Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6728/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi, eyni zamanda vəkili X3, Cavabdeh2 qanuni nümayəndəsi Cavabdeh1 nümayəndəsi, eyni zamanda vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh2 və onun qanuni nümayəndəsi Cavabdeh1 qarşı iş üzrə 15 saylı Notariat Kontoru və AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri 1 saylı Ərazi İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-483/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh və cavabdehin hüquqi varisi Cavabdeh1 və cavabdehin əri, mərhum qardaşı X4 tərəfindən Bakı şəhəri 15 saylı notariat kontorunda onun adından qanunsuz olaraq tərtib edilmiş 08 avqust 2014-cü il tarixli, 4Ə-575 reyestr nömrəsi ilə qeydə alınmış, daşınmaz əmlakın azyaşlı oğlu Cavabdeh2 bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən azyaşlı oğlu Cavabdeh2 adına verilmiş 23.08.2014-cü il tarixli, RX seriyalı, ******* №-li və 21.01.2017-ci il tarixli, RX seriyalı, ******* №-li Çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-483/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi və məhkəmə xərclərinə aid olan ödənilmiş 20,0 manatın iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsi və iddia tələblərinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırki 2(103)- 6728/2021 saylı mülki iş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının icraatında olan – iş üzrə icraat dayandırılmış «iddiaçı (azyaşlı) Cavabdeh2 qanuni nümayəndəsi (atası) X1 cavabdeh "xxxx" MMC-yə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair 2(103)-163/2021 saylı mülki işlə (sədrlik edən hakim Məmməd Məmmədov) birlikdə baxılması üçün birləşdirilməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)- 163/2021 saylı,15 mart 2021-ci il tarixli qərardadından görünür ki, «iddiaçı (azyaşlı) Cavabdeh2 qanuni nümayəndəsi (atası) X1 cavabdeh "xxxx" MMC-yə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iş üzrə icraat hazırki iş üzrə qəbul edilə biləcək yekun məhkəmə qərarı qüvvəyə minənədək dayandırılmışdır. Həmin qərardaddan müəyyən edilir ki, hazırki iş üzrə iddiaçı – İddiaçı həmin iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. X6 vəfat etdikdən sonra Cavabdeh2 anası - Cavabdeh1 iddiaçının qanuni nümayəndəsi kimi işin baxılmasına cəlb edilmişdir. Kollegiya qeyd edir ki, sözügedən mülki işlər eyni tərəflərin iştirak etdiyi bir-biri ilə əlaqəli işlər olduqları üçün onların bir icraata birləşdirilməsi məqsədəuyğundur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə kollegiyası, mülki-prosessual hüquq institutu olan “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə (mülki işlərə) münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: 2(103)-6728/2021 və 2(103)-163/2021 sayları altında qeydə alınmış mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6728/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6728/2021
14.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver