Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6698/2023 20.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iş üzrə (Açar sözlər: aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2049/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh X3 ilə 12 aprel 2011-ci il tarixdə Bakı şəhər Xəzər rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur.
2. Tərəflərin birgə nikahından 02 iyun 2012-ci il təvəllüdlü X9 və 06 yanvar 2014-cü il təvəllüdlü X4 doğulmuşdur.
3. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi e-2(002)-1301/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə X3 arasında olan nikahın pozulması, 02 iyun 2012-ci il təvəllüdlü X5 atası Cavabdeh, 06 yanvar 2014-cü il təvəllüdlü X2 İddiaçı yanında saxlanılması qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 12 aprel 2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, nikahları Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində qeydə alınımışdır. Birgə nikahlarından 02 iyun 2012-ci il təvəllüdlü X9 və 06 yanvar 2014-cü il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da sonradan münasibətləri pozulmuşdur. Cavabdeh uşaqları ilə maraqlanmır və uşaqların saxlanması üçün heç bir maddi köməklik etmir. Ona görə də cavabdehdən uşaqlarının saxlanması üçün əmək haqqısının (əlavə gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulmasını istəyir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft şirkətində maşinist vəzifəsində işləyir və təxmini əmək haqqısı 1300 manat civarındadır. Ona görə də Cavabdeh 02 iyun 2012-ci il təvəllüdlü X9 və 06 yanvar 2014-cü il təvəllüdlü X1 üçün əmək haqqısının (əlavə gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2049/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, xx.xx.2019-ci il tarixdən başlayaraq Cavabdeh 02 iyun 2012-ci il təvəllüdlü X5 və 06 yanvar 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün əmək haqqının və əlavə gəlirlərinin 1/3 hissəsində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi, Cavabdehdan 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, cavabdehin uşaqlarını saxlamağa borclu olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1.2-ci maddələri, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5, 78.2, 100.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 112.1.3, 234.2.1, 216-220 və 360-cı maddələri, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2, 9.4, 119.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-2049/2019 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin e-16(002)24/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə alimentin müvəqqəti tutulmasına dair ərizə qismən təmin edilmiş və iş üzrə yekun məhkəmə aktıçıxarılanadək məndən övladlarımın saxlanması üçün hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat məbləğində müvəqqəti alimentin tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Məhkəmənin sonrakı iclaslarında işin araşdırılması zamanı İddiaçı bildirmişdir ki, mənə qarşı əvvəllər də aliment tələbi ilə bağlı iddiası olub və bu barədə məhkəmə qətnaməsi vardır. Bundan sonra Qaradağ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qeyd olunan müvəqqəti təminat tədbiri barədə qərardad ləğv olunmuşdur. Mən İddiaçı bu izahatından sarsıntı keçirmişəm. Belə ki, bu illər ərzində biz çox mehriban ailə olaraq bir yerdə yaşamışıq ailənin, uşaqların bütün maddi ehtiyaclarının ödənilməsi, ailənin saxlanması ailə başçısı olaraq bütünlüklə mənim üzərimdə olub. Övladlarım, ailəm üçün mümkün qədər qayğısız, firavan həyat yaratmışam. Bir neçə gün əvvəl isə Xəzər rayon icra və Probasiya şöbəsindən şöbəyə dəvət olunmuşam və həqiqətən də haqqımda belə bir qətnamə çıxarılmasından xəbərdar olmuşam. İddiaçı ilə nikahımız bağlandığı tarixdən 2023-cü ilin əvvəlində iddiaçı uşaqları da götürüb yaşadığımız evi tərk edənədək bir ailə, bir ocaq olmuşuq. Ailəmizin bütün ehtiyaclarının qarşılanması mənim tərəfimdən olub. Çalışmışam ki, övladlarım ehtiyacın nə olduğunu bilməsinlər, aldığım əmək haqqını son qəpiyəcən ailəmə, uşaqlarıma xərcləmişəm. ailəcanlı olduğum bütün yaxın dosttanışlarıma da yaxşı məlumdur. Dəfələrlə iş yoldaşlarım, dostlarım öz ailələri ilə birgə bizim evdə tədbirlərdə olublar. Bu illər ərzində o cümlədən 2019-2022-ci illərdə evə aldığımız məişət əşyalarının alınmasına dair çoxsaylı sənədlərdən də görünür ki, əşyaların çatdırılması ünvanı yaşadığımız Buzovna, Şağan qəsəbəsi, Təzə sahə, Nüsrət Məmmədov (ünvan 1 ünvanı əlaqə nömrələri olaraq İddiaçı birgə yaşadığımız evin ev telefon nömrəmizi **********, öz nömrəsi ilə yanaşı mənim istifadə olan ********** mobil nömrəsini göstərib (əlavə olunur). Əslində xırda görünən bu halın özü belə bunu təsdiq edir ki, biz bir evdə yaşayıb birgə təsərrüfat aparmasaydıq, bir ailə olmasaydıq iddiaçı bu əşyaları niyə mənim evimə gətirirdi? əgər mən ailə, uşaqlarımla maraqlanmırdımsa, uşaqlarıma baxmırdımsa necə ola bilər ki, evə bu qədər məişət əşyalarıalmışıq. Bu əşyaların bəziləri hələ də yaşadığımız evdədir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, iddiaçının tələbi 2019-cu ildə aliment olmuşdur. 2023-cü ildə isə nikahı pozulub, uşaqlardan biri ananın, digəri isə atanın yanında qalırlar. Cavabdeh yeni xəbər tutdu ki, 2019-cu il tarixli qətnamə var. 2023-cü il yanvar ayında problemlər olmuşdur. İddiaçı uşaqları götürüb gedir, sonradan uşaqlardan biri atasının yanına qaçıb gəlir. Daha sonra müvəqqəti alimentin tutulması barədə qərardad çıxarılır. İcraya yönəldiləndə məlum olur ki, 2019-cu il tarixli alimentlə bağlı qətnamə var. İcraya iddiaçı ərizə yazaraq cavabdehlə barışdığını bildirmişdir. Qaradağ Rayon Məhkəməsi də öz qərardadını ləğv etmişdir. Səbəb bizə də məlum deyil ki, niyə nikah pozulmadan alimentlə bağlı müraciət etmişdir. Məhkəmə araşdırma aparmamışdır, yalnız şifahi izahata əsaslanıb əsassız qətnamə qəbul etmişdir. 2022-ci ildə əmlak alanda da iddiaçı ev telefonun nömrəsini qeyd etmişdir. İddiaçı hətta tərcümeyi-halda da həyat yoldaşı, faktiki ünvan və s. məlumatları yazılmışdır. Nikah 2023-cü ildə pozulub. 2023-cü ilin yanvar ayından iddiaçı uşaqları götürüb getmişdir. Özbaşına tikili olduğuna görə ünvan bəzi yerlərdə Nüsrət Məmmədov, bəzi yerlərdə ünvan 2 qətnamədə aliment tutulmayıb. Uşaqlardan biri atanın, digəri ananın yanında saxlanması qət edilmişdir. Məhkəmə iclasını təxirə salsanız, həmin qətnaməni təqdim edə bilərəm. İddiaçının «nikahın pozulması, uşağın ananın yanında qalması və aliment» tələbinə dair Qaradağ rayon Məhkəməsində qətnamə qüvvəyə minmişdir. İddiaçının aliment tələbinə dair 2023-cü iddia ərizəsində qeyd edilmişdir ki, aliment Qardağ Rayon Məhkəməsinə müraciət etdiyi andan hesablansın. İddiaçı 2019-cu ildə belə bir iddia qaldırdığını unutmuşdur. Qaradağ Rayon Məhkəməsində iddia qismən təmin edilir, çünki 2019-cu il tarixli qətnamə mövcüddur. Qətnamə onda olan məlumata görə qüvvəyə minmişdir. 2019-cu il tarixli qətnamədən cavabdehin xəbəri olmamışdır. 2019-cu ilin mayından 2022-ci ilin dekabrına qədər tərəflər birgə yaşayıb, əmlaklar alıblar. Alınan əşyalar ev əşyalardır. İddiaçı həm aliment tələbi qaldırıb, həm də icraya ərizə ilə müraciət edərək barışdığını və cavabdehin iş yerinə sənədin göndərilməməsini bildirib. Əgər cavabdeh uşaqlarına baxmasaydı, iddiaçı ev əşyaları gedib almazdı. Təqdim etdiyi sənədlərdə də iddiaçı cavabdehin əlaqə nömrəsini qoymuşdur. Bu da onu təsdiq edir ki, onlar birgə yaşayıblar. Hətta, 2022-ci ildə mebel alıblar. Tərcümeyi-halda da iddiaçı yoldaşını, faktiki ünvanını qeyd etmişdir. İddiaçının 2019-cu il iddiası tam əsassızdır. Cavabdehin işlədiyi yerdən arayış da təqdim ediblər ki, 2019-cu ildən 2023-cü ilin iyul ayına qədər alimentin tutulması barədə icra sənədi daxil olmamışdır. Əgər icraya yönəlmiş olsa idi, bu da məlum olardı. Müvəqqəti təminat tədbiri barədə qərardadı da hakim daha sonra ləğv etmişdir. Barışıq sazişinin özü də sübut edir ki, onlar birgə yaşayıblar. 2019-cu ilin iddiası tamamilə əsassızdır. Cavabdeh 1000,1200,14000 manat əmək haqqı almışdır. Cavabdehin ən aşağı maaşı 940 manat olmuşdur.
13. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, dəfələrlə icraya gedib, icraçı sənədlərini itirmişdir. Cavabdeh heç bir evlə bağlı tələbatı ödəməyib. Hazırda adına olan kreditləri də ödəmir. Ailə başçısı kimi cavabdeh vəzifələrini yerinə yetirməmişdir. O atasının adına kredit götürüb. Anasına borclu olub. İcraçının gedişatı belə tələb etməsi olmuşdur. İcraçı ilə onlar danışmışdılar ki, 2019-cu il tarixli qətnamə icra edilsin. İcraçıya bank rekvizitlərini də təqdim edib. Həmin icraçını işdən də çıxarılıb. Birgə yaşadığı dövrdə aldığı əmlakar onun adına olub, onları hazırda təkbaşına ödəməli deyil. Mebellər 2023-cü ilə qədər alınmayıb. Cavabdehə heç bir bank kredit vermədiyi üçün o öz adına kredit götürüb. O bu il məhkəmədə iddia qaldıranda bu barədə ona dedilər ki, icra edilməmiş qətnamə mövcüddur. Cavabdehin 2019-cu il qətnaməsindən xəbəri olub. 2019-cu ildə icraya heç bir ərizə yazmayıb. Cavabdeh öhdəlikləri yerinə yetirmədiyinə görə icraçı ona köhnə tarixlə ərizə yazdırmışdır. 2019- 2023-cü illər arasında alınan əmlaklar onun adına olub. İşləyib özü ödəyib. Uşaqlar acsussuz qalmırdılar. Cavabdeh qadına aid olan öhdəlikləri ödəmirdi. Uşaqların geyimlərini anası və bacısı alırdı. Ödənişlərini valideynləri edirdi. Evin ehtiyaclarını qarşılamaq məcburiyyətində olduğu üçün əmlaklar alıb. Evi idarə edən o olub. Uşaq pulu da alıb. 300 manata yaxın maaş alıb. Cavabdeh maaşını özünə saxlayırdı.
Tətbiq edilən hüquq normaları:
14. Azərbaycan Respublikası Konstitutsiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
15. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
16. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur.
17. Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını mübahisələndirililən hissədə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
23. İşin araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçı 2019-cu il tarixdə aliment tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə də uşaqların mənafeyini əsas götürərək uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması barədə qətnamə qəbul etmişdir. Qətnamə icra edilməsi üçün müvafiq icra şöbəsinə göndərilsə də, İddiaçı icra şöbəsinə xx.xx.2019-cu il tarixdə ərizə ilə müraciət edərək barışdıqlarının nəzərə alınmasını və məcburi icra tədbirini tətbiq etməməyi xahiş etmişdir.
24. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlərdən xx.xx.2023-cü il tarixdə iddiaçının ərizə ilə müraciət edərək qətnamənin icra edilməsini xahiş etməsi müəyyən olunur.
25. Məhkəmə kollegiyası qeyd edir ki, 2023-cü ilin aprel ayınadək alimentin tutulmaması barədə iddiaçı tərəfindən icra şöbəsinə ərizə verilmişdir. Lakin cavabdeh bildirir ki, ona həmin dövr üçün aliment borcu hesablanmışdır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ərizəsində qeyd etdiyi kimi barışıb bir ailə olaraq yaşadıqları dövr üçün əgər aliment borcu hesablanmışdırsa Cavabdeh aliment borcunun silinməsini tələb edə bilər. Lakin apellyasiya şikayətində qeyd edilən hallar birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil.
27. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
28. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
29. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Məhkəmə kollegiyası o cümlədən qeyd edir ki, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyində maşinist vəzifəsində işləyir və 987,69 manat əmək haqqı alır. Birincin instansiya məhkəməsi əmək haqqından 1/3 hissədə aliment tutulmasını qət etmişdir. Bir il ərzində tutulan alimentin məbləği 5000 manatdan az olduğu üçün qətnamədən kassasiya şikayəti verilə bilməz.
31. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur.
32. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2049/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev