Məhkəmə qərarları › İş №2(103)-6710/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6710/2024

10.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6710/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin ödəniş üsulunun dəyişdirilməsi” barədə ilkin iddiasına və Cavabdeh İddiaçı qarşı “aliment məbləğindən əlavə valideynin təhsil haqqına cəlb edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “alimentin ödəniş üsulunun dəyişdirilməsi, aliment məbləğindən əlavə valideynin təhsil haqqına cəlb edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1, Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-6034/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları Quluzadə Fəxri və Quluzadə Kənanın saxlanılması üçün 28 noyabr 2023-cü il tarixindən ödənilməli olan 614 manat aliment miqdarının (1.843,36 manatın üçdə bir hissəsi), 2024-cü ilin mart ayına kimi ödədiyi təhsil haqqı ilə əvəz edilməsi, X4-də yaranmış 783 manat borcun 2024-cü ilin aprel ayı ilə əvəz olunması və 614 manat məbləğində alimentin 29 may 2024-cü ildən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin hakimi İlahə Abbasova tərəfindən 29 fevral 2024-cü il tarixdə 2(011)-355/2024 mülki iş üzrə qətnamə çıxarılmışdır. Qətnamədə övladları 03 aprel 2015-ci il təvəllüdlü X2 və 01 fevral 2018-ci il təvəllüdlü X1 üçün 28 noyabr 2023-cü il tarixindən yəni iddia ərizəsi məhkəməyə daxil olduğu gündən qazancının üçdə bir hissəsi miqdarında aliment tutulması barədə qətnamə çıxarılmışdır. Hər iki övladı X4 özəl təhsil kompleksində təhsil alır və hər ay iddiaçı tərəfindən Quluzadə Fəxri üçün 770 manat (son ödənilmə tarixi 05 mart 2024-cü) Quluzadə Kənan üçün isə 340 manat (son ödənilmə tarixi 20 noyabr 2023-cü il) pul ödənilib. İddiaçının ay ərzində aldığı əmək haqqı (18% vergi çıxıldıqdan sonra) 1.843 manat təşkil edir. Alimentin tutulması qərarı 28 noyabr 2023-cü ildən hesablanmışdır, lakin iddiaçı aliment miqdarını yəni aylıq 614 manatdan çox bir məbləği (770 manat) övladı Quluzadə Fəxrinin təhsil haqqını 2024-cü ilin mart ayına kimi ödəmişdir və semestrin bağlanması üçün ABC təhsil kompleksinə 783 manat borcu qalıb.

3. Cavabdeh (bundan sonra iddiaçı) İddiaçı (bundan sonra cavabdeh) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 və X3 “Azərbaycan British College” Təhsil Kompleksində aldığı orta təhsilə görə iddiaçı tərəfindən təhsil haqqı kimi ödənilən 12.238 manat pulun yarısının, yəni 6.119 manat pulun, həmçinin X2 və X3 orada təhsillərini davam etdiyi müddətdə müvafiq illər üçün təhsil haqqının yarısının cavabdeh İddiaçı alınaraq Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı 24 aprel 2014-cü il tarixdə nikaha daxil olmuşlar. Sonradan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(011)- 355/2024 saylı qətnaməsi ilə nikah pozulmuş, birgə nikahdan doğulmuş 03 aprel 2015-ci il təvəllüdlü X5 və 01 fevral 2018-ci il təvəllüdlü X6 analarının yanında saxlanılmışdır. Uşaqlar ananın himayəsindədir. Cavabdeh İddiaçı ilə “Azərbaycan British College” Təhsil Kompleksi arasında bağlanmış 01 iyun 2020, 26 iyun 2020, 04 may 2021, 21 aprel 2022, 02 iyun 2023-cü il tarixlərdə müqavilələrə əsasən X5 və 02 iyun 2023-cü tarixli müqaviləyə əsasən isə X6 həmin təhsil kompleksində təhsil alırlar. Cavabdeh İddiaçı 02 iyun 2023-cü tarixli müqavilədə müqavilənin tərəfi kimi iddiaçının adını qeyd etsə də müqaviləni özü tərtib etmiş və iddiaçının əvəzindən imzalamışdır. “Azərbaycan British College” Təhsil Kompleksi ümumi orta təhsil müəssisəsidir. Bundan başqa, tərəflər qarşılıqlı razılıq əsasında, cavabdehin də şəxsi istəyi və arzusu ilə oğlanlarını həmin məktəbə qoymuş, məktəblə müqaviləni cavabdeh şəxsən özü bağlamış, əvvəlki illər üçün təhsil haqqını da ödəmişdir. Hazırda cavabdeh 2023-cü il müqaviləsinə əsəsən həm X2, həm də X3 təhsil haqqları ödəməkdən imtina etdiyinə görə iddiaçı “Azərbaycan British College” Təhsil Kompleksinə 2023-cü il müqaviləsinə görə ödənilməyən 7.239 manat pulu, həmçinin 2024- cü il müqaviləsinə görə avans olaraq 5.000 manat pul ödəmişdir. Həm iddiaçı həm də cavabdeh “Socar” əməkdaşı olduğundan övladlarının təhsil haqqları 50% endirimlə hesablanır.

5. Xətai Rayon Məhkəməsinin 2(011)-6034/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə hər iki iddia tələbləri təmin edilməmişdir.

6. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayətinin dəlilləri:

7. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş və qeyd etmişdir ki, rayon məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, rayon məhkəməsi mübahisələndirilən qətnamədə qeyd etmişdir ki, “Dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuzdur. Qeyd olunanlar məhkəmədən belə qənaətə gəlməyə əsas verir ki, dövlət tərəfindən müəyyən edilmiş təhsil standartlarından əlavə olaraq Cavabdeh öz seçimi əsasında övladının təhsili üçün çəkdiyi xərclər əlavə xərc olaraq İddiaçı tələb edilə bilməz. Bu səbəbdən, məhkəmə qarşılıqlı iddia tələbinin rədd edilməsi qənaətinə gəlir...“

8. Mülki iş materiallarına əlavə edilmiş və onun iddiası üzrə cavabdeh İddiaçı ilə “Azərbaycan British College” Təhsil Kompleksi arasında bağlanmış xx.xx.2020, xx.xx.2020, xx.xx.2021, 21.04,2022, xx.xx.2023-cü il tarixlərdə müqavilələrə əsasən X5 və xx.xx.2023-cü tarixli müqaviləyə əsasən isə X6 həmin təhsil kompleksində təhsil alırlar. Hətta xx.xx.2023-cü tarixli müqavilədə müqavilənin tərəfi kimi Cavabdeh qeyd edilsə də, müqavilə İddiaçı tərəfindən doldurulmuş və Cavabdeh əvəzinə onun tərəfindən imzalamışdır. Həmçinin mülki işə baxılarkən İddiaçı bildirmişdir ki, onların arasında nikah 2024-cü ilin fevral ayında pozulsa da, onlar 5 ildən artıq müddətdir ki, birgə təsərrüfat sürmürlər, ayrı yaşayırlar. Lakin buna baxmayaraq iş materiallarına baxanda müəyyən olunur ki, Cavabdeh ilə aralarında olan qarşılıqlı razılaşmaya əsasən və İddiaçı şəxsən öz istəyi ilə oğlanlarını həmin məktəbə qoymuş, məktəblə müqaviləni şəxsən özü bağlamış, əvvəlki illər üçün təhsil haqqını da ödəmişdir.

9. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında da əlavə xərclərdə valideynin məcburi iştirakının əsasızlığını qeyd etsə də, ümumi orta təhsili istisna kimi qəbul etmişdir. Yəni AR KM-si valideynin bu kimi xərclərdə iştiraka cəlb edilməsini əsaslı saymışdır.

10. Bundan əlavə, o, öz mənafelərini yox, himayəsində olan iki uşağın mənafelərini qoruyur. Belə ki, insanın şəxsiyyət kimi formalaşmasında, müəyyən bir həyat tərzinə və əxlaqi keyfiyyətlərə yiyələnməsində yaşadığı mühitin rolu böyükdür. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bu səbəbdən uşaqların artıq öyrəşdiyi mühitdən ayırmaq, alışdıqları təhsil ocağından uzaqlaşdırmaq gələcəkdə onların şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərə bilər.

11. Uşağın öz valideynindən ona layiqli təhsilin verilməsini tələb etmə hüququ var ki, hazırda bu hüququ uşaqların adından onun anası yerinə yetirir. Belə ki, qanunun mənasına görə valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər.

12. Məhkəmə iclası zamanı faziləsiz aparılan audio və video yazılara baxılsa müəyyən olunar ki, İddiaçı özü izahat verərkən bildirmişdir ki, o uşaqlardan birinin təhsil haqqını ödəsə də, Cavabdeh öz payına düşən hissədə təhsil haqqını ödəmirdi. Buradan görünür ki, Cavabdeh ilə İddiaçı arasında faktiki nikah münasibətləri uzun müddət əvvəl pozulsa da, onların qarşılıqlı razılığı və İddiaçı istəyi ilə uşaqları hazırda təhsil aldıqları təhsil müəssisəinə qəbul etdirmişlər və İddiaçı bu zaman təhsil haqqını ödəməyi qəbul etmişdir. Son zamanlara qədər də İddiaçı öz istəyi ilə uşaqların təhsil haqqını ödəmişdir. Hətta nikahları məhkəmə qaydasında rəsmi pozulduqdan sonra da İddiaçı uşaqlardan birinin təhsil haqqını ödəməyə davam etmişdir. Lakin məhkəmə bu halı nəzərə almamışdır. Hətta məhkəmə iclası zamanı İddiaçı təhsil üçün təqribən 340 manat (alimentlə birlikdə 1000 manat) ödəməyə razılıq versə də, məhkəmə bunu nəzərə almayaraq iddia tələbinin qismən təmininə dair qətnamə qəbul etməmişdir. Odur ki, qətnamənin qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilərək, qarşılıqlı iddia tələbi təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

13. Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək göstərdi ki, rayon məhkəməsi qarşılıqlı iddiaya mübasibətdə zəruri araşdırma aparmamış, müəyyən olunmuş hallara, yəni uşqaların təhsil müəssisəsini tərəflərin birgə qərarı əsasında seçilməsi, uşaqların hazırlıq da daxil olmaqla birinci sinifdə həmin təhsil müəssisəsində oxumalarını, təhsil haqqının birlikdə ödənilməsini, hətta tərəflər arasında münasibətlərin faktiki, eləcə də rəsmi olaraq pozulmasından sonrakı müddətdə də cavabdehin bir müddət təhsil haqqını ödəməkdə davam etməsi kimi əhəmiyyətli faktlara düzgün hüquqi qiymət verməmiş, uşaqların üstün hüquqlarının qorunmalı olmasına dair milli və beynəlxalq maddi hüquq normalarının tələblərini nəzərə almamış, eləcə də istinad etdiyi KM-in xx.xx.2015-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeləri səhv təfsir etmiş, nəticədə də düzgün olmayan qətnamə qəbul etmişdir. Odur ki, şikayətin təmin edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və əlavə olaraq da göstərdi ki, o keçmiş arvadı ilə bir şirkətdə işləyirlər, həmin vaxt uşaqların təhsilinin hazırda təhsil aldıqları məktəbdə almalarına dair birgə qərar vermişlər, məktəblə müqavilələri arvadının etibarnaməsinə əsasən o, özü bağlamış, uşaqların təhsil haqqını davamlı olaraq birgə ödəmişlər, hətta münasibətləri pozulandan sonra da təhsil haqqını bir uşağa görə özü ödəmişdir, indi nikahları pozulub, əlavə ehtiyacları var, bu səbəbdən də hesab edir ki, rayon məhkəməsi düzgün qənaətə gəlmişdir.

15. Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və əsas olaraq da tərəflər arasındakı nikahın pozulmasının nəzərə alınmasını, habelə KM-in istinad edilən Qərarında əks olunun mövqeyin hazırkı mübahisəyə də tətbiq edilməli olduğunu göstərdi. Sübutların tədqiqi:

16. Mülki iş materiallarında olan 518101 və 013983 nömrəli doğum haqqında şəhadətnamələrdən müəyyən edilir ki, tərəflər arasındakı nikahdan 03 aprel 2015-ci il təvəllüdlü X5 və 01 fevral 2018-ci il təvəllüdlü X6 anadan olmuşdur.

17. İddiaçı ilə “Azərbaycan British College” Təhsil Kompleksi arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən X5 təhsil haqqı 15400 manat məbləğ olmaqla həmin təhsil kompleksində (2020-2021-ci il tədris ili üçün) təhsil almışdır (i/v 52-60).

18. İddiaçı ilə “Azərbaycan British College” Təhsil Kompleksi arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən X5 təhsil haqqı 15400 manat məbləğ olmaqla həmin təhsil kompleksində (2021-2022-ci il tədris ili üçün) təhsil almışdır (i/v 61-69).

19. İddiaçı ilə “Azərbaycan British College” Təhsil Kompleksi arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən X5 təhsil haqqı 15400 manat məbləğ olmaqla həmin təhsil kompleksində (2022-2023-cü il tədris ili üçün) təhsil almışdır (i/v 70-78).

20. İddiaçı ilə “Azərbaycan British College” Təhsil Kompleksi arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən X5 təhsil haqqı 15400 manat məbləğ olmaqla həmin təhsil kompleksində (2023-2024-cü il tədris ili üçün) təhsil almışdır (i/v 79-86).

21. Cavabdeh ilə “Azərbaycan British College” Təhsil Kompleksi arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən X6 təhsil haqqı 15.255 manat məbləğ olmaqla həmin təhsil kompleksində (2023-2024-cü il tədris ili üçün) təhsil almışdır (i/v 87-94).

22. Xətai Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 2(011)-355/2024 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaqlar ananın yanında saxlanılmış, uşaqların saxlanılması üçün İddiaçı qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Alimentin tutulması 28 noyabr 2023-cü il tarixdən hesablanmışdır.

23. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan məlum olur ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsində Təhlil üzrə ekspert vəzifəsində işləyir, əmək haqqı 2748 manat təşkil edir.

24. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan məlum olur ki, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsində təhlil üzrə ekspert vəzifəsində işləyir, əmək haqqı 1590 manat təşkil edir. Tətbiq edilən maddi hüquq

25. Azərbaycan Respublikasının Konstitusiyasının

26. 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

27. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

28. Maddə 29.2. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir.

29. 51.5. Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir.

30. 58.4. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar.

31. 58.5. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər.

32. 58.6. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər.

33. 60.3. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər.

34. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

35. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

36. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

37. 107. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.

38. 112.1.Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsiərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

39. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu:

40. Maddə 18. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuzdur.

41. 34.1. Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində hüquqları aşağıdakılardır:

42. 34.1.1. yetkinlik yaşına çatmayan övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) üçün təlim-tərbiyə müəssisəsini seçmək;

43. “Uşaq hüquqları haqqında” Konvensiya

44. Maddə 1. 18 yaşına çatmamış olan şəxs uşaq sayılır. O hallar istisna təşkil edir ki, milli qanunlara uyğun olaraq yetkinlik yaşı daha erkən yaş çağında nəzərdə tutulur.

45. Maddə 3.1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.

2. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya qanuna görə onun üçün məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər.

3. İştirakçı dövlətlər təmin edirlər ki, uşaqların qayğısına qalmaq və ya müdafiəsi üçün cavabdeh olan idarələr, xidmətlər və orqanlar səlahiyyətli orqanların qoyduqları normalara, o cümlədən təhlükəsizlik və səhiyyə, onların işçi heyətinin say tərkibi və yararlığı, habelə mötəbər nəzarət baxımından cavab versinlər.

46. Maddə 18. Valideynlər uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti birlikdə daşıyırlar.

47. Maddə 27.2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

48. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu

49. Maddə 1. Uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir.

50. Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.

51. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər.

52. Maddə 22. Hər bir uşağın Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə uyğun olaraq təhsil almaq hüququ vardır. Dövlətin təhsil sistemi uşağın şəxsiyyətinin inkişafına, zəruri bilik və bacarıqları tam həcmdə əldə etməsinə şərait yaratmalıdır. Uşaqların icbari ümumi orta təhsildən yayındırılması qadağandır.

53. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarı. Tətbiq edilən prosessual hüquq normaları:

54. Mülki Prosessual Məcəllə Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

55. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən qətnaməni iddiaçının apellyasiya şikayətinə əsasən, qarşılıqlı iddia tələbi hissəsində yoxlayır.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

57. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, qarşılıqlı iddia tələbi hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə, qarşılıqlı iddia tələbi təmin edilməlidir.

58. Qarşılıqlı iddia tələbini təmin etməyən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasında təhsil pulsuzdur. Belə ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd edilir ki, Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 19.18-ci maddəsinə əsasən tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuzdur. Qeyd olunanlar məhkəmədən belə qənaətə gəlməyə əsas verir ki, dövlət tərəfindən müəyyən edilmiş təhsil standartlarından əlavə olaraq Cavabdeh öz seçimi əsasında övladının təhsili üçün çəkdiyi xərclər əlavə xərc olaraq İddiaçı tələb edilə bilməz. Bu səbəbdən məhkəmə qarşılıqlı iddia tələbinin rədd edilməsi qənaətinə gəlir.

59. Göründüyü kimi, rayon məhkəməsinin iddia tələbini rədd edərkən əsasən ona istinad etmişdir ki, qarşılıqlı iddiaçının öz seçimi əsasında övladları üçün ödənişli təhsil müəssisəsi seçmiş, buna görə də, ana uşaqların təhsili üçün çəkdiyi əlavə xərcləri digər valideyndən tələb edə bilməz.

60. Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir.

61. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.

62. “Uşaq hüquqları haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.

63. Konvensiyanın 3-cü maddəsinin 2-ci hissəsinə görə, iştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya qanuna görə onun üçün məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər.

64. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.

65. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

66. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

67. Hazırkı halda, mülki iş materiallarında olan İddiaçı ilə “Azərbaycan British College” Təhsil Kompleksi arasında bağlanmış xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, tərəflərin birgə nikahdan olan övladı X2, Cavabdeh ilə “Azərbaycan British College” Təhsil Kompleksi arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən tərəflərin digər övladı X3 həmin təhsil kompleksində təhsil alması, eləcə də hazırda da təhsillərini həmin təhsil kompleksində davam etdirmələri işin mübahisəsiz halıdır. Eləcə də müəyyən olunur ki, tərəflər arasında hazırda tələb olunan, eləcə də uşaqların aylıq təhsil haqqının məbləği ilə bağlı mübahisə yoxdur.

68. Həmçinin məhkəmə kollegiyasının iclasında cavabdeh İddiaçı Cavabdeh ilə “Azərbaycan British College” Təhsil Kompleksi arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədə H.Quliyevin adı qeyd edilsə də, müqaviləni etibarnamə əsasında özünün imzaladığını bildirmiş və təsdiq etmişdir ki, ilk gündən uşaqların həmin təhsil müəssisəsində oxumalarına birgə qərar vermişlər.

69. Demək ki, tərəflər öz övladlarının həmin təhsil müəssisəsində təhsil alması üçün qarşılıqlı razılaşmışlar və bu onların birgə qərarı əsasında həyata keçirilmişdir.

70. Digər tərəfdən, cavabdeh öz ilkin iddia tələbində də qeyd etdiyi kimi, o, təhsil haqqını özü könüllü ödəmiş, hətta nikah pozulduqdan sonra da ödəməyə davam etmişdir. Bu da öz növbəsində onun övladlarının həmin təhsil komleksində təhsil almasının digər valideynlə birgə seçimi olduğunu təsdiq edir.

71. Bundan başqa, rayon məhkəməsi “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarına da istinad etmişdir.

72. Kollegiya qeyd edir ki, həmin qərar məhz yetkinlik yaşına çatmış şəxslərin təhsili ilə əlaqədar valideynin əlavə xərcə cəlb edilə bilməməsi barədə olmuşdur. Rayon məhkəməsi tərəfindən həmin qərardakı mövqe də təhrif edilmişdir.

73. Belə ki, həmin qərarda qeyd edilir ki, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır.

74. Həmin möqedən də aydın olur ki, valideyn orta təhsil dövründə təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Hazırkı işdə də tərəflər övladlarının orta təhsilini öz seçimləri əsasında qeyd edilən təhsil kompleksində almasını razılaşdırmış, bunun nəticəsində uşaqlar həmin təhsil kompleksində təhsil almaqdadırlar.

75. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə, valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər.

76. Hazırkı halda nəzərə alsaq ki, uşaqların ödənişli xüsusi təhsil müəssisəsində oxumasına dair tərəflər birgə, həm də hələ nikahda olduqları vaxt qərar vermiş, uşaqlar birinci sinifdən, ikinci uşaq isə hazırlıqdan həmin ödənişli təhsil müəssisəsində oxuyur, onda məlum olur ki, yalnız sonradan tərəflər arasında nikahın pozulmasına əsaslanmaqla, onları, şəksiz olaraq gələcək həyata hazırlanması, habelə həyatda uğur qazanmaları üçün daha əlverişli olan təhsildən ayırmaq, eləcə də bu müddət ərzində adaptasiya olduqları və alışdıqları sosial mühitdən qoparmaq, məktəbli uşaqların qorunmalı olan üstün maraqlarına cavab verməməklə yanaşı, həm də onlar üçün ciddi sarsıntı və xəyal qırıqlığına səbəb ola, onlarda nagümanlıq sindiromu yarada bilər. Gələcək xəyallarını quran azyaşlı məktəblilər üçün bunun yolverilməz olduğu şəksizdir. Bunun, həmin yaşda uşaqların hüquqlarının üstün müdafiə edilməsi baxımından da yolverilməz olduğu mübahisəsizdir.

77. Qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbinin təmin edilməsi, həm də uşaqların alışmış (bağlı) olduqları təhsil kompleksində, orada öyrəşmiş olduqları mühit və dostları ilə birgə təhsil almasına, demək ki, uşaqların üstün mənafeyinin təmin edilməsinə xidmət edəcəkdir. Bu məsələdən har hansı əks yanaşma, uşaq hüquqlarının üstün müdafiəsi ilə bağlı yuxarıda istinad olunan milli və beynəlxalq hüquq normalarının tələblərinə zidd olacaqdır.

78. Hazırkı tələb üzrə cavabdehin vəkilinin apellyasiya şikayəti və müvafiq olaraq da iddiaya qarşı etirazında xüsusi olaraq “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarına və həmin qərarda əks olunmuş hüquqi mövqeylərə istinadına münasibətdə isə Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əvvəla, həmin qərarda müzakirə olunan məsələ ali təhsil mərhələsi üzrə ödənişlərdə valideynlərin iştirakı ilə bağlı olmuşdur və həmin qərardakı mövqe də yalnız bu mərhələ ilə əlaqədar olmaqla, ümumi orta təhsil istisna kimi qeyd edilmişdir. Bundan başqa, nəzərdən qaçırmaq olmaz ki, həmin qərarın qəbulundan uzun müddət vaxt keçmişdir və bu müddət ərzində sürətlə inkişaf edən və dəyişən ictimai mübnasibətlər zəmnində hüquq münasibətlərinin və hüquq düşüncəsinin də dəyişməsi və demək ki, dəyişən münasibətlərə yeni yanaşmaların tətbiqi zərurəti ortaya çıxır.

79. Avropa Məhkəməsi bir çox qərarlarında, o cümlədən də Centro Europa 7 S.R.L. və X7rşı 2012-ci il işində göstərmişdir ki, “... qanun həm də müəyyən keyfiyyət standartlarına cavab verməlidir”, “... norma vətəndaşlara öz davranışlarını tənzimləmək imkanı vermək üçün kifayət qədər dəqiqliklə ifadə olunmadığı halda qanun hesab edilə bilməz...”, “... müvafiq olaraq, bir çox qanun labüd olaraq, daha çox və ya az dərəcədə qeyri-müəyyən ifadələrlə formulə edilmişdir və onların təfsiri və tətbiqi təcrübənin işidir... ”

80. “Beles və digərləri Çexiya Respublikasına qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir: Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququ qanunun aliliyi baxımından şərh olunmalıdır, bu tərəflərə öz hüquqlarını müdafiə etməyə imkan verən səmərəli hüquqi müdafiə vasitələrinə malik olmalarını tələb edir.

81. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün presedent hüququnun inkişafı baxımından qərarlarında dəfələrlə göstərmişdir ki, durmadan inkişaf edən ictimai münasibətlər zəminində hüquq münasibətləri də inkişaf edir və dəyişir. Bu baxımdan da hüququn inkişafı və müvafiq olaraq əvvəlki mövqelərdən fərqli mövqelərin ortaya çıxması qaçılmazdır. Nəticə:

82. Göstərilənlərə əsasən, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, qarşılıqlı iddia tələbi hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə, qarşılıqlı iddia tələbi təmin edilməli, iddiaçı tərəfindən təhsil haqqı kimi ödənilən 12.238 manat pulun yarısı, yəni 6.119 manat pul məbləği, həmçinin X2 və X3 “Azərbaycan British College” Təhsil Kompleksində təhsillərini davam etdiyi müddətdə müvafiq illər üçün təhsil haqqının yarısı cavabdeh İddiaçı alınaraq Cavabdeh verilməlidir.

83. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

84. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçının apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu 41 (qırx bir) manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

85. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Xətai Rayon Məhkəməsinin 2(011)-6034/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən, qarşılıqlı iddia tələbi hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilməklə, qarşılıqlı iddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh tərəfindən təhsil haqqı kimi ödənilən 12.238 manat pulun yarısı, yəni 6.119 (altı min yüz on doqquz) manat pul məbləği, həmçinin tərəflərin övladları X5 və X3 “Azərbaycan British College” Təhsil Kompleksində təhsillərini davam etdiyi müddətdə müvafiq illər üçün təhsil haqqının yarısı cavabdeh İddiaçı alınaraq Cavabdeh verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumu cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar