Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6685/2023 27.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsinə xitam verilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh ASC-nin şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, Cavabdeh ASC tərəfindən verilmiş, hazırkı iş üzrə Nəsimi RM-nin xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə təmin edilməsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət təmin edilə bilməz. Belə ki, müəyyən olunur ki, həqiqətən də apellyasiya şikayəti verilməsi müddəti üzrlü səbəb olmada ötürülüb. İşin bu halı Nəsimi RM-nin qərardadında düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 133.1-ci maddəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, Nəsimi RM müddətin bərpası barədə ərizəni rədd etməklə düzgün nəticəyə gəlib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cavabdeh ASC-nin şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6685/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6685/2023
27.10.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver