Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6699/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə X1 Cavabdehnə qarşı “ödənilməmiş əmək haqqının və pul təzminatının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 fevral 2021ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) 10 fevral 2021-ci il tarixli qərardadı ilə X1 Cavabdehnə qarşı “ödənilməmiş əmək haqqının və pul təzminatının ödənilməsi” tələbinə dair iddia ərizəsinin geri qaytarılması qərara alınmış, məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, mülki prosessual qanunvericilik hüquqi şəxsə qarşı iddianın hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməsini nəzərdə tutmuşdur; iddiaçının cavabdeh qismində göstərdiyi hüquqi şəxsin ünvanı isə Bakı şəhərinin Nərimanov rayonundadır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət birinci instansiya məhkəməsinin 10 mart 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından Cavabdeh hüquqi ünvanının Bakı şəhərinin Nərimanov rayonunda yerləşdiyi aydın olur; Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə görə isə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2022/2021 saylı iş üzrə 10 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6699/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6699/2021
30.06.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver