdə yalnız birgə nikah dövründə ər-arvadın əldə etdikləri əmlakın yarısının deyil, həmçinin nikah dövründə əldə edilmiş olsa da, ona valideynləri tərəfindən bağışlanmış bağ evinin satılması nəticəsində əldə edilmiş bağ evinin onun oğlu Üzeyirə bağışlanması tələb edilmişdir, lakin mediator araşdırma aparsa idi, məlum olardı ki, Cavabdeh ünvan 2-dən özünə pay tələb etmək hüququ olmadığından həmin əmlakın oğlu Üzeyirin adına keçirilməsi tələbini irəli sürmək hüququ da olmamışdır. Bu hal bir daha təsdiq edir ki, mediasiya qaydasında bağlanmış “xxxx” Cavabdeh İddiaçı adından olan işlədiyi şirkətinin təsisçisinə məxsus avtomaşınlara tələb irəli sürməsindən irəli gəlmişdir. “xxxx”nin qanunsuzluğu həm də ondan ibarətdir ki, bağışlama müqaviləsi qüvvəyə mindikdən sonra həmin daşınmaz əmlaklardan tərəflərin hansı qaydada və şərtlərlə istifadə edəcəklərinə, sərəncam verəcəklərinə, uşaqlar həddi-buluğa çatanadək əmlak vergisinin, kommunal xidmətlərin kim tərəfindən ödəniləcəyinə, aidiyyəti orqanlar qarşısında onları kim təmsil edəcəyinə dair heç bir müddəa yoxdur, bu isə o deməkdir ki, Cavabdeh həmin əmlaklar üzərində uşaqlar yetkinlik yaşına çatanadək müstəqil sərəncam vermək hüququ əldə etmiş olur. Ailəyə və uşaqlarına bağlı olduğundan o, “nikahın pozulması” barədə Cavabdeh iddiasının təmin olunmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-*** saylı, ##.##.2024cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, lakin onun şikayəti təmin edilməmişdir. Bu sazişin 4-cü və 5-ci bəndləri onlar arasında birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsünü deyil, yalnız onun öz payının uşaqlarına bağışlanmasını özündə ehtiva edir. Bundan başqa, onun yaşamağa başqa yaşayış yeri yoxdur. Belə olan halda hər iki daşınmaz əmlakdan imtina etməsi onun iradə ifadəsi kimi qiymətləndirilə və bağlanmış saziş qanuni hesab edilə bilməz. Mediasiyanın təsdiq etdiyi sazişin qanunsuzluğu həmçinin onda ifadə olunur ki, mediator araşdırmamışdır ki, onun ailəsi ilə birgə yaşadıqları mənzildən və anasının bağışlama müqaviləsi ilə onunadına rəsmiləşdirdiyi bağ evinin satışından əldə edilən pul vəsaiti hesabına alınmış bağ evindən başqa yaşamağa ayrı yaşayış yeri olmadığı halda harada yaşayacaqdır? İddiaçı bildirmişdir ki, sazişi imzalayarkən ailəsini saxlamaqla birgə yaşamaq naminə bunun formallığına inanmışdır. Həmin sazişin qanuna uyğun tərtib edlməməsi mübahisəsizdir. Belə ki, sazişin 4-cü və 5-ci bəndləri ilə faktiki olaraq müəyyən edilməmişdir ki, yeganə yaşayış yeri olan mənzili azyaşlı qızı Fatimənin adına və bağ evini azyaşlı oğlu Üzeyirin adına bağışlama müqaviləsi ilə keçirdikdən sonra əmlaklardan istifadə və onlara sərəncam vermək hüququ kimlərə məxsus olacaqdır. Həmçinin onun mənzildən, bağ evindən isə həm onun, həm də valideynlərinin istifadəsi hansı qaydada mənzimlənəcəkdir? Göstərilənləri nəzərə alaraq iddiaçı onunla Cavabdeh arasında * saylı Mediasiya Təşkilatında bağlanmış ##.##.2024-cü il tarixli xxxxnin 4-cü bəndi ilə nəzərdə tutulmuş: “Tərəflər razılığa gəldilər ki, İddiaçı ##.##.2024cü il tarixə qədər mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən bağ evini övladı X4 adına notarial bağışlama müqaviləsi bağlamaqa aldırılması” və 5-ci bəndi ilə nəzərdə tutulmuş: “Tərəflər razılığa gəldilər ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 53, mənzil 1, Yeni qaydalarla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, 53, M11 ünvanında yerləşən * nömrəli mənzilin X5 notarial bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırılması” hissəsində ləğv edilməsi və ünvan 2 ünvanında yerləşən bağ evini X6 ayrıca (fərdi) əmlakı kimi tanınması, onun mülkiyyətində olan Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, 53, M11, * saylı mənzilin tərəflər arasında bərabər paylarda bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xxxxni bağlayarkən iradə ifadəsinin olmamasını bildirsə də, məhkəmə iddiaçının bu dəlillərini əsaslı hesab etmir, çünki iddiaçı faktiki olaraq mülkiyyət hüququ üzrə ona məxsus əmlakların taleyi ilə bağlı nəzərdə tutulan şərtlə razılaşmışdır. Məhkəmə gəldiyi nəticəni, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.07 və 24.6-cı maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ

3. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ciil tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxxndə hər iki tərəfin deyil, yalnız İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlak payının uşaqlarına bağışlaması qeyd edilmişdir, lakin Rüxsarə Soltanovanın həmin əmlaklarda payı olması barədə heç bir qeyd yoxdur. İddiaçıla Rüxsarə Soltanova arasında olan nikah pozulduqdan sonra uşaqlar anasının yanında saxlanılmışdır. Bu isə o deməkdir ki, Cavabdeh uşaqların himayəçisi olaraq tərəflər arasında bağlanmış daşınmaz əmlak məsələlərinə dair hissədə xxxx mübahisələndirilmədiyi halda məhkəmə qərarı qüvvəyə mindikdən sonra həmin əmlaklar üzərində müstəqil sərəncam vermək hüququna malik olacaqdır. Bundan başqa, ər və arvad arasında əmlak bölgüsünə dair mübahisə olduğu halda tərəflər işin mediyasiya qaydasında həlli ilə əlaqədar mediasiya təşkilatına müraciət edə bilərlər. Göründüyü kimi tərəflərin istifadələrində olan minik avtomaşınları ilə bağlı onlar arasında mübahisə olmamış və hazırda da yoxdur. İddiaçı TOYOTA COROLLA markalı avtomaşının məhkəmədən kənar Rüxsarə Soltanovanın adına rəsmiləşdirilməsinə etiraz etməmişdir. Göründüyü kimi barışıq sazışı Cavabdeh tərəfindən hazırlanmış, sazişdə yalnız birgə nikah dövründə ər-arvadın əldə etdikləri əmlakın yarısının deyil, həmçinin nikah dövründə əldə edilmiş olsa da İddiaçı valideynləri tərəfindən bağışlanmış bağ evinin satılması nəticəsində əldə edilmiş bağ evinin İddiaçı oğlu Üzeyirə bağışlanması tələb edilmişdir, lakin mediator araşdırma aparsa idi, məlum olardı ki, Cavabdeh ünvan 2-dən özünə pay tələb etmək hüququ olmadığından həmin əmlakın oğlu Üzeyirin adına keçirilməsi tələbini irəli sürmək hüququ da olmamışdır. Bu hal bir daha təsdiq edir ki, mediasiya qaydasında bağlanmış “xxxx” Cavabdeh İddiaçı adından olan işlədiyi şirkətinin təsisçisinə məxsus avtomaşınlara tələb irəli sürməsindən irəli gəlmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi-vəkili vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

6. İş üzrə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş BM seriyalı ****** nömrəli, ##.##.2005-ci il tarixli qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 15,99 kv.m. olan 1 otaqlı 350 ”a” saylı evi tam mülkiyyət hüququ üzrə Soltanova İradə İslam qızının adına qeydiyyata alınmışdır.

7. İş üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2009-cu il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində mülkiyyətində olan 0,09 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 1 otaqlı, 15,2 kv.m. yaşayış sahəsindən ibarət ***a nömrəli bağ evi ümumi birgə mülkiyyət hüququ üzrə Soltanova İradə İslam qızının, İddiaçı, X8, X10 adlarına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının **** nömrəli vərəqində qeydiyyata alınmışdır.

8. İş üzrə Soltanova İradə İslam qızı, X8 və X9 (etibarnamə əsasında X8 imza etmiş) və İddiaçı arasında bağlanılmış ##.##.2009-cu il tarixli bağışlama müqaviləsinin surətinə əsasən Soltanova İradə İslam qızı, X8, X9 mülkiyyətində olan Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən bir otaqlı, yaşayış sahəsi 15,2 kv.m. olan ***a nömrəli bağ evinin və mülkiyyətində olan 0,09 ha torpaq sahəsinin onlara məxsus hissəsini – İddiaçı bağışlamışlar.

9. İş üzrə Bakı şəhəri ** saylı notariat kontorunda təsdiq edilmiş ##.##.2012-ci il tarixli, AN-İ No ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 350a ünvanında yerləşən 1 otaqdan ibarət, ümumi sahəsi 15,2 kv.m. olan baş evini və mülkiyyətində olan 0,09 ha torpaq sahəsini İmanova Sona Mürsəl qızına (etibarnaməyə əsasən X11 imza etmiş) 75.000 manata satmışdır.

10. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, ##.##.2013-cü il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 2ci döngə ünvanında, 0,0958 ha torpaq sahəsində yerləşən ** saylı bağ evi tam mülkiyyət hüququ üzrə İddiaçı adında qeydiyyata alınmışdır.

11. İş üzrə “Birinci tərəf” qismində Cavabdeh ilə “İkinci tərəf” qismində İddiaçı arasında, Bakı * saylı Mediasiya Təşkilatının mediatoru X13 iştirakı ilə, bağlanılmış ##.##.2024-cü il tarixli, MŞB/*/****-***** nömrəli xxxxnin surətindən görünür ki: “1. Tərəflər aralarında bağlanmış Yasamal rayon qeydiyyat şöbəsində ## #### 2009-cu il tarixdə akt qeydləri kitabında 725 nömrə ilə qeydə alınmış nikahı davam etdirməyə razılıq əldə etmədilər.

2. Tərəflər razılığa gəldilər ki, birgə nikahdan doğulan ##.##.2010-cu il təvəllüdlü X5, ##.##.2013-cü il təvəllüdlü X3 və ##.##.2018-ci il təvəllüdlü X4 nikah pozulduqdan sonra anası Cavabdeh yanında saxlanılsın.

3. Tərəflər razılığa gəldilər ki, İddiaçı birgə nikahdan doğulan ##.##.2010-cu il təvəllüdlü X5, ##.##.2013-cü il təvəllüdlü X3 və ##.##.2018-ci il təvəllüdlü X4 yentkinlik yaşına qədər saxlanılması üçün noyabr 2024-cü il tarixdən başlayaraq hər ayın 1-dən 5-nə 2000 manat alimenti Cavabdeht Rauf qızına ödəyəcək.

4. Tərəflər razılığa gəldilər ki, İddiaçı ##.##.2024-cü il tarixə qədər mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən bağ evini övladı X4 adına notarial bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırsın.

5. Tərəflər razılığa gəldilər ki, İddiaçı ##.##.2024-cü il tarixə qədər mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 53, mənzil 1, Yeni qaydalarla ünvan 4 ünvanında yerləşən mənzili X5 notarial bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırsın.

6. Tərəflər razılığa gəldilər ki,İddiaçı ##.##.2024-cü il tarixə qədər mülkiyyətində olan TOYOTA COROLLA markal, buraxılış ili 2014-cü il, Ban 5YFBURHENoEP090811 olan minik markalı avtomobili Cavabdeh adına notarial bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırsın.

7. Tərəflər razılığa gəldilər ki, İddiaçı mülkiyyətində olan LEXUS RX300 markalı, buraxılış ili 2018-ci il, mühərrik W******, Ban JTJBAMCA302053455 avtomobilə dair Cavabdeh iddia və tələbi yoxdur və gələcəkdə də olmayacaq”.

12. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(***)-***/**** saylı, ##.##.2024cü il tarixli qərardadın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)- 468\**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə müvəqqəti təminatı tədbiri kimi cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 53, * saylı mənzilin (Yeni qaydalarla: ünvan 3, mənzil 1), ünvan 2 ünvanında yerləşən bağ evinin; “Toyota Corolla” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı; “Hyundai 140” minik markalı, 10-FF890 dövlət qeydiyyat nişanlı; “X1” markalı, **-FF-***” dövlət qeydiyyat nişanlı; “Hyundai Elantra” minik markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı; “Lexus RX300” minik markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin özgəninkiləşdirilməsi qoyulmuş qadağa ləğv edilmişdir.

13. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində ##.##.2009-cu il tarixində *** nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir.

14. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli xxxxnin aşağıdakı şərtləri məcburi icrası üçün təsdiq edilmişdir: “4. Tərəflər razılığa gəldilər ki, İddiaçı ##.##.2024-cü il tarixə qədər mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən bağ evini övladı X4 adına notarial bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırsın.

5. Tərəflər razılığa gəldilər ki, İddiaçı ##.##.2024-cü il tarixə qədər mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 53, mənzil 1, Yeni qaydalarla ünvan 4 ünvanında yerləşən mənzili X5 notarial bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırsın. 6. Tərəflər razılığa gəldilər ki, İddiaçı ##.##.2024-cü il tarixə qədər mülkiyyətində olan TOYOTA COROLLA markal, buraxılış ili 2014-cü il, Ban 5YFBURHENoEP090811 olan minik markalı avtomobili Cavabdeh adına notarial bağışlama müqaviləsi bağlamaqla qeydiyyata aldırsın. Tərəflər razılığa gəldilər ki, İddiaçı mülkiyyətində olan LEXUS RX300 markalı, buraxılış ili 2018-ci il, mühərrik W******, Ban JTJBAMCA302053455 avtomobilə dair Cavabdeh iddia və tələbi yoxdur və gələcəkdə də olmayacaq”.

15. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, maraqlı şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi maraqlı şəxs İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

16. İş üzrə İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış təklifdən görünür ki, * saylı Mediasiya Təşkilatında aralarında bağlanmış ##.##.2024-cü il tarixli xxxxnin 4-cü və 5-ci bənlərinin qarşılıqlı razılıq əsasında ləğv edilməsinə təklifi aldığı gündən 10 gün müddətində münasibətin bildirməsini xahiş etmişdir.

17. İş üzrə Bakı ** saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/**/****-***** saylı, ##.##.2025-ci il tarixli arayışından görünür ki, əmlak bölgüsü tələbinə dair mübahisəsi üzrə İddiaçı nümayəndəsi vəkil2 və Cavabdeh nümayəndəsi vəkil1 ##.##.2025-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin Cavabdeh nümayəndəsi vəkil1 mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

20. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında mediasiya təşkilatında bağlanılmış xxxx məhkəmə qətnaməsi ilə təsdiq olunsa da, bu hal iddiaçının həmin xxxxnin şərtlərini məhkəmədə mübahisələndirilməsinə mane olan hal kimi qəbul edilə bilməz.

21. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Məhkəmə qərarı ilə təsdiq edilmiş xxxxnin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Qərardadında qeyd edilmişdir ki, mülki qanunvericiliyin məqsədi mülki dövriyyə azadlığını təmin etmək, yəni subyektlərin öz şəxsi mənafelərini həyata keçirməyə hüquqi şəraiti yaratmaqdır (Mülki Məcəllə, maddə 1.1). İstər bu məqsəddən irəli gələn iradə sərbəstliyi (Mülki Məcəllə, maddə 6.1.2) və müqavilə azadlığı prinsipləri (Mülki Məcəllə, maddə 6.1.5 və 390), istərsə də Mülki Məcəllənin 12.2-ci maddəsinin “Mülki hüquq münasibətlərinin subyektləri həm qanunla birbaşa qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərlər” müddəası onu deməyə əsas verir ki, barışıq razılaşması da mülki qanunvericilikdə nəzərdə tutulan müqavilələrdən biri olmaqla, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaradan əqd növüdür.

22. Məhkəmə qeyd edir ki, hakimin xxxxni təsdiqləmək üçün qanunda nəzərdə tutulmuş prosessual tələblərə riayət etmək vəzifəsi barışıq razılaşmasının etibarlı olub-olmamasına qiymət verilməsi hesab edilmir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in müvafiq normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir.

23. Mediasiya prosesi nəticəsində bağlanmış xxxxnə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir.

24. Yuxarıda qeyd edilən Qərardadda göstərilmişdir ki, MPM-in 52.5-ci və 355-26.1-ci maddələrində göstərilən halların yoxlanılmasının maddi hüquqi nəticələr də əmələ gətirməsi barədə mövqe ilə razılaşdıqda məhkəmə xxxxni təsdiqlədikdə razılaşmanın etibarlı olması faktını təsbit edir və əqdin etibarlılığına (o cümlədən tərəfin iradəsini zədələyən halların olmadığına) hüquqi qiymət verir. Bu hal bir daha onu təsdiqləyir ki, xxxxnin qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasının araşdırılması maddi hüquqi əsaslar üzrə yoxlama olmayıb, təsdiqetmə üçün prosessual tələblərin yerinə yetirilməsidir.

25. Məhkəmə qaldırılan iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci və 881.2-ci maddələrinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.

27. xxxx eyni zamanda, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7- ci maddəsində də nəzərdə tutulmuşdur.

28. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsinə əsasən xxxx – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 24.6-cı maddəsinə əsasən mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Barışıq təklifi tərəflərin razılığı ilə verilir.

29. Məhkəmə qeyd edir ki, xxxx tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. xxxx tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir.

30. Məhkəmə eyni zamanda qeyd edir ki, mülki qanunvericiliyin məqsədi mülki dövriyyə azadlığını təmin etmək, yəni subyektlərin öz şəxsi mənafelərini həyata keçirməyə hüquqi şəraiti yaratmaqdır (Mülki Məcəllə, maddə 1.1). İstər bu məqsəddən irəli gələn iradə sərbəstliyi (Mülki Məcəllə, maddə 6.1.2) və müqavilə azadlığı prinsipləri (Mülki Məcəllə, maddə 6.1.5 və 390), istərsə də Mülki Məcəllənin 12.2-ci maddəsinin “Mülki hüquq münasibətlərinin subyektləri həm qanunla birbaşa qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərlər” müddəası onu deməyə əsas verir ki, barışıq razılaşması da mülki qanunvericilikdə nəzərdə tutulan müqavilələrdən biri olmaqla, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaradan əqd növüdür.

31. Müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Başqa sözlə, şəxslər ifadə etdikləri iradələri ilə özlərinin mülki hüquq və vəzifələrini əmələ gətirir, dəyişdirir və ya xitam edirlər. İradə bəyanı şifahi, sadə yazılı və ya rəsmi (notarial) formada, birtərəfli və ya müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

32. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərar).

33. Barışıq razılaşmasının bağlanması üçün bir qayda olaraq forma tələb olunmur, lakin razılaşmada hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır (Mülki Məcəllə, maddə 881.3).

34. Qanunvericilikdə xxxxnin digər formaları da nəzərdə tutulmuşdur. Belə ki, tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən xxxx yazılı formada bağlanır (“Mediasiya haqqında” Qanun, maddə 33.1). Mediasiya prosesində bağlanan xxxx, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.1).

35. Məhkəmə kollegiyası qeyd edir ki, mediasiya prosesində xxxxnin bağlanılması razılaşmasının etibarlı olub-olmamasına qiymət verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmağa mane ola bilməz.

36. Belə ki, MPM-in 52.5-ci maddəsinə görə, tərəflərin xxxx qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Eyni yanaşma “Mediasiya haqqında” Qanunun 34.5-ci və MPM-in 355-26.1-ci maddələrində əks olunmuşdur.

37. xxxx “Mediasiya haqqında” Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur (maddə 34.5).

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda xxxxnin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. xxxx və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. xxxx mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Eyni Məcəllənin 355-26.2-ci maddəsinə əsasən xxxxnin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

39. Məhkəmə qeyd edir ki, iddiaçı xxxxni iradə ifadəsi olmadan təsdiq etməsini və ailə münasibətlərini qorumaq məqsədi ilə xxxxnin imzalamasını, həmçinin xxxx imzalanarkən mediator tərəfindən tərəflərin birgə nikah dövründə əldə olunan əmlakların dairəsi və hüquqi vəziyyətinin araşdırılmadığı, xxxxndə göstərilən əmlakların nikahdan əvvəl tərəflərdən birinə məxsus əmlakın satışından əldə edilən pul vəsaiti hesabına alınmasını müəyyən etmədiyini, tərəflərə bununla bağlı hər hansı bir izahat verməməsini göstərmişdir.

40. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, xxxx faktiki olaraq tərəflər arasında bağlanılmış müqavilə münasibətləri kimi dəyərləndirilməlidir. Bununla belə qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır.

41. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.

42. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri).

43. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərar).

44. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xxxxni bağlayarkən iradə ifadəsinin olmamasını bildirsə də, məhkəmə iddiaçının bu dəlillərini əsaslı hesab etmir, çünki iddiaçı faktiki olaraq mülkiyyət hüququ üzrə ona məxsus əmlakların taleyi ilə bağlı nəzərdə tutulan şərtlə razılaşmışdır.

45. Digər tərəfdən ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir.

46. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

48. Məhkəmə qeyd edir ki, qanunun göstərilən tələblərinə əsasən ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlak onların hansının vəsaiti hesabına əldə edilməsindən asılı olmayaraq ümumi birgə mülkiyyəti hesab edilir.

49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı tələbə baxarkən tərəflərin mediasiya prosesində mübahisələndirilən barışıq şərtlərini təsdiqlədikləri anda onun görünən qanuni tələblərə uyğun olması (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin mübahisələndirilən şərtini bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlanılmalıdır.

50. Həmçinin Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini və tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarını nəzərə alaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq tərəflər arasında ## ####### 2024-cü il tarixdə bağlanmış mediasiya xxxxnin 4-cü və 5-ci bəndlərinin ləğv edilməsini, ünvan 2 ünvanında yerləşən bağ evinin onun ayrıca mülkiyyəti kimi tanınmasını və ünvan 3 ünvanında yerləşən mənzilin tərəflər arasında bərabər paylarda bölünməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Mərdəkan qəsəbəsində yerləşən bağ evi nikah dövründə əldə edilmiş olsa da, həmin əmlak onun ayrıca əmlakının satışından əldə olunmuş vəsait hesabına alındığından birgə mülkiyyət hesab edilə bilməz. Həmçinin iddiaçı mübahisəli daşınmaz əmlakların övladların adına bağışlanmasını nəzərdə tutan mediasiya sazişinin müvafiq şərtləri ilə bağlı həqiqi iradə ifadəsinin olmadığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbini mediasiya xxxxnin müvafiq bəndlərinin “ləğv edilməsi” kimi formalaşdırsa da, iddianın faktiki əsasları həmin şərtlərin bağlanması zamanı iradə ifadəsinin olmamasına, mübahisəli əmlakın ayrıca əmlak olmasına və nəticə etibarilə həmin razılaşmanın hüquqi nəticə doğurmamasına istinad edilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən məhkəmə qətnamə çıxararkən iş üzrə müəyyən edilmiş hallara tətbiq edilməli olan hüquq normalarını müəyyən edir. Həmin normanın mənasına görə məhkəmə tərəfin göstərdiyi hüquqi tövsiflə bağlı olmayıb, mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət verməlidir. Buna görə də kollegiya iddia tələbinin mahiyyətini nəzərə alaraq mübahisəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdlərin etibarsızlığına dair müddəaları baxımından qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 339-cu və 340-cı maddələrində isə yanılmanın, aldatmanın, zorakılığın, hədə-qorxunun və digər iradə qüsurlarının təsiri altında bağlanmış əqdlərin etibarsız hesab olunmasının əsasları müəyyən edilmişdir. Lakin iş materialları ilə mediasiya xxxxnin bağlanması zamanı iddiaçının iradəsinin qüsurlu olmasını, onun aldadıldığını, mühüm yanılmanın təsiri altında hərəkət etdiyini, yaxud hədəqorxu və ya digər qanunla nəzərdə tutulmuş halların mövcudluğunu təsdiq edən mötəbər və kifayət qədər sübutlar müəyyən edilməmişdir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının Mərdəkan qəsəbəsində yerləşən bağ evinin onun ayrıca əmlakı hesabına əldə olunmasına dair istinadları özlüyündə mediasiya sazişinin etibarsız hesab olunması üçün əsas təşkil etmir. Şəxsin özünə məxsus əmlak üzərində sərəncam vermək hüququ mövcuddur və sonradan həmin sərəncamın nəticələri ilə razılaşmaması bağlanmış sazişin etibarsızlığına səbəb ola bilməz. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirmiş, iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən etmiş və maddi, eləcə də prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, iş materiallarından tərəflərin qarşılıqlı razılığı əsasında mediasiya sazişi bağladıqları müəyyən edilir. Həmin saziş tərəflər arasında mövcud olan əmlak xarakterli mübahisələrin həllinə yönəlmiş və qarşılıqlı güzəştlər əsasında əldə edilmiş razılaşmanı əks etdirmişdir. İşdən görünür ki, cavabdeh sazişin şərtlərinə uyğun davranaraq iddiaçının maraqlarına toxunan məsələlər, o cümlədən avtomobillər üzərində qoyulmuş məhdudiyyətlərin və həbs tədbirlərinin aradan qaldırılması ilə bağlı etiraz etməmişdir. Beləliklə, iddiaçı bağlanmış sazişdən irəli gələn və onun üçün əlverişli olan hüquqi nəticələrdən faydalanmışdır. Bununla yanaşı, iddiaçı sonradan həmin sazişin yalnız öz maraqlarına uyğun olmayan hissələrinin ləğv edilməsini tələb etmiş, lakin sazişin etibarsızlığı üçün qanunla nəzərdə tutulmuş halların mövcudluğunu sübuta yetirə bilməmişdir. Kollegiya hesab edir ki, şəxsin öz iradəsi ilə bağladığı sazişdən irəli gələn əlverişli nəticələri qəbul edib onlardan faydalandıqdan sonra, yalnız öz maraqlarına uyğun olmayan hissələrin ləğvini tələb etməsi hüquqi müəyyənlik, vicdanlılıq və mülki dövriyyənin sabitliyi prinsipləri ilə uzlaşmır. Bu baxımdan iddiaçının davranışı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560-cı maddəsində təsbit edilmiş mülki hüquqların vicdanla həyata keçirilməsi prinsipinə uyğun hesab edilə bilməz və onun iddia tələblərinin əsaslılığına dair dəlillərin qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır.

51. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.

52. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

53. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar