Məhkəmə qərarları › İş №2(103)-6719/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6719/2023

26.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6719/2023 26.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Günel Ələsgər qızına qarşı cehiz əşyaların mənzildən çıxarılması tələbinə dair ilkin, (Bayramova) Günel Ələsgər qızının İddiaçı qarşı qızıl-zinət və cehiz əşyaların təhvil verilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə (açar sözlər: əmlak tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X8 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Günel Ələsgər qızına qarşı cehiz əşyaların mənzildən çıxarılması tələbinə dair ilkin, (Bayramova) Günel Ələsgər qızının İddiaçı qarşı qızıl-zinət və cehiz əşyaların təhvil verilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin N2 iyul 2023-cü il tarixli, 2(005)-65N/2023 nömrəli qətnaməsindən cavabdeh (Bayramova) Günel Ələsgər qızının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları N. İddiaçı ilə cavabdeh X5 arasında olan nikah N4 dekabr 202N-ci il tarixdə ləğv edilmişdir.

2. 20 may 2022-ci il tarixli aktdan müəyyən olunur ki, N saylı hərbi hissənin ərazisində yerləşən on iki mərtəbəli binanın 20 nömrəli mənzilində, xüsusi təyinatlı yaşayış sahəsinin pk/lnt XN2, p-k/lnt Məhərrəmov Zaur barat oğlu və bina komendantı baş çavuş X9 iştirakı ilə mənzildə olan aşağıdakı bütün əşya və avadanlıqlar İddiaçı tərəfindən təhvil alınmışdır: 2 yerli taxt düşək - N ədəd; Uşaq çarpayısı döşəklə - N ədəd; Güzgülü termo - N ədəd; Paltar dolabı N ədəd; Məişət soyuducusu N ədəd; Paltaryuyan maşın - N ədəd; Televizor (LG) - N ədəd; Qonaq masası - N ədəd; Yumşaq stul - 5 ədəd; Xalça (böyük) - N ədəd; Xalça (balaca) - 2 ədəd; Çilçıraq - N ədəd; Telefon aparatı -N ədəd; Paltar ütüsü - N ədəd; Saç ütüsü - N ədəd; Uşaq velosipedi - N ədəd; Gündəlik istifadə olunan qab-qacaq çəngəl, qaşıq; Ailə TV aparatı - N ədəd; Gündəlik istifadə olunan yorğan döşək; Köhnə (istifadə olunmuş) uşaq paltarları; 3-cü sinifə aid olan bir neçə kitab və dəftər.

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən məhkəmə sorğusuna cavab olaraq verilmiş NN iyul 2023-cü il tarixli məktubda qeyd olunur ki, N saylı hərbi hissənin ərazisində yerləşən N2 mərtəbəli binanın 20 nömrəli mənzilində olan əşya və avadanlıqların təhvil verilməsinin özündə əks etdirən 202N-ci ilin sentyabr ayından 2022-ci ilin yanvar ayınadək olan videogörüntülərin videomüşahidə sistemlərinin rəqəmsal qeyd cihazının yaddaşında olmadığı üçün sözügedən tarixlərdə olan videogörüntüləri təqdim etmək mümkün olmamışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayonu, Babək prospekti, ev 86, mənzil 54 ünvanında olan 2 yerli taxt döşək - N ədəd; uşaq çarpayısı döşəklə - N ədəd; güzgülü termo - N ədəd; paltar dolabı N ədəd; məişət soyuducusu N ədəd; paltaryuyan maşın - N ədəd; televizor (LG) - N ədəd; qonaq masası - N ədəd; yumşaq stul - 5 ədəd; xalça (böyük) - N ədəd; xalça (balaca) - 2 ədəd; çilçıraq - N ədəd; telefon aparatı -N ədəd; paltar ütüsü - N ədəd; saç ütüsü - N ədəd; uşaq velosipedi - N ədəd; gündəlik istifadə olunan qab-qacaq çəngəl, qaşıq; Ailə TV aparatı - N ədəd; gündəlik istifadə olunan yorğan döşək; köhnə (istifadə olunmuş) uşaq paltarları; 3-cü sinifə aid olan bir neçə kitab və dəftər olmaqla qeyd edilən əşyaların Günel Ələsgər qızına təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İlkin iddia onunla əsaslandırılmışdır ki, nikahın pozulması, uşaqların atalarının himayəsində saxlanması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 ilə 25 yanvar 20N3-cü ildə bağlanmış nikahın pozulması, N8 mart 20N3-cü il tarixdə anadan olmuş XN, N5 noyabr 20N6-cı il tarixdə anadan olmuş X3 və N7 noyabr 20N7-ci il tarixdə anadan olmuş X4 onun yanında saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin icraatında olan 2(005)- 3509/202N nömrəli mülki işə baxaraq X5 ilə 25 yanvar 20N3-cü il tarixdə Ağstafa rayon Saloğlu qəsəbəsi icra nümayəndəliyi tərəfindən qeydə alınmış və 02 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulmasını qət etmişdir. Nikah pozulana kimi İddiaçı və cavabdeh uşaqlarla birlikdə Nərimanov rayon N saylı hərbi hissənin ərazisində yerləşən N2 mərtəbəli binanın 20 nömrəli mənzilində yaşamışlar. Keçmiş həyat yoldaşının da gətirdiyi cehiz əşyaları da həmin mənzilə yerləşdirilmişdi. Nikah pozulduqdan sonra İddiaçı həmin mənzildən çıxmaq üçün ərizə ilə hərbi hissənin komandirinə müraciət etmişdir. Lakin cavabdeh həmin ünvanda yerləşən mənzili təhvil vermədən yaşamağı davam etdirdi. Müəyyən vaxtdan sonra cavabdehin mənzili hərbi hissəyə təhvil verilməsinə məcbur edildi. Cavabdeh mənzildən çıxdıqdan sonra cehiz əmlaklarını həmin mənzildən çıxartmadı. Hərbi hissənin komandiri tərəfindən komissiya təşkil olunaraq həmin cehiz əmlakları 20 may 2022-ci il tarixində akt tərtib olunaraq İddiaçı təhvil verildi. Təhvil aldığı əşya və avadanlıqları Bakı şəhəri Xətai rayonu ünvan N ünvana gətirdi. Cavabdehə dəfələrlə əşyalarının götürülməsi barədə müraciət etsə də bunun bir köməyi olmamışdır. 25 noyabr 2022-ci il tarixində keçirilən mediasiya prosesində, əşyalarının götürülməsinə, məhkəmədə deyəcəyi çoxlu sözlər var deyərək etiraz etdi.

6. Günel Ələsgər qızı İddiaçı qarşı qızıl-zinət və cehiz əşyaların təhvil verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bir cüt qızıl sırğa, qızıl qolbağı, qızıl üzükdən ibarət brilyant dəst - 7000 manat; qızıl boyunbağı - N500 manat; kənarı qaşlı qızı üzük və tək qaşlı qızıl üzük - 400 manat; kreslo 2 ədəd - 700 manat; N ədəd masa və 6 ədəd oturacaq - N500 manat; servant, termosu və güzgüsü - 2000 manat; gülqabı, böyük vaza, vazalar 2 sayda və böyük xrustal şamdan - N000 manat; çex istehsalı büllur N2 stəkan, N2 nəlbəki - 200 manat; 2 böyük “Versace” vaz, 6 rumkası ilə - N00 manat; yaşıl rəngli su qabı 6 ədəd rumkası ilə, 6 rumka ilə N büllur qrafin - 300 manat; çay dəsti, yemək dəsti, kofe dəsti, birgə lepkalı qaşlı servis, qənd qabları xrustal 6 ədəd, rumkaları N2 ədəd - N500 manat; 6 nəfərlik yemək servisi Çexiya istehsalı, kül qabı büllur - N00 manat; qaşıq, çəngəl, çay qaşığı güllü dəst - 200 manat; qazan dəsti 6 dənəlik - 200 manat; müxtəlif boşqablar 48 ədəd, çaşka 24, 4 cür dəst -N50 manat; böyük gül qabı güllü - N00 manat; mətbəx mebeli - N500 manat; televizor Samsung 82 dioqanal - 500 manat; böyük buxar ütüsü 200 manat; bahalı pərdə 2 ədəd, yanları ilə birlikdə -N000 manat; qoşa çarpayı üçün Türkiyə istehsalı üzlük və 2 ədəd örtük - 500 manat; yataq dəsti mebeli - 3000 manat; xalça 3 ədəd (5X3) - N000 manat; dəsmal N2 ədəd 300 manat; çay dəsmalları 24 ədəd - N00 manat; N ədəd bahalı süfrə, 6 ədəd müxtəlif süfrələr 400 manat; yataq üçün tekstil dəsti 2 ədəd (“Versace”) - 200 manat; 2 ədəd yataq üçün üzlük, mələfə və yastıq üzü 200 manat; şəkillər, toy kaseti, USB flaşkart, disk; qab-qacaq, soyuducu - 800 manat; paltaryuyan, palitom- 700 manat; yeni paltar, yorğan, yastıq, 2 çemodan, mələfələr, örtük, yastıq üzü, dəsmallar, uşağın paltarları və ayaqqabıları, jaket, jilet, şalvar, palto, dublyonka, kaşelyok, kosmetika, döşək içində üzlük; mətbəx masası, telefon, paltar sərmək üçün vasitə, kitablar, dəftərlər; şirəli qazan dəsti və şirəli vedrə - 400 manat; yorğan 3 ədəd, 5 yastıq, N ədəd N8 kqlıq döşək olmaqla qeyd edilən əşyaların, bu mümkün olmadıqda isə onların dəyərinin, həmçinin dövlət rüsumu olaraq ödənilmiş N80 manat pulun cavabdehdən alınıb Günel Ələsgər qızına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Günel Ələsgər qızına qarşı iddia qaldıraraq Günel Ələsgər qızına məxsus cehiz əmlakın bir hissəsinin Günel Ələsgər qızına təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O bildirir ki, həmin əşyaları Bakı şəhəri Xətai rayonu Babək prospekti ev 86 mənzil 54 ünvanda saxlayır. Lakin Ruslan əşyaların hamısını qeyd etməyib və üstəlik qızıllarının bir qismini də özünə saxlayıb. Qeyd etdiyi əşyalar isə yalnız onun tərəfindən ünvan 2 ünvandan çıxarılıb Bakı şəhəri Xətai rayonu, ünvan 3ilən əşyalardır. Məsələ burasındadır ki, bundan əvvəl də Günel Ələsgər qızının əşyalarının əsas hissəsi Bakı şəhəri Xətai rayonu Babək prospekti ev 86 mənzil 54 ünvandakı evinə yerləşdirilib, hansı ki, Ruslan həmin əşyaları siyahıda göstərməyib. Belə aydın olur ki, Ruslan həmin əmlakı, o cümlədən cehiz əşyalarını və qızıllarını mənimsəmək istəyir. Bu fakt sübut edir: N. Şəxsiyyət vəsiqəsi. 2. Fotoşəkillər.

8. İlkin iddia üzrə İddiaçı sonradan ilkin iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, ilkin iddia tələbində qeyd edilənlərdan başqa kreslo - 2 ədəd; servant - N ədəd; güzgülü kamot - N ədəd; xrüstal stəkanlar - N0 ədəd; vaza - 2 ədəd; rumkalar - 6 ədəd; su qabı və rumkalar - 7 ədəd; qrafin stəkanları ilə - 7 ədəd; dəm çayniki - N ədəd; çay dəsti, yemək dəsti, kofe dəsti, qaşlı serviz - 4 dəst; xrüstal duz qabı - 6 ədəd; xrüstal kül qabı - N ədəd; qəndqabı - N ədəd; gül naxışlı çəngəl, bıçaq və qaşıqlar - N dəst; kiçik ölçüdə xalça - N ədəd; versaki loqosu olan yataq örtük dəsti - N ədəd; yataq üçün üzlük, örtük və yastıq üzü - 3 ədəd; çamadan - N ədəd olmaqla qeyd edilən əşyalar cavabdeh Günel Ələsgər qızına təhvil verilməsini xahiş etmişdir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin N2 iyul 2023-cü il tarixli, 2(005)- 65N/2023 nömrəli qətnaməsi ilə ilk iddia təmin, qarşılıqlı iddia qismən təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 86, mənzil 54 ünvanında olan 2 yerli taxt döşək - N ədəd; uşaq çarpayısı döşəklə - N ədəd; güzgülü termo - N ədəd; paltar dolabı N ədəd; məişət soyuducusu N ədəd; paltaryuyan maşın - N ədəd; televizor (LG) - N ədəd; qonaq masası - N ədəd; yumşaq stul - 5 ədəd; xalça (böyük) - N ədəd; xalça (balaca) - 2 ədəd; çilçıraq - N ədəd; telefon aparatı -N ədəd; paltar ütüsü - N ədəd; saç ütüsü - N ədəd; uşaq velosipedi - N ədəd; gündəlik istifadə olunan qab-qacaq çəngəl, qaşıq; ailə aparatı - N ədəd; gündəlik istifadə olunan yorğan döşək; köhnə (istifadə olunmuş) uşaq paltarları; 3cü sinifə aid olan bir neçə kitab və dəftər; kreslo - 2 ədəd; servant - N ədəd; güzgülü komod - N ədəd; xrustal stəkanlar - N0 ədəd; vaza - 2 ədəd; rumkalar - 6 ədəd; su qabı və rumkalar - 7 ədəd; qrafin stəkanları ilə - 7 ədəd; dəm çayniki - N ədəd; çay dəsti, yemək dəsti, kofe dəsti, qaşlı serviz - 4 dəst; xrustal duz qabı - 6 ədəd; xrustal kül qabı - N ədəd; qəndqabı - N ədəd; gül naxışlı çəngəl, bıçaq və qaşıqlar - N dəst; kiçik ölçüdə xalça - N ədəd; “Versace” loqosu olan yataq örtük dəsti - N ədəd; yataq üçün üzlük, örtük və yastıq üzü - 3 ədəd; çamadan - N ədəd olmaqla qeyd edilən əşyaların cavabdeh (Bayramova) Günel Ələsgər qızına təhvil verilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə rədd edilmişdir. N0. Birinci instansiya məhkəməsi ilk iddiaya münasibətdə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Günel Ələsgər qızının qarşılıqlı iddia ərizəsində qeyd etdiyi əşyaların bir qismi İddiaçı tərəfindən ilkin iddia ərizəsində qeyd edildiyindən ilkin və qarşılıqlı iddia tələbləri həmin əşyalara münasibətdə mübahisələndirilmir. Belə ki, İlkin iddiaçı həmin əşyaların qarşılıqlı iddiaçıya məxsus olduğunu və ona qaytarılmaslı olduğunu bildirir, qarşılıqlı iddiaçı isə həmin əşyaların ilkin iddiaçıda qaldığını və ona qaytarılmalı olduğunu bildirir. NN. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə isə qeyd etmişdir ki, qarşılıqlı iddiaçı bu əşyaların mövcud olması və ilkin iddiaçının faktiki sahibliyində qalmasını təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu normanın mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. N2. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının N3.N, 29.3, 29.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin N52.N, N57.2, 225.2-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 3N, 32.N, 32.2.2, 34.N-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

N3. Cavabdeh (Bayramova) Günel Ələsgər qızı apellyasiya şikayəti verərək, qətnamənin qismən, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi hissəsində ləğv edilməsini, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. N4. Şikayətin dəlillərinə görə, məhkəmənin gəldiyi nəticə qismən əsassız və qanunsuzdur. Belə ki, məhkəmə qətnaməsinin 8-ci abzasında (3-cü səhifədə) qarşılqlı iddianın təmin edilməli, ilkin iddianın isə qismən təmin edilməli olduğunu qeyd etsə də, nəticə hissəsində fikrindən daşınmışdır. Həmçinin, məhkəmə öz qətnaməsində qarşılıqlı iddiada qeyd edilən əşyaların cavabdehin istifadəsində olmasını, habelə həmin əşyaların mövcudluğunun sübut edilmədiyini qeyd etmişdir. Bununla bağlı qeyd edilir ki, məhkəmə iclaslarının vaxtı barəsində cavabdehə məlumatlar vaxtında verilməmişdir. Hətta sonuncu iclasla bağlı sms bildiriş məhkəmə qətnaməsi elan edildikdən 20 dəqiqə sonra göndərilmişdir. Göründüyü kimi, məhkəmə çəkişmə prinsipinin tələblərinə riayət etməmiş, cavabdehin öz iddia tələbini sübut etməyi üçün məhkəmə iclasında iştirakı ilə bağlı yetərincə şərait yaratmamışdır. Qətnamənin əsaslandırıcı və nəticə hissələri bir-biri ilə ziddiyyət təşkil edir. Qeyd edilmişdir ki, iş materiallarına qarşılıqlı iddia tələbində göstərilən əşyaların mövcudluğu ilə əlaqədar olaraq cavabdehin fotoşəkillər əlavə etmək niyyəti vardı. Həmçinin, məhkəmə cavabdehin iclasda iştirakı üçün şərait yaratmamışdır. O cümlədən, bir neçə şahidin məhkəmədə dindirilməsi zərurəti vardı, lakin cavabdehin məhkəmə iclasında iştirak etməyi üçün şərait yaradılmadığından, şahidlərin məhkəmədə dindirilməsi mümkün olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

N5. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

N6. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, şikayətin təmin olunmamasını xahiş etdi. N7. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

N8. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə N3. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

N9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə N52.N. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə N57.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

20. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 3N. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; Maddə 32.N. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır; Maddə 33.N. Ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir; Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər; Maddə 34.N. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəssiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır); Maddə 37.N. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir;

2N. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə N4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.N. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 8N. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 2N7.N. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 2N7.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.N. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.N və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 20NN-ci il tarixli Qərarı:

“Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini, həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayəti ilə qətnamə qismən – yalnız qarşılıqlı iddia təmin edilməyən hissədə mübahisələndirildiyindənməhkəmə aktı yalnız həmin hissədə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

25. İşdən müəyyən olunur ki, qarşılıqlı iddia üzrə iddiaçı Günel Ələsgər qızının qarşılıqlı iddia ərizəsində qeyd etdiyi əşyaların bir qismi İddiaçı tərəfindən ilkin iddia ərizəsində qeyd edilmişdir və ilkin və qarşılıqlı iddia tələbləri həmin əşyalara münasibətdə mübahisələndirilmədiyindən birinci instansiya məhkəməsi iddianı həmin əşyalara münasibətdə təmin etmişdir.

26. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianın geri qalan hissəsinə münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddiaçı tərəfindən həmin əşyaların mövcudluğuna dair hər hansı sübut təqdim edilməmişdir.

27. Qarşılıqlı iddiaçı şikayətində bu mövqeni təkzib edərək, tərəfindən lazımi sübutların təqdim ediləcəyini, lakin məhkəmə tərəfindən ona şərait yaradılmamasını, iclasın vaxtı barədə ona məlumat verilmədən işin yekunlaşdırıldığını bildirir.

28. Kollegiya ilk növbədə qeyd edir ki, iş materiallarından görünür ki, hazırkı işdən cavabdeh məlumatlı olmuş, iş üzrə qarşılıqlı iddia təqdim edilmiş, keçirilmiş məhkəmə iclaslarında nümayəndəsi tərəfindən təmsil olunmuşdur. İddia ərizəsi 0N dekabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuş və kifayət qədər araşdırma aparılaraq təxminən 7 ay sonra, N2 iyul 2023-cü il tarixdə iş üzrə yekun məhkəmə aktı qəbul edilmiş, sonuncu iclasın vaxtı və yeri barədə qarşılıqlı iddiaçının nümayəndəsinə məlumat verilmişdir. Göründüyü kimi, şikayətçinin öz sübutlarını təqdim etməyə kifayət qədər vaxtı olmuş, birinci instansiya məhkəməsi tərəfindən ona münasibətdə çəkişmə prinsipi pozulmamışdır.

29. Bundan əlavə, qarşılıqlı iddiaçı şikayətində də hər hansı konkret sübuta istinad etməmiş, apellyasiya baxışında da bu sübutları təqdim etməmişdir.

30. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, əşyaların bir hissəsinin mənzildən götürüldüyü halda, götürülməsi çətinlik törətməyən qızıl – zinət əşyalarının orada saxlanılması inandırıcı deyildir. 3N. Belə olan halda kollegiya qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi hazırda mübahisələndirilən hissədə qarşılıqlı iddianı rədd etməkdə haqlı olmuşdur.

32. Belə ki, mülki prosesin əsas prinsipləri olan dispozitivlik və çəkişmə prinsipləri onu tələb edir ki, tərəflər öz istinad etdikləri hallara dair sübutları özləri təqdim etsinlər, öz tələblərini bu sübutlara istinadən əsaslandırsınlar. Bu pinsiplərə əsasən, sübutetmə vəzifəsi ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulur, məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır. Tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

33. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ilkin iddianın təmin, qarşılıqlı iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

34. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin N2 iyul 2023-cü il tarixli, 2(005)- 65N/2023 nömrəli qətnaməsindən cavabdeh (Bayramova) Günel Ələsgər qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin N2 iyul 2023-cü il tarixli, 2(005)- 65N/2023 nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasimov

Məhəmməd Rüstəmli

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar