Məhkəmə qərarları › İş №2(103)-6740/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6740/2024

23.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6740/2024 23.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-3058/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İş üzrə bundan əvvəl 2 dəfə apellyasiyanın qeyri-mümkünlüyü barədə qərardad qəbul olunub, bu dəfə də apellyasiyanın qeyri-mümkünlüyü barədə qərardad qəbul olunmalıdır. 1-ci dəfə apellyasiya ona görə qeyri-mümkün hesab edilib ki, cavabdeh qətnamədən apellyasiya şikayəti verilməsinə görə dövlət rüsumu ödəməyib (iş v. 89). Bundan sonra cavabdeh dövlət rüsumu ödəməklə yenidən apellyasiya şikayəti verib, eyni zamanda apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə verib (iş v. 129). Xətai RM-nin xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin ərizə təmin edilib, qətnamədən apellyasiya şikayəti verilməsi müddəti cavabdehə münasibətdə bərpa edilib. Bundan sonra iddiaçı müddətin bərpası barədə xx.xx.2024-cü il tarixli qərardaddan şikayət verib, eyni zamanda həmin qərardaddan şikayət verilməsi müddətinin bərpası barədə ərizə verib (iş v. 159). Lakin Xətai RM müddətin bərpası barədə ərizəyə baxmayıb, iddiaçının xx.xx.2024-cü il tarixli qərardaddan verdiyi şikayətə baxaraq onu təmin etməyib və həmin şikayəti işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərib. 2-ci dəfə apellyasiya ona görə qeyri-mümkün hesab edilib ki, qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin cavabdehə münasibətdə bərpa edilməsi barədə xx.xx.2024-cü il qərardaddan şikayət verilməsi müddətinin bərpası barədə iddiaçının ərizəsinə baxılmadan həmin qərardaddan iddiaçının verdiyi şikayət baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib (iş v. 178). Bundan sonra iş Xətai RM-nə qaytarılıb, lakin həmin məhkəmə hər hansı prosessual hərəkət etmədən qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə baxılması üçün işi yenidən apellyasiya instansiyası məhkəməsinə göndərib. Qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin cavabdehə münasibətdə bərpa edilməsi barədə qərardaddan şikayət verilməsi müddətinin bərpası barədə iddiaçının ərizəsinə baxılmadan qətnamədən verilmiş apellyasiya şikayətinə baxıla bilməz. Ona görə də 3-cü dəfə apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul edilməli və iş Xətai RM-nə qaytarılmalıdır. İş Xətai RM-nə daxil olduqdan sonra həmin məhkəmə əvvəlcə xx.xx.2024-cü il qərardaddan şikayət verilməsi müddətinin bərpası barədə iddiaçının ərizəsinə (iş v. 159) baxmalı, əgər ərizəni rədd edərsə bu barədə olan qərardad qanuni qüvvəyə mindikdən sonra qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə baxılması üçün işi apellyasiya instansiyası məhkəməsinə göndərməlidir. Əgər Xətai RM xx.xx.2024-cü il qərardaddan şikayət verilməsi müddətinin bərpası barədə iddiaçının ərizəsini təmin edərsə, belə halda həmin qərardadan iddiaçının verdiyi şikayətə baxmalı, əgər şikayəti təmin etməzsə, belə halda həmin qərardaddan iddiaçının verdiyi şikayətə baxılması işi apellyasiya instansiyası məhkəməsinə göndərməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 366-cı maddəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və iş Xətai RM-nə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qərara aldı: Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-3058/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş Xətai Rayon Məhkəməsinə qaytarılsın. Həmin məhkəmə bu qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilən hərəkətləri yerinə yetirsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar