Məhkəmə qərarları › İş №2(103)-6694/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6694/2022

22.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6694/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı CavabdehMMC-yə qarşı iş üzrə (Açar sözlər: mənəvi zərərə görə kompensasiyanın tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənəvi zərərə görə kompensasiyanın tutulması tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(005)-2509/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli, 1(005)-16/2014 saylı hökmündən görünür ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (xx.xx.2013-cü il tarixədək qüvvədə olan) 263.2-ci və 263.4-cü maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, xx.xx.2012-ci il tarixdə saat 07 radələrində Bakı şəhəri, Nərimaov rayonu, Təbriz küçəsinin “Nəriman Nərimanov” adına kinoteatrının qarşısına düşən yol hissəsində Azərbaycan Respublikasının Qanununun 37 ci maddəinin 1-ci hissəsinin 1-ci bəndinin mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini özündə saxlamalıdır kimi tələblərini pozmaqla nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı halda idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Daewoo BS 090» markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusu Təbriz küçəsi ilə A.Nemətulla küçəsi istiqamətindən Ə.Rəcəbli küçəsi istiqamətində hərəkət üçün nəzərdə tutulmuş hərəkət istiqamətində yolun sağ tərəfində yerləşən avtobus dayanacağından Ə.Rəcəbli küçəsi istiqamətində hərəkətə başlayaraq, A.Nemətulla küçəsinə doğru hərəkət edə bilməsi üçün yolun hərəkət istiqamətlərini bir-birindən ayıran təhlükəsizlik adacığına doğru hərəkət edib həmin adacığın geriyə dönmə üçün nəzərdə tutulmuş hissəsindən deyil, dönməyə icazə verilməyən yerindən geriyə dönərək A.Nemətulla küçəsi istiqamətində hərəkət etmək üçün saatda 10 kilometr sürətlə irəliləyən zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar kimi, habelə həmin qanunun 50-ci maddəsinin 1-ci hissəsinin sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddi qədər azaltmaq üçün mümkün olan təsiriləri görməlidir kimi tələblərini pozaraq, Təbriz küçəsi ilə A.Nemətulla küçəsi istiqamətindən Ə.Rəcəbli küçəsi istiqamətində hərəkət üçün nəzərdə tutulmuş hərəkət hissəsində, yolun hərəkət istiqamətlərini birbirindən ayıran təhlükəsizlik adacığından 6 metr aralı məsafədə yolu keçən piyada X3 avtobusun qabaq hissəsi ilə vurduqdan sonra, sonuncu yıxıldığından idarə etdiyi avtobusun sol təkəri ilə onun üzərindən keçməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs piyada X1 sağ yanaq nahiyəsinin, boynunun sağ yan səthinin, sağ dilək oynağının arxa səthinin, sağ budun ön sothinir sol budun ön-bayır səthinin, sağ kürək nahiyəsinin, sağ sağrının yuxarı bayır kvadratının və sol baldırın sıyrıqları, sol çiyin qurşağının yuxarı və arxa səthinin, döş qəfəsinin sol yansının ön səthinin, sağ budun arxa səfthinin, sağ kürəkaltı nahiyənin, belin yuxarı hissəsinin və sağ bel nahiyəsinin qançırları, sol qulaq seyvanının sırğalığının cırılmış yarası, başın dərialtı yumşaq toxumalarına qansızma, kələ tağı və əsası sümüklərinin sınığı, baş beyin toxumasının əzilməsi, beyin toxumasına və mədəciklərinə qansızma, hər iki körpücük sümüyünün sınığı, sol ll-lll-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların, sağ lll-X qabırğaların, döş sümüyünün sınığı, ağ ciyər toxumalarına qansızma kimi həyat üçün təhlükəli və ölümü ilə birbaşa səbəbli əlaqədə olan ağır zərər vurmaya aid zərər vurmaqla ölməsinə səbəb olaraq yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Bundan başqa, «Daewo BS090» markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X11 hadisədən sonra "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin mexaniki nəqliyyat vasitəsinin sürücüsü yolnəqliyyat hadisəsi baş verdikdə zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, "Təcili tibbi Yardım" maşını çağırmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli və hadisə yerinə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının əməkdaşının gəlməsini gözləməli olduğu halda bu tələbləri pozaraq, yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydasını pozması səbəbindən Azərbaycan Respublikası CM-in 263-cü maddəsində nəzərdə tutulmuş, nəticənin baş verdiyi halda yolnəqliyyat hadisəsi yerindən qaçmışdır. Bununla da, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ittiham edilmişdir.

2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(005)- 16/2014 saylı hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (xx.xx.2013-cü il tarixinədək qüvvədə olan) 264-cü maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilmiş, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (xx.xx.2013-cü il tarixinədək qüvvədə olan) 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdir.

3. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2015-ci il tarixli, 1(103)-211/15 saylı hökmü ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü təqsirləndirilən şəxs X8 CM-in 264-cü maddəsi ilə bəraət verilməsinə aid hissədə ləğv edilmiş, X11 CM-in 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs X6 müdafiəçisinin apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmişdir.

4. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2016-cı il tarixli, 1(102)-1289/2016 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2015-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

5. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin Bakı Apellyasiya Məhkəməsinə ünvanlandığı xx.xx.2022-ci il tarixli 770/22 saylı məktubunda göstərilmişdir ki, X11 ilə Cavabdeh MMC arasında əmək münasibətləri mövcud olmamış və X11 hər hansı bir mülki hüquqi müqavilə əsasında Cavabdeh MMC-yə xidmət göstərməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh MMC-yə qarşı “mənəvi zərərə görə kompensasiyanın tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Çinar-Trans" MMC-dən 50000 (əlli min) manat məbləğində pul vəsaitinin mənəvi zərərə görə tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Çinar-Trans" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi X12 təqsiri üzündən əri Kəmaləddin Abdullayev avtobusla vurulduğundan, sonra da üzərindən keçilərək, həyat üçün təhlükəli olan xəsarətlər yetirildiyindən faciəvi şəkildə həlak olmuşdur. Belə ki, İlham Qasımov cavabdehin işçisi olaraq 202 nömrəli marşrut xətti üzrə 1-31 dekabr 2012-ci il tarixədək Bakı və Abşeron ərazisində etibarlı olan 01 nömrəli yol vərəqi əsasında ona təhkim olunmuş “Daewoo BS 090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusu 12 dekabr 2012-ci il tarixdə, saat 06.45-də radələrində həmin nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan X8 vermiş, nəticədə sonuncu həmin gün saat 07 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vasiqəsini özündə saxlamalıdır kimi tələblərini pozmaqla, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Daewoo BS 090» markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusu Təbriz küçəsi ilə A.Nemətulla küçəsi istiqamətindən Ə.Rəcəbli küçəsi istiqamətində hərəkət üçün nəzərdə tutulmuş hərəkət istiqamətində yolun sağ tərəfində yerləşən avtobus dayanacağından Ə.Rəcəbli küçəsi istiqamətində hərəkətə başladaraq, A.Nemətulla küçəsinə doğru hərəkət edə bilməsi üçün yolun hərəkət istiqamətlərini birbirindən ayıran təhlükəsizlik adacığına doğru hərəkət edib, həmin adacığın geriyə dönmə üçün nəzərdə tututmuş hissəsindən deyil, dönməyə icazə verilməyən yerindən geriyə dönərək, A.Nemətulla küçəsi istiqamətində hərəkət etmək üçün saatda 10 kilometr sürətlə irəliləyən zaman “Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır kimi, habelə həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərini pozaraq, Təbriz küçəsi ilə A.Nemətulla küçəsi istiqamətindən Ə.Rəcəbli küçəsi istiqamətində hərəkət üçün nəzərdə tutulmuş hissəsində, yolun hərəkət istiqamətlərini bir-birindən ayıran təhlükəsizlik adacığından 6 metr aralı məsafədə yolu keçən piyada X3 avtobusun qabaq hissəsi ilə vurduqdan sonra sonuncu yıxıldığından, idarə etdiyi avtobusun sol təkəri ilə onun üzərindən keçməklə, zərərçəkmiş şəxs piyada X1 sağ yanaq nahiyyəsinin, boynunun sağ yan səthinin, sağ dirsək oynağının arxa səthinin, sağ budun ön səthinin, sol budun iç-bayır səthinin, sağ kürək nahiyyəsinin, sağ sağrının yuxarı bayır kvadratının və sol baldırın sınıqları, sol çiyin qurşağının yuxarı və arxa səthinin, döş qəfəsinin sol yarısının ön səthinin, sağ budun arxa səthinin, sağ kürəkaltı nahiyyənin, belin yuxarı hissəsinin və sağ bel nahiyyəsinin qançırları, sol qulaq seyvanının sırğalığının cırılmış yarası, başın dərialtı yumşaq toxumalarına qansızma. kəllə tağı və əsası sümüklərinin sınığı, baş beyin toxumasının əzilməsi, beyin toxumasına və mədəciklərinə qansızma, hər iki körpücük sümüyünün sınığı, sol İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların, sağ İİ1-X qabırğaların, döş sümüyünün sınığı, ağ ciyər toxumalarına qansızma kimi həyat üçün təhlükəli və ölümü ilə birbaşa səbəbli əlaqədə olan ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmiş və hadisədən sonra mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi baş verdikdə zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli və hadisə yerinə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının əməkdaşının gəlməsini gözləməli olmasına dair "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, törətdiyi ərinin ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Cinayət hadisəsini törədən X11 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2014-cü il tarixli, 1(005)-16/2014 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə ona bəraət verilmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 13 fevral 2015-ci il tarixli, 1(103)-211/15 nömrəli hökmü ilə Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2014-cü il tarixli, 1(005)-16/2014 nömrəli hökmü qismən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə bəraət verilməsi hissəsində ləğv edilmiş, Gündüz Məhərrəmov həmin maddə ilə də təqsirli bilinmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 sentyabr 2016-cı il tarixli, 1(102)-1289/16 nömrəli qərarı ilə Gündüz Məhərrəmov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Hökm 13 fevral 2015-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həyat yoldaşı həm Sumqayıt şəhərində kimya zavodunda işləmiş, həm də özünə məxsus «Qazel» markalı avtomobili ilə fərdi qaydada yük daşımaqla məşğul olmuşdur. Onun aylıq qazancı təxminən 800-850 manat olmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(005)-16/2014 nömrəli hökmünün 4-cü səhifəsinin 2-ci abzasında zərərçəkmişin hüquqi varisi qismində ifadəsi yazılmış X9, 5-ci səhifəsinin 2-ci abzasında şahid qismində ifadəsi yazılmış X13 həyat yoldaşının Sumqayıt şəhərində kimya zavodunda işləməsini və fərdi qaydada yük daşımasını təsdiq edirlər. “Çinar-Trans" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi X15 202 nömrəli marşrut xətti üzrə 1-31 dekabr 2012-ci il tarixədək Bakı və Abşeron ərazisində etibarlı olan 01 nömrəli yol vərəqi əsasında ona təhkim olunmuş “Daewoo BS 090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusu qanunsuz olaraq həmin nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan X8 verdiyinə görə ərinin ölməsinə səbəb olan cinayət hadisəsi törənmişdir. Qeyd olunan fakt həm Gündüz Məhərrəmovun, həm X12 ifadələri ilə, həm də 1-31 dekabr 2012-ci il tarixədək Bakı və Abşeron ərazisində etibarlı olan 01 nömrəli yol vərəqi ilə təsdiq olunur. Belə ki, cavabdeh tərəfindən verilmiş həmin yol vərəqində sürücü qrafasında “X15", idarə etdiyi nəqliyyat vasitəsi (markası, dövlət qeydiyyat nişanı) qrafasında “Daewoo BS 090, **-TG-***" qeyd olunmuşdur. Yəni nəqliyyat vasitəsini Gündüz Məhərrəmova cavabdehin işçisi qanunsuz olaraq sürücülük hüququ olmayan başqa bir şəxsə vermiş və onun mülki hüquq pozuntusu törətməsi nəticəsində 20 illik həyat yoldaşı faciəvi şəkildə ölmüşdür. Qeyd olunan fakt həm Gündüz Məhərrəmovun, həm X12 ifadələri ilə, həm də 1-31 dekabr 2012-ci il tarixədək Bakı və Abşeron ərazisində etibarlı olan 01 nömrəli yol vərəqi ilə təsdiq olunur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2014-cü il tarixli, 1(005)-16/2014 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin 13 fevral 2015-ci il tarixli, 1(103)-211/15 nömrəli qanuni qüvvə minmiş hökmləri hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və X10 məhkəmə-tibbi ekspertizasının 29 dekabr 2012-ci il tarixli, 97 nömrəli rəyindən görünür ki, X2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir - sağ yanaq nahiyyəsinin, boynunun sağ yan səthinin, sağ dirsək oynağının arxa səthinin, sağ budun ön səthinin, sol budun ön-bayır səthinin, sağ kürək nahiyyəsinin, sağ sağrının yuxarı bayır kvadrantının və sol baldırın sıyrıqları, sol çiyin qurşağının yuxarı və arxa səthinin, döş qəfəsinin sol yarısının ön səthinin, sağ budun arxa səthinin, sağ kürəkaltı nahiyyənin, belin yuxarı hissəsinin və sağ bel nahiyyəsinin qançırları, sol qulaq seyvanının sırğalığının çırılmış yarası. Meyitin daxili müayinəsi zamanı başın dərialtı yumşaq toxumalarına qansızma. kəllə tağı və əsası sümüklərinin sınığı, baş beyin toxumasının əzilməsi, beyin toxumasına və mədəciklərinə qansızma, hər iki körpücük sümüyünün sınığı, sol 1İ-Uİ- 1VV-Vİ-Vİİ-Vİİİ- İX-X qabırğaların, sağ İİİ-X qabırğaların, döş sümüyünün sınığı, ağ ciyər toxumalarına qansızma. Göstərilən xəsarətlər həyatidir, mərhumun ölümündən bir az əvvəl güclü küt zərbə təsirindən törənmişdir və hərəkətdə olan avtonəqliyyat vasitəsinin qabarıq hissələri ilə vurulma, sonra isə onun üzərindən keçilməsi zamanı əmələ gələ bilərdi və canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vura xəsarətlərin əlamətlərini daşıyır. X2 ölümünə səbəb avtonəqliyyat hadisəsi zamanı kəllə sümüklərinin sınması nəticəsində inkişaf edən, baş beyin toxumasının əzilməsi, beyin toxuma və mədəciklərinə qansızma olmuşcur. Ölüm meyitin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Rəyi oxuyarkən belə xəsarətlərin sayından və meyitin düşdüyü vəziyyətdən adamın əhvalı pisləşir. Düşünün gözünün önündən getməyən o meyiti görmək ona nələr yaşadır. Cavabdehin işçisinin hüquqazidd hərəkətləri və baş verən hadisə nəticəsində uşaqlarının atası, ailəni dolandıran, onun üçün əziz insan olan əri öldüyünə görə ona mənəvi zərər dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində ailəni dolandıran, yaxın qohumunun - ərinin faciəvi şəkildə ölməsindən sonra davamlı iztirablara məruz qalır. Həyat yoldaşını bir daha görə bilməyəcəyini dərk etdiyindən acizlik çəkir, sarsıntı, iztirab keçirir. 20 illik birgə yaşadığı əziz insan faciəvi səkildə ölmüşdür. Bir qadın olaraq həyatının məhv olduğunu hər gün düşünmək iztirablarını təzələyir. Hər gün Kəmaləddini görmək istəyi, bunun mümkün olmayacağını dərk edən qəlbindəki, ağlındakı ümidsizlik, acizlik, köməksiz vəziyyət ona rahatlıq verməyərək, baş vermiş hadisəni unutmağa qoymur, ömrünün sonunadək tək qalacağı, bu yükü necə çəkəcəyi, ömrünün necə olacağının qeyri-müəyyənliyi həyatının normal ahəngini pozmuş, yasama sevincini azaltmışdır. Elə bil onun üçün zaman getmir, sanki hadisə dünən baş veribdir. Çəkdiyi nigarançılıq, ruhi sarsıntı və iztirablar yüngülləşmək bilmir.

8. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(005)- 2509/2022 saylı qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia tələbi qismən təmin edilmiş, CavabdehMMC-dən 20000 (iyirmi min) manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsindən də göründüyü kimi Cavabdeh MMC-nin işçisi X15 olmuşdur və 1-31 dekabr 2012-ci il tarixədək Bakı və Abşeron ərazisində etibarlı olan 01 nömrəli yol vərəqi MMC tərəfindən məhz hadisəni törədən şəxs, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan X8 yox, şirkətin öz işçisinə verilmişdir. Qeyd olunan cinayət işi üzrə hökmlər və qərar da Qasımov İlhamın törətdiyi hüquq pozuntusuna aid deyildir. Buna görədə, ümumiyyətlə hazırki iş üzrə cavabdeh qismində Cavabdeh MMC çıxış edə bilməz. Həmçinin, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, X2 ölümü nəticəsində ona mənəvi zərər dəymişdir və onu nigarançılıq, ruhi sarsıntı və iztirablar çəkməyə məruz qoymuşdur. Lakin, həmin mənəvi sarsıntının keçirdiyi, iztirab çəkdiyi barədə İddiaçı tərəfindən heç bir tibbi arayış, psixoloji müayinədən keçməsi və ya müalicə alması ilə bağlı bir sənəd məhkəməyə təqdim olunmamışdır. Onu da qeyd etmək lazımdır ki, hadisə 12 dekabr 2012-ci il tarixində baş vermişdir, iddia ərizəsi isə 10 il sonra, yəni 2022-ci il tarixində verilmişdir. İddianın hadisənin baş verməsindən bu qədər uzun müddət sonra verilməsi bunu göstərir ki, iddia formal xarakter daşıyır. Belə ki, mənəvi iztirabın keçirilməsini sübuta yetirilməsi çətin olsa belə, inandırıcılıq baxımından iddianın 10 il sonra verilməsi onu göstərir ki, bu formal iddiadır və həqiqətə uyğun deyildir. Bakı Şəhəri Nərimanov RayonMəhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(005)-2509/2022 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin olunaraq Cavabdeh MMC-dən 20000 (iyirmi min) manat məbləğində pulun İddiaçı Qafuz qızının xeyrinə ödənilməsi qət olunmuşdur. Həmin qətnamə əsassız və qanunsuz olduğundan ləğv edilməli və iddia rədd edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır.

16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

17. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

18. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

19. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli Qərarının 10-cu bəndində izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü,peşə və sənəti,cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər.

20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi təmin olunmamalıdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

29. İşin müəyyən edilmiş hallarına əsasən "xxxx" MMC-nin işçisi X15 idarə etdiyi «Daewoo BS 090» markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini (avtobusu) qanunsuz olaraq sürücülük hüququ olmayan Gündüz Məhərrəmova idarə etməyə vermiş və sonuncunun xx.xx.2012-ci il tarixdə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində X4 aldığı xəsarətdən ölmüşdür. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(005)-16/2014 saylı hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (xx.xx.2013-cü il tarixinədək qüvvədə olan) 264-cü maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilmiş, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (xx.xx.2013-cü il tarixinədək qüvvədə olan) 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2015-ci il tarixli, 1(103)-211/15 saylı hökmü ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü təqsirləndirilən şəxs X8 CM-in 264-cü maddəsi ilə bəraət verilməsinə aid hissədə ləğv edilmiş, X11 CM-in 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2016-cı il tarixli, 1(102)- 1289/2016 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2015-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh MMC-nin Bakı Apellyasiya Məhkəməsinə ünvanlandığı xx.xx.2022-ci il tarixli 770/22 saylı məktubundan görünür ki, X11 ilə Cavabdeh MMC arasında əmək münasibətləri mövcud olmamış və X11 hər hansı bir mülki hüquqi müqavilə əsasında Cavabdeh MMC-yə xidmət göstərməmişdir.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, "xxxx" MMC-nin işçisi X15 idarə etdiyi nəqliyyat vasitəsini qanunsuz olaraq sürücülük hüququ olmayan Gündüz Məhərrəmova vermiş, sonuncunun xx.xx.2012-ci il tarixdə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində X4 aldığı xəsarətdən ölmüşdür. Cavabdeh "xxxx" MMC həmin nəqliyyat vasitəsinin Gündüz Məhərrəmov tərəfindən qanunsuz idarə edilməsində təqsiri sübuta yetirilməmişdir. Belə olduğu halda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün həmin mənbənin sahibi məsuliyyət daşımır.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

32. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

33. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır.

34. Mülki Məcəllənin 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

35. Göründüyü kimi, işin müəyyən edilmiş halları ilə iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində cavabdeh tərəfindən dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia tələbi cavabdeh "xxxx" MMC-yə qarşı təmin edilə bilməz.

36. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

38. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin edilməməlidir.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(005)- 2509/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı CavabdehMMC-yə “mənəvi zərərə görə kompensasiyanın tutulması tələbinə dair” iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar